Sual (31) : Salam aleykum. sems tebrizi ve celaleddin rumi hansi mezhebde olub? Allah sizden razi olsun

Əleykumus-salam.

Şəms Təbrizi şafei məzhəb olub. Cəlaləddin Rumi isə hənəfi məzhəb olub. Əlbətdə hər iksi sufi olublar və sufilər çoxda məzhəbə tabe deyillər.

Allah sizə yar olsun.

Sual (32) : Salam aleykum... ibn erebi kimdir? xahis onun haqqinda genis melumat veresiz. Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Mühyəddin ibn Ərəbinin (hicri qəməri 560-638) əsl adı Məhəmməd ibn Əli ibn Məhəmməd ibn Əhməd ibn Abdulla Hatəmi-Tayidir; Mühyəddin adı ilə tanınmışdır. Künyəsi İbn Ərəbi, ləqəbi Şeyxi-əkbərdir.
Mühyəddin Ərəbi islam dünyasının böyük ariflərindən biri, ürfan elmləri və nəzəri ürfanın təsisedicisidir. O, böyük müsəlman dünyasının geniş yaradıcılığa malik yazıcılarındandır. Ürfan alimləri arasında misilsiz və bu günə kimi rəqibsizdir. Onun əsərlərinin əsl mövzusunu ürfan, ruhun müxtəlif halətlərı, qəlbi ilhamlar və ürfanı təcrübələr təşkil etdir. Eyni zamanda, hədis, təfsir, tarix, fiqh, kimya, cəfr, astronomiya, riyaziyyat elmlərində, şer və ədəbiyyat sahəsində müxtəlif əsərlərə malikdir və bu günə kimi elm aləminə onun qələmə aldığı 500-dən çox əsər məlumdur. İbn Ərəbinin çoxşaxəli şəxsiyyəti və dərin fikirləri uzun əsrlər boyu bir çox elm adamlarının diqqətini özünə cəlb etmişdir.
İrfanda nümunə kimi tanınan İbni Ərəbiyə qarşı müxtəlif baxışlar var. İmam Xumeyni, Həsənzadə Amuli, Əllamə Təbətəbai kimi irfan yönümlü alimlər onu qəbul edirlər bəzi alimlər isə ona qarşı mənfi baxışları var və kitablarına etina etmirlər. Ayətullah Sistanidən İbni Ərəbinin irfanı barədə soruşanda ki, təyid edirsiz ya yox, buyurur mən yalnız şiənin böyük alimlərinin Quran və Əhli-beytə (ə) istinad edərək buyurduqlarını qəbul edirəm.
Ayətullah şəhid Qazi “Ünsül-müvəhhidin” kitabının haşiyəsində yazır: Şiə və sünni alimləri onun haqqında üç fikir söyləmişlər: Bir dəstəsi onu kafir elan etmişdir, məsələn: Əllamə Təftazani. Bir qurupu onu böyük övliyalardan biri saymış, kamil arif və böyük müctəhidlərdən biri hesab etmişdir. Bir sıra alimlər də onun mənəvi vilayət məqamına malik olduğunu təsdiqləmış, lakin kitablarını oxumağı haram bilmişlər.
Ayətullah Cavadi Amoli yazır: İbn Ərəbinin məhşurlaşdığı zamndan bu günə kimi müxtəlif firqə və məzhəblər tərəfindən onun haqqında cürbəcür mühakimələr yüyürdülmüşdür. Hər kəs öz gümanı ilə onunla dostluq və düşmınçilik etmişdir... Bəziləri onu ən yüksək mərtəbəyə qaldırmış və məsumluq dərəcəsinə çatdırmışlar, bəziləri də onu zındıqlıq həddinə endirmişlər.
Əllamə şəhid Mütəhhəri yazır: Mühyəddin Ərəbi Əndəlusdan (indiki İspaniya ərazisi) idi. Əndəlusun əhalisi nəinki təkcə sünni idilər, hətta şiələrə qarşı inadkarlıq göstərir və onların arasında nasibilik meyilləri müşahidə edilirdi. Əhli-sünnət alimlərinin arasındakı nasibi alimlər Əndəlusludurlar. Bəlkə də Əndəlusda şiə yox idi, olsaydıda çox az idi. Mühyəddin Əndəlusludur, lakin malik olduğu ürfan dühası sayəsində inanırdı ki, yer üzü heç bir zaman vəli və höcətsiz qala bilməz. Şiələrin inanclarını qəbul etmiş, imamların və Həzrət Zəhranın (s)-ın adlarını zikr edib, Həzrət Höccətə kimi saymışdır. O, iddia etmişdir ki, mən altmış neçənci ildə Həzərtlə filan yerdə görüşmüşəm.
Əllamə Həsənzadə Amoli yazır: İbn Ərəbi “Əd-dürrül-məknun vəs-sirrül-məktum” kitabında yazır: Quranın əsrarı Peyğəmbərdən sonra Əmirəl-mömininin sinəsində idi. Sonra o, bir-bir imamları sayır və Həzrət Bəqiyyətullah (ə.c)-ə yetişir.
Məşhur əsəri "Füsusül-hikəm"  və "Fütuhatül-məkkiyə" kitablarıdır.

Allah sizə yar olsun.

Sual (33) : Hz.Zeynebi(s.e) kubra sehid olanda nece yasi variydi?
Ad: BIR ALLAHIN QULUYAM, Ölkə: gurcustan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Zeynəb Hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya göz açdı və Hicrətin 63-cü ilində Rəcəb ayının 15-i Şam şəhərində 57 yaşında vəfat etdi.

Allah sizə yar olsun.

Sual (34) : Salam aleykum...1. Kerbela sehidlerinnen Azerbaycanli olan olub? Muslim adinda? 2. Qasimin asura gununnen qaba toyu olub? Allah sizden razi olsun
Ad: Nicat, Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

TÜRK QULAM
Aşura müsibətini təsvir etmiş müəlliflərin demək olar ki, hamısı Kərbəla şəhidləri cərgəsində Əhli-beytə mənsub türk soylu qulamın olduğunu xəbər vermişdir. Onun adına və şəxsiyyətinə gəlincə, mənbələrdəki məlumatlar fərqlənir. Mövcud mənbələrdə bu şəhid «türk qulam», «Əsləm» və «Vazeh» adları altında xatır¬lan¬ır. 
Mərhum Şeyx Şəmsüddin «Ənsarül-Hüseyn» kita¬bında qeyd edir ki, Təbəri türk qulamın adını «Sü¬leyman» yazmışdır. Şeyxüt-taifə Tusi isə «Rical» kitabında yazır ki, Imam Hüseynin (ə) Səlim (və ya Süleym) adlı qulamı onunla birlikdə şəhid olmuşdur. Şeyx Şəmsüddin qısa tədqiqatdan sonra bu fikri irəli sürür: «Güman edirik ki, Kərbəlada öldürülmüş qulamın adı nə Səlim, nə də Süleyman deyil, Əsləm imiş» (səh. 83).

«Dairətül-məarifi-təşəyyö» («Şiə ensiklopedi¬yası») kitabında (II, 161) Əsləmin atasının adı Əmr kimi göstərilir. Həmçinin, bu kitabda yazılıb: «Bəzi mənbələrdən, o cümlədən, «Vəsilə¬tüd-dareyn» kitabından məlum olur ki, Əsləmin atası Qəzvin nahiyəsindən, Deyləmandan imiş». Adı çəkilən «Vəsilətüd-dareyn» əsərində (səh. 100) yazılıb: «Əsləmin atası Əmr türk idi (zahirən atası Qəzvin yaxınlığındakı Deyləm türklərindən imiş)». Seyyid Mustafa Hüseyni Dəştinin «Məarif və məariyf» əsərində isə türk qulam «Vazeh» adı ilə xatırlanır.

Məşhur şiə alimi Əllamə Möhsin Əmin «Əyanüş-şiə» kitabında, Kərbəla şəhidlərinin siyahısında Əsləmlə Vazehi ayrı-ayrı şəxslər kimi təqdim etmişdir. Belə ki, bu siyahıya görə, Əsləmi-türki – Imam Hüseynin (ə), Vazehi-rumi isə Kərbəla şəhidi Haris Səlmaninin qulamı imiş («Əyanüş-şiə», I, 610-612).
Bəzi mənbələrdə türk qulam Hürrün qulamı kimi göstərilib (Ibn Şəhraşub. Mənaqibü Ali-Əbi Talib, IV, 113). Lakin səhih tarixi rəvayətlərə görə, Imam Hüseyn (ə) öz qardaşı Imam Həsənin (ə) şəhadətindən sonra türk qulamı kölə kimi satın alıb, oğlu Imam Zeynül-abidinə (ə) bağış¬lamışdı. Bütün aşura tarixçilərinin yekdil rəyinə əsasən, türk qulam Quran qaresi, bacarıqlı katib, mahir oxatan və şücaətli pəhləvan idi. O, Imam Hüseynin (ə) yazı və məktublarını qələmə alırdı. Bəzi rəvayətlərdə deyilir ki, Əsləmi-türki Quranı əzbər bilir və hər gecə Quran oxuyurdu. O, aşura günündə döyüş meydanında misilsiz hünər göstərib, 70 nəfər düşməni cəhən¬nəmə vasil etdi. Imam Hüseyn (ə) 7 nəfər şəhidin başı üzərinə gəlmiş və onlarla vidalaşmışdı. Bunlardan biri də türk qülam idi.

Şeyx Abbas Qummi «Nəfəsül-məhmum və nəfsətül-məsdur» kitabında (səh. 135) türk qulamın şücaətindən söhbət açandan sonra yazır: «Imam Hüseyn (ə) öz türk qulamına məhəbbətini bildirib, üzünü onun üzünə dayadı; halbuki, başqa silahdaşlarından heç biri ilə belə rəftar etmədi. Bir tərəfdən, Imam bu hərəkətlə qərib qulamı əzizləyirdi. Digər tərəfdən, qulamın mənəvi kamilliyə çatması və hafizi-Quran olması onu bu məqama layiq etmişdi».

Mənbələrdə Əsləmin döyüş meydanında oxuduğu iki beytlik rəcəz nəql olunur. Həmin rəcəzin tərcüməsi belədir: «Vurduğum zərbələrdən dənizlər qaynaşar, atdığım oxlardan səma tutular. Qılıncım əlimdə görünəndə, həsədli və təkəbbürlü düşmənin qəlbi yarılar».

Lakin maraqlı budur ki, hicri XIII əsrin şairlərindən olan Mirzə Ibrahim Cövhərinin «Tufanül-büka fi məqatiliş-şühəda» əsərində (fars dilində nəzmlə yazılmış bu kitab vaxtilə çox məşhur olmuş, təziyə məclislərində oxunmuşdur) Əsləmin ərəb dilindəki bu rəcəzi verildikdən sonra belə yazılıb:
«Sonra o, bir anlıq Ibn Sədə türk dilində müraciət edib, zəbani-halını söylədi:
Sədi-Vəqqas oğlu, üz qarə, nə bidad eylədin?!
Nuri-çeşmi-Heydəri-Kərrarı naşad eylədin!
Get, görüm nəslin qazılsın, heç nişanı qalmasın,
Bu ki, Nəmrud etməmiş, sən nəsli-Şəddad eylədin!
Siz ərəb, Əhməd ərəb, mən türk, ey birəhmlər,
Mərkəzi-imanı yıxdın, küfrü bünyad eylədin!
Zülm ilə solmuş bu gülşəndə baharı Zeynəbin,
Tişeyi-zülm ilə qəti-qəddi-şümşad eylədin!».
http://az.islam.az/article/a-171.html
Allah sizə yar olsun.
Sual (35) : Əssəlamu əleykum. "İslamın gizli qalmış həqiqətləri" adlı kitabında təxminən belə cümləyə rast gəldim: Əbu Bəkr xilafəti qəsb etdikdən sonra məsciddə ona ilk beyət edən qoca kişi cildinə girmiş şeytan oldu. Bu cümlənin səhihliyini xahiş edirəm deyərdiz. Allah razı olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Salman məsciddən, beyət mərasimindən qayıdır. Yolda o Əli (ə) ilə rastlaşır. Gördüklərini ona danışır. Əli (ə) ondan xəlifəyə birinci beyət edən şəxsin kimliyini tanıyıb tanımadığını soruşur. Salman deyir ki, yox, tanımadım, bir qoca kişi idi.

Əli (ə) buyurdu ki, o şeytan, İblisin özü idi, gəlmişdi ki, xəlifəyə ilk beyəti etsin. Və o beyət edəndən sonra belə dedi: «Bu gün Adəmi (ə) cənnətdən çıxardığım gün kimidir....
Digər hədislərdə də buna işarə olunub.

Allah sizə yar olsun.

Sual (36) : MUXTAR SEQEFININ CEHENNEMDEN KECIB CENNETE GETMESI HEDISI ZEIF HEDISDIRMI?MENBE DELIL NEDIR?YOXSA MOTEBER HEDISLERDEN HESAB OLUNUR,ONUN CEHENNEMI GETMESI NE UZUNDEN OLA BILER

Bismillahir-rəhmanir-rəhim.

Muxtar ibni Əbi Übeydə. Səqif qəbiləsindəndir, künyəsi Əbu İshaq, ləqəbi Keysandır. (Keysan huşyar və ayıq şəxs mənasınadır.)[1]
Əli (əleyhis-salam)-ın köməkçilərindən olan Əsbəğ ibni Nubatə deyir: “Keys (Keysan) ləqəbini Əli (əleyhis-salam) Muxtara vermişdir.”[2]
O, ədəb-ərkanı və əxlaqi fəzilətləri Əhli-beyt (əleyhimus-salam) məktəbindən öyrənmişdi. Cavanlığının əvvəllərində öz atası və əmisi ilə birlikdə (Əli (əleyhis-salam)-ın qoşununda) İran ordusu ilə müharibə aparmaq üçün İraqa gəlmişdi. O həzrətin şəhadətindən azacıq qabaq Bəsrəyə gəlmiş və orada məskunlaşmışdı.[3]
Əllamə Məclisi (rəhmətullahi əleyh) buyurur: “Muxtar Əhli-beytin fəzilətlərini bəyan edir, imam Əli, imam Həsən və imam Hüseyn (əleyhimus-salam)-ın əxlaqi səciyyə və fəzilətlərini camaat arasında yayır və inanırdı ki, Əhli-beyt Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra imamət və hakimiyyət üçün hamıdan irəli və ləyaqətlidir. Habelə, Peyğəmbər Əhli-beytinə baş verən çətinliklərdən narahatlıq hissi keçirirdi.”[4]
Muxtarın şəxsiyyəti ilə əlaqədar hədis kitablarında gələn rəvayətlər iki qisimdir: bəziləri onu tərifləyir, bəzi rəvayətlər isə onu məzəmmət edir.
a) Muxtarın mədh və tərifində olan hədislər
Hədis kitablarında Muxtarın tərifi ilə əlaqədar nəql olunan hədislər çoxdur. Amma ixtisara riayət etmək üçün onlardan üçünü qeyd edirik:
1. İmam Sadiq (əleyhis-salam) buyurur: “Muxtar imam Hüseyn (əleyhis-salam)-ın qatillərinin kəsik başlarını bizim xanədanımıza göndərdikdən sonra Haşimi qadınları başlarını darayıb, həna qoymağa başladılar.”[5]
Ayətullah Xoi (rəhmətullah əleyh) bu rəvayəti səhih hesab edir.[6] Bu rəvayət Muxtarın gördüyü əməlləri dəstəkləyən bir nişanədir.
2. “Muxtara nalayıq sözlər deməyin, çünki o bizim qatillərimizi öldürüb intiqamımızı aldı, çətin şəraitlərdə müəyyən miqdarda mal-dövləti bizim aramızda bölüşdürdü, dul qadınlarımızın (iqtisadi) vəziyyətini sahmana saldı.”[7]
3. Bir rəvayətdə deyilir ki, Übeydullah ibni Ziyad və Ömər Sədin kəsik başını imam Səccad (əleyhis-salam)-ın yanına gətirdikləri zaman səcdəyə düşdü və Allaha həmd-səna etdikdən sonra buyurdu: جَزىَ اللهُ المُختارَ خَیراً “Allah Muxtara xeyir əvəzi versin!”[8]
b) Muxtarın məzəmmətinə dəlalət edən hədislər
Burada nümunə üçün üç rəvayəti qeyd edirik:
1. İmam Sadiq (əleyhis-salam) buyurur: “Muxtar imam Səccad (əleyhis-salam)-ın adından yalan danışırdı.”[9]
2. Bir rəvayətdə də deyilir ki, Muxtar imam Zeynul-abidin (əleyhis-salam) üçün 20 min dinar (qızıl pul) göndərdi. Həzrət onu qəbul edərək xarab olmuş mənzillərin abadlaşdırılmasına sərf etdi. Digər dəfə qırx min dinar pulu imam Səccad (əleyhis-salam)-a göndərdi. Amma bu dəfə onun hədiyyəsini qəbul etmədi.[10] Və başqa bir rəvayətə görə buyurdu: فَإِنِّی لَا أَقْبَلُ هَدَایا الْکَذَّابِین “Mən yalan danışanların hədiyyəsini qəbul etmirəm!”[11]
3. Muxtara vurulan digər bir tənə bundan ibarətdir: O, Məhəmməd ibni Hənəfiyyənin imamətinə inanır və camaatı ona doğru dəvət edirdi. Bu məsələ ilə əlaqədar “keysaniyyə” firqəsi yaranmışdır.[12]
Muxtar alimlərin nəzərindən
Hədis və rical alimlərinin çoxu Muxtarla əlaqədar rəvayətlərlə qarşılaşan zaman onun tərifində olan rəvayətlərə üstünlük vermiş, bunun müqabilində olan rəvayətlərlə əlaqədar müxtəlif izahlar və nəzəriyyələr irəli sürmüşlər. O cümlədən:
a) Muxtarın məzəmmətində deyilən rəvayətlər sənəd baxımından son dərəcə zəifdir.[13] Kəşşi bu barədə buyurur: “Belə nəzərə çarpır ki, bu rəvayətlər sünnülər tərəfindən quraşdırılan saxta rəvayətlərdir.”[14]
b) Ehtimal verilir ki, bu kimi hədislər təqiyyə üzündən, eləcə də imamların və ümumi şəkildə Bəni-Haşimin zalım hakimlərin şərindən amanda qalması məqsədi ilə onların (imamların) tərəfindən deyilmiş olsun.[15]
v) Bir hədisdə deyilir ki, Muxtar imam Səccad (əleyhis-salam) və onun ailəsi üçün iki dəfə hədiyyə göndərdi. Yalnız ikinci dəfə həzrət hədiyyələri qəbul etmədi. Səbəbi də Muxtarın yalançılıqda müttəhim olunması kimi bəyan edilir. Bu məsələ çox zəif nəzərə çarpır. Çünki əgər hədiyyələrin qəbul edilməməsinin səbəbi onun yalan danışması olsaydı, birinci dəfədə də qəbul edilməməli idi.[16]
v) Keysaniyyə firqəsinin yaranmasını Muxtara aid edən rəvayətlərdə Muxtarın yalançı olması iddia edilir. Rical alimlərinin nəzərinə görə bu, sünnü alimlərinin ona vurduğu töhmətlərdən başqa bir şey deyildir. Çünki Məhəmməd ibni Hənəfiyyə heç vaxt imamət iddiası etməmişdi ki, Muxtar da camaatı ona doğru çağırmış olsun. Bundan əlavə, keysaniyyə firqəsi Məhəmməd ibni Hənəfiyyənin vəfatından sonra formalaşmışdır.[17]
 
Muxtarın əqidəsi
Alimlərdən bəziləri də Muxtarı düzgün və səhih əqidəyə sahib olduğunu qəbul etməmiş və bu məsələni iki rəvayətə istinadən demişlər ki, onları qeyd edirik:
عَنْ أَبِی عَبْدِ اللَّهِ (ع) قَالَ لِی: "یجُوزُ النَّبِی(ص) الصِّرَاطَ یتْلُوهُ عَلِی وَ یتْلُو عَلِیاً الْحَسَنُ وَ یتْلُو الْحَسَنَ الْحُسَینُ فَإِذَا تَوَسَّطُوهُ نَادَى الْمُخْتَارُ الْحُسَینَ(ع) :یا أَبَا عَبْدِ اللَّهِ(ع) إِنِّی طَلَبْتُ بِثَارِکَ فَیقُولُ النَّبِی(ص) لِلْحُسَینِ(ع) :أَجِبْهُ؛ فَینْقَضُّ الْحُسَینُ(ع) فِی النَّارِ کَأَنَّهُ عُقَابٌ کَاسِرٌ فَیخْرِجُ الْمُخْتَارَ حُمَمَةً وَ لَوْ شُقَّ عَنْ قَلْبِهِ لَوُجِدَ حُبُّهُمَا فِی قَلْبِهِ
1. İmam Sadiq (əleyhis-salam) buyurur: Peyğəmbər-Əkrəm (səlləllahu əleyhi və alih) Sirat körpüsündən keçir, onun arxasınca Həzrət Əli, sonra İmam Həsən, daha sonra imam Hüseyn. Onlar Sirat körpüsünün ortasına çatan zaman (cəhənnəm əzabında olan) Muxtar nida edib deyir: “Ey Əba Əbdillah! Axı mən sənin intiqamını almışdım?!” Peyğəmbər buyurur: “Ey Hüseyn, ona cavab ver!” Sonra imam Hüseyn şahin quşu kimi Muxtara cəhənnəmin atəşindən nicat verir. Əgər Muxtarın qəlbi yarılsaydı, əvvəldəki iki xəlifəyə qarşı məhəbbət onun qəlbində görünəndi.”[18]
2. Bu məzmuna yaxın olan başqa bir rəvayət imam Sadiq (əleyhis-salam)-dan nəql olunur. Rəvayətin axırında ravi imamdan soruşur: “Nə üçün Muxtar gördüyü bu qədər xidmətlərlə belə cəhənnəm odunda giriftar olub?!” İmam cavabında buyurur: “Çünki Muxtarın sinəsi əvvəldəki iki xəlifənin məhəbbəti ilə dolmuşdu...” Sonra imam and içib buyurur: “Əgər Cəbrəilin və Mikailin də qəlbində bu iksinə qarşı zərrə qədər məhəbbət olsaydı, Allah-taala onları üzü üstə cəhənnəm oduna atardı!”[19]
Əllamə Məclisi (rəhmətullahi əleyh) bu rəvayəti Muxtarı tərifləyən və onun məzəmmətinə dəlalət edən sair rəvayətlər arasında müştərək cəhət hesab edir və deyir: “Əvvəlki əqidəsinə görə cəhənnəm əhli olmuş, lakin münasib rəftar və əməllərinə görə axırda İmam Hüseyn (əleyhis-salam)-ın vasitəsi ilə ilahi əzabdan nicat tapmışdır.”[20]
Amma Ayətullah Xoi (rəhmətullah əleyh) bu iki rəvayətin sənədini zəif bilmiş və Muxtarın əqidəsini səhih hesab etmişdir.[21]
Muxtar və imam Hüseyn (əleyhis-salam)-ın qiyamı
Muxtar Səqəfi Aşura qiyamdan əvvəl imam Hüseyn (əleyhis-salam)-ın Kufədəki səfiri Müslim ibni Əqili himayə etdiyinə görə (Müslimin şəhadətindən sonra) İbni Ziyadın göstərişi ilə həbs olundu və Kərbəla qiyamının axırına qədər Kufədə zindanda qaldı.[22] Buna görə də Kərbəlada iştirak edə bilmədi ki, imam Hüseyni müdafiə etmiş olsun.

________________________________________
[1] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 45-ci cild, səh. 345, “Vəfa” müəssisəsi, Beyrut, 1404-ci h.q ili; Firuzabadi, Məhəmməd ibni Yəqub, “Qamusul-mühit”, 1-ci cild, səh. 257, Beyrut, “Daru ehyait-turasil-ərəbi”, 1991-ci miladi il
[2] Kəşşi, “Ər-rical”, səh. 127, Tehran, 1348-ci şəmsi il; "Biharul-ənvar", 45-ci cild, səh. 344
[3] Musəvi Muqərrəm, Əbdür-Rəzzaq, “Məqtəlul-Huseyn (əleyhis-salam)”, “Darus-siqafə”, 2-ci çap, 1411-ci il; Zərkəli, Xeyruddin, “Əl-ə`lam”, 8-ci cild, səh. 70, 1-ci çap, Beyrut, “Darul-elm lil-məllain”
[4] “Biharul-ənvar”, 45-ci cild, səh. 352
[5] “Biharul-ənvar", 45-ci cild, səh. 386; “Rical”, Kəşşi, səh. 127
[6] Xoi, Əbul-Qasim, “Möcəmur-rical”, 18-ci cild, səh. 94, Qum, 1410-cu h.q ili
[7] “Biharul-ənvar", 45-ci cild, səh. 343, “Rical”, Kəşşi, səh. 125
[8] “Rical”, Kəşşi, səh. 127
[9] "Biharul-ənvar", 45-ci cild, səh. 343
[10] “Rical”, Kəşşi, səh. 128
[11] Yenə orada, səh. 126
[12] Hilli, İbni Davud, “Rical”, səh. 514, Tehran, 1383-cü şəmsi il
[13] “Möcəmur-rical”, 18-ci cild, səh. 97
[14] “Rical”, İbni Davud, səh. 514. Bu məsələ Kəşşinin “Rical” kitabında yoxdur. Bəlkə də İbni Davudun əlində olan nüsxədə mövcud olmuşdur.
[15] “Möcəmur-rical”, 18-ci cild, səh. 100
[16] “Rical”, İbni Davud, səh. 514
[17] “Möcəmur-rical”, 18-ci cild, səh. 101
[18] Şeyx Tusi, “Təhzibul-əhkam”, 1-ci cild, səh. 467, hədis 1528, Tehran, 1365-ci hicri şəmsi ili
[19] “Biharul-ənvar", 45-ci cild, səh. 340; “Müstətrəfatus-Sərair”, səh. 567
[20] “Biharul-ənvar", 45-ci cild, səh. 345, hədis 5
[21] “Möcəmur-rical”, 18-ci cild, səh. 100
[22] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 45-ci cild, səh. 353, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü il; Kərəmi, Əli, “Dər sugi Əmiri azadi – guyatərin tarixi Kərbəla”, səh. 398, “Haziq” nəşriyyatı, Qum, birinci çap, 1380-ci şəmsi il; İbni Həcər Əsqəlani, Əhməd ibni Əli, “Əl-isabə fi təmyizis-səhabə”, Adil Əhməd Əbdül-Mövcud və Əli Məhəmməd Müəvvəzin tədqiqatı ilə, 6-cı cild, səh. 250, Beyrut, “Darul-kutubil-elmiyyə”, 1-ci çap, 1415-ci hicri qəməri il; Təbəri, Əbu Cəfər Məhəmməd ibni Cərir, “Tarixi Təbəri”, Məhəmməd Əbul-Fəzl İbrahimin tədqiqi ilə, 5-ci cild, səh. 571, “Darut-turas”, Beyrut, 2-ci çap, 1387-ci hicri qəməri ili.
http://www.islamquest.net/

Allah sizə yar olsun.

Sual (37) : salam aleykum sualim budur ki. menbelerde gosderilen seyx tusi nesredin tusidirmi?nesreddin tusinin sieliy haqqinda kitablari varmi? varsa onlarin adini yaza bilersinizmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Xeyr ayrı-ayrı zamanlarda yaşamış alimlərdir.
Məhəmməd ibn Məhəmməd ibn Həsən ət-Tusi 1201-ci il şənbə günü 17 fevralda (11 camadiyul əvvəl 597-ci il) Tus şəhərində anadan olmuşdur. İmamiyyə məzhəbinin görkəmli alimlərindəndir. Xacə Nəsrəddin Tusi fiqh, təfsir, əxlaq kimi dini elmlərlə yanaşı tibb, riyaziyyat, astronomiya və s. elmlərdə də böyük nailiyyətlər əldə etmişdir. Xacə Nəsrəddin həyatı boyu müxtəlif çətinliklərlə üzləşməsinə baxmayaraq müxtəlif sahələrdə təqribən yüz doxsana kimi kitab və elmi əsərlər qələmə almışdır ki, burada onlardan çox az bir qisminə işarə ediləcəkdir:
1. Təcridul-əqaid
2. Qəvaidul-əqaid dər mozue usule-əqaid
3. Şərhe-işarat (İbni Sinanın işarat kitabına yazılmış şərh) 
4. Əxlaqe nasiri
5. Ovsaful-əşraf
6. Əsasul-iqtibas
7. İsbatul-cəvahir 
8. İsbate-lövhe-məhfuz
9. Şərhe-üsule-Kafi 
10.Təcridul-həndəsə
Allah sizə yar olsun.
Sual (38) : Salam. Sehabelerden kimdese мунафиглерин ады yazilmis siyahi olmasina aid hedise sienin baxisi necedir? Bele bir seyin olmasi hec agla batan deyil. Guya Omer yasa gedende baxirmis ki, o sehabe ozu orda istirak edirmi. Yeni merhumun adi siyahida var ya yox. Allah razi olsun.
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Təbuk döyüşündən qayıdanda 12 nəfərdən ibarət bir dəstə Peyğəmbərə (s) sui-qəsd etmək istəyirlər. Müvəffəq olmurlar. Peyğəmbər (s) o sui-qəsdçilərin adını Hüzeyfəyə bildirir, amma, açıqlamamasını da ona tapşırır. Bəzi kitablarda bu 12 nəfərin adı açıqlanır və Əbubəkr, Ömər və Osmanda bu 12 nəfərəin arasında olur. Ömər həmişə Hüzeyfə ilə ehtiyatla rəftar edərdi və ona hörmətlə yanaşardı, amma "Ömərin yasa gedəndə Hüzeyfənin olub-olmamasına baxırdı" şiə mənbələrində belə hədislə qarşılaşmadıq.
Allah sizə yar olsun.
Sual (39) : Salam Aleykum.Imam Huseynin(e) "Nafe"adli sehabesi olub?Kim olub? Bu adin menasi nedir.sag olun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəli, Kərbəla şəhidlərinin arsında Nafe ibni Hilal Cəməlinində adı qeyd olunur. Nafe Hz. Əlinin (s) səhabəsi olur və Kufə yolunda İmam Hüseynə (ə) qoşulur. Şimr ibni Zil-Covşan Nafe ibni Hilalını əsir götürdü, sonra da boynunu vurub şəhadətə yetirdi. Ölümündən qabaq Şimrə (l.ə.) belə dedi: Yaralılardan başqa sizdən 12 nəfəri öldürmüşəm əgər gücdən düşməsəydim məni əsir götürə bilmərdiz Allaha şükr ki, mənim şəhadətim Allahın ən pis yaratdığının (Şimrin) əli ilə olacaq” Nafe məharətli ox atan olur ki, öz adını oxlarının üzərinə yazardı. Nafe faydalı və mənfəət verən deməkdir.
Allah sizə yar olsun.
Sual (40) : narahat etiyim ucun uzur istiyirem Ebbelfez aganin mübarek qolarin kesen melqumun adi ne olub bunu bilirsise diyesiniz zehmet olmassa senedini de yazin

Bismillahir-rəhmanir-rəhim.

Nəql olunub ki, Əbəlfəzl ağanın sağ qolunu Zeyd ibni Ruqqad Cühəni, Həkim İbni Tufeyl Sinbesinin köməyi ilə kəsdi sonrada Həkim ibni Tufeyl Həzrətin sol qolunu kəsdi. Sərdari Kərbəla səh 289 (Əbdur-Rəzzaq Musəvi Muqərrəmin "Əl-Abbas" kitabının tərcüxəsi).

Allah sizə yar olsun.

Go to TOP