Bismillahir-rəhmanir-rəhim.
Bu barədə konkret nəyisə demək olmaz, çünki bu nisbidir və bir çox əməllər ən böyük ibadət hesab olunub. Misal üçün hər halda şükür etmək, Allahı həmişə yad etmək, dua, təfəkkür, namaz, İmam Zamanın zühurunun intizarını çəkmək, Kəbəni təvaf etmək, infaq və s. ən böyük ibadət hesab olunub. Əlbətdə bəzi fərqləri var bu ibadətlərin. Misal üçün qəlbi ibadətlər, əməli ibadətlər, mali ibadətlər və s. Hər birinin arasında ən böyük ibadət nəzərdə tutulub.Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əgər başqa bir şəxsin tərəfindən Quran oxumağı üzərinə götürübsə və ya nəzr edibsə Quranı tam oxumalıdır, İxalası 3 dəfə oxumaq kifayət etmir.Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Seyid ibni Tavus "Cəmalul-usbu" adlı kitabında Şeyx Telləkübradan və o da öz sənədi ilə Zeyd ibni Sabitdən rəvayət edir ki, səhranişin bir kişi Həzrət Rəsulullahın (s.a.a.) yanına gəlib, dedi: "Atam-anam sənə fəda olsun ey Rəsulullah (s.a.a.), biz səhrada qaldığımız üçün Mədinə şəhərindən uzağıq və hər cümə günü Cümə namazında iştirak edə bilmirik. Mənə elə bir əməl öyrət ki, onu yerinə yetirdikdə, Cümə namazının fəzilətini əldə edə bilim. Öz əhli-əyalımın və qəbiləmin yanına geri döndükdə də bu əməli onlara öyrədəcəyəm." Həzrət Rəsulullah (s.a.a.) belə buyurdu: "Gün qalxdıqdan iki rükət namaz qıl. Namazın birinci rükətində "Həmd"dən sonra yeddi dəfə "Fələq" və ikinci rükətində yeddi dəfə "Nas" surələrini oxu. Namazın salamlarını dedikdən sonra yeddi dəfə "Ayətəl-kürsi"ni oxu. Sonra yenə də ayağa qalx və iki dörd rükətli, səkkiz rükət namaz qıl. Birinci iki rükətdən sonra təşəhhüdü de, amma salam demə. Salamları, dördüncü rükəti bitirdikdən sonra, təşəhhüddən sonra de. İkinci dörd rükət namazı da bu qayda ilə qıl. Namazın hər rükətində bir dəfə "Həmd" surəsini, bir dəfə "Fəth" surəsini və iyirmi beş dəfə "İxlas" surəsini oxu. Təşəhhüd və salamlardan sonra yeddi dəfə bu duanı oxu:Ya həyyu ya qəyyumu ya zəl cəlali vəl ikram, ya ilahəl əvvəlinə vəl axirin, ya ərhəmər rahimin, ya rəhmanəd dunya vəl axirəti və rəhiməhuma, ya rəbbi ya rəbbi ya rəbb, ya Əllahu ya Əllahu ya Əllahu ya Əllahu ya Əllahu ya Əllahu ya Əllah, səlli əla Muhəmmədin və alih, vəğfir li.
Sonra öz hacətini istə və yetmiş dəfə bu zikri de:
La həvlə və la quvvətə illa billahil əliyyil əzim.
Sonunda da bu sözləri de:
Və subhanəllahi rəbbil ərşil kərim."
Sonra Həzrət Rəsulullah (s.a.a.) buyurdu: "Məni haqq olaraq öz elçisi göndərən Allaha and olsun ki, mən, cümə günü bu namazı qılan hər bir mömin və möminənin Cənnətə daxil olmasına zamin dururam. Bu namazı qılan şəxsin özünün və ata-anasının bütün günahları bağışlanar və Haqq Taala həmin gün müsəlmanların şəhərlərində bütün namaz qılanların savabını ona əta edər. Həmçinin, Haqq Taala, məşriq və məğribdə bu gündə oruc tutub, namaz qılan insanların savabını ona yazar. Haqq Taala ona heç kimin görmədiyi və heç kimin eşitmədiyi nemətlər əta edər."
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam
Allah
sizə yar olsun.
Əleykumus-salam.
Oruc hökmləri ilə bağlı aşağıdakı adresə müraciət edin:
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Cəfər,
Peyğəmbərin (s) əmisi Əbu Talibin oğlu, Əlinin (ə) qardaşı, Mutə döyüşünün
fədaisi və İslamın böyük şəhidlərindəndir. Cəfəri-Təyyar adı ilə məşhur olan bu
insanın şəxsiyyətini Peyğəmbərin (s) sözləri və ona bağlılığı ilə müəyyən etmək
olar. Yəhudilərin Xeybər qalasının fəthi və Cəfərin Həbəşədən qayıtdığı zaman
Peyğəmbər (s) onu qucaqladı və alınını öpüb buyurdu: “Bilmirəm hansı iş üçün
sevinim. Xeybərin alınması, ya Cəfərin gəlişi üçün?” Sonra Peyğəmbər (s) bu
namazı ona öyrətdi və buyurdu: əgər edə bilsən hər gün, olmasa hər həftə, ya
hər ay, olmasa hər il, ya ən azı ömründə bir dəfə bu namazı qıl.
