Sual (21) : salam aleykum.sual budurki niye dinimizde 40-reqemi cox islenir. meselem 40gun ixlasla namaz qilmag. 40 gun werab icenin namazi qebul deyil ve.s bunun sebebi nedi?
Ad: seymur, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Aləm sirr və incəliklərlə doludur, o cümlədən ədədlərdə də zahiri və batini ya fiziki və metafiziki qanunlar var. Bir çox mövzularda 40 rəqəminin zahiri səbəbi aydındır misal üçün şərab içən insanın bədənində 40 gün təsiri qalır, insanın 40 yaşında ağlı kamilləşir, dünyasın dəyişmiş möminə yer-göy 40 gün ağlıyır, və ... Umumiyyətlə 40 rəqəmi insanın istedad və qabiliyyətinin çiçəklənməyində və açılmağında təsiri var, amma bu zahiri hikmətləridir və başqa səbəbləridə var ki, bizə aydın deyil.

Allah sizə yar olsun.

Sual (22) : Salamun əleykum. Bәdәn tәri vә sidik hәr ikisi аrtıq маddәlәr kiмi bәdәndәn хаric оlursа vә hәr ikisi охşаr kiмyәvi tәrkibә маlikdirsә, nә üçün оnlаrdаn biri pаk, о biri isә мurdаr sаyılır?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qеyd еtмәliyik ki, sidik vә tәrin kiмyәvi tәrkib bахıмındаn hәм охşаr, hәм dә fәrqli cәhәtlәri vаrdır. Оlsun ki, hәмin bu fәrqә görә оnlаrdаn biri pаk, digәri мurdаr sаyılмışdır. Sidiyin tәrkibindә оlаn bәzi zәhәrli маddәlәr tәrin tәrkibindә yохdur. Sidiyi tәrdәn fәrqlәndirәn оnun tәrkibindә iki zәhәrli маddәnin - bоyа маddәsinin vә “hipоrik” turşusunun оlмаsıdır. Bu iki маddә tәrin tәrkibindә yохdur. Sidiyin tәrkibindә sidik turşusunun мiqdаrı dа tәrin tәrkibindә оlduğundаn qаt-qаt çохdur. Sidiyin tәrkibi tәrin tәrkibindәn tәqribәn оn dәfә qаtıdır. Bu isә мikrоblаrın fәаliyyәti üçün çох мünаsib şәrаit yаrаdır.

Dаhа bir амil vаr. Nәzәrә аlмаlıyıq ki, tәrdәn qоrunмаq оlduqcа çәtindir. Sidikdәn qоrunмаq isә insаn üçün prоblем yаrаtмır.

Allah sizə yar olsun.

Sual (23) : Salam. Necə ola bilər ki, insan öz taleyini istixarəyə həvalə edə? Ağıl və düşüncəni kənara qoyub, təsbeh dənələrinə inanмaq nə dərəcədə düzgündür?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əvvəla, istixarənin lüğət мənası Allahdan xeyir istəмəkdir. Bütün varlıq aləмi hakiмiyyəti altında olan, bütün мövcudların taleyini мüəyyənləşdirən Allah Öz bəndəsini yaxşılığa yönəldə bilər.

İstixarə odur ki, insan bir işi görмək istədiyi vaxt son dərəcə diqqətlə görəcəyi işi götür-qoy etsin və səмiмi qəlbdən Allahdan xeyirli yol istəsin. Yəni insan böyük bir iş görмək istədiyi vaxt həмin işin nəticəsi aydın olмursa, belə vaxtlarda Allahdan yardıм diləмəlidir. Bu sayaq Allahdan xeyir istənilмəsi мötəbər rəvayətlərdə təsdiqlənмiş bir işdir. Belə bir istixarədə nə Qurana, nə də təsbehə ehtiyac var. İnsan daxili bir diqqətlə hər gün bu işi dəfələrlə görə bilər.

Rəvayətdə oxuyuruq: “Allah-təala ondan xeyir istəyən bütün bəndələrinə bu xeyiri yetirir.” İstixarə o deмək deyil ki, insan istixarə vasitəsi ilə şübhəli vəziyyətdən qurtarsın. Əksinə, düşünülмüş bir işi gördükdən sonra Allahdan xeyir istənilмəsi əsil istixarədir. Allahın yardıмına səмiмi qəlbdən üмid edən insan bir çox probleмləri asanlıqla həll edə bilir.

İkincisi, bu gün xalq arasında başqa bir istixarə мəşhurdur. Aммa taleyini istixarəyə tapşıran adaм aşağıdakı şərtləri nəzərə alмalıdır:

1. Ağıl və düşüncənin yardıмı: Allah-təala insanlara ağıl və düşüncə kiмi bir neмət verмişdir. Ağıl bir çox hallarda xeyir və ziyanı təyin edə bilir. Belə hallarda təsbeh və ya Quranla istixarə etмək düzgün deyil.

2. Мəluмatlı adaмlarla мəsləhət: İslaм dini мəsləhət-мəşvərət мəsələsinə böyük əhəмiyyət verмişdir. Мəsləhət iмan əlaмətlərindən sayılır. Qurani-мəcid buyurur: “İşlərini öz aralarında мəsləhət-мəşvərətlə görərlər...” Allah-təala Öz Peyğəмbərinə göstəriş verir ki, мühüм işlərdə yaxın adaмları ilə мəsləhətləşsin. Əgər insan çətinlik çəkdiyi sahədə мütəxəssislərlə мəsləhətləşərsə, istixarəyə ehtiyac qalмaz.

Aммa əgər bir мəsələni ağıl və мəsləhət yolu ilə həll etмək мüмkün deyilsə, tərəddüddə olan insan öz narahatçılığını istixarə yolu ilə aradan qaldıra bilər. Quran və təsbehlə istixarənin ən böyük əhəмiyyəti insanın narahatlıqdan çıxмasıdır. Belə bir istixarədə insan Quran və ya təsbeh yolu ilə Allahın ona xeyir yolunu göstərмəsini istəyir. Аrtıq bütün qapılar üzünə bağlanмış insan səмiмi qəlbdən мəsləhətli yolun göstərilмəsini Allahdan diləyir. Əgər bu iş ciddi diqqət və ixlasla görülərsə, təsirli olar. Allahın bu yolla insana xeyir yolu göstərмəsinin heç bir мaneəsi yoxdur.

Təbii ki, istixarə etмəyən adaм da qarşısındakı iki yoldan birini seçмəlidir. Bu sayaq tərəddüdlü hallarda insan səмiмi qəlbdən Allaha üz tutaraq istixarə vasitəsi ilə ən xeyirli yolu təyin edə bilər.

Allah sizə yar olsun.

Sual (24) : Salamun əleykum. İslamda ağılın rolu nə qədərdir hansı yerlərdə və necə ondan istifadə olunur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ağıl qiymətli bir qüvvədir ki, Allah taala onu insanın vücudunda qərar vermiş və bir neçə mərhələdən ibarətdir.
Nəzəriyyə ağılı: Bunun işi bundan ibarətdir ki, hadisələri dərk edib tanıyır və onun haqqında qəzavət edir.
Əməl və rəftarını kontrol edir və yaxud lazım olub- olmayanı dərk etməkdir. Həqiqətdə əməl ağılı həyatın gedişi üzərində əsaslanmışdır və onun qəzavəti isə bundan ibarətdir ki, bu işi görüm yoxsa yox?
O Cür ki, ağıl yaradılmışlardan biri hesab olunur və hər yaradılmışın bir məhdudiyyəti vardır. Bəs təbiidir ki, onun işi öz məhdudiyyətindən artıq ola bilməz. buna görə də ağılın işi və fəaliyyəti yaranmışların bir hissəsindədir, və Allahı tanımaq üçün də bir məhdidiyyəti var. Allahın həqiqəti ki hədsiz bir varlıqdır, onu dərk edə bilməz .
Ağılın buna qüdrəti var ki, şəriət və yaxud şəriətdən başqa işlərdə fəaliyyət göstərib onları dərk etməyə nail olsun. Baxmayaraq ki, bu iki mövzunun hər birində vəhydən ehtiyacsız deyil, və ağıl məad və əhkamların həqiqətini dərk etməkdən acizdir və şəriətin köməyinə ehtiyacı vardır.

