Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hədislərə əsasən zühurun 5 qəti əlaməti var ki, onlar zühur ilində baş verəcək. O əlamətlərin heç biri hələ baş verməyib.
- Yəmaninin qiyamı;
- Süfyanını qiyamı;
- Asimandan gələn səda (çağırış);
- Süfyani ordusunun Beyda çölündə yerə batması;
- Nəfsi Zəkiyyənin qətlə yetirilməsi;
İmam Sadiq (ə) buyurur:
خـمـس قـبل قیام القائم علیه السلام : الیمانی و السفانی و المنادی ینادی من السماء و خسف بالبیداء و قتل النفس الزکیة
“Qaimin (ə.f) qiyamından öncə beş şey baş verəcək: Yəmaninin qiyamı, Süfyaninin qiyamı, asimandan gələn səda, (Yəməndə) Beyda çölündə (Süfyani ordusunun) torpağa batması, Nəfsi Zəkiyyənin qətlə yetirilməsi.”
Allah sizə yar olsun.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İmam Baqir (ə) buyurmuşdur: «Həzrət
Məhdi (ə.c.) üç yüz doqquz il, Əshabi-Kəhfin öz mağaralarında yatdıqları qədər
hökumət edəcək. Zülmlə dolmuş yer üzünü haqq-ədalətlə dolduracaq. Allah-taala
yer üzünü şərqdən-qərbə onun tabeliyinə gətirəcək. O, düşmənləri məhv edəcək və
yer üzündə yalnız İslam dini hakim olacaq.»
İmam Məhdi (s) dünyadan gedəndən sonra (öz əcəli ilə) dərhal Qiyamət baş verməyəcək. O həzrətdən sonra İmam Hüseyn (ə) hakimiyyət edəcək. İmam Məhdinin (ə) neşə il hakimiyyət etməsi ixtilaflıdır.
Bəzi rəvayətlərə görə, Həzrət Məhdinin (ə.c.) vəfatından sonra təkcə İmam Hüseyn (ə) qırx il hökumət edəcək.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hədislərdən belə başa düşülür ki, həzrət İsa (ə) İmam Məhdi (ə.c) zühur etdikdən sonra yer üzünə qayıdacaq və onun arxasında namaz qılacaq.İmam Baqir (ə) buyurmuşdur: “Yer onun üçün fırlanacaq, xəzinələr ona açılacaq, hakimiyyəti şərq və qərbi bürüyəcək. Allah-tәala müşriklər ikrah duysa da, onun vasitəsi ilə Öz dinini aşkarlayacaq. Həmin vaxt yer üzü bütünlüklə abad olar, Məryəm oğlu İsa Ruhullah enib Mehdinin (ə) arxasında namaza durar.”
Peyğəmbər (s) buyurub:
«لن تُهلک اُمَّةٌ انأ فی اولها و عیسی فی آخرها و المهدی فی وسطها»؛ (کشف الغمه، ج ۲، ص ۴۸۴)
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İmam Məhdi (s) dünyadan gedəndən sonra (öz əcəli ilə) dərhal Qiyamət baş verməyəcək. O həzrətdən sonra İmam Hüseyn (ə) hakimiyyət edəcək. İmam Məhdinin (ə) neşə il hakimiyyət etməsi ixtilaflıdır.İmam Baqir (ə) buyurmuşdur: «Həzrət Məhdi (ə.c.) üç yüz doqquz il, Əshabi-Kəhfin öz mağaralarında yatdıqları qədər hökumət edəcək. Zülmlə dolmuş yer üzünü haqq-ədalətlə dolduracaq. Allah-taala yer üzünü şərqdən-qərbə onun tabeliyinə gətirəcək. O, düşmənləri məhv edəcək və yer üzündə yalnız İslam dini hakim olacaq.»
Allah sizə yar olsun.
Quranda müxtəlif ayələrdə İmam Zamanın zühuruna işarə olunub, misal üçün: “Ənbiya”, 105. “Qəsəs”, 5. “Saf”, 9 və ...
Ələvə məlumat üçün "nur-az.com " saytının kitabxanasında yerləşdirilmiş kitaba müraciət edin:
Kitabın adı: Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)
Quran və həzrət Mehdinin (ə) zühuru
səh 242, Sual: 416 - 42.
http://kitab.nur-az.com/az/lib/view/154
Allah sizə yar olsun
Ad: Subhan_2017@mail.ru , Ölkə: Subhan_2017@mail.ru, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Həzrət Məhdinin (ə.c.) ömrünün sona çatması haqqında rəvayətlərdən nəticə əldə edərək belə cavab verə bilərik ki, imamların hamısı şəhid olaraq dünyadan getdiyi kimi o Həzrət də şəhid olaraq dünyadan gedəcəkdir. O cümlədən, İmam Hüseyn (ə) buyurmuşdur:
«And olsun Allaha, onun Rəsulu bizimlə belə əhd bağlamışdır ki, Həzrət Əli və Fatimə (ə) övladlarından on bir nəfəri imamət məqamına yetişəcək.»
Tarixə nəzər salsaq görərik ki, İmam Məhdiyə (ə.c.) qədər olan bütün imamlar qılınc, yaxud zəhərlə şəhadətə yetişmişlər. Həzrət Məhdi (ə.c.) də şəhid olaraq dünyadan gedəcəkdir.
Həzrət Məhdinin (ə.c.) şəhadəti haqqında əlimizdə, Əllamə Yəzdinin «İlzamünnasib» kitabında yazdığı rəvayətdən savayı özgə bir rəvayət yoxdur.
O, yazır: «Həzrət Məhdinin (ə.c.) hökumətindən yetmiş il keçdikdən sonra Bəni-Təmim qəbiləsindən Səidə adlı üzü tüklü bir qadın Həzrət yoldan keçərkən, evin üstündən İmamın başına ağır bir daş atacaq və bu Həzrətin şəhid olmasına bais olacaq. İmam Hüseyn (ə) o Həzrətin qüsl, kəfən və namazını öz öhdəsinə alacaq.»
Bu mətləb imamların rəvayətlərindən götürülmüşdür. Sonra isə İmam Hüseyn (ə) hökuməti əlinə alacaq. Beləliklə, ondan sonra imamlar ardıcıl şəkildə, rəcət edərək hakimiyyətə gələcəklər.
Bəzi rəvayətlərə görə, Həzrət Məhdinin (ə.c.) vəfatından sonra təkcə İmam Hüseyn (ə) qırx il hökumət edəcək.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quranda İmam Mehdiyə (əc) aid olan ayələr çoxdur. Bəzi təfsirçilər üç yüzdən çox ayəni İmam Zaman (əc) barədə təfsir və təvil etmişlər:
Qəsəs surəsinin 5-6-cı, Nur surəsinin 56- cı və Ənbiya surəsinin 9-cu
ayələrini buna misal gətirmək olar.
Nümunə üçün, Qəsəs surəsinin 5-ci ayəsində oxuyuruq:
“Biz zəiflədilmiş kəslərə nemət bəxş etməyi və onları yer üzünün sahibi etməyi
iradə etdik".
Bu ayənin zahiri mənası həzrət Musanın (ə) qövmü ilə əlaqədar olsa da, batini
mənası həzrətin (əc.) hökumətinə işarədir.
Həzrət Əli (ə) buyurmuşdur:
“Bu ayədə Allahın xalqa rəhbər edəcəyi zəiflədilmişlərdən məqsəd biz
Əhlibeytik. Allah bu nəslin Mehdisini (əc.) göndərərək, onlara izzət,
düşmənlərinə isə zillət bəxş edəcək".
Sualınızın cavabı bir qədər izahlı olduğu üçün saytın kitabxanasında İmam Məhdi (ə) bölməsində olan kitaba müraciət edin.
Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)
Sual 207 - 217
http://kitab.nur-az.com/az/lib/view/154
Pәrvәrdigаrа, imаm Mеhdinin (әc.) zühurunu tеzlәşdir!
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Rəvayətlərdən məlum olur ki, həzrət Mehdinin (ə) hakimiyyəti dövründə qeyri-müsəlman olmayacaq.İbn-Bəkir nəql edir ki, həzrət Əbül-Həsən “Ali-İmran” surəsinin 83-cü ayəsini təfsir edərkən buyurur: “Ayə Qaimin şənində nazil olmuşdur. Qaim zühur edən vaxt yəhudiləri, məsihiləri, sabiiləri, şərq və qərbin kafirlərini İslam dininə dəvət edər. Öz meyli ilə qəbul edənlərə namaz, zəkat və digər vacib əməllər əmr olunar. İslamı qəbul etməkdən imtina edənlərin boynu vurular. Şərq və qərbdə bir Allaha pərəstiş edənlərdən savay kimsə qalmaz...”[1]
Amma bəzi rəvayətlərdə bildirilir ki, yəhudilər və məsihilər qiyamət gününədək qalacaq.
Əbu-Bəsir deyir: İmam Sadiqdən (ə) zühur dövründə zimmə əhlinin, yəhudilərin və məsihilərin vəziyyəti haqqında soruşdum. Həzrət buyurdu: “Onlarla peyğəmbərsayaq rəftar olunar, onlar da itaət göstərib cizyə verərlər.”[2]
İmam Baqir (ə) buyurur: “Həzrət Qaim (ə) ona görə Mehdi adlandırılır ki, Tövrat və digər səmavi kitabları Antakiyadakı mağaradan çıxarıb yəhudilərlə Tövrat, məsihilərlə İncil, Zəbur əhli ilə Zəbur, Quran əhli ilə Quran əsasında rəftar edər.”[3]
Bu baxışı Quran ayələri də təsdiqləyir.[4]
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu hədis hətta səhih olsada bu il həcdə baş verən hadisəyə tətbiq olmur. Çünki, hədisin əvvəlində buyrulur: Ramazan ayında göydən seyhə və səs eşidiləcək və zil-hiccə ayında faciə baş verəcək. Təbii ki, bu zühur ilində baş verəcək və bu il ramazan ayında Cəbrailin nidası baş verməyib.Allah sizə yar olsun.