Sual (41) : Salam.Bəzi hicablı qadınlar görürəm ki dini qrup adında dini mahnı oxuyurlar bu düzgündürmü .Əvvəlcədən təşəkkürlər
Ad: Mamed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər naməhrəm onların səslərini eşitməsə, yaxud xor halında oxusalar və səsləri incəlməsə, eybi yoxdur. Lakin tək halda oxusalar və naməhrəm onların səsini eşitsə, haramdır.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (42) : Salam aleykum.Bir qadin xestedise onu xesteliyine gore hereket ede bilmirse bir qadin onu çimizdire bilermi???yeni mehremi onu gore bilermi qadinda olsa
Ad: Mamed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində övrəteyni örtsələr, eybi yoxdur.
Ümumiyyətlə, qadınlar övrəteyn istisna olmaqla, digər qadınların bədəninin hər bir yerinə baxa bilərlər, bu şərtlə ki, ləzzət və reybə qəsdi olmasın.

http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (43) : Salam..men birsey sorucacagiydim..bilmey istirem salvar geymek gunahdir?.men yeni yeni hicaba kecmisem..ve gunlerdir arasdirmadigim yer qalmayib..bezi yerde gunah oldugu deyilir ama ekser yerde mueyyen edeb qaydalarina riayet olundugu halda bir gunahin olmadigi deyilir..lakin tereddud ettiim bir sehife var..orda oxumusamki salvar kisi geyimi sayildigi ucun gunahdir..ve hetta sirf cadra geyilmelidi..yoxsa o qadin tesetturlu sayilmir..men cox istiyiremki hicabim dogru olsun..ve Allahin istemediyi bir seyi etmek istemerem..ama hecvaxt yubka geymediyim ucun mene cetindir..ama eger gunah olsa geymerem salvar..yeni sualim budurki eger butun exlaqi geyim sertlerine riayet etsek ve bos bir salvarin ustunden dize qeder geyim geysek hec bir xetasi yoxdurki?…cox sagolun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qadınlara hicab örtmək vacibdir. Hicab saçları və bütün bədəni – üz və biləyə qədər əllər istisna olmaqla - örtməkdən əlavə elə olmalıdır ki, bədənin qabarıq hissələrini örtsün və zinət sayılmasın. Demək, çadranın yerinə istifadə olunan geyimlər onun kimi olsa, eybi yoxdur. Lakin hər bir halda müsəlman qadın yaxşı olar ki, çadra geyinsin.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (44) : Salam..men birsey sorucacagiydim..bilmey istirem salvar geymek gunahdir?.men yeni yeni hicaba kecmisem..ve gunlerdir arasdirmadigim yer qalmayib..bezi yerde gunah oldugu deyilir ama ekser yerde mueyyen edeb qaydalarina riayet olundugu halda bir gunahin olmadigi deyilir..lakin tereddud ettiim bir sehife var..orda oxumusamki salvar kisi geyimi sayildigi ucun gunahdir..ve hetta sirf cadra geyilmelidi..yoxsa o qadin tesetturlu sayilmir..men cox istiyiremki hicabim dogru olsun..ve Allahin istemediyi bir seyi etmek istemerem..ama hecvaxt yubka geymediyim ucun mene cetindir..ama eger gunah olsa geymerem salvar..yeni sualim budurki eger butun exlaqi geyim sertlerine riayet etsek ve bos bir salvarin ustunden dize qeder geyim geysek hec bir xetasi yoxdurki?…cox sagolun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qadınlara hicab örtmək vacibdir. Hicab saçları və bütün bədəni – üz və biləyə qədər əllər istisna olmaqla - örtməkdən əlavə elə olmalıdır ki, bədənin qabarıq hissələrini örtsün və zinət sayılmasın. Demək, çadranın yerinə istifadə olunan geyimlər onun kimi olsa, eybi yoxdur. Lakin hər bir halda müsəlman qadın yaxşı olar ki, çadra geyinsin.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (45) : bir sualım da var bağışlayın. Hamilə qadına talaq vermək olar? zəhmətinizi halal edin
Ad: Gulperi, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hamilə qadına talaq vermək olar.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (46) : Salam aleykum. Qadinin eri ucun reqs etmesi icazelidir.... Burda musiqi ile reqs etmek nezerde tutulur yoxsa musiqisiz? Allah sizden razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Rəqs etmək: Yalnız qadının öz əri üçün rəqs etməsi icazəlidir. Qalan rəqslərin hamısının şəriət baxımından eybi var. Söz yox ki, söhbət ləhv rəqsindən gedir, hər növ nəzmli və ritmik hərəkətlərdən getmir və o musiqilər ki, adətən, haram məclislərdə olur, haramdır. Bundan başqa musiqilər halaldır.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (47) : Es Salamu aleykum.evvelce suallıma gore üzr istirem.Qadınların qaşların alması günahdırmı???
Ad: Metanet, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Günah deyil və qadının öz əri üçün bəzənməsi bəyənilir. Lakin, zinət sayıldığı surətdə onu naməhrəmdən örtməlidir.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (48) : Hicabli xanim hech makiaj ede bilmez ya az makiaj ede biler? qolbag,sep,uzuk kimi zinet ewyalarin qizil olmayani yeni oxwatma,saxta olanindan istifade etmek de haramdir?(namehrem yaninda) Icki,musigi olmayan amma kiwi ve qadinlarin bir meclisde oturdugu toy halaldir?Xamanei aga.sag oluN
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Ümumiyyətlə, qadınların zinət və zinət əşyalarından istifadə etməsinin və bəzənməsinin işkalı yoxdur, lakin naməhrəmdən gizlədilməlidir.
2. Əgər fəsada səbəb olsa, yaxud günaha düşmək qorxusu olan naməhrəmlə qarışmaq sayılsa, icazəli deyildir.

http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (49) : salam.. hicabli qadin kisi hekimin yanina aparata gede bilermi
Ad: fatime, Ölkə: naxcivan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər qadın xəstəliyini müalicə etmək üçün kişi həkimin yanına getməyə məcbur olsa və həmin həkim ixtisas baxımından daha yaxşıdırsa və yaxud daha diqqətlə xəstəni müayinə və müalicə edirsə, bu halda kişi həkimin yanına getməyin eybi yoxdur. Həmçinin əgər müalicə üçün qadının bədəninə baxmaq və ya bədəninə əl vurmaq lazım gələrsə, icazəlidir. Əgər onlardan (baxmaq və əl vurmaq) biri ilə kifayətlənmək mümkün olsa, ikincisi icazəli deyil. 
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (50) : Salam aleykum bəzi Qardaş lar xanımların Kərbəla Məşəd kimi ziyarətlərdə olmağini haram deyirlər bu nə dərəcədə düzgündür?
Ad: subhansadiqov@inbox.ru, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Haram deyil, hətta bəzən zəruri olur.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP