Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Nomaninin “əl-Ğeybə“ əsərində Azərbaycan barədə bir hədisə rast gəlirik. Hədis belədir: “Azərbaycanda mütləq alov qalxacaqdır. Bunun qarşısını heç bir şəkildə almaq mümkün deyil. Belə olan halda bizdən bir nəfər ayağa qalxana qədər evinizdə oturun. O hərəkətə başladığı zaman dizi üstə olsa belə ona doğru tələsin...“İmam Zamanın (ə.c) 313 nəfər köməkçilərinin
arasında neçə nəfərin Qafqazdan olmağı qeyd olunur eləcədə Azərbaycandan olmağı
ki, Cənubi Azərbaycan nəzərdə tutulur. Çünki hədisdə Xunəc və Səlmas qeyd
olunub ki, hazırda İran Azərbaycnında yerləşir. Hərhalda hədislərdə
Bakı adı ilə qarşılaşmamışıq.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Həzrət İsa (ə) göyə çəkilib, İmam Zaman (ə) zühur edəndə yerə nazil olacaq. Amma həzrət Xızr və İlyas peyğəmbər İmam Zmanla (ə) birlikdədir. Hədislərdə qeyd olunur ki, Xızr (ə) dirilik suyundan içdi və sur çalınana qədər diri qalcaq. Amma qeybə çəkilməsinin və uzun ömrünün əsl fəlsəfəsi bizə aydın deyil,ola bilər bir səbəbi peyğəmbərlərə, övliyalara xidmət və möminlərə və yolunu azanları hidayət etmək olsun. İmam Sadiqdən (ə) nəql olunan hədisdə Xızırın (ə) uzun ömürü və qeybə çəkilməsinin fəlsəfəsi belə açıqlanır ki, Allah-taala bilirdi insanlar İmam Zamanın (ə) uzun ömürünü və qeybetini inkar edəcəklər və qəbul edilməsi çətin olacaq, bu məsələni həzrət Xızırın uzun ömürünə və qeybətinə bənzədərək qəbul edilməsi asan olsun və sübut gətirilsin.Tarixdə qeyd etdiyiniz kimi yazılıb, lakin bəzi tədqiqatçılar bu məsələnin doğruluğunda şübhə ediblər və bunu yəhudilərin uydurduğu əfsanə hesab edirlər.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İmam Zamanın (əleyhis-salam) digər insanlar kimi cismi təlabatı var, onlar kimi yeyib-içir. Amma nə yeyib-içdiyindən və harada yaşadığından xəbərsizik. Əlbəttə İmam Zamanın (ə) qeybdə olmağının mənası bu deyil ki, yür üzündə yaşamır və ya hansısa bir cəzirədə yaşayır. Əksinə İmam insanların arasında yaşıyır, insanlar onu görür amma tanımırlar. İmam Zaman bizi eşidir və halımızdan xəbərdardır. Bir çox insanlar ki, İmam Zamana təvəssül edirlər, İmam onların köməyinə çatır. Rəvayətlərə görə, İmamın qeybdə olması, günəşin qara buludlar arxasında gizlənməsinə bənzəyir. Buludlar onun önünü kəssə də, günəş öz funksiyasını həyata keçirir, nuru bütün dünyaya çatır və insanlar onun nurundan, istisindən bəhrələnirlər.Quranda iki yerdə müqəddəs Tuva adı çəkilir. Onlardan biri Taha surəsi 12-ci ayədir:
Həqiqətən sənin Rəbbin Mənəm! Buna görə də nəleynini (ayağından) çıxart. Çünki sən müqəddəs Tuva çölündəsən (müqəddəs yerə ayaqqabı ilə girmək olmaz). Tarixçilərin fikirinə görə Tuva vadisi Misir və Mədyən arasında yerləşir.
“Vadiyul-muqəddəs” dedikdə eyb və günahdan uzaq məkan nəzərdə tutulur. “Tuva” sözü isə bərəkətli yer mənasını bildirir. Hədisdə bildirilir ki, ayaqqabıları çıxarmaq dedikdə, iki nigarançılıqdan qurtulmaq nəzərdə tutulur: isti havada zövcənin vəziyyətindən nigarançılıq və Fironun şərindən nigarançılıq. Bəziləri bu təbirin ailə-övlada və ya dünya-axirət məhəbbətinə işarə olduğunu bildirir. Hazırkı Tövratda da uyğun ifadə həmin təbirdə verilmişdir.
Əlbəttə, Tuva başqa yerlərədə, o cümlədən Məkkə ətrafında dağa da deyilib.
“Nüdbə” duasında gəlmişdir “Zi-tuva” kəlмəsi isə Мəkkə ətrafındakı dağlardandır. Onunla Мəkkə arasında bir fərsəx мəsafə var. Bu dağdan Мəkkədəki evlər görünür.
İмaм Baqirdən (ə) nəql olunмuş bir rəvayətdə deyilir ki, həzrət Мehdi (ə) Zi-tuva yolu ilə Мəkkəyə daxil olar, əvvəlcə Bədr мücahidləri sayda мücahidlərlə Kəbə evinin kənarına gələr, qələbə bayrağını orada dalğalandırar.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hədislərə əsasən zühurun 5 qəti əlaməti var ki, onlar zühur ilində baş verəcək. O əlamətlərin heç biri hələ baş verməyib.
