Sual (21) : Salam aleykum. Haram is goren itaetde tovhidde Allaha serik qosmus olur? Bu sirk gizli sirkdir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şirkin özü iki növdür: aşkar və gizli. Aşkar şirk bütpərəstlikdir, yerdə qalan hamısı gizli şirkdir. Peyğəmbəri-əkrəm (s) buyurur: “Mənim ümmətim arasında şirkin niyyəti, zülmət gecədə qara daşın üstündə gəzən qara qarışqanın hərəkətindən gizlidir . Hədislərdə riyanı gizli şirk adlandırıblar. Əlbətdə gizli şirk mümkündür insanlara nisbətdə müxtəlif olsun.

Şeyx Ənsari namazdan aldığı ləzzətdən ehtiyat edirdi. Hansı ki, əksər abidlərin arzusu belə bir ləzzətə çatmaqdır. Əgər mə`rifət əhli ilə sadə abid arasında bir bu qədər fərq varsa, mə`rifətlə cəhalət arasındakı fərqdən danışmağa dəyməz. Şeyx ehtiyat edirdi ki, namazdan aldığı ləzzət onunla Allah arasında pərdə ola. Əgər doğrudan da həmin ləzzət insanın ilahi niyyətinə xələl gətirərsə, gizli şirk hesab olunar. Belə bir şirk insanı cəhənnəmə aparmasa da, təkamül yolunda maneədir. “Yusuf” surəsinin 106-cı ayəsində oxuyuruq: “Onların çoxu ancaq şərik qoşaraq Allaha inanırlar.”

Hər halda, bu qəbildən olan şirklər gizli və zəifdir. Eləcə də övliyalardan savay əksər insanlarda mövcuddur. Əgər özümüzə diqqət etsək bir çox ibadətlərimizdə bu mənfi halı müşahidə edərik. Əksəriyyətimiz çox təsadüfən namazımızı qəlbin iştirakı (hüzuri-qəlb) ilə qılırıq. Qəlbin iştirak etmədiyi namaz tam faydasız olsaydı, yə`qin ki, çoxumuz namazdan uzaqlaşardıq. Amma Allaha xatir görülən iş gizli şirkə malik olsa da səmərəsiz deyil. Təkamülə üz tutmuş yolçuların dərəcələri müxtəlifdir və hər dərəcənin öz gizli şirki var. Şeyx Ənsari kimi şəxsiyyətlər bizim həsrətində olduğumuz ibadət ləzzətindən xoflanırlar. Bir daha qeyd edək ki, gizli şirk Allahın qəzəbinə səbəb olan şirk deyil.

Allah sizə yar olsun.

Sual (22) : Salam aleykum ve rehmetullah. Gizli sirk hansi emellerdi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hədislərdə riya və Allahdan qeyrisinə göstərmək məqsədi ilə yerinə yetirilən əməllər gizli və ya kiçik şirk adlanıb.

Allah sizə yar olsun.

Sual (23) : Salam Aleykum ;Agaya Allahdan uzun omur ve ugurlar arzu ediram~bezi insanlar var ki,adam istiyir olara tamasa etsin uzlerinde nur var sanki,bes bu nur neden emele gelir gunahdan qacmaqdan ?yoxsa sebeb basqadi neyliyek ki,bizimde simamiz nurlu olSun??Cox sagoluN

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İnsanda nuraniyyət yaradan amil, nurun mənbəyi olan Allaha ibadət etməkdir. İbadətlərin arasında daha çox nuraniyyət gətirən əməllər, Əhli-beytdən (ə) nəql olan hədislərində qeyd olunmuşdur ki, onların bəzisinə işarə edirik:

1. Gecənin qaranlığında namaz qılmaq (gecə namazı).

2. Həmişə dəstəmazlı olmaq.

3. Quran oxumaq.

4. Çoxlu salavat çevirmək.

5. Borclu insana borcunu qaytarmaqda möhlət vermək.

6. Həzrət Əlinin (ə) həqiqi şiəsi olmaq.

7. Quran öyrətmək.

8. Məsciddə ibadət etmək

9. Allaha görə sevmək.

10. Oruc tutmaq

11. Yaxşı sözlər dilə gətirmək.

Bu deyilənlərin arasında ən çox təsirə malik olan, gecə namazı qılmaqdır.

Allah sizə yar olsun.

