Sual (21) : sual:Allah Quranda Isa Mesihinin geleceyini deyir bes Imam Zamani?
Bismillahir-rəhmanir-rəhim.
Quranda müxtəlif ayələrdə İmam Zamanın zühuruna işarə olunub, misal üçün: “Ənbiya”, 105. “Qəsəs”, 5. “Saf”, 9 və ..
Ələvə məlumat üçün "nur-az.com " saytının kitabxanasında yerləşdirilmiş kitaba müraciət edin:
Kitabın adı: Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)
Quran və həzrət Mehdinin (ə) zühuru   
səh 242, Sual: 416 - 42.
http://kitab.nur-az.com/az/lib/view/154
Allah sizə yar olsun.
Sual (22) : Sual: salam aleykum birdene shubheli sual sia biz saytinda imam mehdinin davud peygamberin hokmu ile hokm edecek meselesi cox tenqid edilir dogurdan tamamlanmis ve butun hokmleri allah qatinda beyenilmis dini qoyub niye yehudilere gelmis peygemberin hokmuile hokm olunacaq hetta tevratda yehudilerin qurtaricisi (deccal)da ele hokm edecek niye bu qeder shubheler var birde suleyman davuddan miras alib sualina cox zeif cavab yazmizsiz sohbet davudun suleymana verdiyi mirasdan maldan yox mene ele gelir elmnen hikmetden sohbet gedir axi icimizde bir agil olcu var eqideye gore istediyimiz kimi yozmayaq

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İmam Zaman (ə.c) Davud peyğəmbərin hökmü və şəriəti ilə ya Tövratla hökm etməyəcək. İmam Zaman (ə.c) Quran və Peyğəmbərin sünnəsi ilə hökm edəcək. Amma Davud peyğəmbərin üslubu ilə yəni batinə hökm edəcək zahirə yox. Bu iki məsələni qarışdırmayaq. İmam Məhdidə bir çox mürsəl peyğəmbərin nişanəsi var, misal üçün dünyaya gəlişi Hz. Musa (ə) kimi gizli, camaat arasında tanınmamağı Hz. Yusif (ə) kimi və öz elminə və batinə hökm etməyi Hz. Davud kimi və s.

Kuleyni nəql edir ki, imam Baqir (ə) Xəttab ibn Əba-Übeydəyə buyurmuşdur: “Еy bа-Übеydә! Ali-Məhəmməd Qaimi qiyam edəndə Davud və Süleymanın hökmü kimi hərəkət edəcək. Bu səbəbdən də dəlil və şahid istəməyəcək.”[1]

Yuxarıdakı rəvayətə münasibətimizi bildirək:

1. Rəvayətdən belə görünür ki, imam Mehdi (ə) zühur etdikdən sonra dəlillər yox, öz elmi əsasında rəftar edəcək. Şeyx Müfid deyir: “İmam şəhadətlər əsasında hökm verdiyi kimi, öz elmi əsasında da hökm çıxara bilər. O şəhadətləri batil gördükdə öz elminə əsaslana bilər...”[2]

2. Zühurdan sonra imamın vəzifəsi yer üzündə ədaləti bərpa etmək olduğundan təbiidir ki, tapdanmış haqları qaytarmaq üçün hökmlər çıxarasıdır. Ədaləti bərpa etmək üçün isə Allahın verdiyi elmə əsaslanmalıdır. Bu, həmin Davud hökmüdür.

3. İmamın öz elmi əsasında hökm çıxarmasını təkcə şiə alimləri yox, bəzi sünni alimləri də caiz sayır.

İbn-Qüdamə deyir: “Peyğəmbərdən (ə) eşidilmişdir ki, hakim elmi əsasında hökm verə bilər...

Allah sizə yar olsun.



[1]“Kafi”, c. 1, s. 397.

[2] “Bihar”, c. 26.

Sual (23) : Salam aleykum.. muctehid sehv fetva vere biler? bezen gorursen muctehidlerin fetvalari bir birine eksdir.. bideki bele bir hedis ve yaxudda bele bir sey varmiki 12ci imam deyib ki siz hokm verin sehv olsa biz duzelderik? eger beledirse niye fetvalarda ferqlilik var? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, mümkündür, amma bunun üçün təqlid edən cavabdehlik daşımır.

Bu kəlamı İmam Zaman (ə.c) Şeyx Mufidə buyurub. Əlbətdə mümkündür bu sözün ümumiyyəti olmasın, və ya əhəmiyyətli və həyati mövzularda səhvə yol verilərsə İmam (ə) düzəliş versin. Hər halda tarix boyu müctəhidlər maddi, mənəvi və elmi çətinlik və problemlə üzləşəndə İmam Zaman təvəssül edib nicat tapıblar.