Mutə döyüşündə Cəfərin iki qolu da kəsiləndən sonra bayrağı yerə atmağa razı
olmayıb onu dişlərinə aldı. Həzrət Peyğəmbər (s) bu barədə buyurmuşdur: “Allah
Cəfərin iki qolunun yerinə ona iki qanad verəcək ki, behiştdə onlarla pərvaz
etsin.” Buna görə də ona Cəfəri-Təyyar (uçan) deyiblər.
Cəfəri Təyyarın namazı böyük günahların bağışlanmasına səbəb olur və başqa fəzilətlərə
də malikdir. Onun ən fəzilətli vaxtı cümə günü günorta vaxtıdır. Cəfəri Təyyar
namazının qılınma qaydası:
Bu müstəhəbbi namaz 4 rəkətdir, 2 dənə 2 rəkətli namaz kimi qılınır. Hər
rəkətdə Həmd və Surə oxuduqdan sonra rükuya getmədən əvvəl 15 dəfə
təsbihati-ərbəə* zikri oxunur. Rükuda rükunun zikrini söylədikdən
sonra bu zikr 10 dəfə deyilir. Rükudan qalxdıqdan sonra (qiyam halında) bu zikr
yenə 10 dəfə oxunur. Daha sonra 2 səcdədə və səcdələr arasında oturarkən zikr
10 dəfə oxunur. İkinci səcdədən qalxıb oturduqdan sonra yenə 10 dəfə oxunur.
Digər rəkətlər də eynilə bu cür qılınır. Təsbihati-ərbəə zikri belədir:
"Subhanəllahi vəlhəmdulilləhi və lə iləhə illəllahu vallahu əkbər"
Allah sizə yar olsun.
Əleykumus-salam.
اَللّهُمَّ اجْعَلْهُ لاَِبَوَیْهِ وَ لَنا سَلَفاً وَ فَرَطاً وَ اَجْراً.)Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Cəfər,
Peyğəmbərin (s) əmisi Əbu Talibin oğlu, Əlinin (ə) qardaşı, Mutə döyüşünün
fədaisi və İslamın böyük şəhidlərindəndir. Cəfəri-Təyyar adı ilə məşhur olan bu
insanın şəxsiyyətini Peyğəmbərin (s) sözləri və ona bağlılığı ilə müəyyən etmək
olar. Yəhudilərin Xeybər qalasının fəthi və Cəfərin Həbəşədən qayıtdığı zaman
Peyğəmbər (s) onu qucaqladı və alınını öpüb buyurdu: “Bilmirəm hansı iş üçün
sevinim. Xeybərin alınması, ya Cəfərin gəlişi üçün?” Sonra Peyğəmbər (s) bu
namazı ona öyrətdi və buyurdu: əgər edə bilsən hər gün, olmasa hər həftə, ya
hər ay, olmasa hər il, ya ən azı ömründə bir dəfə bu namazı qıl.
Mutə döyüşündə Cəfərin iki qolu da kəsiləndən sonra bayrağı yerə atmağa razı
olmayıb onu dişlərinə aldı. Həzrət Peyğəmbər (s) bu barədə buyurmuşdur: “Allah
Cəfərin iki qolunun yerinə ona iki qanad verəcək ki, behiştdə onlarla pərvaz
etsin.” Buna görə də ona Cəfəri-Təyyar (uçan) deyiblər.
Cəfəri Təyyarın namazı böyük günahların bağışlanmasına səbəb olur və başqa
fəzilətlərə də malikdir. Onun ən fəzilətli vaxtı cümə günü günorta vaxtıdır.
Cəfəri Təyyar namazının qılınma qaydası:
Bu müstəhəbbi namaz 4 rəkətdir, 2 dənə 2 rəkətli namaz kimi qılınır. Hər
rəkətdə Həmd və Surə oxuduqdan sonra rükuya getmədən əvvəl 15 dəfə
təsbihati-ərbəə* zikri oxunur. Rükuda rükunun zikrini söylədikdən
sonra bu zikr 10 dəfə deyilir. Rükudan qalxdıqdan sonra (qiyam halında) bu zikr
yenə 10 dəfə oxunur. Daha sonra 2 səcdədə və səcdələr arasında oturarkən zikr
10 dəfə oxunur. İkinci səcdədən qalxıb oturduqdan sonra yenə 10 dəfə oxunur.
Digər rəkətlər də eynilə bu cür qılınır. Təsbihati-ərbəə zikri belədir:
"Subhanəllahi vəlhəmdulilləhi və lə iləhə illəllahu vallahu əkbər"
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu halda namaz qılmağın eybi yoxdur, amma pişiyin tükü libasınızda olmamalıdır. Əlbətdə fikirinizi yayındırırsa yaxşı olar uzaqlaşdırasınız.fiqhi xarakter daşıyan sualları saytın "Fiqhi" suallar bölümünə göndərin.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Azanın tərkib hissəsi kimi deyil, əlavə zikr kimi deməyin eybi yoxdur.