Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Abdul Qadir
Gilani sufi olub və əhəli-sünnə məzhəbinə əsasən fitva verib
Qadiriyyə firqəsi Abdul Qadir Gilani tərəfindən təsis olunmuşdur. O Hicrətin
561-ci ilində vəfat etmişdir. Bir çox xürafi əqidələrə malik olan Qadiriyyə
firqəsi hal-hazırda Afrikanın şimal-qərb, Hindistan və Türkiyənin Antalya
şəhərində fəaliyyət göstərir. Abdul Qadir Gilani tərəfindən təsis olunmuşdur. O
Hicrətin 561-ci ilində vəfat etmişdir. Bir çox xürafi əqidələrə malik olan
Qadiriyyə firqəsi hal-hazırda Afrikanın şimal-qərb, Hindistan və Türkiyənin
Antalya şəhərində fəaliyyət göstərir.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əl-möcəmul-kəbir kitabının müəllifi Süleyman ibni Əhməd Təbəranidir ki, 260-360 hicri illərində yaşayıb və bu kitab təqribə 1100 il öncə yazılıb.Allah sizə yar olsun.
Əgər məqsədiniz Seyid Rəzyəddin ibn Muhəmməd Musəvi Amilidirsə, bəli şiə alimidir. Məkkə şəhərində yaşayıb və 1163 hicri ilində bu şəhərdə vəfat edib.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəli, həzrət Əbəlfəzində (ə) başını kəsib digər şəhidlərin başı ilə Kufəyə və ordan Şama apardılar.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1. Şiə tədqiqatçıları əhli-sünnət kitablarına istinad edərək sübut edirlər ki, Aişə Peyğəmbərlə (s) evlənəndə 22 ya 24 yaşı olub. Onun 6 yaşında əqd etməyi və 9 yaşında evlənməyini Bəni-üməyyənin uydurduğu yalanlardan hesab edirlər. Aişənin Peyğəmbərdən (s) öncə başqası ilə evlənməyi şiə kitablarında yoxdur, amma əhli-sünnət alimi İbni Səd Təbəqatul-kübra kitabında Aişənin Cübeyr adlı şəxslə evli olduğunu yazır.2. Ayətul-kursini namazın səcdələrində oxumaq məkruhdur (savabı azdır).
Allah sizə yar
olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Aişəni, Əbdur-rəhmanı, Səd ibni Əbi Vəqqası Müaviyə öldürüb, tainki Yəzidin vəliəhdliyində maniələri aradan qaldırsın, amma Əbdur-rəhman ibni Əbi Bəkr Müaviyədən sonra ölüb.Allah sizə yar olsun.
Əleykumus-salam.
Əbuzəri Osman Rəbəzəyə sürgün etdi, qatilidə Osman hesab olur.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İbn Ərəbi öz məzhəbi barədə bir söz demir və sözləridə iki başlı olduğu üçün, onun məzhəbini müəyyən etmək alimlər arasında ixtilafa səbəb olub. Bəzi alimlər onu şiə bilirlər amma əksəriyyət sünni olmağını yazırlar. Əlbətdə sözlərindən sünnü olmağı daha çox nəzərə gəlir, amma adətən sufi və ariflər təəssüblü olmadıqları üçün bəzən haqqa iqrar ediblər. Şiənin tədqiqatçı alimi Əllamə Seyid Cəfər Amuli, İbn Ərəbinin sünnü olmağını sübuta yetirir, bunun qarşısında bəzi alimlər ehtimal verirlər ki, belə irfani məqama yetişmiş insan ola bilməz ki, haqqı tapmasın. Onun sünnü məzhəbinə uyğun sözlərini təqiyyə etməyinə yozurlar. Hər halda sünni məntəqəsində dünyaya göz açıb və sünni olmağıda doğru nəzərə çatır.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Böyük arif həzrət Ayətullah-üzma Şeyx Məhəmməd Təqi Behcət Fuməni 1916-cü ildə avqustun 24-də Gilan vilayətinin Fumən şəhərində dindar bir ailədə dünyaya göz açıb.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İmam Muhəmməd Baqirin (ə) İbrahim adında oğlu olmağı şübhəsizdir, amma harada dəfn olmağı mübahisəli məsələdir. İmamzadə İbrahimə nisbət verilən başqa ziyarətgah İranın İlam vilayətinin Zərrinabad məntəqəsindədir. Adətən bu məntəqədə İbrahimin dəfn olmağını ehtimal verirlər. Əlbətdə Gəncədə olmağıda ehtimal verilir, çünki orda ərəb dilində olan kitabə bunu təsdiq edir. Hər halda imamzadə qəbri olmağı qətidir. Ətraflı məlumat üçün Məşədixanım Nemətin "Azərbaycanda pirlər" kitabı 92-ci səhifəyə müraciət edin.Allah sizə yar olsun.