Sual (191) : Salamun əleykum. Qeyd etdiyiniz salavatla bağlı sual barədə bir az ətraflı məlumat verməyiniz mümkündürmü?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Cavabın aydın olması üçün bir neçə məsələyə diqqət etmək lazımdır:
1. Bidət: Yəni dində olmayan şeyi dinin bir hissəsi bilmək. Peyğəmbər (s) və o həzrətin Əhli- beytinin rəftar və sözlərinin dinin bir hissəsi olması məsələsi öz yerində sabit olubdur. Deməli siz ki, deyirsiz ali- Məhəmməd Quranda yoxdur və bidətdir, doğru deyil. Çünki Quranda gəlməsə də, amma rəvayətlərdə gəlməklə dinin bir hissəsi sayılır və bidət olmayacaq. Azanda vilayətə şəhadətin (Əşhədu ənnə Əliyyən vəliyullah) azanın bir hissəsi qəsdi ilə deyilməsinin bidət olmasını deyən fəqihlərin məqsədləri budur ki, dindən heç bir sübut (ayə və rəvayət) onun azanın bir hissəsi olmasına yoxumuzdur.
2. Allahın insanlar üçün təyin etdiyi təharət, namaz, oruc, xums, zəkat, cihad və... kimi vəzifələrin hamısı Quranda gəlibdir. Amma bütün xırdalıqları, şərait və maneələri açıqlamayıbdır. Əksinə bəzi hissə və şərtlər qısa və ümumi formada açıqlanıbdır. Məsələn: Namazın vacib olması Quranda gəlibdir. Onun ruku, səcdə və təharət kimi bəzi hissə və şərtlərinə də işarə olubdur. Amma ruku və səcdələrin zikri, qiraət, təsbihati- ərbəə, rukuya birləşmiş qiyam, qüsl, və təyəmmümün forması, və... kamil formada və bütün xüsusiyyətləri ilə, heç bir ayədə açıqlanmamışdır.
Müsəlmanların əvvəldən üslubları belə olubdur ki, bu xirdalıqlara əl tapmaq üçün, Peyğəmbərin yanına gedib, xırdalıqlar və vəzifələri necə yerinə yetirmək barəsində sual edib və Peyğəmbər (s)- dən eşitdiklərinə uyğun, əməl edirlər.
Salavat barəsində də belə olubdur. Salavat ayəsi
«ان الله و ملائکته یصلون علی النبی یا ایها الذین امنوا صلوا علیه و سلموا تسلیما»http://kiril.islamquest.com/Printable/13137.ASPX - _edn1
nazil olandan sonra, müsəlmanlar Peyğəmbər (s)- in yanına gedib, ondan Peyğəmbər (s)- ə salavatın forması barəsində sual etdilər. Şiə və sünnilərin çoxlu rəvayətlərində (mütəvatir) gəldiyi kimi, həzrət buyurdu: "Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd kəma səlləytə əla İbrahimə və ..."
«اللهم صل علی محمد و آل محمد کما صلیت علی ابراهیم و...»
Beləliklə müsəlmanlar salavat barəsindəki vəzifələrini bildilər. başqa sözlə, Allah öz Peyğəmbərini Quranın təfsirçisi və açıqlayan edibsə, onun bəyan və təfsirini öz açıqlaması bilir və Peyğəmbər (s)
«یا ایها الذین آمنوا صلوا علیه و سلموا تسلیماً»
ayəsini "Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd" təfsir etdi. Nəticə budurki, "əla" salavat Quranın özündən başa düşülür.
3. Quranın zahiri mənadan əlavə batini dərin mənası da var ki, Peyğəmbər (s) və onun Əhli- beyti (ə) ondan xəbər verə bilərlər. Buna əsasən, salavat zamanı "ali Məhəmmədi" zikr etməyi deyən rəvayətlərin Quranın batini mənasına işarə etdiyini deyə bilərik. Yəni, "ən- nəbiy" kəlməsinin zahiri mənasının "ali- Məhəmmədə" şamil olmasına baxmayaraq, amma batini mənaya əsasən "ali- Məhəmmədə" şamil olur.
4. Quran ayələrindən nəticə almaq olar ki, Peyğəmbər (s) və onun Əhli- beytini vahid həqiqət olaraq nəzərə alır. Nümunə üçün təthir ayəsinə diqqət edin:
«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیراً»
Allah Peyğəmbər və onun ailəsini vahid həqiqət olaraq nəzərə alır.
Məvəddət ayəsi: " قل لا اسئلکم علیه اجراً الا المودة فی القربی" Allah Peyğəmbərin risalət mizdunu onun yaxınlarına məhəbbət bilirsə, Allahın nəzərində onların bir- birindən ayrı olmaması məlum olur. yaxud Mübahilə ayəsi:
«قل تعالوا ندعوا ابنائنا و ابنائکم و نسائنا و نسائکم و انفسنا و انفسکم...»
Gördüyünüz kimi, bu ayədə həzrət Əli (ə) Peyğəmbər (s)- in özü və canı kimi yad edilir və duanın qəbul olmasında onların hamısını lazım bilibdir.
