Sual (71) : Salam olsun muselmanlara.ayin evvelinde heyz halinda olan qadinlara namaz dusmur,amma sonra onun qezasi olur ? yayox?
Ad: Tahir, Ölkə: Baki, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qadın heyz olduğu müddətdə namaz qılmamalıdır və bu halda qılmadığı namazlarının qəzası yoxdur.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (72) : Salam.Qadin heyzden qurtardiqdan sonra ondan gelen bezen sarimtil,qaramtil,karicniviy olan bir alemetin hokmu nedir?qadin 3gunden sonra eger bu elametler olarsa qadin bu elameti heyzden ya istihazedenmi qebul etsin?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər heyzin birinci günündən sonra on gün olmayıbsa, hamısı heyz hesablanır. Əgər on gün olubsa, istihazə hesablanır.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (73) : Salam qadin heyat yoldasinin icazesi olmadan seklini refiqesine gostere biler basi aciq ve yaxud basi bagli
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Öz-özlüyündə eybi yoxdur və icazə alması lazım deyil.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (74) : Mən ədədiyyə haizi olan qadınam. Adətim 5 gündür. Lakin 2 aydır ki, 5 gündən sonra qara rəngli maye ifraz olur. Bu 9-10 gün çəkir. Mən bu 5 gündən sonranı nə qərar verməliyəm? Heyz, ya istihazə qərar verim ?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Qan on gündən çox olarsa, əvvəlki aylarda neçə gün (məsələn 7 gün) qan görürdüsə, onu (7 gününü) aylıq adət qərar vermək lazımdır. Qalanı isə istihazə hökmündədir. On gündən çox olmasa, hamısı heyz sayılır.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (75) : Salam.Qadin meqrib namazindan sonra isa namazini derhal qilmasa bir az fasile verse sonrdan heyz oldugunu bilse heyzi tamamlidiqdan sonra isa namazini qeza etemesi vacibdirmi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində işa namazının qəzasını qılmalısınız.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (76) : Salam aleykum.1.eger hekim qadina uşaq dünyaya getirəcəyi təqdirdə öləcəyini bildirsə,ama qadin bununla razilasmiyib doğum zamani dünyasini dəyişsə gunah qazanirmi? 2.doğrudurmu ki qadin doğuş zamani ölsə şəhid sayılır?
Ad: , Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Əgər doğuşun ona təhlükəli olub-olmamasını dəqiq bilməyibsə heç bir günah qazanmayıb.
2. İnşaallah şəhidə verilən mükafatı qazanar, lakin, döyüş meydanında şəhid olmuş şəhidlərin hökmlərinə malik deyildir.

http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (77) : salam Ağa men heyzimi her ay 2 3gün ele gün olur 8gün qabağa atram indi men heyzin hansı hömümdeyem eded veqtiyye hansı?2ci veqtiyye sahibi olan qadinlar vaxtindan 1 ya 2gün qabağa atsalar hökm deyişir yoxsa veqtiyye sayilir?
Ad: hadiyeva.vemide@gmail.com, Ölkə: bakı, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə, haiz qadınlar altı qismdir:

1. Adəti-vəqtiyyə və ədədiyyə sahibi olanlar. Belələri iki ay dalbadal müəyyən bir vaxtda heyz qanı görər və onların heyz günlərinin sayı hər iki ayda eyni olar. Məsələn, iki ay dalbadal hər ayın əvvəlindən yeddisinə kimi qan görərlər.

2. Adəti-vəqtiyyə sahibi olanlar. Bunlar iki ay dalbadal müəyyən vaxtda heyz qanı görər, amma onun heyz günlərinin sayı hər iki ayda bir olmaz, məsələn, iki ay dalbadal hər ayın əvvəlində qan görər, amma birinci ayın yeddinci günü və ikinci ayın səkkizinci günü qandan pak olarlar.

3. Adəti-ədədiyyə sahibi olanlar. Bu cür qadınların heyz günlərinin sayı iki ay dalbadal bir sayda olar, amma o iki qanı görməkdə vaxt bir olmaz, məsələn, birinci ayın beşindən onuna qədər və ikinci ayın on ikisindən on yeddisinə qədər qan görərlər.

4. Müztəribə olanlar. Belə qadınlar bir neçə ay qan görər, amma müəyyən bir adət tapmazlar. Onlar adəti pozulmuş və yeni adəti isə tapmamış qadınlardır.

5. Mübtədiə olanlar. Birinci dəfə qan görənlər bu qrupa aiddir.

6. Nasiyə olanlar. Onlar öz adətini yadından çıxaranlardır.

Siz öz halınıza uyğun olaraq bu qismlərdən (5-ci qismdən başqa) özünüzün hansı qismdə olmasını ayırd edə bilərsiniz.

http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (78) : salam AGA adeti vardir heyzde yeni ne? 2ci sual veqtiyye adeti olan qadin eger 10 gunden artiq qan gorerse qani elametlerle teyin ede bilmerse serietde deyilir ki eger qohumlarinin hamisinin adet gunlerinin miqadari eyni olarsa ?bu cumleni bir az etrafli yaza bilerse 3cu eger yuxarda qeyd etdiyimiz eger o qohumlar olmasa yenim yetim olsa ne etmeli?
Ad: vemide, Ölkə: baki, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim 
1. Adət (qadınlardan gələn aylıq qan) ədədi və vəqti olur. Hər ikisinin izahı risalədə vermişdir.
2. Əgər bu halda ona yaxın olan qadınlardan məsələn, ana ya bacının müəyyən adəti varsa, sayı müəyyən etmək üçün onlara baxmaq olar.
3. Bu halda özünə münasib sayı üçdən onadək seçə və heyz qərar verə və qalanını da istihazə saya bilər.

http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (79) : Əssəlamu əleykum. Heyz müddəti 3 gün olan qadın, qüsl aldıqdan sonra çox cüzi miqdarda qan görərsə, hökm nədir? Allah razı olsun.
Ad: Günahkar qul, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər üç gün ardıcıl qan görsə və (qurtararaq) pak olsa, sonra yenidən qan görsə, qan gördüyü günlər və arada pak olduğu günlər üst-üstə on gündən çox olmasa,onlar hamısı heyz sayılır.

http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (80) : SALAM ALEYKUM. TOY GÜNÜ ƏGƏR GƏLİN MAKİYAJDA OLARSA NAMAZI ÜÇÜN TƏYƏMMÜM EDƏ BİLƏR?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər makyaj suyun dəstəmaz üzvlərinə çatmasına mane olursa, onu təmizləməli və dəstəmaz almalıdır. Əgər mane olmursa, dəstəmaz almasının iradı yoxdur və bu təyəmmüm etmək üçün üzür hesab edilmir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP