Sual (71) : salam.dogurdanda cadu kimi pis emel var???ve mollalar heqiqeten cadunun sirrin Qurandan oyrene bilirmi??yeni Quranda pis emeller gorunur???

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Sehr və cadunun varliğını Qurani-kərim təsdiq edir, lakin insanların adətən sehr və cadu təsəvvür etdikləri xəyal və uydurmadan başqa bir şey deyil. Onu dəf etmək üçün hər gün beş dəfə ayətul-kürsini oxuyun, özünüzə və ətrafınızdakılara üfürün. Hər gün az miqdarda olsa da sədəqə verin və Allaha təvəkkül edin.

Allah sizə yar olsun.

Sual (72) : La hov La Vel la Quvveten illa bil la hil eliyul ezim ==== tercumesini yazin zehmet olmasa...

Bismillahir-rəhmanir-rəhim.

Uca və Əzəmətli Allahdan başqa heç bir güc və qüvvə yoxdur.
Allah sizə yar olsun.
Sual (73) : wukur namazi nece qilinir?

Bismillahir-rəhmanir-rəhim.

Müstəhəb namazlardan biridə şükür namazıdır. İmam Sadiq (ə) buyurur: Allah sənə bir nemət verəndə və ya səndən bir bəlanı uzaq edəndə iki rükət namaz qıl, birinci rükətdə rüku və səcdənin zikrini dedikdən sonra bu zikri de: Əlhəmdulillahi şükrən, şükrən, şükrən və həmda. İkinci rükərin ruku və səcdəsində isə ruku və səcdənin zikrindən sonra belə deyirsən: Əlhəmdulillahil-ləzi istəcabə duai və əətani məsələti. Namazdan sonra isə İmam Səccadın (ə) Səhifeyi-səccadiyyədəki 37-ci duasını oxuyursan.

Allah sizə yar olsun.

Sual (74) : salam aleykum, Allah razi olsun ki siz bele imkanlar ve rahatciliq yaradibsiz. qardaw meni narahat eden bir mesele var, menim texminen 6 ve ya 7il qezam var namazlarimda. bezen erinirem bezen ise cox az halda bezi qezalarimi qiliram,men nece edim? bele qezalarnan olsem halim nece olajax?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Niyyətiniz qəza namazlarını qılmaq olsun və bacaqdıqınız qədər də qılın və bu yolda Allahdan kömək istəyin. Əgər insan qəzaların çoxluğundan naümid olsa qılmağa və məqsədi qəzaları qılmamaq olsa belə insan niyyətinə görə də günah qazanır. Qəza namazlarınızı qılmaq üçün işinizi proqrama salın. Hər vacib namazın kənarında bir qəza namazıda qılın və ya hər gün yatmazdan əvvəl bir günün namazını qılın. Qıldığınız namazları bir yerə qeyd edin, tainki həm yadınızdan çıxmasın və həm də naümid olmayasız. Müstəhəb əməllərin əvəzinə qəza namazlarınızı qılın, çünki bu daha əhəmiyyətlidir. Bəzi alimlərin barəsində deyilir ki, qəzası olmamağına baxmayaraq üç dəfə ömründə qıldığı namazlarını yenidən təkrar edib.

Allah sizə yar olsun.

Sual (75) : Salam. Bəs "əda və qəza niyyəti olmadan" nə deməkdir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam

Əda yəni vaxtın daxilində, qəza isə vaxt bitdikdən sonra, amma insan bilməsə ki, vaxtın daxilindədir ya vaxtı keçib, belə olduqda əda və qəza niyyəti etməyəcək, çünki əda ya qəza olduğunu bilmir. Niyyəti belə olacaq ki, boynumda olan namazı qılıram, buna  "ma fiz-zimmə” də deyilir.

Allah sizə yar olsun.

