Sual (11) : Salam aleykum.Zehmet olmasa,Fərəc duasıni ve erebce yazilisinida qeyd edin,Allah sizden razi olsun
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَن صَلَوَاتُكَ عَلَيْهِ وَ عَلَى آبَائِهِ فِى هذِهِ السَّاعَةِ وَ فِى كُلِّ سَاعَةِ وَلِيًّا وَ حَافِظًا وَ قَائِدًا وَ نَاصِرًا وَ دَلِيلاً وَ عَيْنًا حَتَّى تُسْكِنَهُ اَرْضَكَ طَوْعًا وَ تُمَتِّعَهُ فِيهَا طَوِيلاً

Allahummə kun livəliyyikəl-Höccətibnil-Həsən, sələvatukə ələyhi və əla abaih, fi hazihis-saəti və fi kulli saəh, vəliyyən və hafizən və qaidən və nasirən və dəlilən və əyna hətta tuskinəhu ərzəkə təvəa və tuməttiəhu fiha təvila. Birəhmətikə ya ərhəmər-rahimin.

Tərcümə: “İlahi! İndi və hər an ona və əcdadına rəhmət və mərhəmətin olan Hüccət ibn Həsən (ə) (İmam Zaman (ə) –a himayəçi, gözətçi, rəhbər, kömək və yol göstərən ol. O vaxta qədər ki, onu yer üzərində izzət və şərəflə rəhbər edəsən və onu yer üzərində uzun müddət bəhrələndirəsən”.

Allah sizə yar olsun.

Sual (12) : Salam, Zehmet olmasa Vahdat Duasinin oxunushunu azerbaycan diiinde ve tercumesini gondererdiz

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Vəhdət duası:

Əllahu Əkbər, Əllahu Əkbər, Əllahu Əkbər, La ilahə illəllahu ilahən vahidən və nəhnu ləhu muslimun, La ilahə illəllahu və la nəbudu illa iyyahu muxlisinə ləhud-din, və ləv kərihəl muşrikun, La ilahə illəllahu rəbbəna və rəbbə abainəl-əvvəlin, La ilahə illəllahu vəhdəhu vəhdəhu vəhdəh, əncəzə vədəh, və nəsərə əbdəh, və əəzzə cundəh, və həzəməl əhzabə vəhdəh, fələhul-mulku və ləhul-həmd, yuhyi və yumit və yumitu və yuhyi və  huvə həyyun la yəmut, biyədihil-xəyr və huvə əla kulli şəyin qədir. 

اَللهُ اَکبَر  اَللهُ اَکبَر  اَللهُ اَکبَر*لا اِلهَ اِِلاَّ اِللهُ اِلهاً واحِداً و نَحنُ لَهُ مُسلِمونَ لا اِلهَ اِلاَّ اللهُ و لا نَعبُدُ اِلاَّ ایّاهُ مُخلِصینَ لَهُ الدّینَ وَ لوکَرِهَ المُشرکون لا اِلهَ الاَّ اللهُ رَبُّنا و رَبُّ ابائِنَا الاَوَّلینَ لا اِلهَ الاَّ اللهُ وَحدَهُ وَحدَهُ وَحدَهُ اَنجَزَ وَعدَهُ و نَصَرَ عَبدَهُ وَ اَعَزَّ جُندَهُ وَهَزَمَ الاَحزابَ وَحدَهُ فَلَهُ اَلمُلکُ و لَهُ الحَمدُ یُحیی و یُمیتُ و یُمیتُ و یُحیی وَ هُوَ حَیٌّ لا یَموُتُ بِیَدِهِ الخَیرُ و هُوَ عَلی کُلِ شَیءٍ قَدیر

Tərcümə:

Allah hər şeydən ucadır. Allah hər şeydən ucadır. Allah hər şeydən ucadır. Allahdan başqa heç bir məbud yoxdur. O tək bir tanrıdır. Biz yalnız ona təslim olanlarıq. Allahdan başqa heç bir məbud yoxdur. Biz Ondan başqasına ibadət etmərik. Dini (ibadəti) Onun üçün xalis etmişik, müşriklər sevməsə də. Allahdan başqa heç bir məbud yoxdur. Rəbbimiz bizdən əvvəlki atalarımızında Rəbbidir. Allahdan başqa heç bir məbud yoxdur. O birdir, O birdir, O birdir, əhdinə sadiqdir. O qullarına kömək edər, ordusuna izzət verər və O təkcə (batil) firqələri yox edər. Bəs mülk (padşahlıq) Onundur və həmd Onadır. Dirildən də, öldürən də, öldürən də və dirildən də Odur. O diridir ki ölməz, xeyir Onun əlindədir və O, hər şeyə qadirdir.

Allah sizə yar olsun.

Sual (13) : Bismillahir Rehmanir Rehim. Salam Aleykum necesiniz? sualim beledi. 1. men mescide gedirem ve ordaki imamin arxasinda durub namaz qila bilerem? birisi yaxsi birisi pis deyir o imama. here bir soz deyir. men tam tanimiram o imami. onun arxasinda durub namaz qila bilerem? 2. herden mescide gedende imam olmur ordaki usaqlar deyirki yigisagin bir nefer kecsin qabaga imam o olsun namaz qildirsin. bu duzgundu? 2. gufeyle namazinin qilinma qaydasinda basa dusmediyim sey var. qunut tutarken deyilen zikir harda qurtarir ve ne zaman rukuya gedir onu tam yaza bilersiz?deyirki Enam suresi 59 cu ayeni oxuyub sora qunut tuturuq. qunut tutanda 2 dua yazir ki deyesen amma tam anlamadimki bu nece olacaq ne zaman rukuya gedeceyik?Əllahummə inni əs`əlukə bi məfatihil-ğəybil-ləti la y`ələmuha illa əntə, ən tusəlliyə `əla Muhəmmədin və ali Muhəmməd, və ən təf`ələ bi kəza və kəza". bu qunutda deyilecek yoxsa secdeye gedib namazi qurtardiqdan sora deyilecek?tam aciqlama ile yazsaz sevinerem Allah razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.
İmam-camaatın adilliyini sabit etməyincə iqtida düzgün deyil, amma təqvalı möminlərin İmama iqtida etməsindən onun ədalətli olmasına yəqinlik tapılırsa caizdir.

Camaat namazına imamlıq edən şəxs aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
1) Həddi-büluğa yetişən bir fərd olmalıdır.
2) Ağıllı olmalıdır.
3) Ədalətli olmalıdır.
4) Halalzadə olmalıdır.
5) On iki imam şiəsi olmalıdır.
6) Namazı düzgün qılmalıdır.
7) Əgər iqtida edənlər kişidirsə, pişnamaz kişi olmalıdır.
 İmam-camaat zahirən vacibləri yerinə yetirib, haramları tərk edən olmalıdır.
Şəri sualları şəriət bölməsinə göndərin. http://www.haqqyolu.com/az/faqs/send/2
Ğufeylə namazın qunutunda belə deyilir: اَللَّهُمَّ اِنَّى اَسألُكَ بِمَفَاتِحِ الغَيبِ الَّتِى لاَيَعلَمُهَا اِلاَّ اَنتَ اَن تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاَن تَفعَلَ بِى كَذا وَ كَذا “Allahummə inni əsəlukə bi məfatihil-ğəybil-ləti la yələmuha illa əntə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən təfələ bi kəza və kəza” bu duadakı “kəza və kəza” sözlərinin əvəzinə arzu-istək ərz olunur. Sonra deyilir (qunutda): اَللَّهُمَّ اَنتَ وَلِىُّ نِعمَتِى وَالقَادِرُ عَلَى طَلِبَتىِ تَعلَمُ حَاجَتِى فَاسألُكَ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ عَلَيهِ وَعَلَيهِمُ السَلاَمُ لَمَّا قَضَيتَهَالِى “Allahummə əntə vəliyyu niməti vəl-qadiru əla təlibəti tələmu hacəti fə əsəlukə bi həqqi Muhəmmədin və ali Muhəmmədin ələyhi və ələyhimus səlamu ləmma kəzəytəhali”, sonra rükuya gedib namazı davam edəcək.
Allah sizə yar olsun.
Sual (14) : Bismillahir-Rehmanir-Rehim. Salam aleykum necesiniz? men esitmisemki Allah taala buyururki "Ey menim bendeelerim siz mene ibadet etmek isteyirsiz? siz mene ibadet ede bilmersiz siz mene itaet ede bilersiz. ibadt Peygember ve Ehli Beyte mensubdu" sizinde bu haqda bilginiz var? ibadetle itaetin ferqi nedi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

