Sual (51) : salam xais edirem sualima cavab verin.men hicab baglamaq isteyirem hicabi kimlerin yaninda aca bilerem ve hicabi baglayanda her hansi dua ve zikr edilirmi xais cavablandirin ve birdeqeza Namazlari nece qilinir ve heyzden (bagislayin)sonra qeza Namazlari nece qilinir?xais cavablandirin suallarimi.Allah razi olsun…
Ad: metanet, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Qadın, ona məhrəm olanların yanında hicaba riayət etməyə bilər. Qadın üçün məhrəm olanlar: atası, atasının və anasının atası və hər nə qədər yuxarı getsə, qardaşı və qardaşının oğlu, qardaşı oğlunun oğlu və hər nə qədər aşağa getsə, bacısının oğlu, bacısı oğlunun oğlu və hər nə qədər aşağa getsə, öz oğlu və oğlunun oğlu və hər nə qədər aşağa getsə, əmisi və dayısı, ata və anasının əmiləri və dayıları, əri və ərinin atası (qayınatası). Bunların yanında hicaba riayət etmədən gəzə bilər. Hərçənd ki, hicaba riayət etməsi yaxşıdır. Bunlardan başqa kişilər qadın üçün naməhrəmdirlər və onların yanında hicaba kamil surətdə riayət etməsi vacibdir.
2. Hicab bağlamaq üçün sifariş olunmuş xüsusi bir dua yoxdur. Lakin yaxşı olar ki, Allahdan həmişə hidayət və daim Allahın yolunda sabitqədəm qalmaq istənilsin.
3. Qəza namazları qəzaya getdiyi formada qılınır. Heyz olan qadının namaz qılması icazəli deyil və heyzdən paklandıqdan sonra qüsl verib namazlarını davam etməlidir. Heyz zamanı qəza getmiş namazlarının qəzası yoxdur.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (52) : Salam Aleykum qadinlarin ziyarete getmesi haramdirmi?
Ad: Taleh, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Xeyir, haram deyil.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (53) : Salam aleykum.Qadin ayagi aciq namaz qila biler?
Ad: guler.aliyeva, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qadın namaz qılarkən (əgər naməhrəm orada yoxdursa) ayağının topuğa qədər açıq qalmasının eybi yoxdur.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (54) : Səlamun ələykum,əgər Ramazan ayında sübh azanına kimi heyz qüsulu alıb,oruc tutmağı davam edirəmsə,gün ərzində istehazə hökmündə qan görürəmsə,orucum batil olurmu və yaxud nə etməliyəm,?təşəkkür edirəm
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qəlilə (az) istihazədə oruc düzdür, burada heç bir şərt yoxdur. Mütəvəssitə ( orta ) və kəsirə (çox) istihazədə isə o zaman oruc düzdür ki, gündüz vaxtı gündüz namazları üçün vacib edilən qüsullarını yerinə yetirsin, həmçinin, vacib ehtiyata əsasən, səhərisi oruc tutmaq istədiyi gecənin məğrib və işa namazlarının qüslünü yerinə yetirməlidir. Lakin, məğrib və işa namazları üçün qüsul etməsə, sübh əzanından əvvəl isə gecə namazı qılmaq üçün qüsul edərsə, gündüz vaxtı da gündüz namazları üçün qüsullarını yerinə yetirərsə, orucu düzgündür.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (55) : bir qadin sacini kesdirib sata bilermi
Ad: Zehra balasi, Ölkə: gurcustan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Əgər öz ardınca fəsad gətirməsə, öz-özlüyündə eybi yoxdur.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (56) : 2 gusulu bir yerde vermek olar,ya birini demeliik?
Ad: Amina, Ölkə: Russia, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hər iki qüslü birlikdə niyyət edib qüsl vermək olar.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (57) : Əssələmu əleykum. Hicabda çənənin altını örtmək barədə olan hökmləri bütün müctəhidlərin rəyi əsasında yazmağınızı xahiş edirəm. Allah razı olsun inşəllah.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
İmam Xomeyni, Ayətullah əl-üzma Bəhcət,Təbrizi, Xamenei, Fazil və Məkarim həzrətləri:
Çənənin altının, boğazın, qulağın, sinənin və biləyə qədər qolun yuxarı tərəfdən açıq olması qadınlar üçün icazəli deyildir və bu yerləri də naməhrəmdən örtməlidirlər.
Ayətullah əl-üzma Sistani: Çənənin alt tərəfinin adətən məqnə, yaxud rusəri (yaylıq) örtdükləri zaman adətən açıq qalan miqdardan əlavə hissələri, eləcə də boyunun, qulağın, sinənin və əllərin biləkdən yuxarı hissəsnin görünməsi qadınlar üçün icazəli deyil.

Diqqət :
Qadınlar aşağıdakı məsələlərə diqqət yetirməlidirlər:

Evdə, yaxud naməhrəmin olduğu başqa məkanlarda əgər qısa qollu paltar geymiş olsalar (hətta çadra ilə örtülmüş olsa da), yaxud əgər qolu uzun olan paltarı olsa və bir şeyi yuxarıdan götürdükdə, yaxud bir şeyi naməhrəmin əlindən aldıqda, yaxud meyvə və sair kimi şeyləri naməhrəm adamlara təklif etdikdə, yaxud naməhrəm qarşısında yemək yeyərkən, yaxud dükanlardan mal alarkən, yaxud böyük və ya ağır yükü daşıyarkən bütün bu kimi hallarda onların paltarının qolunun arxaya getməsi, yaxud qollarının və ya çadranın arxaya getməsi nəticəsində bədəninin bəzi hissələri açıla bilər və buna görə əziz qadınlar bu kimi hallara tamamilə diqqət yetirməlidirlər.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırı

Sual (58) : Qadın özünün pak olduğuna arxayın olduqdan sonra gördüyü ləkənin hökmü - bu ləkədə qanın sifətləri, yaxud su ilə qarışmış qanın sifətləri olmadığını bilsə - nədir?
Ad: Cennet Gulu, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu (ləkə) qan olmasa, onda hеyzin hökmü yoxdur. Bunu (qan olub-olmamasını) ayırd еtmək qadının öz öhdəsindədir.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (59) : Salam Oruc tutarkən qadin Üzr istəyirəm qadın özünə fəcrinə tampon qoya bilərmi?Orucu batil etmir ki?
Ad: , Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur və orucu batil etmir.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (60) : Qadının uşaqlığını cərrahiyyə əməliyyatı ilə götürsələr və daha uşaqlığı olmasa, əgər heyzin nişanələri olan qan görərsə, o heyz sayılırmı? Zəhmət olmasa Vəhid Xorasani ağanın da nəzərini yazarsınız.
Ad: samire, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ayətullah Xamenei:
Əgər qadının uşaqlığını hansısa xəstəliyin səbəbinə cərrahiyyə əməliyyatı ilə götürsələr və o qadın qan görsə, bu qan cərahət (yara) qanı olsa, cərahətdən gələn digər qanların hökmündədir (yəni murdardır, lakin qüslə ehtiyac yoxdur). Amma bundan qeyri halda (yəni cərahət qanı olmasa) heyz, ya istihazə olması mümkündür. Onun heyz, yaxud istihazə qanı olmasını isə əlamətlərindən ayırd etmək lazımdır.
Ayətullah Vəhid:
Vacib ehtiyata  əsasən, heyzli qadına haram olan şeyləri tərk etməli və istihazəli qadının yerinə yetirməli əməlləri əncam verməlidir.

http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Go to TOP