Sual (101) : salam aleykum.tarixde Peygember s. azan vereni deye Bilal Hebeşini taniyiriq.bes ondan başqa azan veren sehabe va ya sehabeler kimler olub?bu haqda bizi melumatlandirsaz sevinerik.cox sagolun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Azan vəhy yolu ilə nazil olarkən Peyğəmbər (s) onu Bilala öyrətdi. Bilal İslamda azan deyən ilk şəxsdir. Peyğəmbərdən (s) sonra özgələr üçün azan demədi. Yalnız bircə dəfə atasının dövründən ötrü darıxan həzrəti Zəhra (ə) üçün azan dedi.
Peyğəmbərin (s) əsas azan deyəni Bilal idi, amma başqalarınında azan deməsi tarixdə gəlib. Əhli-sünnə mənbələrində İbni Ummu Məktub, Səd Qərz, Əbu Məhzurə, Ziyad ibni Harisində azan deyənlər arasında adı çəkilir. Deyilir ki, Bilal gündüz azan verərdi Səd isə gecə.

Allah sizə yar olsun.

Sual (102) : Bismillah. Salamun aleykum. Sizdən xahiş edirik ki, "Namaze İstiğasə (İmam Zaman (ə.c.) Ağa)" qaydasını (səcdədə sağ üzü yerə qoyub deyilir: Ya Muhəmmədu, Ya Əliyyu, Ya Əliyyu Ya Muhəmməd ikfiyani fəinnəkuma kafiyani... bu namazın) tərcüməsini bizə yazasınız. Hansı niyyətlə bu namaz qılınar? Hansı vaxtlarda qılınar?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu, fərəc namazıdır, elə bu niyyətlədə cümə axşamı iki rükət sadə namaz qılınır. Namazdan sonra "Ya mən əzhərəl cəmil.." dusı oxunur. Sonra Allahdan hacətini istəyib dua edirsən, sonra üzün sağ tərəfini yerə qoyub 100 dəfə deyirsən Ya Muhəmmədu, ya Əliyyu, ya Əliyyu ya Muhəmməd ikfiyani fə innəkuma kafiyan, Unsurani fə innəkuma nasiran. Sonra üzün sol tərəfini yerə qoyaraq 100 dəfə deyilir: Ədrikni, ədrikni, ədrikni. İmkan olduğu qədər bu sözü deyirsən: Əlğous, əlğous, əlğous. Sonra səcdədən başı qaldırırsan inşəllah Allah-təala hacəti icabət edər.

Allah sizə yar olsun.

Sual (103) : Salam Aleykum.Əgər namaz qıldığım yerdə gözümü yumsam namaz batildir yoxsa yox?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Əleykumus-salam.                                               

Xeyr, batil deyil, amma namazda gözü yummaq məkruhdur.

Allah sizə yar olsun.

Sual (104) : salam.quran oxuyarker erebce ve ya tercume qadinin bawini baglamasinin6411 musteheb ve ya vacibliyi haqda muctehidlerin fikrini yaza bilersiz?buna aid fetva verilib?mumkunolsa tez cavablandirardiz.Allah razi olsun

Əleykumus-salam.

Quran oxuyanda başı bağlamaq vacib deyil.                                             

Sualınız fiqhi xarakter daşıdığından "Fiqhi" suallar bölümünə müraciət edin.

Allah sizə yar olsun.

Sual (105) : Bismillah. Salam qardaş. Mükaşifeyi-kə`ənnə nədir? Eşitmişik ki, mükaşifə iki cürdür, biri də bu növ mükaşifədir. Zəhmət olmazsa bu haqda geniş cavab yazardınız. O biri növ mükaşifə hansıdır?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Mükaşifənin kəənnə deyilən bölümü yoxdur, kənnə sözünün mənası oxşatmaq və bənzətməkdir, misal üçün mükaşifə olmağında şəkk olunan bəzi müşahidələri şişirdərək mükaşifə olunmağı iddia edilir və sanki mükaşifədir deyilir.

Mükaşifə ruhi yüksəliş nəticəsində baş verir və insan bir şeyin həqiqətini görür və addi insanların dərk etmədiyini dərk edir. Şeytani mükaşifə mümkündür bəzi alimlərin həyatında baş verib. Ayətullah Seyid Musa Zərabadiyə şeytani mükaşifə baş verir və ona deyilir ki, əgər daha yüksək məqama çatmaq istəyirsənsə zahiri əməlləri (namaz, oruc və ..) tərk et. Ona görə də mərifət əhlinin mükaşifəsini iki dəstəyə bölürlər: rəhmani və şeytani. Yəni, mükaşifə amili mələk də ola bilər, şeytan da. Bu ikisini bir-birindən ayırmaq üçün bizə Quran və hədislər yardım edir. Yəni, mükaşifə zamanı əldə olunanlar əgər Quran və Məsumların (ə) göstərişi ilə uyğun gələrsə, deməli Rəbbani mükaşifədir. Əks halda şeytanidir.

Allah sizə yar olsun.

Sual (106) : Bismillah. Salam aleykum. Cümə gecəsində edilən ibadətlər üçün nəzərdə tutulan dəqiq vaxt saat neçədən neçəyə qədərdir? Allah köməyiniz olsun!

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əgər hansısa əməldə müəyyən vaxt qeyd olunmayıbsa misal üçün gecənin əvvəli, şam və işa namazından sonra, gecə yarı və s. təkcə cümə axşamı kimi göstərilibsə axşam namazından sübh namazına qədər olan vaxtda etmək olar.

Allah sizə yar olsun.

Sual (107) : Salam. Mən ərəb dililini bilmirəm. Nudbə duasini ərəbcə oxusam daha yaxsidir yoxsa oz dilimizdə?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Nüdbə duası məsumun dilindən çıxmış kəlamlardır ki, bunun özünün də təsiri var. Yaxşı olar dua ərəbcə oxunulsun amma tərcümə və məfhumunada nəzər yetirilsin.

Allah sizə yar olsun.

Sual (108) : Salamun Əleykum sualım budurki İzdivac gecəsi qılınan namazın niyyəti? Təşəkkür edirəm
Ad: Shamxal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Əleykumus-salam.

Niyyəti "zifaf gecəsinin namazı" olacaq.

Sual (109) : Bismillah. Salamun aleykum.. "Allahummə nəvvir qəlbi bi taətik..." duası haqdakı cavabınız üçün çox sağ olun, lakin sizdən xahişimiz fəqət duanın bu hissəsinin tərcüməsinə yardımçı olmağınızdır: "Və sirri bistiqlali ittisali həzrətik". Zəhmət olmazsa.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həqiqətdə bu cümlə qayıdır qabaqkı cümləyə Allahummə nəvvir .... (Allahummə nəvvir sirri bistiqlali ittisali həzrətik. Yəni ilahi batinimi və sirrimi öz hüzuruva bağlamaqla nurani et.

Sirr: Gizli iş ya qəlbdə olan mətləb 

bistiqlali: vasitəsiz və arada pərdə olmadan 

ittisali: bağlamaq 

həzrətik: sənin hüzurun

İnsanın batini və qəlbi o vaxt nurani olar ki, Allaha bağlansın və arada hicab və pərdə olmasın, çünki nurun mənbəyi yalnız Allahdır və əgər ilahi nur qəlbə saçmasa insanın batini zülmətli olar.

Allah sizə yar olsun.

Sual (110) : Salam. 1)Ya Allah,Ya Rəhman,Ya Rəhim.Ey qəlbləri dəyişdirin.Qəlbimi dinində sabit et. duasının ərəbcəsini zəhmət olmazsa yazardınız. 2)Ya Lətif,zəif və zəlil quluna rəhm elə duasının da ərəbcəsin zəhmət olmazsa yazrdınız.Ərəb hərfləri ilə.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ya Allahu, ya Rəhmanu, ya Rəhim! Ya muqəllibəl-qulub! Səbbit qəlbi əla dinik.
«يا اَللَّهُ يا رَحْمنُ يا رَحِيمُ يا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلي دِينِکَ»

Ya lətif irhəm əbdəkəz-zəif, ya cəlil irhəm əbdəkəz-zəlil.

«یا لطیف ارحم عبدک الضعیف، یا جلیل ارحم عبدک الذلیل»

Allah sizə yar olsun.

Go to TOP