Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İrfan nədir və arif kimdir və irfani məqamlara çatmağın üsulları nədir sualının cavabında Ayətullah Behcət (Allah ona qəni-qəni rəhmət etsin) buyurmuşdur: Ən ümdəsi şəri vəzifəyə əməl etməkdir. Səmavi göstərişlərə əməl etmək insana həqiqi irfanı bəxş edir və elə bir məqama çatan şəxs “Mən yalnız gördüyüm Allaha ibadət edərəm” deyir. Həqiqi irfan bütün şəriət hökmlərini yerinə yetirmək və ən başlıcası isə həm əqidə və həm əməl etibarı ilə günahları tərk etməkdir.Arif o kəsə deyilir ki, ruhi və mənəvi saflıqla qarşısındakı maneələri
kənara qoyub həqiqəti öz vücudu ilə dərk etmiş olsun.
Çünki irfan ilahi əzəməti qəlbin gözü ilə müşahidə etməkdən ibarətdir. Əlbətdə
ki ariflərin məqamı addi möminlərin məqamından yüksəkdir. Çünki arif, qəlbində
ilahi hikmət çeşməsi olan möminə deyilir.
Allah sizə yar olsun.
Əleykumus-salam.
Nəfslə mübarizədə təkcə dua ilə kifayətlənməyin, gərək əməldə və qəlbdədə nəfslə mübarizə edilsin. Hər halda ariflər nəfslə mübarizədə və ümumiyyətlə hər çətinliyə düşəndə səcdəyə gedib yunisiyyə zikrini davamlı deməyi tövsiyə edirlər: “La ilahə illa əntə subhanəkə, inni kuntu minəz-zalimin.”«لا اله الا انت سبحانک انی کنت من الظالمین»
(Səndən başqa bir məbud yoxdur. Sən paksan, mənsə zalımlardan oldum).
Allah sizə yar olsun.
Ad: eqidem sie, Ölkə: sualim , Müctəhid: Ayətullah Xamenei
Əleykumus-salam.
Pis fikirlər şeytanın vəsvəsəsidir ki, müxtəlif amillər buna yol açır. Fəsad yaradan və mənfi təsir qoyan filmlər, kitablar, jurnallar və s. kimi təhrik edici amillərdən, həmçinin günaha aludə məclislərdən, pis dostlardan, hətta təhrik edici görüntülərdən çəkinin. Boş vaxtlarınızı mütaliə, zikr deməklə, iş və s. ilə doldurun. Allaha təvəkkül edin. Hər gün müəyyən qədər idmanla məşğul olun. İnşallah, nəfsi istəklərə və şeytanın vəsvəsələrinə qalib gələrsiniz. Biz də sizin uğurunuz üçün dua edəcəyikPis şeylər insanda pis fikirlər yaradar. Əli (ə) buyurub: “Pis və şər adamlarla həmsöhbət olmaq, oturub-durmaq insanın yaxşılara qarşı bədbinlik və bədgümanlığına səbəb olacaqdır”.
Zehn və fikirlərinizi müdiriyyət edin, pıs fikr gəldikdə dəstəmaz alıb Quran oxuyun ya salavat çevirin,
vəsvəsələr zamanı Ayətəl-Kürsü, Fələq və Nas surələrin zikr edin.
Ruhumuzu Allah-Taalanın zikri, iman və təqva ilə gücləndirməli, ağıl və fikrimizi hikmət, ilahi mərifət ilə doydurmalıyıq ki, pislər, pis fikirlər bizim ağıl və ruhumuza sahib çıxmasınlar.