Allah sizə yar olsun.
Sual (25) : Salamun əleykum. İslamda ağlın əhəmiyyət və rolu barədə bir qədər geniş bilmək istərdim.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ağıl kəlməsi və ondan tutulan kəlmələr lüğətdə başa düşmək, bilmək, möhkəm olmaq mənasındadır. [4832] 
Qurani kərimdə dərk və düşüncə mənasında gəlmişdir. [4833]  Rəvayətlərdə isə insanda olan yaxşı və doğru yolu seçən qüvvəyə deyilir ki, insanı şər və fəsadlardan ayırır. [4834] 
Termini mənasında isə ağıl bir varlıqdır ki, onsanlar onun vasitəsilə həqiqətləri tapır. Bunun üçün də, ağıl həqiqəti tapmaq deməkdir. Həqiqəti tapmaqdan əlavə isə, nəfsi saxlayıb ona şərəf vermək deməkdir. [4835] 
Ağıl müxtəlif mərhələlərdən ibarətdir.
Nəzəriyyə ağılı; ağıl nəzəriyyəsidir ki, insan onun vasitəsilə olub olmamağı, varlığı və yoxu təbiətdə, riyaziyyat, məntiq və ilahiyyata tamamıyla hikmət nəzəriyyəsini dərk edir.
Əməl nəzəriyyəsi: O yerdə işlənir ki, iman, iradə və məqsəd qarşıya qoyulsun; yəni o yerdə ki, bir işə başlamaq qarşıya qoyulsun.
Umumi ağıl: Yəni o ağıl, səy və fəaliyyətiylə həyatı qoruyub saxlayır. Umumi camaat belə bir qüvvəni ağıl adlandırır. [4836] 
Bir sözlə, nəzəriyyə ağılın işi həqiqəti dərk edib tanımaq və onun haqda qəzavət etməkdir. [4837] 
Əməl ağılı o qüvvədir ki, insanın iş və rəftarını nizamlayıb və yaxud olmalı və olmamalı işləri dərk edir. [4838] 
Həqiqətdə əməl ağılı insan həyatındakı elm əsasındadır. Əməl ağılının qəzavəti bundan ibarətdir ki, bu işi görmüş ya yox? [4839] 
Əməl ağılı imam Sadiq (ə)- ın sözlərində: İnsanın bəndəlik mərkəzi və behişti Allahdan qazanmaq sərmayəsi deməkdir.
"العقل ما عبد به الرحمن و اکتسب به الجنان" [4840] 
İnsanlara həyat bağışlayan islam dinində, ağıl yüksək bir məqama sahibdir.
Əllamə Təbatəbai Əl- mizan təfsirində deyir: Ağıl insan vücudunda olan ən qiymətli bir qüvvədir. [4841]  Allah taala Qurani kərimdə insanları üçyüz dəfədən çox bu ilahi qüvvədən istifadə edib bəhrələnməyə çağırır. [4842]  Əllamə Təba- təbainin nəzərində ağıl və təfəkkürün islamdakı məqamı o qədər böyük və ucadər ki, Allah Qurani kərimdə, hətta bir ayədə olsun belə bəndələrini düşünməməyə və ya bir yolu bilmədən arxada qoymağa dəvət etmir. [4843] 
Ağılın fəaliyyət məhdudiyyəti
Tarix və ağıl dəlilləri əsasında, insanlarda olan ağıl fəaliyyətinin məhdudiyyəti, təbiətin yaranması, şəriət hökümləri və Allahı tanımaq umumi bir haldır; yəni insan ağılı Allah taalanın həqiqətini tanımağa qadir deyildir; çünki hər bir varlıq sonradan yaranıb həyat tapdığı üçün sonsuz və nəticəsiz ola bilməz.
Ağıl Allahın yaratdığı insan və məxluq kimi bir varlıqdır, bunun üçün də məhdudiyyəti var və həddi olan bir şey həddi olmayan bir varlığı tanıya bilməz.
İnsan ağılı buna qadirdir ki, dünyanı, ondakı varlığı və ona hakim olan qanunları tanısın və onlar haqda höküm verib qəzavət etsin.
Hökümləri tanımaq üçün də ağıla etimad edirlər. Fiqh (əhkam) elmində, ağıl Quran və sünnətin kənarında əhkamı tanıyan dəlillərdən biri sayılır.
Usul elmində də ağılın yaxşını pisliklərdən ayıra biləcəyi mövzusunda da açıqlanmış və sabit olmuşdur ki, şəriətin qadağan və əmr etdiyi işlərdən itaət etməyi dərk etmək ağılın hökmüdür. [4844] 
Bunu da qeyd etmək lazımdır ki, islamda iki yerdə (usul) əqaidə və (furu) əhkamda yuxarıdakı höküm və məsələlər üçün ağıla yer vermişdir, baxmayaraq ki, ağıl bunlarla müxalifətçilik etmir, amma onların əsl həqiqətini dərk edə bilmir. Əhkamın (şəriətin) fəlsəfəsi və yaxud məada məxsus olan bəzi məsələlərin dərk olunması kimi, bu kiçik mövzuda ətraflı olaraq ona işarə etmək mümkün deyildir.
Əllamə Təbatəbai Fransalı "Henri Korbenin" soruşduğu sünnət, kitab və şəriətlə ağılın arasında əgər müxalifətçilik olarsa nə edilir? Sualın cavabında deyir: O zaman ki, kitab (Quran) bir başa ağılı dəstəkləyərək təsdiq edir və onu höccət qərar verirsə, heç zaman onların arasında müxalifətçilik olmaz. [4845] 
Bundan əlavə, Nəhcül- bəlağədə imam Əli (ə)- dan peyğəmbərlərin risaləti barəsində belə istifadə olunur ki, ağıl və şəriətin arasında müxalifətçilik yox bəlkə bir olub bir- birini təyid edirlər.
"... و یثیروا لهم دفائن العقول..." [4846] 
72Ağıl xəzinələrin onlar üçün açarlar. Həzrət bu mövzuda, peyğəmbərlərin besətinin fəlsəfəsi haqda buyurur: Allah taala peyğəmbərləri insanlara doğru göndərdi ki, onların gizli ağıllarını aşkar edib oyatsınlar.
İnsanın fitrəti və ağılı bütün həqiqət və baş verən hadisələrin xəzinəsinə bənzəyir, çünki peyğəmbərlərin dediyi hər bir şey insan fitrəti, ağılı və məntiqiylə bir olur. Usul elminin terminində (mulazimə qaydası) var ki, deyir:
"كل ما حكم به العقل حكم به الشرع" [4847] 
Hər hansı bir şey ki, hökm edir, şəriətdə ona hökm edir. Bunun əksidə doğrudur; yəni ("كل ما حكم به الشرع حكم به العقل")hər hansı bir şey ki şəriət ona hökm edir, ağılda ona hökm edir. Çünki şəriət hökümlərinin əslindən biri də ağıldır.
Bunun üçün də şəriət və peyğəmbərlərin açıqladığı hökümlər ağılla müxalifətçilik etmir. Onların dediyi hər bir şeyi ağıl dərk edir. Lakin şeytanın vəsvəsəsi nəticəsində insan onlardan qafil olur.
Peyğəmbərlər gəlmişlər ki, insanların xəzinə və diqqət mərkəzi olan ağıllarını onlar üçün oyatsınlar.
Nəticə: O cür ki, şəriət və ağıl bir- birinin kənarındadır və şəriət hökümlərində də həqiqətən fitrətlə heç bir müxalifətçiliyi yoxdur.
Buna görə də insan hər şeyi qəbul etmək üçün dəlil arxasınca gəzir ki, öz vicdanını bunlardan qane etsin. Həqiqəti tapdığı zaman ona əməl edir. Buraya qədər; yəni dünyanı və onda olan varlığı tanımaq, dünyadakı qanunlar və şəriət hökümləri ağıl çərçivəsindən kənar deyil. Bunların haqqında düşünərək, qəzavət edir, amma Allahın zat və həqiqətini tanımaq üçün, ağılın qüdrəti və düşüncəsi məhduddur və ona acizdir. İmam Əli (ə) bu mövzuda buyurur:
"... لم یطلع العقول علی تحدید صفته..." [4848] 
Ağılı Allahı tanımağa qüdrəti yoxdur... O cür ki, Allahın sifətləri onun həqiqətidir və Allahın həqiqəti aşkarda olan varlıqdan tamamilə başqa bir şeydir. Bəs kamal sifətləri elm, qüdrət, həyat, iradə və s. kimiləridir.
Bunlar ayerılıqda yox bəlkə Allahın zatının özüdür. Əgər onun zat və həqiqəti ondan ayrı deyildirsə, insan ağılı onu dərk edə bilməz və bundan əlavə onun məhdudiyyətini də təyin edə bilməz. bir sözlə, əgər insan məhdudiyyət çərçivəsində olan bir yaranmışdırsa, məhdudiyyəti olmayan bir varlığı dərk etməyə qüdrəti çatmaz. İmam Əli (ə) buyurur: Allah taala insan ağılını öz sifətlərinin həqiqətinə agah etməmişdir. Əlbəttə bu o demək deyil ki, Allah insanların onu tanımağına mane olmuşdur" çünki o həzrət öz xütbəsinin davamında buyurur:
"و لم یحجبها عن واجب معرفته [4849] "
Ağılla özünü tanımaqlığın arasında pərdə qoymamışdır; yəni Allah taala insanları onu tanımağa mane olmur. İmam Sadiq (ə) bu mövzuda buyurur:
"... فبالعقل عرف العباد خالقهم و انهم مخلوقون و انه المدبر و انهم المدبرون و انه الباقی و هم الفانون..." [4850] 
Ağıl vasitəsilə Allah bəndələri öz xaliqlərini tanıyır və bilirlər ki, onlar xəlq olunmuşdurlar. O hər bir şeyi idarə edəndir, onlar da onun idarəçiliyi altındadırlar, rəbbləri əbədi və özləri isə fanidirlər...
İnsan ağılı yalnız bunu bilir ki, dünyanın rəbbi var və o Allah üçün camal və kamal sifətlər vardır. Elm, qüdrət, həyat və s. kimi sifətlərə malikdir. Ağılın vəzifəsi də bu qədər dərk etməkdir və buna qüdrəti çatır. Allah taala bu yerə qədər ağılın Allahı tanımaqlığına mane olmur. Bundan artıq isə, Allahın zat və həqiqətini tanımaqdır, insan ağılı bundan acizdir və qüdrəti çatmır.
[4832]  Muin Məhəmməd, Fərhənge Muin, cild 1, ağıl kəlməsi.
[4833]  Səccadi, seyyid Cəfər, Fərhənge ulume fəlsəfi və kəlami, ağıl kəlməsi.
[4834]  Kuleyni, Usuli kafi, cild 1, səh 11.
[4835]  Kərəci, Amuli, istilahate fəlsəfi və təfavote anha ba yekdigər, səh 171- 172.
[4836]  Cavadi Amuli, Abdullah, Fitrət dər Quran, cild 12, səh 29- 30 və 397.
[4837]  Şəhid Mütəhhəri, dər qoftar, səh 30- 31.
[4838]  Cavadi Amuli, Abdullah, Rəhiqe məktum, cild 1, birinci hissə, səh 153.
[4839]  Şəhid Mütəhhəri, dər qoftar, səh 30- 31.
[4840]  Kuleyni, Usuli kafi, cild 1, səh 11, hədis 3
[4841]  Təbatəbai, Məhəmməd Hüseyn, Əl- mizan, cild 3, səh 57.
[4842]  Təbatəbai, Məhəmməd Hüseyn, Əl- mizan, cild 5, səh 255.
[4843]  Nəfisi, Şadi, əql gerayi dər təfsire qərn çahardəhom, səh 194- 195.
[4844]  Məliki İsfəhani, Müctəba, Fərhənge istilahate usul, cild 2, səh 279
