Sual (21) : Salam. Elmle mesqul olmağın nə kimi savabı var?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Elmin fəziləti Allah yanında ibadətin fəzilətindən daha əzizdir.”

İmam Zeynül-abidin (ə) buyurmuşdur: “Əgər insanlar elm kəsb etməyin necə böyük dəyərə malik olduğunu bilsəydilər, onu hətta qanlarını axıtmaqla, tufanlı və dalğalı dənizləri yarmaqla belə, kəsb edərdilər.”

İmam Baqir (ə) buyurmuşdur: “Elm öyrənməkdə çalışın, çünki elm öyrənmək gözəl əməl, onu axtarmaq isə ibadətdir.”

İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs Allahın razılığı üçün elm öyrənib ona əməl etsə və başqalarına öyrətsə, asimanların mələkut aləmində əzəmətlə yad edilər.”

İmam Hüseyn (ə) buyurmuşdur: “Elmi bəhs və müzakirələr mərifət toxumudur, uzun və çoxlu təcrübələr əqlin çoxalmasına səbəb olur.”

İmam Hüseyn (ə) buyurmuşdur: “Alimlərdən soruşun, hikmət sahibləri ilə danışın və yoxsullarla oturub-durun.”

Allah sizə yar olsun.

Sual (22) : Salam.Zəhmət olmazsa İslamda,şiəlikdə olan İrfan haqqında geniş izah verərdiniz.İrfan haqqında alimlərimiz haqqında fikir ayrılıqları vardırmı? ümumilikdə İrfan dedikdə bəndəçilik nəzərdə tutulurmu?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəzi şiə alimləri, nəzəri irfanı qəbul etmirlər ya daha doğrusu yalnız Quran və Əhli-beytin buyurduqlarını həqiqi irfan hesab edirlər. Xüsusi ilə irfanda nümunə kimi tanınan İbni Ərəbiyə qarşı müxtəlif baxışlar var. İmam Xumeyni, Həsənzadə Amuli, Əllamə Təbətəbai kimi irfan yönümlü alimlər onu qəbul edirlər bəzi alimlər isə ona qarşı mənfi baxışları var və kitablarına etina etmirlər. Ayətullah Sistanidən İbni Ərəbinin irfanı barədə soruşanda ki, təyid edirsiz ya yox, buyurur mən yalnız şiənin böyük alimlərinin Quran və Əhli-beytə (ə) istinad edərək buyurduqlarını qəbul edirəm.

İrfan nədir və arif kimdir və irfani məqamlara çatmağın üsulları nədir sualının cavabında Ayətullah Behcət (Allah ona qəni-qəni rəhmət etsin) buyurmuşdur: Ən ümdəsi şəri vəzifəyə əməl etməkdir. Səmavi göstərişlərə əməl etmək insana həqiqi irfanı bəxş edir və elə bir məqama çatan şəxs “Mən yalnız gördüyüm Allaha ibadət edərəm” deyir. Həqiqi irfan bütün şəriət hökmlərini yerinə yetirmək və ən başlıcası isə həm əqidə və həm əməl etibarı ilə günahları tərk etməkdir.

Allah sizə yar olsun.

Sual (23) : Bismillah. Salamun aleykum. Cavabınız üçün çox sağ olun. Cavabınıza əsasən belə demək olarmı ki, Bidayətul-hikmət Mənzuməni əvəz edəcək və asan üslubda yazılmış bir kitabdır, nəhayətul-hikmət isə əsfarın? Belədirmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, belədir, amma hər birinin öz faydası var, hazırda hövzələrdə ümumi dərslik kimi Bidayə və Nəhayə oxunur, amma ixtisası fəlsəfə olanlar Nəhayədən sonra Əsfarı da oxuyurlar.

Allah sizə yar olsun.

Sual (24) : Bismillah. Salamun aleykum. 1. Əllamə Təbatəbainin "Nihayətul-Hikmət" kitabı Molla Hadi Səbzivarinin "Mənzumə" kitabının hikmət bölməsinin şərhidir? 2. Molla Hadi Səbzibarinin "Mənzumə" (Hikmət) kitabının şərhini verən alimlərdən birinin kitabını oxumaq istəyirik, siz kimi məsləhət görərdiniz ki, fars dilində kitab olsun və dili başa düşülən olsun? 3. Həmçinin Molla Sədranın "Əsfar" kitabına verilən şərhlərdən hansı alimin şərhi rahat başa düşüləndir? Təşəkkürlər

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Əllamə Təbatəbainin yeznəsi Ayətullah şəhid Quddusi Əllamədən xahiş edir ki, fəlsəfədə Mənzumə həddində bir dərslik kitabı yazsın, Əllamə Mənzumənin tərtibi ilə Bidayətul-Hikmə kitabını yazır. Bundan sonra şəhid Quddusi istəyir ki, tələbələrə Əsfar həddində dərslik yazsın Əllamə Nihayətul-Hikmə kitabını Əsfarın tərtibi ilə yazır. Həqiqətdə bunlar şərh deyil.
2. Şəhid Mütəhhərinin Mənzuməyə yazdığı şərh ən münasib şərhdir.
3. Əsfarın fars dilində yazılmış məruf şərhi Ayətullah Misbah Yəzdinin yazdığı şərhdir.

Allah sizə yar olsun.

Sual (25) : Salam aleykum . Mümkünsə geniş şəkildə izah edəsiniz. Şəriət , Əhkam , Fiqh , Risalənin bir birlərindən fərqləri və oxşar cəhətləri hansılardır.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şəriət güniş anlamdır, Allah-təala tərəfindən peyğəmbərinin vasitəsilə göndərilmiş bütün hökm və qanunlara şamil olur.
Əhkam hökmlər deməkdir, şəriətin əməli surətdə olan qanunlarıdır. Hökmləri öyrədən elmə fiqh deyilir. Hökmlərin yazıldığı kitaba risalə deyilir.

Allah sizə yar olsun.

Sual (26) : Salam.Dini təhsil almaq üçün mədrəsələrə və hansısa ölkəyə getməyə imkanım yoxdur.Amma elm almaq istəyirəm.Bəzi dərslərdən faydalanmışıq.Amma sırf sistemli şəkildə ərəbi,farsı öyrənib,islam elmlərinə yiyələnmək istəyirəm.Bunun üçün mənə necə kömək edə bilərsiniz.Bu istəkdə israrlıyam,çünki elmsiz əziyyətlidir Allaha doğru getmək.Allaha xatir bu yolda mənə vasitə olmağınızı xahiş edirəm.Geniş yollarını qeyd etməyiniz xahiş edirəm.

Əleykumus-salam.

Camiətul-Mustafa (s) universitetinin virtual bölmünə müraciət edin.

http://sampa.miu.ac.ir/Registration/Default.aspx?lang=8&apps=paziresh
Sual (27) : Salamun aleykum,Imamlarimizdan bize butun xestelikler zamani qidalanma rejimi catibmi,yeni bele bir kitab varmi ki azerbaycan diline tercume edilmeyib,elbet ki bezilerini biz bilirik,amma onlarda cox meseleler yoxdu.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Tibb sahəsində məsumlardan nəql olan bütün hədisləri bir yerə toplayıblar və səhv etmirəmsə bu kitab azərbaycan dilinədə tərcümə olunub. Tibbi hədislər toplusu - Ayətullah Reyşəhri.
Allah sizə yar olsun.
Sual (28) : Bismillah. Salam qardaş. Geniş cavabınız üçün çox təşəkkür edirəm. Bu sualları da zəhmət olmazsa cavablandırın. 1. Hövzə dərslərini azad oxuyan bir tələbə ərəb dilini bitirsə, yəni bu dili (əvamil, hidayə və s.) yaxşı bilsə, "lümə" və Şeyx Müzəffərin (r.ə.) "üsul"unu, dirayəni də bitirsə, bundan sonrakı mərhələdə oxunacaq dərsliklər nələrdir? Zəhmət olmazsa ardıcıllığı qeyd edin. Yəni qəvaidul-fiqhiyyə, rical, məkasib, kifayə, rəsail və s. hansı dərsliklər ardıcıl oxunmalıdır. Zəhmət olmazsa onların hamısını ta xaric-dərslərinə qədər ki, sıralamanı yazın. 2. Bildiyimizə görə əvvəllər lümənin yerinə "Şəraiul-İslam" tədris olunurdu. Sonra bu, "Lümə" kitabı ilə əvəz olundu. Şeyx Baqir İrəvaninin bioqrafiyasında oxuduq ki, o, bir kitab yazıb Lümənin əvəzində, adı belədir: "Durusun təmyidiyyətun fil-fiqhil-istidlali". Bilmək istəyirik ki, bu kitabı indi hövzələrdə Lümənin əvəzində tədris kitabı kimi istifadə edirlərmi? Bu kitabın oxunması Lüməni əvəz edirmi? Ustadlar bu haqda nə buyururlar? http://ar.wikipedia.org/wiki/محمد_باقر_الإيرواني 3. Hövzə dərslərinin "təlxis"ləri çapdan çıxıb (lümənin, kifayənin, məkasib və rəsailin). Bu xülasələri oxumaq kifayət edirmi? Sizin vasitənizlə mühüm bilgilər öyrənmişik. Qəlbən sizdən razıyıq. ALLAH-TAALA DA SİZDƏN RAZI OLSUN.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Hövzə dərslikləri müxtəlif kitablardır ki, hər yerdə eyni deyil və hazırda bəzi kitablar ya tamami ilə oxunmur və ya müəyyən qismətləri oxunur, bəzi kitablar isə əlavə olunur. 2 cild Lümə kitabların oxuduqdan sonra üsul elmində Şeyx Ənsarinin Rəsail kitabını fiqhdə isə Məkasib oxunur. Rəsailin kənarında ya qurtardıqdan sonra Axund Xorasaninin Kifayə kitabı oxunur. Bunların kənarında fəlsəfə (Nəhayətul hikmə), təfsir, tarix, fiqhi müqarin, qəvaidi fiqhiyyə, əqaid və s... Əlbətdə hər məktəb və hövzənin özünə məxsus qanunları və seçimləri var. Misal üçün təfsirdə bəzən Əl-mizandan ya Məcməul-bəyandan və ya hansısa mətni müəyyən etmədən ustadın dediklərinə əsasən oxunur. Kifayə və Məkasib qurtardıqdan sonra fiqh və üsulun dərsi xaricin oxuyurlar.
2. Bəli, bəzi elmi hövzələrdə Lümənin əvəzinə Durusi təmhidiyyə oxunur. Əlbətdə Lümənin ibarətləri qədimi və çətin və mətləblər dərindir, Dürusi təmhidiyyə isə müasir və nisbətən asanddır. Ustadlar Lüməyə daha çox üstünlük verirlər.
3. Mətini oxumadan xülasəni anlamaq çətindir. Xülasə imtahana hazırlaşmaq və oxunanları yada salmaq üçündür.

Allah sizə yar olsun.
Sual (29) : Salam.Zəhmət olmazsa İmam Xomeyni-40 hədisin şərhi kitabının elektron versiyasını necə əldəedə bilərəm?
Əleykumus-salam.
Təəssüf ki, bu kitabın azərbaycan dilində tərcüməsi ilə qarşılaşmamışıq.
Sual (30) : İrfanda olan Seyri-sülukun mərhələləri ardıcıl olaraq hansılardır?
Ad: Elvin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim.
Sualınızın izahlı cavabın bilmək üçün saytın kitabxanasına müraciət edib qeyd olunan kitabı oxuyun.
Kitabın adı: Övsafül-əşraf
Xacə Nəsirəddin Tusi

Allah sizə yar olsun.

Go to TOP