Sual (181) : Salamun əleykum. Bir çox evlərdə və maşınlarda insanlar gözdəymənin qarşısını almaq üçün göz muncuğu, üzərlik, at nalı asırlar. Hətta dini mağazalarda asılqanlar satırlar ki, Quranın altında göz muncuğu olur. Bu şirk və bütpərəstlik əlamətləri deyilmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Gozmuncugu və nal barədə dini mənbələrdə məlumata rast gəlinmir. Lakin üzərik barədə bir neçə hədis movcuddur. Göz deyməyə qarşı din öncüllərinin tövsiyə etdikləri dualardan istifadə etmək lazımdir.
Allah sizə yar olsun.
Sual (182) : Salamun əleykum. Mənə zəhmət olmasa ruzini artirmaq üçün dua, zikir deyərdiniz.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Rüzi əldə etmək üçün ən ümdə amillərdən biri təlaş etməkdir. Allah-taala buyurub: “Hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alır”. (Taha: 15) Və ya : “İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!” (Nəcm: 39) Ruzinin çoxalmasına səbəb olan digər amillərdən biri isə ticarətdir. İmam Sadiq (ə) buyrub: “Ruzinin 10/9 ticarətdədir”. (Vəsailüş-şiə, c. 17, səh. 7) Allaha təvəkkül etmək də rüzinin çoxalmasına səbəb olur. Allahın rəsulu (s) buyurub: “Allah taala Ona təvəkkül edənlərin ruzisini verəcək”. (Hukmuz-zahir, səh. 470). Qənaətcil olmaq da ruzini çoxaldır. İmam Əli (ə) buyurub: “Qənaətcil ol ki, varlı olasan”. (Hukmuz-zahir, səh. 478). Allahın verdiyi nemətlərə şükr etmək ruzini çoxalmasına səbəb olur: “Şükr etmək nemətləri çoxladır”. (Hukmuz-zahir, səh. 475). Sədəqə və borc vermək ruzini çoxaldır. Allah-taala buyurur: “(Ya Peyğəmbər!) De: “Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. (Allah yolunda) nə xərclərsiniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!” (Səba, 39) İmam Əli (ə) buyurub: “Ruzini sədəqə verməklə nazil edin”. İzdivac etmək də ruzinin cəlb olunmasına səbəb olur. Allahın rəsulu buyurub: “İzdivac etməklə Allahdan ruzi istəyin”. (Məhcül-fəsahə, 92) Çox “La həvlə vəla quvvətə illa billah” və Məhəmməd (s) və Ali Məhəmmədə (s) salavat göndərmək ruzinin çoxalmasına səbəb olur. Ruzinin çoxaldılması haqqında “Məfatihul-cinan” kitabında çoxlu dua və zikirlər mövcuddur.
Allah sizə yar olsun.
Sual (183) : Salamun əleykum. Bu duanın tərcüməsini verməyinizi xahiş edirəm. Bismillahir rəhmanir rəhim. Əlhəmdu lillahi rəbil aləmin.Vəl aqibətu lil muttəqin. əssalatu vəs səlamu əla səyyidna və nəbiyyəna Əbulqasimi Muhamməd.və alihit tahirin. və lənətullahi əla ədaihim əcməin.Minəl anə ila qiyami yəvmiddin.həniən lil akilinə və bərəkətən lil bazilin.və sihhətən və səlamətən lil hazirinə vəl calisinə və musafirin.və rəhmətən li əmvatil hazirin.əllahummə təqəbbəl həsanatil muhsinin və itaməl mutimin. La siyyamə hazihil həsənəh.və bəllig səvabəha ila ərvahi əmvati sahibil əhsan.Bihəqqi ayatil Quran.Və bihəqqi əsmaikəl husna.Və bihəqqi surətil mubarəkətil Fatihəti məəssalavavat.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Şükürlər aləmlərin Rəbbinə məxsusdur. Xoşbəxt sonunc təqvalılar üçündür. Məhəmmməd (s) və onun pak ailəsinə salam olsun. Onların bütün düşmənlərinə-əvvəlindən axırna, indidən qiyamət gününə qədər- lənət olsun. (vərilən ehsan) yeyənlərə nuş olsun, ehsan verənlərin malı bərəkətli olsun, burada olanalra, məclisdə iştirakçilarına və səfərdə olanlar üçün gümrahlıq və saglamlıq olsun, məclis iştirakçılarının dünyadan köçənləri üçün şəfqət olsun. Ey Rəbbim, ehsan vərenlərin ehsanını və yemək verənəlrin yeməklərini qəbul et, xüsusilə bu ehsanı. Bu ehsanın savabını ehsan verənin dünyasını köçənlərinə əta et, Quran ayələrinə xatir, Mübarək adlarına xatir, mübarək Fatihə surəsinə xatir. Salavat çevirin.
