Sual (31) :
assalamu aleykym! nefs insana ana betnine dusmezden evvelmi,betne dusendemi, yoxsa doqulduqdan sonra verilir?
Bismillahir-rəhmanir-rəhim.
İslam fəlsəfəsi və Sədrul-Mütəəllihinin nəzərinə əsasən, nəfs bədənlə birgə və tədrici yaranır necəki bədənin yaranınşı tədricidir əvvəl nütfə, sonra qan və nəhayətdə kamil olur nəfsdə əvvəlcə camadi olur cüvhəri hərəkət və təkamüli seyr nəticəsində mücərrəd və ruhaniyyətə çatır. Nəfs cismani yaranır ruhanı qalır.
Allah sizə yar olsun.
Sual (32) :
assalamu aleykym! men nefsime zulm edenlerden oldum. men nedir? nefs nedir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quranda iki yerdə (Qəsəs 16 və Nəml 44) həmçinin Hz. Əlidən(ə) nəql olan kümeyl duasında bu təbir gəlib, belə təbirləri elə el arasında və ürfdə başa düşülən kimi qəbul etmək lazımdır, fəlsəfə və ürfani mənalara yozmaq bizi məqsəddən uzaqlaşdırar.
Daha ətraflı ürfani və fəlsəfi mənalarını bilmək üçün saytın kitabxanasındakı kitaba müraciət edin:
Kitabın adı: Kamil insan
Ustad Mürtəza Mütəhhəri
DOQQUZUNCU FƏSİL
İNSANIN HƏQİQİ «MƏN»LİYİ
Allah sizə yar olsun.
Sual (33) :
Bismillah!
Salam.Islami-felsefi,elmi, oxumaga hansi kitabi meslehet gorerdiniz?Amma ele bir kitab deyin ki,Azerbaycanda olsun ala bilim.Yuksek seviyyeli kitab olsun-Bele hansi kitabi alib oxuyum?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Mail Yəqubun fəlsəfə barədə yazdığı və Bakıda çap olmuş "Din fəlsəfəsi" və "Metafizika düşüncələri" kitablarından bəhrələnə bilərsiz. Həmçinin islam fəlsəfəsi ilə tanışlıq üçün saytın kitabxanasında aşağıda qeyd etdiyimiz kitabı mütaliə edə bilərsiz.
İslam fəlsəfəsi ilə tanışlıq Mətləb Baqir.
http://kitab.nur-az.com/az/lib/view/175
Allah sizə yar olsun.
Sual (34) :
Salam Allahin Rehmeti uzerinize olsun.elimde basqa qaynaq olmadiqindan sizlere muraciet edirem xais edirem yardim edesiniz.
iki il hovzeni bitirdikden sonra oranin diplomu ile sosiologiya yada pisxologiya sahelerinde olan unversitetlere daxil olmaq mumkundurmu hovzenin diplomu gedirmi o unveristetlerde?
Allah razi olsun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hövzədə diplom almaq üçün azı 4 il vaxt lazımdır. Əgər məqsədiniz iranda hövzə oxuyub universitetə girməkdirsə iranda xaricilər üçün hər təxəssüsdə qəbul yoxdur və ya ödənişlidir. İranda xarici vətəndaşların oxuya biləcəyi ixtisaslar islam məarifi, tarix, fəlsəfə və fars ədəbiyyatıdır, amma hövzə diplomunun başqa ölkələrdə keçib keçməməyindən xəbərimiz yoxdur.
Allah sizə yar
olsun.
Sual (35) :
1. Əxlaq ustadı deyərsə ki: "Beynət-tulueyn" filan zikri filan qədər deyərsən. Beynət-tulueyn hansı vaxtdır?
2. Nəfs tərbiyəsi üçün bir neçə əxlaq ustadının adını yazmağınızı xahiş edirik.
Bismillahir-rəhmanir-rəhim.
1. Beynət-tulueyn sübh namazından gün çıxana qədər olan vaxtdır.
2. Ustad Misbah Yəzdi, Şeyx Hüseyn Ənsaryan, Ayətullah Məzahiri, Nasiri və ... adlarını qeyd etdiyimiz hazırda
yaşayan əxlaq ustadlarıdır.
Allah sizə yar olsun.
Sual (36) :
Bismillah. Salam.
Əvvəlki cavab üçün təşəkkür edirik. Lakin şriftə görə aydın oxumaq olmadı. Mümkünsə aydın şriftlə yazın.
1. Nurani hicab nədir, zülmani hicab nədir?
2. Bir yerdən oxuduq ki, arif iki qismdir: Murid və Murad. Bunları izah etmənizi xahiş edirik.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1. Sualınızın izahlı cavabın bilmək üçün linkini təqdim
etdiyimiz məqaləyə müraciət edin:
http://www.islamquest.net/tr/archive/question/fa5013
Allah’a giden yolda nuranî hicaplar yani imamlar (a.s) yükselmeye neden olur mu?
2. Murad, arifə, ustada və murşidə, mürid isə ardıyca gedən şagirdə deyilir.
Allah sizə yar olsun.
Sual (37) :
Salam Aleykum.Namazda hemd suresinde ģayrilmeģzubi oxunur yoxsa ģayrIlmeģzubi? yeni ra qalin herfdir,amma kesreli olanda nece oxunur,i ya I ? Allah razi olsun sizden.
" Xamanei aqanin herflerin mexreci haqqinda olan fetvasini bilirem,amma men kankret olaraq bu suala cavab isteyirem"
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ğəyril məğzubi kəlməsində ra hərfi qalın oxunur. Ra hərfinin qalın və təfximlə oxunan yerlərindən biridə kəsrəli olduqdadır.
Allah sizə yar olsun.
Sual (38) :
Salam aleykum deyerli mominler! Muctehid, merceyi-teqlid olan agalarimiz mercee derecesine catana kimi hansi elmleri oyrenir, hansi dersleri kecirler. Bizlere deyilen melumatlara gore 80 e qeder elmlerden, o cumleden Fizika, Kimya, Riyaziyyat, hendese, Astranomiya, Mentiq, Kelam, Hedis, Cografiya, Biologiya, Tarix, Ve saire elmleri menimseyirler. Bu barede nece melumatlanmaq olar? Mumkunse onlarin kecdiyi butun elmleri yazardiniz. Allah size yar olsun!
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Müctehidin ictihad üçün dərindən yiyələnməli olduğu
elmlər aşağıdakılardır: Lüğət elmi, sərf (ərəb dilinin qrammatikası), nəhv
(ərəb dilinin sintaktikası), üsul elmi, kəlam elmi, məntiq, Qurani Kərimdəki
şəri hökmlərə dəlalət edən ayələrin təfsirini və hökmlərə aid olan hədisləri
bilmək, hədisləri söyləyən şəxslərin (ravilərin) şəxsiyyətini, adil və ya fasiq
olmalarını araşdıran elmləri (rical elmi, dirayə elmi və s.) bilmək.
Allah sizə yar olsun.
Sual (39) :
Allahın adı ilə. Salam.
1. Mükaşifə, müşahidə haqqında geniş məlumat verməyinizi xahiş edirəm. Mükaşifənin şeytanisi olarmı, olarsa bu, necə ola bilər?
2. Bir insan Hz.İmam Zaman Ağanı (ə.c.) görsə bu, müşahidədir, yoxsa mükaşifə?
3. Boynunda haqqun-nas olan şəxsin mükaşifəyə çatması mümkündürmü?
Çox xahiş edirik ki, bu suallarıma irfan ustadlarının (mürşidlərdən) birindən cavab alıb yazasınız və o Ağanın adını da yazasınız ki, ona istinad edə bilək.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1. Müşahdə beş hissetmə orqanları vasitəsilə həyata keçir: 1-Eşitmə, 2-Görmə, 3-İy bilmə, 4-Dad bilmə, 5-Lamisə hissi (toxunmaqla hissetmə). Mükaşifə isə yuxu ilə oyaqlıq arasında baş verən bir halətdir ki, pərdələr çəkilir insan bir şeyin həqiqətini görür, bu bəzən hissetmə üzvləri ilə olur. Bəli, şeytani mukaşifədə ola bilər əlbətdə dərəcəsi çox aşağıdır. Din və şəriətin əksinə olan mukaşifə şeytanidir.
2. İmam Zamanı (ə) görmək mukaşifədir.
3. Mümkündür. Doğrusun Allah bilir.
Mukaşifə barədə Ayətulla Safi Gülpayiqanidən soruşulmuş sualın cavabını oxuya bilərsiz.
HƏQIQI MUKAŞIFƏ NƏDIR? MUKAŞIFƏ ƏHLI KIMLƏRDIR?
http://www.saafi.net/az/node/7265
Allah sizə yar olsun.
Sual (40) :
Salam Allahin Rehmeti uzerinize olsun.xais edirem bu kitab haqqinda qisa melumat veresiniz.mundericati varsa yazardiniz icinde hansi movzulardir?
Məntiq elmi ("Haşiyə” və "Məntiqi-Müzəffər” kitabları)
Əqaid elmi ("Babi-hadi əşər”, "Kəşful-Murad” kitabları)
Allah Razi olsun minetdaram.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Haşiyə kitabı Molla Abdullah Bəhabadinindir ki, Təftəzanının Təhzibul-Məntiq kitabına haşiyə yazıb.
Məntiqi-Müzəffər Mühəmməd Rza Müzəffərin Əl-Məntiq kitabıdır. Bu kitab dini hövzədə dərslik kitabıdır.Â
Kitab 6 babdan ibarətdir. 1- Əlfaz bəhsi 2- Kulli bəhsi 3- Möərrif bəhsi 4- Qəziyyələr və hökmləri 5- İstidlallar bəhsi 6- Sanaat xəms (burhan, cədəl, xitabə, müğalitə və şeir).