Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İntizarın əsil ruhu müqavimət və səbirdir. Nəzərdə tutulan məqsədin gerçəkləşməsi intizarında olan kəs məqsədə çatanadək möhkəm və dözümlü olmalı, süstləşməməlidir.
O hər bir çətinliyi dözümlə qarşılamalıdır. Səbir və dözümünü əldən vermiş insan intizarı da əldən verir. Çünki səbir və dözüm intizar şərtidir. Bu səbəbdən də hədislərdə fərəc intizarı haqqında danışılarkən səbir xüsusiyyətinə toxunulur.
İmam Riza (ə) buyurmuşdur: “Dözün, fərəc intizarı necə də gözəldir.”[1] Zühur üçün vaxt təyin olunmamışdır. Bu hadisə gözlənilmədən baş verəsidir. Bu səbəbdən də hər an intizarda olmaq lazım gəlir.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəli, cavab olaraq iki nöqtəni qeyd etmək olar:
a) Böyük qeyb dövründə faydalı sayılmışdır ki, həzrət arabir özünü sözü keçərli böyüklərə göstərsin. Belə bir görüş insanlarda əminlik yaradır, qeybin uzun çəkməsi ilə bağlı ortaya çıxan şübhələri aradan qaldırır. Avam xalq üçün hər hansı dəlil yetərli olmur. Ona görə də din böyükləri göstəriş verirlər ki, imamla baş tutmuş görüşlər xalqa danışılsın. Bu sayaq söhbətlər xalqın qəlbini isidir, onlara ümid verir. Çünki bir şeyin mümkünlüyünün ən böyük dəlili, onun baş verməsidir.
b) Həzrətlə görüşün mümkünlüyünü istisna edən heç bir şəri və əqli dəlil yoxdur.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah-tәala buyurur: “Allah sizlərdən iman gətirib saleh işlər görənlərə vəd edir ki, hökmən onları yer üzünün hökmranı edəcək. Necə ki, onların əvvəlkilərinə yer üzünün xilafətini bəxş etmişdi. Onlar üçün bəyəndiyi din və ayini möhkəmlədəcək, qorxularını aramlığa çevirəcək. Belə ki, yalnız Mənə pərəstiş etsinlər və bir şeyi Mənə şərik qoşmasınlar. Bundan sonra kafir olanlar azğınlardır.”[1]
Yuxarıdakı ayə həzrət Mehdinin (ə) zühur dövrünə və ümumdünya tövhid hökuməti əsrinə aiddir. Bu müddəanın dəlilləri var:
1. Bu ayə dünyanın sonunda İslamın digər dinlər üzərində qələbəsini bildirən digər ayələrə münasibdir.
2. “Əl-ərz” sözü bütün yer üzünə işarədir.[2]
3. Bu vaxtadək qorxu tam şəkildə aramlığa çevrilməmişdir. Bu hal yalnız möminlərin əhatəli hakimiyyəti zamanı yarana bilər.
4. Ayə ilə bağlı nəql olunmuş rəvayətlər nəzərdə tutulmuş mənanı təsdiqləyir.
Qurtubi hazırkı ayə ilə bağlı həzrət Peyğəmbərin (s)belə buyurduğunu nəql edir: “Həmin gün yer üzündə Allah tərəfindən İslam kəlməsi daxil edilməmiş ev yoxdur.”[3] Sudəyy İbn-Abbasdan nəql edir ki, ayə Ali-Məhəmməd haqqında nazil olmuşdur.[4] İmam Səccad (ə) buyurmuşdur: “Bu ayə həzrət Qaimin şəninə nazil olmuşdur.”[5]
İmam Sadiq (ə) buyurmuşdur: “Bu ayə Qaim və onun səhabələri haqqında nazil olmuşdur.”[6]
5. Dörd xəlifənin dövründə də yer üzündə kamil əmin-amanlıq yaranmadı. Xüsusi ilə İran və Rum kimi qüdrətli düşmənlər İslam üçün təhlükə mənbəyi idi. Bu səbəbdən də 30 il ərzində çoxsaylı savaşlar baş verdi.
Fəzl deyir: “İmam Sadiqə (ə) ərz etdim ki,bəziləri bu ayənin Əbu-Bəkr, Ömər, Osman və Əli haqqında nazil olduğunu düşünür. Həzrət buyurdu: “Allah onların (“nasibə”) qəlbini hidayət etməz. Axı nə vaxt Allah və onun rəsulunun dini yetərincə təsbit olub?! Axı nə vaxt həmin xəlifələrin dövründə qəlblərdən şəkk-şübhə çıxıb?! Onların dövründə hansı fitnələr qopmadı, hansı savaşlar baş vermədi?!”[7]
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Sahibəzzaman (Mehdi) İshaq ibn Yəquba cavabında yazır: “Həqiqi və kamil qurtuluşun tezləşməsi üçün çox dua edin. Həqiqətən, sizin qurtuluşunuz bundadır.”[1]
Bilirik ki, şiələrin qurtuluşu həzrət Mehdinin (ə) zühuru sayəsində mümkün olasıdır. Nə qədər ki, həzrət qeybdədir, şiələr sıxıntı və təzyiqə məruz qalasıdır.
Hədisdən məlum olur ki, həzrət Mehdinin (ə) zühuru dövrü həm tezləşə, həm də yubana bilər. (“Bəda.”) Həzrətin zühurunun tezləşmə amillərindən biri duadır. Bilirik ki, qəlb istəyi və zəmin olmadan edilən dua təsirsizdir. İnsan həm dili və qəlbi ilə istəməli, həm də əməli olaraq öz istəyinə zəmin yaratmalıdır.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Uyğun ayədə ilahi bir qayda, təbiət qanunu açıqlanılır. Yəni fiziki yetkinliyə çatмış hər bir insan tədricən öz qüvvələrini itirмəyə başlayır. Beləcə, o öz körpəliyindəki zəiflik halına qayıdır. Belə bir qayda bütün canlı aləмə мünasibətdə qüvvədədir. Bütün canlıları belə bir aqibət gözləyir. Əvvəlcə, onu qeyd edək ki, təbiət elмlərinə əsasən əsrin iмaмının uzun öмrü мüмkün sayılмışdır. Bunu da qeyd etмəliyik ki, iмaмa мəxsus olan öмür istisna bir öмrüdür.
Başqa sözlə, elм мin illik və daha uzun öмrü мüмkün sayır. Bu iş мüмkün sayılмasaydı, мəşhur təbiətşünas aliмlər insan öмrünü uzatмaq üçün ciddi araşdırмalarla мəşğul olмazdılar. Onlar insanlara üмid verirlər ki, bir gün uzun öмrün sirri açılacaq. Bunu da inkar etмək olмaz ki, hazırda belə bir öмür istisna sayılмalıdır. Hələ ki bəşəriyyət uzun öмür yaşaмağın sirrini tapмaмışdır. Allah seçilмiş bir bəndəsinə ona görə belə uzun öмür verмişdir ki, мüəyyən bir мəqaмda həмin şəxs qiyaм etsin və yer üzündə ədalət bərqərar olsun. Qeyd olunan Quran ayəsi isə adi insanlar haqqındadır və мüstəsna bir şəxsə aid edilмəyə bilər.
Bir sözlə, istisna olaraq bir şəxsə belə uzun öмür verən Allah onu istənilən zəiflikdən də qoruyar. Bu мəsələ nəzərdə tutulмuş Quran ayəsinə qətiyyən zidd deyil. Çünki ayə əksər adi insanlara aiddir.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Tarixi mənbələri araşdırdıqda əmin oluruq ki, təkamül qarşısında dayanmış maneələri qansız aradan götürmək olmur. Tərbiyəvi üsullar nə qədər böyük rola malik olsa da, yalnız nəcib insanlara təsir göstərir. Bu üsullar iqtisadi, siyasi və hərbi qüvvəyə yiyələnib dünyanı istismar edən qüvvələrə yetərincə təsir göstərmir. Onların hidayəti üçün gücdən istifadə etmək zəruridir. İslam müharibəni məqsəd yox, tövhid və ədalətin bərpa vasitəsi sayır.
Qurani-Kərimdə buyurulur: “Bir daha fitnə olmasın deyə onlarla vuruşun və din bütünlüklə Allah üçün olsun...”[1]
Bu səbəbdən də aləmlərə rəhmət göndərilmiş İslam peyğəmbəri buyurur: “Bütün yaxşılıq və xeyir qılınc kölgəsindədir. İnsanları yalnız qılınc düzəldir. Qılınclar behişt və cəhənnəmin açarıdır.”[2]
İmam Baqir (ə) buyurur: “Həzrət Qaimin (ə) beş peyğəmbərə oxşarlığı var. Onun öz babası peyğəmbərə (s) oxşarlığı qılıncla qiyam, Allah və Onun rəsulunun düşmənlərini öldürməsi, qılınc və (düşmənlərin qəlbinə düşmüş) qorxu ilə yardım almasıdır.”[3]
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Tarixi mənbələrdə bildirilir ki, Müaviyə Bəni-Haşimdən olan bir dəstəyə xitabən dedi: “Haşimi padşah və Qaim Mehdinin (ə) sizdən olması barədə gümanınız batil əqidədir. Mehdi əslində İsa ibn Məryəmdir. Hakimiyyət ona verilənədək bizim əlimizdədir.”[1]
Həmin məclisdə iştirak edənlərdən biri də İbn-Abbas olmuşdur. O, Müaviyəni tarixi təhrif etməsinə və İslam əqidəsi ilə əylənməsinə qarşı çıxaraq dedi: “Sən dedin ki, biz Mehdinin (ə) hakim olacağını güman edirik. Güman şirkdir, necə ki, Allah-təala buyurur: “Kafirlər düşünürlər ki, heç vaxt ayağa qaldırılmayacaqlar.”[2]
Hamı şəhadət verir ki, bizim üçün mülk və hökumət var. Dünyanın ömründən bir gün qalmış olsa, Allah-təala bizlərdən birini yer üzü zülmə qərq olduqdan sonra ədaləti bərpa etmək üçün göndərər. Sən deyirsən ki, Mehdi İsa ibn Məryəmdir. İsa Dəccala qarşı çıxmaq üçün göndərilir. Dəccal onu görəndə məhv olar. Bizim imamımız isə İsa ibn Məryəmin iqtida edəcəyi kəsdir...[3]Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İmam Mehdi (ə) Məhəmməd ibn Osman Əmriyə tapşırığında buyurur: “Əmim Cəfərin və onun övladlarının tutduğu yol Yusifin qardaşlarının yolu kimidir...”[1]
Oxşar cəhətləri nəzərdən keçirək:
1. Həzrət Mehdinin (ə) əmisi Cəfərin hökmünü peyğəmbər övladlarının hökmü kimi onların babalarının ixtiyarına verək və bu barədə danışmayaq.
2. Yusifin qardaşları tövbə etdiyi kimi, Cəfər də tövbə etmişdir. Çünki bəziləri Cəfəri “təvvab” ləqəbi ilə çağırmışlar.
3. Yəqubun övladları günaha batdıqda Allah Yəquba xatir onları bağışladı. Cəfər də imamın oğlu, imam qardaşı və imam əmisi olduğu üçün bağışlandı.
4. Peyğəmbər övladları peyğəmbərlər kimi məsum olmur. Yəqubun övladları günaha batdığı kimi, imamın da övladı günaha bata bilər.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəziləri elə düşünürlər ki, Məhdəviyyət mövzusunun araşdırılması hazırkı dövr üçün faydasızdır. Onlar elə güman edirlər ki, hər dövrün öz aktual mövzuları var, Məhdəviyyət mövzusu isə gələcəyə aiddir və biz bugünkü vəzifələrimizə əməl etməliyik...[1]
Məhdəviyyət mövzusunun bu günümüz üçün bir sıra faydaları var və həmin faydalardan bəzilərini nəzərdən keçiririk:
1. Həzrət Mehdinin (ə) qiyamı mövzusu böyük bir ictimai və İslami fəlsəfəyə malikdir. Bu mövzu ilhamverici ideya olmaqdan əlavə İslam ideallarının tanınmasında çox münasib bir vasitədir.[2]
2. Bütün yer üzünü əhatə edəcək İslam hökumətinin qurulması vədi müxtəlif təsirlərə malikdir. Onlardan bəziləri fəlsəfi və dünyəvi, bəziləri islami, bəziləri mədəni və tərbiyəvi, bəziləri siyasi, bəziləri iqtisadi, bəziləri ictimai, bəziləri insani, bəziləri isə təbiidir.[3] İnsan həzrət Mehdinin (ə) əhatəli proqramlarından faydalanmaqla İslamın gerçək ideallarına yaxınlaşa bilər.
3. Yer üzündə tarix boyu müxtəlif mədəni, siyasi, ictimai inqilablar baş vermişdir. Bu inqilabların əksəri ya ilk addımda məğlubiyyətə uğramış, ya da müxtəlif problemlərlə üzləşərək düşmənlərin öhdəsindən gəlməmişdir. Yalnız şiə məzhəbinin Məhdəviyyət mövzusuna baxışı cəmiyyətdə optimist ruhiyyə yaradır və xalqı ümidsizlikdən qurtarır. Şiə əqidəsinə əsasən, dövrün imamı həzrət Mehdi (ə) diridir, hazırdır və əməllərimizi görür. Həssas məqamlarda ondan kömək alınır. Psixologiya baxımından belə bir inanc şiələrin ruhiyyəsində dərin iz qoyur.
4. Əsrin imamının nə vaxt hökumət quracağı müəyyən olunmadığından bu zühur hər an gözlənilir. Buna görə də, Məhdəviyyət mövzusunu gündəmdə saxlamaq, zühur xüsusiyyətlərini və həmin dövrdəki vəzifələrimizi öyrənmək zəruridir.
5. Zühur dövründə ümumdünya tövhid hökumətinə nail olmaq üçün müəyyən şərtlər var. Bu şərtlərdən bəzisi bəşəriyyət tərəfindən həyata keçməlidir. Bəşəriyyətin hərcəhətli təkamülü, ali düşüncə səviyyəsinə çatması bu şərtlərdəndir. Zühur dövrünün amallarından xəbərdar olmalıyıq ki, onun yaxınlaşmasını istəyib həzrətin zühuru üçün zəmin yaradaq.
6. Məhdəviyyət mövzusu yalnız gələcəklə bağlı problemlərə aid mövzu deyil. Bu mövzu həmişəlik imamət mövzusudur. Allahın dəlilləri batil olmasın deyə, istər hazırda, istər qeybdə məsum imamın mövcudluğu zəruridir.
İslam peyğəmbərindən (s) nəql olunmuş rəvayətlərdə oxuyuruq: “Hər kəs öz dövrünün rəhbərini tanımadan ölsə,cahiliyyət dövründə ölmüş kimidir.”[4]
Məhdəviyyət mövzusunda qeyb, qeyb fəlsəfəsi, qeybin təsirləri və bərəkəti, qeyb dövründə imamın mövcudluğu məsələlərindən danışılır.
Beləcə, Məhdəviyyət mövzusu qeyb əsrində şiələrin vəzifələrindəndir.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəzi alimlər Hərmucəddun məntəqəsində baş verəcək mərəkəni imam Mehdinin (ə) zühuru üçün əlamət sayırlar. Bu əhvalat hətta digər səmavi kitablarda da nəql olunmuşdur.[1]
Yəhudilər və məsihilər bu mərəkəni tarixin sonunda baş verəcək çox böyük müharibə hesab edirlər.
“Hərmucəddun” sözü dağ mənasını bildirən “hər” və vadi və ya kiçik dağ adı olan “mucəddu” sözündən düzəldilmişdir. Bu vadi Fələstinin şimalında yerləşir. Onların nəzərincə, bu savaşda 400 milyon nəfər iştirak edəcək. Bu qoşun İraqdan, İrandan, Livanda, Sudandan, cənubi Qafqaz və Rusiyadan toplanasıdır.
Doktor Əbdül-Kərim Zübeydi deyir: “Bu hadisə imam Mehdinin (ə) zühurundan öncə baş verəcək həmin hadisədir. Rəvayətlərdə bu mərəkə “Tərqisya” adlandırılmışdır. Bu qoşun Аmerikadan, Аvropadan, Rusiyadan, Türkiyədən, Misirdən, Qərbi ərəb dövlətlərindən, Suriyadan, İordaniyadan, Livandan, Fələstindən və İsraildən olan çoxsaylı qüvvələrdən təşkil olunacaq. Şam sərhəddində bu qoşunlar rastlaşdığı vaxt Süfyani xüruc edəcək...”
Kuleyni nəql edir ki, imam Sadiq (ə) Muyəssərə buyurdu: “Agah ol ki, orada (Qərqisyada) göylər və yer yaranandan bu günədək oxşarı olmayan bir hadisə baş verəcək.”[2]
Bu mövzuda nəql olunmuş rəvayətlərdən məlum olur ki, bu müharibədə düşmən tərəfindən komandan Süfyani adlı bir şəxsdir. Bu şəxs İsrail və Amerika casusluq mərkəzlərinin köməyi ilə xalq arasında təfriqə salar və insanları insanlara qarşı təhrik edər. Həzrət Mehdi (ə) öz tərəfdarlarından bir hissəsi ilə Kəbəyə sığındığı vaxt bu qoşun Beyda məntəqəsində yerə batar.
Buxari həzrət Peyğəmbərdən (s)belə nəql edir: “Siz yəhudilərlə savaşanadək qiyamət qopmaz. Həmin vaxt o qədər yəhudi öldürülər ki, hətta yəhudinin pənah apardığı daş deyər: “Ey müsəlman! Mənə sığınan şəxs yəhudidir, onu qətlə yetir.”[3]
Allah sizə yar olsun.