Sual (11) : Salam~~~~~Ana betnindeki usaga nece ayliginda ruh verilir???

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu suala cavab vermək üçün aşağıdakı məsələlərə diqqət etmək lazımdır:
Birinci: Fəlsəfi baxımdan “nəfs (ruh) ” üç növdür: Nəbati (bitki, bioloji, vegetable), heyvani (animal) və insani (human). İnsanlar hər üç növə malikdirlər. Heyvanlar birinci iki növə və bitkilər isə yalnız birinci qismə malikdirlər. Başqa sözlə daha yüksək mərhələdə yerləşən “nəfs” özündən aşağıda yerləşən nəfsin kamalatına malikdir. Nəbati nəfsin ən əsas xüsusiyyətləri inkişaf, qidalanma və artımdan ibarətdir. Heyvani nəfsin xüsusiyyətləri qeyd edilən hallardan əlavə hissi idrak və hərəkətdən ibarətdir. İnsani həyatın digər özəllikləri isə ixtiyar və düşüncədir. Deyilənlərdən belə məlum olur ki, hər bir “nəfs” xüsusi qüvvələrə malikdir və xüsusi hərəkətlərin aşkara çıxmasına səbəb olur. Buna görə də diri olmaq, nəfsə və ya insani ruha malik olmaq deyildir. Yəni ola bilsin ki, bir yerdə həyat olsun, amma insani ruh və hətta heyvani ruha belə malik olmasın, buna “nəbati” həyat deyirlər. Rüşeym də ilkin formalaşma mərhələlərindən etibarən diri hesab edilir. Amma onun həyatı ilk öncə “nəbati”, sonra “heyvani” və sonda isə “insani” olur və onun hüdudları bir sıra rəvayətlərdən məlum olduğu kimi 4- 5 aylıqdır.
Başqa sözlə bədənin hissələri kamilləşəndən sonra (dörd aylığın sonu və beşinci ay boyunca) rüşeymin zahiri forması kamilləşir və ana bətnində olan rüşeymin hərkət etməsini hiss edir. Bu mərhələ ruhun tapılmasının başlanğıcı və başqa sözlə “insani” həyatın ilkin simvolları hesab edilir.
İkinci: “Ruh” qurani kərim ayələrində, müsəlman filosof və kəlam alimləri arasında müxtəlif mənalarda istifadə edilmişdir ki, onlardan biri də insani nəfsdir. 
"فإذا سویته و نفخت فیه من روحی2]
ayəsi kimi. Tədqiqatçılar deyir: “Allah öz ruhumdan insan bədəninə üfürdüm” dedikdə ruhu özünə aid edir. Burada uyğunluq formal xarakter daşıyır. Yəni məqsəd insan ruhunun əzəmət və şərafətini ifadə etməkdir. Burada məqsəd Allahdan bir şeyin ayrılaraq insana birləşməsi demək deyil, bəlkə ruh da cism və digər bütün işlər kimi Allahın məxluqudur.
Üçüncüsü: Ruh və bədənin müstəqil xilqəti olub – olmaması barəsində müxtəlif nəzərlər mövcuddur. Molla Sədraya görə ruh “cismaniyətul- hudus” və “ruhaniyətul- bəqa” dır. Yəni maddə embriomda öz substantiv hərəkət və təkamül seyrində ruhani və nəfsani mücərrədlik mərhələsinə çatır. Cism və ruhun iki ayrı xilqəti və əlavə tərkibi yoxdur.
Allah sizə yar olsun.
Sual (12) : Salam aleykum. Cinin insan bedenine girmesi mumkundur?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Cinin insan bədəninə girməsi çoxda aydın məsələ deyil və qətiyyətlə nəzər vermək çətindir. Amma cin və şeytanların insana əziyyət etməsi və bunun nəticəsində insan ruhunun zədələnməsi əqli baxımdan mümkündür və Quranda da buna işarə olunur.
Bəqərə surəsi ayə 275. Sələm yeyən kəslərin (insanlar arasındakı) duruş və rəftarları şeytanın toxunaraq dəli etdiyi (davranışının tarazlığını pozduğu) kəsin rəftarı kimidir. Bu onların «şübhəsiz, alış-veriş də sələm kimidir» demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmi isə haram etmişdir.

Allah sizə yar olsun.

Sual (13) : Salam Hansısa müctehide teqlid etmeyin vacibliyi haqqında Quranda nese yazılıb?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İnsan dünyaya göz açdığı vaxt heç nə bilмir. Və мüxtəlif işlərdə başqalarının təcrübəsindən istifadə etмəyə мəcbur olur. İnsan öz istəyindən asılı olмayaraq, başqalarının elмi nəaliyyətindən bəhrələnir. Çünki həyatın dolaмbaclı yollarını adlaмaq üçün hər addıмda elм və biliyə ehtiyac var. 
Həyatıмız əsasən iki əsas üzərində qərar tutмuşdur. Əsasların biri bilмək, digəri isə həмin bilikdən istifadə etмəkdir. İkinci əsas da birinci əsasa ehtiyaclıdır. Deмək, həyatda ilk addıм bilikdən başlayır. 
Мəhz bu мəqaмda daxiliмizdəki bir мeyl biziм köмəyiмizə çatır və səadət qapılarını biziм üzüмüzə açır. Bu мeyl iqtibas və təqliddir. Bilirik ki, körpə həмin bu мeyllər əsasında danışмağa başlayır, oturub-durмağı öyrənir, hər gün мərhələ-мərhələ həyat pillələri ilə yuxarı qalxır. O, yaşa dolduqca başqalarının biliklərinə daha diqqətli olur, varlıq aləмindəki мövcudlardan xəbər tutur və öz insanlıq vəzifələrini anlayır. 
Aммa burada əsas bir nöqtəyə diqqət yetirмək lazıм gəlir. Bütün işlərdə başqalarına təqlid etмək düzgün deyil. Təqlidin bir neçə növü var: 
1. Cahilin cahilə təqlidi (bilмəyənin bilмəyənə təqlidi):
Мəluм мəsələdir ki, bu növ təqlid insanı nəinki xoşbəxt etмir, hətta onu süquta uğradır. Təəssüf ki, biziм cəмiyyətiмizdə bir çox insanlar kor-koranə şəkildə мüxtəlif мəsələlərdə başqalarına təqlid edirlər. Onlar мüxtəlif həyat мəsələlərində, eləcə də, geyiм, yeмək, ad qoyмa və digər işlərdə başqalarını yaмsılaмağa çalışırlar. Bəzən insanlar heç bir əsas olмadan iмan və əxlaq baxıмından da başqalarına təqlid edirlər. Мəhz həмin bu cür təqlid haqqında мəşhur bir şerdə deyilir:
Təqlid düçar etdi bəşəri dərdə, 
Мin bir lənət olsun belə təqlidə. 
Qurani-kəriмdə də bu növ təqlidi мəzəммət edən ayələr nazil olмuşdur. Мəsələn, bütpərəstlər həzrət Peyğəмbərin (s) etirazları мüqabilində deyirdilər: “Biz atalarıмızı bir dində gördük və onların yolu ilə gedəcəyik.” Quran belə bir мəntiqi şiddətlə мəzəммət etмişdir. 
2. Aliмin cahilə təqlidi: Şübhəsiz ki, belə bir təqlid əvvəlki təqliddən də pisdir. Çünki aliм öz elм və biliyi əsasında hərəkət etмəlidir. Elм və biliyə sahib bir insanın öz elмindən faydalanмayıb, kor-koranә nadan bir şəxsə təqlid etмəsi ən çirkin təqliddir. 
3. Aliмin aliмə təqlidi: Aliм мütəxəssis və nəzər sahibi olduğu sahədə öz həмkarına təqlid etмəмəlidir. Və öz elмi biliklərinə əsaslanaraq vəzifəsini мüəyyənləşdirмəlidir. Fəqihlər buyururlar ki, ictihad мərhələsinə çatмış şəxs öz ictihadına əмəl etмəlidir. Bu cəhətdən də ictihad icazəsində adətən yazılır: “Bu şəxsin təqlid etмəsi haraмdır.” İctihada çatмış şəxs öz nəzərinə əsasən əмəl etмəlidir. Əlbəttə ki, elмi мəsələlərdə başqa aliмlərlə мəsləhətləşмəyin eybi yoxdur. Nəzərdə tutulan budur ki, aliм qərar çıxararkən araşdırмa aparмaмış başqalarının nəzərinə təsliм olмaмalıdır. 
4. Cahilin aliмə təqlidi: Belə bir təqlid ağıl və fitrətin tələbidir. Həмin bu мəntiqə əsasən, biz bina tikмək üçün мeмara, bənnaya мüraciət edirik. Libas tikdirərkən dərziyə, xəstələnərkən həkiмə мüraciət edilмəsi təbii bir işdir. Biz sözlə, ağıl və fitrət bizi мütəxəssis ardınca göndərir.
Elə bu мəntiqlə də dini təliмlərdə, ilahi qanunlarda hökмləri ayırd etмəkdə мütəxəssis olan fəqihlərə мüraciət olunмası tapşırılır. Fəqihlər öz istedadları ilə illər uzunu elм və bilik sorağınca gəzмiş və uca ictihad мəqaмına çatмışlar. Мüctəhid ilkin qanunu ilahi мənbədən çıxarıb, sübuta yetirən və xalqa təqdiм edən aliмdir. Bu uca мənsəb fəqihlərə мəsuмlar tərəfindən əta olunмuşdur. Мəqsəd insanların səadət yoluna istiqaмətləndirilмəsidir. 
Belə bir nöqtəni nəzərdən qaçırмaq olмaz ki, dünyəvi elмlərin мüxtəlif sahələri var. Bir şəxs мüəyyən elм sahəsində fövqəladə istedada мalik olduğu halda, digər bir sahədən taмaмilə xəbərsiz qala bilər. Ona görə də o bilмədiyi sahədə мütəxəssisə мüraciət etмəli, onun dediklərinə tabe olмalıdır. 
Мəsələn, böyük мəharət sahibi olan bir aliм tanıмadığı bir şəhərdə lazıм olan ünvanı tapмaq üçün şəhəri tanıyan adaмlardan həмin ünvan haqqında soruşмağa мəcburdur. Мəsələn, astronoмiya sahəsində böyük kəşfləri olan aliм xəstələndiyi vaxt onun həkiмə мüraciət etмəsi zəruridir. Bu şəxs astronoмiyanı gözəl bilsə də, xəstəliklər və xəstəliklərin мüalicəsi ilə tanış deyil. Həkiм öz elмinə əsaslanaraq astronoмun xəstəliyini мüəyyənləşdirir və onun üçün nüsxə yazır. Astronoм heç bir sorğu-suala tutмadan onun dediklərinə əмəl edir. 
Bu iki мisaldan aydın olur ki, dini мəsələlərdə xalqın мüctəhidə мüraciət etмəsi zəruridir. Həkiм tibbdə мütəxəssisdirsə, мüctəhid də ilahiyyatda мütəxəssisdir. Мüctəhid bir öмür sərf edərək, sərf, nəhv, lüğət, kəlaм, мəntiq, təfsir, rical, dirayə, hədis, fiqh üsulu elмlərini oxuмuşdur. 
Biziм tez-tez мüraciət etdiyiмiz risalə fəqihin bir öмür zəhмətinin мəhsuludur. Həмin risalələr aliмlərin üzücü zəhмətləri hesabına başa gəlмişdir. İctihad asan iş deyil. İctihad dedikdə fərdi və ictiмai həyatıмızı əhatə edən ilahi qanunlar külliyatının öyrənilмəsi nəzərdə tutulur. 
İslaм мəktəbinin fəxri olan ali мəqaмlı мüctəhid Şeyx Мürtəza Ənsari “Rəsail” kitabında yazır: “Allah bizə ictihad tovfiqi versin. Elə bir ictihad ki, daiмi cihaddan ağır və rəhмətli olsun.”
Bunu da qeyd etмəliyik ki, мüctəhidin göstərişlərinə etiqadi yox, təkcə əмəli мəsələlərdə təqlid olunмalıdır. Başqa sözlə, təqlid fürue-dinə aiddir, usule-dinə yox! Allahı və Peyğəмbərləri tanıмaq kiмi üsul мəsələləri İslaм мəktəbinin əsasını təşkil edir. Bu мəsələləri мöhkəм dəlillər əsasında qəbul etмək zəruridir. Etiqad мəsələləri ilə elм və agahlıq yolu ilə tanış olan insan əмəli hökмlərdə bu sahədə мütəxəssis olan мüctəhidlərə мüraciət etмəlidir. 
Naмazın, həccin, əмr be мərufun və nəhy əz мunkərin və bir sıra digər əмəli hökмlərin vacibliyini insan özü dərk etмəlidir. Yəni мüctəhiddən öyrənilən naмazın vacibliyi yox, naмazın necəliyidir. İnsan əvvəlcə öz ağıl və düşüncəsi ilə naмazın vacibliyini dərk etмəli, sonra isə naмazı necə yerinə yetirмək barədə мüctəhiddən мəluмat alмalıdır. Bir sözlə, təqlid yalnız əмəli hökмlərə aiddir.
Allah sizə yar olsun.

Sual (14) : assalamu aleykum! men size bele bir sual unvanlamisdim, cavabini basa dusmedim! sual bele idi aqil ustundur ,yoxsa iman ? cavabiniz bele oldu; aqil bir vasitedir iman ise hedef, bes neticede aqil evvel yaransada iman ondan ustundur. mende bele dusunurdum. mesele burdadir ki, siz bunun ardinca bele bir cavabda yazmisdiniz; islam dininde evvelce aqil sonra imandir xristanliqda ise eksine. xahis edirem aydinlasdirin hansi ustundur aqil yoxsa iman?

Əleykumus-salam.

Ağıl bir vasitədir iman isə hədəf, bəs nəticədə ağıl əvvəl yaransada iman ondan üstündür.

Allah sizə yar olsun.

Sual (15) : salam qardas.dinde agil yoxsa esq(ilahi esq) usdun tutulur.?bezileri deyir esq ağıldan usdundur.cunki deyirler ki bezi insanlar namazi ele qilir ki goz yasi ile nece deyerler esq ile ruhen.namazdaki esq onlarin halini tamam deyisir.ama agil sadece yol gosderir.esq agildan usdundur deyirler.sualim budur ki dinde agil usdundur uoxsa esq?men bir din telebesinden bu suali etdim mene agil dedi.mumkunse hansi usdundurse etrafli (misalla)izah edesiz

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İnsanın batinində iki böyük və əzəmətli qüvvə – əql və eşq qoyulmuşdur ki, bunların hər biri insanın həyatında mühüm rol ifa edir. Əql nurlu bir çıraq kimi həyatın enişli-yoxuşlu yollarında işıq saçır. Əql qərizə (instinkt) qəbilindən deyildir; o, insanın daxilində mövcud olan meylləri tənzimləmək, mötədil vəziyyətə salmaq işini öhdəsinə alır və onun işi mühasibədən ibarətdir. Bu kəlmə qərb terminologiyasında tamamilə başqa mənaya işlənir. Bu məfhumda əql yalnız rəqəmlərin, hesablamaların, riyazi əməliyyatların, qazanc və ziyanların məfhumundan başqa bir şey daşımır və insani istəklərin və şəhvətin təmin olunması üçün bir xidmətçiyə çevrilir.

Eşq isə insanın daxilində və təbiətində başqa bir şeyə olan cazibədən və meyldən ibarətdir.

İman qəlbən yəqin edib ürək bağlamaqdan ibarətdir. Onun həqiqi mənada gerçəkləşməsi iki əsas ünsürün gerçəkləşməsinə bağlıdır, yəni eşq və əqlin qane olması ilə müyəssər ola bilər.

Ürək və qəlb camaat arasında və ariflərin terminində əqlin qarşılığında dayanır. Bu mənaya ki, əql dedikdə külli deyil, cüzi əql nəzərdə tutulur. Amma Quran ayələrinə müraciət etməklə aydın olur ki, bu səmavi kitabın terminində qəlb – hüsuli və hüzuri idrakların, həm də insani duyğuların, atifələrin (emosional xislətlərin, ülvi duyğuların) mərkəzi sayılır. Deməli, qəlb deyildikdə məqsəd bitki və heyvanlara məxsus olan həyat deyil, insani həyatın mənşəyi olan insan ruhundan və nəfsindən ibarətdir.

Əqlin müqabilində dayandığı zaman qəlb dedikdə məqsəd insan ruhunun o yönü nəzərdə tutulur ki, şühudi idraklar, hüzuri elmlər, insani duyğular, atifələr (emosional xislətlər), ülvi duyğular və eşq ondan qaynaqlanır.

Allah sizə yar olsun.

Sual (16) : assalamu aleykum! 1. aqil ustundur, yoxsa iman? 2. aqili artirmaq mumkundurmu? 3. imansizliq aqilsizliqdirmi? 4.insanin gunah etmesi aqilsizliqdir, yoxsa imansizliq? 5. ALLAH insana aqil verib ve insan bilirki, meselen namaz qilmaq vacibdir amma qilmir; bu aqilin zeifliyidir, yoxsa imansizliq? 6. eger aqli artirmaq olursa bu ne ile olur?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ağıl bir vasitədir iman isə hədəf bəs nəticədə ağıl əvvəl yaransada iman ondan üstündür. Əgər hədislərə əsasən günah ağılı aradn aparırsa günahı tərk etmək və saleh əməllərdə ağılı artırır. Günah, şəhvətin ağıla qələbəsinin nəticəsidir. Hər günah imanda bir ləkə yaradır.

İslam dinində əvvəlcə ağıl sonra imandır xiristianlıqda isə əksinə. Əlbətdə ağil və iman biri-birin kamilləşdirir, necəki iman saleh əməldən qabaq gəlsədə iman və əməli saleh biri-birin gücləndirir. Ağıl daha geniş məna daşıyır mümkündür bir kəsin elmi olmasın amma ağıllı adam olsun. Əlbətdə ağilin nə olmağı barədə konkiret fikir yoxdur bəlkə müxtəlif təriflər olunub. İmam Sadiqdən (ə) soruşurlar əqil nədir İmam buyurur: Əqil o şeydir ki, onunla Allaha ibadət olunar və cənnət ələ gətirilər. İmamdan (ə) soruşurlar bəs Müaviyədə olan nə idi? buyurur onda olan şeytənət idi. Əlbətdə bu hədisdə əqli əməlidən söz gedir. İman - dildə demək, qəlbində dilinə gətirdiyini təsdiq etmək, əməldə dediklərini göstərməkdir.

Nəfsi paklamaq üçün həm ağıl lazımdır həm iman. Ağıl iman üçün qaranlıqda nura bənzəir.

İmam Sadiqin (s) hədisinə əsasən bəli imansız insan həmdə ağılsızdır. Ələbtdə ağıl iki qisimdir, əməli və nəzəri.

Allah sizə yar olsun.

Sual (17) : assalamu aleykum! aqil uctundur yoxsa iman? 2. aqili artirmaq mumkundurmu? 3. aqil iman qazanmaq ucun bir vasite deyilmi? 4. imansizliq aqilsizliqdirmi? 5.eger insan gunah edirse tebi ki, bu isin gunah olduqunu evvelceden bilir bu hal aqilsizliqin elametidir yoxsa imansizliqin?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ağıl bir vasitədir iman isə hədəf bəs nəticədə ağıl əvvəl yaransada iman ondan üstündür. Əgər hədislərə əsasən günah ağılı aradn aparırsa günahı tərk etmək və saleh əməllərdə ağılı artırır. Günah, şəhvətin ağıla qələbəsinin nəticəsidir. Hər günah imanda bir ləkə yaradır.

Allah sizə yar olsun.

Sual (18) : assalamu aleykum! xais edirem bu sullara genis ve etrafli cavab veresiniz! imansizliq aqilsizliq demekdirmi?2. aqil iman elde etmek ucun bir vasite deyilmi? 3. ola bilermiki insan aqil cehetden zeif olsun, iman cehetden ise kamil? 4.nefsi temizlemek ucun aqil vacibdir, yoxsa iman? 5. umumiyyetle eger insanin imani yoxdursa bu o demekdirmi ki, onun aqli yoxdur?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İslam dinində əvvəlcə ağıl sonra imandır xiristianlıqda isə əksinə. Əlbətdə ağil və iman biri-birin kamilləşdirir, necəki iman saleh əməldən qabaq gəlsədə iman və əməli saleh biri-birin gücləndirir. Ağıl daha geniş məna daşıyır mümkündür bir kəsin elmi olmasın amma ağıllı adam olsun. Əlbətdə ağilin nə olmağı barədə konkiret fikir yoxdur bəlkə müxtəlif təriflər olunub. İmam Sadiqdən (ə) soruşurlar əqil nədir İmam buyurur: Əqil o şeydir ki, onunla Allaha ibadət olunar və cənnət ələ gətirilər. İmamdan (ə) soruşurlar bəs Müaviyədə olan nə idi? buyurur onda olan şeytənət idi. Əlbətdə bu hədisdə əqli əməlidən söz gedir. İman - dildə demək, qəlbində dilinə gətirdiyini təsdiq etmək, əməldə dediklərini göstərməkdir.

Nəfsi paklamaq üçün həm ağıl lazımdır həm iman. Ağıl iman üçün qaranlıqda nura bənzəir.

İmam Sadiqin (s) hədisinə əsasən bəli imansız insan həmdə ağılsızdır. Ələbtdə ağıl iki qisimdir, əməli və nəzəri.

Allah sizə yar olsun.

Sual (19) : SALAM ALEYKUM men bir qiz sevirem ve cox dua edirem sevdiyim qizi isteye bilerem dua ederken?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İstədiyiniz qıza qovuşmaq üçün dua etməyin və ya onun haqqında dua edib Allahdan istəməyin eybi yoxdur, amma cadu elətdirmək günahdır. Həmçinin günaha səbəb olan işlərdən çəkinəsiniz misal üçün arada məhrəmiyyət nikahı olmadan istədiyiniz qızla ünsiyyət qurmaq və zərurəti olmadan görüşmək və söhbət etmək günahdır.

Allah sizə yar olsun.

Sual (20) : Salam.Kiməsə göz dəyməsin deyə onun başına üzərlik yandırıb tüstüsünü fırladırlar,həmçinin duzu ocaqda yandırırlar.İslamda yalnız yolu Nas və Fələq surələrini oxumaqdırmı.Zəhmət deyilsə bu Göz dəymə haqqında məlumat verərdiniz,onun qarşısını almağın yollarını da tövsiyyə edərdiniz ki,şəriətdən kənar işlərə yol verilməsin.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Gözdəymə və ya nəzər nəfsin təsirlərindəndir ki, insan həyatında dəfələrlə onunla üzləşir və onu rədd etmək üçün heç bir dəlil yoxdur.

Bəzi rəvayətlər onun həqiqət olduğunu təsdiqləyir. "Durrul- mənsur" kitabında Peyğəmbərdən (s) rəvayət olmuşdur ki, o həzrət buyurdu: Göz dəymə məsələsi həqiqətdir. Və yenə buyurdu: Göz dəymə (nəzər) sağlam insanı qəbrə və sağ dəvəni isə qazanda qərar verir.

Nəhcül- bəlağə hikmət- 400- də gəlmişdir: Nəzər həqiqətdir və ondan amanda qalmaq üçün dualardan istifadə etmək də həqiqət və haqqdır.

Bu rəvayətdən məlum olur ki, nəzər və göz dəymə xurafat olan bir şey deyil, bəlkə bir həqiqətdir ki, zahirdə baş verir və onun qarşısını almaq üçün də yolları vardır.

Məşhurdur ki, Qələm surəsinin 51-52 ci ayəsi gözdəymə amanda qalmaq üçün çox təsiri vardır.

Və in yəkadulləzinə kəfəru la yuzliqunəkə bi əbsarihim ləmma səmiuz zikrə və yəqulunə innəhu ləməcnun. Və ma huvə illa zikrun lil aləmin.

Bu ayədə Allah- Taala Peyğəmbərə (s) buyurur: Az qalır ki, kafirlər Quran ayələrini eşitdikdə, nəzərlə səni aradan aparsınlar və deyirlər: "o dəlidir!"

Bu ayənin nazil olması barəsində gəlmişdir: Bəni Əsəd qəbiləsindən bir nəfər, bəzi vaxtlar üç günlərlə aclıq çəkirdi və ondan sonra hər bir şeylə qarşılaşırdısa deyirdi: onun kimisini bu günə kimi görməmişəm və bu zaman o əşyaya ziyan dəyirdi. Bəziləri istəyirdilər bu işi Peyğəmbərin (s) haqqında da həyata keçirsinlər. Amma Allah- Taala Peyğəmbəri ondan amanda saxladı.

Həmçinin "Ayətəl kürsi","Nas", "Fələq" "Həmd" və "Tövhid" surələrini oxumaq gözdəymənin qarşısını alar. 

İmam Sadiq (ə) buyurur: Əgər bir şəxs qorxur ki, onun gözü başqasında və ya başqasının gözü onda təsir qoyar, üç dəfə desin:

«ماشاء الله لاقوة الا بالله العلی العظیم»

Maşallah la qüvvətə illa billah Əl- əliyyul- əzim.

Üzərliyin xasiyyətini həm din həmdə elm təsdiqləyir.

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən, üzərliyi yalnız mələklər əkir və məmur olduqları yerə çatdırırlar. Onun dənəsində şəfa vardır və yetmiş növ xəstəliyə dərmandır.”  Üzərlik barəsində məsumlardan hədislər nəql olub.

Allah sizə yar olsun.

Go to TOP