Sual (31) : salamun aleykum sualim beledir ana ushaq dunyaya getirenen sonra qusl nevaxt almalidir ve namaza nevaxt bashlamalidir? ve xususi emmeleri varmi ushaq barede?
Ad: cambul, Ölkə: moskov, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Uşağın ilk üzvü ananın bətnindən çıxdığı andan etibarən, qadından gələn, on gündən qabaq, yaxud on gün tamam olan müddətdə kəsilən hər qan nifas qanıdır bu şərtlə ki, ona doğuş qanı deyilə bilsin. Deyilən şərt və müddətlə qan dayandıqdan sonra qadın nifas qüslü verərək ibadətlərini yerinə yetirməlidir. 
Nifas qanı, bir anlıqdan artıq gəlməyə bilər. Amma on gündən də artıq ola bilməz.
2. Müstəhəbdir ki, uşaq doğulduqdan sonra əgər zərəri yoxdursa ona qüsl verilsin; sağ qulağına azan, sol qulağına isə iqamə oxunsun; ona Fərat çayının suyundan və İmam Hüseyn (ə) türbətindən dadızdırılsın; uşağa ən yaxşı adlar qoyulsun; ən yaxşı adlar Allaha bəndəlik mənalarını verən adlardan, məsələn Abdullah, Əbdurrəhim, Əbdurrəhman və bu adlardan sonra ən yaxşı adlar peyğəmbərlərin və imamların adlarıdır və bunların ən yaxşısı Məhəmməd adıdır, hətta 4 oğlu olan şəxs oğullarının birinin adını Məhəmməd qoymasa məkruh iş görmüşdür.
Müstəhəbdir ki, uşağın saçını yeddinci gündə qırxsın və saçın ağırlığı qədər qızıl və ya gümüş sədəqə versin. 
Müstəhəbdir ki, körpənin dunyaya gəlişinin 7-ci günündə ata körpədən bəlaların uzaqlaşması məqsədilə bir qoyun və ya inək quraban kəsib ətini və ya bişmişhini yoxsullar arasında paylasın. Yaxşı olar ki, qurbanlıq qoyun oğlan uşağı üçün erkək, qız uşağı üçün dişi və eyibsiz olsun. Qurabnlıq ətin tamamilə yoxsullara paylanması mustəhəbdir. Yaxşı olar ki, əti bişirib müsəlmanlara (ən azı on nəfər) qonaqlıq versinlər. Həmçinin,əqiqənin dörddə birinin yaxud bir ayağının (budunun) mamaya (doğuş zamanı uşağı tutana) verilməsi müstəhəbdir. Əgər mama olmasa həmin miqdarı uşağın anasına vermək lazımdır ki, o özü istədiyi şəxsə hədiyə etsin.
Valideynlərin qurbanlıq ətdən yemələri məkruhdur. Həmçinin bu qurbanlıq təkcə vilayət əhlinə verilsin.
Əgər valideynlər uşaq üçün əqiqə etməyiblərsə, müstəhəbdir ki, uşaq özü üçün əqiqə etsin.
Əqiqəyə oxunan dua:
Bismillahi və billah. Alahummə əqiqətun ən fulan ("fulan" sözünün yerinə korpənin adi deyilsin) ləhmuha biləhmihi və dəmuha bidəmihi və əzmuha biəzmihi. Allahummə icəlhu viqaən liali Muhəmmədin səlləllahu ələyhi və alihi.

http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (32) : Qadın bir daha uşağa qalmaması üçün əməliyyat oluna bilərmi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Yumurtalıq kimi orqanın kəsilməsi nəticəsində sağlamlığına ciddi bir zərər vermədiyi halda, qadının əməliyyat yolu ilə bird aha uşağa qalmaması, caizdir. Əlbəttə, əgər əməliyyat haram baxmağa və yaxud haram toxunmağa səbəb olacaqsa, bu işi ərindən başqasının etməsi caiz deyildir. Lakin uşağa qalmasının ona zərəri olması kimi zərurət halı, istisnadır. Qeyd olunan hökm, tamamilə kişiyə də şamildir.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (33) : Mazaqlaşarkən və yaxud ehtiraslı fikirlər üzündən qadından gələn yaşlığın hökmü nədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Təmizdir, qüsul vacib etməz və dəstəmazı da pozmaz.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (34) : Zehmet olmasa az, orta ve cox istihazeli qadinin namaz ucun ne etmeli olduqunu buyurasiz
Ad: Nurka, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Az istihazədə qadın, hər namaz üçün dəstəmaz almalıdır. Pambığı yumaq və ya dəyişdirmək, müstəhəb ehtiyatdır. Amma fərcin kənarı qana bulaşıbsa, həmin yeri yumalıdır.
