Sual (101) : ASSALAM ALEYKUM VE REHMETULLAHI VE BEREKATUH.QADIN NAMAZA 9 YASINDA YOX 35 YASINDA BASLAYARSA QILMADIGI ILLERIN QEZASINI QILMALIDIRMI?ALLAH SIZDEN RAZI OLSUN.
Ad: zaur, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bəli, büluğ həddinə çatdıqdan sonra qılmadığı namaz və oruc kimi vacib ibadətlərin qəzasını yerinə yetirməlidir.

Qeyd edək ki, Ayətullah əl-üzma Sistaninin nəzərinə əsasən, qız uşağının büluq həddinə çatması bu iki əlamətdən biri ilədir:
1.Aybaşı olması.
2. Hicri-qəməri tarixi ilə 9 yaşın tamam olub, 10 yaşına daxil olması. Qeyd edək ki, 9 il hicri-qəməri ili 3 ay və bir neçə gün miladi tarixindən azdır. (bizim öz hesablamamıza əsassən, miladi tarixi ilə qızlar üçün büluğ yaşı səkkiz il, səkkiz ay iyirmi beş gün alınır).

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (102) : Qızımın 13 yaşı vardır və bu yaxınlarda aybaşı olmuşdur. Amma ardıcıl olaraq qan görür. Məktəbə getdiyindən və yaşının az olması üzündən hər namaz üçün qüsl ala bilmir. Həkim də bunun aybaşına təzə başlamış qızlarda təbii olmasını deyir. Onun namazlarının hökmü nədir?
Ad: L. Esgerova, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər 10 gündən keçməsə heyzdir. Amma 10 günü keçsə və qanın hamısı bir xüsusiyyətdə olsa, qohumları arasında öz həmyaşıdları olan qızların heyz olduğu günlər qədəri heyz və qalan günlər istihazədir. Amma bir xüsusiyyətdə olmasa, heyzin xüsusiyyətləri onda olan qan, heyz, qalan günlər isə istihazədir. Əgər qohumları olan qızların heyz günləri müxtəlif olsa, 7 gününü heyz, qalan günləri isə istihazə qərar verə bilər. Əgər (istihazə qərar verdiyi günlərdə) qan az olsa və pambığı bürüməsə, qüsl vermək lazım deyil və dəstəmaz almaq kifayətdir. Amma hər namaz üçün dəstəmaz almalıdır. Amma qan pambığı bürüsə, bir gecə-gündüzdə (24 saat) bir dəfə qüsl etməyi kifayətdir və hər namaz üçün də dəstəmaz almalıdır. Amma pambıqdan keçsə, sübh namazı üçün bir qüsl, zöhr və əsr namazları üçün bir qüsl, həmçinin məğrib və işa namazları üçün yenə bir qüsl vermək lazımdır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (103) : salam sizden cox uzur dileyirem sualima gore amma bunu bulmeliyem. men usaqa qalmisam hamileyem bilmek isteyirem ki qadının ərinin cinsi istəyindən boyun qaçırması gunahdi?
Ad: Nurane, Ölkə: , Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qadın hamiləlik dövründə ərinin cinsi istəyinin qarşısını ala bilməz, amma əri ilə yaxınlıq etməklə yanaşı, uşağa xətər yetişməsinin qarşısını almalıdır və əgər uşağa zərər olmasına əmin olsa, bunu ərinə bildirməlidir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (104) : salam, bagislayin, esitdiyime gore heyzin muddeti 10 gundur, ama indi mende uje 13 cu gundu ama helede arada bir cuzi qan lekeleri ve qehveyi lekeler gorsenir. 10 cu gunden sor qusl aldim yeniden leke gorduyumden yeniledim quslu, 2 gundu uje qusl almisam dunen namazlarima basladim ama bugun yene lekeler gorsendi, men yeniden qusl alib namaza baslamaliyam yoxsa istihaze sayilir? birinci defe bele sey olur, etrafli cavab isterdim. Allah razi olsun.
Ad: Günahkar bəndə, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qanın gəlməsi 10 günü keçməsə, bütün 10 gün heyzdir. Amma 10 günü keçsə və sizin də ədədiyyə adətiniz olmasa, heyzin xüsusiyyətləri də o qanda vardırsa, heyzdir. Heyzin xüsusyyətləri onda olmadıqda isə istihazədir. Əgər bu müddət ərzində gördüyünüz qan bir xüsusiyyətdə olsa və qohumlarıniz olan qadınlarda da müəyyən ədəd olmasa, özünüzə münasib olaraq 3 gündən 10 günə qədəri heyz qərar verin. Yaxşıdır ki, 7 günü heyz götürsiniz və qalan günləri istihazə qərar verəsiniz.