Namaz əsnasında yad fikirlərin zehnə gəlməməsəindən ötrü namazdan əvvəl zehni dolaşıq fkirlərdən təmizləmək lazımdır. Yəni insan gün ərzində hər bir addımına diqqət etməli, yalnız Allahın razılığını nəzərə almalıdır. Belə olan halda insan namazda diqqətli olar və ibadətdən ruh ala bilər. Habelə pis fikirlərin zehndən getməsi üçün Allaha təvəssül, səmimi qəlbdən onların yox olması üçün dua etmək lazımdır.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1. Bu meylləri Allah yaratdığı üçün onu birdəfəlik boğmaq düzgün deyil. İnsan nəslinin davamı üçün zəruri olan bu meylə, sadəcə, nəzarət etmək lazımdır. İştaha olmasa, insan acından ölər, qəzəb olmasa yaşamaq uğrunda mübarizə olmaz şəhvət olmasa, insan nəsli kəsilər. Amma ehtirası halal yolla təmin etmək lazımdır. Ehtiras qaz balonu kimidir. Düzgün istifadə edilsə fayda verər, nəzarətsiz qalsa partlayışa səbəb olar.Ad: , Ölkə: GURCUSTAN, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Siz öz fikirlərinizi yönəldin başqa səmtə, Allahın nemətləri, axirət aləmi, hesab ketab və s. Quran çox oxuyun mənasına fikir verin Allahı zikr edin həmişə dəstəmazlı olun.Pis fikirlər şeytanın vəsvəsəsidir. Adətən pis fikirlər bekarçılıqdan irəli gəlir. Çalışın boş vaxtlarınızı mütaliə, kitab oxumaq, dini moizələrə qulaq asmaq.
Həyatınızda proqram üzrə hərəkət etməyə səy edin, belə ki, səkkiz saat işə və dərsə, səkkiz saat istirahət və yatmağa, səkkiz saat ibadət, dua və mütəal Allahla raz-niyaza sərf edin. Heç vaxt bekar qalmayın, hətta faydasız iş tənbəllikdən və işsizlikdən yaxşıdır.
Habelə pis fikirlərin zehndən getməsi üçün Allaha təvəssül, səmimi qəlbdən onların yox olması üçün dua etmək lazımdır.
Çalışın keçmişi xatırlamayasınız, bir müddət belə fikirlərin zehnə gəlməsi təbiidir, inşəllah aradan gedər.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu yolda bir neçə şeyə diqqət etmək lazımdır. 1. İfrat və təfritdən çəkinmək, bəzən gözə görsənməyən adi bir əməl misal üçün insanın öz valideyninə, qohum əqrəbaya, dosta və qonşuya balaca bir köməyi, xoş rəftarı ya bir günahdan keçməyi insanın neçə günlük ibadətindən daha çox Allahın razılığına və kamala çatmağına səbəb olsun. Nəticədə bu yolda təkcə zikr və ibadəti mühüm saymayın, əsas vəzifəni tanımaqdır 2. Hər qədəmdə Allaha təvəkkül edib Əhli-beytə təvəssül edin, ziyarəti aşura və təvəssül duasını çox oxuyun 3. Çalışın əməldən qabaq niyyətinizi xalis edəsiniz bunun üçün çalışın riyadan və sumədən (başqalarına eşitdirməkdən) uzaq olun, heç vaxt öz nəfsinizdən və əməlinizdən razı qalmayın 4. Çalışmayı bir gündə bütün pərdələr gözünüzün önündən çəkilsin qapılar üzünüzə açılsın, bu tədrici olan işdir mümkündür bu mərhələyə çatmaq üçün illər boyu seyri-süluk etmək lazım olsun və bu məqama çatan ariflərdə bu yolu bir gecəyə getməyiblər illər boyu zəhmət çəkiblər 5. Gücünüz çatan qədər əməl edin, çalışın azla başlayasız amma davamlı və xalis olsun və hər vaxt hövsələniz və halınız olmasa özünüzü bir işə məcbur etməyin vacibə əməl və haramdan çəkinməklə kifayətlənin 6. Halal və şəri istirahət və əyləncələri özünüzə haram etməyin xüsusi ilə fiziki hərəkət və idmanla məşqul olmaq. Seyri-süluk bir növ idmandır və hər idmanda qəhraman olmaq üçün illər boyu ustadın nəzarəti altında təmrin etmək lazımdır.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Pis fikirlər şeytanın vəsvəsəsidir. Adətən pis fikirlər bekarçılıqdan irəli gəlir. Çalışın boş vaxtlarınızı mütaliə, kitab oxumaq, dini moizələrə qulaq asmaq, zikr deməklə səmərəli keçirdin.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Mühasibə və müraqibəAllah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hərəkətin başlanğıcı və hərəkətin müyəssər olması üçün lazım olan azuqə və yol tədarükü bu altı şeyə şamil olur:İman, Səbat, Niyyət, Sidq, İnabət, İxlas.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah sizə yar olsun.