Allah sizə yar olsun.

Sual (24) : Salam aleykum ve rehmetullahi ve berekatuh.... Sizden xahis edirem men bir nece seyi basa dusmurem izah eliyersiz... 1. Qiyametin elametlerine aid hedislerde gorurukki axirzamanda pozgunluq, bir sozle dinnen eser elamet qalmiyacaq amma bizde inaniriq qiyametden qabaq recet olacaq ve Imamalar, Peygemberler qayidib hakimeytlik eliyecek. Indi meni maraqlandirir Imaminda hakimiyeti zamani nece pozguluq olacaq? 2. Recet zamani Peygember 50000 Imam Eli 45000 hakimiyetde olacaq bu duzgundurmu? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu əlamətlər bəzi hədislərdə qiyamətin əlaməti kimi gəlib, amma həqiqətdə axiruz-zamanın əlamətləridir. Əlbətdə axiruz-zaman geniş mənada işlənir və qiyamətdən öncə olan dövrana şamil olur. Bəs, hədislərdə işarə olunan fəsadlar İmam Zamanın (ə.c) zühurundan öncə baş verəcəkdir.

İmamların rəcət etməyi yəqinliklə qəbul olunmuş əqidədir, amma hakimiyyətlərinin nəqədər olmağı ixtilaflıdır.

Allah sizə yar olsun.

Sual (25) : Salam. 1. İmam Zaman ağa (ə.) neçə yaşında qeybə çəkilib və indi Ağanın neçə yaşı var? 2. İrfani ədəbiyyatlarda salikin şühuda çatması nə deməkdir? Bir şəxs şühuda çatırsa deməli insanların batinlərini müşahidə edə bilərmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. İmam Zaman (ə) 5 yaşında kiçik qeybə çəkilib və bu qeybət təqribən 70 il çəkib sonra isə uzun qeybətə çəkilib. İmamın təvəllüdünü miladi tarixi ilə hesab etsək ki, 869 cı ildə dünyaya gəlib 1146 il edir, amma hicri qəməri tarixi ilə ki, 255 ci ildə dünyaya gəldiyi üçün 1181 yaşında olur. Bunların arasında fərq isə hər hicri qəməri ilinin şəmsi ilindən 10 gün az olmasıdır.
2. Salikini şühud yəni kəşf və şühud aləmində seyr edən. Mümkündür insanların batinlərini müşahidə etsin.
Allah sizə yar olsun.
Sual (26) : Salam. Bu hədisin sənədi zəifdirmi? Əbu Bəsir deyir ki, bir nəfər İmam Sadiqdən (ə.) soruşdu: “Qaim (ə.) zühur edərkən onunla bərabər neçə nəfər olacaq? Camaat deyir ki, sayları Bədr döyüşündə iştirak edən mücahidlərin sayı qədər – 313 nəfər olacaq, elədirmi? Həzrət (ə.) buyurdu: “Yalnız güclü qoşunla zühur edəcək. Onların sayı on min nəfərdən az olmayacaq”. (“İsbatul- Hudat”, 3/491, r.234)

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu hədisin məzmumunda çoxlu hədislər var və demək olar ki, İmam Zamanın (ə) 313 nəfər xüsusi köməkçisi və 10000 nəfər ümumi əsgəri olması alimlər tərəfindən qəbul olunmuş məsələdir. Qeyd olunmuş hədisdə də 313 nəfərin olması inkar olunmur, lakin İmam (ə) 313 nəfərdən başqa 10000 nəfərində olmağını vurğulayır.

Allah sizə yar olsun.

Sual (27) : Salam.Övliyalar bildiyimizə görə mənəviyyatda böyük mərtəbələrdə olduqlarından Quranın batininə nüfuz edə biliblər.Sizdə bu haqda məlumat varmı ki,Quranın hansısa ayəsinin batini mənalarından İmam Zaman(ə.f)-ə aid olmasını deyən övliyalar olub?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Məsumlardan nəql olunan hədislərdə yüzdən çox ayə İmam Zamanla (ə.c) bağlı təvil olunub. Amma ariflərin bu barədə sözləri ilə qarşılaşmamışıq.

Allah sizə yar olsun.