Əlavə məlumat:
Əlavə məlumat üçün heyz qanının xüsusiyyətlərini yazırıq:

Heyz qanı çox vaxt qatı, isti, qara rəngli, yaxud qırmızı olur, təzyiqlə və bir az da yandırıcı halda xaric olur.

Heyzin müddəti üç gündən az və on gündən çox olmur. Üç gündən azacıq az olsa da belə heyz deyildir.

Heyzin əvvəlinci üç günü ardıcıl olmalıdır. Deməli, əgər məsələn; iki gün qan görüb, bir gün pak olursa və yenidən bir gün qan görürsə, heyz deyildir.

Heyzin başlanğıcında qanın xaricə çıxması lazımdır. Amma bütün üç gün ərzində qanın xaricə çıxması lazım deyildir. Fərcin daxilində qan olsa kifayətdir. Əgər üç gün ərzində, bütün və ya bəzi qadınlar arasında normal olduğu kimi, azacıq pak olsa belə, heyzdir.

http://sual.nur-az.com/az/

Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (105) : salam. uzur isteyirem subay qizlar da istihaze ola biler yoxsa bu evli qadinlara aiddir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bu məsələdə subay və evli qadınlar arasında fərq yoxdur. Subay və bakirə qızlar da istihazə ola bilər.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (106) : Ər-arvad arasındakı intim münasibət haqqında sual vermək istəyirəm. Ər və arvad arasındakı münasibətlərə bir sərhəd var yoxsa xeyr? İntim munasibət zamanı bəzi şəhhvət gətirici əməllər var. Öyrənmək istərdim bunlar haramdır yoxsa xeyr? İntim munasibət zamanı ər və arvadın üstü açıq olarsa bu Allah qarşısında günahdırmı? Ümumiyətlə ər arvad arasında intim munasibətlər necə olmalıdır?
Ad: Tunzale, Ölkə: , Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Şəri baxımdan ər-arvadın hər ikisinin razılığı ilə bir-birindən hər cür cinsi ləzzət ala bilər və ər-arvad arasında intim münasibətin həddi yoxdur. Onların özlərinin istədikləri qədər bir-birindən ləzzət ala bilərlər.
Səs-səda, yaxud çılpaq halda yaxınlıq etmək məkruhdur (bəyənilən iş deyil, amma günahı da yoxdur). Amma əgər intim əlaqədə olan vaxt səs-səda başqalarının diqqətini cəlb edən bir məkan və yerdə olarsa fəsadı var və icazəli deyildir.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (107) : Mən istəyirəm uşağa paltar almaq üçün ərimdən xəlvət pul yığam. Ərim biləndə onu məndən alıb boş şeylər üçün xərcləyir. İndi mən ərimdən gizli pul yığa bilərəm?
Ad: Melek, Ölkə: , Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər bu işə razı olsa maneəsi yoxdur. Əgər razı olmasa gərək onun icazəsi olmadan bu işi etməyəsiniz.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (108) : Aga bir namazqilan xanim tekidle deyirki namaz qilan xanimlar lak ceke biler mende duzgun olmadigini duwunurem Ve bir azaciq dirnaq uzatmaq olar men bildiyime gore olmaz.o hemde deyir laki ele cekiremki sedefe cekmirem dirnaqlarin ucuna cekirem sizce buharam deyyilmi Zehmet olmasa cvblandirardiz?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qadının dırnaq boyası və digər bəzək vasitələrindən istifadə edərək bəzənməsinin, dırnaq uzatmasının eybi yoxdur və bu onun üçün bəyənilən bir mövzudur. Lakin bəzəndiyi surətdə iki məsələyə diqqət etməlidir:
1. Naməhrəmdən özünü örtməlidir.
2. Dəstəmaz və qüslün düzgün olma şərtlərindən biri budur ki, suyun dəstəmaz və qüsl üzvünə yetişməsinə mane olacaq bir şey olmasın. Ona görə də dəstəmaz və qüsl üçün dırnaq boyası kimi mane olacaq şeyləri təmizləməlidir.
Amma əgər su keçirən boya, yaxud digər şeylər olsa, təmizləmək lazım deyil, amma suyun keçməsinə əmin olmalıdır.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (109) : salam,men yene sizi narahat edecem.sualim beledir.men aileliyem 2 korpe usagim var.balaca hele 2 ayliqdi,ozude biraz kurdu,cox vaxt yatmir agliyir.ozum namaz qiliram.amma usaqa gore cox vaxt qeza eliyirem,vaxtinda qila bilmirem,yaxud telesik qiliram.cunki tekem.usagi saxliyacaq kimse yoxdu.bu gunah sayilirmi? birde namaz qilarken usaq aglasa namazdan yarimciq dura bileremmi?ama sonra yeniden qilacam.evvelceden tesekkur edirem.sag olun ki bu sayti yaratmisiz.sayenizde cox seyi oyrenirik.Allah komeyiniz olsun.
Ad: Mamed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Namazı qəzaya vermək böyük günahdır və bütün əməllərin qəbulu namazın qəbuluna bağlıdır. Siz Allahın əmrlərinə itaət edin, namazızı qılın. Övladınız barədə də narahat olmayın. Siz namaz qılmaq müddətində uşağın ağlaması ilə ona heç bir şey olmaz və bunun ona heç bir zərəri yoxdur. Əgər çox ağlasa namazı uzatmazsınız və vacib miqdarına riayət edərsiniz. Hər namazın vacib miqdarı da təqribən 5 dəqiqə çəkir. Bundan əlavə, namazı ilk vaxtında qılmaq vacib deyil. Son vaxtına qədər uzada bilərsiniz. Üstəlik, lazım gəlsə namazın azan, iqamə, qünut və s. kimi müstəhəblərini tərk edib, yalnız vacib miqdarla kifayətlənə bilərsiniz. Bu müddət ərzində də siz işinizi və uşağın sakit olan vaxtını, yaxud onun yatan vaxtını elə nizamaya bilərsiniz ki, namazınız uşağın ağlayan vaxtına düşməsin. Bu fikirlərin çoxu şeytanın sizin ürəyinizə gətirdiyi bəhanələrdir. Özünüz də diqqət etsəniz görərsiniz ki, hətta çox uşaqlı analar da heç bir köməyi olmadan və heç bir çətinliyə düşmədən namazlarını qılır və qəzaya getməsinə imkan vermirlər.
İnşallah, ümidvarıq öz zirəngliyiniz ilə işlərinizi lazımınca tənzimləyəcək və namazınızın qəzaya getməsinə icazə verməyəcəksiniz.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (110) : bir məsələni bizə dəqiqləşdirməyinizi xahiş edirik. deyiller ki heyiz yeni aybaşı qadının bişirdiyini yemək olmaz və o təmiz deyil. sual budur ki heyzli qadının hazırladığı, əli ilə yoğrulub hazırlanın çörəklərin və yeməkləri yeməyin hökmü nədir?
