Sual (21) : Salam bacim oglu xesdedi ag qani coxdu qirmizi qani azdi 4yasi var xais edirem dua edin tanislarinazada deyin ne olar. O xesdeliyi sagalmagicin ne edmeliyem dua aye ne oxumaliyam

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah şəfa versin. Yaxşı olar dərmanın kənarında 40 gün aşura ziyarəti oxumağı nəzr edəsiz və savabınıda hədiyyə edin Həzrət Zəhraya (salamullahi-əleyha).

Allah sizə yar olsun.

Sual (22) : Salam,Cameə” ziyarətnaməsi nedir ve necedir? Allah razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Camieyi-Kəbirə ziyarətnaməsi İmam Hadi Əliyyən Nəqidən (əleyhis-salam) nəql olunub. İmamların ziyarətində bu ziyarətnaməni oxumaq çox sifariş olunub və mötəbərdir. Bu ziyarətnamə məsum imamları tanımaq üçün gözəl dərslik . Məfatihul-cinan kitabında bu ziyarətnamə vardır və eləcə də müstəqil şəkildə tərcümə və şərhi ilə çap olunub.

Allah sizə yar olsun.

Sual (23) : Salam aleykum.Hər kəs məsum imamlardan (ə) birini yuxuda görmək istəsə, gərək bir gün oruc tutub iftardan sonra, yatmadığı vaxt yüz dəfə “Qul huvəllah”, ya “İnnə ənzəlnahu” surəsini və ya hər ikisini oxusun. (hansı surəni oxumaqdan tərəddüd bizdəndir) Bu haqda fikriniz nedir? sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Məsumları yuxuda görmək üçün Məfatihul-cinan kitabında bəzi dua və göstərişlər yazılıb. Amma diqqət etmək lazımdır ki, bu məsələlərin təsirli olmağı mənəvi paklıq və nəfsin saflığına bağlıdır. Lazımı qabiliyyət olmasa mümkündür müvəffəqiyyət hasil olmasın. Təbii ki, belə bir arzu yalnız təqva və nəfsin paklığı, Allah və məsum imamlarla (ə) qəlbi rabitə sayəsində ələ gəlir.

Biz çalışmalıyıq ki, ilahi məsumlarımızı daha çox tanıyaq və onların qarşısında olan vəzifələrimizə əməl etməklə və mərifətlə o həzrətləri özümüzdən razı salaq. Belə bir məqama çatmaq, insanı məsumların yanında sevimli edər. Bu, onları yuxuda görməkdən daha qiymətlidir.

Amma hər halda Mərhum Şeyx Abbas Qumi Məfatihil-cinanda buyurur:  Peyğəmbərlər və məsumlardan birini və ya valideynlərini yuxuda görmək  istəyən kəs, Şəms, Ləyl, Qədr, Kafirun, İxlas, Fələq və Nas surələrini oxumalıdır. İxlas surəsini 100 dəfə oxusun və sonra 100 dəfə salavat göndərsin və dəstəmazlı halda sağ tərəfi üstə yatsın. İnşallah istədiyi hər kəsi yuxuda görər və onunla danışar.

Allah sizə yar olsun.

Sual (24) : Salam aleykum.Fatimeyi Zəhra (ə)-ın zikrinin və salavatınin qaydasi nece olur? sag olun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Həzrət Fatimeyi-Zəhra (salamullahi ələyha)–nın zikri bu tərtiblə deyilir:
34 dəfə: “Allahu əkbər.”
33 dəfə: “Әlhəmdu lillah”.
33dəfə: “Subhanəllah”
Fatimeyi-Zəhranın salavatı: “Allahümmə inni əs’əlükə bihəqqi Fatiməti və əbiha və bə’liha və bəniha. Vəs-sirril-müstəvdəi fiha. Ən tüsəlli əla Mühəmmədin və Ali Mühəmməd. Və ən təf’ələ bi ma əntə əhləhü və la təf’əl bi ma əna əhləh”.
Tərcüməsi: “Allahım, Fatimənin, onun atasının, ərinin və öğullarının, onda əmanət qoyulmuş sirrin haqqına Səndən istəyirəm ki, Mühəmmədə və Ali-Mühəmmədə öz salam və salavatını əta edəsən. Mənimlə Sənin özünə layiq şəkildə rəftar et, mənim layiq olduğum şəkildə rəftar etmə” (Yəni Sən mərhəmətlisən, mənə rəhm et. Mən isə günahkaram, məni cəzalandırma).

