Sual (41) : Salam Allahin Rehmeti uzerinize olsun. sosiologiyaya aid hansi alimlerin kitablarini meslehet gore bilersiniz? kitablarin adini qeyd ederdiniz. Allah Razi olsun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Saytın kitabxanasında bu mövzuda müxtəlif kitablar var. Daha çox Ayətullah Xameneinin kitabları mövzuya uyğundur.
Məhəmməd Rza Hafiziniya, İctimai-siyasi mütaliələrin əsasları 1-2.
Ustad Mürtəza Mütəhhəri, İslam dünyagörüşü - Cəmiyyət və tarix.
http://kitab.nur-az.com/az/

Allah sizə yar olsun.

Sual (42) : Salam. Dini мənbələrdə xəbər verilir ki, şiələrin dörd мötəbər kitabı (“Kutube-ərbəə”) мövcuddur. Əsrlər boyu İslaм aliмləri hökмlər verərkən bu dörd kitaba əsaslanмışlar. Bu kitabların мüəllifləri kiмlərdir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam

Həzrət Peyğəмbər (s) dünyasını dəyişdikdən sonra Əli (ə) və onun şiələri həzrətin yolunu davaм etdirərək həzrət Peyğəмbər (s) və onun canişinlərinin buyuruqlarını toplaмağa başladılar. Uzun мüddət hədisləri qeydə alмaмış sünnilərdən fərqli olaraq, şiələr iki yüz əlli il ərzində мüxtəlif İslaм elмləri haqqında çoxsaylı kitablar yazdılar. Əksər islaмşünaslar təsdiq edirlər ki, İslaм elмlərinin banisi şiələr olмuşdur. Bu kitabların adları ilə tanış olмaq üçün nəfis “Əz-zәriə” kitabına мüraciət etмəyiniz yaxşıdır.

Yalnız iмaм Sadiq (ə) dörd мin şagird tərbiyə etмişdir ki, bu şagirdlər tərəfindən dörd yüzə yaxın kitab yazılмışdır. İмaм Sadiqin (ə) atası iмaм Baqir (ə) olduqca keşмəkeşli bir dövrdə ləyaqətli şagirdlər tərbiyə etмişdir. Bu işi digər мəsuм iмaмlar da davaм etdirмişlər.

Əhli-beytin dəyərli buyuruqları toplanмış bu kitablar şiə aliмləri tərəfindən çoxaldılмış və hədis dərslərində tədris olunмuşdur. Bu kitablar hazırda İranın və Bağdadın böyük kitabxanalarında saxlanır.

İndi isə həмin dörd kitabın мüəllifləri ilə tanış olaq.

1. Kuleyni (328 h.q.)

Əsrin iмaмının kiçik qeybət dövründə qiyмətli kitablar tərtib etмiş ilk böyük aliм мərhuм Мəhəммəd ibn Yəqub Kuleyni Razi olмuşdur. O iмaм Həsən Əskərinin (ə) dövründə dünyaya göz açмışdır. Kiçik qeybətin son illərində dünyasını dəyişмişdir. (328-ci il) Ondan yadigar qalмış kitab “Kafi” kitabıdır. Kitab Quran və “Nəhcül-bəlağə”dən sonra ən мühüм şiə kitablarından sayılır. Мüəllif bu kitabın tərtibi üçün xeyli əziyyət çəkмiş, uzunмüddətli səfərlərdə olмuşdur. Kitabda yüz altмış altı мin yüz doxsan doqquz hədis toplanмışdır. Kitab iki hissəyə bölünür. Kitabın bir hissəsi əqidə, digər bir hissəsi isə əмəli hökмlərə həsr olunмuşdur. Kitabın əqidə ilə bağlı hissəsində Əhli-beyt мaarifi geniş şəkildə nəzərə çatdırılır. İslaмın əqidə əsasları iмaмların dili ilə ətraflı şəkildə açıqlanılır. Мərhuм Kuleyni bu kitabı bəzi şiələrin istəyinə cavab olaraq yazмışdı. Nəqqaşinin bildirdiyinə görə, Kuleyni bu kitabı iyirмi il мüddətinə yazмışdır.

Kuleyninin bundan başqa da kitabları vardır. Təəssüf ki, həмin kitablar günüмüzə gəlib çatмaмışdır.

2. Şeyx Səduq (306-380 h.q.)

Kuleynidən sonra ikinci böyük şəxsiyyət şeyx Səduq kiмi tanınмış мərhuм Мəhəммəd ibn Babəveyhdir. Bu мüəllifdən olduqca dəyərli əsərlər qalмışdır. Dörd мühüм kitablardan ikincisi şeyx Səduqun “Мənla yəhzurul-fəqih” kitabıdır. Bu kitabda şeyx Səduqun etibarlı saydığı hədislər toplanмışdır. Kitabda beş мin doqquz yüz altмış üç hədis toplanмışdır. Şiə aliмləri üçün ikinci etibarlı hədis kitabı bu kitabdır.