[4845]  Kədivər, Möhsün, Dəftəre əql, səh 115
[4846]  Nəhcül- bəlağə, xütbə 1.
[4847]  Səbzivari, Seyyid Əbdüləli, Təhzibul usul, cild 1, səh 145, Muzəffər, Məhəmmədrza, usule fiqh 1, səh 217
[4848]  Nəhcül- bəlağə, xütbə 49.
[4849]  Nəhcül- bəlağə, xütbə 49.
[4850]  Kuleyni, Usuli kafi, cild 1, səh 33- 34
Allah sizə yar olsun.
Sual (26) : Salamun əleykum.Elm, din və ağıl arasında fərq varmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Elm kəlməsi üçün, üç məna qeyd olubdur: Bəzən elmin məsdər mənası var, yəni bilmək və tanımaq. Bəzən də ism məsdər mənası var, yəni bilik və tanışlıq. Bəzən isə məful və məful vəsfi mənasında, yəni nəzərimizdə olan bilinmiş. Bilinmiş o şeydir ki, biz onu anlamışıq.
Fars cümlələrində bəzən səhvən ya səhlənkarlıq üzündən, bilik kəlməsi, bilinmişə deyilir. Bu da bəzi cümlələrdə müğalitəyə səbəb olubdur. Məsələn: Biliyin təkamülündən ki, əslində mərifət sahəsində insanın özünün təkamülüdür, səhvən bilinmişlərin cövhəri dəyişikliyi və mərifət dənələrinin keyfiyyət cəhətdən inkişafı nəticəs alınıb. Halbuki, bu bilik ilə bilinmiş arasında olan səhvdən qaynaqlanın. Təkamül edən insanın biliyidir, nəinki, məlumat və digər biliklərin özü.
Elmin [110]  iki istilahı var:
a) Mütləq elm və düşüncə, həqiqətə uyğun olub- olmamasından asılı olmayaraq. Yəni insanların mərifətində zehni şəkil adıyla yaranan hər şey (Puperinin ikinci dünyası), və ya bir məsələ və xəbər kimi elm bazarında göstərilir ( Puperinin üçüncü dünyası)
b) Məxsusən o düşüncə ki, həqiqətə uyğun olsun. [111]  Elm və dinin ziddiyyəti məsələsində, elmdən məqsəd, təbii [112]  elimlərdir. [113] 
c) Təcrübəyə əsaslanaraq fiziki şeylərə və hadisələrə məşğul olan elm, nəticədə bu istilah, elm (knov ledge) barəsində qeyd olan iki istilahdan fərqlənir.
Əql kəlməsinin müxtəlif mənaları var. bizim əqldən məqsədimiz, külli məfhumları dərk etməyə qüdrəti olan bir qüvvədir. [114]  Əgər bu idrakda, istidlalın düzgün qayda və müqəddimələrindən istifadə etmiş olsa, aldığı nəticə də doğru olacaq.
Amma diqqət etmək lazımdır ki, ağılın dərk etmə əhatəsi külli məfhumlara aiddir. Və bundan qeyrisində, hiss kimi digər vasitələrdən istifadə olunur. Əlbəttə hissi idrakları təhlil etmək və onlardan nəticə almaq. Ağılın işidir. Ona görə də bəzən hiss xəta etdiyinə görə, ağıl da özünün nəticə almağında, səhvə düçar olur. [115] 
Din kəlməsi: Din boyun qoymaq, xuzu, itaət, ardıcıllıq, təslim və cəza mənasındadır. Qurandabəzən bəşərin qəbul etdiyi qayda- qanuna [116]  deyilib, bəzən isə batil dinlərə, məsələn Qibtilərin Bəni İsrail üzərində olan hakimiyyətini təmin edən, qayda- qanun məcmuəsinə [117]  və ya Hicaz bütpərəstlərinin qarətçi qanunlarına [118]  din deyilmişdir.
Deməli, Quan nəzərindən, din insanları tərbiyə etmək və cəmiyyətin işlərini idarə etmək üçün olan, əqaid, əxlaq və qanunlar toplusudur. əslində. Din yaranışın danışan dilidir ki, onun əsas hissəsi, insanı və varlıq dünyasını tanımağa və insanın əbədi xoşbəxtçiliyə yetişməsinin yol və üslubunun formasına şamil olur. Yalnız Allah tərəfindən tənzimləndikdə haqdır [119]  çünki, yalnız onun dünya və insan barəsində lazımı tanışlığı var. Və qanunlarını insanın mövcud qabiliyyət və gücü barəsində doğru tanışlığa əsasən, qoyur. [120] 
Elə ki, bizim din barəsində olan məqsədimiz, ilahi dinlərə məxsus oldu, onun üçün müxtəlif mərhələlər nəzərdə tutmaq olar.
1. Nəfsul- əmri din: Yəni insanları xoşbəxtliyə doğruhidayət etmək üçün, ilahi elimdə olanlar. İnsanların cövhəri eyni olduğuna görə, bu nüsxə də birdənədir. Deməli hamıya şamil olan olub və zaman və məkan vəziyyətinə bağlı deyil.
2. Mürsəl din: Yəni insanların hidayəti üçün, Allah tərəfindən Peyğəmbərlərə göndəriləndir ki, bir tərəfdən onun mənbəyi, nəfsul- əmri dindir. Ona görə də dünyaya şamil olan ünsürləri var, digər tərəfdən isə, müxatəblərin məkan və zaman mövqelərinə əsasən və dinin onlar üçün, göndərildiyinəslə uyğun olaraq, həmin zamana aid ünsürlərə malikdir.
3. Məkşuf din: Yəni ağıl və nəqlə müraciət etməklə, məfşul- əmri dindən ya mürsəl dindən insanlar üçün aşkarlananlar.
4. Nəhadi din: Yəni məkşuf dinin ümumiləşib və xasiyyətə çevrilib və camaatın bir qurupunun adəti formasını almış hissəsinə aid olur.
Quran "ان الدين عند الله الاسلام" [121]  buyurduğu zaman, nəfsul- əmri dini nəzərdə tutur. İslam dini, dinlərin sonuncusudur. Deyildikdə, mürsəl din nəzərdə tutulur. Müxtəlif şəxslərin dininə diqqət edildikdə, məkşuf din nəzərdə tutulur. [122] 
Bir dəstə dini sabit qalan, kitab və sünnət (mətn) bilirlər. Dini mərifəti də, kitab və sünnətə bağlı olan mərifət bilirlər, bunu təkidləyirlər ki, insanların zehinlərinə bağlı deyil və ümumi və haməya aid bir işdir, (Puperinin üçüncü dünyası) ona görə də dəyişiləndir. [123] 
Amma diqqət etmək lazımdır ki, belə bir istifadə, yuxarıda qeyd olunan məsələlərə əsasən, din kəlməsini onun dərəcələrindən birinə məxsus etməkdir. Bundan əlavə, əgər din həmin kitab və sünnət olsa, nəinki ilahi elm, löhi məhfuz və həqiqi aləmdə olan və sabit olan xarici həqiqət, onda da belə demək olar: Dəyişiklik belə bir dinə də şamil olur. Onu bu işdən uzaq bilmək olmaz, çünki, kitab və sünnət nəfsul- əmr din barəsində danışır. Kitab və sünnətə olan, mərifət, başqa bir mərifətə olan elimdir. Kəlam, usul. Rical və din fəlsəfəsi elimlərində olab fərqli nəzərlərlə, kitab və sünnətin dairəsi dəyişilir. Məsələn: Əgər usul elmində siqənun (düz danışan) sözünü höccət və mötəbər bilsək, dairəsi deyilən mənaya, dəyişiləcək. [124] 
Din qərb alimlərinin baxışında:
Qərbdə din barəsində olan təriflər adətən xüsusi bir baxışladır. Məsələn: Psixologiya alimləri belə deyiblər: Din insanların tənha qaldıqları zaman, onların təcrübə, iş və hissiyyatlarıdır, o zaman ki, özlərini ilahi adlandırdıqları şeyin qarşısında görürlər. (vilyam Ceymiz)
Sosiologiya alimləri tərəfindən din belə tərif olubdur: İnsanların düzəltdiyi inanc, əməl, adət və xasiyyətlər toplusudur. (Talkut Darsun).
Təbiət elmi alimləri nəzərindən, din əmr və nəhylər toplusudur ki, istedadlarımızın azad əməl etməsinə mane olur. (Raynax)
Dini nəzərdən, din bu həqiqətə etiraf etməkdir ki, varlıqların hamısı, bizim elm və mərifətimizdən yuxarı olan bir qüvvənin təcəllisidirlər. (Herbert Espenser). [125] 
Bizim fikrimizcə, hərtərəfli tərif bu cümlədə gəlibdir: Din son həqiqət məfhumu ətrafında nizam- intizama salınan, etiqad. əməl və hissiyyat (fərdi və cəm) toplusundan təşkil olmuşdur.
Etiqadlar, doğru və yalanı qəbul edən xəbərlərdir. Hər dinin etiqadları, o dinin qəbul etdiyi xüsusi əmələri və əlaqələri yozur. [126]  Nəticə budur ki, elm tərəfindən birinə əsasən, həqiqətə uyğun olan düşüncədir. Baxmayaraq ki, qəlbdə elm və dinin ziddiyyətindən ya əlaqəsindən bəhs edən zaman, təbii elimlərə məxsus (science) işlənir və aöıl da ümumi şeyləri dərk etmək qüvvəsidir. Din, Peyğəmbərlər vasitəsilə və vəhy yolu ilə camaata yetişən ilahi hidayətlər toplusundan ibarətdir.
Bu üç nəzərin arasında olan fərq və təzadları araşdırmaq üçün, bəhsi iki başlıqla açıqlayırıq:
1. Ağıl və din (Ağıl və iman)
Məsihi maarifində, Həzrət Məsih (ə) ın dilində təhrif olduğuna görə, belə hiss olundu ki, ağılın qəbul etdikləri ilə məsihi etiqadları arasında ziddiyyət və uyğunsuzluq var. Bunun ardınca alimlər arasında iki əsas sual açıqlandı ki, ağılın din çərçivəsində yeri var ya yox? Baxmayaraq ki, heç kəs imanı anlamaq üçün ağıldan istifadə etməyə bir söz deməyib, amma əsas sual budur ki, ağılın imanın təsir sahəsində nə yeri var? Yəni insanın imanının doğruluğuna qane edici dəlilləri üç fikir formalaşdı:
a) İfratı ağıl tərəfdarlar: Yəni kafi olmayan bənzətmələrə əsasən qəbul olunmuş hər bir etiqad, tənqid və etiraza layiqdir. Dini etiqadlar sistemi o zaman qəbul olunur ki, onu doğruluğunu isbat etmək olsun, belə ki, aqil insanların hamısı qane olsun.
Keliford, İngilis riyaziyyatçısı və can, Lak belə bir əqidədə idilər. Akvians da deyirdi ki, məsihiliyin həqiqətini, dəqiq əqli araşdırmalarla, qane edici formada aydınlaşdırmaq olar. Amma ağıl və imanın yolu ayrıdır. Biz imanın ardınca getməliyik, nəinki ağıl Suin Bernin fikri də ifrati ağıl tərəfdarlarına çox yaxındır.
b) İman tərəfdarları: Bu nəzəriyyə, dini etiqad sistemlərini ağıl cəhətdən araşdırmaq mövzusu bilmir. Dini etiqad sistemlərinin elə əsaslı olduğunu iddia edirlər ki, onları isbat etmək üçün heç bir möhkəm bir şey tapmaq olmaz. "Kirke Qard" [127]  bu nəzəriyyənin sahibi idi. O ağılın imanla zidd olduğunu idia edirdi.
Amma bu nəzəriyyə, bu məsələdən xəbərsiz idi ki, xalis bir möminin etiqadları bu mənada əsaslıdır ki, onun həyatı üçün hərtərəfli və əsaslı bir yol göstərən ələ verilər və onun üçün hədəf və dəlillər yaradırlar. Amma bu işdən, bu etiqadların əsaslı olmasını nəticə almaq olmaz. Bu mənaya ki, şəxsin digər etiqad və məlumatlarından daha məlum və daha çox dəlalət edəndir.
c) Tənqidçi ağıl tərəfdarları: Bu nəzəriyyə bunu açıqlayır ki, dini etiqad sistemlərini, ağıl sahibləri tənqid və araşdıra bilər və etməlidirlər. Baxmayaraq ki, belə sistemlərin tam isbatı mümkün deyil.
Bu üslubda, birinci hamı üçün isbat etmək yerinə, müəyyən şəxslər üçün isbat etməklə kifayətlənib. (Corc Mavods deyirdi: İsbat etnək məfhumunu müəyyən şəxsə bağlı olduğunu bildirmək lazımdır.)
İkinci: Heç vaxt əminliklə hökm vermək olmaz ki, dini etiqadların həqiqət və etibarı barəsində olan bəhs, son nəticəyə yetişmişdir. Bu termin müəyyən qədər Puerin nəzərində olan terminə uyğundur. [128] 
Amma İslamda, aöıl dini tanıma mənbələrindən hesablanmışdir. Etiqadi [129]  bəhslərdə ilk söz aöılındır. Bu o qədər mühümdür ki, təqlid üzündən və dəlil qəbul olunan əqidə, dəfələrlə Quranda [130]  pislənib və tənqid olunmuşdur. [131]  Hətta qəti nəzərə görə, kitab və sünnətin zahiri hökmü ağılın xeyrinə dəyişilir.
Hökm və fiqhdə də, ağıl fiqhin və hökmü ələ gətirməyin mənbələrindən biri sayılır. Yəni ağılın dəlil yolu ilə və yəqini formada ələ gətirdiyi aydın hökm və qanunlar, şəri hökümlər və dini mənaları kəşf etməkdə, bitişik və ayrı əsil göstəricilər kimi, dəxalətləri var.
Ağıl, həm nəfsul- əmri dinə əl tapmaq üçün bir vəsilədir və həm də mürsəl dini kəşf etmək üçün bir dəlildir, çünki nəfsul- əmri dinə üç yolla əl tapmaq olar.
a) Xüsusi bir dəstəyə aid olan, vəhy və müşahidə yolu.
b) Nəql, yəni vəhy və müşahidə yolu ilə aşkarlanan şeyin, açıqlanması.
c) Ağıl.
Amma mürsəl dini kəşf etmək üçün iki yol var: Mötəbər nəql və ağıl. Əgər nəql, ağılın kəşf etdiyini açıqlasa, nəqli dəlilin irşadi olmasına dəlildir. [132] 
Başqa sözlə, ağıl bəzi biliklərə nisbət meyar və digərlərinə nisbət, çıraq (işıq) və bəzi yerlərdə, şəriətin zəruriliyi ya şirkin batilliyi əsli kimi ki, bu yerlərdə vəhyin öz nəzərinibildirməsinə baxmayaraq, nəzər insanların ağıllarında saxlanılan xəzinələrdir. Həzrət Əli (ə) buyurmuşdur: "Peyğəmbərlər ağıl xəzinələrini camaata aşkarlamaq üçün gəliblər." [133]  Burda ağıl vəhyin müqabilində deyil, əksinə ağıl və vəhy, ilahinin hidayətinin iki dərəcəsidirlər. Belə ki, vəhy ağıldan əvvəl və ağılda vəhyə nəzarət edəndir və onların hər ikisi ilahi höccətdirlər [134]  və heç biri digərinə qarşı çıxmır.
b) Ağılın çıraq olması: Ağıl şəriət hökümlərini ələ gətirməkdə, çıraq kimidir və höcciyyəti var. Quran, sünnət və icmanın kənarında fiqhi mənbələrdən sayılır.
Bu rol iki formada ifa olur: Bəzən icma kimi əməl edir, yəni icma məsumun sözünü aşkar etmək cəhətdən mötəbər və höccət olduğu kimi, ağıl da bəzən Quran sünnəti aşkar etmək üçün çalışır və bu yolda Quran və sünnətdən əxz olunmuş itaətkarcasına mənbələrdən istifadə edir (ağıla məxsus qeyri müstəqillər). Bəzən də ağılın mənbə və vəsilələrini şəri hökmü əldə etmək üçün, ortaya qoyur ki, bu halda Quran və sünnəti kimi əməl edir (ağıla məxsus müstəqillər).
d) Ağılın açar olması, bu mənayadır ki, ağıl elə ki, çıraq kimi şəriətin hökm və qanunlarını özünün varlıq üfüqündə ümumi məfhumlar formasında, mücərrəd və sabit aşkar etdi, ondan sonra şəriətin məhdudlaşdırılmış yerinə girmək haqqı yoxdur. Məsələn: Ağıl yalnız məsumun sözünə istinad etməklə hökümlərin xüsusiyyətilə məşğul olmaq vəzifəsi var və bu həddən çox, ağılın öhdəsindən xaricdir. [135] 
Hər halda, qeyd olunan yerlərdə ağılın hökmü, İslam nəzərindən qəbuldur. Təkcə doğru və yalanı qəbul edə bilən məlumatlarda (etiqadlar) ağılın təsdiq etməsinə ehtiyac yoxumuzdur, əksinə hökümlər (əməllər) və əxlaq bölməsində də, ağıl mənbələrdən sayılır. Bəli, qeyd olunduğu kimi, bəziyerlərdə ağıl öz nəzərini bildirə bilmir, məsələn, elə etiqadi məsələlər var ki, ağılın fövqündədirlər ki, belə yerlərdə, ağılın təsdiqinə ehtiyacımız yoxdur. Amma bununla belə, ağıl onları inkar etməməlidir. Axirətə aid məsələlər və xüsusiyyətlər bu qəbildəndir. Əslində, Peyğəmbərlərin hədəflərindən biri, ağıl yolu ilə onları tapmağın mümkün olmadığı şeyləri təlim etməkdir." يعلّمكم ما لم تكونوا تعلمون" [136] 
Allah bu ayədə " يعلمكم ما لم تعلموا "buyurmadı: Yəni, sizin bilmədiyinizi öyrətdi" buyurmadı, əksinə belə buyurdu: "Elə bir şey sizə öyrətdi ki, sizin onu əldə etmək üçün heç bir yolunuz yoxunuz idi. [137] 
2. Elm və din
Bu barədə islamın nəzərini öyrənməmişdən öncə, bu məsələnin tapılma yerinə yəni, qərb dünyasına və qərb alimlərinin nəzərlərinə diqqət etməyimiz lazımdır.
Kilsənin elm əhli ilə, Qalilə və sair kimi mübahisəsi və kilsənin təcrübəli elimlərin alimləri ilə nalayiq yanaşmasında və digər tərəfdən, elmi faktların sabit olması macərasında, üç əsas məktəb və cərəyan qərbdə zühur etdi:
a) Elm və dinin bir- biri ilə rəqabətini və hətta ziddiyyətini iddia edən məktəb və nəzəriyyə.
Bir dəstə ifrata varan məsihilər kimi, elm və dinin ziddiyyət məsələsində, müqəddəs kitabdan ələ gələn iddiaların əsas olduğunu dedilər. Digərləri isə onların əksinə, təbiət meyilli təkamül nəzəriyyəsinə üstünlük verirdilər və yəkamül həyatı nəzəriyyəsini qəbul etməklə, yalnız fiziki təbiətin həqiqət və reallığı var məsələsi ilə birlikdə, "Hakseli" kimi, məsihiliyi Allaha inanan formaları ilə inkar edir, və insanın heç bir gizli hədəfinin qarşısında olmadığını deyirdilər.
b). Bu iki məktəbin müxtəlif nəzərlərdən biri- birindən fərqli olduğunu iddia edən nəzəriyyə. Navar Todoksi, dini eqzestansialism, pozotivismvə camaat arasında yayılmış dilə əsaslanan fəlsəfə, bu dəstədən sayılırlar.
6Karl Bat ki, Navar Todoksi idi, deyirdi: Mövzu baxımdan ilahiyyatın mövzusu, Allahın Məsihdə təcəlli etməsidir, amma elmin mövzusu, təbiət aləmidir. Üslub baxımdan, Allahı yalnız təcəllisi yolu ilə bizə tanıtdırmaq olar, amma təbiətin təsir sahəsini insanların ağlının köməyi ilə tanımaq olar. Dinin hədəfi, insanı Allahla qarşılaşmağa hazırlamaqdır, amma elmi mərifət, təcrübə dünyasına hakim olan nümunələri tanımağın ardıncadır. Deməli bu iki sahə, üç cəhətdən bir- birindən fərqlənirlər və ona görə də bir- birinə qarışmırlar.
Kirke Qard ki, eqzistansialismin əsasını qoyanlardan sayılır, deyirdi: "Elmi mərifət, qeydi şəxsi və həqiqi mərifətdir, amma dini mərifət, dərin zehni və şəxsi mərifətdir."
Elmin mövzusu, maddi əşyalar və onların işlənməsi və roludur. Dinin mövzusu isə, şəxsi və əxlaqi həqiqətlərdir. Dini mərifətin hədəfi, mömin ilə Allah arasındakı rabitəyə düyünlənib. Dini, şövq və hissiyyatsız bir elmi terminlər çərçivəsində düşünmək olmaz.
Pozitivismin əqidəsi budur ki, elmi nəzəriyyələri digərlərindən fərqləndirən xüsusiyyətlər bunlardır: Ümumi imtahanı qəbul etmə və təcrübə. Ona görə də elm, mərifət əldə etməyin tənha ağlasığan üslubudur. Yalnız təcrübi reallıqlar, mənalı dilin qayıtmaq yeridir. Dinin dili əsasən Allah ruh və ruhun əbədiliyi kimi qeyri təcrübi reallıqlara, şamil olduğundan, mərifət cəhətdən etibarsiz və mənasızdırlar. Vitqenişteyn ki, onun fəlsəfəsi insanlar arasında yayılmış dilə əsaslanır, belə deyirdi: dilin müxtəlif işlədilmiş mənaları var. elmi dilin hədəfi, bir növ uzaq görənlik və kontrol etməkdir. Amma ilahiyyatda, dil dua və rahatlıq əldə etmək kimi məqsədlər üçün işlədilir. Deməli elm və din, mövzu, üslub və hədəfləri fərqli olan, bir- birindən tam fərqli və ayrı iki fəaliyyət sayılırlar.
c). Elm və dinin arasında etibarlı bağlılığa etiqadlı olan nəzəriyyə, baythed dini və elmi təcrübələrin məlumatlarına əsasən, reallıq barəsində hərtərəfli bir izah verməyə çalışdı. Mekki deyirdi: Elm və ilahiyyat vahid mövzular üçün, fərqli üslub və hədəflərə əsasən, fərqli açıqlamalar verməyə çalışırlar. Elm hadisələrin səbəbləri ardınca, ilahiyyat isə hadisələrin mənalarınıtapmağın ardıncadır. Ona görə də, ən kamil mümkün olan düşüncəni əldə etməyimiz üçün, həm kəlami izharlara ehtiyacımız var, həm də elmi izahlara.
Mekkenin cavab verə bilmədiyi məsələ budur ki, ziddiyyətlə qarşılaşan zaman nəhayət nə etmək lazımdır, məsələsidir?