Ad: Kemale, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əvvəlcədən bir məsələni qeyd etmək lazımdır ki, İslamdan əvvəl cahiliyyət dövründə insanlar heyz halında olan qadını bir növ çirikn sayır və onlarla yaxından əlaqə qurmurdular. Həmin məsələyə görə, qadın aybaşı vaxtı evin bir küncünə qısılır, ona əşya kimi baxılır və ondan uzaqlaşırdılar. Amma İslamda heyzli qadın şəri cəhətdən, xüsusi halda olan adi bir insan sayılır. Yəni, şəri cəhətdən belə insan dəstəmazı və qüslü olmayan bir şəxsdir. Ona görə də bu hal qurtardıqdan sonra qüsl və dəstamazla adi vəziyytinə qayıdır. Bu cəhətdən heyzli qadın, cənabətli, yuxulu, ayaqyoluna getmiş və s. insanlar kimidir.
İslam Peğəmbərindən (s) heyzli qadının hökmü haqqında soruşurlar. Ayə nazil olur və Allah-Taala belə bəyan edir: “(Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin.”(Bəqərə surəsi
, ayə 222) Yəni qadınlar üçün aybaşı bir növ bədən xəstəlikdir və bu xəstəlik zamanı onlarla yaxınlıq etməkdən çəkinin. Bu əmr heç də o mənada deiyl ki. onlarla bir evdə yaşamayın, onlardan uzaq gəzin və s. Quran-kərim bu halı başqa xəstəliklər kimi qadınlar üçün yalnız, bir növ bədən xəstəliyi hesab edir və onlara aid edilən hər cür çiriknlik və xoşagəlməz fikirləri rədd edir. Bu ayənin nazil olması haqqında Ənəs ibn Malikdən belə nəql olunur ki, yəhudilərin adəti belə idi ki, hər vaxt qadın heyz olsaydı onu evdən çıxarar və onunla bir süfrədə yemək yeməz, onun əlindən su alıb içməz və onunla bir otaqda yatmazdılar. Ona görə də İslam Peyğəmbərindən (s) bu barədə sual olunur və bu ayə nazil olur. İslam Peyğəmbəri (s) onlardan qaçmağı qadağan edir və buyurur: “Bu haqdan qadınla yaxınlıq etməyin qadağasından başqa heç bir qadağa yoxdur.” (Əzdi Səcstani, Əbu Davud Süleyman ibn Əşəs, Sünən əbu Davud, mühəqiq; Əbdul-həmid, Məhəmməd Mühyəd-Din, c.1; səh.67; Əl-Məktəbətul-Əsriyyə, Beyrut, Bi ta; Bəğəvi, Hüseyn ibn Məsud, Məalimit-tənzil fi təfsirul-Quran, təhqiq; Əl-Məhdi. Əbdur-Rəzzaq, c.1; səh.285; Daru Ehyau Turasu Ərəbi, Beyrut, birinci çap, 1429 h.q)
Həmçinin, bu mövzuda rəvayət var ki, heyz halında olan qadının ev işləri görməsinin heç bir eybi yoxdur.  Məslən;
1. İslam Peyğəmbəri (s)  öz zövcələrindən birinə buyurur: “O xumrəni mənə ver. (xumrə- adətən kasanın ağzını örtməkdən ötrü bir parça toxunmuş həsirə deiylir. İslam Peyğəmbəri (s) bu həsirdən səccadə kimi namaz qıldıqda istifadə edərdi) qadın Peyğəmbərə (s)  cavab verir: Mən heyz halındayam. Həzrət cavabında buyurur: “Məgər heyzli olmağının ixtiyarı sənin ixtiyarındadırmı?” (Şeyx Səduq, Mən la yəhzuruluh-fəqih, səh.67)
2. Müaviyət ibn Əmmar İmam Sadiqdən (ə) soruşur: Heyzli qadın mənə su gətirə bilərmi? İmam (ə) buyurur: “İslam Peyğəmbərinin (s) həyat yoldaşlarından biri heyz halında olarkən Peyğəmbərin (s) başına su tökür və Peyğəmbər (s) başını yuyurdu. Yenə də həmin halda, namaz xumrəsini (həsir canamazını) Onun yanında yerə sərirdi ki, o həzrət namaz qılsın və onda səcdə etsin.” (Kuleyni, Məhəmməd ibn Yəqub,
"Əl-Kafi", c.3; səh.110;)
Beləliklə, bu rəvayətlərə əsasən, heyzli qadının ev işlərindəki fəaliyyəti nəinki qadağan olunmur
, üstəlik heç məkruh da deyildir.
http://sual.nur-az.com/az/

Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Go to TOP