Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah sizə yar olsun.
Əleykumus-salam.
İranda olan qəbir Ömərin qatilinin qəbri deyil bəlkə adları oxşar olduğu üçün səhf tanınıb. Bu qəbir 200 il əvvəl yaşamış bir dərvişin qəbridir. Hal-hazırda ora ziyarət olunmur çünki oranı bağlayıblar. Öməri öldürən şəxsin adı Firuz künyəsi Əbu Lolo ləqəbi isə Şücaud-din, iranlı əsir olur. Əsirlikdən öncə dini məcusilik ya xiristianlıq olub sonralar isə müsəlman olur. Onun müsəlman olmağına çoxlu dəlillər var hətta bəzi Əhli-sünnə mənbələrindədə yazılıb, başqa dəlil budur ki, O Öməri mədinə məscidində qətlə yetirdi özüdə sübh namazı vaxtı. O, müsəlman olmasaydı məscidə girməyə icazə verməzdirlər. Əhli-sünnə çalışırlar onu məcusi kimi qələmə versinlər amma həqiqət belə deyil. O, müsəlman və mömin olub. Onun əvvəli məcus olubsa Ömərində əvvəli müşrik olub.
Öməri nə üçün öldürməyi barədə ixtilaf var, bu səbəblərdən biridə Hz. Əlinin (ə) intiqamını almasıda deyilib. Ömər ibn Xəttab Hicri-Qəmərinin iyirmi üçüncü ili Həccə getdi. Qayıddıqdan sonra ətraf şəhərlərdən bir dəstə əmir onunla görüş və məşvərət üçün Mədinəyə gəldilər.Müğəyrə ibn Şöbə (Kufənin əmiri) və onun xidmətcisi Firuz Əbu Lölö onların arasında idi. Buna baxmayaraq ki, xəlifə Əcəmlərin Mədinədə yaşamasına icazə vermirdi amma Muğəyrə xəifədən Firuzun Mədinədə qalmasının icazəsini istədi.Çünki o bir sənətkar insan kimi Mədinə camaatına xeyri dəyirdi. Bir gün Firuz Mədinədə özünü xəlifəyə catdirib, ona öz ərbabından şikayət etdi ki, o hər gün məndən on dirhəm vergi alır və mənim bu qədər pulu verməyə imkanım yoxdur. Xəlifə soruşdu: Sənin peşən nədir? O cavabında dedi: Dülgərlik, dəmirçilik, rəngsazlıq. O dedi: Bu qədər peşə ele bu qədər məbləğ çox deyil. Eşitmişəm sən ele dəyirman düzəldirsən ki, günəşlə işləyir! O dedi: Əgər sağ qalsam sənin üçün elə dəyirman düzəldəcəyəm ki, Məğribə və Məşriqə səs salsın. O iki nəfər bir-birindən ayrıldıqdan sonra xəlifə dedi: Bu qul məni təhdid etdi. Bu hadisədən üç gün kecməmişdi ki, Firuz öz təhdidini əməli etdi.
Allah sizə yar olsun.
Hənəfi məzhəbinin banisi İmam Əbu Hənifə Nöman ibn Sabit və maliki məzhəbinin banisi İmam Malik ibn Ənəs İmam Cəfər Sadiqdən (ə) dərs almışlar. Əbu Hənifə o həzrətin hüzurunda iki il oxumuşdur. Əhli-sünnənin böyük alimlərindən Seyyid Mahmud Şükri Alusi “Müxtəsərü Töhfətül-isna əşəriyyə” kitabında yazır: “Həmçinin, əhli-sünnə içində Əbu Hənifədir ki, fəxrlə və ən bəlağətli dillə demişdir: “Bu iki il olmasaydı, Nöman həlak olardı!” Burada “iki il” deyərkən, elm almaq üçün İmam Cəfər Sadiqin (ə) yanına gedib-gəldiyi illəri nəzərdə tuturdu”. Əbu Hənifənin İmam Sadıq (ə) haqqında belə buyurduğu da kitablarda qeyd edilib: “Fiqh sahəsində Cəfər ibn Mühəmməddən daha üstün bir adam görmədim” (Zəhəbi. Təzkirətül-hüffaz, I, 166). |