Sual (71) : Salamun əleykum. Həzrət İsa nazil olduqdan sonra nə qədər yaşayacaq?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əbu-Hüreyrə nəql edir ki, həzrət Peyğəmbər (s)buyurmuşdur: “Məsih yer üzündə qırx il qalacaq, vəfatından sonra müsəlmanlar onun üçün namaz qılacaq.”[1]

2. Abdullah ibn Ömər nəql edir ki, peyğəmbər buyurmuşdur: “İsa ibn Məryəm yerə enər, izdivac edər və övlad sahibi olar.”[2]

[1] “Müsnəde-Əhməd”, c. 2, s. 406.

[2] “Əl-Muntəzəm”, c. 2, s. 39.

Allah sizə yar olsun.

Sual (72) : Nə üçün İmam Zaman qiyam etdikdə Məscidul-Hərami və Məscidun-Nəbini söküb yenidən bərpa edəcək?
Bismillahir-rəhmanir-rəhim.

Kuleyni və Müfid Əbu-Bəsirdən, Əbu-Bəsir isə imam Sadiqdən (ə) belə nəql edir: “Qaim qiyam edən vaxt Məscidül-həramı əvvəlki şəklinə salacaq, Məscidun-nəbiyə əvvəlki görkəmini qaytaracaq...”[1]

Əvvəla, bu rəvayət Şeyx Müfid, Kuleyni, Şeyx Tusi tərəfindən nəql olunsa da, mötəbər sənədə malik deyil və ona istinad etmək olmaz.

İkincisi, həzrət Mehdi (ə) şiə və sünnilərin etimad göstərdiyi şəxsdir. Şiələr onu həm də məsum sayır. Belə bir şəxsin edəcəyi iş kimsədə şəkk-şübhə yaratmamalıdır.

Üçüncüsü, rəvayəti düzgün saysaq, onu belə izah edə bilərik ki, zalım hakimlərin dövründə bu iki məscid haram pullarla zinətləndirilmişdir. Zülmün əsərlərini aradan götürmək üçün bu zinətlər ləğv edilə bilər.

Dördüncüsü, “Səhihi-Müslimdə” nəql olunmuş rəvayətə əsasən həzrət Peyğəmbər (s) Kəbə evini yenidən bina etmək istəmişdir. Amma insanlar İslamı təzəcə qəbul etdiyindən bu fikrindən daşınmışdır.

 Allah sizə yar olsun.


[1]“Kafi”, c. 4, s. 543.

Sual (73) : salam bir yerde oxudum(haci Shahin) resulullahin(s) devri ornek devr olmaz cun munafikler olub bes 12ci imam kime ve neye esasen edaletli devlet quracaq ALLAH(CC)vehle danishdigi peygamber qura bilmeyibse
Ad: samiyusuf, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam. 

Əlbətdə bəzi fərqlərdə olacaq Allahın izni ilə İmam (ə) həm zahirə və həmdə batinə hökm edəcək Hz. Davud peyğəmbər kimi. Amma Hz. Peyğəmbər (s) isə təkcə zahirə hökm edirdi. Allah-təalanın iradəsi ilə bütün hökmlər icra olunacaq. İnsanlarda fərqli olacaq, əqillər kamilləşəcək insanlar zülmdən bezib ədaləti axtaracaqlar. Hz. İsanın iştirakı ilə çoxsaylı məsihi dünyası hidayəti olacaq. 

Allah sizə yar olsun.
Sual (74) : Salamun əleykum. Həzrətin zühurundan öncəki qiyamların hökmü nədir?
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam. 

Bəziləri bu əqidədədirlər ki, imam Mehdinin (ə) zühurundan öncə zalım hakimlərə qarşı qiyam qaldırmaq haramdır. Onlar imam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətə istinad edirlər. Həmin rəvayətdə buyurulur: “Qaimin qiyamından öncə ucalan hər bir bayraq sahibi zalım hakimdir və Allahdan qeyrisinə ibadət edir.”[1] Bu barədə nə demək olar?

1. Bu rəvayət ümumi şəriət üsulu, o cümlədən əmr be məruf və nəhy əz münkər (yaxşılığa əmr və pisliyin qadağası) və cihad hökmlərinə ziddir. Çünki bu üç hökmün mərtəbələri var və bu mərtəbələrdən biri qiyamdır.

2. Bir çox rəvayətlərin mənbəsi ilə bağlı problemlər var.

3. Bəzi rəvayətlərdən məlum olur ki, imam külli olaraq inqilabların mümkünlüyünü inkar etmir, sadəcə, onların son hədəfə çatmayacağını bildirir. Necə ki, Zeydin və Muxtarın qiyamları son hədəfə çatmadı.

4. İnqilaba çağırış iki qisimdir: Kimi Əhli-beyt hakimiyyətinin bərpasına çağırır və belə bir çağırış batil deyil.

Bir digəri şəxsi məqsədlərini həyata keçirmək üçün batilə dəvət edir. Beləcə, şəriət və Əhli-beyt imamətini müdafiə üçün qaldırılmış qiyamlar uyğun rəvayətlərdə nəzərdə tutulmur. Həzrət Zeynəl-Abidindən (ə) Muxtarın qiyamı haqqında soruşulduqda buyurdu: “Qara bir qul bizə yardım üçün ayağa qalxsa, ona yardım göstərmək vacibdir.”[2]

İmam Sadiq (ə) buyurmuşdur: “Bəni-Haşimdən on iki nəfər qiyam qaldırıb xalqı dəvət etməyincə Qaim zühur etməyəcək.”[3]

Allah sizə yar olsun.


[1] “Kafi”, c. 8, s. 295.

[2] “Bihar”, c. 45, s. 365.

[3] “Əl-Ğeybət”, Tusi, s. 437.

Sual (75) : Salam. Cemkeran mescidinin yanindaki Imam Zaman quyusunun yaranma tarixi? onun ehemiyyeti? niye ora mektub atiriq? o mektublar Imam Zaman AGAya nece catydirilir? xahiw edirem her suala etrafli cavab yazasiniz

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Cəmkəran məscidi İmam Zamanın (ə) göstərişi ilə tikilib. Amma ordakı quyu isə son zamanlarda düzəlib və heç bir müqəddəsliyi yoxdur sadəcə insanlar İmama (ə) olan ərizə və məktublarını atmaq üçün yaradılıb. Rəvayətlərdə sifariş olunub ki, hacətiniz olduqda İmamı niyyyət edib ərizə yazın çaya ya bir quyuya atın. Məktublar İmama çatdırılmır. Amma Allahın izni ilə İmam yazılanlardan xəbərdardır.  

Həzrət Mehdiyə (ə) ərizə yazmağın mümkünlüyünü sübuta yetirən müəyyən dəlillər vardır:

1. Ərizə yazılması həzrət Mehdiyə (ə) təvəssül növlərindən biridir. Bu iş dini mənbələrdə müstəhəb işlərdən sayılmışdır.

2. Böyük dini şəxsiyyətlər bu işi görmüş və onun bərəkətindən faydalanmışlar. Mühəddis Nuri “Nəcmus-Saqib” kitabında bu mövzuda maraqlı bir əhvalat nəql edir.[1]

3. Kəfəmi “Əl-Misbah” və “Əl Bələdul-əmin” kitablarında ərizənin hansı qaydada yazılmasını açıqlayır. Məlum olur ki, imama ərizə yazılması qanuni bir işdir.[2]

Mərhum Məclisi buyurur: “Ərizəni atarkən belə xəyal etsin ki, bu məktubu xüsusi naibə təhvil verir.”[3]

Şeyxul-Taifə Əbu-Cəfər Tusi “Misbahul-Mutəhəccid” kitabında deyir: “Allaha ünvanlanmış məktub yazılır, bükülür və sonra həzrət Bəqiyyətullaha digər bir məktub yazılır...”[4] Sonra alim hər bir ərizənin yazılma qaydasını göstərir.

Allah sizə yar olsun.

[1] “Nəcmus-Saqib”, s. 421.

[2] “Misbah”, s. 531; “Əl-Bələdul-Əmin”, s. 227.

[3] “Bihar”, c. 94, s. 30.

[4]Həmin mənbə, s. 27.

Sual (76) : salam aleykum ve rehmetullah. bu hedisler sehihdirmi? İmam Sadiq (ə.) buyurdu: “Qaim (ə.) ətrafındakı insanlarla Kərbəladan çıxdığında Kərbəla və Nəcəf arasında on altı min müctəhid və alimi öldürəcək və yanında gələnlər arasında bir dəstə münafiqlər belə deyəcəklər: O Fatimənin (s.ə.) övladlarından deyil, çünki olsaydı alimlərə mərhəmət göstərərdi və sonra Nəcəfə daxil olar və orda bir gecə qalar. Sonra Hud və Saleh Peyğəmbərin (s.) məzarının qarşısında olan babul nahilədən çıxacaq və orda kufə xalqından olan yetmiş min kişiylə qarşılaşacaq və onu öldürmək istəyəcəklər və İmam (ə.f.) da hamısını öldürəcəkdir və heç biri qurtula bilməyəcəkdir”. (Kitabul Nurul-Ənvar, cild 3, səh.345) 5. Hz. Əli (ə.) buyurdu: “Qaim (ə.) qiyam etdiyində fətva əhlindən intiqam alacaq. Onlar bilməyərək özlərindən fətva verən kəslərdir. Fətvanı verənə və onların arxasından gedənlərə vay olsun. Din əksikdimi ki, onlar tamamlamağa çalışdılar, ya da dində əyrilikmi var idi ki, onlar düzəltməyə çalışdılar?” (“Bəyanul Əimmə (ə.)”, cild 3, səhifə 298, İlzamun Nasib, cild 2, səhifə 200; Yəvmul Xelas, səh. 410) Qeybəti-kübra dövründə insanların əksəriyyəti İmamın (əc.) iqamətgahından xəbərsizdir. Onlar o həzrətin hüzuruna yetişməkdən məhrumdurlar. Bə`zi rəvayətlərə görə, otuz nəfər daimi olaraq o həzrətin hüzurundadır. Onların birinin ömrü başa çatan zaman başqa birisi onun yerinə tə`yin olunur. Bu şəxslərə “Övtad” deyirlər. Bu mesele heqiqetdir? evvelceden teshhekkurler
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Məhdəviyyət barədə çoxlu zəif və saxta hədislər vardır. Hər hədisə əsasən araşdırmadan nəticə almaq düzgün deyil. Həmçinin adı çəkilən kitablar məhdəviyyət mövzusunda mənbə və mötəbər  sayılmır. Nümunə üçün demək olar ki, İlzamun-nasib kitabında əsası olmayan çoxlu hədislər var. Hətta hədis olsa və sənədi düzgün olsada düzgün təhlilə ehtiyac var. Demək olarki dinsiz alimlər ki din adından fətva verirlər məqama və sərvətə çatmaq üçün təbii ki onlar İmamın düşmənləridir.
Amma o ki qaldı İmamın ətrafında olan otuz nəfərin olmasına mötəbər kitablarda bu məsələ ilə rastlaşmamışam.
Uyğun mövzuyla əlaqədar aşagıdakı məqaləyə müraciət edin:
http://islamquest.net/az/archive/question/fa1415
Allah sizə yar olsun.
Sual (77) : Salam.IMAM ZAMAN AGA (S.S) nece yasinda qeybe cixib.evvelceden tesekkur edirem.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
İmam Zamanın (ə) iki qeybəti olub, biri kiçik ğeybətdir ki, İmam 5 yaşında olarkə atatsından sonra qeybə çəkilir və 70 il İmamla yalnız xüsusi naibləri görüşə bilirdi. Böyük ğeybət isə 941 ci ildən (329 hicri) başlayır və Allah istəyənə kimi davam edəcək. Hazırda İmamın təvəllüdündən 1145 il ötür.
Allah sizə yar olsun.
Sual (78) : Salam. Nergiz ve Nercis adlari ferqli adlardir? h Mehdinin (e) anasinin adi ne olub? 2. Neye gore biz mesumlardan(e) h Mehdinin (e) adini cekende ayaga qalxiriq?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1. Nərgiz və Nərcis eyni addır sadəcə ərəb dilində g hərfi olmadığı üçün c oxunur. İmam Zamanın (ə) anası Nərgiz Xatun (ə) (Həzrət Nərgizin (ə) əsil adı Məlika idi. Sonralar Reyhanə Süsən Nərgiz və Siqəl də adlandırılmışdır.)
2. Biz Peyğəmbər və imamların yolu və sünnəsinə əməl edirik. İmam Mehdinin (ə) Qaim ləqəbi deyiləndə ayağa qalxılır çünki İmam Riza (ə) belə etmişdir, bu əməl onun qiyam və gəlişin xatırladır.
Allah sizə yar olsun.
Sual (79) : Salamun əleykum. Bu düzdürmü ki, imam Məhdinin Azərbaycandan yavəri olacaq?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bildiyimiz kimi, 12-ci imamımız Mehdi Sahibzaman Allahın izni ilə qeybə çəkilmişdir. Həzrətin qeybə çəkildiyi müddət təqribən 1166 ildir ki, onun da 69-70 ili qeybəti-süğra, yəni kiçik qeybə və qalanı isə, qeybət-kübra, yəni böyük qeybə aid olur.
O, onuncu imam, İmam Hadi (ə) və on birinci imam, İmam Əskəri ilə (ə) görüşmüş idi. Qasim on ikinci İmam, Həzrət Mehdinin (ə) məktubunu ikinci səfir Məhəmməd ibn Osman Əmri və üçüncü səfir Hüseyn ibn Ruh Nöbəxtinin vasitəsi ilə əldə edirdi.Kiçik qeyb Bağdad şəhərində olan dörd səfir vasitəsilə idarə olunaraq, Mehdi (ə) və şiələr arasında əlaqə yaradırdılar. O cümlədən, şiələr öz məktublarında sual və çətinliklərini bu səfirlər vasitəsi ilə İmama çatdırırdılar. Bununla yanaşı, Həzrətin Bəsrə, Kufə, Yəmən, Mədain, Qum, Nişabur, Rey, Həmədan və eləcə də vətənimiz Azərbaycan kimi bir çox bəzi şiə şəhərlərində də vəkil və nümayəndəsi var idi.Vəkil və nümayəndələrin bu şəhərlərdə vəzifəsi, şiələrin dini suallarına cavab vermək, şəxsi çətinliklərini həll etmək, vəqf olunan torpaqlara nəzarət edib, onun gəlirlərini Həzrətə çatdırmaq və nəticədə Həzrətin əmri ilə onu yoxsul, kimsəsizlərə çatdırmaq və ən asası isə Əhli-beyt məzhəbinin güclənməsinə sərf olunurdu.Bu səlahiyyətli nümayəndələrdən biri də Azərbaycanın Bərdə şəhərində (Bu dövrün tarixçiləri və coğrafiyaşünasları Aran vilayətinin mərkəzinin Bərdə şəhəri olduğunu yazmışlar) yaşayan Qasim ibn Əla idi ki, camaatın şəri suallarını məktub vasitəsi ilə Məhdiyə (ə) çatdırıb, habelə vəqf olunan əkin sahələrinə nəzarət edib, onun hasilatını Həzrətə göndərirdi. Şeyx Səduq “Kəmaluddin” əsərində onun Azərbaycan əhlindən olduğunu, başqa mənbələr isə onun Həmdan qəbiləsindən olduğunu qeyd edərək Aran və Azərbaycanda yaşadığını vurğulayırlar.Qasim ibn Əla İmam Rzanın (ə) səhabəsi, eləcə də imam Hadi (ə) və imam Həsən Əskəri (ə) ilə görüşüb, hətta imam Həsən Əskəri (ə) tərəfindən, 12-ci imamın üçüncü səfiri olan Hüseyn ibn Ruh Nöbəxtinin dövrünədək bu vəzifədə fəa-liyyət göstərmişdir.Həzrətin bu sevimli vəkili, O həzrətlə görüşüb, onun möcüzəsi ilə şəfa tapmışdır.Yaxşı olardı ki, Şeyx Tusinin “Əlğeybə” adlı əsərində Qasim haqqında nəql olunan mətni nəzərinizə çatdıraq:“Səfvani belə deyir: Mən Azərbaycan nahiyəsində olan Ərran şəhərində (Aran) Qasim ibn Əlanın yanında oldum. Qasim 80 yaşına çatarkən gözləri tutulub, dünya işığından məhrum oldu.O, onuncu imam, İmam Hadi (ə) və on birinci imam, İmam Əskəri ilə (ə) görüşmüş idi. Qasim on ikinci İmam, Həzrət Məhdinin (ə) məktubunu ikinci səfir Məhəmməd ibn Osman Əmri və üçüncü səfir Hüseyn ibn Ruh Nöbəxtinin vasitəsi ilə əldə edirdi.Amma iki ay müddətində bu məktubların gəlişi dayandı və Qasim buna görə çox narahat oldu. Bir müddət keçdi. Bir gün biz Qasimlə bərabər yemək yeyirdik. İraqdan bir nəfər gələrək Həzrət Məhdinin (ə) məktubunu Qasimə çatdırdı. Bu məktubda onun qırx gündən sonra ömürünün başa çatması yazılmışdı.Bu məktubdan sonra Qasim xəstələnib yatağa düşdü. Ölümündən yeddi gün əvvəl yerindən qalxar, imamların adını bir-bir çəkər və onları özünə şəfaətçi qərar verərdi. Elə bu vaxt qəflətən onun kirpikləri aralanıb, gözləri açıldı. Qasim üzünü oğlu Həsən və dostları Əbu Əli və Əbu Hamidə tutub, bir-bir onları öz yanına səslədi.Biz onun artıq şəfa tapdığını anladıq. Bağdadın qazisi olan Əbu Saib Qasimin yanına gəlib, onun görüb-görmədiyini yoxlamaq üçün üzüyünü ona tərəf tutaraq onun qaşı üzərində nə yazıldığını soruşdu.Qasim üzüyə baxıb, onun üzərində üç sətir yazı yazıldığını bildirdi. Amma, Əbu Saib bu xətti özü belə oxuya bilmədi. Bu işdən hamı xəbər tutmuşdu. Camaat dəstə-dəstə baş çəkməyə gəlirdilər. Qasim ömrünün son anlarında üzünü oğlu Həsənə tutub belə dedi:Ey Həsən, Allah səni uca məqamlara çatdıracaq. Ona həmişə şükür et! Bir şərtlə ki, şərab içməkdən imtina edəsən!Həsən atasının sözünü qəbul edib tövbə etdi və bu an Qasim əllərini Allah dərgahına tutub, bu duanı etdi:”İlahi Həsənə öz itaətini 30ilham edib onu günahlardan qoru!”Qasim bundan sonra öz vəsiyyətini yazıb, oğluna belə dedi:Oğlum, Həsən! Əgər sən burada Mehdi (ə) tərəfindən bu işə layiq görülsən, vəqf olunan əkin-sahə və tarlamdan, gəlirin yarısı sənə və yarısı isə ağam Həzrət Məhdiyə (ə) çatacaq. Yox, əgər buna layiq görülməsən, öz xeyrini Allah razı olan işdən tələb et.Nəhayət, qırxıncı gün çatdı və Qasim öz dünyasını dəyişdi. Ölümündən sonra, həmkarları olan Əbu Əli və Əbu Hamid onun qüslünü verib, İmam Rzanın (ə) hədiyyəsi olan köynəyi və İraqdan göndərilən yeddi hissə parça ilə onu kəfənlədilər.Bir müddətdən sonra Həzrət Məhdinin (ə) məktubu Həsənə çatdı. Həzrət bu məktubda ona başsağlığı verib belə yazmışdı:“Allah sənə öz itaətini ilham edib, səni günahlardan qorusun. Həqiqətən biz, atanı sənin üçün yol göstərən, rəhbər və onun əməllərini sənə örnək qərar verdik”.Bu sözlərdən nəticə almaq olar ki, o, Həzrət Məhdinin (ə) sadiq şiələrindən biri olub. İraqdan ona göndərilən kəfən və onun şəfa tapması buna bir dəlil ola bilər.Əlbəttə, bu sözlərdən yenə nəticəyə gəlmək olar ki, Qasimdən sonra, vəkalət məqamı Həsənə həvalə olunmuşdur. Necə ki, atası Qasim də onun məqama nail olmasını, günahdan çəkinməsi şər-tilə bildirmişdi.Beləliklə, Azərbaycanda şiəlik daha qədim tarixə malikdir. Buna dəlil olaraq deyə bilərik ki, İmam tərəfindən təyin olunan nümayəndə şiə mərkəzlərinə göndərilir. Vəkilin də vəzifəsi belə bir halda gerçəkləşə bilər ki, olduğu yer şiə ictimaiyyətini təşkil edə bilsin. Həmçinin o da məlumdur ki, şiə olmayan məntəqədə şəri suallar və həzrət Məhdiyə (ə) vəqf olunmuş əkin sahələri meydana gələ bilməz. (Meqalenin muellifi Elşen Ismayilzadedir)
Allah sizə yar olsun.
Sual (80) : Salamun əleykum.Əbil Ədyanın nəql etdiyi hadisəni bəyan edin.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Şeyx Səduq nəql edir ki, imamın naiblərindən biri olan Əbil-Ədyan deyir: Həzrət Əskəri (əleyhissalam) məni çağırtdırıb məktubların cavabını mənə verdi ki, Mədainə aparam. Buyurdu ki, 15 gündən sonra qayıdacaqsan, görəcəksən ki, mən şəhid olmuşam. Soruşdum: Yəbnə Rəsulillah! Sizdən sonra İmam kimdir? Buyurdu: “Mənim cənazəmə namaz qılan şəxs məndən sonra İmamdır.”

Dedim: Yenə də onun əlamətlərindən bir neçəsini buyurun.

Həzrət buyurdu: “Məktubları səndən istəyəcək. Kisələrdə nə qədər pul olduğunu deyəcək.

İmamın əzəməti mənə imkan vermədi ki, bundan artıq sual edəm. Mədainə getdim. On beşinci günü qayıtdım. İmam Əskəri (əleyhissalam) şəhid olmuşdu. Qəbrin yanında Həzrətin cənazəsinə qüsul verirdilər. Çox çəkmədi ki, İmamın qardaşı Cəfəri çağırdılar ki, cənazə hazırdır, gəl namaz qıl!

Mən bilirdim ki, Cəfər fasiq və cahil adamdır, onun imamətə ləyaqəti yoxdur. Bu zaman məni şübhə götürdü. Birdən ay parçasına bənzər bir cavan qabağa gəldi. Cəfəri kənara çəkdi və cənazəyə namaz qılmağa başladı. Bu işdən hamı təəccübə gəlmişdi, o cümlədən Cəfərin özü. Cavan namazı qıldıqdan sonra üzünü Əbil-Ədyana tutub buyurdu: “Məktubların cavabını ver.”

Çox çəkmədi ki, Qumdan bir neçə nəfər gəldi. Onlar İmam Həsən Əskəri (əleyhissalam)-ın canişini istədilər. Cəfər özünü canişin kimi tanıtdırmaq istədi. Onlar dedilər: Biz özümüzlə pul və məktub gətirmişik. Əgər İmamsansa, gərək məktubların kimdən olduğunu və kisələrdə nə qədər pul olduğunu deyəsən. Onların sahibi kimdir? Çünki Həzrət Əskəri (əleyhissalam) bunların hamısını bizə deyərdi.

Cəfər təəccüblənərək dedi: Ey əcəba! Camaat məndən qeyb istəyir!

Bu zaman İmam Həsən Əskəri (əleyhissalam)-ın evindən bir qadın çölə çıxdı. İmam Zaman (əleyhissalam)-ın tərəfindən məktubların sahibini və kisədəki pulların miqdarını dedi, məktubları və pulları götürüb evə daxil oldu. O vaxtdan başlayaraq xəlifə və onun ətrafındakılar üçün şübhə və qorxu yarandı.
Allah sizə yar olsun.
Go to TOP