Sual (76) : Salam aleykum. Peygemberi ve ya Imamlari yuxuda gormek ucun hansisa dua, ibadet var? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Imamlar və peyğəmbərlərdən birini və ya valideyni yuxuda görmək üçün bu surələri oxumaq lazımdır: Şəms, Ləyl, Qədir, Kafirun, İxlas, Fələq və Nas. Sonra 100 dəfə İxlas surəsin və 100 dəfə salavat göndərmək. Dəstəmazlı sağ çiyni üzəri üstə yatmaq. Bu əməl edilsə istənilən insanı yuxuda görmək olar inşallah. Əlbətdə diqqət etmək lazımdır ki, bu dəsturul-əməl yüz faiz hər bir şəxs üçün deyil, yəni başqa şərtlərdən də qafil olmamaq lazımdır. Əsasən insanın ruhu və yaşayışı pak olmalıdır. Hər halda Allahın razılığı ilə müvəffəq olmaq üçün qeyd olunan əməli yerinə yetirmək olar.

Allah sizə yar olsun.

Sual (77) : Salam aleykum. Oluye Quran ve yaxud Yasin oxuyub hediyye edende mutleq tapsirmada oxunmalidi? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Xeyr, tapşırma oxumaq mütləq deyil, əgər bu niyyətlə oxunsa kifayətdir. Tapşırma oxumaq həqiqətdə bu niyyəti dilə gətirməkdir. Niyyəti isə dilə gətirmək vacib deyil.

Allah sizə yar olsun.

Sual (78) : Salam.Ilk önce bizler üçün bele bir imkan yaratdiginiz üçün çox tesekkur edirem.Size bir sualim olacag.Gün erizinde vacib namazlarimi yerine yetirdikden sonra ara vaxtlarda aniden namaz qilmag isteyi dolur qelbime.sadece nece niyyet etmeli,neçe Riket qilmaliyam onu bilmirem.xahis edirem bunu izah ederdiz.Indiden Cox tesekkur edirem.Allah razi olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əgər qəza namazlarınız varsa yaxşı olar onları qılasınız ki, həm savabı var və həm də boynunuzda vacibdir. Əgər qəza namazlarınız yoxdursa dua kitablarında xsusilə Məfatihul-cinan kitabında olan müstəhəbbi namazlar qıla bilərsiz, misal üçün cəfər-təyyar namazı ki, savabı çoxdur.

Allah sizə yar olsun.

Sual (79) : Es salamu aleykum.Gece namazı 11 rüketdi .Onun hamsi qilinmasi vacibdimi????

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Gecə namazı qılmağın savabı və fəziləti çoxdur və gecə namazını tərk etməkdənsə hər nəqədər imkan olsa o qədər qılmaq daha yaxşıdır. Əgər 11 rükəti qılmağa çətinlik çəkirsinizsə təkcə şəf və vitri (son 3 rükəti) qılın və vitrin qunutunda qısa deyə bilərsiz.

Allah sizə yar olsun.

Sual (80) : Salam aleykum ve rehmetullah. Nade-Eli duasin yazardiz zehmet deyilse. Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu dua iki beytdən ibarətdir.

ناد علياً مظهر العجائب

تجده عوناً لك في النوائب

كل هم و غم سينجلي

بولايتك يا علي يا علي يا علي

Oxunuşu:
Nadə Əliyyən Məzhərəl-əcaib!
Təcidhu əvnən ləkə fin-nəvaib.
Kullu həmmin və ğəmmin səyəncəli,
Bivilayətikə ya Əliyyu, ya Əliyyu, ya Əliyyu!

Tərcüməsi:
Əcaibləri aşkara çıxaran Əlini (ə) çağır!
Onu sənə çətinliklərdə kömək edən görərsən!
Bütün qüssə və kədərlər çəkilib gedər,
Sənin vilayətinlə, ya Əli (ə), ya Əli (ə), ya Əli (ə)!

Allah sizə yar olsun.

Go to TOP