Allah sizə yar olsun.
Sual (184) : Salamun əleykum. Mən səkkiz aydır ki, bir dua edirəm amma qəbul olmur. Halbuki, Quranda allah buyurur ki, mənə dua edin mən qəbul edim. Belə isə mənim duam nə üçün qəbul olmur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Dua səmimi qəlb, onun qəbul olma şərtləri mövcud və dua dua edənin xeyirinə olarsa mütləq qəbul olar. Buna görə də duanın səmimi qəlblə edib-etmədiyimizə, duanın qəbul olunma şərti kimi kiminsə hüququnu tapdalayıb-tapdalamamagımıza, məsələn valideynin qullugunda nə qədər durdugumuza və ya bu duanın sonunun nə ilə nəticələnməsinə, axirətə bir xələl-gətirib gətirməməsinə, bir zərəri olub olmamasına diqqət etməliyik. Həm də bəzən elə olur ki, dua edən şəxs hazırkı durumda etdiyi duanın tam olaraq onun xeyirinə olmasını duşunur, lakin bir qədər zaman ötdukdən sonra həqiqətin heç də əvvəlki kimi olmadıgını duşunur. Məsələn, bir gənc oglan bir qızı sevir, ona dəlicəsinə vurulub onsuz öləcəyini düşünür və həm də onu öz xoşbəxtiliyi üçün əsas hesab edir. Lakin bir müddət keçdikdən sonra həmin qızın düşündüyü kimi olmadıgını dərk edir və daha sonra agıllı-kamallı birisilə evlənir və bu qızın onun din və eqidəsinə, mədəniyyətinə daha çhox uygun olmasını başa düşür.
Allah sizə yar olsun.
Sual (185) : Salamun əleykum. Duadan sonra hər iki üzə çəkmək yaxşıdır, yoxsa sağ əli? Allah razı olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İnsan dua edərkən əlləri ilahi nurla dulduğuna görə hər iki əlini üzünə çəkməsi yaxşıdır.
Allah sizə yar olsun.
Sual (186) : Salamun əleykum. Gecə yatarkən hansi dualar və yaxud da hansı surəni,ya da ayəni oxumaq lazimdır? Yatanda hansı tərəfə yatılmalıdı, nə mekruhdur nə mustəhəb?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allahın rəsulu (s) gecə yatarkən "Ayətül-kürsi" ("Bəqərə", 255-ci ayə) ayəsini və "Əllahummə bi ismikə əhya və bi ismikə əmut" duasını oxuyurmuş. Dinimizdə yatarkən sağ çiyin ustə uzanmaq bəyənilsə də qarın və sol çiyin üstə yatmaq bəyənilmir. Vəhy intizarını çəkdiklərinə görə Peyğəmbərlər arxası üstə yatarmışlar.
Allah sizə yar olsun.
Sual (187) : Salamun əleykum. Salavatın məntiqi nədir? Nəyə xeyirdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Salavatın əhəmiyyətini bilmək üçün Əhzab surəsinin 56-cı ayəsini oxumaq kifayətdir. Bu ayədə Allah-taala Özünün və mələklərin həzrət Peyğəmbərə (s) salam göndərdiklərini və istisnasız olaraq bütün möminlərdən də o həzrətə (s) salam göndərilməsinin istənildiyini bildirir. Lakin məqsədiniz konkret olaraq salavat deyilərkən əli üzə çəkməkdirsə, bunun salavatla bağlı konkret dəlili yoxdur. Bu, bir adət kimi bir çox dünya müsəlmanları arasında formalaşmışdır. Çox güman ki, bunun qaynağı hədislərə gedib çıxır. Çünki hədislərdə dua etdikdən sonra əlləri üzə çəkməyin müstəhəb olduğu bildirilmişdir. Salavat da bir dua olduğundan müsəlmanlar salavat dedikdən sonra əlləri üzə çəkməyə böyük əhəmiyyət vermişlər.
