Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəli, olar, hətta namazın son salamında müstəhəbdir ki, qiblədən dönməmək şərti ilə sağa tərəf baxıb salam deyilsin. İmam Sadiqdən (ə) sual edilir ki, nə üçün sağa? İmam buyurur: Çünki yaxşı işləri yazan mələk sağ tərəfdə və namaz da yaxşı əməldir. Bəs nə üçün cəm şəkildə salam veririk? İmam buyurur: Sol tərəfdə olan mələyə də salam veririk. Amma sağ tərəfi üstün tuturuq.Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yuxuda cünub olmaq təbii məsələdir və cavanlıqda bunun baş verməsi qaçılmazdır. Bunu üçün nigar olmaq lazım deyil, əksinə sağlamlıq əlamətidir. Amma pis yuxular mümkündür insanın gün ərzində etdiyi xəyallardan irəli gəlsin. Həmçinin mənfi təsir qoyan film, şəkil, kitab, saytlar və s. kimi təhrik edici görüntülərdən uzaq olun. Hər halda İmam Sadiq əleyhissalam buyurur: Cünub olmaqdan nigar olduqda yatanda bu duanı oxu:Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hər kəsin uğur və müvəffəqiyyəti onun səy və çalışmağına bağlıdır. Mütaliə üçün münasib zaman və məkan seçmək, öyrənmə keyfiyyətinə əhəmiyyətli təsir göstərir.Bunu kənarında Allah-talaya təvəkkül etmək, Əhli-beytə təvəssül etmək, dua və namaz təsirli olacaq.
Həmçinin qida və yeməkdə orta həddi saxlayın və çox yeməkdən çəkinin. İdman etmək, dişi fırçalamaq, balıq, süd, meyvə- tərəvəz kimi zehni qüvvətləndirən qidalardan istifadə etmək hafizədə müsbət təsiri var.
Namazın təqibatında hafizəni gücləndirmək üçün Peyğəmbərin (s) Hz. Əliyə (ə) öyrətdiyi duanı oxuyun:
« سُبْحانَ مَنْ لا يَعْتَدى عَلى أَهْلِ مَمْلِكَتِهِ، سُبْحانَ مَنْ لا يَأْخُذُ أَهْلَ الأَرْضِ بِأَلْوانِ الْعَذابِ، سُبْحانَ الرَّؤُوفِ الرَّحيمِ. أَللَّهُمَّ اجْعَلْ لى فى قَلْبى نوُراً وَ بَصَراً وَ فَهْماً وَ عِلْماً، إِنَّكَ عَلى كُلِّ شَىْءٍ قَديرٍ.»
(Subhanə mən la yətədi əla əhli-məmləkətihi, subhanə mən la yəxuzu əhləl-ərzi biəlvanil-əzabi, Subhanər-Raufur-Rəhim. Allahummə icəl fi qəlbi nurən və bəsərən və fəhmən və elma, innəkə əla kulli şeyin qədir.)
Həmçinin mütaliəyə başlayanda bu duanı oxumaq faydalıdır:
اَللّهُمَّ اَخْرِجْنى مِنْ ظُلُماتِ الْوَهْمِ،وَاَکْرِمْنى بِنُورِ الْفَهْمِ، اَللّهُمَّ افْتَحْ عَلَیْنا
اَبْوابَ رَحْمَتِکَ، وَانْشُرْ عَلَیْنا خَزائِنَ عُلُومِکَ، بِرَحْمَتِکَ یا اَرْحَمَ الرّاحِمینَ.
Allahumə əxricni min zulumatil-vəhm və əkrimni binuril-fəhm, Allahumməftəh ələyna əbvabə rəhmətik vənşur ələyna xəzainə ulumik berəhmətikə ya ərhəmər-rahimin.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəli, bu deyilən doğrudur. Şiələrin əksinə olaraq əhli-sünnə məzhəbində nisa təvafı və nisa təvafının namazı deyilən anlam yoxdur.Allah sizə yar olsun.
Ad: ramal, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Əleykumus-salam.
