Sual (41) : Salam.Əgər insan həssaslıqdan əziyyət çəkirsə,hətta oxuduğu və ya bildiyi bir şeyi düz bildiyi halda özünə inanmamağı nədən irəli gəlir və bunun qarşısını necə almaq mümkündür?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Özünə inanmaq bir çox müvəffəqiyyətlərin açarıdır. Çalışın həmişə müsbət fikirləşin və zehninizi müsbət fikirlərlə doldurun və müsbət fikirli insanlarla oturub durun.Səhflərinizi çoxda böyütməyin və özünüzü bağışlamağı bacarın və özünüzlə mehriban olun, ixtiyarsız səhf iş gördükdə misal üçün əliniz dəydi şüşəyə sındı ya qarın üstə sürüşüb yerə dəydiz və... sadəcə gülümsəyin özünüzü danlamayın başqalarının da belə səhflərə yol verdiyini özünüzə təlqin edin. Bilinki başqaları sizin rəftarınıza fikr vermir və sizin haqqınızda fikirləşmirlər onların zehnində yalnız öz problemləri dolanır. Heç kəs kamil insan deyil hamının nöqsanları var və tədricən nöqsanlardan üzaqlaşırlar və hər kəs hər işdə müvəffəq olmur, öz istedadınızı tapın və onun dalıyca gedin misal üçün biri idmanda müvəffəq olur biri elm və təhsildə və digəri ticarətdə və....

Allaha təvəkkül edin işlərinizdə və inanın ki, Allaha etimad edib Ondan kömək istəyəni naümid etməz. Kiçik müvəffəqiyyətlərinizi qiymətləndirin və başqalarının sizi təhqir etməyinə yol verməyin. Məqsədinizə çatmaq üçün güclü olun və heç bir hədəfi əlçatmaz hesab etməyin. İdmanla məşqul olun, bir işi görməzdən əvvəl başqaları ilə məsləhətləşın, qəflətən baş verəcək işlərdən qorxmayın.

Allah sizə yar olsun.

Sual (42) : Salam alekum. Xais edirem saulim cavablandirardiz. Menim evimde cetinlikler cixalir. Dermanlara cix pulum gedir. Indi ise veziyetim maddi durumdan pislesmeye dogru gedir bu nedendi Qizimi mektebe yola salacam 4-cu sinife. Ama ele seyler vardi ki men ala bilmirem. Qizimda meni cox cetin anliyir. Neyniyim . Allaha siginiram am sizde neyneceymi mene basa salardiz. Tsk edirem
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Çətinliklər və problemlər maddi həyatın xüsusiyyətidir. Adətən hər kəsin evində azdan-çoxdan belə çətinliklər var, amma çətinliklər qarşısında təslim olmaq yox bəlkə mübarizə etmək lazımdır və həmişə Allaha təvəkkül edib ondan yardım diləməyik tainki bizə səbr və qüvvət versin. Əlbətdə bəzi çətinlikləri biz öz əlimizlə yaradırıq və ya bizim səhlənkar yanaşmağımızın nəticəsində yaranır. Amma hərhalda hərbir çətinlikdən qurtuluş üçün Allahdan kömək istəmək Ona təvəkkül etmək və Əhli-beytə təvəssül etmək bizə yol açar və çətinliklərimiz asanlaşar. Quranda buyrulur: “Şübhəsiz ki, hər çətinliklə birgə bir asanlıq var! Həqiqətən, hər çətinliklə birgə bir asanlıq var!” (“İnşirah” surəsi, ayə 5 – 6)
Amma o ki qaıdı qızınızın rəftarına bu yaşda olan qızlar üçün bu rəftar təbiidir çünki bu yaşda olan qızların diqqəti ətrafına və valideynin məhəbbətinə daha çox olur, qızınızın istəkləri sizin ona olan diqqət və məhəbbətinizlə əvəz ola bilər. Qızınıza şəxsiyyət verin və böyük bir insan kimi onunla rəftar edin, heçvaxt təhqir edib danlamayın və oda sizinlə razılaşacaq inşəllah.

Allah sizə yar olsun.