3. Şeyx Tusi (üç yüz həştad beş-dörd yüz altмış )

qədiм Nəcəf təhsil ocağının bünövrəsini мəhs bu aliм qoyмuşdur. Tus şəhərində doğulмuş bu şəxs təhsilini davaм etdirмək üçün dörd yüz səkkizinci ildə Bağdada yola düşмüşdür. O, мərhuм şeyx Мüfid, Seyyid Мürtəza әlәмül-huda kiмi aliмlərdən təhsil alмışdır. Мərhuм Seyyid Мürtəza dünyasını dəyişdikdən sonra şiə мərceyyəti (elмi rəyasəti) şeyx Tusiyə çatмışdır. Əbbasi xəlifəsi İslaмla bütün düşмənçiliklərinə baxмayaraq, şeyx Tusiyə xüsusi hörмət göstərмiş, onu “Əlqaiмu be əмrillah” adlandırмışdır. Şeyx Tusi İslaм aliмləri arasında мisilsiz bir мövqe qazanмışdır. Ondan qiyмətli təfsir, kəlaм, fiqh, üsul, hədis kitabları qalмışdır. Aliмin dərin düşüncəsi, geniş мəluмatı təkcə “Ət-tibyan” təfsirindən мəluмdur. Şeyx öz “Təhzibul-əhkaм” kitabını şagirdlərinin xahişi əsasında yazмışdır. Uyğun kitab Şeyx Мüfidin risaləsinin izahıdır. Dörd kitabdan biri də мəhz bu kitabdır. Şeyx bu kitabında мərhuм Kuleyni və Səduqun toplaya bilмədiyi hədisləri toplaмışdır. Kitabda on üç мin beş yüz doxsan hədis var.

“Kutube-ərbəə”nin dördüncü kitabı da Şeyx Tusiyə мəxsusdur. O bu kitabında bütün мövcud şübhələri və ixtilafları aradan götürмəyə çalışмışdır. Kitabda altı мin beş yüz otuz bir hədis toplanмışdır.

Allah sizə yar olsun.

Sual (43) : Allahın adı ilə. Salamun aleykum. Bütün zəhmətləriniz üçün çox sağ olun. Zəhmət olmazsa bunları cavablandırmağınızı xahiş edirik: 1. "Muğnil-ləbib" kitabı ilə "Muğnil-ədib" kitabı arasında nə fərq var, bunlardan hansını tələbə oxumalıdır? 2. "Paye" nə deməkdir, bizim dildə kurs deməkdir? Belədirsə "paye"lər neçəyə qədər olur və hər biri neçə müddətdir? 3. Ayətullah Məzahirinin saytında da gördük ki, o Ağanın 3 cildlik risaləsi var. Onlardan bir cildi əhkam, digəri əqaid, digəri isə əxlaq risaləsidir. Məgər əxlaq və əqaiddə təqlid olarmı o Ağaya görə? Sizdən razıyıq, ALLAH-TAALA da sizdən razı olsun.
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Muğnil-ədib kitabı Muğnil-ləbibin xülasəsidir. Muğnil-ədibin 4 babı var, hazırda hövzədə 1 ci və 4 cü babların oxuyurlar.
2. Payə- dərəcə deməkdir. Səth dərslərin (dərsi xaricdən öncə olan dərslər) 10 payəyə bölüblər. Təqribən hər payə 1 il çəkir.
3. Əxlaq və əqaiddə təqlid yoxdur, səbəbi budur ki, insanlar axlaq və əqaid barədədə oxusunlar, təkcə əhkamla kifayətlənməsinlər.
Allah sizə yar olsun.
Sual (44) : Allahın adı ilə. Salamun aleykum. Əziz qardaş! İnternetdə axtarsam da tapa bilmədim, zəhmət olmazsa bizə "lüməteyn" dərslərinin (səs və ya görüntü) yüklənməsi mümkün olan bir link yazardınız, oradan dərsləri yükləyib oxuyardıq. Bilirəm sizə əsasən sual verməliyik, lakin dərslərimizi oxumaqda sizdən kömək almaq da vəzifəmizdir...
Bismillahir-rəhmanir-rəhim. Əleykumus-salam. Hövzə dərslərin linkini qeyd etdiyimiz saytlardan yükləyə bilərsiz. http://sahebozaman.ir/hozeh/index.php http://eshia.ir/Default.htm Allah sizə yar olsun.
Sual (45) : Bir də zəhmət olmazsa bu dəqiq yazın ki, (1) səmədiyyə hidayədən əvvəl oxunar ya sonra, və həmçinin (2) əlfiyyə muğnidən əvvəl oxunar ya əvvəl? Bu ikisindən hansı əvvəl oxunmağa başlanar? yəni birinci hidayə-səmədiyyə oxunmağa başlanar, yoxsa muğni-əlfiyyə? Sizə zəhmət verdiyimiz üçün bağışlayın.
Bismillahir-rəhmanir-rəhim.
1. Əvvəl Hidayə oxunur sonra isə Səmədiyyə.
2. Əlfiyyə Muğni ilə birlikdə və ya ondan əvvəl oxunur.
Əvvəlcə Hidayə və Səmədiyyə sonra isə Süyuti və Muğni oxunur.
Allah sizə yar olsun. 
Sual (46) : Allahın adı ilə. Salamun aleykum. Əvvəlki cavablarınız üçün çox minnətdarıq. ALLAH-TAALA siz qardaşlardan razı olsun. Zəhmət olmazsa bu suallarımızı da cavablandırarsız: Hövzə dərslikləri ilə bağlı bildiklərimiz qarışıq olduğu üçün bu sualları sizə yazmağa məcburuq (isitiyirik ki, bu dərsliklər arasındakı ardıcıllığı bilək). 1. Mühəqqiq Hillinin “Şəraiul-İslam” kitabı neçə cilddir və hövzə dərsliyi hesab edilib hansı mərhələdə (müqəddimə və səth) oxunar? 2. Nə üçün müctehidlərimizin əksəriyyəti məhz “Ürvətul-vusqa” kitabına təliqə, haşiyə yazırlar? 3. “Ürvətul-vusqa” kitabı hövzə dərslikləri arasında yer alırmı və hansı mərhələdə (müqəddimə və səth) oxunar? 4. Bir cavabınız bizim üçün qaranlıq qaldı. “Lüm” kitabına Şəhid Saninin şərhi 10 cilddən ibarətdir. Siz (lüməteynin) 2-3 cild olduğunu yazmışdınız. Yazdığınız “lüməteyn” kitabı Şəhid Saninin Şəhid Əvvəlin “Lümə” kitabına yazdığı kitabın şərhinin xülasəsidirmi? 5. “Qəvaidul-fiqhiyyə” kitabları hansı mərhələdə oxunar?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
1. Şəraiul-İslam kitabı 4 cilddə çap olunup. Hazırda hövzədə tədris olunmur amma qədimdə Lümə kitabının əvəzinə və ya ondan öncə oxunurdu. Əvvəllər dərsi xaric deyən müctehidlər bu kitabı mehvər qərar verirdilər.
2. Çünki əksəriyyət dərsi xarici bu kitabın əsasında keçirlər.
3. Ürvətul-vüsqa kitabı dərslik hesab olmur amma dərsi xarici onun əsasında keçirlər.
4. Lümətud-dəməşqiyyə Şəhidi Əvvəlin kitabıdır, Şəhid Sani bu kitaba şərh yazıb Rövzətul bəhiyyə adında. Bu kitab özü əvvəllər iki cilddə çap olunurdu onun üçündə Lüməteyn (iki cild Lümə) deyilirdi, indi isə üç cilddə. Amma Rövzətul bəhiyyəyə müxtəlif şərhlər yazılıb ki, bəzən şərhlə bir yerdə çap olunur. 10 çildə də Seyid Muhəmməd Kəlantərin şərhi ilə birlikdə çap olunub.
Allah sizə yar olsun.
Sual (47) : Bismillah. Cavabınız üçün çox sağ olun. Zəhmət olmazsa bu suallarımızı da cavablandırardınız: 1. Bildiyimizə görə Şəhid Əvvəlin “Lümə” kitabına Şəhid Sani 10 cildlik şərh yazıb və hövzələrdə tədris olunanı da bu 10 cildlik kitab olmalıdır. Siz “Lüməteyn” yazdıqda hansı kitabı nəzərdə tutursunuz? 2. Üsuli Müzəffərdən əvvəl Üsuli müqəddəmati hansı kitabdır? 3. Üsul kitablarından Məalim kitabı Şeyx Müzəffərin kitabı ilə paralelmi oxunur yoxsa... 4. Yazdığınız siyahıda Şeyx Müzəffərin Üsulu ilə Rəsail kitabı da yer. Üsuli Müzəffər müqəddimə dərsləri içərisində olub, Rəsail səthəmi daxildir? Yoxsa ikisi də səth mərhələsində oxunar? 5. Rical, dirayə, hədis üsulu hansı mərhələdə oxunar? Çox xahiş edirəm ki, bu suallara da bir qədər geniş cavab yazasınız ki, mənim kimi hövzə dərslərini müstəqil (azad) oxuyan qardaşlar yanlış istiqamətlə hərəkət etməyək. Minnətdarıq.
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Şəhidi Əvvəlin yazdığı kitaba Şəhid Sani şərh yazıb ki, bir yerdə iki cilddə və ya üç cilddə çap olunub. Hövzədə üç cildli lüməni oxuyurlar.

2. Üsuli Müzəffərdən əvvə Cəfər Sübhaninin Əl-Möcəz kitab və ya başqa bir kitab oxunur.

3. Məalim kitabın hazırda hövzədə dərslik kimi oxumurlar. Bu kitabı oxuyanda azad oxuyur. Qədimdə üsuli müzəffərin yerinə bu kitabı oxuyurdular.

4. Rəsail Şeyx Ənsarinin üsul kitabıdır ki, üsuli Müzəffərdən sonra oxunur, hər iksi səthdən hesab olur.

5. Bunlar adətən səthdən sonra oxunur.

Allah sizə yar olsun.

Sual (48) : Zəhmət olmazsa buna da cavab yazın ki, Qum hövzəsində lümə müqəddimə dərsləri içərisindədir, yoxsa səth?
Bismillahir-rəhmanir-rəhim.

Qum hövzəsində dərsi-xaricdən öncə olan dərslər səth hesab olunur ki, Lüməteyn (iki cild lümə) kitabıda ona daxildir. Amma Camiətul-Mustafa (s) universitetində xaric dərsindən öncə olan dərslər 3 səthə bölünür ki, lümə ikinci səthdə oxunur.

Allah sizə yar olsun.


Sual (49) : Salam qardaş. Hövzə dərslərini azad oxuyuruq. Ərəb dilçiliyi ilə bağlı dərsliklər arasındakı ardıcıllığı yazmağınızı xahiş edirik. Bu aşağıda yazdığımız ərəb ədəbiyyatları arasında ardıcıllıq necə olmalıdır, yəni hansı kitabdan başlanılmalı və davam edilməlidir: 1.Sərf (bu, məlumdur). 2. Əvamil 3. Səmədiyyə 4. Hidayə 5. Əlfiyyə 6. Muğni 7. Bəlağət Hal-hazırda əvamili oxuyuruq, bilmək istəyirik ki, bundan sonra ardıcıllıq necə olmalıdır ki, yüklənməyək.
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hövzədə oxunan əsasi dərslər bundan ibarətdir:

 1. Əvamili.

2. Hidayə

3. Səmədiyyə.

4. Əlfiyyə (Syuti ya İbni Əqil)

5. Muğni ədib (1 və 4 cü bablar)

6. Məntiq Müqəddimati sonra isə Məntiqi Müzəffər.

7. Bəlağət- Cəvahirul-bəlağə.

8. Usuli Müzəffər, oncə usuli müqəddimati oxunur.

9. Fiqh - Lüməteyn (iki cild lümə) 

10. Rəsail (üsul) və Məkasib (fiqh).

11. Kifayətul üsul.

12. Dərsi xarice fiqh və üsul.

Bu kitabların bəziləri yanaşı oxunur misal üçün Süyuti ilə Muğni, Hidayə ilə Səmədiyyə, məntiqlə bəlağət, üsulli Müzəffərlə Lüməteyn və s.

Bu dərslərin kənarında umumi dərslərdə oxunur. Misal üçün tarix, təcvid, ülumi Quran, əqaid, əxlaq və s. 

Allah sizə yar olsun.

Sual (50) : Allahın adı ilə. Salamun aleykum. Cəfr və Camei kitabları haqda geniş məlumat yazmağınızı xahiş edirik: 1.Bu iki kitab ayrılıqda ayrı-ayrı kitablardılarmı? 2. Cəfr elimini öyrənmək üçün nələri bilmək lazımdır və hansı kitabdan bu elmi öyrənmək olar?
Allahın adı ilə.   
Əleykumus-salam.

Məşhur nəzəriyyəyə əsasən, cəfr elmi ədədlərdən, hərflərdən və onların nisbətlərindən istifadə etməklə (iddiaya əsasən) hər bir məchul məsələyə münasib cavab verilən həmin hüruf elmidir. Bu yolla verilən sual hərflərə və ədədlərə çevrilir, xüsusi mərhələni keçdikdən sonra nəticə etibarı ilə hasil olan ədədlər və sonra da müəyyən hərflər verilən sualın cavabını bəyan edir. Bu elm bir çox dinlərdə müxtəlif adlarla mövcud olmuş və bəzi qruplar o elmə sahib olduğunu iddia etmişlər.

Amma şiə rəvayətlərinə əsasən imamlar (əleyhimus-salam) cəfr barəsində bizim ixtiyarımızda başqa məlumatlar qoyurlar. Belə ki, bunun məşhur cəfr (hüruf) elmi barəsində deyilənlərlə xüsusi və aşkar təfavütləri vardır. Burada o rəvayətlərin bəzilərini qeyd edirik:

“Cəfr” – qoyun, yaxud keçi, yaxud dana dərisi deməkdir.[1] Bu elmin və maarifin cəfr adlandırılması ilə əlaqədar nəql olunan rəvayətlərin məcmusundan məlum olur ki, bu elmlər ya dərinin üzərinə yazılan, ya da dəridən hazırlanmış böyük bir şeyin (sandıqçanın) içərisində yığılan əsərlər məcmuəsidir.

Şiə rəvayətlərinə uyğun olaraq cəfr külli şəkildə ilahi maarif məcmuəsindən ibarətdir. Bu maarif məcmuəsi Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dan Əli (əleyhis-salam)-a nəql olunmuş və Əli (əleyhis-salam) da özündən sonrakı imamların ixtiyarına vermişdir.

Bu elmlərin bəzisi qiyamətə qədər baş verəcək hadisələrə şamildir ki, ona “mənaya və bəlaya elmi” də deyilir. Bəzi rəvayətlərdə deyilir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in və Əli (əleyhis-salam)-ın sirr səhabəsi olan Salman da bu elmi (mənaya və bəlaya) bilirdi.[2]

Qeyd etmək lazımdır ki, rəvayətlərdə deyilən cəfr üç növ imiş: birincisi, cəfr kitabıdır, ikincisi, böyük dəridən hazırlanmış bir şeydə saxlanılan kitablar və əsərlər (buna ağ cəfr deyilir), üçüncüsü isə Peyğəmbərin silahıdır və qırmızı (əhmər) cəfr adlandırılmışdır. Çünki Allahın qəhr və qəzəbinin nişanəsi olan qılınc sahibi onu müharibə məqsədi ilə açır.[3]

Bunların hər biri ilə əlaqədar çoxlu rəvayətlər nəql olunmuşdur. Bəzi rəvayətlərdə də onların hamısı bir yerdə zikr olunmuşdur ki, onların bəzilərini qeyd edirik:

1. Cəfr kitabı

a)

عنْ أَبِي عَبْدِ اللَّهِ (ع) ... وَاللهِ إنَّ عِنْدِي‌ لَجِلْدَيْ مَاعِزٍ وَضَأنٍ إمْلَاءُ رَسُولِ اللهِ صلي الله عليه و آله وَ خَطَّهُ عَلِيٌّ عليه السّلام بِيَدِهِ ...

İmam Sadiq (əleyhis-salam) buyurur: “Allaha and olsun! (Keçi və ya qoyun) dərisindən olan bir şey mənim ixtiyarımdadır. Onun içindəkilər Peyğəmbər (səlləllahu əleyhi və alih)-in imlası ilə deyilmiş və Əli (əleyhis-salam) da onları öz əli ilə yazmışdır!...”[4]

b)

عِنْدَنَا الْجَفْرُ وَ هُوَ أدِيمٌ عُكَاظِيٌّ قَدْ كُتِبَ فِيهِ حَتَّي‌ مُلِئَتْ أكَارِعُهُ، فِيهِ مَا كَانَ وَ مَا هُوَ كَائنٌ إلَي‌ يَوْمِ الْقِيَمَةِ

“Cəfr elmi yalnız bizim ixtiyarımızdadır. O, yazılarla dolu olan ükazi dərisindən ibarətdir. Onda indiyə qədər baş vermiş və qiyamət gününə qədər baş verəcək hadisələrin hamısı qələmə alınmışdır.”[5]

v)

إِنِّي نَظَرْتُ فِي كِتَابِ الْجَفْرِ صَبِيحَةَ هَذَا الْيَوْمِ وَهُوَ الْكِتَابُ الْمُشْتَمِلُ عَلَى عِلْمِ الْمَنَايَا وَالْبَلَايَا وَالرَّزَايَا وَعِلْمِ مَا كَانَ وَماَ يَكُونُ إِلَى يَوْمِ الْقِيَامَةِ الَّذِي خَصَّ اللهُ تَقَدَّسَ اسْمُهُ بِهِ مُحَمَّدًا وَاْلاَئِمَّةَ مِنْ بَعْدِهِ عَلَيْهِ وَعَلَيْهِمُ السَّلاَمُ، وَتَأَمَّلْتُ فِيهِ مَوْلِدَ قَائِمِنَا وَغَيْبَتَهُ وَإِبْطَاءَهُ وَطُولَ عُمُرِهِ وَبَلْوَى الْمُؤْمِنِينَ بِهِ مِنْ بَعْدِهِ فِي ذَلِكَ الزَّمَانِ وَتَوَلُّدَ الشُّكُوكِ فِي قُلُوبِهِمْ مِنْ طُولِ غَيْبَتِهِ وَارْتِدَادِ أَكْثَرِهِمْ عَنْ دِينِهِمْ وَخَلْعِهِمْ ربْقَةَ الْاِسْلَامِ مِنْ أَعْنَاقِهِمْ

İmam Sadiq (əleyhis-salam) öz səhabələrindən birinə buyurdu: “Bu gün sübh cəfr kitabına baxırdım. Allah-taala ölümlərin, bəlaların, müsibətlərin elmini, keçmişdə olanların və gələcəkdə – qiyamət gününə qədər baş verəcək hadisələrin hamısını bu kitabda yazılmış, onu Həzrət  Muhəmməd (səlləllahu əleyhi və alih)-ə və ondan sonrakı imamlara məxsus etmişdir. Mən bu kitabda diqqət etdim, bizimَQaimimizin təvəllüdünü, onun qeybdə olacağını, qeybət dövrünün çox uzun çəkəcəyini, qeybət dövründə möminlərin düçar olacaqları çətinlikləri, bu dövrün çox uzun olduğuna görə çoxlarının qəlbində şəkk-şübhə yaranacağını, (nəticədə) onların əksəriyyətinin mürtəd olaraq dindən və islamdan çıxacağını müşahidə etdim.”[6]

Ağ cəfr

 قَالَ سَمِعْتُ أَبَا عَبْدِ اللَّهِ (ع) يَقُول‏ انَّ عِنْدِيَ الْجَفْرَ الابْيَضَ. قَالَ: قُلْنَا: وَ أيُّ شَيْءٍ فِيهِ؟! قَالَ: فَقَالَ لِي‌: زَبُورُ دَاوُدَ وَ تَوْرَاةُ مُوسَي‌ وَ إنْجِيلُ عِيسَي‌ وَ صُحُفُ إبْرَاهِيمَ وَالْحَلَالُ وَالْحَرامُ؛ وَ مُصْحَفُ فَاطِمَةَ، مَا أزْعُمُ أنَّ فِيهِ قُرْآناً، وَ فِيهِ مَايَحْتَاجُ النَّاسُ إلَيْنَا وَ لَا نَحْتَاجُ إلَي‌ أحَدٍ

İmam Sadiq (əleyhis-salam) buyurdu: “Ağ cəfr mənim ixtiyarımdadır.” “O nədir?” deyə soruşduqda, həzrət buyurdu: “Davudun Zəburu, Musanın Tövratı, İsanın İncili, İbrahimin səhifələri, (bütün) halal və haramlar; Fatimənin Müshəfi... (hamısı ondadır). Mənim fikrimcə, onda Qurandan heç bir şey yoxdur. Onda bütün insanların ehtiyac duyduğu şeylərin hamısı vardır və bizim heç bir şəxsə ehtiyacımız yoxdur.”[7]

3. Qırmızı cəfr

a)

عِنْدِي الْجَفْرَ الْأَحْمَرَ قَالَ قُلْتُ وَ أَيُّ شَيْ‏ءٍ فِي الْجَفْرِ الْأَحْمَرِ قَالَ السِّلَاحُ وَ ذَلِكَ إِنَّمَا يُفْتَحُ لِلدَّمِ يَفْتَحُهُ صَاحِبُ السَّيْفِ لِلْقَتْل

İmam Sadiq (əleyhis-salam) buyurur: “Qırmızı cəfr mənim ixtiyarımdadır...” Ravi soruşdu: “Qırmızı cəfrdə nə vardır?” Həzrət buyurdu: “Silah. Buna görə qırmızı cəfr adlandırılmışdır ki, qılınc sahibi onu müharibə üçün açacaqdır.”[8]

b)

قُلْتُ لِأَبِي عَبْدِ اللَّهِ ع جُعِلْتُ فِدَاكَ يَا ابْنَ رَسُولِ اللَّهِ يَسِيرُ الْقَائِمُ بِسِيرَةِ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ فِي أَهْلِ السَّوَادِ فَقَالَ لَا يَا رُفَيْدُ إِنَّ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ سَارَ فِي أَهْلِ السَّوَادِ بِمَا فِي الْجَفْرِ الْأَبْيَضِ وَ إِنَّ الْقَائِمَ يَسِيرُ فِي الْعَرَبِ بِمَا فِي الْجَفْرِ الْأَحْمَرِ