Sual (28) : Bismallah Salam.bu sual coxlarini dusundurur İmam zaman aganin sehid edende ona kim qusul verer diyirler mesumu yanliz mesum qusul etmelidi.2 ci sual budur İmam Zaman aga sehid olandan sonra heyat davam eder yoxsa qiyamet olar evelceden tesekur edirem .Allah Xamenei agadan razi olsun
Ad: l_esgerov@mail.ru, Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həzrət Məhdinin (ə.c.) ömrünün sona çatması haqqında rəvayətlərdən nəticə əldə edərək belə cavab verə bilərik ki, imamların hamısı şəhid olaraq dünyadan getdiyi kimi o Həzrət də şəhid olaraq dünyadan gedəcəkdir. O cümlədən, İmam Hüseyn (ə) buyurmuşdur:

«And olsun Allaha, onun Rəsulu bizimlə belə əhd bağlamışdır ki, Həzrət Əli və Fatimə (ə) övladlarından on bir nəfəri imamət məqamına yetişəcək.»

Tarixə nəzər salsaq görərik ki, İmam Məhdiyə (ə.c.) qədər olan bütün imamlar qılınc, yaxud zəhərlə şəhadətə yetişmişlər. Həzrət Məhdi (ə.c.) də şəhid olaraq dünyadan gedəcəkdir.

Həzrət Məhdinin (ə.c.) şəhadəti haqqında əlimizdə, Əllamə Yəzdinin «İlzamünnasib» kitabında yazdığı rəvayətdən savayı özgə bir rəvayət yoxdur.

O, yazır: «Həzrət Məhdinin (ə.c.) hökumətindən yetmiş il keçdikdən sonra Bəni-Təmim qəbiləsindən Səidə adlı üzü tüklü bir qadın Həzrət yoldan keçərkən, evin üstündən İmamın başına ağır bir daş atacaq və bu Həzrətin şəhid olmasına bais olacaq. İmam Hüseyn (ə) o Həzrətin qüsl, kəfən və namazını öz öhdəsinə alacaq.»

Bu mətləb imamların rəvayətlərindən götürülmüşdür. Sonra isə İmam Hüseyn (ə) hökuməti əlinə alacaq. Beləliklə, ondan sonra imamlar ardıcıl şəkildə, rəcət edərək hakimiyyətə gələcəklər.

Bəzi rəvayətlərə görə, Həzrət Məhdinin (ə.c.) vəfatından sonra təkcə İmam Hüseyn (ə) qırx il hökumət edəcək.

Allah sizə yar olsun.

Sual (29) : Salam.İmam Zaman(ə.f)-ə işarə olunan Quran ayələri hansılardır?
Ad: Elvin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Quranda İmam Mehdiyə (əc) aid olan ayələr çoxdur. Bəzi təfsirçilər üç yüzdən çox ayəni İmam Zaman (əc) barədə təfsir və təvil etmişlər:
Qəsəs surəsinin 5-6-cı, Nur surəsinin 56- cı və Ənbiya surəsinin 9-cu ayələrini buna misal gətirmək olar.
Nümunə üçün, Qəsəs surəsinin 5-ci ayəsində oxuyuruq:
“Biz zəiflədilmiş kəslərə nemət bəxş etməyi və onları yer üzünün sahibi etməyi iradə etdik".
Bu ayənin zahiri mənası həzrət Musanın (ə) qövmü ilə əlaqədar olsa da, batini mənası həzrətin (əc.) hökumətinə işarədir.

Həzrət Əli (ə) buyurmuşdur:
“Bu ayədə Allahın xalqa rəhbər edəcəyi zəiflədilmişlərdən məqsəd biz Əhlibeytik. Allah bu nəslin Mehdisini (əc.) göndərərək, onlara izzət, düşmənlərinə isə zillət bəxş edəcək".

Nəhcül-bəlağə kitabında da bu mətləbə işarə olunmuşdur. Həzrət Əli (ə) bu kitabda buyurmuşdur:
“Dünya fitnə-fəsadlardan sonra dəvənin öz sağıcısına süd vermədiyi və onu öz balasına saxladığı kimi, bizə tərəf meyl göstərəcək".
Sonra isə qeyd olunan ayəni oxudu.
ceferiler.com/
Allah sizə yar olsun.
Sual (30) : Bismillahir-rəhmanır-rəhim.Salam aleykum.Zuhurdan sonra heyat nece olar
Ad: l_esgerov@mail.ru, Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Maddi həyatın zühurdan əvvəlki həyatla heç bir fərqi olmayacaqdır. İnsanların doğulması və ölməsi eyni olacaqdır. İnsanların istedad və xüsusiyyətləri fərqli olmayacaqdır. Belə ki, insanlar zühurdan sonra da dünyalarını dəyişəcəklər. Allah buyurur: "Hər kəs ölümü dadacaqdır” ("Ali-İmran”, 185).

Bəli, mümkündür ki, elm və texnologiyanın inkişaf etməsi və insan ölümünə şərait yaradan amillərin, yəni müharibələrin, xəstəliklərin olmaması insanların ömrünü uzadacaqdır. Ancaq nəhayətdə hamı öləcəkdir.

