Sual (121) : Allahin salami olsun uzerinize. Sieler Mekkede 2 elli salavat cekirler? Eger beledirse,bunun menasi nedir? Allah razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əlbəttə bu əməl təkcə Məkkədə deyil başqa yerlərdədə bəziləri dua etdikdən sonra əlləri üzlərinə çəkirlər. Salavat da ən fəzilətli duadır. Bu əmələ hədisdə sifariş olunub. İmam Sadiq (ə) buyurur: Bəndə əlini qalxızıb dua edərsə Allah onun əlini böş qaytarmaz və öz rəhmət nurundan onda qərar verər, onun üçün dua etdikdən sonra əllərinizi üzünüzə çəkin. Qeyd etmək lazımdır ki, belə etmək vacib deyil.

Allah sizə yar olsun.

Sual (122) : salam aleykum / xaiw edirem mene Bazubəndi duasi haqqinda melumat, ve erebce yaziliwi vererdiz ! bildiyime gore Eli es duasidir

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Təəssüf ki, mötəbər mənbələrdə bu dua haqqında məlumat əldə edə bilmədik.

Allah sizə yar olsun.

Sual (123) : 1- salam.saleh bir wexs Allahi sevmeyen wexscun dua etse qebul olur? 2- bes niye bir zamanlar Allah Peygemberne buyurduki kafirlerin bagwlanmsicn mene dua etme?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1. Duanın qəbul olub olmaması Allahın istəyinə bağlıdır. Valideynlərin övladlarının haqqında etdiyi dualar adətən qəbul olur. Allahı sevməyən insanın hidayəti üçün dua etmək doğrudur, əgər bu insanın günah nəticəsində qəlbi möhürlənməyibsə və qəlbində Allaha inam və qorxu qalıbsa hidayət olmağına ümüdvar olmaq olar.
2. Oğlunu əzaba düçar olanlar içində görən Nuhun qəlbində atalıq hissi baş qaldırır. Allah dərgahına üz tutub deyir: «Pərvərdigara, oğlum mənim ailəmdəndir. Sən mənim ailəmi bu tufandan xilas edəcəyini vəd vermişdin». İstəyinə müsbət cavab alacağını ümid edən Nuh peyğəmbərə buyurulur: «O sənin ailəndən deyildir. O qeyri-saleh bir əməldir. Elə isə bilmədiyin bir şeyi məndən istəmə. Sənə cahillərdən olmamağı nəsihət edirəm» Hud surəsi ayə 46. 
Bir an atalıq hissinə qapılmış Nuh, dərhal peşman oldu və Allahdan bağışlanmaq dilədi. Əslində, Allahdan istənilən bir şəxsin bağışlanmasını istəmək günah deyildir. Nuh da bir insanın bağışlanmasını dua etmişdi. Onun duasının qəbul olunmaması, Allah-təalanın bütün işlərdə ədalətə istinad etməsindəndir. Günah uçurumuna yuvarlanmış, hətta qeyri-saleh əməl adlandırılmış bir şəxs, olduqca həssas bir məqamda bağışlana bilməzdi.
Allah sizə yar olsun.
Sual (124) : ASSALAM ALEYKUM VE REHMETULLAHI VE BEREKATUH.CADU EDILMIS INSAN CADUDAN XILAS OLMAQ UCUN NE ETMELIDIR?ALLAHIN MERHEMET,REHMET VE BEREKETI DAIM UZERINIZDE OLSUN INSAALLAH AMIN.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəzi kitablarda və rəvayətlərdə sehri məhv etmək üçün müəyyən ayələri və duaları oxumaq tövsiyə edilmişdir. Nümunə üçün, bir neçəsini qeyd edirik:

1. Məhəmməd ibni İsa deyir ki, imam Riza (əleyhis-salam)-dan sehr barəsində soruşdum, həzrət buyurdu: “Sehrin həqiqəti vardır və Allahın izni ilə təsir qoyur. Hər vaxt sənə sehr etsələr, əllərini üzünün müqabilinə qaldıraraq bu duanı oxu:

بِاسْمِ اللهِ الْعَظِيمِ بِاسْمِ اللهِ الْعَظِيمِ رَبِّ الْعَرْشِ الْعَظِيمِ اِلاَّ ذَهَبَتْ وَ انْقَرَضَتْ

2. Ayətəl-Kürsü, Həmd, Fələq və Nas surələrini çox oxuyun.

3. Sehr olunan şəxs gərək aşağıdakı ayələri həmişə özü ilə yanaşı gəzdirsin:

قالَ مُوسى‏ ما جِئْتُمْ بِهِ السِّحْرُ إِنَّ اللَّهَ سَيُبْطِلُهُ إِنَّ اللَّهَ لا يُصْلِحُ عَمَلَ الْمُفْسِدِينَ، وَ يُحِقُّ اللَّهُ الْحَقَّ بِكَلِماتِهِ وَ لَوْ كَرِهَ الْمُجْرِمُونَ"

"وَ أَوْحَيْنا إِلى‏ مُوسى‏ أَنْ أَلْقِ عَصاكَ فَإِذا هِيَ تَلْقَفُ ما يَأْفِكُونَ، فَوَقَعَ الْحَقُّ وَ بَطَلَ ما كانُوا يَعْمَلُونَ، فَغُلِبُوا هُنالِكَ وَ انْقَلَبُوا صاغِرِينَ".

4. Bu ayəni sehr olunan şəxsə yeddi dəfə oxusunlar:

سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ وَ نَجْعَلُ لَكُما سُلْطاناً فَلا يَصِلُونَ إِلَيْكُما بِآياتِنا أَنْتُما وَ مَنِ اتَّبَعَكُمَا الْغالِبُونَ

Deməli, ümumiyyətlə sehrkarların sehrindən Allaha pənah aparmaq lazımdır.

Yuxarıda bəyan olunanların məcmusundan aydın olur ki, sehri məhv edib aradan aparmaq üçün onu öyrənmək olar. Amma diqqət yetirmək lazımdır ki, camaatın sehr təsəvvür etdiyi şeylərin əksəriyyəti bir dəstə adamın xurafata və xəyali şeylərə həddindən artıq diqqət yetirməsi və bir dəstə adamın hazırkı şəraitdən sui-istifadə etməsindən irəli gəlir. Halbuki onların sehr barəsində məlumatı yoxdur. Bundan əlavə, sehrin müəyyən hissəsi insanın xəyal qüvvəsində təsərrüf etməklə bağlıdır – həzrət Musanın (əleyhis-salam) sehrkarlarla qarşılaşdığı zaman baş verən hadisələrdə olduğu kimi. Camaatın elm və agahlıq səviyyəsinin yüksəlməsi ilə bu kimi işlər təsirdən düşəcəkdir. Hər bir halda əgər doğrudan da sehr baş vermiş olsa, ondan xilas olmaq üçün rəvayətlərdə qeyd olunan dualardan istifadə etmək lazımdır. Əgər sehrdən qurtarmaq yalnız onu öyrənməklə ya sehr edən şəxsə müraciət etmək mümkün olarsa, sehri batil etmək üçün sehrin özündən istifadə etmək caizdir. Əlbəttə, bu halda sehri öyrənmək o şəxslər üçün caiz olacaqdır ki, yoldan azmamalarına xatircəm olsun. Yəni onu öyrənmək müəyyən qeyd və şərtlər daxilində caizdir.

Allah sizə yar olsun.

Sual (125) : salam bagislayin narahat edirem menim bir bacim var ovladi olmur o menden xais eledi ki size yazi ele bir dua var ki oxumaqa ovladi olsun
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hər işdə əvvəlcə Allaha təvəkkül edib ondan kömək istəmək və Əhli-beytə təvəssül etmək və bunun kənarında təbii səbəblərə o cümlədən müalicə və həkimə müraciət etmək lazımdır. Hər halda həqiqi təbib Allahdır, Quranda iki peyğəmbərin duası var ki, qoca yaşlarında Allahdan saleh övlad istədilər, qadınlarının əqim olmağına baxmayaraq Allah onlara övlad nəsib etdi.

Övlad istəmək haqqında olan dualar:

1. Övlad arzuladığınız zaman iki rükət namaz qılın və səcdələri uzadın və namazı qurtardıqdan sonra bu duanı oxuyun.
«اللَّهُمَّ إِنِّی أَسْأَلُکَ بِمَا سَأَلَکَ بِهِ زَکَرِیَّا إِذْ قَالَ‏ رَبِ‏ لا تَذَرْنِی‏ فَرْداً وَ أَنْتَ‏ خَیْرُ الْوارِثِینَ‏ اللَّهُمَّ هَبْ لِی‏ ذُرِّیَّةً طَیِّبَةً إِنَّکَ سَمِیعُ الدُّعاءِ اللَّهُمَّ بِاسْمِکَ اسْتَحْلَلْتُهَا وَ فِی أَمَانَتِکَ أَخَذْتُهَا فَإِنْ قَضَیْتَ فِی رَحِمِهَا وَلَداً فَاجْعَلْهُ غُلَاماً وَ لَا تَجْعَلْ لِلشَّیْطَانِ فِیهِ نَصِیباً وَ لَا شِرْکاً»
(Allahummə inni əsəlukə bima səələkə bihi Zəkəriyya iz qalə Rəbbi la təzərni fərdən və əntə xəyrul varisin. Allahummə həb li min lədunkə zurriyyətən təyyibətən innəkə səmiud-dua. Allahummə bismikə istəhləltuha və fi əmanətikə əxəztuha fə in qəzəytə fi rəhimiha vələdən fəcəlhu ğulamən vəla təcəl lişşəytani fihi nəsibən vəla şirkən).
2. Övladı olmayan şəxslər (ər və arvad) hər gecə yüz dəfə istiğfar "Əstəğffirullahə rəbbi və ətubu iləyh" etmək tövsiyə edilmişdir.
3. Bir nəfər İmam Əliyyən Nəqiyə (ə) dedi ki, övladım olmur, İmam buyurdu: Firuzə qaşlı üzük al və üstünə bu ayəni
(Rəbbi la təzərni fərdən və əntə xəyrul varisin.) 
yazdır və barmağına keçird. O şəxs nəql edir ki, bu işi etdim bir il keçməmişdi ki, övlad sahibi oldum.
4. Hişam adlı şəxs İmam Rzaya (ə) şikayət edir ki, iki müşkülüm var biri xəstəlikdi digəri övladım yoxdur. İmam buyurur hər iki problemin üçün: Namaz vaxtı evində uca səslə əzan de. Hişam bu işi görür və çoxlu övlad sahibi olur.
5. Yaxınlıq etməzdən əvvəl bu ayəni 3 dəfə oxuyun: “Vəzzənnuni iz zəhəbə muğazibən fəzənnə ən lən nəqdirə ələyhi fənada fiz zulumati ənla ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin.

Allah sizə yar olsun.

Sual (126) : Salam.Zəhmət deyilsə Əlqəmə duasının ərəbcə və azərbaycanca olan mətnini göndərərdiniz.
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əlqəmə ziyarətnaməsi

Ya ALLAHu, Ya Allahu, Ya ALLAH. Ya mucibə dəavətil muztarrin. Ya kaşifə kubaruil məkrubin ya ğiyasəl muztağsin ya sarixəl mustəsrixil və ya mən yəhulu bəynəl məri və qəlbih və ya mən huvə bil məkzaril əalə və bil ufuqil mubil və ya mən huvər-rəhmanur rəhimu əlal ərşis təva və ya mən yəaləmu xainətəl əayuni və ma muxfis sudur və ya mən lə yəxfə əleyhi xafiyəh. Ya mən lə təştəbihu aleyhil əsvat və ya mən lə muğəllituhul hacət və ya mən lə yubri muhu ilhahul mulihhin ya mudrikə kulli fəvt və ya cəmia kulli şəil və ya bəriyən nufusi bəadəl məut. Ya mən huvə kullə yavmin fişən. Ya qaziyəl hacət ya kafiyəl muhimmət. Ya mən yəkfi minhu şəyun fissəmavati vəl ərz Əsəlukə bihəqqi Muhəmmədin xatəmin nəbiyyin və əliyyi əmiril muminin və bi həqqi Fatimətə bunti nəbiyyik və bi həqqil Həsəni vəl Hüseyn Fəinni bihim ətəvccəhu iləykə fi məqami həzə və bihim ətəvəssəlu və bihim ətəməffəu iləykə və bi həqqihim əsəlukə və uqsimu və əazimu əleyk və bişimənilləzi ləhum inndəkə və bil qədrilləzi ləhu indək və billəzi fəzzəltəhum aləl aləmin və bicmi kəlləzi cəəltəhu indəhul və bihi əbəntəhum və əbəntə fəzləhum min fəzlil aləmin. Həttə fəqa fəzluhum fəzlil aləminə cəmiyən. Əsəlukə ən tusəlliyə əla Muhəmmədin və əli Muhəmməd və ən təkşifə anni ğalil və həmmi kərbi və təkfiyənil Muhəmməd min umuri və təqziyə anni dəyni və muğarəni min əlfəqr və muğirəni minəl fəqah və muğniyəni anil məsələti iləl məxluqin və təkfiyəki həmmə mən əxafu həmməh və usra mən əxafu usrah, və huzunətəmən əxafu huzunətəh, və şərra mən əxafu şərrah və məkra mən əxafu ğəvrah və cultanə mən əxfu sultanəh, və kəydə mən əxafu kəydəh, və məqdurətə mən əxafu məqdurətəhu alyyə və təruddə anni, kəydəl kəydəh, və mənrəh. Allahummə mən əradəni fə əridhu və mən kədəni, fəkiduhu vəslif anni kəydəhu və məkrəhu və bəsəhu və əməniyəh, vamnəahu anni kəyfə şitə və ənni şitə. Allahumməşğəlhu anni bifəqril lə bifə qatin lə təsudduhə və busiqnin lə tuafihi və zulli və tuizzuh və biməskənətin lə təğburuhə Allahumməzrib bizzulli nəsbə aynəyh və adxil aləyhil fəqra fi mənzilih vəl iltə vəssuqməfi bədənihi həttə məşğələhu anni bişuğlin məğilin lə fərağə ləhu və ənsihi zikri kəmə ənsəytəhu zikrakə və xuz anni bisəmihi və bəsrihi və şənihi və yədhi riclihi və qəlbihi və cəmii cəvarihih, və ədxil aləyhi fi cəmii zəlikəssuqmə, və lə təşfihi həttə təqalə zəlikə ləhu şuğlən şəğlən bihi anni və an zikri vəkfini və kəfiyə mələ yəkfiyə sivakə, finnəkəl kəfi lə kəfiyə svakə və mufərriku lə mufərikkə lə mufərrikə sivakə və muğisun lə muğisə sibakə və kərun lə kəra sivakə, xabə mənkənə kəruhu sivakə və muğisuhu sivakə və məfzəuhu ilə sivakə və məhrabuhu ilə sivakə və məlkəuhu ilə ğayrikə və məngəhu min məxluqin qayrikə, fə əntə siqati və rakai və məfzai və məhrabi və şəlkəi və mənkayə fəbikə əstəftihu və bikə əstənkihu və bi Muhammədin və əli Muhəmməd ətəvakkəhu iləykə və ətəvəssəlu və ətəşfəu. Fəsəlukə ya Allahu, ya Allahu, ya Allah fələkəl həmdu, və ləkəşşukru, və iləykəl muştəkə, və əntəl mustənu, fəsəlukə ya Allahu, ya Allahu, ya Allah bihəqqi Muhəmmədin və əli Muhəmmədin ən tusəliyyə alə Muhəmmədin və əli Muhəmməd və ən təkşifə anni ğammi və həmli və kərbi fi məqami həzə kəmə kəşəftə an nəbiyyikə həmməhu və ğamməhu və kərbuhu və kəfəytəhu həvlə aduvvihu, vəkişif anni kəmə kəşəftə anhu və fərikku anni kəmə fərrəktə anhu vəkfini kəmə kəfəytəhu, vəsrif anni həvlə mə əxafu həvləhu, və məunətə mə əxafu məunətuh, və həmməmə əxafu həmməhu bilə məunətin alə nəfsi min zəlikə vəsrifni biqəzal həvaniki və kifayəti mə əhmməni həmmuhu min əmri əxirati və dünyəyə. Ya Əmirəlmumininə və ya Əba Əbdillahi aləykumə minni səlamullahi əbədən mə bəqitu və bəqiyəlləylu vən nəhər və lə fərraqəllahu bəyni və bəynəkumə. Allahumməhyini həyətə Muhəmmədin və zurriyətihi və əmitni məmətəhum və təvafin alə millətihim, və hşurni fi zumrətihim və lə tufərriq bəyni və bəynəhum tarfətə ayni əbədən fiddunya vəl əxirah. Ya Əmirəlmuymininə və yə əba Əbdillahi ətəytukumə zəirən və mutəvakkihəiləyhi bikumə və mustəşfiən bikumə iləllahi təalə fi həkatim həzihi, fəşfəali fə inləkumə indəllahil məqaməl Məhmudə, vəl kəhəl vakiohə, vəlmənzilər rəfia və vəsilətə, inni ənqəli ankumə muntəzirən litənəkkuzil hakəti və qəzaihə və nəkahihə minəllahi bişəfa atikuməli iləllahi fi zəlikə, fələ əkibu və lə yəkunu munqələbi munqaləbən xaibən xasirin bəl yəkunu munqələbi munqaləbən rakihən, ragihən muflihən mungihən mustəkəbən biqəzam kəmiş havaiki və təşəffəali iləllah. Inqəlabtu alə mə şə Allahu və la həvlə və la qüvvətə illa billahi, mufəvvəzən əmmi iləllah mulki zahri iləllahi mutəvvakilən aləllahu mimən dəa ləysə li və ra əllahi və raəkum ya sədəti muntəhə, məşəə rəbbi kənə və mələm yəşələm yəkun, və lə həvlə və lə quvvətə illəbilləh, əstəvdiu kuməllah və ləkəaləllahu əxrial ahdi minni ileykumə. İnsəraftu ya səyyidi ya əmirəlmumininə və məvləyə və əntə ya əba Əbdillahi ya seyyidi və səlami aləykumə muttəsilun mə əttəsaləlləylu vənnər, vəsilun zəlikə iləykumə, ğayru məhkubin ankummə sələmi in məəllah, və əsəluhu bihəqqikumə ən yəşəə zalikə və yəfələ fə innəhu həmidun məkid. İnqaləbtu ya səyyidəyyə ankumə təibən həmidənilləh, şəkiran rakiyən lilikəbəti, ğəyrə ənsin və ləqanitin, əibən adən vakiən ilə ziyarətəkumə ğayrə rağibin ankumə və lə min ziyarətukumə bəl rakiən aidun inşəəllahu və lə həvlə və lə qüvvətə illə billəh. Ya sədəti rağibtu və fi ziyarətikumə əhluddunya fələ xəyyəbniyəllahu mə rəkəvətu və mə əmməltu fi ziyarətikumə innəhu qaribun mukib.

http://islamadogru.biz/engine/print.php?newsid=83

Əlqəmə ziyarətnaməsinin ərəbcə mətnini Məfatihul-cinan kitabından və ya aşağıdakı adresdən əldə edə bilərsiz.

http://www.sibtayn.com/fa/index.php?option=com_content&view=article&id=24446&Itemid=1893

Allah sizə yar olsun.

Sual (127) : Essalamun elekum.eyer bir yerde azan verilmirse orada azan esitmemis Namaz qilmaq olarmi?iqame desem bele.
Ad: 1845rafail, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əgər namazın vaxtı daxil olubsa bəli qılmaq olar. Ümumiyyətlə azan və iqamə deyilməsi namazda müstəhəbdir və deyiməsi vacib deyil.
Allah sizə yar olsun.
Sual (128) : Salam.İstixarənin edilməsi yolunu geniş izahla vermənizi xahiş edirəm.Quran və təsbehlə edilən istixarədən əlavə də yol varmı,yoxdursa bu ikisi ilə onun edilmə qaydalarını yazardınız.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İstixarənin мənası Allahdan xeyir istəмəkdir. İstixarə o yerdədir ki, insanın düşünə, məsləhət edə və işin xeyr və şərini götür qoy edə əgər yenədə şəkk və heyrətdə qalarsa o zaman istixarə olunar.

Quranla istixarə edərkən 3 dəfə “İxlas” surəsi oxuyub, üç dəfə Peyğəmbərə və ailəsinə salavat söylədikdən sonra deyilir: “Əstəxirüllahə birəhmətihi xiyərətən fi afiyəh” (“Salamatçılıq içində Allahın mərhəməti ilə Ondan xeyir istəyirəm”). Daha sonra Qurani-Kərimi açıb, sağ tərəfdəki səhifənin ilk ayəsini oxumaq və hansı məna daşıdığını müəyyən etmək lazımdır. Əgər insan ayənin müsbət yoxsa mənfi məna ifadə etdiyini anlamağa çətinlik çəkirsə, bunun üçün nəzərdə tutulmuş xüsusi istixarə kitablarına müraciət etməlidir. Həmin kitablarda Quranın hansı səhifəsini açarkən hansı nəticə çıxdığı barədə məlumat verilir. Hətta bəzi Quran nüsxələrinin sağ tərəfdəki (tək saylı) səhifələrinin hər birində istixarənin nəticəsi qeyd edilir.

Təsbihlə istixarə qaydası: Təsbihi ələ alıb 3 dəfə Məhəmməd və Ali məhəmmədə salavat göndərdikdən sonra müəyyən qədər təsbih dənələrini ayırıb sonra onlar iki-iki sayılır, sonda 1 dənə qaldıqda niyyət edilən işi əməl, 2 dənə qaldıqda isə tərk etmək lazımdır.

Kağızla püşk atmaqlada istixarə etmək olar.

Allah sizə yar olsun.

Sual (129) : Allahin salami ve salavati uzerinize olsun insAllah.Menim sualim salavat haqqindadir 1.Qebr ehline salavat gondererken cem sekilde gondermek olarmi? .2.Bizim qebr ehline gonderdiyimiz salavatlarin onlara ne kimi xeyiri olur? .3.Salavat gondererken (her hansi insana) onun adi mutleq deyilmelidi?(yeni dilde) yoxsa fikirinden kecirmek kifayet edir?Evvelceden minnetdarligimi bildirirem.Allah sonsuz razi olsun insAllah.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Cəm şəkildə niyyət edib salavat göndərmək olar.

2. Salavat Allah dərgəhında qəbul olmuş duadır kı, onun savabı ölənlərə hədiyyə olunur. 

hədisdə buyurmuşdur: Hər hasnı bir ölüyə hədiyyə göndərilən zaman, bir mələk onu alar və göndərilən ölülərə üz tutub deyər: Salam olsun sizə ey qəbir əhli! Sizin əhliniz sizə hədiyyə göndərmişdir. O hədiyyə ilə birgə onun qəbrinə daxil olar. (Müstədrəkul Vəsail, c, 2, s , 115.)

3. Adı dilə gətirmək lazım deyil niyyət olunsa kifayətdir, amma cəmiyyət arasında kiməsə salavat hədiyyə olunursa adı çəkilməyi lazımdır tainki başqalarıda o niyyətə salavat göndərsin.

Salavat barədə bir neçə mətləbi xatırladırıq:

Salavat – Peyğəmbər (s) və onun Əhli-beyti üçün rəhmət diləməkdir və hər kəs onlara salavat göndərsə, sanki özünə rəhmət diləmişdir.
Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək günahların bağışlanmasına səbəb olur.
Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək Peyğəmbər (s)-in şəfaətinə səbəb olur.
Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək onlarla birgə məhşur olmağa səbəb olur.
İmam Rza (ə) buyurmuşdur: “Günahlarının kəffarəsini verə bilməyən şəxs Mühəmməd və onun Əhli-beytinə çoxlu salavat göndərsin; çünki salavat günahları məhv edir.”
39-İmam Sadiq (ə) buyurmuşdur: “(Qiyamət günü) əməllər ölçüləndə, Mühəmməd və onun Əhli-beytinə salavat göndərməkdən ağır bir əməl olmaz.”
İmam Sadiq (ə) buyurmuşdur: “Allaha edilən heç bir dua Mühəmməd və onun Əhli-beytinə salavat göndərməyincə, qəbul olunmaz.”

Allah sizə yar olsun.

Sual (130) : Salam.İnsan qunutda,ruku və səcdədə dua etmək istəyir.Məşhur səcdə,ruku və qunut dualarından zəhmət olmazsa yazardınız.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qunutda oxunan dualar.

1. “Allahumə səlli əla Muhəmməd və ali Muhəmməd. Rəbbəna atina fid-dunya həsənəh və fil-axirəti həsənəh və qina əzabən-nar və səlli əla Muhəmmədin və alihil-əbrar.

2. “La ilahə illəllahul-həlimul-kərim. La ilahə illəllahul-əliyyul-əzim. Sübhanəllahi rəbbis-səmavati səbi və rəbbil ərəzinəs-səbi və ma fihinnə və ma bənyəhunnə və rəbbil-ərşil-əzim vəl həmdulillahi rəbbil aləmin.”

3. İlahi amilna bifazlikə və la tuamilna biadlikə! Ya Kərim və ya Rahim! Birahmətika ya ərhəmər-rahimin.

4. Əllahummə kulli vəliyyikəl-Huccətibnil-Həsən, sələvatukə ələyhi və əla abaihi fi hazihis-saəti və fi kulli saətin vəliyyən və hafizən və qaidən və nasirən və dəlilən və əyna, hətta tuskinəhu ərzəkə təvən və tuməttiəhu fiha təvila.

5. Rəbbəna la tuziğ qulubəna bədə iz hədəytəna, və həb ləna min lədunkə rəhmətən innəkə əntəl-Vəhhab.

Axırıncı səcdədə oxunan dualar.

1. Ya mən ləhud-dünya vəl-axirə irhəm mən ləysə ləhud-dünya vəl-axirə.

2. Ya lətif irhəm əbdəkəz-zəif, ya cəlil irhəm əbdəkəz-zəlil.

3. Ya vəliyyəl afiyə, əsəlukəl afiyə, afiyətəd-dini vəd dunya vəl axirə.

4. Allahummə inni əsəlukər-rahətə indəl-movt, vəl-məğfirətə bədəl-movt, vəl-əfvə indəl-hisab!

5. Ya xeyrəl məsulinə və ya xeyrəl mutin, urzuqni vərzuq əyali, min fəzlikə, fəinnəkə zul-fəzlil-əzim.

6. Ya Allahu, ya Rəhmanu, ya Rəhim! Ya muqəllibəl-qulub! Səbbit qəlbi əla dinik.

Axırıncı rəkətdə rükuda oxunan dua:

“Alahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və tərəhhəm əla əczina və əğisna bihəqqihim.”

Allah sizə yar olsun.

Go to TOP