5. Çoxlu rəvayətlərimiz var ki, Peyğəmbər (s) və onun Əhli- beytinin vahid nur olduğunu bildirirlər. nümunə olaraq bu rəvayətə diqqət edin: Peyğəmbər (s) buyurur: "Mən Allahın nurundan yarandım. Əhli- beytim də mənim nurumdan yarandılar."
376. Ariflər də, Peyğəmbər (s) və onun Əhli- beytinin nurunu, həqiqəti- Məhəmmədiyyə və ilk məxluq adlandırırlar ki, vahid həqiqət və çoxlu təcəllilərə malikdirlər.
7. Ürf və ağıl baxımından, eyni əqidə və fikir sahibləri və bir- biri ilə heç fikir və əməl cəhətdən təzadları olmayan bir qurup, vahid bir həqiqət sayılırlar və onlara bir gözlə baxılır.
Nəticə budur ki, Peyğəmbərə salavatda Əhli- beytə salavatı gətirmək bidət deyil, hətta Quranın özü, rəvayət, ağıl və ağıl sahiblərinin ürfünə uyğundur. Əhli- beytə salavat, Peyğəmbər (s)- ə salavatdır hər ikisi eyni həqiqətdir.
Axırıncı məsələ budur ki, Peyğəmbərə salavat mütləq formada vacib deyil, yalnız namazın təşəhhüdü kimi, xüsusi yerlərdə vacibdir. Əlbəttə o yerdəki salavat vacibdir, "ali- Məhəmməd" zikri də vacibdir. Müstəhəb yerlərdə "ali-Məhəmməd" demək də müstəhəbdir. "Ali- Məhəmmədi" deməmək, salavatın naqis olmasına səbəb olacaq.

Allah sizə yar olsun.
Sual (192) : Salamun əleykum. İbadət dedikdə yalnız namaz və oruc nəzərdə tutulur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allahın razılığını qazanmaq məqsədi ilə görülən bütün işlər ibadətdir. Körpə qızcığazı yaxşı işlərə həvəsləndirmək üçün ona sırğa almağınız da ibadətdir.
Mütaliəyə məşğul olan müəllimin məqsədi pul qazanmaqdırsa, bu mütaliə ibadət deyil. Amma bu müəllimin Allaha xatir mütaliə etdiyini düşünüb ona həvəslə xörək hazırlayan aşpaz ibadətlə məşğuldur.
Bəli, günü kitabxanada keçən insan cəhənnəmə, mətbəxdə ömrünü başa vuran aşpazın behiştə getməsi mümkündür.

Allah sizə yar olsun.
Sual (193) : Salamun əleykum. İslam təlimləri neçə hissədən ibarətdir və hansılardır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslam təlimləri üç hissədən ibarətdir. İslam dinində hər bir müsəlman üçün konkret olaraq on vəzifə müəyyənləşdirilmişdir: Namaz, oruc, xums, zəkat, həcc, cihad, əmr be məruf, nəhy əz münkər, təvəlla və təbərra.
Bəs bu dini vəzifələrə necə əməl edilməlidir? Hamı istədiyi vaxt, istədiyi tərəfə üzünü tutub, istədiyi şəkildə namaz qıla bilərmi? Hər bir müsəlman bu suallara cavab tapıb, düzgün əməl etmək üçün ya müctehid olmalı, ya bütün müctehidlərin nəzərlərindən xəbərdar olub ehtiyat yolu ilə getməli, ya da ən elmli tanıdığı diri müctehidə təqlid etməlidir.
İbadət edən şəxs uyğun əməlləri hədəf yox, ilahi sifətlərə yaxınlaşmaq vasiləsi kimi tanımalıdır. İstənilən bir ibadətdə məqsəd Allaha yaxınlaşmaq deyilsə, bu ibadət səmərəsizdir.
İnsan öz ibadəti ilə başqalarının diqqətini cəlb etmək niyyətində olmamalıdır. İnsanın öz ibadətini tərif etməsi pislənilmişdir. “Nəcm” surəsinin 32-ci ayəsində buyurulur: “Özünüzü təmiz göstərməyə çalışmayın Allah təqvalı şəxsi daha yaxşı tanıyır.”
Bütün ibadətlər insanı kamala yetirmək üçündür və Allahın bu ibadətlərə heç bir ehtiyacı yoxdur. Belə olduğu təqdirdə insanın öz ibadətinə görə Allahdan bir şey umması məntiqi deyildir.
Allah ehtiyacsız olduğu halda, ona nə üçün ibadət etməliyik? Allahın bizim ibadətimizə ehtiyaclı olması Onun uca məqamı ilə bir araya sığırmı?
Cavab: Bu suala iki şəkildə - icmali və təfsili şəkildə cavab vermək olar.
İcmali cavab: Əgər düşünsək ki, Allah bizim ibadətimizə ehtiyaclıdır, onda belə bir sual yaranır ki, məhdud olmayan Allah məhdud varlığa necə möhtac ola bilər? Yəni Allahın insanın ibadətinə möhtac olmaması aşkar bir məsələdir. Bilməliyik ki, Allaha pərəstişdə məqsəd insanın özünün kamala çatmasıdır. Yəni ibadəti əmr etməsi Onun bizə qarşı lütfü, mərhəməti kimi başa düşülməlidir. Allah öz bəndəsini ibadət vasitəsi ilə kamala çatdırmaq istəyir.
