Sual (141) : Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Sualım bu idi ki, "Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmmədin kəma səlləytə əla İbrahimə və Ali-İbrahimə, innəkə Həmidun Məcid.” zikrinin ərəbcədən azəri qrafikasına tərcüməsi necədir? Allah razı olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

“Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmmədin kəma səlləytə əla İbrahimə və Ali-İbrahimə, innəkə Həmidun Məcid.” 
«Ey Allah! Məhəmməd və оnun Әhli-beytinə salavat göndər, necə ki, İbrahim və оnun Әhli-beytinə salavat göndərdin. Şübhəsiz, sən tərif оlunmuş və böyüksən.»
Allah sizə yar olsun.
Sual (142) : Salam aleykum... Bu zikrin menasin bilmek isterdim " Veterehhem ele eczina ve eğisna biheqqihim "

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İlahi acizliyimizə rəhm et və fəryadımıza çat Mühəmməd və Ali-Mühəmmədin haqqına xatir.
Allah sizə yar olsun.
Sual (143) : Namaz qilarken fikrimi Allaha yonelde bilmirem cox vaxt,aglima baska baska seyler gelir,fikrimi toplaya bilmirem ve buna gore men ozumu cox pis hiss edirem,ne etmeliyem bimirem.xahis edirem bu haqda mene meslehet veresiniz

Bismillahir-rəhmanir-rəhim.

Namaz əsnasında yad fikirlərin zehnə gəlməməsəindən ötrü namazdan əvvəl zehni dolaşıq fkirlərdən təmizləmək lazımdır. Yəni insan gün ərzində hər bir addımına diqqət etməli, yalınız Allahın razılığını nəzərə almalıdır. Belə olan halda insan namazda diqqətli olar, ibadətdən ruh ala bilər. Habelə pis fikirlərin zehndən getməsi üçün Allaha təvəssül, səmimi qəlbdən onların yox olması üçün dua etmək lazımdır. Azan verilməmişdən öncə 5-10 dəqiqə namaz qıldıqınız yerdə əyləşib zikir deyin və kimin qarşısında namaz qıldıqınız barədə fikirləşin. 

Allah sizə yar olsun.

Sual (144) : Salam aleykum Bu zikrlerin menasin bilmek isterdim 1- Allahumme lekel hemd hemdessakirine leke ela musabihim 2- Sellallahu eleyke ya EbaEbdillah ve elel musteshedine beyne yedeyke ve rehmetullahi ve berakatu 3- Allahumme serrihni enel humumi vel ğumumi ve vehşetel sedri ve vesvesel şeytani. Birehmetike ya Erhemer Rahimin

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Əllahummə ləkəl-həmdu həmdəş-şakirinə ləkə əla musabihim... (Aşura ziyarətindən bir parça)
Allahım sənə həmd-səna edirəm – Əhli-beytin müsibətində iştirak edərək Sənə şükr edənlərin həmd-səna etməsi kimi.

2. Allahın salamı olsun sənə ey Əba Əbdillah və səninlə birgə şəhid olanlara və Allahın rəhmət və bərəkəti sizə olsun!

3. “Allahummə sərrihni ənıl-humumi vəl-ğumumi və vəhşətəl-sədri və vəsvəsəl-şeytani. (Imam Zamanın (ə.f) Mərəşi Nəcəfiyə sifarişi.)
«Allahım məni qəm-qüssədən, sinəmin vəhşətindən və şeytanın vəsvəsəsindən azad et».
Allah sizə yar olsun.

Sual (145) : Salam aleykum! Beqere suresi 238ci ayenin tefsirinde orta namaz hansi sayilir? Allah komeyiniz olsun!

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

“Əssəlatul-vusta” kəlməsindən məqsəd zöhr namazıdır.

Allah sizə yar olsun.

Sual (146) : ALLAHIN SALAMI,RƏHMƏTİ VƏ BƏRƏKƏTİ OLSUN ÜZƏRİNİZƏ OLSUN- bir qız var namaza başlamaq istəyir.Amma deyirki,dənizədə getmək istəyirəm,yupkamıda qısa geyinmək istəyirəm.Yəni bir sözlə deyir ki,hicaba keçmək istəmirəm.Bu nə dərəcədə düzdür? Qardaş çox xaiş edirəm ətraflı yazasız,çünki şərhinizi qızın özünə göstərəcəm inşəAllah.İndidən çox sağ olun qardaş.ALLAH razı olsun
Ad: Zehra, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bir sözlə həm Allaha bəndəçilik etmək istəyirəm həmdə nəfsimə. İnsan üç cür yaşaya bilər, təkcə Allaha bəndəlik etsin, yalnız nəfsinin istəklərinə tabe olsun və sonda həm Allah bəndəlik etsin həm nəfsinə qul olsun. Birincisi insani xüsusiyyətdir ikincisi isə heyvanı həyatdır. Casiyə surəsi ayə 23. Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?

İstəməyəni məcbur etmək olmaz amma təkcə nəfsə tabe olmaqdansa yaxşı olar bir qədərdə Allahın əmirlərinə  itaət edək. Namaz vacibdir hicabsızlıq günah əgər bir günah düçar oluruqsa bu demək deyil ki, digər vacibləridə tərk edək çünki belə surətdə iki günah etmiş oluruq. Heç olmasa namazı düzgün olsun deyə namazda hicab bağlasın. Inşəllah günü-gündən Allahla dosluğu və səmimiyyəti daha çox olar və ibadətindən mənəvi ləzzət alar və Allahdan qeyrisini seçməz. Namaz özünü yaddan çıxarıb, İlahi eşqə qovuşmaqdır. Namaz Şeytanla mübarizə edib, Allahla əhd-peyman bağlamaqdır. “Ənkəbut” surəsinin 45-ci ayəsini xatırlayaq: “Namaz (insanları) pis və çirkin işlərdən uzaqlaşdırır”.

Allah sizə yar olsun.

Sual (147) : ,,ilahi la tekilna ila enfusena terfete aynin ebede,, bu duani duz yazmisam? ereb dilinde yaza bilmedim burda. eger duz yazmisamsa bu duanin tercumesini yazardiniz zehmet olmasa
Bismillahir-rəhmanir-rəhim.
Bu duanı Peyğəmbər (s) çox oxuyardı:
« إلهی لا تَکِلنی إلی نَفسی طَرفَة عَینٍ أبداً »
İlahi heçvaxt məni bir göz qırpımı belə öz başıma buraxma.
Allah sizə yar olsun.

Sual (148) : رَبَّنَا ظَلَمْنَا أَنفُسَنَا وَ إِن لَّمْ تَغْفِرْ لَنَا وَ تَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسرِِين‏ salam aleykum. evvala bilmek isteyirem ki bu dua duzgun yazilib? birde ki bu duanin axirinda "xasirin" sozunun arasindaki yumuru isarenin yerinde ne herfi var? bu duani men sizin saytdaki kitabdan goturmusem. mumkunse bu duani erebce, tecvid ve qiraetle duzeldin

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

قالا رَبَّنا ظَلَمْنا أَنْفُسَنا وَ إِنْ لَمْ تَغْفِرْ لَنا وَ تَرْحَمْنا لَنَكُونَنَّ مِنَ الْخاسِرينَ (Əraf surəsi ayə 23)
Yumru işarə artıqdı və font səhvidir hansısa hərif ya işarə deyil, ərəb dili fontu olmayanda belə qarışıqlıq olur.
Bu Quranda Hz. Adəmlə Həvanın duasıdır.
Rəbbəna zələmna ənfusəna və in ləm təğfir ləna və tərhəmna  lənəkunənnə minəl xasirin.
Allah sizə yar olsun.
Sual (149) : Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.Bilmək istərdim ki,qəza orucunu tutmaq üçün həftənin hansı günü daha münasib və fəzilətlidir?Allah razı olsun inşallah.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Aşağıda qeyd olunan günlərdə oruc tutmaq daha çox tapşırılmışdır:
1. Hər qəməri ayın birinci, sonuncu cümə axşamı günləri və ayın onuncu günündən sonra gələn ilk çərşənbə günü;
2. Hər ayın on üçü, on dördü və on beşi;
3. Rəcəb və Şəban aylarının bütün günləri;
4. Novruz bayramı günü;
5. Zilqədə ayının iyirmi beşinci və iyirmi doqquzuncu günü;
6. Zilhiccənin birinci və doqquzuncu günləri
7. Qədir günü (zilhiccənin on səkkizinci günü);
8. Məhərrəmin birinci və üçüncü günü;
9. Həzrət peyğəmbərin (s) mövludu günü (rəbiül-əvvəlin on yeddinci günü);
10. Məbəs günü (rəcəbin iyirmi yeddinci günü)
Allah sizə yar olsun.

Sual (150) : salam eleykum.kumeyl duasin cem shekilde oxunmasi yaxshidir yoxsa tek halda?yeni mescidlerde huseyniyelerde oxumaq yaxshidir ve yaxudda evde oxumaq?kumeyl duasi niye cume axshami gunu oxunur?kumeyl duasinin tek ve cem halda oxunmasi haqda subut delil menbe var ??xaish edirem etrafli melumat veresiz narahatciliqa gore bagishlayin.
Ad: imran, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

“Kumeyl deyir ki, bir gün Bəsrə şəhərində Mövlam Əlinin yanında oturmuşdum. Şəbanın on beşinci gecəsindən söz düşdü. Həzrət Əli (ə) buyurdu ki, hər kəs bu gecəni oyaq qalıb ibadət etsə Həzrət Xızrın (ə) duasını oxusa, duası hökmən qəbul olar. Sonra Həzrətin xidmətinə gedib xahiş etdim ki, bu duanı mənə öyrətsin. O buyurdu: “Ey Kumeyl! Elə ki, bu duanı öyrəndin, ya hər cümə axşamı, ya ayda bir dəfə ya ildə bir dəfə ya da ömründə bir dəfə onu oxu. Bu dua səni düşmənlərin şərrindən qoruyar, sənə ruzi yetirər və günahlarını bağışladar.
Kumeyl duasını cəm ya tək halda oxunması ilə qarşılaşmamışıq. Amma ümumiyyətlə cəm halında və məsciddə olunan dua və ibadətlər savab və qəbul olma baxımından daha yaxşıdır.
Allah sizə yar olsun.
Go to TOP