Orta istihazədə, vacib ehtiyata əsasən qadın, gündəlik namazlar üçün bir qüsl etməli və əlavə olaraq az istihazənin də əməllərini yerinə yetirməlidir.
Çox istihazə olan qadına pambıq və parçanı dəyişməklə yanaşı, gün ərzində üç dəfə qüsl etməsi – sübh, zöhrlə əsr, məğriblə işa namazları - üçün qüsl etməsi vacibdir.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq   
Sual (35) : Qadının öz uşağını saldırmasınn hökmü nədir? Ana bətnindəki bu uşağın neçə günlük, yaxud neçə aylıq olmasının bu məsələyə dəxli vаrmı?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Nütfə bаğlаndıqdаn sоnrа (kişi spеrmаsının qаdın yumurtаlığı ilə mаyаlаnmаsındаn sоnrа) аbоrt еtdirmək icаzəli dеyil. Yаlnız аnа zərər çəkəcəyindən еhtiyаt еdərsə və yа uşаğın qаlmаsı аnаnı dözülməz dərəcədə çətinliyə sаlаcаqsа və аbоrtdаn bаşqа bir çıхış yоlu olmasа, ruh dаxil оlmаdığı müddətə qədər аbоrt еtdirmək оlаr. Ruh dахil оlduqdаn sоnrа isə mütləq şəkildə icаzəli dеyil.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (36) : qadın heyzdən azad olub amma qüsul almayıb.Onunla yaxınlıq etmək nə hökmündədir?
Ad: Azər Əlixanov, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Heyzdən qurtaran qadınla qüsl etməsindən qabaq, yaxınlıq etməkdən çəkinmək ehtiyat-müstəhəbbdir (haram deyil, amma yaxşı olar ki, qüsl etdikdən sonra bu iş olsun).
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (37) : salam bilmək istərdim qadın üçün kimlər məhrəm sayılırlar?
Ad: Tofiq, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qadına məhrəm olanlar: övladları və onların övladları, ata və babalar, qardaşlar, dayılar, əmilər, ata və ananın dayıları və əmiləri həmçinin ər, qaynata və ərin ata-babası və qızının əri.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (38) : Bir qadın bir neçə günü heyz hesab edib ibadət etməsə və sonradan heyz olmadığını anlasa, nə etməlidir?
Ad: Metanet, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bu halda, yerinə yetirmədiyi namaz və orucları qəza etməlidir. Əgər qadın bir neçə gün heyz olmadığını güman edib ibadət etsə və sonradan heyz olduğu məlum olsa, bu halda, həmin günlərdə tutduğu orucları qəza etməlidir.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (39) : Qаdının аşаğıdа qеyd оlunаn paltarlаrı gеyinməsinin hökmü nədir? 1) Şəffаf pаltаr. 2) Bədənə yаpışаn dаr pаltаr. 3) Sаrı və qırmızı kimi cəlbеdici rəngdə оlаn pаltаr. 4) Qızılı zərlərlə və düymələrlə bəzədilmiş pаltаr. 5) Fоrmаsı ilə cəmiyyətdə cəlbеdici hеsаb оlunаn pаltаr. 6) Pаrlаq və ipək pаrçаdаn оlаn pаltаr.
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qеyd оlunаn paltarlаr əgər zinət hеsаb оlunursа və yа bədənin qurluşunu аşkаr еdirsə yаd kişi yаnındа оnlаrın gеyinilməsi icаzəli dеyil.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (40) : Çox sağolun. Belə bir sualım daha var. Qadın 7gün heyz olduqdan Sonra ağ maye ifrazat görür ve qüsl alır. Qüslden sonra çox az qırmızımtıl maye ifrazat olur. Yeniden qüsl almaq lazımdırmı? (bu hal hər ay təkrar olunur)
Ad: Metanet, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Adət vaxtının axırlarında axtarış apararkən pambıqda sarılıq görərsə - on gündən keçməyibsə, aylıq adətin davamı sayılır. Əgər on gündən keçsə və ona qan deyilərsə, adət günləri miqdarında (ayda neçə gün heyz olursa) heyz, qalanı isə istihazə sayılır. Əgər qan deyilməzsə, qadının adi sularından sayılır və hökmü yoxdur.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP