Sual (111) : salam bele bir mektub var mi ki Peygember s Eli e onu yazib verib Cİnlerin mektubu texmini bele olmalidi deqiqin bilirsizse deyin ki cinlerden qorunmaq ucundu bu mektub o mektub yazin varsa eger

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Cinlərdən qorunmaq üçün Fələq və Nas surələrini oxuyun. Təəssüf ki, belə məzmunda məktub tapa bilmədik. Hz. Əli (ə) cinlərlə müharibəyə gedəndə Allahın gözəl adlarını çəkib və Allahu əkbər deyib.
Allah sizə yar olsun.
Sual (112) : SALAMU ELEYKUM ALLAHİN HER ZAMAN SENİ QORUYA BİLECEYİ DUANİ BİLİRSİNİZSE DEYİNDE XAHİS EDREM

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əgər nəzərinizdə xüsusi bir dua varsa duanın adını qeyd edin. Allahın hər zaman insanı qoruması üçün çoxlu dualar var misal üçün covşən kəbir duası var.
Allah sizə yar olsun.
Sual (113) : "Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd və əccil fərəcəhum vəhşurna məəhum" bu cür dua varmı və namazda desək düzdürmü,yəni cümlə ərəbcə tamamlanmış sayılırmı?

Bismillahir-rəhmanir-rəhim.

Bəli, belə dua var və namazda qunut, rüku və səcdədə oxuya bilərsiz.
Peyğəmbər (s) buyurur:
«Mənə salavat və salam göndərməniz dualarınızın qəbul və əməllərinizin saflaşmasına səbəb olacaqdır.»

Allah sizə yar olsun.


Sual (114) : SALAM XAİS ELİYİRƏM BU SALAMLARİN HƏRFİ TƏRCUMƏSİN YAZİN.DİYİRLƏR Kİ BURDA ŞİRK VAR VƏ BUNU HEC YERDE OXUMURLAR AZERBAYCANNAN BASQA ƏSSALAMU ƏLƏYKƏ YA ƏBA ƏBDİLLAH ƏSSALAMU ƏLƏYKƏ YƏBNƏ RƏSULİLLAH ƏSSALAMU ƏLƏYKƏ YƏBNƏ ƏMİRİL MUMİNİNƏ VƏBNƏ FATİMƏTƏZ ZƏHRA SƏYYİDƏTİ NİSAİL ALƏMİN VƏ RƏHMƏTULLAHİ VƏ BƏRƏKATUH ƏSSƏLAMU ƏLEYKƏ UA ĞƏRİBƏL ĞURƏBA ƏSSƏLAMU ƏLEYKƏ YA MUİNƏZ ZUƏFA VƏL FUQƏRA ƏS SULTANƏ ƏBƏL HƏSƏNİ ƏLİYYƏBNƏ MUSƏR RİZA VƏ RƏHMƏTULLAHİ VƏ BƏRƏKƏTUH ƏSSƏLAMU ƏLƏYKƏ YA MƏVLANA YA SAHİBƏZ ZAMAN ƏSSƏLAMU ƏLƏYKƏ YA XƏLİFƏTƏR RƏHMAN ƏSSƏLAMU ƏLƏYKƏ YA ŞƏRİKƏL QURAN ƏCCƏLƏLLAHU TƏALA FƏRƏCƏHU VƏ SƏHHƏLƏLLAHU MƏXRƏCƏH VƏ RƏHMƏTULLAHİ VƏ BƏRAKATUH
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu salamlar məsum imamların ziyarətnamələrində gələn cümlələrdir ki, adətən dünyanın hər yerində şiələr namazdan sonra bu kəlamlarla imamlara salam verirlər.
Sаlаm оlsun sənə, еy əbа Əbdullаh
Sаlаm оlsun sənə, еy Аllаh еlçisinin övlаdı
Sаlаm оlsun sənə, еy möminlər əmirinin оğlu və еy аləm qаdınlаrının хаnımı Fаtimənin övlаdı.
Bu dörd cümlədə İmam Hüseynə (ə) salam veririk ki, aşura ziyarətnaməsindən seçilib. Aşura ziyarətnaməsi məsum imamların dilindən nəql olunub.
Sаlаm оlsun sənə, ey qəriblərin qəribi,
Sаlаm оlsun sənə ey zəiflərə və fəqirlərə kömək edən.
İmam Rizaya (ə) xitab olunur.
Sаlаm оlsun sənə ey mövlamız ey Sahibəz-zaman.
Sаlаm оlsun sənə ey Allahın xəlifəsi
Sаlаm оlsun sənə ey Quranın şəriki, Allah onun zühurunu tezləşdirsin və gəlişini asanlaşdırsın.
Bu salamlarda İmam Məhdiyə (ə) xitab olunur.
Bu cümlələr əsla şirk deyil bəlkə ibadətdir və Azərbaycanada məxsus deyil.
Allah sizə yar olsun.
Sual (115) : Salamu-aleykum. Olmus xristian haqqinda "Allah ona rehmet etsin" demek olar? Ve ya dua oxuyub savabini onun ruhuna hediyye etmek?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Kafər, zalım və münafiqə  rəhmət düşmür və onlara dua edib savab hədiyyə etmək mənasızdır.

Allah-təala Quranda buyurur:

Tövbə surəsi ayə 84. Və onlardan ölən heç bir şəxs üçün əsla namaz qılma və (barəsində dua etmək və bağışlanma diləmək üçün) qəbrinin üstündə durma. Çünki onlar Allaha və Onun Peyğəmbərinə küfr etdilər və itaətsiz halda öldülər.

113. Peyğəmbərə və iman gətirənlərə müşriklərin Cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra onlar üçün, hətta qohumları(ndan) olsalar belə, bağışlanma istəmək yaraşmaz (və bu, şəriət baxımından caiz və ağıl baxımından düzgün olmaz).

114. İbrahimin atası (əmisi Azər) üçün bağışlanmaq istəməsi (istiğfar etməsi) yalnız ona verdiyi vədə (onun üçün istiğfar edəcəyini vəd etməsinə) görə idi. Buna görə də elə ki, (onun küfrdə israrlı olmasından, ya küfr halında ölməsindən) ona (İbrahimə) onun (əmisinin) Allahın düşməni olması aydın oldu ondan uzaqlaşdı (çünki əfv diləmək Allahla düşmən olan kəs üçün deyil Allahın düşmən olduğu kəs üçündür). Həqiqətən İbrahim haqdan qorxan, günahdan qəmgin olan, (Allah dərgahına) ürəkdən çox ah çəkən və həlim idi.

Allah sizə yar olsun.

Sual (116) : Salam. Hənəfi məzhəbindən olan bir nəfər belə deyir ki, sübh namazına yatıb qalanda onun qəzasını qılmıyıb, kəffrarə verməlisən.Və Səhih Buxaridə namaz bölmündə bu haqda var deyir.Həmçinin Hud surəsi 114-cü ayədə bu yazılıb deyir.Xaiş edirəm bu haqda məni elmləndirin.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Xeyr, hənəfi məzhəbində namazın qəzası vacibdir istər sübh istər digərləri, istər yuxuya qalsın istər qəsdən tərk olsun eyni şiə fiqhi kimi. Hənəfi və digər 3 məzhəbin şiə ilə fərqi bundadır ki, onlar dünyasını dəyişmiş insanın qəza namazlarını niyabətən qılmağı düzgün hesab etmirlər cəfəri fiqhində isə düzgündür.
Allah sizə yar olsun.
Sual (117) : Salamun əleykum!Sualım belədir ; 4 rukətli xiftən namazını qılan şəxsə 3 rukətli şam namazını iqtida etmək olarmı?Bu zaman namazı hansı niyyətlə(camaat və ya fərdi) və hansı qaydada bitirmək lazımqır. Allah sizdən razı olsun!
Ad: İsmayıl, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, olar. Camaat namazı niyyəti ilə, Əgər əvvəlinci rükətdə iqtida olunubsa 3 cü rükətdə pişnamaz qalxanda iqtida edən qalxmayacaq və namazını bitirəcək. Ümumiyyətlə pişnamaza bütün namazları və hər hansı rükətdə olarsa iqtida və bağlanmaq olar.

Allah sizə yar olsun.

Sual (118) : SALAM ALEYKUM MEN GECE NAMAZI QILMAQ QAYDASINI BILMIREM

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Gecə namazı 11 rükətdir, fəzilətli vaxtı gecənin son 1 / 3 hissəsidir.

İlk 8 rükət gecənin nafiləsi niyyəti ilə qılınır - 4 ədəd 2 rükətli namaz şəklində və bunların qılınma qaydası sübh namazına oxşayır. 1-ci rükətdə "Fatihə" və "İxlas", 2-ci rükətdə "Fatihə" ve "Kafirun" surələri oxumaq müstəhəbdir. Qunutda dua edilir, insana zülm verən zalımı cəzalandırması barədə də Allaha dua etmək olar. Hər iki rükətin axırında təşəhhüd və salam verilir. Nafilələrin axırında Həzrət Fatimənin (ə) zikrini demək savabdır.

Sonra 2 rükət "Şəf'" namazı qılınır. 1-ci rükətində "Fatihə" dən sonra "Nas", 2-ci rükətində "Fatihə"dən sonra "Fələq" surələri oxunur, qunut tutulmaz.

Axırda 1 rükət "vitr" namazı qılınır. "Fatihə"dən sonra 3 dəfə "ixlas" və 1 dəfə "Fələq" lə "Nas"surələri oxunur. Sonra qunut tutulur, 40 nəfər mominin bağışlanması üçhün dua edilir, sonra 70 dəfə istiğfar edilir, 7 dəfə "hazal-məqamul-aizu bikə minən-nar" deyilir, 300 dəfə "əl-əfv" söylənir, ruku, səcdələr, təşəhhüd və salam yerine yetirilir.

Gecə namazı qılmağın savabı və fəziləti çoxdur və gecə namazını tərk etməkdənsə hər nəqədər imkan olsa o qədər qılmaq daha yaxşıdır. Əgər 11 rükəti qılmağa çətinlik çəkirsinizsə təkcə şəf və vitri (son 3 rükəti) qılın və vitrin qunutunda qısa deyə bilərsiz.

Allah sizə yar olsun.

Sual (119) : Əssəlamu əleykum Rəbbi la təzərəni fərdən və nətə xəyrul varisin və Əhlən və Səhlən duasının tərcuməsini zəhmət olmasa yazardız. Allah razı olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu Quran ayəsidir, Hz. Zəkəriyya peyğəmbərin duasıdır.
وَ زَكَرِيَّا إِذْ نادى‏ رَبَّهُ رَبِّ لا تَذَرْني‏ فَرْداً وَ أَنْتَ خَيْرُ الْوارِثينَ  
Ənbiya surəsi ayə 89. Və Zəkəriyyanı (yada sal). O zaman o, «ey Rəbbim, məni tək (övladsız və varissiz) qoyma və (əlbəttə, əgər varis verməsən də eybi yoxdur, çünki) Sən varislərin ən yaxşısısan» (deyə) öz Rəbbini səslədi.
Əhlən və səhlən ayədə yoxdur.

Allah sizə yar olsun.

Sual (120) : SALAM ALEYKUM Cume gunu ele bir saat varki o saata dua geri cevrilmir o hansi saatdi,

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, bu barədə bir neçə hədis var. Hz. Zəhra (s) atası Rəsuləllahdan (s) rəvayət edir ki, Peyğəmbər (s) buyurdu: Cümə günündə elə bir saat var ki, o saatda edilən duaya Allahın inayəti olar və qəbul olar, soruşdum hansı vaxdır buyurdu: Cümə günü gün batan vaxtı, daha dəqiqi günəşin yarısı batsın yarısı isə yox.

Bundan əlavə İmam Baqir (ə) buyurur: Cümə günü zöhr azanı vaxındada edilən dua qəbul olar.

Allah sizə yar olsun.

Go to TOP