Sual (21) : SalaM aleykum------qadinlarin dirnaqlarina ;Lak vurmasi zinet hesab olunur??bu is haramdir!??!
Ad: ramal, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Zinət sayılır. Naməhrəm kişinin yanında örtmək lazımdır.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (22) : salam ,men hicabliyam.amma qaldigim olkede hicaba cox pis baxirlar.yeni hicabli qadinin qara geyinmesi ve yaxuddaki carwab geyinmesi vacibdirrmi
Ad: Medine, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hər harda olmasından və yaşadığınız mühitdə hicaba necə reaksiya verilməsindən asılı olmayaraq, qadın naməhrəm qarşısında hicaba riayət etməllidir. Hicabın qara rəngli olması lazım deyil. Camaat arasında adətən istifadə edilən rənglərdən istifadə etmək lazımdır.
Çadra kamil hicab sayılır, amma vacib deyil.
Ümumiyyətlə, əl və üz istisna olmaqla bədən və bədən çıxıntılarınızı tam örtən enli bir geyim geysəniz, saç, boyun və sinənizi örtsəniz, kifayətdir.

http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (23) : Salam Aleykum;:;;;;Qadinlarin dirnaqlarina Lak vurmasi icazelidir????Namehrem gorse nece?????
Ad: ramal, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qadınların dırnaqlarına lak vurmalarının iradı yoxdur. Lakin zinət hesab olunduğu halda onu naməhrəmdən örtməlidir. Həmçinin, dəstəmaz və qüsl üçün onu təmizləməlidirlər.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq  
Sual (24) : Salam aleykum.Eger bir hicabli xanim sacini kesdiribse ve o saci sac kesenler qaynaq olaraq istifade edrse bu gunah sayilir?ve neye gore gunahdi
Ad: zehranur, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Xeyir, öz-özlüyündə günah deyil.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (25) : Salam aleykum.Eger bir hicabli xanim sacini kesdiribse ve o saci sac kesenler qaynaq olaraq istifade edrse bu gunah sayilir?
Ad: zehranur, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Xeyir, öz-özlüyündə günah deyil.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (26) : salam aleykum ~~~qadinlarin dirnaq uzatmalarinin,uzun dirnaq saxlamalarinin hokmu nedir???
Ad: ramal, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur və qadınlar üçün bu əməl bəyəniləndir. Lakin, zinət hesab olduğundan onu naməhrəmdən örtməlidir.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (27) : Salam. Üsr istəyirəm . əgər bir qadın istihazədirsə (qəlilə) və tualetdə özünü dəsmalla (kağızla) qurulayanda dəsmalın üzündə qəhvəyi rəng görünür. Yəni bu rəng təmizlənmir və hər dəfə qurulanarkən qəhvəyi rəng görünür. Mən nə etməliyəm və necə dəfə dəstamaz almalıyam?Namazlarımın hökmü nədir?
Ad: Leyla, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Vəhid
Bismillahir-rəhmanır-rəhim
Ola bilər ki, qan olmasın. Amma tam əmin olsanız ki, daxildən gələn qandır və daxil hələdə qana bulaşıqdır, belə olduqda hər namaz üçün dəstəmaz almaq lazımdır.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (28) : Əgər qadın elə bilir ki aybaşı olub və bir neçə gün namaz qılmır, oruc tutmur. sonradan heyz olmadığını başa düşür. bu qadın indi nə etməlidir?
Ad: Natavan, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bu halda, yerinə yetirmədiyi namaz və orucları qəza etməlidir. Əgər qadın bir neçə gün heyz olmadığını zənn edib ibadət etsə və sonradan heyz olduğu məlum olsa, bu halda, həmin günlərdə tutduğu orucları qəza etməlidir.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (29) : Salam.diş hekimliyi seneti kisilere mexsusdur,indi bir kisinin heyat yoldasinin disi agrisa ,onu Namehrem dis hekiminin yanina nece aparsun?
Ad: ramal, Ölkə: Azerbaycan , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Diş həkimliyi peşəsi təkcə kişilərə məxsus deyil və hal-hazırda dünyanın hər bir yerində, o cümlədən Azərbaycanda çoxlu qadın diş həkimləri fəaliyyət göstərir. Kişi həkimlərdən çox olmasalar da az da deyillər.
Hər halda əgər qadın diş həkimi tapılmasa, yaxud lazım olan məharətə malik olmasa, kişi həkimə müraciət edə bilər.

http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (30) : Salam aleykum qadin Namaz qilanda ayaginin ustunu ortmesi vacibdir?yoxsa Namehrem gormese Eybi yoxdur??
Ad: ramal, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər naməhrəmin onu gördüyü yerdədirsə, ayağını örtsün. Amma naməhrəmin onu görmədiyi yerdədirsə, namaz qıldıqda ayağanı topuğa qədər açıq qoyması icazəlidir.

Go to TOP