Sual (51) : Salam aleykum. Mənim nişanlım hədsiz dərəcədə əsəbidi.Mənim adi bir xətam olanda özündən çıxaraq məni təhqir edir.Əlbəttə,hirsi soyuyanda dediyi sözlərə görə peşman olur ama mənə deyirki belə təhqirlər eşitmək istəmirsənsə şərait yaratma.Bir sözlə çox narahatam.Əslində o qədər yaxşı insandıki ama qəzəbli vaxtı tamam başqalaşır.və mən də barışsaq da uda bilmirəm.gah nişanı qaytarmaq istiyirəm,gah da onsuz dayana bilmiyəcəyimi hiss edirəm.Tərəddüd içindəyəm.Mənliyimə sığışdıra bilmədiyim üçün ona addım ata bilmirəm.Mənə yol göstərin neynəməliyəm.Etdiyi təhqirlərə gözmü yumum yoxsa necə?Özü səhvini bildiyi halda hirsinə,sözlərinə hakim ola bilmədiyini deyir.Mən necə edim?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Yaxşı olar nişanlınızı qane edəsiz ki, psixoloqa müraciət etsin. Hər halda sizdə nişanlınızı nəzərə alın xəta etdikdə o əsəbləşməmiş xətanıza etiraf edin və üzr istəyin və əsəbləşdikdə ona haqq qazandırın və əsəbi soyuduqda qeyri müstəqim mesaj verin kağıza yazaraq, ya smslə ki, təhqir etmək hünər deyil və bağışlamaq alicənablıqdır. Biz nişanı qaytarmağı məsləhət görmürük amma siz şəraiti daha yaxşı bilirsiz. Əgər müştərək yaşamağınız cəhənnəmə çevriləcəksə, sonra ayrılmaq daha gec olar amma yenədə onunla bu məsələni ortaya qoyun və onunla məsləhətləşin ki, bu problemi necə həll edək, neyniyək və bu cürə davam etmək sizin üçün dözülməzdir. Əgər öz əlində deyilsə, psixoloqa müraciət etsin əgər problemi aradan qaldırmaq istəyirsə. Əgər nişanlınız dindardısa çatdırın ki, Allah yanında ən böyük günahlardan biridə digərinin qəlbini qırmaqdır və ən gözəl iş başqasının xətasını bağışlamaq.

Allah sizə yar olsun.

Sual (52) : SALAM men cox sustlewmisem axir vaxtlar elave ibadet ede bilmirem qelbimde qaralib goz yasi toke bilmirem bilmirem ne edim helelik vacibleri edmeye calsiiram birde elave ibadet ede bilmirem bunun yerine anama komek etsem olar ev islerinde yeni buda iabdet kimi sayilr?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allaha bəndəlik və ibadət bəşərin ən böyük fitri ehtiyacının təminatçısıdır və insanın inkişafı, kamilliyi bu bəndəliklərin sayəsində müyəssər olur. İnsan bu bəndəliklə kamala əl tapır. İbadət ixtiyari və insanın istək və iradəsi ilə həyata keçən bir iş olduğu üçün insanın daxilində onu bu işə sövq və vadar edən müəyyən məqsəd və hədəfi olmalıdır. İbadəti iki növə ayırmaq olar: 

1. Xass mənada olan ibadət ki, namaz, oruc, həcc və s. bu kimi ibadət əməllərindən ibarətdir.

2. Ümümi mənada olan ibadət ki, Allah-təalaya itaət qəsdilə görülən hər bir işə şamil olur. Bu təriflə hətta yemək, oturmaq, durmaq, söhbət etmək və s. işlər Allaha itaət qəsdi ilə görülərsə ibadət sayılırlar. Belə olan surətdə, insan ömrünün düzgün yolda sərf edilməsi, qiymətli ömür sərmayəsinin düzgün istifadəsi üçün, insan səy etməlidir ki, ömrün hər saatını, bəlkə də hər anını mümkün qədər Allaha ibadət yolunda– istər xas mənada, istərsə də ümumi mənada – sərf etsin. Allahın razılığını qazanmaq məqsədi ilə görülən bütün işlər ibadətdir. Mütaliəyə məşğul olan müəllimin məqsədi pul qazanmaqdırsa, bu mütaliə ibadət deyil. Amma bu müəllimin Allaha xatir mütaliə etdiyini düşünüb ona həvəslə xörək hazırlayan aşpaz ibadətlə məşğuldur.Mütaliəyə edən müəllim əgər pulu özü üçün hədəf yox vəsilə bilsə mütaliəsi ibadət olar özüdə qiymətli ibadət. Peyğəmbər(s) buyurmuşdur: “Həqiqətən, əməllər niyyətə bağlıdır. Hər bir şəxs nəyi niyyət edibsə, elə ona da yetişər. Dördüncü imam həzrəti Əli ibn Hüseyn(ə) buyurur: “Heç bir əməl niyyətsiz qəbul olunmur.”
Allah sizə yar olsun.
Sual (53) : Salam. Mende ele bil ruhi yorgunluq var.Bunun barede bir az melumat vere bilersiz.Mumkunse nece mualice edilmesi baredede melumat verin

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İnsanın psixoloji durumu onun səadətini təmin edən ilkin amillərdəndir. Həyəcan, qorxu, qəzəb kimi ruhi təlatümlər xoşbəxtlik yolunda ciddi manielərdir.

Əsrimizin insanları uyğun ruhi sarsıntılardan əziyyət çəkir, çox vaxt çıxış yolu tapmaqda aciz qalırlar. Hansı ki, öz bəndələrini əbədi səadət üçün yaratmış Allah-təala Qurani-kərimdə səadət yolunu belə göstərir: «Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə sakitlik tapar». 

Başqa bir ayədə belə buyurulur: «Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər». 
Allahın dostları kimdir? Ayədə övliya adlandırılan bu şəxslər, qəlblərindən dünya istəklərini çıxarmış, Allahı qəlb gözü ilə görən möminlərdir. Okean qarşısında dayanan şəxs üçün damlanın dəyəri heçdir. Günəşlə üz-üzə dayanan şəxs çırağa etinasızdır.
Qorxu nədən yaranır? İnsan, ixtiyarında olan nemətləri itirməkdən qorxur. İtirdikdən sonra isə qəm-qüssəyə batır. Dünya nemətlərinin əsarətindən azad olmuş övliyalar nə üçün qorxmalı və nə üçün də qəmlənməli imişlər?! Həzrət Əli (ə) övliyalar haqqında buyurur: «Əgər Allah onlar üçün ölüm vaxtını təyin etməsəydi, bir an olsun belə ruhları bədənlərində qalmazdı». 
Ruhi sarsıntılardan qurtarmaq üçün əyləncəyə, eyş-işrətə, musiqiyə, spirtli içkilərə, narkotikaya üz tutan və daha da dərin uçuruma yuvarlanan insanlar! «Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə sakitlik tapar».
Sağlam ruh sağlam bədəndə olar.

Allah sizə yar olsun.

Sual (54) : Salam Aleykum,yene narahat edirem sizi,amma bu sual meni maraqlandirir,Ali Sherietinin hansi fikirleri qebul edilmeyib,sehvdir? Ona neyi irad tutublar? ALLAH razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Doktor Əli Şəriəti dinşünas olmayıb bəlkə sosioluq olub, ona görədə dini mövzularda danışdıqda bir çox səhflərə yol verib. Çünki, bir çox dini mövzuları öz əqli ilə təhlil edib və hədislərin zəif ya səhih olmasını araşdırmadan istinad edib. Bəzən sözlərində paradokslar var və şiə əqidəsi ilə uyğun gəlmir, imamların möcüzələrinə, qeyb elmini bilməylərinə istehza ilə yanaşır. Böyük din alimlərini və müctehidləri təhqir edib. Baxmayaraq ki, elmi sahəsi ilahiyyat olmayıb amma islamşünaslıq adında kitab yazıb ki, Şəhid Mütəhhəri kimi alimlər bu kitabda deyilənləri cəfəngiyat hesab edirlər.

Allah sizə yar olsun.

Sual (55) : Allahın salamı olsun cümlə müsəlmanlara. Verəcəyim sualdan ötrü üzr istəyirəm. Günümüzdə bu mövzu çok aktual olduğu üçün məlumatım olsun istədim. Sualım belədi: Çox təəssüf ki, İki cinsi özündə birləşdirən insanlar bu günümüzdə çoxalıb elə bil. Sadəcə bilmək istəyirəm ki, İslam dini belə insanlarla necə rəftar etməyi məsləhət görür? Onların bu cür yaranma səbəbi nədi? Onları bu cür Allahmı yaradır, yoxsa insanlar özləri belə olur? Bu cür olmaq xəstəlikdirmi? Belə insanlar həyatlarını necə qurmalıdırlar? Saytlardan birində belə olan insandan müsahibə almışdılar.Deyir Allah bizdən aldığını alıb, daha nə alacaq? Belə insanları qınamalı yoxsa necə ? Təkrar üzr istəyirəm. Cavab üçün Allah razı olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İki cinsli (xonsa) olanlar başqaları ilə cismi cəhətdən fərqləri var amma bu səbəb olmur ki, insanı xüsusiyyətlərə malik olmasınlar və ya insanı kamallara çata bilməsinlər. Bəlkə başqaları kimi, hidayət yolu belə insanlar üçündə açıqdır. Amma nə üçün belə yaranıblar gərək səbəbin genetik cəhətdən və bu dünyanın xüsusiyyətlərində axtarmaq lazımdır ki, nə iş baş verib ki,bu cür qeyri addi yaranış baş verib. Doğrudur insanı Allah yaradır amma bu yaranışda insan vasitədir. Bəzən yaranışda olan qüsurlar vasitəyə qayıdır. Allah insana vücud verməyi bir nemət və lütfdür insana borclu deyil və vücud insanın özününki deyil. Belə insanlar iki cinsiyyətdən (kişi və qadın) hansının xüsusiyyətləri üstünlük tapırsa o cinsdən hesab olur və o cürə həyat qura bilər.

Allah sizə yar olsun.

Sual (56) : salam aleykum. Hicab geyinən və hətta bir müddət çadra geyinib sora çıxardan və hicaba düzgün riayət etməyən,haqqında da yaxşı sözlər danışılmayan,özünün çılpaq şəkilərini,videolarını çəkən və naməhrəmlərlə pərdə saxlamayan 17-18 yaşlı bir qız daim məscidə gəlir ama məscidin qadınları haqda ağla gəlməyən sözlər danışır.indi də məşhədə gedəcək.getməmiş hər kəsə yayıb gedəcəyini,hətta bu ziyarətə onu gəzdiyi oğlan göndərir.əlbəttə,oğlanın bəzi təklifləri də var.bir sözlə demək istədiyim budu ki bunun kimi qadınları görən bəzi nadanlar hicablı qadınlar haqda yaxşı danışmırlar.belə qadınlar haqda şəriət nə etməyi buyurur? öyüd nəsihət də edilib.belə işlərin haramlığı haqda da bilir.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Möminlərin vəzifəsi əmr be məruf və nəhy əz münkərdir. Bunun müxtəlif növləri və mərhələləri var ki, əgər nəsihət və başasalmaqla təsir etmirsə daha ciddi və sərt davranmaq və çəkindirmək lazımdır. Lazım gələrsə valideynlərinə təzəkkür vermək lazımdır. Amma kiminsə gizli günahını axtarış edib aşkara çıxarmaq düzgün deyil, əgər aşkarda günah edirsə vəzifəmiz başa salıb çəkindirməkdən başqa bir şey deyil. Bundan artığı islam dövlətində hakimin tədbiri və işidir.

Allah sizə yar olsun.

Sual (57) : Salam Allahin Rehmeti uzerinize olsun.tesubkes insanla nece mubahise etmek lazimdir?mubajisenin sert ve qanunlari neden ibaretdir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Təəssüb keş insanla disbut və mübahisənin faydası yoxdur və hədislərdə belə mübahisələrdən qadağan olunur. Münazırə edən şəxs gərək kifayət qədər qarşısındakı insanın əqidəsindən xəbərdar olmalıdır əks halda bu işdən çəkinməli və bu işi savadlı və təcrübəli şəxslərin öhdəsinə baraxmalıdır. Qarşı tərəfin əqidəsinə ehtiram qoymalıdır. Əlbətdə məsləhət görərdik  siz həmişə müdafiəçi kimi qarşınızdakı insanın suallarına cabab vermək mövqeyində olmayın bəlkə siz sual edin onları şəkkə salın və suallarınız səbəb olsun ki axtarsınlar və düşünsünlər. Sual etdikdə sankı bilmirsiz və öyrənmək istəyirsiz tainki həssasiyyət icad olmasın. Birdə lazım deyil tamam suallara təhlili cavab verəsiz bəlkə suala sualla cavab verin.

Allah sizə yar olsun.

Sual (58) : Əssəlamu əleykum və rəhmətullahi və bərəkətuh.Sualım bundan ibarətdir:Mən hicaba keçmək istəyirəm,amma evdə hədsiz narazılıq və problemlər yaranır.hətta dinlə məşğul olmağıma qarışılırsa vəzifəm nədir, səbr etmək yoxsa daim problem yaranacağına baxmayaraq qarşı çıxmaq?Allah razı olsun inşallah.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Təəssüflər olsun ki, belə hallar mövcuddur. Hər halda sualın fərzində vəzifəniz hicaba riayət etməyi üstün tutmaqdır. Qeyd edim ki, hicablı olmaq üçün xüsusi hicab geyimlərindən istifadə etmək vacib deyil. Əgər bədəni tamamıilə örtən uzun və bir az enli geyim geyinilsə və başı yaylıqla örtsəniz, kifayətdir. İnşallah, bu geyimin qarşısını almazlar. Əgər buna da imkan verməsələr, onda naməhrəm qarşısına çıxmayın.

Allah sizə yar olsun.

Sual (59) : Salam-mən həmişə İslamı, şəriət qaydalarını bilən birisiylə ailə qurmağı düşünmüşəm.məni də öyrətsin, məni Allaha yaxın edən olsun istədim. amma anam birisini məsləhət görür...sonda, həmişə ona yox dediyim üçün məni narahat etməyəcəyini dedi. anam deyir ki danış onla get ona. əslində yaxşı insandı.ama imanının zəifliyi və başqa problemə görə istəmirəm onu.həm də qəlbim ona isinmir.2 düşüncə məni dəli edir. Əgər sadə namaz əhli ilə ailə qursam Allahdan uzaq düşəcəyimi düşünürəm.çünki fikri-düşüncəsi bu dünya olacaq.amma təqvasını bəyəndiim birisinə getsəm, anam deyir kim qaranti verir ki o insan sonradan dönməyəcək yolundan? bir düşüncə də var-elə bil kimsə mənə belə deyir.Payına düşənə razı gəlmirsənmi ey qafil? hamsını çalışdığım qədər izah etməyə çalışdım. Çox xaiş edirəm tam doğru cavaba yaxın bir cavab verəsiz mənə. lazım gəlsə məsləhət etmək istəsəz bir neçə gün gözləyərəm də.təki həyatım haqda doğru qərar vermiş olum Allahın izniylə və sizin sayənizdə inşə Allah.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Evlənmək yüksək əxlaqi xüsusiyyətlərə yiyələnməkdə və nəfsani istəklərlə mübarizədə ən başlıca yollardan biri hesab olunur.
İslam dini sifariş edir ki ailə qurduqda diqqətli olun, axtarış aparın və gözü yumlu iş görməyin. Həmçinin qəlbimə belə gəlir, ya sanki biri mənə elə deyir, bucürə xiyallara fikir verməyin. Ağıl, düşüncə, axtarış və təcrübəli insanlarla məsləhətləşməklə iş görün və bunun kənarında düz yol seçməkdə Allahdan kömək istəyin və Ona təvəkkül edin. Evlənməkdə meyarınızın imanlı və təqvalı şəxs olmağı doğrudur amma kifayət deyil.
İslam dini həyat yoldaşını seçməyin yollarını bəyan edərək kişi və qadınlara onların həyat yoldaşlarının hansı şəraitə malik olmasını açıqlamışdır. Peyğəmbər (səlləllahu əleyhi və alih) bu barədə belə buyurmuşdur:
“Suyu çirkin gölməçədə bitən güldən uzaq olun.” Soruşdular ki, ya Rəsuləllah bu sözlə nəyə işarə edirsiniz? Gölməçədə bitən gül nə deməkdir? Buyurdu ki: Pis ailədə tərbiyə olunmuş gözəl qadın.”
İslam baxımından din və əxlaq hakim olmayan ailə ən pis ailədir.
Başqa bir hədisdə buyurulduğu kimi,
“Əxlaq və dinindən razı olduğunuz bir kəs elçiliyə gələrsə ona qız verin.”
Şərif hədisdə evlənmək üçün iki əsas meyar müəyyən olunmuşdur: Dindarlıq və gözəl əxlaq. Bunlardan əlavə evlənmək istədiyiniz insanın düşüncə tərzi və dünya görüşü yüksək olsun. Maraqlanın işlərində məsuliyyətli bir kəs olsun, sözünə sadiq olsun, kimlərlə dostluq edir, nə işlə məşqul olur, ailədə rəftarı necədir, namazlarına necə yanaşır və s. bunlar imanın və təqvanın bir hissəsidir. Bunun üçün axtarış edin və məsləhətləşin yeri gəlsə evlənmək istədiyiniz şəxslə müəyyən şəraitdə söhbət edin. Təqvalı və əxlaqlı insanla ailə qurmağın faydası budur ki, əgər həyat yoldaşını sevməsədə onunla hörmətlə rəftar edəcək. Allahdan sizin xoşbəxt həyat qurmağınızı diləyirik.

Allah sizə yar olsun.

Sual (60) : Salam Allahin Rehmeti uzerinize olsun xais edirem eyer imkaniniz varsa cavblandirin basqa tanidiqim yer olmadiqina gore sizlere yazdim al mustafa unversitetinin resmi saytina defelerle muraciet etmisem cavab gelmeyib. infarmasiya texnologiyalarini sahesini oxumaq isteyirem Al mustafa qebul sertleri nedir?imtahan verilmelidir?hec bir dil bilmirem patvakt var?illik xerci ne qederdir?qebul ne vaxtdir? Allah razi olsun eyer cavabini bilmeseniz uzur isteyirem narahat etdiyime gore Allah razi olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hal-hazırda Camiətul-Mustafa (s) universitetinin tələbə qəbulu şəraitindən xəbərsizik. Əvvəllər belə idi ki, imtahan verilirdi. İmtahan vermək üçün məxsus vaxt yoxdur bəlkə hər vaxt imtahan vermək olar Amma məxsus şərtləri var: Yaş həddi məhdudiyyəti var ən çox 23-24 yaşdı amma ali təhsiliniz varsa üstünə gəlir, orta məktəbi -11 illiyi bitirib attestat olmalıdır. Cismi və ruhi cəhəhətdən sağlam olmalı. İmtahan verdikdən 1-2 ay sonra qəbul olub olmamaqınız məlum olacaq. Qəbul olsanız sizin üçün viza göndəriləcək. Qeyd etdiyiniz ixtisas Camiətul-Mustafa (s) universitetində yoxdur, yalnız dini ixtisasları oxuya bilərsiz.

Allah sizə yar olsun.

Go to TOP