Sual (1) : Salamu-aleykum. Aga, Huseyniyyeni hansisa mechul bir vaxta veqf edile bilermi? Yeni muselmanlarin daimi yeri olana qeder kimse oz mulkiyyetini davamli olaraq dini merasim ve fealiyyete veqf ede bilermi? Ve bu emel veqf adlanacaq? Veqfin tam menasini aciqlayardiniz, zehmet deyilse.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Vəqf sözünün lüğətdə mənası dayanmaq, dini termində isə, dini məqsədlə bir şəxs tərəfindən hər hansı bir iş üçün təxsis edilən və ya bağışlanan mal-mülk, pulvə s. Ümumiyyətlə insan iki cür öz mülkünü digərlərinin ixtiyarında qoya bilər:
1-Vəqf etməklə. Yəni öz mülkünü Allah yolunda məscid yaxud hüseyniyyə üçün vəqf edir ki bu halda, heç vaxt onu geri ala bilməz və hər bir dəyişiklik də edə bilməz məsələn onu söküb materialını satsın və basqa işdə işlətsin. Eyniylə məsciddəki kimi ki heç kəs ona əl uzadıb mənimsəyə bilməz və o durduqca məscid kimi qalacaq.
2-İkincisi həbs adlanır. Bu da elə bir növ vəqf etməkdir amma müəyyən bir zaman üçün. Məsələn bir insan öz mülkünü 10 il müddətində hüseyniyyə qərar verir ki, buna dini termində həbs deyilir və təyin olunmuş müddətdən sonra yenidən öz mülküyyətinə qayıdır. Deməli müsəlmanların müəyyən bir yeri olana qədər, insan öz mülkünü Hseyniyyə qərar verə bilər və bu Vəqf deyil həbs adlnaır. Qeyd etməliyik ki, hər ikisinin savabı vardır. Həm vəqfin və həm də həbsin.
Allah sizə yar olsun.
Sual (2) : Salamun əleykum. Nə üçün ərəb dilini İslama etiqad və imanın zərurəti sayıblar? Quran, namaz və bu kimi başqa vacibatlar gərək ərəbcə olsun, ya hər dildə ola bilər?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Qurani-kərim məna cəhətdən möcüzə olmaqla yanaşı, nəzm baxımından da möcüzə olduğu üçün onun ərəb nəzmi qorunmalıdır. Namazın ərəb dilində oxunmasının səbəbi budur ki, namazda hər rəkətdə müəyyən miqdarda Qurandan (“həmd” surəsi, ya başqa surə) oxunmalıdır. Başqa bir tərəfdən dinin əsas mənbəyi olan ayə və rəvayətlər ərəb dilindədir. Müsəlmanların ərəb dilinə olan diqqəti bu səbəbə görədir.
Allah sizə yar olsun.
Sual (3) : Salamun əleykum.Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və fərqlər var? bütün elimlərin kökünün Quranda olması, düzdürmü? Bu məsələ nə qədər doğrudur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Elmin üç mənası və iki istilahı var:
Bəzən bilmək mənasındadır, bəzən bilik mənasında, bəzən də bilinmiş mənasındadır. Bu üç mənadan, birincisi məsdər mənası, ikincisi ismi məsdər, üçüncüsü isə vəsfi məfuldur.
Elmin (knov l edge) iki istilahı var: Bəzən mütləq elm və düşüncə qəsd olunur, istər həqiqətə uyğun olsun ya olmasın. Bəzən də ondan məqsəd, həqiqətə uyğun olan düşüncədir.
Elm və dinin ziddiyyəti məsələsində, elimdən məqsəd təbii elimlərin kəşfləridir ki, təcrübə əsasında fiziki şeylərin və hadisələrin təhlili ilə məşğul olur.(science)
Axırıncı mənaya əsasən, Xiristian dünyasında müqəddəs kitabların öyrətdikləri ilə təbii elimlərin kəşfləri arasında ziddiyyətin yaranmasına baxmayaraq ki, bunların hamısı müqəddəs kitabların təhrifindən yaranmışdır, amma islam dünyasında yeni elmin kəşfləri Qurana zidd olmamaqdan əlavə, Quran elə məsələlərdən xəbər verir ki, yeni elm təcrübənin köməkliyi ilə onları isbat edə bilmişdir. Bu məsələlər Quranın elmi möcüzələrinin bir gissəsi sayılır. Amma təəssüflər olsun ki, bu məsələ bir dəstənin təfsir qanunlarına diqqət etmədən və qəti elmi nəzəriyyələrlə elmi fərziyyələr arasında fərq qoymadan, Quran ayələrini elmi fərziyyələrlə tətbiq etmələrinə səbəb oldu və bu böyük bir səhvdir. Bizim əqidəmiz budur ki, Quran hidayət kitabıdır və insanların bu məsələdə nəyə ehtiyacları olubsa, onu bəyan etmişdir.
Əgər bəzən elmi məsələlərə işarə edirsə, bu sahəyə kömək etmək üçündür və Quranın möcüzələrindən sayılır.
Əlbəttə, Quranın haqq olması və üstünlüyü üçün, bütün elimlərin Quranda gəlməsini iddia etməyi zəruri bilmirik. Baxmayaraq ki, Quran çoxlu tanınmamış məsələləri özündə saxlayır və hər zamanda onun bir qismini bəşər kəşf edə bilir. Amma əqlin müxtəlif mənaları var və bizim əqldən məqsədimiz, kulliyyat və məfhumları dərk etməyə gücü çatan bir qüvvə və gücdür.
İlk günlərdən elə, Məsihi dünyasında bəzi şəxslər məsihi əqidəsinə ağılın töhfələri ilə uyğun olmadığını və heç bir yerə yozulmayacağını başa düşdülər. Ona görə də bir dəstə iman və əqli bir- birindən ayrı iki baxışda araşdırdılar. Amma İslam dünyasında, ağılın xüsusi bir yeri var. Quran dəfələrlə camaatı ağıla və düşünməyə həvəsləndirmişdir. Etiqadlar sahəsində, ağıla əsaslanmayan əqidəni qəbul etmir. Əhkam və dinin quru hissəsində də, ağılı hökümləri istinbat etməyin mənbələrindən saymışdır. Hətta belə deyilib, əgər bir yerdə ağıl qəti nəzərə və istidlala əsasən elə bir məsələyə yetişə ki, dinin mətnlərinin zahiri ilə uyğun olmasa, mətinlətin ağılın xeyrinə dəyişilir. Əslində mətnin məqsədi ağılın yolu ilə açıqlanır.
Din, əqaid,əxlaq və insanları tərbiyələndirmək və cəmiyyətin işlərinin idarəsi üçün tənzimlənən və müxtəlif səthlərə malik olan biliklərdən ibarətdir.
Din ümumi qanunlar olraq, ilahi elm və lövhi məhfuzda həqiqətə malikdir. Bu ilahi xəzinədə olan şeylərin hamısı ya onun bir hissəsi zaman və məkan və sair mövqeylərinə uyğun olaraq, insanları hidayət etmək məqsədilə, Peyğəmbərlərə göndərilir və insanlar ağıl və rəvayətlərə müraciət etdikləri zaman aşkar olur. Sonda onun bir hissəsinin ümumiləşməsi və camaatın bir dəstəsinin dini formasını alması mümkündür.
Deməli, dini aşağıdakı mərhələlərdə xülasələndirmək olar:
1. Nəfsul- əmri din
2. Mursəl din
3. Məkşuf din
4. Nəhadi din.

Allah sizə yar olsun.
Go to TOP