Allah sizə yar olsun.

Sual (25) : Salam menim qohumum rusiyadadi bir qadina ilisib burdan baxdiriblar karta yada deyiblerki xirisdiyanlar dua edibler ancaq onlarin elinen duzeldmey olar yani rusiyada kinseye gedib orda demelidilerki bele bele onlar nese edib duzeldmelidiler bunu edseler kinseye gedib eleddirseler duzdu gunahdi. Birde kinse ALLAHIN evi sayilir mescidkimi orda gedib ibaded namaz qilmag olar

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Sehr və cadunun varliğını Qurani-kərim təsdiq edir, lakin insanların adətən sehr və cadu təsəvvür etdikləri, xəyal və uydurmadan başqa bir şey deyil. Onu dəf etmək üçün hər gün beş dəfə ayətul-kürsünü oxuyub özünüzə və ətrafınızdakılara üfürün. Hər gün az miqdarda olsa da sədəqə verin və Allaha təvəkkül edin.

Kilsəyə girmək və orada namaz qılmaq olar, amma xristian adət-ənənələrinə riayət etmək, şam yandırmaq və s. icazəli deyil.

Allah sizə yar olsun.

Sual (26) : Assalamu aleykum. Usaq sunnet olunanda oxunan dua ereb dilinde ereb ve kiril herfleri ile gondermenizi xahis edirem
Ad: Salman, Ölkə: xalid.alekberov2016@yande, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam. 

İmam Sadiq (ə) buyurur:”Sünnət uşaqlar üçün çətin olduğu zaman onlar üçün bu duanı oxuyun.”

(Allahummə hazihi sunnətukə və sunnətu nəbiyyukə sələvatukə ələyhi və alih və ətbau mənalikə və linəbiyyikə biməşiytəikə və bi iradətikə və qəzaikə li əmrin ərədtuhu və qəzaun hətəmtuhu və əmrun ənfəztuhu və əzəqtəhu hərrəlhədid fi xitanihi və həcamətihi bi əmrin əntəəərəfu bihi minni Allahummə fətəhhirhu minəzzunubi və zid fi umrihi vədfəil-afatə ən bədənəhi vəl-ovcaə ən cismihi və zidhu minəl-ğina vədfəənhul-fəqərə fə innkə tələmu və la nələm ).

اَللّهُمَّ هذِهِ سُنَّتُكَ وَ سُنَّةُ نَبِيِّكَ صَلَواتُكَ عَلَيْهِ وَ آلِهِ وَاتِّباعٌ مِنّا لَكَ وَ لِنَبِّيِكَ بِمَشِيَّتِكَ وَ بِاِرادَتِكَ وَ قَضائِكَ لاَِمْرٍ اَرَدْتَهُ وَ قَضاءٍ حَتَمْتَهُ وَ اَمْرٍ اَنْفَذْتَهُ وَ اَذَقْتَهُ حَرَّ الْحَديدِ فى خِتانِهِ وَ حِجامَتِهِ بِاَمْرٍ اَنْتَ اَعْرَفُ بِهِ مِنّى اَللّهُمَّ فَطَهِّرْهُ مِنَ الذُّنُوبِ وَزِدْ فى عُمْرِهِ وَادْفَعِ الاْفاتِ عَنْ بَدَنِهِ وَالاَْوْجاعَ عَنْ
جِسْمِهِ وَ زِدْهُ مِنَ الْغِنى وَ ادْفَعْ عَنْهُ الْفَقْرَ فَاِنَّكَ تَعْلَمُ وَلانَعْلَمُ
Allah sizə yar olsun.
Sual (27) : salamun aleykum.subh sam isa namazlarini ucadan,zohr ve esr namazlarinin alcaq sesle qilinmasi hansi delile esasendir?
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İsra surəsi ayə110. De: ....Və namazlarını (qışqırma həddində olan) çox uca səslə qılma və çox yavaş da qılma (ki, heç özün eşitməyəsən). Və bu ikisinin arasında (orta) bir yol tut (ucadan qılınan namazlarla yavaş qılınan namazların hər biri səsin əslinin aşkarcasına bilinməsi və bilinməməsi ilə bir-birlərindən fərqlənsin. Yaxud, namazların hamısını ucadan və ya yavaş qılma, bunların ikisinin arasında bir yol tut, bəzisini ucadan, bəzisini də yavaş qıl).»

