Sual (31) : Salam. Namazın "həmzə" ilə deyilməli oldugu sözlərini yazardınız zəhmət olmasa
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Vəhid

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Namazda ə hərfi ilə başlayan sözlərin bir neçəsindən başqa hamısı həmzə ilə deyilır. Əyn hərfi ilə başlayan kəlmələr ibarətdir: Aləmin, əleyhim, əzim, əla, əbduhu, əleykə, əleyna, ibadilillahi, əleykum. Daha ətraflı namaz kitablarına müraciət edin.

Allah sizə yar olsun.

Sual (32) : Salam aleykum. 1. Cox xahis edirem imtahanlarda abuturiyent ve telebelerin heyacanini def etmesi ucun xususi dua varsa, yazardiz. 2. 1 sehife Quran oxuduqdan sonra, ayelere geri qayidib baxdiqda, hemin sehifede evvelki ayeleri uzunden sehv oxudugumuzu zenn etsek, yeniden oxumaq lazimdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1. Allah-təala Quranda buyurur: Ər-Rəd surəsi ayə 28. O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır.» İmam Əli (ə) buyurmuşdur: “Ən fəzilətli zikr Quran oxumaqdır, çünki bu əməl qəlbin genişlənməsinə və batinin nurlu olmasına səbəb olur.” İmtahandan öncə səmimi qəlbdən 19 dəfə Bismillahir-rəhmanir-rəhim deyin və Ayətul-kürsünü oxuyun.
2. Xeyr, yenidən oxumaq lazım deyil.

Allah sizə yar olsun.

Sual (33) : Salam aleykum. Emelin qebul olunmasi nedir? Her hansi bir yaxsi is gorsek ve o qebul olmasa ona savab verilmir? Adeten biz namazda Allahdan basqa her sey fikirlesirik bele namazlar qebul olmasa savab verilmez onlara? Allah sizden razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əməlin qəbul olmasından məqsəd, Allahın razılığını qazanmaqdır. Əməlin qəbul olmasının bir neçə şərti vardır ki, iman, təqva, ixlas və pak niyyət, Əhli-beytin (ə) vilayəti əsas şərtlərdəndir. Allah-təala heç bir yaxşı əməli mükafatsız qoymur, lakin deyilən şərtlər olmasa yalnız dünya savabı verir, əks halda həm dünya və həm də axirət savabı ilə mükafatlandırır . Savab sözü ki, mükafat ifadəsi kimi tərcümədə  yazılır, Quranda bir neçə yerdə gəlib və dünya savabı axirət savabının qarşısında qeyd olunur. Bu ayələrə diqqət edin:
Ali-İmran, 145. ...Kim (öz səylərindən) dünya mükafatı istəsə, ondan ona verərik və kim axirət mükafatı istəsə, ona ondan verərik. Şükr edənləri tezliklə mükafatlandıracağıq.
Ali-İmran, 148. Beləliklə, Allah onlara bu dünyanın mükafatını və axirətin gözəl mükafatını əta etdi. Allah yaxşılıq edənləri sevir.
Nisa, 134. Kim dünya mükafatını istəsə (bilsin ki), dünya və axirət mükafatı Allahın yanındadır (və Allah insanın niyyətinə görə ona verər). Allah həmişə eşidən və görəndir.

Allah sizə yar olsun.

Sual (34) : Salam aleykum. "Bismillahir-rəhmanir-rəhim Əlhəmdu lillahi rəbbil-aləmin, vəssəlatu vəssəlamu əla əşrəfil ənbiyai vəl-mursəlin, Muhəmmədin və alihit-təyyibinət- tahirin Vəllənətud-daimətu əla ədaihim əcməin minəl anə ila qiyami yəvmid-din" bu dua ne ucundur? Ve zehmet deyilse tercumesinde yazardiz. Allah sizden razi olsun

Əleykumus-salam.

Buna xütbə və ya həmd-səna deyilir. Adətən ruhanilər moizələrini bu dua ilə başlayırlar. Cümə xütbələrini həmd-səna ilə başlamaq vacibdir.
Tərcüməsi: Rəhman və Rəhimli Allahın adı ilə. Həmd və səna yalnız aləmlərin rəbbinə məxsusdur. Salam və salavat olsun peyğəmbərlərin və mürsəllərin ən şərəflisi Mühəmmədə və pak ailəsinə. Onların (Peyğəmbər (ə) və ailəsinin) bütün düşmənlərinə daima lənət olsun, bu andan qiyamətə kimi.

