Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
On ikinci İmam (ə.f) Nahiyeyi Müqəddəsə ziyarətnaməsində babası İmam Hüseynə (ə) xitab edərək buyurur:
Düzdürki, dövranmənisəninzamanındanuzaqedibvəmüqəddəratımısənəköməketməkdətə’xirəsaldı, səninlədöyüşməyəgələnlərlədöyüşəbilmədimvədüşmənlərinlədavaedəbilmədim, lakin “Səhər-axşam sənə nalə və fəğanedirəm göz yaşı tökürəm. Əgər göz yaşım qurusa, qan ağlaram”.
Sənə çəkdiyim həsrətdən və çəkdiyin əziyyətlərə etdiyim təəssüflərdən tabsız və taqətsiz qalıram....
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Həzrət Məhdi (əleyhis-salam)-ın şəxsi həyatı barədə bəhs çox sadə şəkildə elm və yəqin hasil olmayan məsələlər sırasındadır, lakin rəvayətləri araşdırmaqla bu ehtimalı gerçəkliyə yaxınlaşdırmaq olar. İmam Zaman (əleyhis-salam)-ın həyat yoldaşı və övladı olub-olmaması məsələsində üç ehtimal vardır:Ad: namik, Ölkə: sanq peterburk, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Buda vəhhabilərin köhnəlmiş iradlarından biridir. Ümumiyyətlə təkcə zaman yox bəlkə hər şeyin həqiqisahibi Allahdır. lakin imam Mehdi (ə) haqqında da "zamanın sahibi" ifadəsinin işlədilməyi ziddiyət deyil. Sahibəz-zaman zamanənin imamı mənasın daşıyır. Peyğəmbər (s) buyurur: “Hər kəs öz zəmanəsinin imamını tanımadan ölsə cahiliyyət dövründə ölənlər kimi dünyadan getmiş olar.”Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əbdal bədəl ya bədil kəlməsinin cəm forması əvəz olunan mənasındadır. Əbdal xalis və saleh insanlardır ki, sayı 7 ya 70 nəfərdir. Onlardan hər biri dünyadan getsə Allah başqasın onun yerinə qərar verər və elə buna görədə onlara əbdal deyilir. Onlar İmam Zamanın (ə)əmri ilə xidmət edirlər. İmamı köməyə çağıranların dadına çatırlar.Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1) Bəli, məqsəd gecə namazıdır.2) İmam Zaman (ə) qeybətdə olmasının mənası budur ki, Onu görərlər amma tanımazlar. İmam (ə) bizim yaşadığımız dünyada, insanlar arasında yaşayır. İmamı istəməsə heçkəs Onu tanımaz, hətta İmamı görənlərin əksəriyyəti sonradan İmam Zaman olduğunu biliblər.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İmam Zamanın (ə) zühuruna zəmin yaratmaq hər bir şiənin vəzifəsidir, onun üçün həqiqi münəzir olmaq lazımdır. Müntəzirin xüsusiyyətlərindən bir neçəsinə işarə edirik:
Mehdini tanıyıb, imamlığına inanmaq
İmam Mehdini (əc.) tanımadan, onun imamlığına iman gətirmədən necə intizarda olmaq olaq?! Bu inam həqiqi müntəzirlərin ümdə xüsusiyyəti, intizarın mühüm amili və onun müqəddiməsidir. İmam Səccad (ə) bu barədə belə buyurur:
ان اهل زمان غيبته،القائلون بأمامته،المتظرون لظهوره،افضل اهل كل زمان
"Həqiqətən, qeyb dövrünün adamları onun imamlığını qəbul edib gözləsələr, digər zamanların adamlarından üstün olarlar".
*Təqva və gözəl əxlaq
İslamda üstünlük və böyüklük meyarı yalnız təqvadan ibarətdir:
ان اكرمكم عند الله اتقكم
Allah yanında ən üstün və yaxşınız, ən təqvalı olanınızdır".
Həmçinin, imanın dəyəri əxlaqın gözəlliyi ilə ölçülür:
افضلكم ايمانا احسنكم اخلاقا
"Sizin aranızda ən imanlı şəxs, əxlaqı daha gözəl olanınızdır".
Buna görə də intizar çəkməyin fəzilət və üstünlüyü,təqva və gözəl əxlaq olmadan əldə edilə bilməz.
İmam Sadiq (ə) buyurmuşdur:
من سر أن يكون من اصحاب القائم فلينتظر وليعمل باِلورع و محاسن الاخلاق وهو منتظر
"Bizim qiyam edənimizin dost və köməkçilərindən olmaq istəyən intizarda olmalı və zühuru gözlədiyi halda təqva və gözəl əxlaqla rəftar etməlidir".
