Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Şəhid Əvvəl ləqəbi ilə məşhur olan Mərhum Məhəmməd ibni Məkki, Şəhid Sani isə Zeynəddin Əli ibn Əhməd Amilidir ki, aralarında təqribən 180 il fasilə olub. Bu iki alim Osmanlı xilafəti tərəfindən şəhid edilib. Birinci Şəhidin yazdığı Lümə kitabına İkinci Şəhid şərh yazıb. Bu kitab dini mədrəsələrdə dərslik kitabıdır. Kitabın hər iki müəllifi şəhid olduğu üçün və biri-birindən seçilməyi üçün şəhid əvvəl və şəhid sani (birinci və ikinci şəhid) kimi tanınıblar.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Təssüf ki, bəziləri səhabəyə təssüblə yanaşırlar, onları məsum, xətasız və toxunulmaz hesab edirlər. Belələri ya Qurandan və tarixdən xəbərsizdirlər və ya etiqad bəslədiyi bəzi səhabələrin əməllərini ört-bastır etmək istəyirlər. Əvvələn şiələrin səhabələr barədə dedikləri düşmənçilik məqsədi ilə deyil bəlkə dəlil və sübut üzündəndir və bu dəlillər əhli-sünnənin kitablarında var. Həmçinin şiələr səhabələrin çoxunu sadəcə Peyğəmbərin (s) haqq canişini müəyyən etməkdə səhfə yol verdiklərini və ya sükut etdiklərini imamların hədislərinə əsasən deyir amma bununla belə səhabələrin əksəriyyətini qəbul edir və onlarla iftixar edir. Şiə əqidəsinə görə səhabələrin hamısı adil deyil bəlkə onların aralarında münafiqlər olub ki, məqsədləri islam dinini aradan aparmaq və Peyğəmbəri (s) terror etmək olub. Belə, səhabə adı altına girmişi şiə necə yalandan tərifləsin bir halda ki, Quranda və Peyğəmbərin (s) kəlamında bunlar münafiq sayılır. Peyğəmbərin (s) dəvəsini hürküdüb dağdan yıxmaq istəyən 15 səhabə, Peyğəmbərin (s) yadigarı Xanım Fatiməni (ə) döyən evini yandıran, Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyni (ə) şəhid edənlərin xətalarına göz yumub onları adil hesab etmək yalnışdır. Daha ətraflı bilmək üçün aşağıdakı adresə müraciət edin:
QURAN NƏZƏRİNDƏN SƏHABƏ
http://sual.nur-az.com/ İslam tarixi/ Səhabələr və alimlər
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Nəhcül-bəlağədə təkcə bir yerdə şiə kəlməsi ilə qarşılaşdıq ki, ordada İmam şələri pisləmir bəlkə onlara olan zülm və təcavüzə işarə edir.
Xütbə 208. ...(Təlhə, Zübeyr və onların tərəfdarları) mənim tərəfimdən təyin edilmiş hakimlərin (Osman ibn Hüneyf və başqalarının), müsəlmanların mənim ixtiyarımda olan beytülmallarının xəzinədarlarının və əhalisinin hamısı mənə tabe olan və bey’ət etmiş şəhərin sakinlərinin yanına getdilər. Onların arasında təfriqə salaraq mənə münasibətdə olan birliklərini parçaladılar. Şiələrim və tərəfdarlarıma hücum edərək onların bir dəstəsini (beytülmalın gözətçilərini) hiylə və haqsızlıqla öldürdülər. Onların (şiələrin) bir hissəsi isə qılınc çalmaq üçün dişlərini sıxdılar, (müxaliflərə qarşı) həmin qılınclarla vuruşdular və nəhayət, sədaqətlə (pak iman və etiqad ilə) Allaha qovuşdular (öldürüldülər).
Şiələr səhabələr barəsində nahaq söz demir bəlkə Salman, Əbuzər, Miqdad, Əmmar və digər səhabələrə hörmətlə yanaşır, bu şiələrə atılan böhtandır. Şiə yalnız səhabə arsına daxıl olmuş münafiqləri (Müaviyə, Əmr As, Mərvan ibni Həkəm və xilafəti qəsb edənləri) tarix və məsumların sözlərinə əsaslanaraq tənqid edir. Kimisə təəssübkeşlik üzündən nə tərifləyir və nədə pisləyir.