"İtaət"lə "ibadətin" arasında fərq budur ki, ibadət yalnız, Allaha məxsusdur. Lakin, «itaət», həm Allaha, həm də Ondan başqasına da edilə bilər. Məsələn, övladın valideyndən və qadının həyat yoldaşından itaətini qeyd etmək olar. Lakin, ibadət heç də belə deyil, yalnız Allaha məxsusdur. Əlbəttə, Allah-taala Quran hər bir bəndəsini ibadətə dəvət edir.

Allah sizə yar olsun.

Sual (15) : Salam aleykum. Gündəlik nafilə namazları necə qılmaq lazımdır? Bu namazlar keçmiş qəza namazlarından silinir mi, yoxsa qəza namazları ayrıca niyyətlə mi qılınmalıdır?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Nafilə (müstəhəb) namazları qəza namazlarını əvəz etmir. Amma qəza namazı olan, nafilə namazı qıla bilər.
Müstəhəb namaz çoxdur. Bu namazlar “nafilə” adlanır. Nafilə namazları arasında gündəlik nafilə namazları daha çox tövsiyə olunmuşdur. Bu barədə Risaləyə 700-cü məsələdən 712-yə qədər müraciət edin.

Allah sizə yar olsun.

Sual (16) : Salam aleykum. Mustafa iloglunun 'gizli elmler xezinesi ' kitabi cadu kitabidir? Istifade etmek olar onnan?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

 Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qeyd edilən kitab barədə məlumatımız yoxdur. Yaxşı olar məsum imamlardan bizə gəlib çatmış dualardan istifadə olunsun. Bu zəmində Məfatihul-cinan kitabı münasibdir.

Allah sizə yar olsun.

Sual (17) : Salamaleykum.«Yakaşifən kurəbi ənil vəchil Hüseyn(əleyhissalam)İkşif kurəbi bihəqqi əxikəl Hüseyn!» Bu zikr 133 defe deyende hacet qebul olur?tercumesi necedir? sag olun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Müşküllərin həll olunması üçün bu duanı oxumaq çox yaxşıdır:
يَا كَاشِفَ الْكَرْبِ عَنْ وَجْهِ الْحُسَيْنِ إِكْشِفْ كَرْبِى بِحَقِّ اَخِيكَ الْحُسَيْنِ عليه السلام
«Ya kaşifəl-kərbi ən vəchil-Husəyn, ikşif kərbi bihəqqi əxikəl-Husəyn (ələyhis-salam).»
Ey İmam Hüseynin (ə) üzündən qəm-qüssəni aparan, qardaşın Hüseynə (əleyhis-salam) xatir mənim qəm-kədərimi aradan apar.
Bu duada Həzrət Əbəlfəzə (ə) xitab olunur. Abbas adı əbcəd həriflərilə 133 hesab olduğu üçün bu qədər oxumaq tövsiyə olunub.

Allah sizə yar olsun.

Sual (18) : salam-dəfndən sonra əyilərək əl barmaqlarını qəbrin torpagına toxunduraraq oxunan dua hansıdır və necədir-minnətdaram.
Ad: Cahan, Ölkə: az.r, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Müstəhəbdir ki, qəbirin üzərinə su tökəndən sonra orada olanlar üzü qibləyə durub əllərini qəbrin üzərinə qoysunlar, barmaqlarını aralı tutub torpağa batırsınlar, yeddi dəfə Qədr surəsini oxuyub, mərhumun ruhuna rəhmət diləsinlər, sonra bu duanı desinlər: “Allahümmə cafil-ərzə ən cənbeyhi və əsid ileykə ruhəhu və ləqqihi minkə rizvana. Və əskin qəbrəhu mun rəhmətikə ma tuğnihi bihi ən rəhməti mən səvak”. (İlahi, torpağı bu mərhumun bədənindən təmizlə, yəni bədənini çürütmə, onun ruhunu öz dərgahına yüksəlt, ona öz razılığını təlqin et. Onun  qəbrinə öz mərhəmətini sakin et. Elə bir mərhəmət ki, daha Səndən başqasının mərhəmətinə ehtiyacı olmasın).
Allah sizə yar olsun.
Sual (19) : Salam isin duzelmeyi ucun ne dua var oxuyub gedesen sen usdun oladan dil agiz baglamag ucun ya basqa bir sey

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Duanın qeyri-adi təsiri olmağı insanın halına və inamına bağlıdır. Ümidi hər yerdən kəsilən müztər insan və duanın qəbul olmağına şəkk etməyən tam vücudu ilə bircə “ya Allah” desə qeyri-adi təsiri görər. Bu inam və hal mümkündür insanlarda dualara nisbətdə fərqli olsun. Hər-halda bir neçə təcrübə olunmuş duanı qeyd edirik.

1. 14 min salavat. Hər məsuma 1000 salavat hədiyyə etmək.

2. 40 gün Aşura ziyarəti oxumaq.

3. Yunisiyyə zikrini “La ilahə illa əntə subhanəkə, inni kuntu minəz-zalimin.” çox demək, xüsusi ilə səcdədə demək. Hər gün azı 400 dəfə bu zikri deyin. Bu zikr həm hədislərdə və həm də ariflərin tərəfindən çox sifariş olunub.

4. Bir iş üçün gedəndə və ya görmək istədikdə 19 dəfə Bismillahir-rəhmanir-rəhim 11 dəfə Salavat və 7 dəfə "la hövlə və la quvvətə illa billah" zikrini deyin. İmam Sadiq (ə) buyurur: Hər kəs hər gün "la hövlə və la quvvətə illa billah" zikrini 100 dəfə desə 70 bəlanı Allah ondan uzaqlaşdırar ki, ən sadəsi qəm-qüssədir.    

5. Təvəssül duasını oxumaq.

Allah sizə yar olsun.    

Sual (20) : salam olsun, evvelceden tesekkur edirem cavaba gore, xais edirem komek edin, ev satmaq isteirik sata bilmirik borc coxdur ne etmek lazimdir ki, sata bilek, ne qeder dualar yazdirmiwix, inshallah bir gozal yol gorsadarsiniz, ALLAH SIZE KOMEK OLSUN

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Birincisi, bilmək lazımdır ki, şəriət duanı insanın əli çatan zahiri səbəb və illətlərin yerində qərar verməyib. Əksinə dua onlardan daha üstün bir vasitədir ki, duadan başqa heç bir yol olmadıqda və yalnız bütün güclərdən üstün olan kainatın yaradanından yardım istəməyə ümid bağladıqdadır.
Hər halda çalışın bütün namazları, xüsusi ilə sübh namazını ilk vaxtında qılın və sübh namazından sonra sağ əli sinəyə qoyub 70 dəfə "Ya Fəttah" zikrini təkrar edin. Sonra 110 dəfə salavat göndərin və ara-sıra «La hövlə və la quvvətə illa-billahil-əliyyil-əzim» zikrini təkrar edin. Hər gün azda olsa sədəqə verin. İnşallah bu işlər  müşküllərinizin aradan qaldırılmasında təsirli olacaq. Bizdə sizin probleminizin həlli üçün dua edəcəyik.

Allahsizə yarolsun.

Go to TOP