Təfsili Cavab: Allahın razılığı üçün yerinə yetirilən hər bir əməl, eləcə də, ibadət bir sıra fərdi və ictimai təsirlərə malikdir. İbadət çox ali tərbiyəvi və əxlaqi bir məktəbdir. Onun bəzi təsirlərini nəzərdən keçirək:
1. Allaha pərəstiş və ona ibadət insanda qədirbilmə, şükretmə hisslərini dirçəldir. İnsanın ixtiyarında misilsiz nemətlər qoymuş varlığın qarşısında təşəkkür, ləyaqət nişanəsidir. İnsan öz ibadəti ilə ona əta olunmuş nemətlərə layiq olduğunu bildirir. İnsan Allaha həmd oxuyub, təşəkkür edərək nankor olmadığını aşkarlayır.
2. İbadət və Allaha pərəstiş insan ruhunun təkamülünün əsasıdır. İnsan ruhunu Allahın mütləq kamal dünyası ilə əlaqələndirən təkamüldən üstün təkamül ola bilərmi? İnsan öz bəndəlik vəzifələrinin, həyati işlərinin icrasında Allahın sonsuz qüdrətindən yardım diləyir və öz ləyaqəti həddində məbudu ilə danışır.
İxtisar şəkildə bəyan edilən bu xüsusiyyətlər düzgün yerinə yetirilən bütün ibadətlərə xasdır. Həm də namaz, oruc, həcc kimi ibadətlərin özünəməxsus məziyyətləri vardır. İslamda böyük ibadətlərdən sayılan namaz, oruc və həcc haqqında müxtəsər şəkildə danışaq ki, Allahın bu ibadətlərə ehtiyacsız olduğu məlum olsun.
Namaz və onun tərbiyəvi əsrarı: <
1. Namaz Allahın xatırlanması səbəbidir: Allahın xatırlanması, zikri insanın öz meyllərini nəzarətə alması və ruhun tüğyanını cilovlaması üçün ən yaxşı vasitədir.
Namaz qılan şəxs daim bütün işlərimizdən xəbərdar, düşüncələrimizdən agah olan Allahı yad edir. Allah zikri ən azı insanın arzu-istəklərini tənzimləyir. Çünki Allahdan, onun mükafat və cəzasından qəflətdə olan insanın ağıl və düşüncəsi zülmətə qərq olur.
Allahdan qafil insan öz əməl və rəftarlarının nəticəsi haqqında düşünmür, öz azğın istəklərini həyata keçirmək üçün hədd tanımır. Gün uzunu insana beş dəfə Allahı xatırladan, onu qəflət yuxusundan ayıldıb təmizləyən namazdır.
Qurani-kərimdə bu məsələyə belə işarə olunur: “Namaz insanı günah və çirkin işlərdən uzaqlaşdırar.”
Namaz qılan şəxs bilsə ki, qıldığı namaz qəbul olunması üçün zəkat ödəməlidir, qeybət etməməlidir, təkəbbür və həsəddən çəkinməlidir, spirtli içkilər içməməlidir, Allaha diqqətlə namaz qılmalıdır, bütün bu şərtləri ödəməyə çalışar. Ona görə də həzrət Peyğəmbər (s) buyurur: “Namaz saf su arxı kimidir. İnsan bu arxda yuyunur. Gün uzunu beş dəfə namaz qılan şəxsin qəlbi bu pak mənəvi çeşmədə yuyulur, onun qəlbində və ruhunda günah tozu qalmır.”
3. Təmizlik: Bəzi məqamlarda bütün bədəni yumaqla qüsl verməli olan, gündə beş dəfə dəstəmaz alan, qüsl və dəstəmazdan qabaq bütün bədənini paklayan insan, şübhəsiz ki, təmiz olacaq. Bu baxımdan namaz təmizliyi təmin edir.
4. Dəqiqlik və vaxtşünaslıq: İslamda hər bir namazın özünəməxsus vaxtı var. İnsan namaz vaxtlarına riayət etməklə dəqiqliyə, vaxta diqqətli olur. Namaz qılan şəxs sübh namazını qılmaq üçün tüludan qabaq yuxudan oyanmalıdır. O, sübhün pak havasını duymaqla yanaşı, gündəlik həyat fəaliyyətlərinə də vaxtında başlayır.
Namazın tərbiyəvi əhəmiyyəti təkcə yuxarıda deyilənlərdən ibarət deyil. Biz sadəcə bu böyük ibadətin bəzi faydalarını sadaladıq.
Namazın ictimai əhəmiyyəti:
Müəyyən vaxtlarda qılınan namaz əzəmətli İslam ümmətinin vəhdət nümayişidir. Çünki bütün müsəlmanlar müəyyən vaxtlarda üzüqibləyə dayanır və xüsusi bir ədəblə Allaha pərəstiş edirlər. Belə bir təzahür müsəlman ümmətin birliyinə bariz nümunədir. İslam dini ibadət vasitəsi ilə öz ardıcıllarını birləşdirir.
Namaz cəmiyyət halında qılındıqda vəhdət, bərabərlik ruhu dəqiq və sıx cərgələrdə özünü göstərir. Uyğun birliyin əhəmiyyətini izah etməyə ehtiyac yoxdur. Əlbəttə ki, namazın başqa ictimai və tərbiyəvi əhəmiyyətləri vardır.
Orucun bəzi əhəmiyyətləri:
İslami ibadətlərdən biri də orucdur. Orucun tərbiyəvi əhəmiyyətlərindən biri insana adət və şəhvətin hakimliyinə son qoyulmasıdır. Oruc insanı nəfsin əsarətindən qurtarır.
İnsan üçün ən təhlükəli hakimiyyət pis adət və azğın nəfsin hakimiyyətidir. Adicə siqaretə adətin insana nə qədər zərərli olduğu inkarolunmazdır. Amma oruc tutan insan bir çox başqa pis adətlərdən də əl çəkir.
Azad o kəsdir ki, heç bir pis adətə təslim olmasın. Oruc insanda elə bir müqavimət ruhu yaradır ki, o adi vaxtlarda mümkünsüz saydığı adətləri tərk edir.
Bundan əlavə, oruc insanlıq hisslərini canlandırır. Adətən, il boyu rəngbərəng süfrələr arxasında oturan varlı insanlar gün uzunu aclıq çəkən yoxsullardan xəbərsiz olurlar. Amma onlar oruc tutduqda gün uzunu ac qalmaqla yoxsulları yada salır, onların dərdinə şərik olurlar. Nəticədə varlı adamların insani hissləri canlanır və yoxsul təbəqənin ehtiyaclarının təmini üçün şərait yaranır. Varlı təbəqənin belə bir ibadət vasitəsi ilə aclığı dadıb, ehtiyaclıların halına yanması cəmiyyət üçün təhlükəli olan yoxsulluq qəzəbini sakitləşdirir. Ramazan ayının orucu bərabərlik və birlik təzahürüdür. Çünki bu ayda cəmiyyətin bütün təbəqələri nəfs istəkləri ilə mübarizəyə qalxaraq, bir cərgədə dayanırlar.
Həccin fəlsəfəsi:
İslamın böyük ibadətlərindən biri də həccdir. Həcc ilin müəyyən günündə tarixi bir məkanda cəm formada yerinə yetirilən ibadətdir. Bu ibadət bəndə ilə Allah arasında möhkəm bağlılıq yaratmaqla yanaşı, cəmiyyət üçün də bir çox faydalara malikdir. Məsələn:
1. Yalnız iki hissə parçaya bürünməklə libassız v azad şəkildə yerinə yetirilən bu ibadət bəndələrin Allah qarşısında bərabərlik nişanəsidir. Bir gün insanların millət, dil, rəng, sərvət və məqamdan asılı olmayaraq bərabər şəkildə yaşaması bəşəriyyətin ən böyük amalıdır. Həcc mərasimində müqəddəs məkana toplaşanlar bir neçə günlük də olsa bu hissi yaşayırlar; həcc ibadəti bəşəriyyətin birlik amalını gerçəkləşdirir və həmin mərasimdə olanlar öz ictimai imtiyazlarını unudurlar.
2. Dünya müsəlmanlarının həqiqi nümayəndələrindən təşkil olunmuş bu əzəmətli toplum müsəlmanların illik konqresi hesab olunur.
İslam ayinləri təkcə əxlaqi və tərbiyəvi qanunlardan ibarət deyil. Müsəlman toplumlarının il boyu mütəmadi şəkildə toplanıb, öz əxlaqi, ictimai, siyasi, iqtisadi, hərbi problemlərini müzakirə etmələrinə ehtiyac var. Ona görə də İslamda siyasi qanunlar tənzimlənmi; Məkkə torpağında illik konqres təşkil olunmuşdur və bu yolla İslam ayinlərinin əbədiyyət və paklığı təmin olunmuşdur. Təbii ki, ilahi dəyərlərin keşiyində durmuş konqres dünyəvi, siyasi məqsədlərlə təşkil olunmuş müxtəlif konqreslərdən çox-çox üstündür.
Əgər dünyada mövcud olan siyasi cərəyanlar yalnız son əsrlərdə öz konqreslərini keçirmək qərarına gəlmişlərsə, İslam on dörd əsrdir ki, belə bir toplantıdan faydalanır. Bu mərasimə toplanmış müsəlman mütəfəkkirləri dünyada mövcud olan son ictimai-siyasi durumu araşdırır və ümumi bir qərara gələrək, fəaliyət istiqamətlərini müəyyənləşdirirlər. Əgər müxtəlif səbəblərdən bugünki həcc mərasimində dünya müsəlmanlarının problemləri istənilən səviyyədə həll olunmursa da, həcc mərasimi dünya müsəlmanlarına belə bir imkan vermişdir. Hər halda müsəlman rəhbərlərinin bir araya gəlməsi üçün bundan münasib bir fürsət təsəvvür olunmur.
Bu konqres müsəlmanların iqtisadi və mədəni durumuna əhəmiyyətli təsir göstərə bilər. Çünki dünyanın müxtəlif ölkələrindən gəlmiş mütəfəkkirlər və nəzər sahibləri həcc əməllərini yerinə yetirdikdən sonra aram bir mühitdə müzakirələr aparıb, ümumi bir fikirə gələ bilərlər.
Həcc konqresi müxtəlif müsəlman ölkələrində zülm-sitəm zəncirlərinin qırılması üçün azadlıq hərəkatlarına ilham verə bilər. İslam tarixinə nəzər saldıqda bu nöqtə daha da aydın olur. Bir çox zülm-sitəm rejimlərinin taleyi məhz həcc əyyamında həll olunmuşdur. Bu müqəddəs torpaq müsəlmanların azadlıq hissini gücləndirir.
Bəli, həcc mərasiminin belə imkanları var. Təəssüf ki, dünya müsəlmanları onun əhəmiyyətini hələ ki lazımınca dərk etməmişlər.
Yuxarıda deyilənlərdən belə bir nəticə alınır ki, bütün islami ibadətlərin ibadət edən şəxsə və cəmiyyətə müstəsna faydaları.


Allah sizə yar olsun.
Sual (194) : Salamun əleykum. Nə üçün bütün əməllərin qəbulu namazın qəbulundan asılıdır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yol polisi bir maşını saxladığı vaxt ondan sürücülük vəsiqəsi tələb edir. Nə şəxsiyyət vəsiqəsi, nə partiya bileti, nə ev kitabçası, nə idman dərəcəsi sürücülük vəsiqəsini əvəz edə bilmir. Bu vəsiqə yoxdursa avtomobil saxlanılır. Qiyamətdə məqsədə çatmaq üçün isə namaz qəbul olmalıdır. Namaz qəbul deyilsə, heç bir əməl qəbul deyil.
Allah sizə yar olsun.
Sual (195) : Salamun əleykum. Namaz nədir? Nə üçün cavanlar namazdan uzaqlaşırlar?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Namaz hər bir salikin son tərəqqisidir ki, vasitəsiz öz Allahıyla söhbət edir.
Allah taalanın Qurani kərimdə buyurduğu kimi:
Namaz qılınki, məni yad edəsiniz unutmayasınız və mən namaz vasitəsiylə sizin yadınızda olam. Əgər Alahı yad etmək namaz vasitəsiylə olsa, insanın qəlbi mütməin olur; o cür ki, Allahı yad etmək qəlblərə etminanlıq bağışlayır. Namaz qılan şəxslər öz istəklərini məhv edib fitrətlərini diriltmişlər. Namazın xasiyyəti fitrəti dirçəltmməkdir.
Namaz qılan şəxsin namaz ilə ələ gətirdiyi sərmayə, həyatın çətinlikləri qarşısında süst olmur və müsibətlərdə və çətinliklərdə cəzə- fəzə etmir.
əgər bir xeyir ona çatsa qarşısını almır və başqalarını da ondan məhrum etmir.
Namaz bir sərmayədir ki, insanı paklaşdırır. Əgər o nurluq və paklığı namazdan özümüzdə hiss etmiriksə, qəbul etməliyik ki, həqiqi namaz qılmamışıq. Mümkündür namaz səhih (doğru) olsun, lakin Allah dərgahında qəbul olmasın, çünki o namaz Allah yanında qəbuldur ki, insanın ruhunu paklaşdıra. İnsan o zaman namaza da qəlbini məhar edər ki, göz və qulağını namazdan kənar vaxta da məhar etsin.
Namaz məhbubla görüş və ziyarətdir və padşah sarayında guzur tapmaq, aşiq və məşuqun görüşdüyü və bir olan Allahla razi- niyaz zamanıdır. Təkbirlə, sevinərək onun güzurunda gazır olub və salam deməklə şövq və məhəbbətlə bir daha onu görməyə intizar çəkirsən.
Onu tanımayıb sevməyirsən sə o qədər ki, başqalarıyla məşuq olub ondan qəflətdəsənsə, bəs və vaxt namazın qədrini biləcəksən?

Allah sizə yar olsun.
Sual (196) : Salamun əleykum. İnsanların islahı (əmr be məruf və nəhy əz münkər) ilə məşğul olmaq bütün müsəlmanlar üçün, yoxsa xüsusi bir qrup üçün vəzifədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əgər birtərəfli yolda bir maşın hərəkətin əksinə şütüyərsə, ona həm yoldakı maşınlar xəbərdarlıq etməli, həm də polis bu maşını saxlamalıdır.
Allah insanların doğru yola dəvətini və pis yoldan çəkindirməsini bütün müsəlmanlara əmr edir: “Siz ən xeyirli ümmətsiniz. İnsanlara yaxşı işlər görməyi əmr edir və pis əməllərə qadağa qoyursunuz.”[4495]
Bu surənin 104-cü ayəsində oxuyuruq: “Aranızda xeyirli işlər görməyi əmr edən və pis əməllərə qadağa qoyan bir dəstə olsun.”
[4495]  “Ali-İmran”, 110.
Allah sizə yar olsun.
Sual (197) : Salamun əleykum. Əgər namaz insanı çirkin işlərdən uzaqlaşdırırsa, nə üçün bəzi namaz qılanlar günaha yol verir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İçi boş toxum heç vaxt cücərmir. Qəlbin iştirak etmədiyi diqqətsiz namaz içiboş toxum kimidir. Dodaqların, belin, boyunun hərəkətindən əlavə, namazda qəlbin iştirakı zəruridir.
Məktəb və universitetin işi insanın elmi təkamülünü təmin etməkdir. Bununla belə, hər məktəbə gedən şəxs elm sahibi olmur. Məktəb o zaman faydalı olur ki, insan oxuduqlarını dərk etsin. Yalnız həqiqi namaz insanı çirkinliklərdən uzaqlaşdırmaq iqtidarındadır. [4496] 
Bu da həqiqətdir ki, günaha yol verən insan namaz qılandırsa, bir o qədər də ağır günaha yol verməyəcək. O, məcburdur ki, bədənini və paltarını pak saxlasın, namazını halal yerdə qılsın. Ağ paltar geyən insan çirkli yerdə oturmaq istəmədiyi kimi, namaz qılan şəxs də çirkin işlərdən uzaq olmağa çalışır.
[4496]  “Ənkəbut”, 45.
Allah sizə yar olsun.
Sual (198) : Salamun əleykum. Namaz qılarkən qəlbən Allaha bağlanmaq üçün nə etməliyəm?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Namaz iki hissədən ibarətdir. Birinci hissə onun zahiri əməlləridir ki, bütün namaz qılanlar onu yerinə yetirirlər. Məsələn: Üzü qibləyə durmaq, paltarın pak olması, dəstəmazlı olmaq və s. bu və digər əməllər namazın şərii hökümlər baxımından düzlüyünə əsas səbəbdir. Belə ki, əgər ilkin mərhələdə bunları yerinə yetirməsək namazımız şərii baxımdan batildir.
Amma namazın ibadət olaraq əsas hissəsi, onun batini (daxili) üzüdür. Yəni namazın "zahiri üzü" deyəndə paltarın və cismin paklığı nəzərdə tutulursa, batini üzü deyəndə də qəlbin paklığı nəzərdə tutulur. Əgər namaz qılan özünü qəlbən Allahın hüzurunda hiss etmirsə, qəlbən Allaha bağlanmırsa və o uca varlığın müqabilində qəlbini təslim etmirsə onda heç bir mənəvi durumdan və eşqdən söhbət gedə bilməz. bəs namazın ibadət olaraq Allah dərgahında qəbul olması, məhz qəlbin paklığı və Allaha bağlılığı, həmçinin onunla necə raz- niyaz etməsindən aslıdır. Əgər ibadətlərimizdə süstlük hiss ediriksə, namazlarımızı vaxtı- vaxtında eşqlə yerinə yetirmiriksə bu bizim qəlbimizin günahla ləkələndiyindən xəbər verir. Təbii ki, hər kəs qəlbinigünahdan qoruyaraq öz uca Allahına tərəf eşqlə ibadət edərsə, onda ibadətin mənəvi şirinliyini duymuş olar.
Daha geniş cavab
Namaz Allahın dərgahında ibadətlərin ən mərtəbəsidir. Belə ki, bəndə ibadəti yerinə yetirməklə Allahın müqabilində təslim olduğunu və ona iman gətirdiyini sübut edir. Həmçinin hədislərdə də namaz "möminin meracı, zinəti və dinin sütunu və s. kimi gəlmişdir.
Belə hir qanun varki, "əgər bir şey kamil surətdə həqiqət olaraq qəbul olunursa, onun tərəfdarlarına vacibdir ki, həqiqəti, zəiflədən və ya aradan aparan amilləri aradan qaldırsınlar".
Namaz da eynilə belədir. Belə ki, hər kəs namazı Allaha yaxınlaşmaq üçün ən yaxın vasitə kimi qəbul edirsə, ilkin surətdə ona namazın tələblərini yerinə yetirmək vacibdir. Yəni o, insanı ibadətdən çəkindirən əməllərlə mübarizəyə qalxmalı və onu ibadətə sövq edən əməlləri eşqlə yerinə gətirməlidir. Çünki, bu əmələr namaz vaxtı onu özünü Allah müqabilində qəlbən hiss etməsi üçün olduqca faydalıdır.
Namaz vaxtı qəlbin Allahın hüzurunda necə olması barəsində mətləblər olduqca geniş olmasına baxmayaraq biz burada yığcam olaraq onların bir neçəsinə işarə edirik:
1)- Uca Allahın əzəmətinə kamil surətdə diqqət yetirməklə yanaşı, nə üçün ibadət etdiyi haqında düşünmək:
Allaha ibadət edən şəxs ilk növbədə, ibadət etdiyi məbudun kim olduğunu dərk etməli və həmçinin namaz qılarkən kimin müqabilində durduğunu bilməlidir.
Bildiyimiz kimi bütün kamil sifətlərAllaha məxsusdur. Həmçinin xalis kamilliklər uca Allahın dərgagında cəmlənmişdir. Bu kamilliklərdən biri də Allah taalanın hikmət sifətidir. Sllah taalanın bu sifətə malik olması heç bir yaradılışın bihudə (əbəs yerə) olmadığına bir sübutdur. İnsanda bu yaranmışların biri olmaqla yanaşı, həm də onların ən şərafətlisidir. Təbiidir ki, Allah taalanın ən şərafətli yaranmışı hikmətsiz deyildir. İnsanın yaradıldığında əsas səbəb onun kamillik zirvəsinə çatmasıdır.