Sual (43) : Salam.Adətən materialist və digər Allah inancı olmayan insanlarla söhbət etdikdə onlar dəlil gətirməyimizi istəyirlər.Ona görə həmin insanlara tutarlı cavab nə ola bilər,bu ancaq əqaid bölməsi ilə sübut etmək olar,yoxsa ümumi dəlillr də var?
Ad: Elvin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Materialist və qeyriləri ilə əqli, fəlsəfi və təbiətdə müşahidə olan misallarla və ümumiyyətlə müqabildəki tərəfin qəbul etdiyi dəlil və sübutlardan istifadə etmək lazımdır. Əlbətdə bu məsələ Allahın vücudunun isbatında, külli və əqli nəzəriyyələrdədir, amma dini incəliklərdə, cüzi və tarixi məsələlərdə isə müzakirə mövzusuna aid olan elimdən bəhrələnmək lazımdır.

Allah sizə yar olsun.

Sual (44) : Salam, mən həmişə istər gecə olsun istərsədə günüdüz olsun yuxuda ancaq ölü görərəm ya da ki tabut görərəm görürəm ki ölünü ya bizdən çıxardırlar yad ki qonşudan və yaxudda ki yolda aparırlar bir sözlə ancaq ölü və ya tabut görürəm bu yuxular dünya və axirətlə bağlıdır?
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Yuxular iki qisimdir, doğru yuxular və pərişan yuxular. Pərişan yuxuların müxtəlif səbəbləri ola bilər o cümlıədən: İztirab, ailədə olan problemlər, yaxınlardan birinin ölümü, xəstəlik, qorxulu filimlərə baxmaq, qəbul edilən dərman, yeməklər, mənfi fikirlər və s...
Çalışın pərişan yuxu və xəyalların səbəbini tapın və aradan qaldırın, bəlkədə gündüzlər etdiyiniz pərişan xəyallar belə yuxunuzun səbəbidir. Yaşayışınızda bir miqdar dəyişiklik edin və vaxtınızı bekar keçirməyin, çalışın xəyallara dalmayasız. Belə məqamlarda dostlarınızla vaxtınızı keçirdin və yaxın dostunuzla dərdi-dil edin, idmanla məşqul olun, Quran oxuyun ya qulaq asın, həmişə dəstəmazlı olun, yuxunuzu tənzimləyin, yatmazdan öncə zikr deyin tainki, yuxunuz aparsın. Axşamlar az yeyin, yeməklə yuxu arasında iki saat fasilə salın.

Allah sizə yar olsun.

Sual (45) : Salam.Əgər insan oxuduğu elmi gözəl şəkildə çalışırsa mənimsəsin bunun üçün nə etməlidir və yaddaşında güclü qalmasından ötrü yaddaşını necə gücləndirməlidir?Buna dair tövsiyələrinizi bildirərdiniz.
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Oxuduqlarınız yadda qalmaq üçün düzgün oxumaq və mütali etmək lazımdır.

Düzgün mütaliənin ilk addımı: 1- İlahi niyyətin olmaqı 2- Allahın adı və yad etməklə başlamaq 3- dəstəmazlı olmaq 4- münasib işıq və nur 5- boş və səssiz otaqda mütaliə etmək 6- güclü iradə 7- təkrar və müdavimlik 8-yüngül yemək 9- kitabla göz arasında münasib fasilə 10- düzgün oturmaq 11- mütaliələr barəsində düşünmək.
Mütaliə etdikdə gərək lazımı təmərküz, diqqət və fikir cəmliyi olmalıdır. Təmərküzə mane olan amillər: 1- ruhi fikir dağınıqlığı (zehnin qarışıqlıqı, rial hədəfin olmamağı, stimul və həvəsləndirici səbəbin azlıqı, iztirab) 2- cismi fikir dağınıqlığı (aclıq, yeməkdən sonra mütaliə, yorğunluq, xəstəlik, yuxusuzluq) 3- mühit fikir dağınıqlığı (səs-küy, münasib nurun olmamağı, baş verən hadisələr).

Təmərküzü gücləndirmək üçün: 1- mütaliənizi bir neçə Quran ayəsi ilə başlayın 2- televizor, maqnitofon və telefonu söndürün 3- mütaliə etdikdə əlinizə qələm alın mühüm nöqtələrin altından xət çəkin 4- mütaliə etdikdə bir şey yeməyin 5- öz hədəflərinizi xatırlayın tainki həvəsiniz artsın 6- mütaliədən öncə lazım olan vasitələr yanınızda olsun 7- Şeytanın vəsvəsələrindən Allaha pənah aparın.

