Sual (171) : Salamun əleykum. Alimlər “Nüdbə” duasını mötəbər sayırlarmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Adətən, mötəbər və məşhur tarixi kitablardan nəql olunmuş xəbərlər qəbul edilir. İslam alimləri isə şəri hökmlərin və dini maarifin əldə olunmasında həmin üsulla kifayətlənmir, hədislərin sənədini, rəvayətçinin ədalət və doğruçuluğunu araşdırırlar. Əgər bu istiqamətdə əminlik yaranmasa, xəbər etibarlı sayılmır.
Vacib və haram hökmlərə münasibətdə bu yanaşma daha da ciddiləşir. Amma müstəhəb işlərdə bu sayaq dərin araşdırmaya ehtiyac yoxdur. “Nüdbə” duası da bu sayaq məsələlərdəndir. Bu duanın mötəbər bir sənəddə nəql olunması bir o qədər də mühüm deyil. Həmin duanı qorxu və ümid hissləri ilə qiraət etmək kifayətdir. Duanın mətnindən, sözlərindən onun etibarlılığı görünür. Çünki eyni məsələlər ayə və rəvayətlərdə də qeyd olunur.
Allah sizə yar olsun.
Sual (172) : Salamun əleykum. Əgər mümkünsə fərəc duasının ərəbcədən oxunuş qaydasını və tərcükməsini yazın.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əllahummə, kun li vəliyyikəl Huccətibnil Həsən, səlavatukə əleyhi və əla abahi, fi hazihis-saəti, və fi kulli saəti vəliyyən, və hafizən, və qaidən və nasirən, və dəlilən və əynən, hətta tuskinəhu ərzəkə təvən və tuməttiəhu fiha təvilən.
Ey Rəbbim, höccətin İmam Zamanın, sənin salamın ona və atasına ola, bu və bütün anlarda rəhbəri, qoruyanı, köməkçisi ol, onu yer üzündə insanların meyli əsasında hökümran et, ona uzun iqtidar ver.
Allah sizə yar olsun.
Sual (173) : Salamun əleykum. Əgər mümkünsə, Rəcəb ayında oxunan aşağıdakı dua və zikrlərin tərcüməsini yazasınız. 1.Ya mən ərcuhu li-kulli xəyir və əmənu səxətəhu ində kulli şərr. Ya mən yuti-kəsrə bil-qalil. Ya mən yuti mən səələh. Ya mən yuti ləm yəsəluhu və mən lm yərifhu təhənunəm-minhu və rahməh. İtini bi-məsələti iyyək cəmiən xayrid-dunyə və cəmiə xayril-axirəh, vasrif ənni bi-məsələti iyyək cəmiə şərrid-dunya və şərril-axirəh. Fə-innəhu ğayru mənqusim-ma ətəytə vəzidni min fazlikə ya kərim Ya zəl-cəlali vəl-ikram. Ya zən-nəmai vəl-cud. Ya zəl-mənni vət-tavl. Hərrim şəybəti ələn-nar 2.Əstəğfirullahə zəl-cəlali vəl-ikarmi min cəmiz-zunubi vəl-asam 3.Əstəğfirullahəl-ləzi la ilahə illa huvə vəhdəhu la şərikə ləh və ətubu iləyh . 4.Əstğfirullahə və ətubu iləyh.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1.Ya mən ərcuhu li-kulli xəyir
Ey o şəxs ki, hər xeyir işdə sənə umidvaram və
və əmənu səxətəhu ində kulli şərr.
Və Onun qəzəbindən dogan hər bir şərr və pislikdən amandayam
Ya mən yuti-kəsirə bil-qalil.
Ey az (əməllərə) çoxlu mukafatlar verən
Ya mən yuti mən səələh.Ya mən yuti ləm yəsəluhu və mən lm yərifhu təhənunəm-minhu və rahməh.
Ey o şəxs ki, hər bir ehtiyacliya əta edirsən, Ey o şəxs ki, seni çagiran hər kəsə əta edirsən və səni çagirmayana, sənin mehr və şəfqətli, mərhəmətli oldugunu bilməyənə də əta edirsən
İtini bi-məsələti iyyək cəmiən xayrid-dunyə və cəmiə xayril-axirəh, vasrif ənni bi-məsələti iyyək cəmiə şərrid-dunya və şərril-axirəh.
Istəklərim muqabilində butun dunya və axirət xeyirlərini mənə əta et. İstəklərim muqabilində bütün dünya ve axirət şərlərini məndən uzaq et.
Fə-innəhu ğayru mənqusim-ma ətəytə vəzidni min fazlikə ya kərim
Ona gorə ki, Sən nə qədər əta etsən azalmaz. Fəzl və kerəminə xatir (mukafatlarini) çoxlat.
Ya zəl-cəlali vəl-ikram. Ya zən-nəmai vəl-cud. Ya zəl-mənni vət-tavl. Hərrim şəybəti ələn-nar.
Ey Cəlal və Kərəm sahibi, ey nemət və ehsanalr sahibi, ey Bizə minnət qoyaraq (istəklərimizi həyata keçirən), ey uca məqamli ehsan edən, cehənnəm odunu mənim ag saqqalima həram ət.
2. Əstəğfirullahə zəl-cəlali vəl-ikarmi min cəmiz-zunubi vəl-asam
Cəlal və kərəm sahibi Olan Allahdan butun gunah və psiliklərdən istigfar diləyirəm.
3. Əstəğfirullahəl-ləzi la ilahə illa huvə vəhdəhu la şərikə ləh və ətubu iləyh
Ondan başqa Allah olmayan, tək olub şəriki olmayan Allahdan istigfar diləyirəm və tovbə ilə ona donurəm.
4. Əstğfirullahə və ətubu iləyh
Istigfar diləyirəm və ona tovbə ilə donurəm. Əstğfirullahə və ətubu iləyh.

Allah sizə yar olsun.
Sual (174) : Salamun əleykum. Sualım Rəcəb ayinin əməlləri ilə baglidir ki bu ayda oxunun fəzilllətli dualardan biri olan Ummu Davud duasi barədədir.Xahiş edirəm bu duanın deyilmə vaxtı və deyilişi barədə yazardız bu duda Quran ayələrin xahiş edirəm latınca yazardız oxuya bilərdik..
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ümmu Davud duası istəklərin həyata keçməsi, zalımların şərrindən Amanda qalamq məqsədilə oxunulur. Bu duanı oxumaq istəyən şəxs 13, 14, 15-ci günləri oruc tutub 15-ci gündə zöhrə az qalmış qüsl etsin və xəlvət yerdə zöhr və əsr namazını qıldıqdan sonra üzü qibləyə tərəf oturub 100 dəfə “Həmd”, 100 dəfə “İxlas” surələrini, 10 dəfə “Ayət əl-kursi”nı oxuyub daha sonra isə “Ənam”, “Bəni-İsrail”, “Kəhf”, “Loğman”, “Yasin”, “Səffat”, “Fussilət”, “Şura”, “Duxan”, “Fəth”, “Vaqiə”, “Mulk” və s. oxusun. Sonra isə “Ummu Davud ” duasını oxusun.
Rəcəb, şaban və ramazan ayları ibadət və mənəviyyat dövrü olaraq digər aylara nisbət daha üstün şərəf və fəzilətə malikdir. Rəcəb ayı çox dua və münacat ayıdır. Cahiliyyət dövründə insanlar hacətlərini diləmək üçün bu ayı səbirsizliklə gözləyirdilər. Bəzi rəvayətlərə görə, bu ay Əmirəlmömininin (ə) adı ilə bağlıdır. Belə ki, şaban ayı Peyğəmbərimizin, mübarək ramazan ayı isə Allahın ayı adlanır.
Həzrət Rəsulu-Əkrəmdən (s) nəql edilən bir hədisdə belə buyurulur: "Rəcəb Allahın böyük ayıdır. Heç bir ay hörmət və fəzilətdə bu aya çata bilməz. Bu ayda kafirlərlə döyüş haramdır. Bunu bilin ki rəcəb Allahın ayı, şaban mənim ayım, və ramazan ümmətimin ayıdır. Kim rəcəb ayının bir gününü oruc tutsa, Allahın razılığını qazanmış olar. Allahın qəzəbi ondan uzaqlaşar və cəhənnəm qapılarından biri onun üzünə bağlanar."
İmam Museyi Kazimdan (ə) belə rəvayət edilir: "Kim rəcəb ayında bir gün oruc tutsa, cəhənnəm atəşi bir illik məsafədə ondan uzaqlaşar. Kim üç gün oruc tutsa, cənnət ona vacib olar."
Allahın Rəsulu buyurur: "Allah yeddinci səmada "dai" adlı mələk qərar veribdir ki, rəcəb ayı yetişdikdə bu mələk hər gecənin əvvəlndən sübhə kimi belə nida edər: "Xoş Allaha itaət edən və Allahı yad edən hər kəsin halına".
Allah-təala buyurur: Mənlə söhbət edənlə mən də həmsöhbət olaram. Mənə itaət edənə mən də itaət edərəm (istəklərini yerinə yetirərəm). Məndən bağışlanmaq diləyəni, bağışlayaram. Ay mənim ayım, bəndə mənim bəndəm, rəhmət isə mənim rəhmətimdir. Məni bu ayda çağıran hər kəsə cavab verər və istədiyi hər şeyi ona əta edərəm. Məndən yol istəyənə yol göstərərəm. Bu ayı bənd (ip) kimi qərar vermişəm ki, hər kəs ondan tutsa mənə yetişəcək.
Rəcəb ayı istiğfar və tövbə dövrüdür
İmam Sadiqdən (ə) nəql edilən bir hədisdə deyilir ki, Rəsul-Əkrəm (s) buyurub: "Rəcəb mənim ümmətim üçün bağışlanmaq ayıdır. Bu ayda istiğfar edin (tövbə edin və bağışlanmaq diləyin), çünki Haqq-təala bağışlayan və rəhmlidir. Rəcəb ayına "asabb" da (dolu, mükəmməl) deyilir, çünki bu ayda mənim ümmətimin üzərinə çox rəhmət yağar. O halda bu zikri çox söyləyin:
"Əstəğfirullahə və əsəluhut-təvbə." (Allahdan bağışlanma və tövbə diləyirəm).
İbn Babəveyh, Salimdən belə rəvayət etmişdir: "Rəcəb ayının sonuna bir neçə gün qalmış İmam Sadiqin (ə) yanına getmişdim. Məni görən kimi belə buyurdu: "Ey Salim! Bu ayda oruc tutdunmu?"
"Xeyr vallah" dedim, ey Rəsulullahın oğlu!
İmam (ə) belə buyurdu: "O qədər savab itirmisən ki, miqdarını ancaq Allah (c) bilər. Bu, Allahın üstün etdiyi və hörmətini ucaltdığı bir aydır. Bu ayda oruc tutanlara ikram və bağışlamağı özü vacib etmişdir.
Salim deyir: "Ey Rəsulullahın oğlu, mən əgər rəcəb ayının qalan günlərini oruc tutsam, bu ayda oruc tutanların savabının bir qisimini əldə etmiş olaram - deyə soruşduğumda O belə buyurdu:
- Ey Salim! Kim bu ayın axırında bir gün oruc tutsa, ölüm anındakı narahatlıqlardan, ölüm sonrasının vəhşətindən və qəbir əzabından xilas olar. Kim bu ayın axırında iki gün oruc tutsa, sirat körpüsündən asanlıqla keçər. Kim bu ayın axırında üç gün oruc tutsa, qiyamət gününün böyük qorxusu, dəhşət və çətinliklərindən xilas olar və ona cəhənnəm atəşindən qurtuluş bəraəti verilər.
Rəcəb ayında oruc tuta bilməyənlər üçün zikr
Rəcəb ayının orucuyla əlaqədar çox fəzilət və savablar nəql edilmişdir. Bəzi üzrlərdən rəcəb ayının orucunu tuta bilməyən şəxslər hər gün yüz dəfə bu zikri söyləsə rəcəb ayının orucunun savabını (qismən də olsa) əldə edər:
"Subhanəl-İlahil-cəlil. Subhanə məhrum la yənbəğit-təsbihu illə ləhu. Subhanəl-əazzil-əkrəm. Subhanə mən ləbisəl-izzə və huvə ləhu əhlun."
Rəcəb ayında hər gün namazlardan sonra oxunan dua
Seyid İbn Tavus (r.ə) Məhəmməd İbn Zəhvandan (r.ə) belə nəql edir: "İmam Cəfər Sadiqə (ə) müraciətlə "canım sənə fəda, Rəcəb ayına daxil olub Allahın məni faydalandıracağı bir duanı öyrətməyini istəyirəm" deyəndə o Həzrət yaz deyə buyurdu:
Bismilləhir-rahmənir-rahim. Rəcəb ayının hər günündə axşam, səhər, gecə və gündüz vacib namazların ardından bu duanı oxu: "Ya mən ərcuhu li-kulli xəyir və əmənu səxətəhu ində kulli şərr. Ya mən yuti-kəsrə bil-qalil. Ya mən yuti mən səələh. Ya mən yuti ləm yəsəluhu və mən lm yərifhu təhənunəm-minhu və rahməh. İtini bi-məsələti iyyək cəmiən xayrid-dunyə və cəmiə xayril-axirəh, vasrif ənni bi-məsələti iyyək cəmiə şərrid-dunya və şərril-axirəh. Fə-innəhu ğayru mənqusim-ma ətəytə vəzidni min fazlikə ya kərim."
Ravi belə davam edir: Sonra İmam (ə) sol əliylə saqqalını tutduğu halda sağ işarə barmağını hərəkət etdirərək bu duanı oxudu və ardından bu cümlələri əlavə etdi: "Ya zəl-cəlali vəl-ikram. Ya zən-nəmai vəl-cud. Ya zəl-mənni vət-tavl. Hərrim şəybəti ələn-nar."
Rəcəb ayında gündəlik deyilən zikrlər
1. Min dəfə "Əstəğfirullahə zəl-cəlali vəl-ikarmi min cəmiz-zunubi vəl-asam" demək. Şeyx Səduq rəvayət edir ki, əgər bir şəxs rəcəb ayında bu zikri min dəfə deyərsə, Allah-təala buyurar: Əgər bağışlamasam, sizin Allahınız deyiləm.
2. Ay ərzində "La ilahə illəllah" zikrini min dəfə demək.
3. Yüz dəfə "Əstəğfirullahəl-ləzi la ilahə illa huvə vəhdəhu la şərikə ləh və ətubu iləyh" demək.
4. Sübh və axşam çağı 70 dəfə "Əstğfirullahə və ətubu iləyh" demək.
Rəcəb ayının əlamətdar günləri
1. Rəcəb ayının biri İmam Muhəmməd Baqirin (ə) doğum günüdür. Bu gün çox şərafətli gündür. Bəşir Dəhhan Cəfər Sadiqdən (ə) nəql edir ki, İmam (ə) buyurdu: hər kim Hüseyn ibn Əlini (ə) rəcəbin birində ziyarət etsə, Allah-təala onun bağışlayar.
2. Rəqaib gecəsi ( rəcəb ayının birinci cümə axşamının gecəsidir).
Allahın Rəsulu (s) buyurur: "Rəqaib gecəsindən qafil olmayın, çünki bu gecəni göyün mələkləri rəqaib adlandırıblar. Gecənin üçdə biri keçəndən sonra göyün və yerin mələkləri Kəbənin kənarında və içində cəm olarlar və Allah onlara buyurar: Ey mənim mələklərim, məndən hər nə istəyirsiniz istəyin. Onlar deyərlər: "İlahi rəcəb ayının oruc tutanlarını bağışla". Allah buyurar: "Bağışladım".
3. Rəcəb ayının on üçü İmam Əlinin (ə) doğum günüdür. Bu gündə Allah dostlarının ağası, Əziz Peyğəmbərin qardaşı, Həzrət Fatimənin (s) həyat yoldaşı, İslamın vuran qılıncı dünyaya göz açıb.
4. Rəcəb ayının iyirmi yeddisi Həzrət Muhəmmədin (s) besətidir.
Çox əzəmətli və şərəfli olan bu gündə Həzrət Muhamməd (s) 40 yaşında Allah tərəfindən peyğəmbərliyə seçilib və bu gündə Quran peyğəmbərə nazil olub. Rəvayətdə bu gün üçün dualar, ziyarətnamələr və namazlar qeyd olunmuşdur.
Mübarək rəcəb ayının əməlləri və əlamətdar günləri haqqında daha ətraflı məlumat almaq üçün Şeyx Abbas Quminin "Məfatihul-Cinan" və Ayətullah Məliki Təbrizinin "Əl-Muraqibət" kitablarına mrüaciət edə bilərsiniz.
Verdiyimiz linkden "Ummu Davud" duasini endirin ve ya dinleyin. Dua "Mefatih el-cinan"da movcuddur.

Allah sizə yar olsun
Sual (175) : Salamun əleykum. Hal-hazırda ictimai fəsad baş alıb gedib. Əsasən də naməhrəmlər hər gün gözümüzün önündən keçir. Xahiş edirəm naməhrəm qadınların şərrindən qorunmaq üçün bir dua yazasız. Mümküncə həm ərəbcəsi olsun, həm də tərcüməsi.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əuzu billahi minəş-şəytanir rəcim, la huvlə və la quvvətə illa billahil əliyyul əzim zikirlərini çox dəyin. Hər bir halda Quran və məsumlarin sifarişinə əsasən, naməhrəmdən qorunmagin ən yaxşı yolu gözü qorumaqdır. Əgər göz qorunarsa, insan özünü daha rahat hiss edər, hansısa təhrikədici fikir onun rahatsızlıgını almaz.
Allah sizə yar olsun.
Sual (176) : Salamun əleykum. Əgər mümkünsə, "Nadi Əli" duasının tərcüməsini yazın.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Heç kəsdə olmayan xüsusiyyətlərə malik olan Əlini (ə) səslə ki, həmişə çətinliklərdə sənin yardımçın olsun, bu bəndə həmişə Allaha ehtiyaclıdır.
Mən işlərimdə ona söykənirəm, keçmiş və gələcək işlərimi ona həvalə edirəm və hər bir çətinliyin aradan qalxması üçün səni çagırıram ki, müşküllər həll olub, işlər aydınlaşsın. Böyüklüyünə and ola, ey Allah, Sənin peyğəmbərliyinə and ola Ey Məhəmməd (s), Sənin vlayətinə and ola ey Əli, ey Əli, ey Əli, məni dərk et, gizli lütfünə xatir.
Allah sizə yar olsun.
Sual (177) : Salamun əleykum. Sizə sualım Nadi-Əli (Əlini çagır) duası ilə baglıdır.Bu du haqqında qısa məlumat və duanın özunu tərcuməsi ilə xahis edərdim. Mən bilən bu duanı daha çox ələvilər və bəktaşilər oxuyurlar. Bəs biz şiələr bu duadan istifadə edə biərikmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qeyd etdiyiniz dua hədislər vasitəsilə bizə gəlib çatsa da mötəbər sənədi yoxdur. Bu kimi mötəbər və səhih sənədi olmayan duaları savab əldə etmək və məsumlara (ə) aid olması ümidi ilə oxumağın eybi yoxdur. Bu dua "Bihar əl-ənvar"da (c. 20, səh. 72) Meybədi tərəfindən nəql olunmuşdur. Meybədi əhli-sünnə alimidir. Qeyd: Saytımızın bu bölməsi, dini suallara cavab üçün nəzərdə tutulmuşdur. Sualların və müraciət edənlərin çoxluğuna görə sizin məlum duanı tərcümə etmək istəyinizi həyata keçirə bilməyəcəyik. Saytımızla yaxındanmaraqlandığınız üçün təşəkkür edirik.
Allah sizə yar olsun.
Sual (178) : Salamun əleykum. İnşaallah iyulun beşində imtahan verməliyəm. Mümkünsə sıxıntıdan qurtarmaq üçün dua deyərdiniz.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İstəklərin həyata keçməsi üçün İmam Mehdidən nəql edilən dua:
Cümə gecəsi gecə yarısı qüsl edib həmişə namaz qıldığı yerdə iki rükət namaz qılsın. Birinci rukətdə “İyyakə nəbudu və iyyakə nəstəin” i 100 dəfə təkrarladıqdan sonra surənin davamını oxusun. “İxlas” surəsini bir dəfə oxuduqdan sonra ruku və səcdədə yeddi dəfə “Subhanəllah” desin. İkinci rukət də eyni qayda ilə qılınır. Sonra aşağıda qeyd edilən duanı oxuyur və hər bir hacəti olsa, qəbul olar. Əlbəttə, qeyd etmək lazımdır ki, qohumlarla ünsiyyətini kəsən şəxsin duası qəbul olmaz:
Dua:
“Ey Rəbbim, əgər əmrlərinə tabe olsam, bütün yaxşı xüsusiyyətlər səndəndir. Əgər itaətsizlik etsəm, mənim varlığımın dəlil sahibi sənsən, mən məhkumam, rahatlıq, əmin-amanlıq Sənin ixtiyarındadır, Sənin ixtiyarın olmadan çətinliklərdən qurtulmaq olmaz.
Nemət veən Allah pakdır, əməllər müqabilində mükafat verəndir, qadir və günahları bağışlayan Allah pakdır.
“Ey Rəbbim, baxmayaraq ki, itəatsizlik etmişəm, lakin Sənin yanında ən əziz olana- Sənə imana müti olub itaət etmişəm.Sənin övlad sahibi olmağına inanmadım, Sənə şərik qoşmadım, bu ona görədir ki, mənə minnət qoyub belə etiqad tovfiqi bağışlamısan, bununla əlaqədar mən sənə heç bir halda minnət qoya bilmərəm.
Ey mənim Allahım, günah və itaətsizliyim məntiqsiz, zalım olub Sənə bəndə olmaqdan üz çevirib , Rəbb olmağını inkar etmək məqsədilə olmadı, əksinə, nəfsani istəklərimdən itaət etdiyimə görə (günah) etdim, şeytan məni azdırdı.
Sən mənim halımdan tamamilə xəbərdarsan, əgər mənə əzab versən, bilirəm, günahlarıma görədir, Sən zalım deyilsən, əgər mənə mərhəmət edib, bağışlasan, bilirəm, Sən bağışlayan və Kərimsən, ey Kərim, ey Kərim. (“Ey Kərim” sözünü bir nəfəsə bacardığın qədər de)
Ey hər bir təhlükədən Amanda olan, heç bir şey sənin qorxundan Amanda deyil, hər kəs itaətsizliklərinə görə səndən qorxmalıdır, hər şeydən asudə olduğun və pak zatından hamının qorxduğu üçün Səndən diləyirəm ki, Məhəmməd (s) və Ali Məhəmmədə (s) salam vəə salavat göndərəsən, mənim, övladlarımın, ailəmin və və mənə minnət qoyub nemət verdiyibn bütün şeylərin rahatlıq və əmin-amanlığını qoru, belə et ki, heç kəsdən qorxmayım, heç vaxt vahimdə olmayım, yalınız Sənin qüdrətin və bizə Allah olmağın yetər.
Ey İbrahimi (e) Nəmrudun şərrindən xilas edən, Ey Musanı (ə) Fironun şərrindən xilas edən, Ey Məhəmmədi (s) əhzabın şərrindən xilas edən, Səndən diləyirəm ki, Məhəmməd (s) və onun ailəsinə salam və salavat göndərəsən, bizi Fulaninin (narazı olduğun şəxs, qorxduğun şəxs) oğlu filaninin şərrindən xilas et”.
Sonra şərrindən qorxduğu şeyi Allahdan istəsin və Allah tezliklə onu həyata keçirər.
Sonra səcdəyə gedib, sızıltıyla hacətini Allahdan istəsin, hər bir mömin və möminə belə bir namaz qılb dua oxusa hacətlərinin qəbul olması üçün səma qapıları açılar və həmin anada istəyi nə olursa olsun, həyata keçər. Bu Allahin fəzl mərhəmətidir ki, bizə (Əhli-beytə (ə)). Və xalqa minnət qoyub.

Allah sizə yar olsun.
Sual (179) : Salamun əleykum. Əhd duası barədə deyilmiş əməl 40 gün müddətində azəri yoxsa ərəb dilində oxunması düzgündür? 2. Orada yazılır ki, ..İlahi mən öldükdən sonra məni dirilt, qılıncımı siyirmis halda, nizəmi elimdə ləbbeyk deyan kəslərlə... bu o demakdir ki, Aga gələndə bütün texnika dayanacaq ancaq qılınc döyüşü olacaq.Bu barədə hədis və ya başqa məlumat varmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1. Əhd duasını ərəb dilində oxuyub mənalarına da diqqət yetirmək daha düzgündür.
2. Nizə, qılınc və s. hər növ silaha işarədir. Yəni bu silahalrın rəmzi məna daşıyıb, İmam Zamanın (ə) müasir texnikalardan da istifadə etmə ehtimalı mövcuddur.
Allah sizə yar olsun.
Sual (180) : Salamun əleykum. İslamda hər saatın öz duası var. Biz bütün günü dua oxumalıyıqmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Dua kitablarında günün hər saatı, ilin hər günü üçün dualar nəql olunsa da, insanın bütün bu duaları oxumağı vacib deyil. Avtovaqzalda günün hər saatı üçün reyslər nəzərdə tutulur. Məsələn, neçə saatdan bir Məşhədə avtobus yola düşür. Amma insan yalnız bir reyslə yola çıxa bilər. Hər saat üçün ona görə reys nəzərdə tutulur ki, hər kəs istədiyi vaxt yola düşə bilsin. Dualar da belədir. Nə vaxt dua etmək istəsən, həmin saatın xüsusi duası var. Amma əzbərlənməsi mümkün olan kiçik duaları işdən ayrılmadan da oxumaq olar.
Allah sizə yar olsun.
Go to TOP