Bu zirvəyə yüksəlməyin ən ümdə yolu Allaha bəndəlik etməkdir. Misal üçün: Namaz qılmaq, oruc tutmaq, zəkat vermək, əməli saleh olmaq və s.
Bir sözlə ilahi təkamülə çatmaq üçün ilahinin bizə əmr etdiyi "siratəl müstəqim"lə, düzgün və doğru yolla irəliləmək lazımdır. Allah Taala Qurani kərimdə buyurur:
«وَ أَنِ اعْبُدُوني‏ هذا صِراطٌ مُسْتَقيم‏»
"Mənə ibadət edin! Bu doğru yoldur deyə əmr edmədikmi?" [4497] 
Əgər insan ibadətini bilməsə və niyə ibadət etdiyini dərk etməzsə, ibadətin şirinliyi və ləzzəti ona nəsib olmayacaqdır. ,Buna yalnız təfəkkür və düzgün dini baxışlarla yiyələnmək olar.
2)- İbadətlə uyğunluğu olmayan əməllərdən çəkinmək:
İnsanda baş verən hər bir mənəvi təsir, onun keçmiş əməllərinin xalis olduğunu xatırladır. Bu səbəbdən də ibadətin insanlarda qoyduğu mənəvi təsir müxtəlifdir, İbadətdən öncə Allah bəyənməyən əmirlərinə zidd olanvə onunla uyğunluğu olmayan hər hansı bir əməli etməməlidir. Məsələn: "Bir həkim xəstəliyi eyni olan iki xəstə üçün, eyni dərmanları yazmaqla yanaşı, onlara bəzi qida növlərindən çəkinməyi məsləhət bilir.
Xəstələr həkimin göstərişlərinə uyğun olaraq dərmanlardan vaxtı- vaxtında istifadə edirər. Amma xəstənin biri həkimin qadağan etdiyi qidalardan mütəmadi olaraq istifadə edir. Edir. Müalicə müddəti bitdikdə isə, həkimin göstərişinə kamil surətdə əməl edən xəstə şəfa tapır. Amma o biri xəstə həkimin verdiyi dəvalardan istifadə etsədə rejimə (pəhrizə) riayət etmədiyi üçün şəfa tapmır. Çünki, xəstəliyinə zidd olan amilləri aradan qaldırmamışdır."
Əgər bir şəxs batini nuraniliyə (ibadət, Allaha doğru hərəkət) tərəf addımlayırsa, gərək zülmətdən (günah və şeytan) tam surətdə çəkinsin. İmam Sadiq (ə) atası imam Baqir (ə- dan belə nəql edir: "Qəlb üçün ən ziyanlı şey, günahdır". [4498] 
Yəni qəlb ilikn yaradılışda pak nurani və hər bir çirkinlikdən amanda olmuşdur.
Amma pis əməllər nəticəsindən qaralaraq öz nuraniliyini əldən vermişdir. İmam Sadiq (ə) bu barədə buyurur:
«كان أبي (ع) يقول: ما من شي‏ء أفسد للقلب من خطيئة، إنّ القلب ليواقع الخطيئة فما تزال به حتّى تغلب عليه فيصيّر أعلاه أسفله»
"Günah insanı ibadət və raz- niyazdan məhrum edər və münacatın şirinliyini insandan alar. [4499]  Mövləvi öz Məsnəvisindən Şüğeyb peyğəmbərlə günahkarın əhvalatını belə nəql edir: (xülasə)
Bir gün günahkar bəndə Şüğeybə tənə vurur ki, mən gecə- gündüz günah edirəm. Amma bir dəfə də olsun sənin Allahın məni etdiyim günaha görə cəzalandırmayıb. Allah taala Şüğeybə ilham edir:
"Ey Şüeyb! Ona de ki, Allah taala səndən namazın, orucun, zəkatın və bütün yaxşı əməllərin şirinliyini almaqla cəzalandırıb. Həmiçinin sənin nəzərində öz həyatını mənasız edib və sən bu həyatda elə bir şey yoxdur ki, onu eşqlə zövqlə qiymətləndirirsən. Bu həyatın sənin üçün olduqca darıxdırıcıdır. Burada sənin üçün elə bir şey yoxdur ki, sənin üçün maraqlı və ürəkaçan olsun. "Günahkar eşitcək qəflət yuxusundan oyanır və yerindəcə donub qalır. [4500] 
3)- Nəfsin saflaşdırılması:
İnsan gərək öz fitrətinə nəzər salsın və orada olan bütün qara pərdələri yırtaraq nuraniliyə tərəf addımlasın. O qara pərdələr ki, təkəbbür, dünya pərəstlik və qəflət kimi şeylərdən onun qəlbində yaranmışdır. Allah taala Qurani kərimdə buyurubdur:
«قد افلح من زکیها و قد خاب من دساها»
Nəfsin (günahlarından təmizləyən mütləq nicat tapacaqdır. Onu (günaha) batıran isə əlbəttə ziyana uğrayacaqdır [4501] .
4)- Əməli saleh olmaq:
Bədənin bütün işləri ruhun vasitəsi ilə idarə olunur. Bu səbəbdən bütün əməllərin nəticəsi ruhda cilvələnməkdədir. Əgər bədən günaha düşərsə ruh qaralar və ikinci bir günah etmək üçün cürətlənər. Əks halda isə daha da nurani olmaqlıa yanaşı yaxşı işlərdən zövq alar. Bu səbəbdən də əgər insan şəri vacibatları (namaz, oruc zəkat, həmçinin nafilə və gecə namazları) yerinə yetirməklə bərabər yaxşı əməl sahibi olarsa, ibadətlərimizdə süst olmamaqla yanaşı onun ləzzətini də duyacaqdır.
Bir sözlə şirinliyini duymaq, ruhun paklğından aslıdır. Ruh pak və nurani olarsa, ibadət də şirin və yorucu olmayacaqdır. [4502] 
«قل کل یعمل علی شاکلته»
5)- Allahla dost olmaq:
Allah taala ilə dost olmağın və həmçinin onun nuru il qəlbi işıqlandırmağın çoxlu şərti var ki, biz onun bir neçəsini burada qeyd edirik:
 Dünyaya məhəbbət bağlamamaq,
 Dünya məhəbbətini ilahi məhəbbətlə dəyişmək
 İnsanı Allahdan uzaqlaşdıran amiləri tanımaq və ondan suğortalanmaq.
 Nəfsani istəkləri və ləzzətləri, Allahın istəkləri və məhəbbəti ilə dəyişmək və s.
Nəticə:
Əgər ibadət edərkən qəlbən Allaha bağlanmaq istəyiriksə, onda gərək ilkin surətdə qəlbimizi və ruhumuzu günahlardan və bizi Allahdan uzaqlaşdıran amillərdən çəkindirək. Bundan əlavə Allah bəyənən işlərlə qəlbimizi daha da nurani edərək, onu nəfsani istəklərin müqabilində daha da qüvvətləndirək. Həmçinin qəlbimizi şeytani xəstəliklərdən qoruyaq ki, ilahi nemətlərin (ibadətin) şirinliyini duyaq.
Xəstəlikdən yemək yeməyə halı olmayan və ya onun onun dadını bilməyən xəstələr kimi olmayaq. Bir sözlə "namazdan öncə Allahın evini (qəlbi) təmizləyək ki, namaz vaxtı Allahı ora dəvət etməyə üzümüz olsun."
Daha geniş məlumat üçün aşağıdakı ünvanlara müraciət edə bilərsiniz:
Adab səlat, imam Xomeyni (rh),
Rahhayi xaric əz sifat rəzilə, seyyid Rəhim, təvəkkül.
Sirrul- səlat, imam Xomeyni (rh).

[4497]  Yasin surəsi, ayə 61
[4498]  Usuli kafi, cild 2, səh 268, Zunub babı, hədis1
[4499]  Məhdi Kəni, Məhəmməd Rza, Nöqtehayi ağaz dər əxlaqi əməli, səh 116
[4500]  Məhəmməd Təqi Cəfəri Məsnəvinin şərhi, cild 5, səh 512
[4501]  Şəms surəsi, ayə 9- 10
[4502]  əsra, ayə 84.


Allah sizə yar olsun.
Sual (199) : Salamun əleykum. Əmr be məruf və nəhy əz münkərin (islah tədbirlərinin) təsiri yoxdursa, nə etməli?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Daha təsirli danışmaq qabiliyyəti olan şəxsdən xahiş edin ki, bu işi yerinə yetirsin. Allah-taala həzrət Musaya Fironun islahını əmr edəndə Musa daha üstün bəyanı olan qardaşı Harunu köməkçi istədi.[4503]
Bəzən bir tərzdə deyilən söz təsirsiz olduqda başqa bir tərzdə təkrarlandığı vaxt təsir edir. Quru ağacı qırmaq üçün bir neçə balta zərbəsinə ehtiyac olur. Quranda buyurulur: “Təsirli olsun deyə, biz Quranda sözümüzü müxtəlif şəkillərdə bəyan etdik.”[4504]
Sözün təsirində deyim tərzinin rolu var. Əmr be məruf və nəhy əz münkərin şərtlərinə görə hər insana söz deməyin öz yolu var.
Əgər paltarınız toza bulaşmışsa onu çırpmaqla təmizləmək asan olar. Əgər hisə batmış paltarı çırpsanız həm əliniz qaralar, həm də his paltara yayılar. Quranda buyurulur: “Evlərə qapılardan daxil olun.”[4505]
Eləcə də, xalqı günahdan çəkindirmək üçün onlara halal yol açmaq lazımdır. Həzrət Lut evindəki qonaqlara təcavüz etmək istəyənlərə öz qızları ilə evlənməyi təklif etdi. [4506] 
[4503]  “Qəsəs”, 34.
[4504]  “İsra”, 41.
[4505]  “Bəqərə”, 189.
[4506]  “Hud”, 78.


Allah sizə yar olsun.
Sual (200) : Salamun əleykum. İslami cəmiyyət quruculuğunda cihadın rolu nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Belin ağız hissəsi daim iti və ağ yuxarı hissəsi isə qalın və qara olur. Cihad edən millət də öz gənclərini əldən verməsinə baxmayaraq daim üzüağdır. Amma zülmə boyun əyən xalqlar zahirən asayişdə olsalar da, say çoxluğuna baxmayaraq üzüqaradırlar.
Allah sizə yar olsun.
Go to TOP