1. Yəmaninin qiyamı;
2. Süfyanını qiyamı;3. Asimandan gələn səda (çağırış);
4. Süfyani ordusunun Beyda çölündə yerə batması;
5. Nəfsi Zəkiyyənin qətlə yetirilməsi;
İmam Sadiq (ə) buyurur:
خـمـس قـبل قیام القائم علیه السلام : الیمانی و السفانی و المنادی ینادی من السماء و خسف بالبیداء و قتل النفس الزکیة
“Qaimin
(ə.f) qiyamından öncə beş şey baş verəcək: Yəmaninin qiyamı, Süfyaninin
qiyamı, asimandan gələn səda, (Yəməndə) Beyda çölündə (Süfyani ordusunun)
torpağa batması, Nəfsi Zəkiyyənin qətlə yetirilməsi.”
İmam Baqir (ə) uzun bir hədisdə buyurur: "Süfyaninin, Xorasani və Yəmaninin xürucu bir ildə, bir-birinin ardınca baş verəcək...". (Qeybəti Nomani, bab 14, səh.369)
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Şüeyb ibni Salehin müsbət şəxs, Bəni Təmim tayfasından və komandir olmasını alimlər bir çox hədislərə əsasən qəbul edirlər. Amma digər xüsusiyyətləri o cümlədən haradan xüruc etməsi və zahiri əlamətləri ixtilaflıdır.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İmam Zamanın (əleyhis-salam) digər insanlar kimi cismi təlabatı var, onlar kimi yeyib-içir. Amma nə yeyib-içdiyindən və harada yaşadığından xəbərsizik. Əlbəttə İmam Zamanın (ə) qeybdə olmağının mənası bu deyil ki, yür üzündə yaşamır və ya hansısa bir cəzirədə yaşayır. Əksinə İmam insanların arasında yaşıyır, insanlar onu görür amma tanımırlar. Bəli, İmam Zaman bizi eşidir və halımızdan xəbərdardır. Bir çox insanlar ki, İmam Zamana təvəssül ediblər, İmam köməklərinə çatıb və İmamı görüblər. Məsumlardan nəql olan ziyarətnamələrdə belə cümlə var ki, siz bizi eşidirsiz və salamın cavabını qaytarırsız. Peyğəmbərə (s) salam veririk əgər Peyğəmbər (s) salamı eşitmirsə bu iş mənasızdır. Bəli, Allah-təala gizlini və aşkarı biləndir amma mənası bu deyil ki, Allah bu qüdrəti başqalarına verməyib, mələklərin eşitməyin və bilməyin hamı qəbul edir bir haldaki, mələk cism deyil. Məsumların eşidib bilməsi Allah-təala ilə fərqlidir, Allahda bu zati, məsumlarda isə ərəzi və Allah tərəfindəndir. Allahda mütləqdir məsumlarda isə nisbidir.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İmam Zaman (ə.c) Həzrət İsadan (ə) öncə zühur edəcək. Əlbəttə aralarında fasilə az olacaq.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah-təala Quranda buyurur: Tövbə surəsi ayə 105. Və de: «İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, O sizi (dünyada) etdiklərinizdən xəbərdar edəcəkdir». Ayədə deyilən möminlərdən məqsəd imamlardır.İmam Zamanın (ə) elmi bizi əhatə edir və hər şeydən xəbərdardır. Lazım deyil İmam bizim tək-tək əməllərimizi görsün, görmək bilməkdən ötrüdür, İmam isə Allahın izni ilə bizim bütün əməllərimizdən xəbərdardır. Ziyarətnamələrdə imamların haqqında belə bir xitab var ki: Siz Allahın görən gözüsüz. Bu məcazi məna daşıyır, yəni Allah sizi hər şeydən xəbərdar edir. Bir şəxs İmam Rizaya (ə) dedi ki, mənə və ailəmə dua et, İmam Riza (ə) buyurdu: Elə bilirsən dua etmirəm?! Vallah gecə-gündüz sizin əməlləriniz bizə gəlib çatır. İmam Mehdi (ə.c) buyurur: Biz sizin yaşayışınıza diqqət edir, sizi yaddan çıxartmırıq. Əks halda müsibətlər və düşmənlər sizi həlak edərdi. Amma diqqət etmək lazımdır ki, İmamın görməsi Allahın izni və qüdrəti ilədir. Yəni Allah istəməsə və izn verməsə İmam bilə bilməz.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İmam Zamanın (ə) xüsusi həyatı bizə gizlidir, amma bilirik ki, İmam insanların arasında yaşayır, lakin insanlar onu tanımırlar. Digər imamlar kimi İmam Zamanda (ə) vaxtının bir hissəsini ibadətə digər hissəsini ailə, dostlar, istirahət və müsəlmanların müşküllərini həll etməyə ayırır.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Dəccal barədə şiə mənbəyində təkcə iki hədis var. Şiə mənbələrində yalnız dəccalın İmam Zaman (ə) ya həzrə İsanın (ə) əli ilə öldürülməsi bəyan olunub. Dəccalın hardan çıxacağı və zahiri görünüşü barədə müxtəlif hədislər əhli-sünnət mənbələrində gəlib. Hətta dəccalın nə olduğunda da alimlər arasında ixtilaf var əksər alimlər onu insan yox bəlkə bir cəryan olduğunu deyirlər. Seyyid Məhəmməd Sədr deyir: “Dəccal İslam və onun əsasları ilə düşmənçilik edən qərbin mədəni tərəqqisinin simvoludur. Bu mədəniyyət hər bir insanı qul etmək məqsədindədir. Aşkar görürük ki, əsrimizdə bütün dünyanı, hətta müsəlmanları hökm altına almışdır...”
Allah sizə yar olsun.