Əlbətdə hərkəsdə belədir ki oxuduğunun hamısı yadda qalmır müəyyən faizi yadda qalır. Oxuduqlarınızı xülasə edib yazın.

İmam Sadiq ə buyurub:üç şey unutqanlıqı aradan aparır və fikiri təzələyir:1-Quran oxumaq 2-oruc tutmaq 3-dişi fırçalamaq.

Hafizənizi gücləndirmək üçün maddi və mənəvi qidalara ehtiyac var.

A: Mənəvi işlər:

1.Allahı yad etmək (şəri vəzifələrə əməl etmək və ibadfətləri yerinə yetirmək xüsusiylə də namazı ilk vaxtında qılmaq) həmişə çoxlu istiğfar edin

2.O dularda ki, onlar hafizənin güclənməsində təsiri vardır oxumaq, misal üçün o dua ki, Peyğəçmbər (s) hafizənin güclənməsi üçün əmirəl mömininə (ə) öyrətmişdir:

«سبحان من لایعتدى على اهل مملکته، سبحان من لایأخذ اهل الارض بالوان العذاب،

سبحان الرؤوف الرحیم، اللهم اجعل لى فى قلبى نورا و بصرا و فهما و علما انک على کل شى‏ء قدیر»

Mütaliə zamanı bu duanı oxuyun.

اَللّهُمَّ اَخْرِجْنى مِنْ ظُلُماتِ الْوَهْمِ وَ اَكْرِمْنى بِنُورِ الْفَهْمِ اَللّهُمَّ افْتَحْ عَلَيْنا اَبْوابَ رَحْمَتِكَ وَانْشُرْ عَلَيْنا خَزائِنَ عُلُومِكَ بِرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ

Allahumə əxricni min zulumatil-vəhm və əkrimni binuril-fəhm, Allahumməftəh ələyna əbvabə rəhmətik vənşur ələyna xəzainə ulumik berəhmətikə ya ərhəmər-rahimin.

3. Quran oxumaq xüsusiylə də Ayətul- kürsünü oxumaq.

4. Hafizənin zəifləməsinə səbəb olan şeylərdən çəkinmək. Misal üçün günahdan.

5. Həyəcanı azaldıb rahatlıq əldə etmək xüsusiylə də mütaliə vaxtı.

6. Fikri məşğul edən işləri azaltmaq.

7. Diqqət və düşüncəni gücləndirmək.

B: Maddi işlərdə riayət etmək:

1. Fiziki və təbii ehtiyacları təmin etmək. (Təmizliyə riayət etmək, idman, münasib yeməklərdən istifadə etmək.

2. Dişləri fırçalamaq.

3. Kilkozalı yeməklərdən daha çox istifadə etmək. (misal üçün xurma, bal və təbii şirniyyatlar). Kalsium, fosfor və vitaminli yeməklər: Balıq yağı, portağal, pamidor, buğda səbusu (qabığı) təzə göyərti, kök cigər və...

4. Oxunan mövzu və məsələni təkrar və həll etmək. (çox mühümdür).

5. Nizam və çərçivəyə salmaq.

6. Hər 45 dəqiqə mütaliədən sonra 10 dəqiqə istirahət etmək.

Allah sizə yar olsun.

Sual (46) : Assalamu aleykum . Men sizden meslehet almaq istyirem . Men dinşunas olmaq istyirem , amma hiss ediremki valideynlerim narazidi . bele halda neynesem yaxwidi

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Dində lazım olan və qarşıya çıxan mövzuları öyrənmək vacibdir və valideynin haqqı yoxdur bunun

qarşısını alsın, amma bundan artığını bilməkdə valideynin razılığı lazım deyil bəlkə valideyni

incitmək olmaz əgər valideyndən xəbərsiz bu işi görsəniz və onlar inciməsələr belə  edin.

Allah sizə yar olsun.

Sual (47) : Salam . Men dini tehsil almaq istyirem , hansi medrese yaxuddaki universitet meslehet gorerdiz?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Azərbaycandakı dini təhsil ocağlarından məlimatımız yoxdur amma müqəddəs Qum şəhərində təhsil almaq istəsəniz

aşağıdakı sayta müraciət edin.

http://sampa.miu.ac.ir

Allah sizə yar olsun.

Sual (48) : Bagislayan ve rehm eden Allahin adi ile. Men Almaniyada yasayiram. Bu illerde hemise calismisam orucmu tutum,namazmi gilim. Meherremlikde teziyelerde feal olum. Yeni bir müselmana vacib olan emellere, müselman olmayan bir ölkede emel edim. Atam-anam, baci ve gardaslarim Azerbaycanda yasayir. Onlarla hemise telefonla elage saxlayiram. Senedlerimde problem oldugundan nece illerdi onlari gedib göre bilmirem. AllahuTealaya gece-gündüz dua edirem ki, müsküllerimin hellinde mene yardimci olsun. Amma yuxarida sadaladigim müsküllerin helli bir az cetinlikle cözülür. Müstehebbi, Kerameti olan hacet dualarini da oxuyuram. Özüm sybayam. Hedisde oxumusam ki, evli adamin duasi subay adamin duasindan daha tez gebul olur. Allahdan hemise Imanli, Tegvali, Namuslu birini özüme nesib etmesini istemisem. Menim müsküllerimin hellinde sizlerden meslehet isteyirem. Cün ki, Atam -anam, bacim ve gardaslarim nece illerdi menim hrsretimde di. Menim de onlara govusmag ücün üreyim aglayir. Oruc namaziniz gebul olsun Insaallah. Tesekkürler.
Ad: zahidbagir@yahoo.de, Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Salamun əleykum.

Ramazan ayında dular müstəcab olar xüsusi ilə iftar vaxtı. Həmişə dua etdikdə duanızısalavatla başlayın və salavatla bitirin və duanızı iki salavatın arasına salın çünki salavat qəbul olunan duadır və hədisdə qeyd olunur Allah salavata xatir edilən duanıda qəbul edir. Ümumiyyətlə 14 min salavat nəzr edin 14 məsuma hədiyyə edin və Əhli-beytə təvəssül edin, Allah Əhli-beyti bizə vasitə  qərar verib. İnşəllah bizdə bu müqəddəs günlərdə, müqəddəs məkanlarda sizin hacətlərinizin qəbulu üçün dua edərik Allah işinizə fərəc versin.

Allah sizə yar olsun.

Sual (49) : (1Salam Aleykum eziz mominler. Men xarici dil oyrenirem ve bu dili tez bir zamanda oyrenmeliyem. Zehmet olmasa deyerli meslehetlerinizi vererdiniz. Yani dil oyrenende hansi emeler etsek yaxshidir. Birde her hansisa bir dua, zikir, yadashi hafizeni, qavramaq qaydasin guclendirmek ucun. Cox sagolun Alla razi olsun sizden
Sual (50) : men 5 ildi ki namaz qiliram. hetta 5 vacib namazdan elave gece namazi da qilmisam. Lakin gorduyum yuxular meni cox narahat edir ve dusundurur. Cunki yuxuda cox ecaib. qeyri adi, olu adam gorurem. hetta ele olur ki bas verecek hadiseni, bas vere bilecek olum hadiseni de evvelceden bilirem. Bilmek isterdim ki bunlar ne mena dasiyir. .Evimizde de yalniz halal qidalar yeyilir ve kolbasa sosiska hec yemirem. halalliga cox fikir verirem. lakin bu yuxudaki narahatliqlarim ne mena dasiyir bilmek isterdim.
Ad: Zehra, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam. 

Yuxu üç qismdir: yozumu olan ilahi, doğru yuxular; insanı doğru yoldan azdıran şeytani yuxular; bir iş haqqında çox düşünməkdən yaranmış əsassız yorğunluq yuxuları. İmam Sadiq (ə) öz səhabələrindən birinə buyurdu: “Doğru və yalan yuxular haqqında fikirləş, gör onlar bir-birlərinə necə də qarışmışdır. Bütün yuxular doğru olsaydı, hamı peyğəmbər olardı; əgər hamısı yalan olsaydı, onda yuxunun heç bir faydası olmaz, artıq bir iş sayılardı.” Yuxu görəndə həmişə xeyrə yozun və yuxunuzu elə insanlara danışın ki xeyrə yozacaqlar. Pis yuxu gördüydə sədəqə çıxardın. Yuxunu elə yuxu kimi qəbu edin. Dəstəmazlı yatın və yatmazdan əvvəl Ayətul-kürsünü oxuyun.

Allah sizə yar olsun.

Go to TOP