Ravi deyir ki, imam Sadiq (əleyhis-salam)-dan soruşdum: “Yəbnə Rəsulillah! Həzrət Qaim eynilə Əli ibni Əbi Talib kimi rəftar edəcəkdirmi?” Həzrət buyurdu: “Xeyr. Həqiqətən Əli ibni Əbi Talib ağ cəfr əsasında əməl edirdi, Qaim isə qırmızı cəfrdə olanlara əsasən əməl edəcəkdir.”[9]

v)

وَ أَمَّا الْجَفْرُ الْأَحْمَرُ فَوِعَاءٌ فِيهِ سِلَاحُ رَسُولِ اللَّهِ ص وَ لَنْ يَخْرُجَ حَتَّى يَقُومَ قَائِمُنَا أَهْلَ الْبَيْت

İmam Sadiq (əleyhis-salam) buyurur: “Qırmızı cəfr Peyğəmbər (səlləllahu əleyhi və alih)-in silahını özündə saxlayan bir qabdır, o heç vaxt çölə çıxarılmaz; yalnız bizim Qaimimiz qiyam edən zaman çıxarılar.”[10]

Nəticə

İmamların cəfri bir kitabda (cəfr kitabında) yığcam və sirli şəkildə gələn ilahi elmlərin – istər şəriət elminin, istər batini elmlərin, istər hikmətin, istərsə də qüdrət və sair elmlərin həqiqətinə şamil olan ümumi mənalı bir şeydir. Yaxud müxtəlif kitablardan ibarət olan çox dəyərli bir məcmuədir ki, onda hər bir şey təfsilatı ilə qeyd edilmişdir. Ya da ilahi qüdrətin və qəhrin təcəssüm etdirən şeyə – Peyğəmbərin silahına şamildir (qırmızı cəfr).

Təbiidir ki, imamlar öz batinlərində bu əsərlərə və elmlərə malikdirlər və onun zehində saxlanması mənasına olan kitabətə – yazılmağa ehtiyacları yoxdur. Əsas məsələ bu kitabın batini həqiqətidir, lakin bu elmilərin zahirdə də yazılması ilə heç bir ziddiyyəti yoxdur. Necə ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) imla edir, Əli (əleyhis-salam) da onu yazırdı.[11] Burada çoxlu sirlər və məchul məsələlər vardır ki, biz onları dərk etməkdən acizik.

Deməli, imamların cəfri camaat arasında məşhur olanların əksinə olaraq, sadəcə irfani hərf və ədədlər elmindən ibarət deyildir ki, onu rəml, üstürlab və sair kimi şeylərlə yerinə yetirmək olsun. Baxmayaraq ki, cəfr kitabı (cəfr üçün deyilən üç ünvandan birində) bir yazı ilə aləmin bütün sirlərinə, xəbərlərinə və həqiqətlərinə şamildir. Yəqin olaraq demək lazımdır ki, bu adi bir yazı deyildir; o, ədəd və ya hərflərin vasitəsi ilə qələmə alınan sirli yazılara oxşayır, onların bütün təfsilatı imamın vasitəsi ilə əldə edilir. Lakin bəzi hərf və ədəd iddiaçılarının əlində olan və islamdan əvvəllər də mövcud şeyləri imamların malik olduğu cəfr elmi hesab etmək olmaz. Bu elm (hürufilik elmi) də bir növ ilahi maarifdən natamam şəkildə istifadə və çıxarışlardan ibarətdir və rəml və ya nücum elminə oxşar bir fənnə (taleyə baxmaq və kahinlik kimi) çevrilmişdir. Onun əsas hədəfi qeybi xəbərlərin çıxarılmasıdır, o cümlədən gələcəkdən xəbər vermək və başqa işlər.

Deyilənlərdən aydın olur ki, cəfl Əhli-beyt maariflərinin və irfanın sirlərindən ibarətdir. Rəvayətlərə uyğun olaraq misilsiz ilahi maarifə malikdir və yəqin şəkildə, bəzi iddiaçıların əlində mövcud olan və “qəribə elmilər” ünvanı ilə deyilən fənlərdən və üslublardan daha yüksəkdədir.

Nübüvvət və imamətin tarixində daim irafani elmlərdən və maariflərdən sui-istifadə edilmiş, maddi məqsədlər üçün bir vasitəyə; yaxud kahinlərin, fövqəltəbii qüdrətlərə meyl edənlərin əlində bir vasitəyə çevrilmişdir. Əlbəttə, irfandakı ədəd elminin həqiqəti (bu məqama malik olan ariflər onlardan lədunni şəkildə bəhrələnirlər) dua yazmaq, sehr, rəml və sair kimi işlərdən müqayisə olunmaz dərəcədə yüksəkdir və bu iksinin arasında dərin fərqlər vardır. Hafizin dili ilə desək, ilahi sirlər gözbağlayıcılıqların vərəqləri ilə müqayisə oluna bilməz, baxmayaraq ki, bəzi hallarda zahirdə bir-birinə oxşayırlar:

رقم مغلطه بر دفتر دانش نزنيم

سِرّ حق بر ورق شعبده ملحق نکنيم

 


[1] İbni Mənzur, “Lisanul-ərəb”, 4-cü cild, səh. 142, “cəfr” kəlməsi; Xəlil, “Əl-eyn” kitabı, 6-cı cild, səh. 110, “cəfr” maddəsi

[2] “ "Biharul-ənvar", 22-ci cild, səh. 346:

يَا أَعْرَابِيُّ لَا تَغْلَطَنَّ فِي سَلْمَانَ فَإِنَّ اللَّهَ تَبَارَكَ وَ تَعَالَى قَدْ أَمَرَنِي أَنْ أُطْلِعَهُ عَلَى عِلْمِ الْمَنَايَا وَ الْبَلَايَا وَ الْأَنْسَابِ وَ فَصْلِ الْخِطَاب

“Ey ərəb! Əsla Salman barəsində səhv etmə! Çünki Allah-taala mənə əmr etmişdir ki, mənaya və bəlaya elmini, nəsəb elmini və fəsli-xitabı ona (Salmana) öyrədəm.”

[3]

وَ ذَلِكَ أَنَّهَا يُفْتَحُ لِلدَّمِ يَفْتَحُهُ صَاحِبُ السَّيْفِ لِلْقَتْل

“Buna görə qırmızı cəfr adlandırılmışdır ki, qılınc sahibi onu müharibə üçün açacaqdır.”

[4] Əllamə Məclisi, "Biharul-ənvar", 46-cı cild, səh. 46, “Vəfa” müəssisəsi, Beyrut, 1409

[5] Yenə orada, səh. 48

[6] Yenə orada, 51-ci cild, səh. 219

[7] Kuleyni, “Kafi”, 1-ci cild, səh. 240, "Darul-kutubil-islamiyyə", Tehran, 1365-ci şəmsi il

[8] Yenə orada

[9] Məclisi, "Biharul-ənvar", 52-ci cild, səh. 313

[10] Yenə orada, 26-cı cild, səh. 18

[11] "Biharul-ənvar", 26-cı cild, səh. 45:

سِنَانٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ ذُكِرَ لَهُ وَقِيعَةُ وُلْدِ الْحَسَنِ وَ ذَكَرْنَا الْجَفْرَ فَقَالَ وَ اللَّهِ إِنَّ عِنْدَنَا لَجِلْدَيْ مَاعِزٍ وَ ضَأْنٍ إِمْلَاءَ رَسُولِ اللَّهِ ص وَ خَطَّ عَلِيٍّ ع وَ إِنَّ عِنْدَنَا لَصَحِيفَةً طُولُهَا سَبْعُونَ ذِرَاعاً أَمْلَاهَا رَسُولُ اللَّهِ ص وَ خَطَّهَا عَلِيٌّ ع بِيَدِهِ وَ إِنَّ فِيهَا لَجَمِيعَ مَا يُحْتَاجُ إِلَيْه

 http://islamquest.net

Sinan nəql edir ki, İmam Sadiq (əleyhis-salam)-ın yanında Hüseyn (əleyhis-salam)-ın təvəllüd hadisəsi barədə danışıldı, biz də cəfrdən söz açdıq. Həzrət buyurdu: “Allaha and olsun! Qoyun və ya keçi dərisindən olan cəfr yalnız bizim ixtiyarımızdadır. O, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in imlası və Əli (əleyhis-salam)-ın əlyazması ilə yazılmışdır. Bizim ixtiyarımızda bir səhifə də vardır ki, onun uzunluğu 70 ziradır (təqribən 35 metr). O da Peyğəmbər (səlləllahu əleyhi və alih)-in imlası və Əli (əleyhis-salam)-ın əlyazması ilə yazılmışdır. Onda ehtiyac duyulan bütün şeylər (hökmlər və s.) vardır.”

2. Bu elmi ustadsız öyrənmək mümkün deyil. Adətən bu elmi cinlərin vasitəsi ilə öyrənirlər.

Allah sizə yar olsun. 

Go to TOP