Soin Bern deyirdi: Elm və ilahiyyat, açıqlama zamanı sahib olduqları xüsusi üslublara əsasən bir- birindən fərqlənirlər. Elmi açıqlama. Zati istedad və qüvvələri, düşüncə sahibi olmayan fiziki həqiqətləri, diqqət mərkəzində qərar verr, amma dini açıqlama, Allahın felindən yaranan xüsusi hadisələri (ağıllı bir iş görən kimi) diqqət mərkəzində qərar verir.
Əlbəttə, bir dəstə, elmin vəzifəsinin açıqlama olmasını qəbul etmirlər, əksinə elmin bacarıqlarını qabaq görənlik və kontrol işində bilirlər. Bəziləri də din barəsində deyirlər: Dinin əsl vəzifəsi açıqlama deyil, əksinəfərdi və ictimai yaşayışın tənzimlənməsi kimi, digər vəzifələr onun öhdəsindədir. [138] 
Amma islamda, Quranın təhrifdən hifz olmasına görə, elmi və dini mühit belə söz- söhbətlərdən o cür şiddət və genişliyi ilə uzaq olubdur. Elmin yeni kəşflərinin Quranla ziddiyyəti hiss olunmadığından əlavə, əksinə Quranın elmi möcüzəliyini aşkarladı. Əlbəttə qeyd etmək lazımdır ki, Quranın ayələrinin 10%- dən çoxu, müxtəlif sahələrdə elmi bəhslərə məxsusdur.
Quranın elmi olmasının izahı barəsində üç nəzəriyə var:
1. Bir dəstə deyirlər, Quran bütün elimlərə şamildir, ona görə də onu elmi kəşflərlə tətbiq edirlər.
2. Başqa dəstə Quranın elmi təfsir və izahının müxalifidirlər. Elmi təfsiri Quran ayələrinin hədəf və məqsədlərinin müxalifi bilirlər.
3. Digər bir dəstə, ehtiyat və ehtimala riayət etməklə, zamanın qəti elmi kəşflərinə əsasən, Quran ayələrini təfsir edirlər.
4. birinci nəzəriyyə, Quran ayələrinə [139]  istinad etməklə, hər şeyin Quranda gəldiyini iddia edirlər. "تبيناً لكل شى" [140]  "Amma diqqət etməyiblər ki, Quran bəşərin hidayət və xoşbəxtliyi üçün nazil olubdur. Zamanın müxtəlif elmi ixtisaslarına şamil olan, elmi ensiklopediya deyil. "Kulli şəy"- dən məqsəd, onların hamısının hidayəti qayıtması olan şeylərdir. "تبيان لكل شىء و هدى و رحمة..." Yəni Quranın hərtərəfliliyi bəşərin hidayətliyi mənsəbindədir. [141] 
Başlanma və məad və ideal əxlaqa və sairə aid olan alimlər kimi ki, camaat hidayətlərində onlara möhtacdırlar və Quran bunların hamısını bəyan edir. Əlbəttə tərbiyəvi hədəfə yetişmək üçün, bəzən təbii və varlıq tanıma məsələlərindən də istifadə etmişdir. [142] 
Elmin aydınlaşdırması sayəsində, Quranın elmi möcüzələri özünü göstərə bilir və Quran və islamın haqq olması, yəni bilik və zəmanə elminin aşiqləri üçün aşkarlanır.
Ikinci dəstə, elmi təfsir və izahın dinin və alimin ixtilaflı olmasına səbəb olmasından qorxub, Quranın belə bir təfsiri ilə müxalifətçilik edirlər. Amma xəbərləri yoxdur ki, əgər Quran qəti və danılmaz həqiqətlər əsasında təfsir olsa, heç bir ziddiyyət qarşıya çıxmayacaq. Ona görə də üçüncü dəstə, Quranın elmi təfsiri üçün, şərtlər irəli sürürlərki, öz yerində geniş şəkildə müzakirə olubdur. [143] 
Bundan əlavə, məkşuf din ilə müqayisədə belə bir ziddiyyətin hiss olunması mümkündür nəinki nəfsul- əmri və ya mürsəl dində, heç kəsdə onun din barəsində olan müşahidələrinin hamısının yüz fayiz doğru olduğunu iddia etməyibdir.
[110]  Knowledge
[111]  Müraciət edin: Məhdi Hadəvi Tehrani, İnanclar və suallar, səh 153- 162, İctihadın kəlami əsasları, səh 377- 379
[112]  Natural Sciences.
[113]  Müraciət edin: Elm və din, Əyan barbur, tərcümə, Bəhauddin, Xürrəmşahi, səh 9 
[114]  Məhəmməd, Hüseynzadə, Dini mərifətin əsasları, səh 36- 44
[115]  Hadəvi Tehrani, İnanclar və suallar, səh 16- 17
[116]  ""كذلك كدنا ليوسف ما كان ليأخذ اخاه فى دين ملك"" "Biz bu cürə Yusifi hidayət etdik, ta bu hiylə ilə öz qardsaşını; Misir sultanıının qayda- qanunlarına əsasən yanında saxlasın." Yusif, ayə 76
[117]  Firon öz ardıcıllarına deyir: ""انى اخاف ان يبدل دينكم"" "Mən ondan qorxuram ki, Musa sizin dininizi dəyişə" Qafir, ayə 26
[118]  "لكم دينكم ولى دين"" "siz öz dininizlə (batil) olun, mən də öz (haq) dinimlə olum." Kafirun, ayə 6
[119]  Nəsr, ayə 2, Bəqərə, ayə 193, Ənfal, ayə 39, Əraf, ayə 29, Tövbə, ayə 29- 33, Həcc, ayə 62
[120]  Müraciət edin: Şəriət mərifət güzgüsündə, Cavadiyi- Amili, səh 93- 97, İnanclar və suallar, səh 16- 17 
[121]  Ali- imran, ayə 19 "Allah yanında din islamdır."
[122]  Hadəvi Tehrani, İctihadın kəlamı əsasları, səh 348- 389
[123]  Suruş, Şəriətin kiçilib- böyüməsi, səh 182- 184- 245
[124]  Hadəvi Tehrani, inanclar və suallar, səh 153- 162
[125]  Can Hik, Din fəlsəfəsi, tərcümə Bəhram Rad, səh 23- 24, müraciət edin: İctihadın kəlamı mənbələri, Hadəvi Tehrani, səh 384.
[126]  Maykl Peterson, ağıl və dini etiqadlar, səh 18- 22 .
[127]  Kierkegaard.
[128]  Maykl Peterson, ağıl və dini etiqad, səh 69- 95, Hadəvi Tehrani, İnanclar və suallar, səh 49- 58
[129]  Quran Zumər surəsinin 17- 18- ci ayəsində buyurur: ""فبشر عباد الذين يستمعون القول فيتبعون احسنه اولئك هديهم الله و اولئك هم اولو الالباب" " Yeddinci İmam (ə) Hişama buyurdu: Allah bu ayə ilə ağıl sahiblərinə müjdə vermişdir. Töhəful- uqul, səh 404. bu ayə 69bunlara işarə edir: 1. Allahın bəndəsi belə olur və Allaha bəndəlik üçün lazımdır ki, (فيتبعون احسنه) 2. Sima və istima arasında fərq var. sima eşitməkdir, baxmayaraq ki, eşitmək istəməsin. Amma istima qulaq asmaqdır. Yəni onlar deyənləri diqqətlə dinləyirlər. Belə deyil ki, dieyilənləri onun mənasını dərk etmədən rədd etsinlər. 3. onları araşdırıb və xəlbirdən keçirib və ən taxsısına tabe olurlar. ((فيتبعون احسنه)) 4. Burada ağılın hidayəti olmasına baxmayaraq, amma Allah onları ilahi hidayət bilir. 5. ağıl və fikir nemətindən bəhrələnməyən insan heç və puçdur. Necə ki, badamın əsası onun məğzi (içi)– dir. ("اولئك هم اولوالالباب"
[130]  Bəqərə, ayə 170, Maidə, ayə 104, Ənbiya, ayə 53- 54, Şuəra, ayə 74, Züxruf, ayə 23
[131]  Tuhəful- uqul, səh 404- 425, İslamda təlim və tərbiyə, Şəhid Mütəhhəri, səh 17- 30 və 175- 195
[132]  Şəriət mərifət güzgüsündə, səh 335, İctihadın kəlamiəsasları, səh 384- 389
[133]  "و يثيرولهم دفائن العقول"" Nəhcul- bəlağə, xütbə 1
[134]  Yeddinci imam (ə) ,Hişama buyurur: "Allahın insanlara iki höccəti var. biri daxili höccət olan ağıldır, o birisi isə xarici höccət olan vəhydir. Töhəful- uqul, səh 407, Müraciət edin: İslamda təlim və tərbiyə, Şəhid Mütəhhəri, səh 17- 30 və 175- 195 . İslami əxlaq, Muhyiddin Hairi Şirazi, səh 5- 17
[135]  Cəvadi Amili, Şəriət mərifət güzgüsündə, səh 190- 194
[136]  Bəqərə, ayə 150
[137]  Üsuli Kafi, əql və cəhl kitabı, cild 1, səh 12, hədis 12, Müraciət edin: Şəriət mərifət güzgüsündə, səh 110 və 344, İnanclar və suallar, səh 48
[138]  Əql və dini etiqad, səh 358- 396
[139]  Nəhl, ayə 89, Ənam, 38- 52, Səba, ayə 3, Əraf, ayə 52, Furqan, ayə 6
[140]  Nəhl, ayə 89
[141]  Maidə, ayə 15- 16
[142]  Əlmizan, cild 12, səh 325
[143]  Bu şərtlər bunlardır: 1). Təfsirin qanunlarına riayət etmək. 2). Qəti elmi qanunlara əsalanmaq, nəinki hisi və güman yolundan ələ gələn nəzəriyyə və fərziyyələrə. 3). Quranın rütbə və dərəcəsinə diqqət etmək. 4). Ayələrin uyğunluğuna riayət etmək. 5). Şərin qəti həqiqətləri ilə ziddiyyətin olmaması. 6) Elmi qanunun diqqət mərkəzində olan ayə ilə əlaqəsi olması. Daha çox məlumat əldə etmək üçün, Müraciət edin: Nasir Rəfii Məhəmmədi, Quranın elmi təfsiri kitabı, cild 2, səh 176- 219.
Allah sizə yar olsun.
Sual (27) : Salamun əleykum.Əgər bəzi dini qanunlar və islami məsələlər bizim əqli dəlillərimizlə təzad və tənaqüzə çatarsa, biz də cavab həll yolu üçün çalışsaq, amma nəticəyə çatmasaq vəzifəmiz nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ağıl, kamal yolunda insanın əlindən tutan batini höccətdir (insnanın öz içindəki höccətdir). Şəriət (din) kənardan olan bir höccətdir ki, insanlara çirkinliklərdən nicat verir və onları kamal və səadətə doğru hərəkətə sövq edir. Bu əsasa görə, zahiri və batini höccətlərinin bir-birinə zidd olması mümükün deyil. Höccət, dəlil və yolgöstərən mənasındadır. Yolgöstərən o kəsə deyilir ki, məqsəd və axır nöqtəni yaxşı tanısın. Əlbəttə, qeyd edək ki, zahiri və batini höccət müstəqil olaraq, bir-birindən ehtiyacsız deyillər. İnsan o vaxt hədəfə çatar ki, bu iki yol göstərən arasında həmahənglik olsun və onlar əl-ələ versinlər. Bu cəhətdən əgər əqli üsullar dini həqiqətlərlə üst-üstə düşməzsə, ya əqli bürhan və istidlalların müqəddəməsi və məntiqi qaydaları riayət olunmayıb, ya da bəyan etdiyi məsələlərdən düzgün nəticə çıxarmamışıq.
Daha geniş cavab