Uyğun mövzuyla əlaqədar aşagıdakı məqaləyə müraciət edin:
QURAN NƏZƏRİNDƏN SƏHABƏ
http://sual.nur-az.com/152/S%C9%99hab%C9%99l%C9%99r-v%C9%99-aliml%C9%99r/
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Sәfәvi dövlәti çох gеniş bir әrаziyә hаkim оlаn vә müstәqil, öz fikir vә düşüncәlәrinә әsаslаnаn ilk şiә dövlәtidir. Şiәlәrdәn qаbаq zеydilәrin İrаnın bәzi nöqtәlәrindә, еlәcә dә оndаn хаricdә dövlәtlәri оlub. Misir vә İrаn Fаtimilәri dә, İsmаili şiәlәri kimi dövlәtlәr qurmuşdulаr. Mоnqоl şаhlаrındаn оlаn Хоdаbәndә dә şiәliyi qәbul еdib vә Sәrbеdаrаn dа şiә оlub. Lаkin bunlаrın hеç biri şiә fiqhini әsаs tutаn vә şiәnin siyаsi nәzәrlәrinә hәttа аz dа оlsа еhtirаm qоyаn bir quruluşа mаlik оlmаq üçün şiә idеyаlаrını nәzәrә аlmаyıblаr. İlk dәfә Sәfәvi dövlәtindә şiә ruhаnilәrinә cәmiyyәtin siyаsi işlәrinin bir hissәsini әllәrinә аlmаq icаzәsi vеrilib.
Sәfәvilәrlə alimlərin münasibəti yaxşı olub. Mühәqqiq Kәrәki, Şеyх Bәhаi Mir Dаmаd, Feyz Kaşani, Hüseyn Xansari, Mühəqqiq Səbzivari və Əllamə Məclisikimi Sәfәvi dövlәti ilә әmәkdаşlıq еtmiş bir çoxgörkәmli аlimlərin tәrcümеyi hаlışәrh olunub. Әlbәttә Sәfәvilәrin iki yüz оtuz illik hаkimiyyәti dövründә еlә аlimlәr dә tаpmаq mümkündür ki, оnlаr Sәfәvi dövlәti ilә әmәkdаşlıq еtmәyә rаzı оlmаyıb. Оnlаrın bu rәftаrlаrının sәbәbi bәzәn dindә еhtiyаtа әsаslаnmаq, şаhlаrlа yоldаşlıq еtmәkdәn çәkindirәn bәzi rәvаyәtlәrin tәsiri аltınа düşmәk, bәzәn dә dәrs vә tәhisil ilә mәşğul оlаrаq siyаsi mәsәlәlәrә dахil оlmаmаq оlub.
Şаh Sülеymаnın zаmаnındа görkәmli аlim оlduğu vә sаysız-hеsаbsız kitаblаr yаzdığınа görә sеçilmiş simа şәklini аlmış Әllаmә Mәclisi h.q. 1098-ci ildә İsfаhаnın şеyхul-islаmı tәyin еdildi. Әllаmә Mәclisi оnun bаrәsindә rәsmi hökm yаzılmаsа dа Şаh Sülеymаnın vәfаtınа h.q. 1105-ci ilin sоnunа kimi hәmin vәzifәni dаşıyıb vә оndаn sоnrа dа Şаh Sultаn Hüsеyn tәrәfindәn hәmin vәzifәyә tәyin еdilib.
Ümumilikdә dеmәk оlаr ki, Әllаmә Mәclisi dә digәr şiә аlim vә fәqihlәri kimi Sәfәvi dövlәtinә mеylli аdаm оlub vә yеgаnә şiә dövlәti оlаn vә оnun nәzәrincә hеç оlmаsа bir аz әdаlәtli vә şәriәtә еtiqаdı оlаn bu dövlәtin hәmişә – әlbәttә әdаlәtli vә şәriәtә еtiqаdı оlmаq şәrti ilә – bәrqәrаr qаlmаsını аrzulаyıb. Bu, tәхminәn bütün şiә аlimlәrinin nәzәri оlub.
Uyğun mövzuyla əlaqədar aşagıdakı kitaba müraciət edin:
Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk)
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Xeyr doğru deyil, xəvariclərin arasında səhabələrdə olub, o cümlədən Abdullah ibni vəhəb rasibi, Əbu Vail Şəfiq ibni Sələmə və s.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Zəkatı Əbu Bəkrin hökumətinə verməkdən boyun qaçıran bütün tayfalar bir məqsədi güdmürdülər. Bu baxımdan onları bir neçə qrupa bölmək olar:
1. Bir qrup qeyri-müsəlmanlar idi ki, zəkatı cizyə hesab edərək, onun yalnız Peyğəmbərə verildiyini, ondan sonra isə bu işdən azad olduqlarını deyirdilər.[1]
2. Bir qrup adi müsəlmanlar Peyğəmbərin (s) vəfatını bəhanə edərək zəkat verməkdən imtina edib, onun vacibliyini dandılar. Onlar namaz qılsalar da, paxıllıq və sərvət sevgisi onları bu işdən saxlayırdı.[2]
3. Bə`zi imanlı müsəlmanlar Əbu Bəkrin hökumətinin qanunsuz olduğu üzündən onun mə`murlarına zəkar vermir və inanırdılarki, belə bir vaxtda zəkatı özlərindən olan fəqir və möhtaclar arasında bölmək lazımdır.[3]
Üçüncü qrupun nümayəndələri Mədinəyə gəlib Əbu Bəkrlə bu məsələ barəsində söhbət etdikdə, Əbu Bəkr demişdir: “Allaha and olsun, namaz qılmamaqla zəkat verməmək arasında heç bir fərq görmürəm, onların arasında fərq qoyanlarla müharibə edəcəyəm![4] Allaha and olsun, əgər Peyğəmbərə zəkat verdikləri kimi mənə zəkat verməsələr, onlarla döyüşəcəyəm!”[5]
Belə nəzərə çarpır ki, Əbu Bəkrin bu qruplara qarşı eyni mövqedən çıxış etməsi təbliğat yönünə malik idi. Çünki camaatı namaz qılan, lakin zəkat verməyən müsəlmanlara qarşı yürütmək çox çətin və qəbuledilməz bir məsələ idi.
Xəlifənin əqidəsinə görə, onlarla mürtəd kimi rəftar etmək, döyüşmək, qadın və uşaqlarını əsir tutmaq lazımdır. Bu nəzər o qədər əsassız və ifrat dərəcədə idi ki, hətta Ömər ibn Xəttab onunla müxalifət etdi və sonralar Əbu Bəkrin əsir etdiyi adamları buraxdı.[6] Əbu Bəkr onlara qarşı siyasətində onların mövcud əqidələrinə əsla diqqət yetirmədi. O, bundan narazı və qəzəbli idi ki, nə üçün bu qəbilələr onunla Peyğəmbərin (s) hökuməti arasında fərq qoyurlar?
Ətraf qəbilələri məhkum etdikdən sonra müxaliflərin mövqeyi xəlifəyə bəlli oduqda, o, dərhal müxtəlif məntəqələrə on bir qoşun göndərib göstəriş verdi ki, hər qəbilənin müsəlman şəxsləri yol əsnasında bu qoşunlara qoşulsunlar. Burada on bir bayraq ucaldı ki, onların bə`ziləri aşağıdakılardan ibarətdir:
1. Tüleyhə və Malik ibn Nüveyrənin əleyhinə yollanan Xalid ibn Vəlidin qoşunu;
2. Yəmaməyə[7] Müseyləmənin əleyhinə yollanan Əkrəmə ibn Əbi Cəhlin qoşunu;
3. Əsəvd Ənsinin qoşunundan sağ qalanlarla döyüşməyə yollanan Mühacir ibn Əbi Üməyyənin qoşunu;
4. Qəzaə, Vədiə və Haris qəbilələrinə doğru yollanan Əmr ibn Asın qoşunu;
5. Dəba[8] əhalisinə doğru yollanan Hüzeyfə ibn Mühəssinin qoşunu;
6. Əkrəmənin qoşununu tə`qib edən Şərhəbil ibn Həsənənin qoşunu.
Xəlifə belə bir sərəncam verdi: “Mən bu qoşunları mə`mur etmişəm ki, dindən çıxan hər bir kəsi qılıncdan keçirsin, yandırsın və əhli-əyalını əsir tutsunlar. Əgər tövbə edib, Islamın əlamətini – azanı, sonra isə zəkatı – aşkar etsələr, bu hökmə şamil olmurlar.”[9]
Bu göstərişlə onun sərkərdələri yola düşdülər. Xalid ibn Vəlid, Tüleyhə ilə döyüşməyə mə`mur olundu və Teyy qəbiləsinin köməyi ilə onlarla müharibə etdi. Müharibənin əvvəlində məğlub olsalar da, axırda Tüleyhənin qoşununa ağır zərbələr endirdilər və bununla da o yalançı Peyğəmbər arvadı ilə birgə Şama qaçdı.[10]
Elə həmin günlərdə Əyas ibn Abdullah (Fücaə) Əbu Bəkrin tərəfindən mürtədlərlə döyüşə yollandı, nəhayət, Nəcddə bir quldurla rastlaşdı, onu tutub xəlifənin yanına gətirdilər. Xəlifə də onun “Bəqi” qəbiristanlığında diri-diri yandırılmasını əmr etdi.
Xalid, Tüleyhənin Şama qaçmasından sonra və Müseyləmə ilə müharibəyə başlamazdan qabaq Bəttahda (Bəni-Yərbu qəbiləsinin mərkəzi) qoşununu bölərək ətraf qəbilələrə doğru yolladı. Onların bir qrupu Malik ibn Nüveyrəni[11] Bəni-Yərbu qəbiləsindən bir dəstə ilə birlikdə əsir tutdular. Bəni-Yərbu qəbiləsi, Xalidin qoşunu ilə rastlaşdıqda, əvvəlcə azan deyib, hamılıqla namaz qıldılar.[12] Lakin əsir edildikdən sonra Xalidin əmri ilə öldürüldü.
Tarixdə göstərilir ki, Bəni-Yərbu qəbiləsinin öldürülməsində əsas məqsəd Xalid ibn Vəlidin qəbilənin rəisi Malik ibn Nüveyrənin arvadı ilə evlənmək istəyi olmuşdur. Malik gözəllikdə tayı-bərabəri olmayan arvadı ilə Xalidin yanına getdi. Xalid onu görcək Malik ibn Nüveyrəyə dedi: “Allaha and olsun, səni öldürməyincə, arvadına nail ola bilməyəcəyəm.”[13] Bundan sonra Xalidin göstərişi ilə Malikin boynunu vurdular, dahasonra o qəbilənin kəsilmiş başlarını od vurub yandırdılar.[14]
Xalidin bu qəbiləni öldürməkdə başqa bir məqsədi də onun və Əbu Bəkrin onlarlqədim ixtilaf və kin-küdurətləri idi.[15]
Tarixçilər yazırlar: “Peyğəmbərin (s) vəfatından sonra Malik ibn Nüveyrə zəkat vermək və Mədinənin vəziyyətini öyrənmək üçün o şəhərə gəldi. Intizarın əksinə olduğu kimi, Əbu Bəkri xilafət kürsüsündə gördükdə, tə`nə ilə ona dedi: “Əli ibn Əbi Talib haradadır ki, sən minbərdə əyləşmisən?!”
