Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Siz öz fikirlərinizi yönəldin başqa səmtə, Allahın nemətləri, axirət aləmi, hesab ketab və s. Quran çox oxuyun və mənasına fikir verin. Allahı zikr edin və həmişə dəstəmazlı olun.
Pis
fikirlər şeytanın vəsvəsəsidir ki, müxtəlif amillər buna yol açır. Fəsad
yaradan və mənfi təsir qoyan filmlər, kitablar, jurnallar və s. kimi təhrik
edici amillərdən, həmçinin günaha aludə məclislərdən, pis dostlardan, hətta təhrik
edici görüntülərdən çəkinin. Boş vaxtlarınızı mütaliə, zikr deməklə, iş və
s. ilə doldurun. Allaha təvəkkül edin. Hər gün müəyyən qədər idmanla məşğul
olun. İnşallah, nəfsi istəklərə və şeytanın vəsvəsələrinə qalib gələrsiniz. Biz
də sizin uğurunuz üçün dua edəcəyik. Pis əməllər insanda pis fikirlər yaradar. Əli
(ə) buyurub: “Pis və şər adamlarla həmsöhbət olmaq, oturub-durmaq insanın
yaxşılara qarşı bədbinlik və bədgümanlığına səbəb olacaqdır”.
vəsvəsələr zamanı Ayətəl-Kürsü, Fələq və Nas surələrin zikr edin. Çalışın keçmişi xatırlamayasınız, bir müddət belə fikirlərin zehnə gəlməsi təbiidir, inşəllah aradan gedər. Ruhumuzu Allah-Taalanın zikri, iman və təqva ilə gücləndirməli, ağıl və fikrimizi hikmət, ilahi mərifət ilə doydurmalıyıq ki, pislər, pis fikirlər bizim ağıl və ruhumuza sahib çıxmasınlar.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bilmək nəzəri tövhid hesab olur və insan əməli tövhidə də yiyələnməlidir, lakin bu o demək deyil ki, insan heç bir mülahizə etməsin və hər bir şəraitdə nəhy əz münkər etsin və haqqı desin. Tövhid simvolu olan məsumlar bəzən bir sıra mülahizələr ediblər.Amma o ki, qaldı xoşbəxtliyi pulda görmək, bu qayıdır xoşbəxtliyin mənasını düzgün düşünməməyə. Əlbəttə insanların gözündə olan bəzi dünyəvi xoşbəxtlik pul və ruzinin bolluğu ilə ölçülür, lakin axirət xoşbəxliyi əməllərə bağlıdır. Belə problemləri həll etmək üçün Allahı təkcə tanımaq yox tapmaq lazımdır. İnsan Allahi iki yolla tanıya bilər. Birinci yol elm, dəlil və sübutla tanımaqdır. Digəri isə qəlbin yəqinliyi və şühud yolu ilədir. Bu mərhələdə insan elm və dəlil əsası ilə yox, nəfs paklığı və saflığı qanadı ilə tamam rəzalət və çirkinlikdən keçərək Allahı bütün vücudu ilə tapır. Elm yolu ilə insan Allahı tanıyır, amma qəlbin yəqinliyi ilə Allahı tapır. İmam Hüseyn (ə) ərəfə gününün duasında buyurur: İlahi seni itirən nəyi tapib, seni tapan nəyi itirb? Kor olsun o közlər ki, səni görmür. Bu mərhələyə çatmaq yalnız nəfsi saflaşdırmaq və saleh əməllərlə mümkündür.
Allahsizə yarolsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah insana iki yol göstərici və höccət qərar verib. Onun biri ağıldır ki, insanın daxilindədir biri isə Peyğəmbər (s) və ilahi övliyalardır ki, xaricdədir. Eləcədə insanın iki düşməni var, biri daxilində olan nəfsi digəri isə xarici aləmdə olan şeytandır. Bu iki düşmən əl-ələ verib ağıla qələbə gəlməyə çalışırlar. Nəfs şeytan üçün qəlbəgirməyə bir körpüdür. İnsan bu mübarizədə məğlub olmamaq üçün xaricdə olan höccət və yol göstərənlərin sorağına getməlidir ki, ağıl nəfsi özünə tabe etsin. Quran və Əhli-beytin (ə) buyurduqlarına əməl etmək, haram və halala riayət etmək nəfsi cilovlayar.Nəfslə mübarizədə təkcə dua ilə kifayətlənmək olmaz, gərək əməldə və qəlbdə də nəfslə mübarizə edilsin. Hər halda ariflər nəfslə mübarizədə və ümumiyyətlə hər çətinliyə düşəndə səcdəyə gedib yunisiyyə zikrini davamlı deməyi tövsiyə edirlər: “La ilahə illa əntə subhanəkə, inni kuntu minəz-zalimin.”
«لا اله الا انت سبحانک انی کنت من الظالمین»
(Səndən başqa bir məbud yoxdur. Sən paksan, mənsə zalımlardan oldum).
Bu mövzuda ətraflı məlumat üçün saytımızın kitabxanasında əxlaq və irfan bölməsindəki kitaba müraciət edin:
Kitabın adı: Nəfsin saflaşdırılması
http://kitab.nur-az.com/az/lib/view/247
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Mükaşifə ruhi yüksəliş nəticəsində baş verir və insan bir şeyin həqiqətini görür və addi insanların dərk etmədiyini dərk edir. Şeytani mükaşifə mümkündür bəzi alimlərin həyatında baş verib. Ayətullah Seyid Musa Zərabadiyə şeytani mükaşifə baş verir və ona deyilir ki, əgər daha yüksək məqama çatmaq istəyirsənsə zahiri əməlləri (namaz, oruc və ..) tərk et. Ona görə də mərifət əhlinin mükaşifəsini iki dəstəyə bölürlər: rəhmani və şeytani. Yəni, mükaşifə amili mələk də ola bilər, şeytan da. Bu ikisini bir-birindən ayırmaq üçün bizə Quran və hədislər yardım edir. Yəni, mükaşifə zamanı əldə olunanlar əgər Quran və Məsumların (ə) göstərişi ilə uyğun gələrsə, deməli Rəbbani mükaşifədir. Əks halda şeytanidir.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İnsanda olan mənfi xüsusiyyətlər tədricən yarandığı kimi tədricəndə aradan gedir. Təkəbbür xüsusiyyətini dəyişmək üçün insan əvvəlcə başqalarına nisbətdə düşüncəsini dəyişməlidir və sonra isə əməlində onunla mübarizə aparmalıdır. Hədislərə əsasən ağıllı insan özünü heç kəsdə üstün bilməməlidir, əksinə başqalarını özündən üstün bilməlidir. İnsan rəftarında da təkəbbür yaradan işlərdən çəkinməlidir. Peyğəmbərdən (s) belə hədis nəql olunub ki, başqaları ilə mübahisə etmək insanda təkkəbbür yaradır.Allah sizə yar olsun.
Əleykumus-salam.
Bu şeytani vəsvəsədir ki, qəlbinizə gəlir. Çalışın mütaliənizi İmam Hüseyn (ə) və Kərbəla hadisəsi barədə artırın. Bacardığınız qədər Əhli-beytə (ə) təvəssül edin və Aşura ziyarətini oxuyun. Şeytanı vəsvəsələrdən uzaq olduqca qəlbinizə gələn şübhələrdə uzaqlaşacaq. Bunu üçün əqidənizi möhkəmlədin və dini mərasimlərdə xüsusi ilə İmam Hüseynin (ə) əza məclislərində iştirak edin, inşallah təsirli olacaq.
Allah sizə yar olsun.
Əleykumus-salam.
Təkəbbürü yaradan müxtəlif səbəblər ola bilər, o cümlədən, elm, əməlin çoxluğu, nəsəb, gözəllik, qüvvət və qüdrət, mal-dövlət, dost-tanışın çoxluğu. Əlbətdə özünü kiçik və təhqir olunmuş bilmək kimi başqa səbəbləri də var. İmam Sadiq (ə) buyurub: Öz nəfsində acizlik və həqarət hissi keçirdən insan təkəbbürlük edir. Təkəbbürün nişanəsi isə insanın sözündə, qiyafə və üzündə, hərəkət və əməllərində zahir olur. Təkəbbrürün insanın əqidəsində, ruhunda və düşüncəsində çox pis nəticələri vardır. Əxlaq kitablarında təkəbbürün dərmanı üçün iki yol göstərilib: Elmi yol və əməli yol. Təkəbbürlü insan düçünməlidir ki, kimdir? haradan gəlib? hara gedəcək? və işinin sonu necə olacaq? Və eləcədə Allahın əzəməti barədə düşünməlidir. Bilməlidir ki, əvvəli mürdar nütfə olub və sonu mürdar meyitdir. Təkəbbürün əksi təvazödür, çalışmalıdır təvazölü işlər görsün tainki təvazönün fəziləti onun canında kök salsın. Əlbətdə zaman, məkan, ictimai şəxsiyyət şəraitini də nəzərə almalıdır.
Bir neçə məsələyə də diqqət edilməlidir. Quranda Firon, Şeytan, Nəmrud kimi təkəbbürlü insanların aqibətini oxuyub düşünmək lazımdır. Başqalarına salam verməkdə qabağa keçmək lazımdır. İmam Sadiq (ə) hamıya salam verməyi təvazö və təkəbbürdən uzaqlıq hesab edir. Namazları diqqət və qılmaq, Həzrət Əli (ə) buyurur: Allah insanı təkəbbürdən uzaqlaşdırmaq üçün namazı vacib etdi.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Mənəvi və ruhani xəstəliklər maddi və zahiri xəstəliklər kimi müxtəlifdir. Necə ki, insanlar ayrı-ayrı xəstəliklərə düçar olurlar, mənəvi problemlərdə belədir. Səbəbi isə bundan ibarətdir ki, xəstəliklərin kökü və mənşəyi fərqlidir və bu, insanların yaşadığı mühit, ailə tərbiyəsi və qəbul etdikləri maddi və mənəvi qida və digər amillərə bağlıdır. Bundan əlavə şeytanın hiylərləri insanlara nisbətdə fərqlidir. Şeytan hər kəsin zəif nöqtəsini bilir və ona qarşı vəsvəsə edirə. Adətən şeytan mömin şəxsi qumar oynamağa və ya şərab içməyə qarşı vəsvəsə etmir, çünki müvəffəq olmayacağını bilir. Mömini təkəbbür və özünü bəyənməyə, qeybət və yalan danışmağa sövq edir. Əlbətdə ücb və özünü bəyənmək kimi xüsusiyyətlərlə mübarizə aparsanız tədricən aradan gedər və bu yolda naümid olmaq lazım deyil. Çalışın ücb və özünü bəyənmənin kökünü və səbəbini tapıb aradan aparın. Bütün bu rəzil sifətlərin mənşəyi Allaha qarşı mərifətin (Allahı tanımağın) az olmasıdır. Bu sifətlər ibadətdə munislərin munisi Allah-təala ilə ünsiyyət yaratmaqla dəf olur. Əgər insan bilsə ki, Allah-təala bütün hallarda və zamanlarda hər yaxşıdan daha yaxşıdır, Onunla ünsiyyətdən ayrılmaz.”Allah sizə yar olsun.
Ad: Salam aleykum, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Allahın razılığı olmayan nəfsi istəklərin hamısı şeytandandır. Şeytanın insanları düz yoldan azdırmaqdan savayı başqa bir hədəfi yoxdur. O, müxtəlif yollarla insanları kamillik və irşad yolundan sapındırmağa çalışır. Quran ayələrinə görə, şeytan bütün tərəflərdən insana hücum edərək onu yoldan çıxarır.Ad: Sadiq, Ölkə: Abdullayev, Müctəhid: Ayətullah Vəhid
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Siz öz fikirlərinizi yönəldin başqa səmtə, Allahın nemətləri, axirət aləmi, hesab ketab və s. Quran çox oxuyun və mənasına fikir verin. Allahı zikr edin və həmişə dəstəmazlı olun.
Pis fikirlər şeytanın vəsvəsəsidir. Adətən pis fikirlər bekarçılıqdan irəli gəlir. Çalışın boş vaxtlarınızı mütaliə, kitab oxumaq, dini moizələrə qulaq asmaq kimi əməllərlə doldurun.
Həyatınızda proqram üzrə hərəkət etməyə səy edin, belə ki, səkkiz saat işə və dərsə, səkkiz saat istirahət və yatmağa, səkkiz saat ibadət, dua və mütəal Allahla raz-niyaza sərf edin. Heç vaxt bekar qalmayın, hətta faydasız iş tənbəllikdən və işsizlikdən yaxşıdır.
Habelə pis fikirlərin zehndən getməsi üçün Allaha təvəssül, səmimi qəlbdən onların yox olması üçün dua etmək lazımdır.
Çalışın keçmişi xatırlamayasınız, bir müddət belə fikirlərin zehnə gəlməsi təbiidir, inşəllah aradan gedər.
Allah sizə yar olsun.