Sual (24) : Salam aləykum, ağa mən xeyli vaxtdır ki, vasvaslıq (şəkk) edən biriyəm (pak və napaklıq haqqda) bu yaxınlarda müəyyən ziyarətlərə getdiç və şəkki tərgitmə qərarı verməyə çalışdım, çünki din aardaşlarımda bundan narahat olur ailəmdə, amma yenədə məndə bəzi problemlər qalıb. Ağa demək olar şəkklərimin çoxun atmışam ama bu bir iki məsələ qalıb xahiş edirəm mənə köməklik edəsiniz, çünki bu qalan məsələlər adətən şəriətimizlə baxandaxa nəcisdi bu isə məni çox əziyyətə salır vasvas olduğum üçün, beləki bizim evdə üstü örtülü yerlər var ki, nəcisdi paklamaqda qeyri mümkündü mən paklasam belə yenə valideynim nəcis edəcək hətta həyətdə itdə saxlayırlar, və mən hava rütubəli və ya yer yaş olanda ayaqqabım ordan təmas edir gedirəm məscidə işə və o yerlərdə ayağım vasitəsilə nəcis olur və yoldada üstümə ayaqqabıdan sıçraması ehtimalı çoxdu xahiş edirəm mənə köməklik göstərəsiniz. Və mənim bu gedişatdan xəbərim var deyə nəcis kimi davranıram lakin ətrafımdakı mömin qardaşlar elmdə məndən üstün olanlar isə pak kimi davranır sözümə də etina etmirlər ki, sən xəstəsən

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Yəqinliyə çatmadıqda belə yerlər pak hökmündədir və sizdə pak kimi davranın. Misal üçün əgər evin bir yeri nəcis olub, amma siz hara olduğunu bilmirsiz, hər yerə ayaq qoysaz, pak hökmündədir. Ehtimal və gümana əhəmiyyət verməyin, yalnız yəqinlik hasil olduqda etina edin. Əgər vasvalıq ucbatından sizdə yersiz yəqinlik yaranırsa başqalarının fikirini öyrənin və ona əsasən əməl edin. İmam Əli: “Əmin olmadığım halda mənə suyun və yaxud sidiyin səpilməsinə əhəmiyyət vermirəm”. (“Vəsail əl-Şiə”, c. 3, səh. 467)

Vasvas insanın bütün əməlləri batildir, çünki şeytana itaət edir.

Abdullah ibn Sənan nəql edir ki, İmam sadiqin (ə) yanında dəsnamaz və namazda vasvaslıq edən bir şəxs haqqında söz açdım və onun ağıllı biri olmasını bəyan etdim. İmam (ə) isə buyurdu: “Necə ağıllıdır ki, şeytana uyur?” Dedim, “şeytana necə uymuşdur?” İmam buyurdu: “Ondan bu vəsvaslığın səbəbini soruş. O sənə deyəcək ki, səbəbi şeytandır.”” (“Kafi”, “Əql və Cəhl” kitabı, səh. 10)

Vəsvəsənin ən böyük dərmanı vəsvəsəyə diqqət yetirməməkdir. Vəsvəsə olunanin şəri vezifeside budur. Sadəcə, həmin vəsvəsələr zamanı Nas və Fələq surələrini zikr edin.

Allah sizə yar olsun.

Sual (25) : salam aleykum,Men teyyi-ərz meqamina nece chata bilerem?hansi dua,hansi zikr? sag olun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İnsan hər nə qədər Allaha bəndəlik, təqva, günahdan pəhriz və özünü tərbiyə yolunda qədəm götürsə, həqiqəti görən gözü daha çox açılar və adi insanların əli çatmayanları ələ gətirər. Bu məqama çatmaq üçün sizin vəzifəniz vaciblərə əməl edib haramlardan çəkinməkdir. Əlbətdə islam təlimlərində heç zaman teyyul-ərz məqamına çatmaq heç kəsə tövsiyə olunmayıb.

Allah sizə yar olsun.

Sual (26) : Re: salamun aleykum ve rehmetullah ve beraketuh men aga ele bir hereketlermi davraniwlarmi reftar etmek isteyiremki Allahin Peygemberin ve imamlarin ewqini ureyime salim.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah-taala Quranın Ali-İmran surəsində buyurur:
31. De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır».
Peyğəmbərin məqamı və ona itaətin zəruriliyi haqqında Qur’anda oxuyuruq: “Hər kəs peyğəmbərə itaət etsə, Allaha itaət etmişdir.” (“Nisa”, 80) Digər bir ayədə buyurulur: “Ona bey’ət, Allaha bey’ətdir.” (“Fəth”, 10)
Bir şəxs imam Sadiqə (ə) ərz etdi: “Canım sənə fəda olsun, biz övladlarımıza sizin və ata-babalarınızın adını qoyuruq. Bunun bizim üçün bir faydası varmı?” Həzrət buyurdu: “Məgər din məhəbbət deyilmi?!” Sonra imam Allahın bir buyruğunu dəlil gətirmişdir.
1. Hər bir iddia əməl vasitəsi ilə sübuta yetir.
2. Allahın övliyalarına itaət Allaha iman şərtidir.
3. Əməldə süst olan insanın əslində məhəbbət sütunları süstdür.
4. Cəmiyyətin islahında mərhəmət hisslərindən faydalanaq.
5. Həzrət peyğəmbərin əməli, sözü və sükutu höccətdir və itaət ediləsidir.
6. Peyğəmbər məsumdur. Qeyri-məsuma nə üçün-niyəsiz itaət əsassızdır.
7. Allah sevgisinə ehtiyac duyursunuzsa, Onun rəsulunun sünnətinə əməl etməlisiniz.
8. İnsan elə bir məqama çata bilər ki, onun razılığı Allahın razılığı olsun, ona itaət Allaha itaət olsun.
9. İlahi dinin bəşər qanunlarından üstünlüyü ondakı məhəbbət ünsürləri, əməl nümunələri və qanunçuluq səlahiyyətidir.
10. Ən üstün mükafat mə’nəvi mükafatdır. Mö’minlər üçün ən üstün mükafat Allahın sevgisi və Onun mərhəmətinə layiq olmaqdır.
11. Pisliklərin üzərinə pərdə çəkib, mərhəmətlə rəftar etmək dostluq nişanəsidir.
12. Yaxşı işlər günahların bağışlanması səbəbidir.
13. Peyğəmbərə itaət ilahi əfvə çatmaq səbəbidir.

Allah sizə yar olsun.

Sual (27) : Sual: Sual: Salam menim xeyalima cox pis weyler gelir hetda namazdada bawimi sirkeleyerek yayindiriramki uzaglawsin beynimnen. o pis xeyal hardandi? nece qurtulum ? Lenet weytana cox qorxuram o xeyaldan cunki o gunahdan bawqa hecne deyil! bu derdden nece qurtarmag olar?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Pis fikirlər şeytanın vəsvəsəsidir. Adətən pis fikirlər bekarçılıqdan irəli gəlir. Çalışın boş vaxtlarınızı mütaliə, kitab oxumaq, dini moizələrə qulaq asmaq, zikr deməklə səmərəli keçirdin.
Həyatınızda proqram üzrə hərəkət etməyə səy edin, belə ki, səkkiz saat məşğuliyyət, səkkiz saat istirahət və yatmağa, səkkiz saat ibadət, dua və mütəal Allahla raz-niyaza sərf edin. Heç vaxt bekar qalmayın, hətta faydasız iş tənbəllikdən və işsizlikdən yaxşıdır. Yoldaşlıq etdiyiniz insanlara, qulaq asdığınız və baxdığınız şeylərə diqqət edin, pis şeylər insanda pis fikirlər yaradar. Əli (ə) buyurub: “Pis və şər adamlarla həmsöhbət olmaq, oturub-durmaq insanın yaxşılara qarşı bədbinlik və bədgümanlığına səbəb olacaqdır”.
Zehn və fikirlərinizi müdiriyyət edin, pıs fikr gəldikdə dəstəmaz alıb Quran oxuyun ya salavat çevirin,
vəsvəsələr zamanı Ayətəl-Kürsü, Fələq və Nas surələrin zikr edin.
Ruhumuzu Allah-Taalanın zikri, iman və təqva ilə gücləndirməli, ağıl və fikrimizi hikmət, ilahi mərifət ilə doydurmalıyıq ki, pislər, pis fikirlər bizim ağıl və ruhumuza sahib çıxmasınlar.
Namaz əsnasında yad fikirlərin zehnə gəlməməsəindən ötrü namazdan əvvəl zehni dolaşıq fkirlərdən təmizləmək lazımdır. Yəni insan gün ərzində hər bir addımına diqqət etməli, yalnız Allahın razılığını nəzərə almalıdır. Belə olan halda insan namazda diqqətli olar və ibadətdən ruh ala bilər. Habelə pis fikirlərin zehndən getməsi üçün Allaha təvəssül, səmimi qəlbdən onların yox olması üçün dua etmək lazımdır.
Allah sizə yar olsun.
Sual (28) : Salam aleykum. Ebu Henife ve Malik Imam Sadiqin telebeleridir? Eger telebeleridirse bes ne ucun yeni mezheb yaraddilar?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, Əbu Hənifə və Malik, İmam Sadiqdən (ə) elm öyrəniblər, digər iki məzhəbin rəisi yəni Hənbəli və Şafei isə bu iki nəfərin şagirdi olub. Amma nə üçün öz ustadı ilə müxalifət edib və yeni məzhəb yaradıb, bu sualı onların özündən soruşmaq lazımdır. Təbii ki, haqla müxalifətin əsas səbəbi həvayi-nəfsdir.

Allah sizə yar olsun.

Sual (29) : EGER BIR INSAN ALLAHI QEBUL EDIR VE NAMAZ QILANDI BIRDEN SEYTANIN VESVESESI ILE SEKKE DUSUR SADA SONRA ESTEGFRULLAH DEYIR SADA GUNAHA DUSMUS OLARMI?BIRDE SEKKE DUSMESIN DEYE NEDEN ISTIFADE EDE BILER?

Bismillahir-rəhmanir-rəhim.

Pis fikirlər şeytanın vəsvəsəsidir ki, müxtəlif amillər buna yol açır. Fəsad yaradan və mənfi təsir qoyan filmlər, kitablar, jurnallar və s. kimi təhrik edici amillərdən, həmçinin günaha aludə məclislərdən, pis dostlardan, hətta təhrik edici görüntülərdən çəkinin. Boş vaxtlarınızı mütaliə, zikr deməklə, iş və s. ilə doldurun. Allaha təvəkkül edin. Hər gün müəyyən qədər idmanla məşğul olun. İnşallah, nəfsi istəklərə və şeytanın vəsvəsələrinə qalib gələrsiniz. Biz də sizin uğurunuz üçün dua edəcəyikPis şeylər insanda pis fikirlər yaradar. Əli (ə) buyurub: “Pis və şər adamlarla həmsöhbət olmaq, oturub-durmaq insanın yaxşılara qarşı bədbinlik və bədgümanlığına səbəb olacaqdır”.
Zehn və fikirlərinizi müdiriyyət edin, pıs fikr gəldikdə dəstəmaz alıb Quran oxuyun ya salavat çevirin,
vəsvəsələr zamanı Ayətəl-Kürsü, Fələq və Nas surələrin zikr edin.
 Ruhumuzu Allah-Taalanın zikri, iman və təqva ilə gücləndirməli, ağıl və fikrimizi hikmət, ilahi mərifət ilə doydurmalıyıq ki, pislər, pis fikirlər bizim ağıl və ruhumuza sahib çıxmasınlar.
Namaz əsnasında yad fikirlərin zehnə gəlməməsəindən ötrü namazdan əvvəl zehni dolaşıq fkirlərdən təmizləmək lazımdır. Yəni insan gün ərzində hər bir addımına diqqət etməli, yalnız Allahın razılığını nəzərə almalıdır. Belə olan halda insan namazda diqqətli olar və ibadətdən ruh ala bilər. Habelə pis fikirlərin zehndən getməsi üçün Allaha təvəssül, səmimi qəlbdən onların yox olması üçün dua etmək lazımdır. Azan verilməmişdən öncə 5-10 dəqiqə namaz qıldıqınız yerdə əyləşib zikir deyin və kimin qarşısında namaz qıldıqınız barədə fikirləşin.
Allah sizə yar olsun.

Sual (30) : Salam aleykum. Sizdən bir xaişim var. 1) şəhvət hissini azaltmaq üçün nə etməliyik? ümumiyətlə şəhvət günahından necə azad olaq? Bu haqda mənə bir az məsləhət vermənizi xaiş edirəm. 2)insanın dünyadan azad olması üçün bəzi məsləhətlər vermənizi istərdim. Xaiş edirəm öz cavabınız yazın. Allah sizi qorusun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əgər sağlam həyat və pak qalmaq istəyirsizsə, belə əhəmiyyətli istəyə nail olmaq üçün səy göstərin. Fəsad yaradan və mənfi təsir qoyan şəkillər, filmlər, kitablar, jurnallar və s. kimi təhrik edici amillərdən, həmçinin günaha aludə məclislərdən, pis dostlardan, hətta təhrik edici görüntülərdən çəkinin. Boş vaxtlarınızı mütaliə, iş və s. ilə doldurun. Allaha təvəkkül edin. Hər gün müəyyən qədər idmanla məşğul olun. İnşallah, nəfsi istəklərə və şeytanın vəsvəsələrinə qalib gələrsiniz.

Allah sizə yar olsun.

Go to TOP