Allah sizə yar olsun.
Sual (188) : Salamun əleykum. Bir hədisdə həzrət Peyğəmbərin (s) belə buyurmasını oxudum: “Hər kəs mənə bir dəfə salavat göndərsə, bütün günahları tamamilə bağışlanar”. Həqiqətənmi bir salavat zikr etməyin belə üstün nəticəsi var?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Salavat zikr etməyin dünyəvi və uxrəvi xüsusiyyətləri çoxdur. Nümunə olaraq istəklərin həyata keçməsi (“Kafi”, c. 2, səh. 493), Qiyamətdə həzrət Peyğəmbərə (s) yaxın olmaq (“Came əl-əxbar”, səh. 67), günahların tamamilə bağışlanılması (“Səvab əl- Əmal”, səh. 184), qəbrin işıqlanması (“Qurb əl-isnad”, səh. 12) və s. qeyd etmək olar.
Şübhəsiz, bir zikrin iksir xarakterli olması qeyi-adi deyil. Lakin nəzərə çarpır ki, salavat üçün xatırlanan bütün keyfiyyətlər təkcə bir səbəbdir. Yəni kamala gedən yolun bütün maneələrini ortadan qaldıran, gözəl əməllər görən, dərin imanlı şəxslər üçün salavatın məlum təsirləri ola bilər. Lakin bu o demək deyil ki, hər bir şəraitdə zikr edilən salavat bütün günahların bağılanmasına səbəb olur.
Allah sizə yar olsun.
Sual (189) : Salamun əleykum. Bütün dinlərə mənsub olan şəxslər peyğəmbərə salvat göndərə bilərmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əqidəsindən aslı olmayaraq, İslam peyğəmbəri (s) və Onun pak Əhli-beytinə (ə) salam və salavat göndərmək bəyənilir.
Allah sizə yar olsun.
Sual (190) : Salamun əleykum. Bəziləri belə deyir ki, əgər salavat deyərkən ali Məhəmməd kəlməsini bir nəfər deməsə günah etmiş olur. Bunu da bilirəm ki, Suyuti öz təfsirində Buxari, Müslim, Əbu Davud, Termizi, Nəsai, və İbn Macədən nəql edir ki, bir kişi Peyğəmbərə dedi: Sənə salam etməyi bilirik. Sənə salavat nə formadadır? Peyğəmbər (s) buyurdu: De, Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd kəma səlləytə əla İbrahimə, İnnəkə həmidun məcid. Allahummə barik əla Muhəmmədin və ali Muhəmməd kəma barəktə əla İbrahimə və ali İbrahim. İnnəkə həmidun məcid. Suyuti bundan əlavə, daha on səkkiz hədis nəql edib ki, onların hamısı salavat zamanı ali Məhəmmədi də artırmağın lazım olmasını çatdırırlar. İbn Həcər Səvaiqdə nəql edir: Peyğəmbər (s) möminlərin ona naqis salavat deməsini və yalnız "Allahummə səlli əla Muhəmməd" demələrini qadağan edib və tapşırdı ki, salavat zamanı deyin: "Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd". Şiənin rəvayətləri də bu barədə xeyli çoxdur. Amma mənim sualım budur ki, Quran ayəsi açıq formada təkcə Məhəmmədə salavat göndərməyi demirmi? Ali Məhəmmədə salavat deməyin vacib olmasını necə demək olar? Bu bir növ dində bidət deyilmi? Alimlər azanda "Əşhədu ənnə Əliyyən vəliyullah" demək barəsində deyirlər: Əgər azanın bir hissəsi olmadan deyilsə, savabı var, amma əgər bir nəfər azanın bir hissəsi kimi desə, dində bidət olmasına görə haramdır. Belə olduqda ali Məhəmmədə salavatı, salavatın bir hissəsi bilmək olarmı? Halbu ki, ayə açıqca deyir: Allah və mələklər Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Ona salavat göndərin. Burada nə Peyğəmbəri Əhli- beytə şamil etmək olar, nə də "ələyhi" əvəzliyini onlara aid etmək olar. Quranın digər yerlərində, Əhli- beyti ulul- əmr, imam və rəhbərlə təfsir etmək olar. Amma Peyğəmbəri yalnız Məhəmməd (s)- ə aid etmək mümkündür. Quranın açıq buyurmasını nəzərə alaraq, ali Məhəmmədə salavatın, salavatın əsas hissəsi olmadığını və müstəhəb olaraq demək olduğunu deyə bilərik. Deməli, salavat zamanı ali Məhəmmədi demək vacib deyil. Xahiş edirəm, kəlami və fəlsəfi cavab verin. Şiə və sünni rəvayətlərindən ali Məhəmmədə salavat deməyin qəti olmasına dair hədisləri qeyd etməyin. Çünki onların hamısını bilirəm.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Peyğəmbər (s)- ə salavatla yanaşı ali Məhəmmədə (s) salavat bidət deyil. Hətta Quran, rəvayət, ağıl və irfana da uyğundur. Çünki:
1. Bidətin mənası odur ki, dində olmayan şey, dinin bir hissəsi sayılsın. Biz Peyğəmbərin ailəsinə salavat göndərməyi bidət saymırıq. Çünki Peyğəmbər (s) və Əhli- beytin rəvayətlərində bu məsələ gəlibdir.
2. Allah öz bəndələri üçün vəzifələr təyin edib və Qurani- məciddə ümumi və qısa formada vacib olma və onların bəzi xüsusiyyətlərini açıqlamışdır. Amma onların bütün xırdalıqlarını və şərtlərini Quranda zikr etməyibdir. Digər xırdalıqların hamısından xəbərdar olmaq üçün, Quranın həqiqi təfsirçiləri və həqiqi xitab olunanlar yəni Peyğəmbər (s) və imamlara müraciət etmək lazımdır. Allah Peyğəmbər (s)- i Quranın təfsirçisi və açıqlayanı təyin edibdir.
Buna əsasən, Peyğəmbər (s) ayənin təfsirində "ali" mənimlə birgə salavatda deyin buyurduğu zaman, yəni bu məsələ Qurandan əldə olunur.
3. Quranın zahiri mənasından əlavə, dərin batini mənaları da var. Peyğəmbər (s) və onun Əhli- beyti (ə) onun barəsində məlumat verə bilərlər. "Ən- nəbiy" kəlməsinin zahiri mənası baxmayaraq ki, "Ali- Məhəmmədə" şamil olmur. Amma batini mənaya əsasən ali- Məhəmmədə şamil olur.
4. Quran ayələri, Peyğəmbər (s) və o həzrətin Əhli- beytini vahid həqiqət formasında nəzərə alır. Bundan əlavə ürf və ağıl sahibləri, həmfikir və həm əqidə olan insanlara, bir gözlə baxırlar. Çoxlu rəvayətlər də var ki, Peyğəmbər (s) və o həzrətin Əhli- beytini bir nurdan bilir. Ona görə də bu vahid nura, yəni Peyğəmbər və o həzrətin Əhli- beytinə, həqiqəti Muhəmmədiyyə və ilk göndərilən deyilir. Buna əsasən, insanın Peyğəmbərə salavat göndərib, amma Əhli- beytinə salavat göndərməməsi necə mümkündür. Başqa sözlə, Əhli- beytə salavat, Peyğəmbərə salavatdır və onların hər ikisi bir həqiqətdirlər.
Axırıncı məsələ budur ki, Peyğəmbərə salavat mütləq formada vacib deyil, yalnız xüsusi yerlərdə namazın təşəhhüdü kimi, vacibdir. Əlbəttə salavat vacib olan yerdə, "ali Məhəmməd" demək də vacibdir. Müstəhəb yerlərdə "ali- Məhəmməd" demək də müstəhəbdir və "ali Məhəmməd" deməmək, salavatın naqis olmasına səbəb olacaq.

Allah sizə yar olsun.
Go to TOP