Xeyr, eybi yoxdur.Zəhmət olmasa, fiqhi xarakter daşıyan suallarınızı saytımızın "Fiqhi" suallar bölməsinə ünvanlayın.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Xeyr, doğru deyil, belə bir fərq yoxdur. Ümumiyyətlə salavat dedikdə yalnız Peyğəmbər (s) və onun ailəsinə Allahın salamını diləyirik. Əli üzə çəkmək salavatda yox dua edəndə əlləri yuxarı qaldırdıqdan sonra sifariş olunub ki, əlləri üzünüzə çəkməmiş aşağı salmayın. Səbəbi isə hədislərdə belə qeyd olunub ki, Allahın dərgahına üzünün əllərə Allah nəzər edir. Salavat bir növ dua olduğu üçün, salavatda da əlləri üzə çəkirlər.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəzi kitablarda və rəvayətlərdə sehri məhv etmək üçün müəyyən ayələri və duaları oxumaq tövsiyə edilmişdir. Nümunə üçün, bir neçəsini qeyd edirik:
1. Məhəmməd ibni İsa deyir ki, imam Riza (əleyhis-salam)-dan sehr barəsində soruşdum, həzrət buyurdu: “Sehrin həqiqəti vardır və Allahın izni ilə təsir qoyur. Hər vaxt sənə sehr etsələr, əllərini üzünün müqabilinə qaldıraraq bu duanı oxu:
بِاسْمِ اللهِ الْعَظِيمِ بِاسْمِ اللهِ الْعَظِيمِ رَبِّ الْعَرْشِ الْعَظِيمِ اِلاَّ ذَهَبَتْ وَ انْقَرَضَتْ
2. Ayətəl-Kürsü, Həmd, Fələq və Nas surələrini çox oxuyun.
3. Sehr olunan şəxs gərək aşağıdakı ayələri həmişə özü ilə yanaşı gəzdirsin:
قالَ مُوسى ما جِئْتُمْ بِهِ السِّحْرُ إِنَّ اللَّهَ سَيُبْطِلُهُ إِنَّ اللَّهَ لا يُصْلِحُ عَمَلَ الْمُفْسِدِينَ، وَ يُحِقُّ اللَّهُ الْحَقَّ بِكَلِماتِهِ وَ لَوْ كَرِهَ الْمُجْرِمُونَ"
"وَ أَوْحَيْنا إِلى مُوسى أَنْ أَلْقِ عَصاكَ فَإِذا هِيَ تَلْقَفُ ما يَأْفِكُونَ، فَوَقَعَ الْحَقُّ وَ بَطَلَ ما كانُوا يَعْمَلُونَ، فَغُلِبُوا هُنالِكَ وَ انْقَلَبُوا صاغِرِينَ".
4. Bu ayəni sehr olunan şəxsə yeddi dəfə oxusunlar:
سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ وَ نَجْعَلُ لَكُما سُلْطاناً فَلا يَصِلُونَ إِلَيْكُما بِآياتِنا أَنْتُما وَ مَنِ اتَّبَعَكُمَا الْغالِبُونَ
Allah sizə yar olsun.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Duanın qeyri-adi təsiri olmağı insanın halına və inamına bağlıdır. Ümidi hər yerdən kəsilən müztər insan və duanın qəbul olmağına şəkk etməyən tam vücudu ilə bir ya Allah desə qeyri-adi təsiri görər. Bu inam və hal mümkündür insanlarda dualara nisbətdə fərqli olsun. Hər-halda bir neçə təcrübə olunmuş duanı qeyd edirik.Ad: murad, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu məsələdə yaxşı olar emosional rəftar etməyəsiniz, ağıl və düşüncə ilə ölçüb hərəkət edəsiniz. Eləcədə Allaha etimad edib səmimi qəlbdən istəyin ki, bu qovuşmaq sizin üçün xeyirli və məsləhətinizədirsə istəyinizə çatdırsın. Hər halda bu məqsədlə hacətlərin qəbul olması üçün məsumlarda nəql olunan duaları oxuya bilərsiz, misal üçün:
- Təvəssül duası.
- Fərəc duası.
- İsmi əzəm duası.
- İmam Səccad (ə)- dan Məqatil ibni Süleyman duası.
- İmam Musa ibni Cəfər (ə)- dan Sədrül- icabət adlı dua ki, bu cür başlayır:
«اللهم انی اطعتک فی احب الاشیاء الیک و ....»
- İmam Sadiq (ə)- dan rəvayət olan dua ki, buyurur: Hər kəs on dəfə (ya Alah) desə, ona cavab verilər, ləbbeyk (bəli) istəyin nədir?
- İmam Cəfər Sadiq (ə)- dan rəvayətdir ki, hər kəs ya Rəbb ya Allah nəfəsi düşənə kimi desə, cavab verilər ləbbeyk (bəli) hacətin nədir?
Bu dualar Məfatihul- cinan kitabında Səriül- icabət ünvanıyla gətirilmişdir.
Bundan əlavə, İmam Əlidən (ə) nəql olub ki, hər kəs evlənmək istəyirsə iki rükət namaz qılsın hər rükətdə Fatihə surəsindən sonra Yasin surəsin oxusun.
Həmçinin Rum surəsi 21-ci ayəni çox oxuyun.
Allah sizə yar olsun.
Ad: mirhafiz, Ölkə: rusiya, Müctəhid: Ayətullah Xamenei
Əleykumus-salam.
Bəli, düzgündür. Pişik murdar deyil və onu evdə saxlamağın öz-özlüyündə bir iradı yoxdur.