Allah sizə yar olsun.

Sual (35) : Salam Aleikum.Sizdan xaish eleiram,munkuz olsa mene musulman kalendar 2016 il qondarun.Man isteiram bilam Imamlaryn movlud va shaxadat gunari.Allah komainiz olsyn.
Ad: Sevil, Ölkə: Kazaxstan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

"Ləylətur-rağib" gecəsinin əməlləri: Bu ayın birinci cümə gecəsinə (adına axşamı) "Ləytur-rağib" deyilir. Bu gün oruc tutmaqın misilsiz savabı vardır. Bu günün savabını qazanmaq üçün müsəlman şəxs həftənin dördüncü günü oruc tutmalı, cümə gecəsi Şam və Xüftən namazlarının arasında on iki rəkət iki rəkətli namaz qılmalıdır. Hər rəkətdə "Fatihə (həmd)" surəsindən sonra üç dəfə "Qədr" və on iki dəfə "İxlas" surəsini (Qul hu vəllahu əhəd) oxumalıdır. Hər namazdan sonra bu zikri oxumalıdır: "Əllahummə səlli əla Muhəmmədin ən-nəbiyyil ummiyyi və alihi".Sonra səcdə etməli və səcdədə yetmiş dəfə bu zikri deməlidir:"Subbuhun Quddus rəbbul məlaikəti vər-ruh".Sonra başını səcdədən qaldırmalı və yenidən səcdəyə gedərək bu zikri deməlidir:"Rəbbi iğfir vərhəm və təcavəz əmma tələm (minni), innəkə əntəl əliyyul əzim".Bu dəfə də başını səcdədən götürməli və yenidən səcdəyə gedərək bu zikri deməlidir:"Subbuhun Quddus rəbbul məlaikəti vər-ruh".

Allah sizə yar olsun.

Sual (36) : receb ayinin emelleri hansilardir?

Bismillahir-rəhmanir-rəhim.

Rəcəb ayının əməlləri

Rəcəb ay hicri-qəməri aylarının yeddincisi və haram ayların dördüncüsüdür. Bu ay İlahi rəhmətin yağan ayı və həzrət Əlinin (ə) ayıdır. Bu ayda həzrət Peyğəmbər (s) Allah-Taala tərəfindən peyğəmbərliyə seçilmişdir. İmam Baqir (ə) bu ayda anadan olmuşdur. Bu ayda Peyğəmbərimizin (s) oğlu İbrahim vəfat etmişdir. Bu ayda həzrət Nuh (ə) ona iman gətirənlərlə birlikdə gəmiyə minmişdir. Buna görə də bu ay bərəkətli və müqəddəs aydır. Hətta cahiliyyət dövrünün ərəbləri də bu aya ehtiram edib, bu ayda müharibə etməz və qan tökməzmişlər. Bu ayda oruc tutmaq savabdır. Bu ayda Allah-taala bəndələrini öz rəhmətinə qərq edir. Möminlərin ağası həzrət İmam Əli (ə) bu ayı oruc tutardı. O Həzrət (s) bu ayın barəsində buyurur: “Rəcəb mənim ayım, Şəban Peyğəmbərin (s) ayı və Ramazan Allah-Taalanın ayıdır”. İbn Əbbas deyir: "Hər il Rəcəb ayı çatdığı zaman Peyğəmbər (s) müsəlmanları bir yerə toplayır və bu ayın əzəmət və fəzilətindən danışırdı".
Bu ayın əməlləri
1. Oruc tutmaq:
Səmaə bin Mehran İmam Sadiqdən (s) və O həzrət də atalarından rəvayət edərək buyurur: “Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs Rəcəb ayında üç gün oruc tutarsa, Allah-taala onun tutduğu hər gün üçün bir il oruc tutmaqın savabın yazar. Və hər kəs bu ayda yeddi gün oruc tutarsa cəhənnəmin yeddi qapısı onun üzünə bağlanar. Hər kəs bu ayda səkkiz gün oruc tutarsa, səkkiz cənnətin qapısı onun üzünə açılar. Hər kəs bu ayda onbeş gün oruc tutarsa Allah-taala qiyamət günü onun hesab verməyini asan edər. Və hər kəs bu ayın hamsını oruc tutarsa, Allah-taala onun əməl kitabına özünün ondan razı olduğunu yazdırar və hər kəsin əməl kitabına Allah-Taalanın razılığı yazılarsa, Allah-Taala onu əzab etməz”.İmam Cəfər Sadiqdən (ə) rəvayətdir ki, Həzrət Nuh (ə) Rəcəb ayının birinci günü gəmiyə minmiş və öz qövminə bu günü oruc tutmağı əmr etmişdir. Bəs hər kəs bu günü oruc tutarsa od ondan bir illik yol məsafəsində uzaqlaşacaqdır.....”
2. Ömrə həccinə getmək:
Bu ayda həcci-ömrəyə getmək savabdır. İmam Baqir (s) və Sadiqdən (ə) rəvayətdir ki, bu ayın ömrəsi savabda Həccin savabı ilə bərabərdir.
 3. Hər gün aşagıdakı duaları oxumaq:
İmam Səccad (ə) (bu ay hər gün) Kəbənin kənarında səcdəyə gedər və bu duanı oxuyardı:
 «عَظُمَ الذَّنْبُ مِنْ عَبْدِكَ فَلْيَحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِكَ»
"Əzuməz-zənbu min əbdikə, fəl-yəhsunul əffə min indik".
"(İlahi) bəndənin günahları çox və böyükdür, əfvini (mənim üçün) yaxşı et". (Şeyx Tusi, Misbahul-mutəhəccid, 2/801).
İmam Sadiq (ə) Müəlla bin Xənisə buyurdu ki, bu ay hər gün bu duanı oxu:
«اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ صَبْرَ الشَّاكِرِينَ لَكَ وَ عَمَلَ الْخَائِفِينَ مِنْكَ وَ يَقِينَ الْعَابِدِينَ لَكَ اللَّهُمَّ أَنْتَ الْعَلِيُّ الْعَظِيمُ وَ أَنَا عَبْدُكَ الْبَائِسُ الْفَقِيرُ أَنْتَ الْغَنِيُّ الْحَمِيدُ وَ أَنَا الْعَبْدُ الذَّلِيلُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ امْنُنْ بِغِنَاكَ عَلَى فَقْرِي وَ بِحِلْمِكَ عَلَى جَهْلِي وَ بِقُوَّتِكَ عَلَى ضَعْفِي يَا قَوِيُّ يَا عَزِيزُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الْأَوْصِيَاءِ الْمَرْضِيِّينَ وَ اكْفِنِي مَا أَهَمَّنِي مِنْ أَمْرِ الدُّنْيَا وَ الْآخِرَةِ يَا أَرْحَمَ الرَّاحِمِينَ‌»؛
"Əllahummə inni əsəlukə səbrəş-şakirinə ləkə və əmələl xaifinə minkə və yəqinəl abidinə ləkə. Əllahummə əntəl-əliyyul-əzim və ənə əbdukəl-baisul-fəqir, əntəl ğəniyyul-həmid və ənəl-əbduz-zəlil. Əllahummə səlli əla Muhəmmədin və alihi. Vəmnun bi-ğinakə əla fəqri və bi-hilmukə əla cəhli, və bi quvvətikə əla zə`fi, ya qəviyyu ya əziz! Əllahummə səlli əla Muhəmmədin və alihil əvsiyail-mərziyyin.Vəkfini ma əhəmməni min əmrid-dünya vəl-axirəti ya ərhəmər-rahimin!" (Şeyx Tusi, Misbahul-mutəhəccid, 2/802; Seyid Tavus, Əl-İqbal, 3/210, fəsl:23; Əllamə Məclisi, Zadul-məad, s.17).
4. Hər vacib namazdan sonra bu duanı oxumaq:
«يا مَنْ أَرْجُوهُ لِكُلِّ خَيْرٍ، وَ آمَنُ سَخَطَهُ عِنْدَ كُلِّ شَرٍّ، يا مَنْ يُعْطِي الْكَثِيرَ بِالْقَلِيلِ، يا مَنْ يُعْطِي مَنْ سَأَلَهُ، يا مَنْ يُعْطِي مَنْ لَمْ يَسْأَلْهُ وَ مَنْ لَمْ يَعْرِفْهُ تَحَنُّناً مِنْهُ وَ رَحْمَةً، أَعْطِنِي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ خَيْرِ الدُّنْيا وَ جَمِيعَ خَيْرِ الٰاخِرَةِ، وَ اصْرِفْ عَنِّي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ شَرِّ الدُّنْيا وَ شَرِّ الٰاخِرَةِ، فَإِنَّهُ غَيْرُ مَنْقُوصٍ ما أَعْطَيْتَ، وَ زِدْنِي مِنْ فَضْلِكَ يا كَرِيمُ. يا ذَا الْجَلٰالِ وَ الإِكْرامِ يا ذَا النَّعْماءِ وَ الْجُودِ، يا ذَا الْمَنِّ وَ الطَّوْلِ، حَرِّمْ شَيْبَتِي عَلَى النّارِ»؛
"Ya mən ərcuhu likulli xəyrin və amənu səxətəhu ində kulli şərrin, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu, ya mən yu`ti mən ləm yəsəlhu və mən ləm yərifhu təhənnunən minhu və rəhmətən. Ə`tini biməsələti iyyakə cəmiə xəyrid-dünya və cəmiə xəyril axirəti, vəsrif ənni biməsələti iyyakə cəmiə şərrid-dünya və şərril axirəti, fə-innəhu ğəyru mənqusin ma əətəytə və zidni min fəzlikə ya kərimu, ya zəl-cəlali vəl ikram, ya zənnəəmai vəl cudi ya zəlmənni vət-təvli, hərrim şəybəti ələn-nar". (Əl-İqbal, Seyid Tavus, 3/211; Zadul-məad, Əllamə Məclisi, s.17;).
Hər namazdan sonra bu duanı oxumaq:
"La ilahə illəllah, vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmdu, yuhyi və yumit və huvə həyyun la yəmut, bi-yədihil xəyru və huvə əla kulli şəyin qədir və iləyhil məsir və la həvla və la qüvvətə illa billahil əliyyil əzim. Əllahummə səlli əla Muhəmmədin ən-nəbiyyil ummiyyi və alihi". (Məfatihul cinan, s.138)
5. İmam Rzanın (ə) ziyarətnaməsini oxumaq.
(Məfatihul-cinan, s.139).
6. Aşağıdakı zikirləri hər gün demək:
a) La ilahə illəllah" (min dəfə).b)            "Əstəğfirullahəlləzi la ilahə illa huvə vəhdəhu la şərikə ləhu və ətubu iləyhi" (yüz dəfə).c)      "Əstəğfirullahə zəl-cəlali vəl ikram min cəmiiz-zunubi vəl-asam" (min dəfə).
7. "Ləylətur-rağib" gecəsinin əməlləri:
Bu ayın birinci cümə gecəsinə (adına axşamı) "Ləytur-rağib" deyilir. Bu gün oruc tutmaqın misilsiz savabı vardır. Bu günün savabını qazanmaq üçün müsəlman şəxs həftənin dördüncü günü oruc tutmalı, cümə gecəsi Şam və Xüftən namazlarının arasında on iki rəkət iki rəkətli namaz qılmalıdır. Hər rəkətdə "Fatihə (həmd)" surəsindən sonra üç dəfə "Qədr" və on iki dəfə "İxlas" surəsini (Qul hu vəllahu əhəd) oxumalıdır. Hər namazdan sonra bu zikri oxumalıdır: "Əllahummə səlli əla Muhəmmədin ən-nəbiyyil ummiyyi və alihi".Sonra səcdə etməli və səcdədə yetmiş dəfə bu zikri deməlidir:"Subbuhun Quddus rəbbul məlaikəti vər-ruh".Sonra başını səcdədən qaldırmalı və yenidən səcdəyə gedərək bu zikri deməlidir:"Rəbbi iğfir vərhəm və təcavəz əmma tə`ləm (minni), innəkə əntəl əliyyul əzim".Bu dəfə də başını səcdədən götürməli və yenidən səcdəyə gedərək bu zikri deməlidir:"Subbuhun Quddus rəbbul məlaikəti vər-ruh".

8. Rəcəbiyyə ziyarəti:
İmam Zamanın (əc) naibi Hüseyn bin Ruh deyir: "Rəcəb ayı hər müqəddəs məkanda olsan bu ziyarətnaməni oxu:
«الْحَمْدُ لِلَّهِ الَّذِي أَشْهَدَنَا مَشْهَدَ أَوْلِيَائِهِ فِي رَجَبٍ، وَ أَوْجَبَ عَلَيْنَا مِنْ حَقِّهِمْ مَا قَدْ وَجَبَ، وَ صَلَّى اللَّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ الْمُنْتَجَبِ، وَ عَلَى أَوْصِيَائِهِ الْحُجُبِ، اللَّهُمَّ فَكَمَا أَشْهَدْتَنَا مَشْهَدَهُمْ فَأَنْجِزْ لَنَا مَوْعِدَهُمْ وَ أَوْرِدْنَا مَوْرِدَهُمْ، غَيْرَ مُحَلَّئِينَ عَنْ وُرْدٍ فِي دَارِ الْمُقَامَةِ وَ الْخُلْدِ وَ السَّلَامُ عَلَيْكُمْ إِنِّي قَدْ قَصَدْتُكُمْ وَ اعْتَمَدْتُكُمْ بِمَسْأَلَتِي وَ حَاجَتِي وَ هِيَ فَكَاكُ رَقَبَتِي مِنَ النَّارِ وَ الْمَقَرُّ مَعَكُمْ فِي دَارِ الْقَرَارِ، مَعَ شِيعَتِكُمُ الْأَبْرَارُ، وَ السَّلَامُ عَلَيْكُمْ بِمَا صَبَرْتُمْ فَنِعْمَ عُقْبَى الدَّارِ، أَنَا سَائِلُكُمْ وَ آمِلُكُمْ فِيمَا إِلَيْكُمُ التَّفْوِيضُ وَ عَلَيْكُمْ التَّعْوِيضُ، فَبِكُمْ يُجْبَرُ الْمَهِيضُ وَ يُشْفَى الْمَرِيضُ، وَ عِنْدَكُمْ مَا تَزْدَادُ الْأَرْحَامُ وَ مَا تَغِيضُ، إِنِّي بِسِرِّكُمْ مُؤْمِنٌ مُوقِنٌ وَ لِقَوْلِكُمْ مُسَلِّمٌ، وَ عَلَى اللَّهِ بِكُمْ مُقْسِمٌ فِي رَجْعَتِي بِحَوَائِجِي وَ قَضَائِهَا وَ إِمْضَائِهَا وَ إِنْجَاحِهَا وَ إِبْرَاحِهَا وَ بِشُئُونِي لَدَيْكُمْ وَ صَلَاحِهَا، وَ السَّلَامُ عَلَيْكُمْ سَلَامَ مُوَدِّعٍ وَ لَكُمْ حَوَائِجُهُ مُودِعٌ يَسْأَلُ اللَّهَ إِلَيْكُمُ الْمَرْجِعَ وَ سَعْيُهُ إِلَيْكُمْ غَيْرُ مُنْقَطِعٍ، وَ أَنْ يُرْجِعَنِي مِنْ حَضْرَتِكُمْ خَيْرَ مَرْجِعٍ إِلَى جَنَابٍ مُمْرِعٍ‌ وَ خَفْضٍ مُوَسَّعٍ وَ دَعَةٍ وَ مَهَلٍ إِلَى حِينِ الْأَجَلِ وَ خَيْرِ مَصِيرٍ وَ مَحَلٍّ فِي النَّعِيمِ الْأَزَلِ، وَ الْعَيْشِ الْمُقْتَبَلِ وَ دَوَامِ الْأُكُلِ وَ شُرْبِ الرَّحِيقِ وَ السَّلْسَلِ، وَ عَلٍّ وَ نَهَلٍ لَا سَأَمَ مِنْهُ وَ لَا مَلَلَ، وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ وَ تَحِيَّاتُهُ عَلَيْكُمْ حَتَّى الْعَوْدِ إِلَى حَضْرَتِكُمْ وَ الْفَوْزِ فِي كَرَّتِكُمْ وَ الْحَشْرِ فِي زُمْرَتِكُمْ وَ السَّلَامُ عَلَيْكُمْ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ وَ صَلَوَاتُهُ وَ تَحِيَّاتُهُ وَ هُوَ حَسْبُنَا وَ نِعْمَ الْوَكِيلُ»
"Əl-həmdu lillahil-ləzi əşhədəna məşhədə əvliyaihi fi rəcəb, və əvcəbə ələyna min həqqihim ma qəd vəcəb və səlləllahu əla səyyidina Muhəmmədinil muntəcəb və əla əvsiyaihil hucub. Əllahummə fəkəma əşhədtəna məşhədəhum, fənciz ləna məv`idəhum və əvridna məvridəhum, ğəyrə muhəlləinə ən vurdin fi daril muqaməti vəl-xuldi. Vəssəlamu ələykum inni qəd qəsədtəkum və`təmədtəkum biməsələti və hacəti və hiyə fəkaku rəqəbəti minən-nar vəl məqərrə məəkum fi daril qərar məə şiətukumul əbrar, vəs-səlamu ələykum bima səbərtum fəni`mə uqbəd-dar. Ənə sailəkum və amiləkum fima iləykumul təvfizu və əlykumut-tə`viz, fəbikum yucbərul məhiz və yuşfəl məriz. Və indəkum ma təzdadul ərham və qəzaiha və imzaiha və incahiha və ibrahiha və bi şuuni lədəykum və səlahiha. Vəs-səlmau