Həqiqət budur ki, Malik ibn Nüveyrə öz qəbiləsinin ən qeyrətli və şücaətli şəxsi idi. Mədinənin bir neçə fərsəngliyində böyük bir ordu yerləşdirmişdi ki, bu da Əbu Bəkrin hökuməti üçün ciddi təhlükə sayılırdı. Onun qətlə yetirilməsi ilə Əbu Bəkrin böyük düşmənlərindən biri sıradan çıxır və bununla da digər müxaliflərin gözünü qorxudurdu. O zaman Mədinədə Xəzrəc tayfasının rəisi (Sə`d ibn Übadə), Qüreyşin başçısı (Əbu Süfyan) və Bəni-Haşim tayfasının sevimlisi (Əli ibn Əbi Talib (ə)) Əbu Bəkrlə müxalif idilər. Əgər Malikin ölümünün səbəbi yalnız Xalidin onun arvadını ələ keçirmək idisə, o, Maliki məxfi öldürməklə arzusuna çata bilər, özünü və hökuməti müxaliflərin danlağı və e`tirazı ilə üzləşdirməzdi.
Malik ibn Nüveyrənin qətl xəbəri hər yerə yayıldıqdan sonra səhabələr Xalidə e`tiraz etməyə başladılar. Ömər ibn Xəttab da e`tiraz edənlər sırasında idi, hərçənd, onunla Xalid arasında heç vaxt səfa-səmimiyyət olmamışdır. Ömərin bu e`tirazının ciddi olduğunu dəqiq bilmək olmur. Adi olaraq siyasi hadisələrdə hökumətə qarşı ümumi e`tirazlar artdıqda, hakim dairənin tənqidləri müəyyən qədər həmin e`tirazların qarşısını alır. Bu nəzəriyyəni təsdiqləyən budur ki, vəziyyət sakitləşdikdən sonra Əbu Bəkr xalqın, eləcə də Ömərin e`tirazlarına azacıq belə diqqət yetirmir və Xalidi əsla cəzalandırmadan deyirdi: “Xalidin qılıncı Allahın siyirilmiş qılınclarından biridir və Allahın siyirdiyi qılıncı qınınaqoymaq olmaz.”[16]
Xəlifənin bu siyasəti Xalid ibn Vəlidi daha da məğrur etdi. Xəlifənin bu mövqeyindən sonra o, Yəmamənin müxaliflərinə qarşı döyüş zamanı Mücamə ibn Zürarənin qızı ilə nikah bağlayaraq, təntənəli toy mərasimi keçirtdi. Xəlifə keçmişdə onu müdafiə etdiyi üçün qoşun daxilindən kimsə ona e`tiraz edə bilmirdi. Lakin bir vaxt gəlib çatdı ki, Əbu Bəkr ona “Müsəlmanlardan iki yüz nəfər öldürüldüyü halda, sən orada toy mərasimi keçirirsən?!” – deyə e`tiraz etdikdə, o xəlifəyə bildirdi ki, sənin mənə e`tiraz etməyinə səbəb Ömərin hərəkətidir.[17] Elə bil, Xalid xatircəm idi ki, əgər xəlifə tərəfdarları tərəfindən tənqid atəşinə tutulsa da, yenə xəlifə onu gördüyü işlərinə görə məzəmmət etməyəcəkdir.
Təbəri yazır: “Əbu Bəkr öz nümayəndə və əsgərlərindən əsla intiqam almır, sanki siyasətində mə`mur və əsgərlərini cəzalandırmaq əzmində deyildi.”
Allah sizə yar olsun.
[1] “Tarixi siyasiye Islam”, 1-сi сild, səh. 216.
[2] “Tarixul-ərəb vəl-Islam”, 1-сi сild, səh. 216.
[3] “Tarixul-üməm vəl-müluk”, 3-сü сild, səh. 241-244.
[4] “Əl-bidayətu vən-nihayə”, 6-сı сild, səh. 311.
[5] “Səhihi Müslüm”, 1-сi сild, “iman” kitabı, səh. 35, “əl-əmru bi-qitalin-nasi hətta yəqulunə. . . ” bölümü.
[6] Bidayətul-müсtehid”, 1-сi сild, səh. 250; “Tarixi Yə`qubi”, 2-сi сild, səh. 139; “Əl-fütuh”, 1-сi сild, səh. 18-19.
[7] Omanla Həzrəmovt arasında geniş və böyük bir əyalətdir və onun ən böyük şəhərinin adı Həсərdir. (“Dairətul-məarif, Fərid Vəсdi, 10-сu сild, səh. 954. )
[8] Omanda məşhur bir qəsəbənin adıdır. (“Mö`сəmül-büldan”, 4-сü сild, səh. 30. )
[9] “Tarixul-üməm vəl-müluk”, 3-сu сild, səh. 226-227.
[10] Tüleyhə hiсrətin 9-сu сilində Islamı qəbul etsə də, 10-сu ildə mürtəd oldu. Şama qaçdıqdan sonra Əbu Bəkrin vəfat etdiyi vaxta qədər Kəlb qəbiləsi ilə yaşadı, nəhayət, Ömərin xilafəti dövründə Mədinəyə gəlib, onunla bey`ət etdi və Qadisiyyə müharibəsində və Iranın fəthində iştirak etdi. (“Əl-kamilu fit-tarix”, 2-сi сild, səh. 45. )
[11] Bu hadisə, eləсə də sünnü tədqiqatçılarının Xalid ibn Vəlidin Malik ibn Nüveyrə və onun qəbiləsinə etdiyi zülm barəsində bax: “Tarixi Dəməşq”, 7-сi сild, səh. 37; “Tarixul-xəmis”, 2-сi сild, səh. 233; “Əl-isabə”, 1-сi сild, səh. 414 və 3-сü сild, səh. 357; “Səhihi Müslüm”, 2-сi сild, səh. 37; “Tarixi Əbul-Fida”, 1-сi сild, səh. 157; “Sünəni Ibn Maсə”, 2-сi сild, səh. 453; “Əl-kamilu fit-tarix”, 4-сü сild, səh. 149; “Xəsaisu Əmirilmu`minin (ə)”, səh. 27.
[12] “Əl-kamilu fit-tarix”, 2-сi сild, səh. 3694 “Tarixul-Islam”, 1-сi сild, səh. 353.
[13] “Tarixi Yə`qubi”, 2-сi сild, səh. 110; “Əl-isabə”, 3-сü сild, səh. 337; “Tarixul-Islam”, 1-сi сild, səh. 353.
[14] “Əl-qədir”, 7-сi сild, səh. 158-180.
[15] Malik ibn Nüveyrə Peyğəmbəri-Əkrəm (s) tərəfindən sədəqə yığmağa mə`mur olunmuşdu. O, Peyğəmbər (s) vəfat etdikdən sonra o həzrətin сanişinini görmək üçün Mədinəyə gəldi. Əli ibn Əbi Talib (ə)-ın yerinə Əbu Bəkr ibn Əbi Qühafəni gördükdə, buna e`tiraz edərək Mədinədən çıxdı və ondan sonra sədəqə və zəkatları onun üçün göndərмәdi. Əbu Bəkr də Xalid ibn Vəlidin başçılığı ilə onun qaldığı yerə qoşun göndərdi. Xalid hiylə işlədərək, onun amanda olduğunu bildirərək, qəbiləsini öldürdü, arvadını ələ keçirtdi, Malikin başını odda yandırdı, qəbilə qadınlarını əsir tutdu və qənimətlərlə Mədinəyə qayıtdı. (“Abdllah ibn Səba”, 1-сi сild, səh. 199-207. )
[16] “Əl-bidayətu vən-nihayə”, 6-сı сild, səh. 322; “Сamiul-bəyan fi təfsiril-Qur`an”, 4-сü сild, səh. 1406-1411.
[17] “Əl-fütuh”, 1-сi сild, səh. 43.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ayişə öz hücrəsini Müaviyəyə 180 və ya 200 min dirhəmə satdı bu şərtlə ki, Ayişə ömrünün axırına kimi o evdə otursun. Təbəqatul-kubra cild 8 səh 165.
Allah sizə yar olsun.
Əleykumus-salam.
Osmanı öldürüb, zibilliyə atdılar 3 gün orda qaldı sonra yəhudi qəbiristanlığında basdırdılar. Əlmocəmul-kəbir cild 1 səh 78 hədis 109.