Əsasən namazın hökmləri hədislərdə bəya olunub və bu məsələyə dəlalət edən hədisləri qeyd olunan ayənin təfsirində və Vəsailuş-şiə kitabının 6-cı cildində müşahidə edə bilərsiniz.

Allah sizə yar olsun.

Sual (28) : salamun aleykum.Mubarek Ramazan ayi bayrami ne vaxt qilinacaq.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir və həm camatla, həm də fərdi qılına bilər. Fitr və qurban bayramı namazlarının vaxtı günəş doğandan günortayadəkdir. Amma müstəhəbdir ki, qurban bayramının namazı günəş qalxdıqdan sonra, fitr bayramının namazı günəş qalxdıqdan sonra iftardan, fitrə zəkatı verildikdən sonra qılınsın.
Allah sizə yar olsun.
Sual (29) : Salam aleykum.sualım belədir . 1)Namaz ümmətə Peyğəmbərin (s) məbəsindən neçə vaxt sonra vacib buyuruldu? 2)həmən bu vaxt müddətində Peyğəmbər ümmətə nəyi təbliğ edirdi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1. Peyğəmbər (ə) Besətin əvvəlindən namaz qılıb və iman gətirən şəxslərdə Peyğəmbərlə (s) birlikdə namaz qılıblar. Amma namazın keyfiyyəti bugünki namazla fərqli olub. Namaz bu keyfiyyətdə Meracda Peyğəmbərə (s) təlim verilib və vacib olub. Merac isə hicrətdən 18 ay qabaq Ramazan ayının 17-də baş verib. Məkkədə olanda bütün namazlar iki rükətli olub. Besətin əvvəlindən hz. Cəbrail namazı Peyğəmbərə öyrədib.
2. Məkkədə nazil olan ayələrdən başa düşmək olur ki, Peyğəmbər ilk öncə təkallahlığı və həmçinin əqidəvi məsələləri təbliğ edib.
Allah sizə yar olsun.
Sual (30) : Salam. Əhd duasin 40 subh namazindan sonra oxumag lazimdi men 4 5 gundu oxuyurdum bugun namazim qezaya geddi yatib qalmisam indi tezeden baslamaliyam yoxsa qaldigim yerden birde bugun oxusam sayilacag bugunki

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Duanı qaldığınız yerdən oxuyun. Belə dualarda məqsəd budur ki, insan 40 gün ərzində İmamla ünsiyyət yaratsın və bu ünsiyyət davam tapsın. Çünki, insan 40 gün bir əmələ davam etdikdə artıq adət halına çevrilir.

Müqəddəs İslam şəriətində hər bir əməl və işin iki yönü vardır ki, o əməlin qəbul olunması həmin yönlərə riayət edilməsinə bağlıdır: Əvvəla, gərək əməlin özü düzgün və bəyənilən olsun. Misal üçün, başqalarına ehsan etmək, dua etmək və sair. İkincisi, gərək bu bəyənilən və sağlam əməl düzgün niyyət və məqsədlə yerinə yetirilsin. Misal üçün, əgər insan müəyyən bir duanı oxuyursa, yalnız Allahın razılığını qazanmaq üçün oxusun; əgər bir kəsə kömək edirsə, yalnız Allahın fərmanını icra etmək və razılığını qazanmaq məqsədi ilə görsün, nəinki başqalarının tərifinə qapılmaqla bu işi görsün. Birincisinə “felin hüsnü”, ikincisinə isə “failin hüsnü” və bəzən “niyyətin hüsnü” də deyilir. Ümumiyyətlə, İslamda niyyət və əməllərin qəbul olunmasında onun roluna dair çoxlu təkid edilmişdir. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: “Əməllər niyyətə bağlıdır.”[1]