ələykum səlamun muvəddii və kəkum həvaicuhu muvəddiun, yəsəlullahə iləykumul mərciə və sə`yuhu iləykum ğəyru munqəti, və ən yurciəni min həzrətikum xəyrə mərcii ila canibin mumrii və xəfzin muvəssəi və dəətin və məhəlin ila hinil əcəl və xəyrə məsirin və məhəllin fin nəimi əzəl vəl əyşil muqtəbəl və dəvamil əkuli və şurbir rəhiqi vəs-səlsəli və əllin və nəhəlin la sə`mə minhu və la mələl. Və rəhmətullahi və bərəkatuh. Və təhiyyatuhu ələykum həttəl əvdi ila həzrətikum vəl fəvzi fi kərrətikum vəl həşri fi zumrətikum. Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh və sələvatuhu və təhiyyatuhu və huvə həsbuna və niməl vəkil" (Əllamə Məclisi, Zadul-məad, s.523).
9. Rəcəb ayında müstəhəb qüsl:
Peyğəmbər (s) buyurur: Hər kəs Rəcəb ayının əvvəlində, ortasında və axırında qüsl edərsə, anadan olduğu gün kimi günahlarından paklanacaqdır. (Məhəmmədhəsən Nəcəfi, Cəvahirul-kəlam, 5/36);
10. Rəcəb ayının 27- ci gününün qüslü:
Rəcəb ayının 27-ci günü həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi gündür və bu gün qüsl etmək müstəhəbdir.Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Bu günü (məbəs gününü) Allah-Taala müsəlmanlara bayram elan etmişdir. Bu gün qüsl edin". (Məhəmmədhəsən Nəcəfi, Cəvahirul-kəlam, 5/36);
 11. Rəcəb ayında İmam Hüseynin ziyarəti:
İmam Rza (ə) buyurur: "İmam Hüseyni (ə) Rəcəb və Şəban ayının ortası (15-ci günü) ziyarət etmək daha gözəl və üstündür". (Şeyx Mufid, əl-Məzar, s.40, bab:16, hədis:2; İbn Quləvəyh, Kamiluz-ziyarat, s.182, bab:73, hədis:1).İmam Sadiq (ə) buyurur: "Hər kəs İmam Hüseyni (ə) Rəcəb ayında ziyarət edərsə Allah-Taala onun günahlarını bağışlayar. (Şeyx Mufid, əl-Məzar, s.39, bab:16, hədis:1; İbn Quləvəyh, Kamiluz-ziyarat, s.182, bab:73, hədis:2).
12. "Əyyamul-beyz" adlanan günləri ourc tutmaq:
Hər qəməri ayın 13, 14 və 15-ci günləri "əyyamul-beyz" (ağ günlər) adlanır. İmam Sadiq (ə) buyurur: "Hər kəs Rəcəb ayında "əyyamul-beyzi" oruc tutarsa, Allah-Taala ona hər bir gün üçün bir il orucun və namazın savabını yazacaqdır" (Şeyx Tusi, Misbahul mutəhəccid, 2/820).
Rəcəb ayının fəzilət və əməlləri bu yazıda dediklərimizdən dəfələrlə çoxdur. Amma biz bu qədərinə kifayət edir və bütün möminlərə bu ayın əmələrini yerinə yetirməkdə müvəffəqiyyət arzulayırıq.
Allah sizə yar olsun.
Sual (37) : Salam aleykum. Xanim Zehrani (s.ə) yuxuda görmək üçün xüsusi dua vardırmı? Varsa yazmağınınızı xahiş edirəm.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Məsumları yuxuda görmək üçün Məfatihul-cinan kitabında bəzi dua və göstərişlər yazılıb. Amma diqqət etmək lazımdır ki, bu məsələlərin təsirli olmağı mənəvi paklıq və nəfsin saflığına bağlıdır. Lazımı qabiliyyət olmasa mümkündür müvəffəqiyyət hasil olmasın. Təbii ki, belə bir arzu yalnız təqva və nəfsin paklığı, Allah və məsum imamlarla (ə) qəlbi rabitə sayəsində ələ gəlir.

Biz çalışmalıyıq ki, ilahi məsumlarımızı daha çox tanıyaq və onların qarşısında olan vəzifələrimizə əməl etməklə və mərifətlə o həzrətləri özümüzdən razı salaq. Belə bir məqama çatmaq, insanı məsumların yanında sevimli edər. Bu, onları yuxuda görməkdən daha qiymətlidir.

Amma hər halda Mərhum Şeyx Abbas Qumi Məfatihil-cinanda buyurur:  Peyğəmbərlər və məsumlardan birini və ya valideynlərini yuxuda görmək  istəyən kəs, Şəms, Ləyl, Qədr, Kafirun, İxlas, Fələq və Nas surələrini oxumalıdır. İxlas surəsini 100 dəfə oxusun və sonra 100 dəfə salavat göndərsin və dəstəmazlı halda sağ tərəfi üstə yatsın. İnşallah istədiyi hər kəsi yuxuda görər və onunla danışar.

Allah sizə yar olsun.

Sual (38) : Allahın salamı olsun sizlərə , belə bir sual unvanlamaq istiyirəm Allahın izni ilə , beləki Şam namazının əzanında Şam namazı ilə İşa namazın birləşdirib qıldıq , İşa namazın bitirənnən sonra bildim ki Şam namazında 3 rəkət əvəzinə 4 rəkət qılmışam , İndi yenidən niyyət edib namazı yenidən qılmaq istiyirəm - burda niyyəti necə edim ? vacib niyyəti ilə ya vacibsiz ?
Ad: Bakı Saatlı, Ölkə: Cəfəri, Müctəhid: Ayətullah Xamenei

Əleykumus-salam.

Ümumiyyətlə, niyyəti dilə gətirmək və vacib qeydini niyyətdən keçirməyə ehtiyac yoxdur. Amma namazın vaxtı keçmiş olsa qəza niyyəti etməlisiz.
Allah sizə yar olsun.
Sual (39) : SaLaM Yasin tapsirmasin zehmet yazardiz Əllahmməxvirli lil mumininən bunu axirakimi xais edirem erebcen tercumesin duz yazardiz ma yox mə bunlari deyirem. birdeki Yasini oxumamisdan niyet edilir yoxsa axirda hemde nece niyet edilir
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əllahumməğfir lil mumininə vəl muminat vəl musliminə vəl muslimat əl əhyai minhum vəl əmvat tabi bəynəna və bəynəhum bil xəyrat innəkə mucibut dəəvat innəkə əla kulli şəyin qədir. Və ila ərvahil mərhuminəl məğfurinəl məlumin. Bihəqqi nəbiyyina və alihit-tahirin. Və bihurmətil mubarəkətil fatihəti məəs sələvat.
Yasin oxumamışdan öncə niyyət edilir. Qurandan Yasin və ya hər hansı surəni oxuyub, savabını mərhum şəxsin ruhuna hədiyyə etmək.
Allah sizə yar olsun.

Sual (40) : SaLaM YASIN oxunduqdan sonra tapsirma oxunure onu yazardizde zehmet olmasa en qisasin

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əllahummə bəlliğ və əvsil ma qərənahu min kitabikəl kərim və ayətikəl əzim. Hədiyyətən minna vasilətən ləkə ila Muhəmmədinil Mustəfa səlləllahu ələyhi və alihi və səlləm. Və Əliyyinil Murtəza ələyhissəlam. Və Fatimətəz Zəhra səyyidəti nisail aləminə ələyha səlam. Vəl Həsənil Muctəba ələyhissəlam. Vəl Husəyniş şəhidi bi Kərbəla ələyhissəlam. Və baqi əimmətil huda salavatullahi ələyhim əcməin. Və ila ərvahil mərhuminəl məğfurinəl məlumin. Bihəqqi nəbiyyina və alihit tahirin. Və bihurmətil mubarəkətil fatihəti məəs sələvat.

Allah sizə yar olsun.

Go to TOP