Sual (81) : salam AGA heyz gunum 5gundu ama paklanandan sonra yeni paklanmagimdan 9gun kecmisdiki heyzin elametleri olan qan gordum ve 9 10 11 12 ci gune kimi davam etdi indi men bunlari ne gotrmeliyem onuda deyim ki heyzin elameti var idi ve paklamagimin 9cu gunu oldum
Ad: vemide, Ölkə: BAKI, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bu, istəhazə qanıdır. Qadın namazlarını qılmalıdır.

http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (82) : salam AGA heyzde adeti var ne demekdi?adet ne demekdi?
Ad: vemide, Ölkə: BAKI, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
Ay və ya gün baxımından müəyyən vaxtının olmasına deyilir.
Ümumiyyətlə, heyz görən qadınlar 6 qismdir:
1. Adəti-vəqtiyyə və ədədiyyə sahibi olanlar. Belələri iki ay dalbadal müəyyən bir vaxtda heyz qanı görər və onların heyz günlərinin sayı hər iki ayda eyni olar. Məsələn, iki ay dalbadal hər ayın əvvəlindən yeddisinə kimi qan görərlər.
2. Adəti-vəqtiyyə sahibi olanlar. Bunlar iki ay dalbadal müəyyən vaxtda heyz qanı görər, amma onun heyz günlərinin sayı hər iki ayda bir olmaz, məsələn, iki ay dalbadal hər ayın əvvəlində qan görər, amma birinci ayın yeddinci günü və ikinci ayın səkkizinci günü qandan pak olarlar.
3. Adəti-ədədiyyə sahibi olanlar. Bu cür qadınların heyz günlərinin sayı iki ay dalbadal bir sayda olar, amma o iki qanı görməkdə vaxt bir olmaz, məsələn, birinci ayın beşindən onuna qədər və ikinci ayın on ikisindən on yeddisinə qədər qan görərlər.
4. Müztəribə olanlar. Belə qadınlar bir neçə ay qan görər, amma müəyyən bir adət tapmazlar. Onlar adəti pozulmuş və yeni adəti isə tapmamış qadınlardır.
5. Mübtədiə olanlar. Birinci dəfə qan görənlər bu qrupa aiddir.
6. Nasiyə olanlar. Onlar öz adətini yadından çıxaranlardır.
Bunların hər birinin müəyyən hökmü vardır ki, "İzahlı şəriət məsələləri" kitabında deyilmişdir. Qeyd edək ki, bu kitabın elektron versiyasını saytımızdan da əldə edə bilərsiniz.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (83) : salam AGA bir kisinin namehreme salam vermesi vacibdirmi ve o salami hemen namehremin almasi vacibdirmi?umumyyetle kisinin namehrem qadina salam vermesi ne derecede dogrudu?eger qadin o salami basi ile isare etse kifayet edermi?
Ad: vemide, Ölkə: BAKI, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə, müsəlmanların bir-birilə qarşılaşdıqda salam vermələri vacib deyil, lakin bəyənilən əməldir, çoxlu sifariş olunmuşdur və savabı vardır. 
Lakin hədislərdən belə məlum olur ki, kişinin qadına, xüsusən də gənc qadına salam verməsi məkruhdur.
Salamın cavabını almaq vacibdir (və baş ilə cavab verməsi kifayət etmir). Lakin əgər qadın ona salam verən kişinin salamında xoşagəlməyən məqsəd duysa, yaxud salamın cavabını verərsə, günaha düşə bilməsini güman edərsə, onda kişinin verdiyi salamın cavabını almasın. 

Salam haqqında bir sıra hökm və ədəblərini sizin üçün yazırıq:

1-Başqasına salam vermək müstəhəbb, salamın cavabını vermək isə vacibdir.

2-Namaz qılan halda olan kəsə salam vermək məkruhdur.
3-Namaz qılana salam verilsə onun cavabında salam verən kimi deməlidir: yəni "salam" ya "salam əleykə".

4-Namaz qılan kəs kimsəyə salam verə bilməz.

5-Salamın cavabını dərhal vermək lazımdır. 
Gecikdirsə, günah etmişdir.
6-Əgər hər iki nəfər eyni zamanda bir-birinə salam versə, gərək onlardan hər biri digərinə salamın cavabını bildirsin.

7-Kafirə salam vermək məkruhdur. Əgər o bir müsəlmana salam versə, vacib ehtiyata görə cavabında desin: "
Əleykə" ya təkcə "salam".

Salam verməyin 
ədəbləri: 

1. Müstəhəbdir:
* Minikdə olan piyadaya;
* Ayaq üstə olan oturana;
* Az qrup çox qrupa (kütləyə);
* Kiçik böyüyə salam versin.
2. 
Namazdan qeyri halda müstəhəbdir salamın cavabını ondan yaxşı versin, əgər bir kəs desə: "salam əleykum" müstəhəbdir cavabında deyilsin: "salam əleykum və rəhmətullah".
3. Kişinin qadına, xüsusilə də gənc xanıma salam verməsi məkruhdur.

http://sual.nur-az.com/az/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 

Sual (84) : salam AGA.whatsapp deyilen bir sebeke var ki ele olur ki bezi hicabli bacilar ora oz bezenmis yaxud bezenmemis heyat yoldaslari ile ve yaxud heyat yoldaslarisiz oz hicabli sekillerin qoyurlar bu ne derecde dogrudu ama bu sekilleri namehrem gore ve gormeyede biler.yeni ele ola biler hicabli xanimin kantaktinda oz emisi oglu ve yaxud bir hicabli bacinin ola biler heyat yoldasi sekile ola biler baxsin ola biler baxmasin bu duzgundu ki oz sekillerin profile qoyurlar?
Ad: vemide, Ölkə: BAKI, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Əgər bəzənmiş və makyajlı şəkili olsa, hicablı şəkili olsa da icazəli deyil. Amma bəzənmiş olmayan və makyajsız hicablı şəkili olsa, bu əməlin (sosial şəbəkəyə şəkilini qoymağın) öz ardınca fəsadı olmasa, eybi yoxdur. Əks təqdirdə bu da icazəli deyil.
Tövsiyə olunur ki, dinarlar dini şəkillər qoysunlar və öz şəkillərini qoymaqdan çəkinsinlər. Çünki dindarları istəməyənlər çoxdur və onların şəkillərindən sui-istfadələr edə bilərlər.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (85) : salam Aga.Men adetim uzre 5gun heyz oldum,heyzimden yeni pak olmagimdan 18gun kecdi 19ci gun heyzin elametleri oldu ve bu 5gun davam etdi .indi sualim budur ki 19cu gunden baslayaraq menden gelen qanin hokmleri nedir?yeni bu gunlerin hansi heyz hansini istihaze gotre bilerem?xahis edrem tez cavablandirasiz onceden tesekkurler
Ad: vemide, Ölkə: BAKI, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər onda heyzin əlamətləri olubsa, məsələn azından 3 gün ardıcıl qan gəlməsi-onda heyz olmasına hökm olunur. Çünki iki heyzdən paklanmanın arası 10 gün ola bilər.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (86) : SALAM AGA .HEYZ QUSULU DESTEMAZI EVEZ EDIRMI?TEZ CVB YAZIN NE Olar
Ad: ILQAR, Ölkə: BAKI, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Heyz qüslü kimi bütün vacib qüsllərlə, eləcə də müstəhəb olması şəriətdə sübuta yetmiş bütün müstəhəb qüsllərlə dəstəmaz almadan namaz qıla bilər.
Qeyd edək ki, cənabət qüslü edən şəxs namaz üçün dəstəmaz almamalıdır. 
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (87) : Qadınlar bezen ele ayaqqabilar geyinirler ki yeriyende tik tikiin sesi gelir ve adam hetta yeriyeni gormese de onun qadina adi olmasini hiss edir. qadinlarin bele ayaqqabi geyinmesinin hökmü nədir?
Ad: Gunel, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Başqalarının nəzərini cəlb еdən şəkildə olmasa, öz ardınca fəsad gətirməsə, öz-özlüyündə еybi yoxdur. Əks təqdirdə belə ayaqqabılardan istifadə etməsinlər.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (88) : Əssəlamu əleykum. Hicablı qadının gözəllik salonunda işləməyi - yəni qadınları makiyaj, saç baxımından bəzəmək icazəlidirmi? bir halda ki, salonda işləyən xanım bilir ki, həmin qadın eyş-işrət məclislərinə gedir?
Ad: Günahkar bəndə, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qadının gözəllik salonunda işləməsinin öz-özlüyündə eybi yoxdur. Lakin, əgər stilist müştərisinin onun işindən haram üçün istifadə etməsini (məsələn özünü naməhrəmə göstərməsi kimi) bilsə, onu bəzəməsi icazəli deyil.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (89) : salam aleykum. sualim budurki hicabli qadin oz qayni ve ya qaynatasinin yanindada. hicab baglamalidimi? yani evdede hicab baglamalidirmi? halbuki evde qayni ve qaynatasi var.
Ad: huseynci, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qadın üçün vacibdir ki, özünü naməhrəmdən örtsün. Öz məhrəmlərinin yanında hicaba riayət etməsi  vacib deyil.
Qeyd edək ki, qadın üçün onun qayınatası (ərinin atası) məhrəm, amma qaynı naməhrəm sayılır. Ona görə də qaynının yanında hicaba riayət etməsi vacibdir və başqa naməhrəmlərlə fərqi yoxdur.
http://sual.nur-az.com/az/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (90) : Salam-aleykum.1. Qadinlarin sac, uz-gez, dirnaqlarina bezek vurmaq seneti haram senetdir? 2.Qadin ez qazancinin ancaq ezune aid olmasini eri ile sert elemek isteyirse bunu nece etmelidir. Yeni, qadin istemir ki, eri onun qazancina arxayin olsun ve ya hansisa aile xerclerinde arvadinin qazancindan istifade etsin. Allah razi olsun.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Bu sənəti öyrənib-öyrətməyin, qadının, qadın gözəllik salonlarında işləməsi, yaxud qadınları bəzəməsi, haram deyil. Lakin bunu haram iş, yaxud haram işə kömək üçün istifadə etməməlidir.
2. Qadının qazancı onun özünə məxsusdur və bunun üçün hansısa bir şərt etmək lazım deyil. Əgər qadın razı olmadan onun malını, gəlirini kimsə istifadə etsə, yaxud özünə götürsə, bu haramdır.
http://sual.nur-az.com/az/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Go to TOP