Sual (41) : Esslamun aleykum. zehmet olmasa deye bilersiz bu hedis sehihdirmi. ve bunun tehlili duzgun verilbdirmi. IMAM ALI e. DEYIB :-QAIMIN ef. QIYAMI UCUN MUEYYEN ELAMET VE NISANELER VARDIR .ONLARDAN BIRINCISI KUFE SEHERININ XENDEK QAZILIB PUSQU QURULMASI ILE MUHASIREYE ALINMASIDIR .DAHA BOYUK OLAN MESCIDIN ETRAFINDA BAYRAQLARIN YELLENMESIDIR KI, BU MUHARIBEDE OLDUREN VE OLDURULEN --HER IKISI CEHENNEM EZABINDADIR --sened biharul envar kitabi c.52,seh.273--QEYD:NEZERE ALSAQ KI ,OLDUREN ISID TERRORCUSU OLAN TEKFIRCI (OZLERINDEN BASQA HAMINI KAFIR BILEN ) VEHHABILERDIR VE OLDURULEN ISE MUDAFIE CIHADINA QOSULAN MUCTEHIDPERESTLER YANI MUCTEHIDE TEQLID EDENLERDIR--ONDA BU HEDIS HER IKI DESTENIN BATIL YOLDA OLDUGUNU VE CEHENNEMLIK OLDUGUNU BILDIRIR .

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Biz hədisi tapa bilmədik çünki kitabın çapları fərqli olduğundan səhfələrin yeri dəyişir əgər mümkündürsə hədisin ərəbisini bizə yazın. Hər halda İmam Zamannın (ə) zühur əlamətlərini tətbiq etmək düzgün deyil. Haradan bilirsizki, hədisdə deyil bu zamana aiddir bəlkə keçmişdə olub və ya gələcəkdə olacaq. Birdəki, 5 qəti əlamətdən başqa əlamətlər qəti deyil yəni mümkündür baş verməsin və bu deyilən qəti əlamət deyil. Hal hazırda Kufə ətrafında nə xəndək qazılıb və nə müharibə gedir. Bir hədisi bir dəstəyə şamil edib onların cəhənnəm əhli olmağın sabit etmək düzgün deyil bəlkə haqq bizim üçün aydındır. Nəzərə almaq lazımdır ki, İmam Zamanın (ə) qeybətindən ta zühuruna kimi axiruz-zaman hesab olur.

Allah sizə yar olsun.

Sual (42) : Əssalamualeykum, 1. Deyilənə görə, İmam Mehdi(ə) zühur edəndə İslam dininin əvvəlki kökmlərində dəyişiklik edəcək. Məs.:Əhli-kitabdan cizyə almaq hökmü ləğv olunacaq. Amma Qurani-Kərimdə bu hökm var. Belə çıxır ki, kitabdan bu kimi hökmlər çıxarılaraq müsəlmanların yeni Quran-Kərimi olacaq? Bundan başqa nə kimi şəriətdə dəyişikliklər olacaq? 2. İmam Mehdidən (ə) sonra kimlər sıra ilə İslam ümmətinin rəhbəri olacaqlar? Sonuncu rəhbər kim olacaq?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. İmam Məhdi (ə.c) zuhur etdikdə nəinki Quran və islam dininin hökmlərində dəyişiklik etməyəcək bəlkə onları eyni ilə icra edəcək, onun üçündə bəziləri elə biləcək ki, İmam yeni din və şəriət gətirib çünki həmən vaxt islam dinindən sadəcə ad qalacaq. Əlbətdə bəzi fərqlərdə olacaq İmam batinə hökm edəcək Hz. Davud peyğəmbər kimi. İslamın bir çox hökümləri hal hazırda yaddan çıxıb və icra olunmur. 
2. İmam Məhdidən (ə.c) sonra məsumlar rəcət edəcəklər. Sonuncu rəhbər İmam Hüseyn (ə) olacaq.
Allah sizə yar olsun.

Sual (43) : Salam əleykum. Uşaq yaşlarında imamətin mümkünlüyünü kimlər şübhə altına alır?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həzrət Mehdi (ə) ilə bağlı ünvanlanmış suallardan biri də budur ki, insan uşaq yaşlarında imamət və xilafətə necə çatar?

Sünnə əhli alimlərindən olan ibn Hicr Heytəmi deyir: “Pak şəriətdə təsbit olunmuşdur ki, körpə uşağın vilayəti, hakimiyyəti düzgün deyil. Bəs necə olur ki, şiələr  beş yaşa çatmamış uşağın imamətinə inanırlar?![1]

Əhməd Katib yazır: “Allahın körpə uşağı müsəlmanlara rəhbər təyin etməsi ağılabatan deyil.”[2]

Allah sizə yar olsun.

[1] “Səvaiqul-mühriqə”, s. 166.

[2] “Tətəvvürəl-fikrul-siyasi”, s. 102.

Sual (44) : Salamun əleykum. İmam Mehdi (ə) kiçik qeyb dövründə öz mövcudluğunu sübut etmək üçün hansı tədbirlər gördü?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həzrət Mehdi (ə) əvvəlki imamların Məhdəviyyət məsələsi ilə bağlı hazırlıq görməsinə baxmayaraq, özü də müxtəlif yollarla mövlud və imamətini sübuta yetirirdi.

Həzrətin bu sahədəki bəzi tədbirləri ilə tanış olaq:

1. Həzrət şiə böyüklərinin onunla görüşə bilməsi üçün müəyyən tədbirlər görürdü.

2. Zəruri məqamlarda həzrət kəramət və möcüzə göstərirdi. Bəzən bu möcüzələr səfirlər, bəzən də onun öz vasitəsi ilə həyata keçirdi.[1]

3. Həzrət xalqın Məhdəviyyət məsələsinə inamını artırmaq üçün bəzi sualları özü cavablandırırdı.

4. Həzrətin xüsusi xətti onun imamətini sübuta yetirən dəlillərdən sayıla bilər. Xalq imam Əsgərinin (ə) vaxtında bu mәsәlә ilәtanış olmağa başlamışdı. Müqəddəs nahiyə (nümayəndəlik) tərəfindən verilən bəyanatlar imamın varlığı ilə bağlı yəqinlik yaradırdı

Allah sizə yar olsun.


[1] “Bihar”, c. 51, s. 25.

Sual (45) : Salamun əleykum. Həzrət Əli (ə) imam Mehdinin (ə) qeyb dövrünə işarə etmişdirmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, bir çox rəvayətlərdə belə bir xəbərlə rastlaşırıq. Məsələn, Şeyx Səduq Əmirəl-mömininin (ə) özünə istinadən nəql edir: “Bizdən olan qaim üçün qeyb dövrü var. Onun (qeybin) müddəti uzun olacaq. Şiəni otlaq gəzən, amma tapa bilməyən çaşqın qoyunlar kimi görürəm. Agah olun! Həmin vaxt hər kəs öz dinində sabitqədəm olsa, qeybin uzunluğu onun qəlbini  bərkitməsə, o, qiyamət günü mənimlədir və mənim mərtəbəmdədir.”[1]

Allah sizə yar olsun.



[1] “Kəmalud-din”,s.303; Elamul-Vəri”, s. 426; “Bihar”, c. 51, s.109.

Sual (46) : Salam-aleykum. Həzrətin hakimiyyəti haranı əhatə edir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Rəvayətlərə və dəlillərə əsasən, həzrət Mehdinin (ə) hökuməti bütün yer üzünü əhatə edəcək:

1. Yaranışda məqsəd bütün bəşəriyyətin kamala çatmasıdır;

2. Bəzi rəvayətlərdə həzrətin hökumətinin bütün yer üzünü əhatə edəcəyi bildirilir;

3. Mütəvatir həddə çatmış rəvayətlərə əsasən həzrət Mehdi (ə) bütün yer üzünü ədalətə bürüyəcək;

4. Bəzi rəvayətlərə əsasən, həzrət Mehdinin (ə) hökuməti əhatə baxımından Zülqərneynin hökuməti kimidir;

5. Bildirilir ki, həzrət yer üzündəki bütün məntəqələri fəth edəcək.

Allah sizə yar olsun.

Sual (47) : Salam-aleykum. Həzrət Mehdinin (ə) hökumət müddəti haqqında rəvayətlər nə deyir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu məsələ ilə bağlı iki qrup rəvayət var:

a) Rəvayətlərin bir qismində həzrətin hökumətinin on il və ya daha az ömür sürəcəyi bildirilir. Belə bir məlumata daha çox sünni mənbələrində rast gəlmək olur.

b) Digər bir qrup rəvayətdə həzrətin hökumətinin on ildən çox ömür sürəcəyi xəbər verilir.

Birinci qrup rəvayətlər “Sünəne Əbu-Davud”, “Səhihi-Termizi” mənbələrində nəql olunmuşdur. İkinci qrup rəvayətlərə “Yәnabiul-mәvəddə”, “Əl-haviyul lil-fətavi”, “Əl-ğeybət” mənbələrində təsadüf etmək olar.

Allah sizə yar olsun.

Sual (48) : Salamun əleykum. Zühur əlamətləri dəyişə bilərmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəzi rəvayətlərdə bildirilir ki, zühur əlamətləri iki qisimdir:

Onlardan bəziləri qətidir və dəyişə bilməz (“bəda”), bəziləri isə şəraitdən asılı olaraq dəyişə bilər. Davud ibn Əbül-Qasim deyir: “Biz Əbu-Cəfər Məhəmməd ibn Əli Rizanın (ə) yanında olduğumuz vaxt söhbət Süfyaninin xürucundan düşdü. Rəvayətlərdə bildirilir ki, bu hadisə qətidir. Əbu-Cəfərdən bu hadisənin dəyişə biləcəyi haqqında (“bəda”) soruşdum. Həzrət buyurdu: “Bəli”. Ərz etdim ki, biz Qaimin zühurunda da dəyişiklik (“bəda”) olacağından qorxuruq. Həzrət buyurdu: “Qaim hadisəsi Allahın vədlərindəndir və Allah öz vədinə xilaf çıxmaz.”[1]

Dəyişməz əlamətlərin bəzi nişanələri ilə tanış olaq: “Rəvayətlərdə bu əlamətlərin qəti bəyanı; andla təkid; “labüd” sözü ilə təkid; “Lam” hərfi ilə təkid; “innə” hissəsi ilə təkid; təkrarla təkid.

Allah sizə yar olsun.


[1]Nemani, “Əl-Ğeybət”, s. 303; “Bihar”, c. 52, s. 250,251.

Sual (49) : Salamun əleykum. Zühur əlamətlərinin bəyanı onun vaxtının bildirilməsinə qoyulan qadağa ilə zidd deyilmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Zühur vaxtının müəyyənləşdirilməsi onun əlamət və şərtlərindən fərqli bir mövzudur. Rəvayətlərdə zühur üçün kоnkret, dəqiq vaxt bildirmək qadağan olunmuşdur.

Qadağanın səbəbləri var:

1. Bu iddia üçün heç bir dəlil yoxdur;

2. Əgər zühur vaxtı məlum olsa,düşmənlər müqavimət göstərmək üçün hazırlaşar. Bu səbəbdən də rəvayətlərdə bildirilir ki, həzrətin zühuru qəfildən baş verəsidir.

3. Vaxt müəyyənləşdikdə cəmiyyətin ümid ruhiyyəsi güclənir. Onlar hər an zühurun baş verə biləcəyinə inanırlar.

Allah sizə yar olsun.

Sual (50) : salam aleykum aga. sualim budurki imam Zaman(e.f) zuhuru dovrunde kimler RECET edecek? xaiw edirem etrafli menbeleriyle meni bawa salardiz aga.evvelceden Allah razi olsun sizden.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əvvəla, rәcət məad kimi ümumi deyil. Bu hadisə xalis möminlərə və xalis kafirlərə aiddir.

İmam Sadiq (ə) buyurur: “Rәcət ümumi deyil... Yalnız xalis imanı olanlar və xalis müşriklər geri qaytarılar.”[1]

İkincisi, rəvayətlərdə xüsusi şəkildə fərdlərin dönüşü qeyd olunur. İmam Sadiq (ə) buyurur: “Yer üzünə qayıdacaq ilk şəxs Hüseyn ibn Əli (ə) оlаcаq.[2]

Həzrət başqa bir məqamda buyurur: “Dünyaya rәcət edən ilk şəxs Hüseyn ibn Əlidir (ə)...”[3]

 Zühur dövründə həzrətin yardımçılarından bir qismi qadınlardır. Allah imamın zühuru bərəkəti ilə onları dirildəcək və onlar növbəti dəfə dünyaya rәcət edəcək... Bəzilərinin adı və əlamətləri də göstərilir.

Mötəbər mənbələrdə on üç qadının adı çəkilir. Onlar həzrət Mehdinin (ə) zühuru zamanı diriləsidir. Bu qadınlar həzrətin qoşununda yaralılara tibbi xidmət göstərəcək.[4]

Allah sizə yar olsun.

[1] “Bihar”, c. 53, s. 33.

[2] “İlzamul-nasib”, c. 2, s. 360.

[3] “Bihar”, c. 53, s. 460.

[4] “Dəlailul-imamət”, Təbəri, s. 314.


Go to TOP