Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Qadının 60 yaşına kimi heyz olması (istər seyidə olsun istər olmasın) mümkündür. Buna əsasən əgər qan xaric olsa və üç gün dalbadal hətta daxildə davam etsə heyzdir.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Ad: Me..., Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər naməhrəm oğlan uşağı müməyyiz (yaxşını pisdən ayırd edə bilən)
olsa və qadının bədəninə baxması şəhvətinin təhrik olunmasına səbəb olduğu
ehtimalı verilərsə, ehtiyat-vacibə görə onun qarşısında hicaba riayət edilməlidir.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Ad: Abdulla, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Hamilə və uşağa süd verən qadınların da
heyz qanı görmələri mümkündür. Bu xüsusda hamilə ilə hamilə olmayan qadının
hökmü eynidir. Ancaq əgər hamilə qadın adətinin əvvəlindən 20 gün keçdikdən
sonra heyz xüsusiyyətini daşıyan bir qan görsə, ehtiyat edərək heyzli qadına haram
olan işləri tərk etməli və istihazəliyə lazım olan işləri də etməlidir.
2. Əgər heyz, ya istihazə qanı olsa, ona aid vəzifəsini yerinə yetirsin, amma əgər bakirəlik qanı olsa, qüsl lazım deyil. Qadın gördüyü qanın heyz, yaxud bəkirəlik qanı olmasını bilməsə, gərək özünü yoxlasın. Məsələn, bir qədər pambıq fərcinin daxilinə (cinsiyyət üzvünə) salsın və bir az gözləsin, sonra pambığı çıxarsın. Əgər pambığın ətrafı dairə şəklində qana bulaşmış olsa, bakirəlik qanıdır. Amma qan pambığın hamısına yetiişmiş olsa, heyz qanıdır.
3 və 4. Heyz (və orta və çox istihazə) olmayan qanlar üçün qüsl lazım deyil.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Ad: salman, Ölkə: rusiya, Müctəhid: Ayətullah Sistani
Bir iradı yoxdur.
İslam Peğəmbərindən (s) heyzli qadının hökmü haqqında soruşurlar. Ayə nazil olur və Allah-Taala belə bəyan edir: “(Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin.”(Bəqərə surəsi, ayə 222) Yəni qadınlar üçün aybaşı bir növ bədən xəstəlikdir və bu xəstəlik zamanı onlarla yaxınlıq etməkdən çəkinin. Bu əmr heç də o mənada deiyl ki. onlarla bir evdə yaşamayın, onlardan uzaq gəzin və s. Quran-kərim bu halı başqa xəstəliklər kimi qadınlar üçün yalnız, bir növ bədən xəstəliyi hesab edir və onlara aid edilən hər cür çiriknlik və xoşagəlməz fikirləri rədd edir. Bu ayənin nazil olması haqqında Ənəs ibn Malikdən belə nəql olunur ki, yəhudilərin adəti belə idi ki, hər vaxt qadın heyz olsaydı onu evdən çıxarar və onunla bir süfrədə yemək yeməz, onun əlindən su alıb içməz və onunla bir otaqda yatmazdılar. Ona görə də İslam Peyğəmbərindən (s) bu barədə sual olunur və bu ayə nazil olur. İslam Peyğəmbəri (s) onlardan qaçmağı qadağan edir və buyurur: “Bu haqdan qadınla yaxınlıq etməyin qadağasından başqa heç bir qadağa yoxdur.” (Əzdi Səcstani, Əbu Davud Süleyman ibn Əşəs, Sünən əbu Davud, mühəqiq; Əbdul-həmid, Məhəmməd Mühyəd-Din, c.1; səh.67; Əl-Məktəbətul-Əsriyyə, Beyrut, Bi ta; Bəğəvi, Hüseyn ibn Məsud, Məalimit-tənzil fi təfsirul-Quran, təhqiq; Əl-Məhdi. Əbdur-Rəzzaq, c.1; səh.285; Daru Ehyau Turasu Ərəbi, Beyrut, birinci çap, 1429 h.q)
Həmçinin, bu mövzuda rəvayət var ki, heyz halında olan qadının ev işləri görməsinin heç bir eybi yoxdur. Məslən;
1. İslam Peyğəmbəri (s) öz zövcələrindən birinə buyurur: “O xumrəni mənə ver. (xumrə- adətən kasanın ağzını örtməkdən ötrü bir parça toxunmuş həsirə deiylir. İslam Peyğəmbəri (s) bu həsirdən səccadə kimi namaz qıldıqda istifadə edərdi) qadın Peyğəmbərə (s) cavab verir: Mən heyz halındayam. Həzrət cavabında buyurur: “Məgər heyzli olmağının ixtiyarı sənin ixtiyarındadırmı?” (Şeyx Səduq, Mən la yəhzuruluh-fəqih, səh.67)
2. Müaviyət ibn Əmmar İmam Sadiqdən (ə) soruşur: Heyzli qadın mənə su gətirə bilərmi? İmam (ə) buyurur: “İslam Peyğəmbərinin (s) həyat yoldaşlarından biri heyz halında olarkən Peyğəmbərin (s) başına su tökür və Peyğəmbər (s) başını yuyurdu. Yenə də həmin halda, namaz xumrəsini (həsir canamazını) Onun yanında yerə sərirdi ki, o həzrət namaz qılsın və onda səcdə etsin.” (Kuleyni, Məhəmməd ibn Yəqub, "Əl-Kafi", c.3; səh.110;)
Beləliklə, bu rəvayətlərə əsasən, heyzli qadının ev işlərindəki fəaliyyəti nəinki qadağan olunmur, üstəlik heç məkruh da deyildir.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Heyzin (aybaşının) müddəti üç gündən az və on gündən
çox olmur. Üç gündən azacıq az olsa da belə heyz deyildir. Heyzin əvvəlinci üç günü ardıcıl olmalıdır.
Haiz
olan qadına aşağıda sayılan bir neçə şey haramdır:
1. Namaz kimi dəstəmaz, qüsl və ya təyəmmümlə yerinə yetirilməsi lazım olan ibadətlər; Əgər haiz qadın bu kimi əməlləri səhih əməl qəsdi ilə yerinə yetirsə, caiz deyil. Lakin meyyit namazı kimi dəstəmaz, qüsl və ya təyəmmüm tələb etməyən ibadətləri yerinə yetirsə, eybi yoxdur.
3. Sünnət yerinə qədər daxil olsa məni gəlməsə də belə, qabaqdan cima etmək həm qadına, həm də kişiyə haramdır. Hətta vacib ehtiyata əsasən, sünnət yerindən azını da daxil etməməlidir.3. Öz bədənindən hər hansı bir yeri Quranın yazısına ya Allahın adına (hansı dildə olsa) toxundurmaq. peyğəmbərlərin, imamların və həzrət Zəhranın (ə.s) da adlarına toxundurmaması daha yaxşıdır.
4. Məscidul-hərama və Peyğəmbər (s) məscidinə girmək. Bir qapıdan daxil olub, digər qapıdan xaric olsa belə.
5. Başqa məscidlərdə və vacib-ehtiyata əsasən imamların (s) hərəmlərində dayanmaq. Amma məscidin bir qapısından daxil olub, digər qapısından xaric olduğu halda, maneəsi yoxdur.
6. Lazım-ehtiyata əsasən, bir şeyi məscidə qoymaq, ya bir şeyi məsciddən götürməkdən ötrü daxil olmaq, hərçənd özü daxil olmasa belə.
7. Vacib səcdəsi olan ayələri oxumaq. Onlar bu dörd surədədir:
32-ci "Səcdə" surəsi; 41-ci "Fussilət" surəsi; 53-cü "Nəcm" surəsi; 96-cı "Ələq" surəsi.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: gulbaniz, Ölkə: sumqayit, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Heyz olan qadının fәrcinә
(cinsiyyәt üzvünә) yaxınlıq еtmәk haramdır. Bu haramlıq həm kişiyə, hәm dә qаdına aiddir. Hәttа ərinin cinsiyyət üzvü әgәr dәllәk
kәsәn yеrә qәdәr dахil оlsа vә sperma xaric olmasa da hаrаmdır. Hәttа еhtiyаt vаcib
budur ki, dәllәk kәsәn yеrdәn аz dа dахil еtmәsin.
Əgər kişi qadının heyz günlərində onun fərcinə yaxınlıq etsə, günah etmiş olur və tövbə etməsindən əlavə kəffarə də verməlidir.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Heyzin birinci üç günü dalbadal olmalıdır. Demək, əgər məsələn; iki gün qan görüb, bir gün pak olursa və yenidən bir gün qan görürsə, heyz deyildir. Heyzin başlanğıcında qanın xaricə çıxması lazımdır. Amma bütün üç gün ərzində qanın xaricə çıxması lazım deyildir. Fərcin daxilində qan olsa kifayətdir. Əgər üç gün ərzində, bütün və ya bəzi qadınlar arasında normal olduğu kimi, azacıq pak olsa belə, heyzdir.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Ad: Mamed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Əgər bədəniniz birbaşa ona toxunursa, bu haramdır. Amma birbaşa toxunmasa, məsələn paltarın üstündən olsa, eybi yoxdur.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: , Ölkə: bakı, Müctəhid: Ayətullah Sistani
Yəqini olan halda qüsl etməli və namaz qılmalıdır. Yəqini olmayanda özünü yoxlamalıdır ki, yəqin tapsın. Əgər bu mümkün olmasa ehtiyat etməlidir yəni qüsl etməli və namaz qılmalı və yenidən növbəti namaz üçün təkrar etməlidir.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: , Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
1. Murdarlığına və haramlığına əmin olmasanız başqalarının hazırladığı qidalardan istifadə etməkdə heç bir irad yoxdur.
2. Dəstəmazsız və heyzli halda yemək hazırlamaq olar.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq