Sual (51) : Salam aleykum;:"deyirlerki,Ayetil kursini yazib ,heyetin girişinde basdirmag lazimdir~ki.ev ruzi bereketli olsun~bu dogrudur????
Ad: ramal, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ayətəl-kürsünü yazıb torpağa basdıqmaq haqqında hədislərdə sifariş olmayıb və ya bizə rast gəlməyib. Hər halda yazıb basdırıldıqda da pak və ayaq dəyməyən yerə basdırılmalıdır. Amma daha yaxşı olar evdə hər gün Ayətəl-kürsü oxunsun və ya yazıb evdə saxlanılsın və ya hər nəyin bərəkətli olmağını istəyirsizsə Ayətəl-kürsünü o şeyə oxuyub üfürün. Ayətəl-kürsü” haqqında göstəriş verilmişdir ki, hər gün onu yetmiş dəfə oxuyun.
Allah sizə yar olsun.
Sual (52) : Salam bednezer ve Qorxu dualarini,Azerbaycan dilinde ,yazib Camaatdan pul almag olar???bes pulsuz Camaata bu dualari yazib vere bilerik ,qorxub ve Bednezer deyen insanlara???
Ad: ramal, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həzrət məsumlardan (əleyhimus-salam) bizə çatmış və mötəbər kitablarda qeyd olunmuş duaları yazmağın eybi yoxdur. Lakin qazanc məqsədi güdən insanların peşəsinə çevrilmiş peşəkar şəkildə dua yazmaq səhih deyil və adətən onların istinad etdikləri kitablar mötəbər deyil.

Allah sizə yar olsun.

Sual (53) : salam aleykum geza namazi gilanda niyetde vacib soznu demeliyikmi?

Əleykumus-salam.

Deyilməsi vacib deyil.

Zəhmət olmasa, fiqhi xarakter daşıyan suallarınızı saytımızın "Fiqhi" suallar bölməsinə ünvanlayın.

Allah sizə yar olsun.

Sual (54) : Salam aleykum namazda burmuz yere deymesi secdeye ziyan vurarmi menim ele oluf belede secde etmishem icimde shupe oldu

Əleykumus-salam.

Eybi yoxdur, hətta burnun yerə və ya möhrə dəyməsi müstəhəbdir .

Allah sizə yar olsun.

Sual (55) : salam isdediyim qiza qovusmaq ucun dua var
Ad: murad, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu məsələdə yaxşı olar emosional rəftar etməyəsiniz, ağıl və düşüncə ilə ölçüb hərəkət edəsiniz. Eləcədə Allaha etimad edib səmimi qəlbdən istəyin ki, bu qovuşmaq sizin üçün xeyirli və məsləhətinizədirsə istəyinizə çatdırsın. Hər halda bu məqsədlə hacətlərin qəbul olması üçün məsumlarda nəql olunan duaları oxuya bilərsiz, misal üçün:

  1. Təvəssül duası.
  2. Fərəc duası.
  3. İsmi əzəm duası.
  4. İmam Səccad (ə)- dan Məqatil ibni Süleyman duası.
  5. İmam Musa ibni Cəfər (ə)- dan Sədrül- icabət adlı dua ki, bu cür başlayır:

«اللهم انی اطعتک فی احب الاشیاء الیک و ....»

  1. İmam Sadiq (ə)- dan rəvayət olan dua ki, buyurur: Hər kəs on dəfə (ya Alah) desə, ona cavab verilər, ləbbeyk (bəli) istəyin nədir?
  2. İmam Cəfər Sadiq (ə)- dan rəvayətdir ki, hər kəs ya Rəbb ya Allah nəfəsi düşənə kimi desə, cavab verilər ləbbeyk (bəli) hacətin nədir?

Bu dualar Məfatihul- cinan kitabında Səriül- icabət ünvanıyla gətirilmişdir.

Bundan əlavə, İmam Əlidən (ə) nəql olub ki, hər kəs evlənmək istəyirsə iki rükət namaz qılsın hər rükətdə Fatihə surəsindən sonra Yasin surəsin oxusun.

Həmçinin Rum surəsi 21-ci ayəni çox oxuyun.

Allah sizə yar olsun.

Sual (56) : Salam~Özūmūzū ve ailemizi mal dovletimizi,ve.s,bednezerden qorumag ucun ne etmeliyik???
Ad: Ramal, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bədnəzərdən qorunmaq üçün qeyd etdiyimiz ayə və surələri oxuyun:

Əl-Qələm surəsi ayə 51-52: Və in yəkadulləzinə kəfəru la yuzliqunəkə bi əbsarihim ləmma səmiuz zikrə və yəqulunə innəhu ləməcnun. Və ma huvə illa zikrun lil aləmin.

Ayətəl kürsi (Bəqərə surəsinin 255, 256 və 257-ci ayələri). 

Fələq və Nas surəsi. 

İxlas surəsini 6 cəhətə (sağ, sol, yuxarı, aşağı, qabaq və arxaya) oxumaq.

İmam Sadiq (ə) buyurur: Əgər bir şəxs qorxur ki, onun gözü başqasında və ya başqasının gözü onda təsir qoyar, üç dəfə desin:

«ماشاء الله لاقوة الا بالله العلی العظیم»

Maşallah la qüvvətə illa billah Əl- əliyyul- əzim.

Hər gün az miqdarda olsa da sədəqə verin və Allaha təvəkkül edin.

Allah sizə yar olsun.

Sual (57) : Salam ~ hansi sa basga bir insanin dunyadan kocenine Azerbaycan dilinde Quran oxuya bilerem pul almamag serti ile???
Ad: ramal, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, olar, pul almamaq şərti ilə bunun heç bir eybi yoxdur.

Allah sizə yar olsun.

Sual (58) : Salam.kilsede namaz qılmaq olarmı?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Kilsəyə girmək və orada namaz qılmaq olar, amma xristian adət-ənənələrinə riayət etmək, şam yandırmaq və s. icazəli deyil.

Allah sizə yar olsun.


Sual (59) : Salam Aleykum bəzi şəxslər ruzi duası və sairə dualar yandırırlar. Belə bir söz deyirlərki duaların müəyyən bir vaxtı var həmin vaxtı keçəndən sonra əks təsir göstərir. Bu düzgün ola bilər? Allah razı olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əhli-beytdən bizə gəlib çatan dualar barədə belə bir şey yoxdur, dini kitablarda da bu məsələylə qarşılaşmamışıq. Ümumiyyətlə Quran ayələrini və Əhli-beyt kəlamlarını yandırmaq doğru deyil.

Allah sizə yar olsun.

Sual (60) : Salam aleykum. Peygember quran nazil olmamisdan qabaq namaz qilirdi? Namaz nevaxt vacib oldu. Fatihe suresi nazil olana kimi Peygemberimiz namaz qilmirdi? Xahis edirik bu haqda melumat veresiz. Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Peyğəmbər (ə) besətin əvvəlindən namaz qılıb, amma namazın keyfiyyəti bugünki namazla fərqli olub. Namaz bu keyfiyyətdə hicrətin 2-ci ilindən vacib olub. Məkkədə olanda bütün namazlar iki rükətli olub. Besətin əvvəlindən hz. Cəbrail namazı Peyğəmbərə öyrədib. Təbii ki, hədislərə əsasən Fatihəsiz namaz olmaz, elə buna görədə ilk nazil olan surəni Fatihə surəsi hesab edirlər. Həmçinin Fatihə surəsini iki dəfə nazil olmasını qeyd edirlər.
Allah sizə yar olsun.
Go to TOP