Məsum imamlardan (əleyhimus-salam) da bu barədə çoxlu rəvayət nəql olunmuşdur və onlarda niyyətin əməlin əslində olan rolu bəyan edilir. İmam Sadiq (əleyhis-salam) Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğunu nəql edir: “Möminin niyyəti onun əməlindən daha yaxşıdır.”[2] Mərhum Əllamə Məclisi bu rəvayətin izahında imam Baqir (əleyhis-salam)-dan başqa bir rəvayət nəql edərək yazır: “Səbəbi budur ki, mömin çoxlu xeyir işləri görməyi qərara alır, amma onların hamısını yerinə yetirməyə müvəffəq olmur.”[3]

Yəni yaxşı və xeyir əməllər əncam verməklə əlaqədar möminin niyyətinin hüdudları əməlin hüdudlarından genişdir. Çox hallarda müəyyən bir xeyir işi görmək istəyir, yaxud misal, üçün “Əhd” duasını qırx gün müddətində oxumağı nəzərdə tutur,[4] yaxud fəqirlərə müəyyən miqdarda mal hədiyyə etmək istəyir, halbuki öz ölümünün vaxtından xəbərdar deyildir və hal-hazırda da infaq etmək üçün pulu yoxdur. Amma əgər öz niyyətində sadiq olsa, Allah-taala həmin əcr və savabı əməl etmədiyi halda ona verəcəkdir. Çünki Allah-taala genişlik bağışlayan və kərimdir.

İmam Sadiq (əleyhis-salam) buyurur: “Fəqir bəndə deyir ki, Pərvərdigara, mənə mal-dövlət əta et ki, fəqirlərə ehsan və infaq edim. Allah-taala onun niyyətinin sadiq olduğunu bilir və buyurur ki, “düz deyir” və həmin əcr və savabı ona verir. Çünki Allah-taala genişlik bağışlayan və kərimdir.”[5]

Qəti olaraq deyə bilərik ki, əgər insan belə duaları əncam vermək məqsədində olsa, hətta heç bir şey əncam vermədən, yaxud onun bir qismini əncam verdikdən sonra ölsə, yaxud müəyyən  bir işi (nəzərdə tutub) həqiqətdə əncam verə bilməsə, Allah həmin əməlin əcr və savabını ona verir. Şübhəsiz, bu kimi duaların çox oxunması gözəl və bəyəniləndir, insanın daha artıq savab qazanmasına səbəb olur. Baxmayaraq ki, bu kimi işlərin göstəriş verildiyi şəkildə yerinə yetirilməsi daha münasib və yaxşıdır.

Oxunması çox tövsiyə olunan dolğun mənalı dualardan biri də imam Zaman (əleyhis-salam)-la əhd-peymandan ibarət olan “Əhd” duasıdır. İmam Sadiq (əleyhis-salam)-dan nəql olunmuşdur ki, hər kəs ardıcıl olaraq 40 gün sübh çağı bu duanı oxusa, imam Zaman (əleyhis-salam)-ın köməkçilərindən olar. Əgər zühurdan qabaq ölsə, Allah-taala (zühur zamanı) onu qəbirdən dirildəcək ki, o həzrətin hüzurunda olsun. Bu dua da həmin qaydadan müstəsna deyildir və yuxarıdakı hədislərə uyğun olaraq 40 gün müddətində onu oxumağı qəsd etmiş olsa, lakin müəyyən səbəblərə görə oxumağa və ya 40 günə çatdırmağa müvəffəq olmasa, Allah-taala həmin duanın əcr və savabını ona verəcəkdir.

Allah sizə yar olsun.


[1] “Səhihi Buxari”, bəd’ul-vəhy” kitabı

[2] “Üsuli kafi”, 3-cü cild, Müstəfəvinin tərcüməsi, səh. 133

[3] Yenə orada

[4] “Məfatihul-cinan”, “Əhd” duası; “Biharul-ənvar”, 53-cü cild, səh. 96-95, 91-ci cild, səh. 41-42

[5] “Üsuli kafi”, 3-cü cild, Müstfəvinin tərcüməsi, səh. 133

Go to TOP