*İtaət və tabelik
Öz məsum imamının yolunu gözləyənlər, onun dini və dünyəvi rəhbərliyinə əqidə bəsləməli, itaətini vacib bilməli və qeyb dövründə əmrlərinə tabe olmaqla, özünü zühur vaxtı onun qeyd-şərtsiz itaətinə hazırlamalıdır.
İmam Sadiq (ə) buyurmuşdur:
طوبى لشيعة قائمنا المنتظرين لظهوره فى غيبته والمطيعين له فى ظهوره
"Xoş bizim qiyam edənimizin şiələrinin halına! Onlar qeyb dövründə intizarda olar, zühur dövründə isə ona itaət göstərərlər".
*Həzrət Mehdinin (əc.) dostlarıyla dost və düşmənlərinə qarşı düşmən olmaq
Hər bir insanın ən mötəbər dostluq meyarlarından biri, onun dostluq və düşmənliklərini araşdırmaqdır. Düşmənin dostunu və dostun düşmənini heç zaman dost adlandırmaq olmaz; necə ki, dostun dostunu və düşmənin düşmənini düşmən hesab etmək düzgün deyildir. Təbiidir ki, hər bir insan öz dostunun dostlarıyla dost və düşmənlərilə düşmən olur. İmam Mehdinin (əc.) həqiqi müntəzirləri də, heç şübhəsiz ki, onun dostlarını sevib, düşmənlərinə qarşı düşmən olmalıdırlar; çünki onların bu intizarı, imamlarına olan eşq, məhəbbət və sonsuz hörmətlərinin təzahürüdür.
Peyğəmbər (s) buyurmuşdur:
طوبى لمن ادرك قائم اهل بيتى وهو يأتم به فى غيبته قبل قيامه وليتولى اوليا ئه و يعادى اعدائه
"Xoş olsun mənim əhli-beytimin qiyam edənini görəcək şəxslərə; onlara ki, hələ qeyb dövründə və qiyamından qabaq ona iman gətirər, dostlarıyla dost və düşmənlərinə qarşı düşmən olarlar".
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəzi rəvayətlərə görə, o həzrət hər il həcc mövsümündə iştirak edir. Habelə, müxtəlif məkanlara, xüsusilə də imamların qəbri kənarına və Səhlə və Kufə məscidləri kimi müqəddəs yerlərəbaş çəkir.Rəvayətlərdə həzrətin iqamətgahı barəsində bir neçə məkan qeyd olunmuşdur. Məsələn, Məkkə və Mədinə şəhərləri, Hicaz səhrası, Rəzva dağı (Mədinənin ətrafı), Kərə (Yəmənin bir kəndi) və əlçatmaz diyarlar. O cümlədən, rəvayət olunmuşdur ki, həzrət Mehdi (əc.) övladları ilə birlikdə dənizin çox böyük və geniş adalarının birində yaşayacaq.
Nəcəf əhli olan Əli ibn Mazandaraninin rəvayətinə görə, həzrət Mehdi (əc.) öz dostları və övladları ilə birlikdə “Xəzra” adlı bir adada yaşayır.
Xəzra adası haqqında çoxlu bəhslər edilmişdir. Alimlərin əksəriyyəti bir sıra dəlillərə əsaslanaraq İmamın (ə) Xəzra adasında yaşamasını inkar edirlər və bu barədə olan hadisənidə doğru hesab etmirlərvəbu cür adanın var olmadığını bildirirlər.
İmamın daimi məskunlaşdığı bir məkan yoxdur. O həzrət imamət işləri ilə əlaqədar olaraq müxtəlif məkanlarda müşahidə edilmişdir.
İmam Zaman (ə) qeybətdə olmasının mənası budur ki, Onu görərlər amma tanımazlar. İmam (ə) bizim yaşadığımız dünyada, insanlar arasında yaşayır. İmamı istəməsə heçkəs Onu tanımaz, hətta İmamı görənlərin əksəriyyəti sonradan İmam Zaman olduğunu biliblər.
İmam Zamanın (ə) evlənməsi və ailə qurmasıda ixtilaflı məsələdir. Alimlərin əksəriyyəti İmamın (ə) evlənməməsi nəzəriyyəsinə üstünlük verirlər. Çünki o bütün insanlardan məxfidir. İzdivac üçün xalqla rabitədə olmaq lazım gəlir. Bu isə qeyb fəlsəfəsinə uyğun deyil.
Məsudi Əli ibn Əbu-Həmzədən nəql edir: Biz imam Rizaya (ә)ərz etdik ki, rəvayətlərə əsasən imam öz nəslini görməmiş dünyadan getməz? İmam Riza (ə) buyurdu: “Məgər sizə çatmayıbmı ki, Qaimdən savay?!”[1]
Bəzi dualarda İmamın övlad sahibi olmasına işarə edilsə də, onun zühurdan əvvəlki dövrə, yoxsa zühurdan sonrayamı aid olduğu aydın deyildir.
[1] “İsbatul-vəsiyyə”, s. 201.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İmam Mehdinin (ə) qeybə çəkilməsi Allahın sirlərindən biridir. Bu hadisənin əsil hikməti bəndələr üçün məxfidir. Bu məsələ yalnız həzrətin zühurundan sonra aydınlaşasıdır. Həzrət Peyğəmbər buyurur: «Ey Cabir! Bu Allahın öz bəndələrinə məxfi saxladığı işlərindən və sirlərindəndir». İmam Sadiq (ə) buyurur: «Həqiqətən də, Sahibul-əmr üçün (imam Mehdi (ə)) qarşısıalınmaz bir qeyb vardır. Hər batil axtaran onda şəkkə düşər. Bunun səbəbini bəyan etməyə icazəmiz yoxdur. Bu qeybin hikməti əvvəlki qeyblərin hikmətidir və zühurdan sonra aydınlaşacaq. Necə ki, Xızrın körpə oğlanı öldürməsi, uçmuş divarı bərpa etməsi Musa üçün qaranlıq qalmışdı və yalnız ayrıldıqda aydın oldu. Qeyb Allahın işlərindən və sirlərindəndir». Əlbətdə əsl səbəbi gizli olsada hədislərdə bəzi hikmətlərinə işarə olunub, rəvayətlərdə bildirilir ki, əsrin imamının qeybinin hikməti saleh insanların xəlbirdən keçirilməsi və sınağa çəkilməsidir. Bəzi rəvayətlərdə qeybin fəlsəfəsi kimi insanların zalımlığı göstərilir. Əmirəl-mö’minin Əli (ə) Kufə məscidində buyurdu: «Yer üzü ilahi höccətsiz olmur. Amma Allah-təala insanların zalımlığı səbəbindən onları öz höccətinin vücudundan məhrum edər». Həzrət Mehdinin (ə) sonuncu canişin və bəşəriyyətin xilaskarı ünvanı ilə zühur edib yer üzündə İslamı başqa dinlərə qalib etməsi üçün, şübhəsiz ki, dünyanın hazırlığı və şərait lazımdır. Belə bir məqsədin gerçəkləşməsi üçün yer üzündə münasib şərait yaranmalıdır. Buna əsasən də yer üzündə hazırlığın olmamasını imam Mehdinin (ə) qeybinin fəlsəfəsi kimi qəbul edə bilərik.Bəzi islami rəvayətlərdə bildirilir ki, imam Mehdinin (ə) qeybinin səbəbi onun bu yolla zalımların beyətindən azad olmasıdır. Həzrət heç
bir zalım hakimə beyət etməmiş, onun hakimiyyətini tanımamışdır. Allah-təala on ikinci imamı düşmənlərin fitnələrindən qeyb vasitəsi ilə qorumuşdur. Əgər imam Mehdi (ə) qeybə çəkilməsəydi, onun qanına susamış, ata-babalarını qətlə yetirmiş abbasi xəlifələri, şübhəsiz ki, onu da şəhid edəcəkdilər.
İmam Zamanda (ə) bizim kimi bəşərdir və mümkündür O həzrət təbii bəlalar və xəstəliklərə düçar olsun onun üçün duada deyirik ki, İlahi Onu hifz et və qoru.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hədis kitablarında Azərbaycan haqda gəlmiş hədisləri araşdırmamışıq, sadəcə bu haqda məşhur bir hədisi yazırıq.ومنها حديث نار آذربيجان، رواه النعماني في الغيبة: عن أبي بصير عن أبي عبد الله عليه السلام قال: إنه قال لي أبي عليه السلام: لا بد لنار من آذربيجان لا يقوم لها شئ وإذا كان ذلك فكونوا أحلاس بيوتكم والبُدُوا ما لبدنا، فإذا تحرك متحركنا فاسعوا إليه ولو حبواً، والله لكأني أنظر إليه بين الركن والمقام يبايع الناس على كتاب جديد على العرب شديد. وقال: ويل لطغاة العرب من شر قد اقترب. انتهى.
“Azərbaycanda mütləq alov qalxacaqdır. Heç bir şey onun qarşısında müqavimət göstərə bilməyəcəkdir. O zamanda siz evlərinizə çəkilin. Bizim inqilabçımız qiyam edən zaman, hətta qarın üzərində sürünə-sürünə getməklə olsa belə, ona doğru tələsin.” (“Qeybəti Numani”, səh.170)
Əlavə məlumat üçün linkini təqdim etdiyimiz məqaləyə müraciət edin:
İmam Mehdinin (ə) azərbaycanlı silahdaşları http://az.islam.az/article/a-454.htmlAllah sizə yar olsun.