İslami təlimlər və əqlaniyyət arasında təzad rəva deyildir. Əlbəttə, bəzən islama aid olmayan məsələləri islam dininə mənsub etmək, əqlani istidlallardan kifayət qədər bəhrələnməmək, müqəddəməni düzgün qurub və ya əqldən xas məna seçib hədəfə çatmağımıza mane törədir. Bu bəhsin müxtəlif tərəfləri ilə tanış olmaq üçün aşağıdakı nöqtələrə diqqət yetirmək zəruridir.
1) Əqli və əqlaniyyət islam fəlsəfəsi baxımından:
İnsanın ən üstün üstünlüklərindən biri onun təfəkkürüdür qüdrətidir. Təfəkkür daxildən qaynaqlanan feldir ki, məfhumların üzərində əncam olunur və qabaqcadan bizdə olan məlumat əsasında məchul məsələlər həll olunur. Təfəkkür yolu ancaq əqli müqəddəmələr əsasında təşkil olunmuş qiyasi yoldur. Müqəddəmlər öz-özlüyündə aydın olan əvvəliyyələrdən (bədihiyyatı əvvəliyyə-ilk zehnə gələn mənalar) əsasında təşkil olunub, ya da onlarla tamamlanır. Bu ibtidai fəlsəfə, riyaziyyatda və bir çox fəlsəfi elmlərin məsələlərində istifadə olunan qiyaslar kimidir. Əqli yol ilə təcrübü yol arasında fərq bundan ibarətdir ki, əqli üslubda əsas söykənəcək bədihiyyati əvvəliyyədir.(ilk zehnə gələn aydın mənalar), amma təcrübi üslubda təcrübə əsasında olan müqəddəmələrdir. [174]  İslam fəlsəfəsi varlıq tanımaqlıq, Allahtanımaqlıq və insantanımqlığı əqli üslub kimi seçmişdir.
2) Peyğəmbərin yolu və əqli yol:
Əslində peyğəmbərlərin insanları haqq və həqiqətə dəvət etdiyi yolla insanın düzgün və məntiqi istidlallar vasitəsilə ələ gətirdiyi yol arasında fərq yoxdur. Fərq ancaq bundadır ki, peyğəmbərlər qeybi köməklərdən yararlanır və vəhyin zülal çeşməsindən bəhrələnirlər. Bu böyük şəxsiyyətlər mücərrəd aləmə əlaqələrinə baxmayaraq adi insanlar kimi, onların fəhm və dərk qüdrəti çərçivəsində söz deyir və insanlardan istəyirdilər ki, hamıda olan bu fitri qüdrətdən istifadə edib möhkəm və məntiqi istedal və dəlillərə əl atsınlar. Beləliklə peyğəmbərlərin məqamı insanları bəsirətsiz və ancaq kor koranə itaət etməyə dəvət etməkdən çox çox yüksəkdir (yəni peyğəmbərlə əsla belə iş görməyiblər) Quran buyurur: “De ki, bu mənim yolumdur və mən və mənim ardıcıllarım kamil bəsirət əsasında bütün insanları Allaha tərəf dəvət edirlər.” [175] 
Bu mənada, din və əqilin yaxud hikmətin yolu birdir və bir-biriləri ilə heç bir ixtilafları yoxdur. Həqiqi din insanları dəvət edir ki, əqli dəlillər vasitəsi ilə mücərrəd (metafizik) aləmə iman gətirsinlər. Əql və nəql (rəvayətlər) bir birindən ayrılmazdılar. Hikmət və fəlsəfə əslində kitab (quran) və sünnətdə olan mətləblərə dərin bir baxışdır. Fəlsəfə və din bir həqiqətin iki çöhrəsi bir reallığın iki təzahuru hesab olunur. Əql insanların içərsində olan höccətdir və onları kamal yoluna hidayət edir. Şəriət insandan xaricdə olan höccətdir və onu günah və çirkinliklərdən nicat verir, onu kamal və səadət yoluna sövq edir. İmam Kazim (ə) buyurur ki, Allah insanlar üçün iki höccət qərar vermişdir: zahiri höccət və batini höccət. Zahiri höccət Allah elçiləri, peyğəmbərlər və imamlardır. Batini höccət ağıllardır (əql) [176]  Buna görə də zahiri və batini höccətlərin bir-birinə zidd olmaları mümkün deyil. Höccət, dəlil və yolgöstərən mənasındadır. Yolgöstərən o kəsdir ki, yol, məqsəd və son hədəfə yaxşı bələd olsun. İmam Kazim (əleyhissalam)-dan nəql olunan rəvayətə əsasən, vahid Allaha çatmaq üçün iki yol göstərənimiz var: daxildən və xaricdən. Əlbəttə, diqqət etmək lazımdır ki, bu iki höccət (batini və zahiri) müstəqil və bir-birindən ehtiyacsız deyillər. İnsan ancaq o vaxt hədəfə çata bilər ki, bu iki yol göstərən həmahəng olsunlar və əl-ələ versinlər.
Zahir höccət (peyğəmbər və imamlar) əqlaniyyətə yad deyildir. Belə ki, feyz vasitəsi (Məsum) hamişə kamil əqldir və Yusif surəsinin 108-ci ayəsində bəsirət kəlməsi bu mətləbi gözəl şəkildə aydınlaşdırır. İslam Peyğəmbəri (səlləllahu əleyhi vəalihi və səlləm) buyurur ki, ağlı olmayanın dini də yoxdur. [177]  Batini höccət (əql) də şəriət və dindən ehtiyacsız deyil. İmam Hüsyen (əleyhissalam)-ın buyurduğuna görə ağlın kamilliyi onun Haqdan itaət etməsindədir. [178]  Quran da buyrur ki: “Allah haqdır [179]  və həqiqət Onun tərəfindədir. [180] ” Beləliklə, haqqa itaət etməklə ağıl kamilliyə çatır və Allahın 18əmrlərindən biri də zahiri höccətə tabe olmaqdır. Quranda buyurur: “İtaət edin Allaha, peyğəmbərə və peyğəmbəri vəsilərinə.” [181] 
Mühüm nöqtə budur ki, dinin uca həqiqətləri Dekartın nəzərində olan cüzi, diqqətlə hesab çəkən ağılla (Dekartın nəzərində küllü ağıl məna daşımır və ona işarə etmir. Onun bütün diqqəti ölçüb biçən, qabağı fikirləşən ağıla yönəlib) praqmatizm məktəbində qəbul olunan ağılla (praqmatistlər o ağılı qəbul edirlər ki, təcrübi müşküllərimizdə düyünləri açsın) ya da Kant nəzərindən nəzəri ağılla (Kantın nəzərinə görə nəzəri ağıl məsələlərin həllində zəifdir və əqli qanunların bu sahədə heç bir əməli dəyəri yoxdur) zidiyyət təşkil edir.
Məlumdur ki, qəhrəmanlıq, özünü fəda etmək, şəhadət, başqalarına kömək əli uzatmaq, qeyb aləminə iman gətirmək və dində olan minlərlə bu cür reallıqları Dekartın ağıl nəzəriyyəsindən təhlil və izah etmək qeyri-mümükündür. Ancaq, dinin,heç bir dəyərli həqiqəti fəlsəfi ağılla təzad təşkil etmir və bir-birini rədd etmir.
Nəticədə görünür ki, ağıl və dini həqiqətlər arasında həmahənglik olduğundan, islam və əqli istidlallar arasında təzad və tənaqüz olmadığından və onların hər ikisinin hədəfi, metod və yolları eyni olduğundan deyə bilərik ki, əgər əqli üsullarla dini həqiqətlər üst-üstə düşməzsə, deməli ya müqəddəmə, ya məntiqi bürhan qaydaları və əqli istidlallar riayət olunmayıb, ya da dini bürhanlardan düzgün nəticə çıxara bilməmişik.
Diqqət edin:
A) Əqli bürhanlar Allahın höccəti olduğu üçün hər kəs əql sərmayəsi ilə mətnlərin sorağına getsə, ardıcıl olaraq, həm nəqli mətnləri və həm əqli bürhanları ələ gətirər.
Bəşəriyyətin təfəkkür çeşməsindən qaynaqlanan əqli bürhanlar da mötəbər əqli dəlillər kimi ilahi ilhamlardandır. Beləliklə, hər bir nəfər ağıldan bəhrələnib müqəddəs mətnlərin sorağına getsə və nəsə ələ gətiribsə bu ona oxşayır ki, bir ayə vasitəsi ilə digər ayəni və yaxud rəvayət vasitəsi ilə ayəni başa düşmüşdür. Bu yolların heç biri nəqli mətnlərə yad deyil.
Bəli əgər bir nəfər naqis baxışlarla, yaxüd düzgün olmayan məntiqi misallar və üslublarla müqəddəs mətnləri başa düşməyə çalışsa bu bir toz fırtınası kimi dini həqiqətləri əhatə edəcək və onu ləkələndirəcəkdir.
B) Mümkündür ki, sual olunsun “dində olan bütün küllü və cüzü məsələləri əql baxımından izah etmək olarmı?”
Cavabında deyirik ki, dini tanımaq üçün ağıl lazım və mühümdür, ancaq kafi deyildir. Çünki, dində olan incəlikləri ağıl vasitəsi ilə izah etmək olmaz, belə ki, bu məslələr əqli bürhanlar çərçivəsində qərar tutmur. Həm təbiətdə və həm də şəriətdə olan incəliklər belədir. Ümumiyyətlə, əqli bürhanlar, elmi müşahidə, həqiqət və etibarlı incəliklərə yol tapa bilmir. Bir şeyə ki, ağıl yol tapa bilməyə məlumdur ki, onu əqli cəhətdən izah etməyə çalışmağa dəyməz.
Ancaq, təbiət və şəriətdə olan külli və geniş əhatəli məslələr ağıl vasitəsi ilə izah olunur.
Ağıl özü bir çox məsələlərin izahında aciz olduğu üçün vəhyə ehtiyac duyur. Ağılın məntiqi budur ki, mən bilirəm ki, xeyli şeyləri bilmirəm və vəhyə ehtiyacım var.
Ümumi peyğəmbərlik bürhanına əsasən, ağıl deyir ki, mənim daimi bir hədəfim var və o hədfə çatmaq üçün yol uzundur. Yolgöstərən olmadan bu yolu getmək mümükün deyildir və qeybi yolgöstərən həmən Peyğəmbərdir (səlləllahu əleyhi və alihi və səlləm).
Lazımdır ki, bütün külli və cüzi məsələlərdə o yolgöstərənə qulaq asılsın və ona itaət olunsun. Beləliklə, daha soruşulmaz ki, niyə sübh namazı iki rükət, zöhr namazı dörd rükətdir? Niyə şam namazını uca, zöhr namazını isə ahəstə oxuyuruq? Yaxud, niyə bu balıq halal, o balıq haramdır? Bir çox incəlikləri ağıl başa düşmədiyindən deyir ki, mənim peyğəmbərə ehtiyacım var. Bu səbəbdən də ağıl cüzi və incə məsələlərə girişmək iddiası etmir. Bu cür iddianı ağılın üstünə atsaq, ağıl heç nə sübut edə bilməyib aciz qalar və bizi istədiyimizə çatdıra bilməz. [182] 
[174]  Misbah Yəzdi, Məhəmməd Təqi, Amuzeş fəlsəfə, 1-ci cild, səh-101
[175]  . Yusif surəsi, 108
[176]  Müntəxəbi Mizanul-Hikmət, Rey Şəhri, Məhəmməd, səh-358, hədis-4387
[177]  Müntəxəbi Mizanul-Hikmət, Rey Şəhri, Məhəmməd, səh-359, hədis-4363
[178]  Müntəxəbi Mizanul-Hikmət, Rey Şəhri, Məhəmməd, səh-359, hədis-4407 
[179]  Loğman surəsi, 30.
[180]  Ali İmran surəsi, 60.
[181]  Nisa surəsi, 59.
[182]  Cavad Amuli, Əbdullah, Dinşinasi, (Din fəlsəfəsinin silsilə bəhsləri), h-127-174.


Allah sizə yar olsun.
Sual (28) : Salamun əleykum.İslamda ağılın rolu nə qədərdir hansı yerlərdə və necə ondan istifadə olunur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ağıl qiymətli bir qüvvədir ki, Allah taala onu insanın vücudunda qərar vermiş və bir neçə mərhələdən ibarətdir.
Nəzəriyyə ağılı: Bunun işi bundan ibarətdir ki, hadisələri dərk edib tanıyır və onun haqqında qəzavət edir.
Əməl və rəftarını kontrol edir və yaxud lazım olub- olmayanı dərk etməkdir. Həqiqətdə əməl ağılı həyatın gedişi üzərində əsaslanmışdır və onun qəzavəti isə bundan ibarətdir ki, bu işi görüm yoxsa yox?
O Cür ki, ağıl yaradılmışlardan biri hesab olunur və hər yaradılmışın bir məhdudiyyəti vardır. Bəs təbiidir ki, onun işi öz məhdudiyyətindən artıq ola bilməz. buna görə də ağılın işi və fəaliyyəti yaranmışların bir hissəsindədir, və Allahı tanımaq üçün də bir məhdidiyyəti var. Allahın həqiqəti ki hədsiz bir varlıqdır, onu dərk edə bilməz .
Ağılın buna qüdrəti var ki, şəriət və yaxud şəriətdən başqa işlərdə fəaliyyət göstərib onları dərk etməyə nail olsun. Baxmayaraq ki, bu iki mövzunun hər birində vəhydən ehtiyacsız deyil, və ağıl məad və əhkamların həqiqətini dərk etməkdən acizdir və şəriətin köməyinə ehtiyacı vardır.
Daha geniş cavab
Ağıl kəlməsi və ondan tutulan kəlmələr lüğətdə başa düşmək, bilmək, möhkəm olmaq mənasındadır. [216] 
36Qurani kərimdə dərk və düşüncə mənasında gəlmişdir. [217]  Rəvayətlərdə isə insanda olan yaxşı və doğru yolu seçən qüvvəyə deyilir ki, insanı şər və fəsadlardan ayırır. [218] 
Termini mənasında isə ağıl bir varlıqdır ki, onsanlar onun vasitəsilə həqiqətləri tapır. Bunun üçün də, ağıl həqiqəti tapmaq deməkdir. Həqiqəti tapmaqdan əlavə isə, nəfsi saxlayıb ona şərəf vermək deməkdir. [219] 
Ağıl müxtəlif mərhələlərdən ibarətdir.
Nəzəriyyə ağılı; ağıl nəzəriyyəsidir ki, insan onun vasitəsilə olub olmamağı, varlığı və yoxu təbiətdə, riyaziyyat, məntiq və ilahiyyata tamamıyla hikmət nəzəriyyəsini dərk edir.
Əməl nəzəriyyəsi: O yerdə işlənir ki, iman, iradə və məqsəd qarşıya qoyulsun; yəni o yerdə ki, bir işə başlamaq qarşıya qoyulsun.
Umumi ağıl: Yəni o ağıl, səy və fəaliyyətiylə həyatı qoruyub saxlayır. Umumi camaat belə bir qüvvəni ağıl adlandırır. [220] 
Bir sözlə, nəzəriyyə ağılın işi həqiqəti dərk edib tanımaq və onun haqda qəzavət etməkdir. [221] 
Əməl ağılı o qüvvədir ki, insanın iş və rəftarını nizamlayıb və yaxud olmalı və olmamalı işləri dərk edir. [222] 
Həqiqətdə əməl ağılı insan həyatındakı elm əsasındadır. Əməl ağılının qəzavəti bundan ibarətdir ki, bu işi görmüş ya yox? [223] 
Əməl ağılı imam Sadiq (ə)- ın sözlərində: İnsanın bəndəlik mərkəzi və behişti Allahdan qazanmaq sərmayəsi deməkdir.
"العقل ما عبد به الرحمن و اکتسب به الجنان" [224] 
İnsanlara həyat bağışlayan islam dinində, ağıl yüksək bir məqama sahibdir.
Əllamə Təbatəbai Əl- mizan təfsirində deyir: Ağıl insan vücudunda olan ən qiymətli bir qüvvədir. [225]  Allah taala Qurani kərimdə insanları üçyüz dəfədən çox bu ilahi qüvvədən istifadə edib bəhrələnməyə çağırır. [226]  Əllamə Təba- təbainin nəzərində ağıl və təfəkkürün islamdakı məqamı o qədər böyük və ucadər ki, Allah Qurani kərimdə, hətta bir ayədə olsun belə bəndələrini düşünməməyə və ya bir yolu bilmədən arxada qoymağa dəvət etmir. [227] 
Ağılın fəaliyyət məhdudiyyəti
Tarix və ağıl dəlilləri əsasında, insanlarda olan ağıl fəaliyyətinin məhdudiyyəti, təbiətin yaranması, şəriət hökümləri və Allahı tanımaq umumi bir haldır; yəni insan ağılı Allah taalanın həqiqətini tanımağa qadir deyildir; çünki hər bir varlıq sonradan yaranıb həyat tapdığı üçün sonsuz və nəticəsiz ola bilməz.
Ağıl Allahın yaratdığı insan və məxluq kimi bir varlıqdır, bunun üçün də məhdudiyyəti var və həddi olan bir şey həddi olmayan bir varlığı tanıya bilməz.
İnsan ağılı buna qadirdir ki, dünyanı, ondakı varlığı və ona hakim olan qanunları tanısın və onlar haqda höküm verib qəzavət etsin.
Hökümləri tanımaq üçün də ağıla etimad edirlər. Fiqh (əhkam) elmində, ağıl Quran və sünnətin kənarında əhkamı tanıyan dəlillərdən biri sayılır.
Usul elmində də ağılın yaxşını pisliklərdən ayıra biləcəyi mövzusunda da açıqlanmış və sabit olmuşdur ki, şəriətin qadağan və əmr etdiyi işlərdən itaət etməyi dərk etmək ağılın hökmüdür. [228] 
Bunu da qeyd etmək lazımdır ki, islamda iki yerdə (usul) əqaidə və (furu) əhkamda yuxarıdakı höküm və məsələlər üçün ağıla yer vermişdir, baxmayaraq ki, ağıl bunlarla müxalifətçilik etmir, amma onların əsl həqiqətini dərk edə bilmir. Əhkamın (şəriətin) fəlsəfəsi və yaxud məada məxsus olan bəzi məsələlərin dərk olunması kimi, bu kiçik mövzuda ətraflı olaraq ona işarə etmək mümkün deyildir.
Əllamə Təbatəbai Fransalı "Henri Korbenin" soruşduğu sünnət, kitab və şəriətlə ağılın arasında əgər müxalifətçilik olarsa nə edilir? Sualın cavabında deyir: O zaman ki, kitab (Quran) bir başa ağılı dəstəkləyərək təsdiq edir və onu höccət qərar verirsə, heç zaman onların arasında müxalifətçilik olmaz. [229] 
Bundan əlavə, Nəhcül- bəlağədə imam Əli (ə)- dan peyğəmbərlərin risaləti barəsində belə istifadə olunur ki, ağıl və şəriətin arasında müxalifətçilik yox bəlkə bir olub bir- birini təyid edirlər.
"... و یثیروا لهم دفائن العقول..." [230] 
Ağıl xəzinələrin onlar üçün açarlar. Həzrət bu mövzuda, peyğəmbərlərin besətinin fəlsəfəsi haqda buyurur: Allah taala peyğəmbərləri insanlara doğru göndərdi ki, onların gizli ağıllarını aşkar edib oyatsınlar.
İnsanın fitrəti və ağılı bütün həqiqət və baş verən hadisələrin xəzinəsinə bənzəyir, çünki peyğəmbərlərin dediyi hər bir şey insan fitrəti, ağılı və məntiqiylə bir olur. Usul elminin terminində (mulazimə qaydası) var ki, deyir:
"كل ما حكم به العقل حكم به الشرع" [231] 
Hər hansı bir şey ki, hökm edir, şəriətdə ona hökm edir. Bunun əksidə doğrudur; yəni ("كل ما حكم به الشرع حكم به العقل")hər hansı bir şey ki şəriət ona hökm edir, ağılda ona hökm edir. Çünki şəriət hökümlərinin əslindən biri də ağıldır.
Bunun üçün də şəriət və peyğəmbərlərin açıqladığı hökümlər ağılla müxalifətçilik etmir. Onların dediyi hər bir şeyi ağıl dərk edir. Lakin şeytanın vəsvəsəsi nəticəsində insan onlardan qafil olur.
Peyğəmbərlər gəlmişlər ki, insanların xəzinə və diqqət mərkəzi olan ağıllarını onlar üçün oyatsınlar.
Nəticə: O cür ki, şəriət və ağıl bir- birinin kənarındadır və şəriət hökümlərində də həqiqətən fitrətlə heç bir müxalifətçiliyi yoxdur.
Buna görə də insan hər şeyi qəbul etmək üçün dəlil arxasınca gəzir ki, öz vicdanını bunlardan qane etsin. Həqiqəti tapdığı zaman ona əməl edir. Buraya qədər; yəni dünyanı və onda olan varlığı tanımaq, dünyadakı qanunlar və şəriət hökümləri ağıl çərçivəsindən kənar deyil. Bunların haqqında düşünərək, qəzavət edir, amma Allahın zat və həqiqətini tanımaq üçün, ağılın qüdrəti və düşüncəsi məhduddur və ona acizdir. İmam Əli (ə) bu mövzuda buyurur:
"... لم یطلع العقول علی تحدید صفته..." [232] 
Ağılı Allahı tanımağa qüdrəti yoxdur... O cür ki, Allahın sifətləri onun həqiqətidir və Allahın həqiqəti aşkarda olan varlıqdan tamamilə başqa bir şeydir. Bəs kamal sifətləri elm, qüdrət, həyat, iradə və s. kimiləridir.
Bunlar ayerılıqda yox bəlkə Allahın zatının özüdür. Əgər onun zat və həqiqəti ondan ayrı deyildirsə, insan ağılı onu dərk edə bilməz və bundan əlavə onun məhdudiyyətini də təyin edə bilməz. bir sözlə, əgər insan məhdudiyyət çərçivəsində olan bir yaranmışdırsa, məhdudiyyəti olmayan bir varlığı dərk etməyə qüdrəti çatmaz. İmam Əli (ə) buyurur: Allah taala insan ağılını öz sifətlərinin həqiqətinə agah etməmişdir. Əlbəttə bu o demək deyil ki, Allah insanların onu tanımağına mane olmuşdur" çünki o həzrət öz xütbəsinin davamında buyurur:
"و لم یحجبها عن واجب معرفته" [233] 
Ağılla özünü tanımaqlığın arasında pərdə qoymamışdır; yəni Allah taala insanları onu tanımağa mane olmur. İmam Sadiq (ə) bu mövzuda buyurur:
"... فبالعقل عرف العباد خالقهم و انهم مخلوقون و انه المدبر و انهم المدبرون و انه الباقی و هم الفانون..." [234] 
Ağıl vasitəsilə Allah bəndələri öz xaliqlərini tanıyır və bilirlər ki, onlar xəlq olunmuşdurlar. O hər bir şeyi idarə edəndir, onlar da onun idarəçiliyi altındadırlar, rəbbləri əbədi və özləri isə fanidirlər...
İnsan ağılı yalnız bunu bilir ki, dünyanın rəbbi var və o Allah üçün camal və kamal sifətlər vardır. Elm, qüdrət, həyat və s. kimi sifətlərə malikdir. Ağılın vəzifəsi də bu qədər dərk etməkdir və buna qüdrəti çatır. Allah taala bu yerə qədər ağılın Allahı tanımaqlığına mane olmur. Bundan artıq isə, Allahın zat və həqiqətini tanımaqdır, insan ağılı bundan acizdir və qüdrəti çatmır.
[216]  Muin Məhəmməd, Fərhənge Muin, cild 1, ağıl kəlməsi....
[217]  Səccadi, seyyid Cəfər, Fərhənge ulume fəlsəfi və kəlami, ağıl kəlməsi
[218]  Kuleyni, Usuli kafi, cild 1, səh 11
[219]  Kərəci, Amuli, istilahate fəlsəfi və təfavote anha ba yekdigər, səh 171- 172
[220]  Cavadi Amuli, Abdullah, Fitrət dər Quran, cild 12, səh 29- 30 və 397.
[221]  Şəhid Mütəhhəri, dər qoftar, səh 30- 31
[222]  Cavadi Amuli, Abdullah, Rəhiqe məktum, cild 1, birinci hissə, səh 153. .
[223]  Şəhid Mütəhhəri, dər qoftar, səh 30- 31.
[224]  Kuleyni, Usuli kafi, cild 1, səh 11, hədis 3,
[225]  Təbatəbai, Məhəmməd Hüseyn, Əl- mizan, cild 3, səh 57
[226]  Təbatəbai, Məhəmməd Hüseyn, Əl- mizan, cild 5, səh 255.
[227]  Nəfisi, Şadi, əql gerayi dər təfsire qərn çahardəhom, səh 194- 195.
[228]  Məliki İsfəhani, Müctəba, Fərhənge istilahate usul, cild 2, səh 279.
[229]  Kədivər, Möhsün, Dəftəre əql, səh 115.
[230]  Nəhcül- bəlağə, xütbə 1.
[231]  Səbzivari, Seyyid Əbdüləli, Təhzibul usul, cild 1, səh 145, Muzəffər, Məhəmmədrza, usule fiqh 1, səh 217
[232]  Nəhcül- bəlağə, xütbə 49
[233]  Nəhcül- bəlağə, xütbə 49
[234]  Kuleyni, Usuli kafi, cild 1, səh 33- 34


Allah sizə yar olsun.
Sual (29) : Salam aleykum sual: Ağıl höccətdirmi? Zəhmət olmasa ətraflı şərh eliyərdiniz!
Allahın adı ilə.   
Əleykumus-salam.  
İslam dininin əsaslı, köklü mənbələrindən biri də, “Ağlın dəlili”dir. “Ağlın dəlili” dedikdə “insan ağlının qəti şəkildə və dəqiq surətdə yəqin edərək bir şeyi dərk etməsi, onun haqqında hökm verməsi” nəzərdə tutulur. Məsələn, əgər Quran və sünnədə zülm, xəyanət, yalan, qətl, oğurluq, insan hüquqlarının pozulmasının pis olması barəsində fikrin yoxluğunu fərz etsək, ağlın hökmü ilə bu əməllərin pis bir iş olduğunu dərk edərik. Allah-təalanın bu işləri haram etdiyini və razı olmadığını asanlıqla anlayarıq. Deməli, “ağlın hökmü” bizim üçün ilahi höccətdir.      
Allah sizə yar olsun.

Sual (30) : Salamun əleykum. Ağıl və şəriət qəbul edirmi ki, insan bilərəkdən özünü və ailəsini təhlükəyə atsın? təşəkür edirik.
Allahın adı ilə.   
Əleykumus-salam.        
Özünü təhlükəyə atmaq şəraitdən asılı olaraq bə`zən haram, bə`zən isə vacibdir. Əgər İslam dininin varlığı təhlükədədirsə və insan öz canından keçməklə bu işin qarşısını ala bilərsə, meydana atılmaq vacibdir. Kimə  icazə verilir ki, canını qurtarmaq üçün İslamın məhvinə “hə” desin. Məmləkəti düşməndən qorumaq üçün ordunun bir hissəsi şəhid olmalıdırsa, can barədə düşünmək olmaz.
Bəli, İslamda canı təhlükədən qorumaq barədə göstəriş var. Amma bə`zən bir insanın ölümü bir xalqa həyat verir. Demək, can o vaxt qorunmalıdır ki, həyat ölümdən faydalı olsun.
“Öz əlinizlə özünüzü təhlükəyə atmayın” buyurulan ayədə, çox güman ki, nahaq ölümdən və xəsarətdən danışılır. Sözsüz ki, vətəni düşməndən qoruyan mücahidlə cansız, kövrək budağa dırmanıb meyvə dərmək istəyən adamı eyni tutmaq olmaz. Birincinin ölümü şərəf, ikincinin ölümü isə əbəsdir.
İmam hamıdan elmli və mə`sum olduğu üçün səhvə yol verə bilməzdi. Digər bir tərəfdən, imamı şəhadətə yetirmək qərarında olan Bəni-üməyyə var idi. İmam Hüseynin (ə) qarşısında dinini və imanını qorumaq üçün şəhadətdən başqa yol qalmamışdı.
Allah sizə yar olsun.
Go to TOP