Zühurdan sonrakı həyatı belə təsvir etmək olar:

1. İnsan tərbiyə edən İslamın gözəl qanunlarını həyata keçirtmək, Allah kitabına və Peyğəmbər (s) sünnətinə əməl etmək, bidətləri aradan qaldırmaq. 

2. Elmin inkişaf etməsi. İmam Sadiq (ə) buyurur: "Bilik 27 hərfdir. Bütün peyğəmbərlərin gətirdiyi onun ancaq iki hərfi olmuşdur. İndinin insanları bu iki hərfdən başqa hərflə tanış deyildirlər. O zaman ki, Qaim (ə.f.) qiyam edəcək, yerdə qalan 25 hərfi də açığa çıxaracaqdır. İnsanların arasında inkişaf edəcək və yayılacaqdır. O iki hərfi də zəmimə edəcək və 27 hərfi insanların arasında inkişaf etdirəcəkdir”. 

3. Mənəviyyatın və dinin inkişaf etdirilməsi və yayılması. 

Quran təlimləri. İmam Əli (ə) buyurur: "Sanki Əhli-Beyt (ə) davamçılarımı görürəm ki, Kufə məscidində yığışıblar. Çadır quraraq, Quranı nazil olduğu kimi insanlara təlim verirlər”.

Hikmət təlimi. İmam Muhəmməd Baqir (ə) buyurur: "Məhdinin (ə.f.) zamanında sizə o qədər hikmət və bilik təlim veriləcəkdir ki, evdə olan bir qadın Allahın kitabı və Peyğəmbərin (s) sünnətinə əsasən hökm (rəftar) çıxaracaqdır”. Yenə buyurur: "Onun zamanında sizə hikmət təlim veriləcəkdir”.

İbadətə diqqət: İmam Əli (ə) buyurur: "İnsanlar Məhdinin (ə.f.) zamanında ibadətə və dinə üz tutacaqlar. Namazı camaatla qılacaqlar”. 

4. Əxlaqın, bəyənilmiş xüsusiyyətlərin inkişaf etdirilməsi və rəzil xüsusiyyətlərin aradan qaldırılması. İmam Əli (ə) buyurur: "O zaman ki, bizim Qayimimiz qiyam edəcək, bəndələrin bir-birinə olan kinləri qəlblərindən silinəcəkdir”. İmam Muhəmməd Baqir (ə) buyurur: "O zaman ki, bizim Qayimimiz qiyam edər, əlini insanların başına qoyar və əxlaqlarını kamala çatdırar”. 

5. Müxtəlif sahələrdə əmin-amanlıq: Allah buyurur: "Qorxularını əmin-amanlığa çevirəcəyini vəd etmişdir”. ("Nur” 55).

İmam Sadiq (ə) "Səbə” surəsinin 18-ci ayəsi haqqında buyurmuşdur: "Biz Əhli-Beytin (ə) Qaimi ilə birlikdə deməkdir”. 
6. Sağlam iqtisad. İmam Sadiq (ə) buyurur: "Məhdi (ə.f.) dövlətində riba aradan gedəcəkdir”. İmam Baqir (ə) buyurur: "Məhdi (ə.f.) hökumətinin zamanında yer üzərində viranələr qalmayacaqdır, abadlaşacaqdır”. 

Məhsul bol olacaqdır. Həzrət Peyğəmbər (s) buyurur: "Çaylar su ilə dolacaqdır. Bulaqlar qaynayacaq, daşacaqdır. Torpaq bir neçə dəfə çox məhsul verəcəkdir. Qoyun, quzu çoxalacaqdır”. 

7. Bədənin və psixologiyanın sağlamlığı. İmam Muhəmməd Baqir (ə) buyurur: "Hər kim Qaimi dərk edərsə, əgər hansısa xəstəliyə tutularsa, şəfa tapar. Əgər gücsüz olarsa, güc əldə edər”.

Nəticədə demək olar ki, Quran ayələrinə əsasən dünyanın gələcəyi İslam dini ilə olacaq və hakimiyyətdə haqq dini olacaqdır. ("Tövbə” 32,33). Dünyanın hamısı saleh bəndələrin ixtiyarında olacaqdır. ("Ənbiya” 105). Allahın hüccəti və saleh möminlər hökumətə və xilafətə çatacaqlar. Bu zaman Allahın rizayətini qazanacaq din bərqərar olacaqdır. Əmin-amanlıq hakim olacaqdır. Zülm və fəsadın nişanələri aradan gedəcəkdir. Həqiqi ibadət ümumi şəkildə yerinə yetiriləcəkdir. ("Nur” 55).

Allah sizə yar olsun.

Go to TOP