Sual (31) : salam.Serlerde yer tutan bu cumleye sizin munasibetiniz necedi?PEYGEMBERDE QİLMAYİB SEN QİLAN NAMAZİ QARDAS.Coxlari bu cumleden İMAM HUSEYNİN PEYGEMBERİN namazindan ustun olmasi kimi basa dusur.SEHV sairin sehvdi yoxsa onu oxuyanin.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Məqsəd İmam Hüseyni (ə) ya qıldığı namazı Peyğəmbərdən (s) və onun namazından üstün bilmək deyil bəlkə şairin hədəfi İmamın düşdüyü vəziyyəti və çətinliyi təsəvvürə gətirməkdir.

Allah sizə yar olsun.

Sual (32) : Esselamu aleykum. Men yeni ili bir muselman olaraq qeyd elemirem. Amma usaqlarimi mektebdeki bayram tedbirlerinde secilmeyini istemirem.MEN ONLARA bu bayramnin kecirilmeyinin gunah olduqunu xalqimiz niye bu bayrami edir basa saliram.Bu tedbirlere onlari gondermekle gunahmi qazaniram?Ozleri boyuyub her seyi basa dusene qeder istemirem psixologiyalari pozulsun.cunki oqlum 7 yasinda olsada 5 yasindan namaz qilir,hemise allahi zikr edir.Evdede birce men bu bayrami qeyd etmirem qalan hami bayram abu havasinda olur.Buda usaqi casdirir.ona gore olar olmazlari insallah ozleri boyuyende basa duserler deye fikirlesirem.bir momin kimi bu barede. Ne meslehet gorursuz. Allah razi olsun.
Ad: Gunahkar bende, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İslam dini heç vaxt milli adət-ənənələrlə mübarizə aparmayıb. Yalnız batil ənənələrə qarşı çıxıb və insanın fitrəti ilə əks olan şeyləri aradan götürüb, milli adət-ənənələrin cəmiyyət üçün xeyir və faydası varsa və fəsadı yoxdursa, İslam dini onu qəbul edir. Yeni ilin kökü xiristianlıqdan qaynaqlansada artıq milli adət-ənənəyə çevrilib. Çünki miladi təqvimdən istifadə günümüzün reallığıdırsa, biz və bizim kimi onlarla müsəlman milləti miladi təqvim əsasında yaşayırsa (və ya yaşamağa məcburdursa), bütün ictimai, iqtisadi, elmi və mədəni fəaliyyətimiz (dini ayinlərimizin icrasını çıxmaq şərti ilə) miladi təqvim üzərində qurulmuşsa, onda bu təqvim üzrə yeni ilin gəlişini qeyd etməyin nə günahı ola bilər ki? İnsan bir ili yola salıb o birini qarşılayır, illərin qovşağında arzu-istəklərini, dualarını dilə gətirir, növbəti ildə özünə və əzizlərinə xeyir-bərəkət, xoşbəxtlik arzulayır. Bu günahdırmı? Üstəlik, əgər yeni il bayramı xristianlar tərəfindən Həzrət İsa Məsihin (ə) doğum günü kimi qeyd edilirsə, bir müsəlman da bunu Məryəm oğlu İsanın (ə) dünyaya gəliş bayramı kimi qəbul edirsə, buna nə pis ad verə bilərik? Doğrudur, Həzrət İsanın (ə) doğum gününü qeyd etməyin vacibliyi barədə İslamda hər hansı göstəriş yoxdur. Amma məgər bunun haramlığı barədə hər hansı qadağan varmı?
Əlbətdə yeni il və ya hər hansı bayram dini matəm günlərinə təsadüf etsə bir müsəlman kimi vəzifəmiz dini matəmi və münasibəti qeyd etməkdir.
Allah sizə yar olsun.

Sual (33) : salam alekum men yuxuda ag atla bir nefer gormusem uzunu gormedim mene bir eliyle isare etdi ki arxasiyca gedim o biri eliyle bir usagin namaz gildigini gosterdi ve birden geyb oldular bunu menasi nedir bilmek istedim ?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Təəssüf ki, yuxu yozmağı bacarmırıq.

Yuxu insan üçün yaxın və ya uzaq gələcəkdə xeyirli, ya da qorxulu bir hadisənin baş verəcəyini bildirir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Düz danışan şəxslərin yuxusu doğrudur.” Həmçinin buyurmuşdur: “Bizi yuxuda görən şəxs, sanki aşkara görmüşdür, çünki Şeytan mənim surətimə düşə bilməz.” Peyğəmbərlərin yuxu görməsi Allah tərəfindən olan bir növ ilhamdır.

İmam Sadiq (ə) öz səhabələrindən birinə buyurdu: “Doğru və yalan yuxular haqqında fikirləş, gör onlar bir-birlərinə necə də qarışmışdır. Bütün yuxular doğru olsaydı, hamı peyğəmbər olardı; əgər hamısı yalan olsaydı, onda yuxunun heç bir faydası olmaz, artıq bir iş sayılardı.”

Yuxu görəndə həmişə xeyrə yozun və yuxunuzu elə insanlara danışın ki xeyrə yozacaqlar. Pis yuxu gördüydə sədəqə çıxardın və yuxunu elə yuxu kimi qəbu edin.

Allah sizə yar olsun.

Sual (34) : wek edirem ne ede bilerem
Ad: eltun, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Çox şəkk edən gərək şəkkinə etina etməsin və əhəmiyyət verməsin.

Allah sizə yar olsun.

Sual (36) : Sual: Salam Alaykum qardas...cadu varmi ve bundan nece qurtulmaq olar....bir tanisim var deyis meni cadu edibler,cox pis veziyetlere dusmusem,bas agrisi.urek agrisi,beyin agrisi her sey bas verir...ozude bele bir sey dedi mene....Quran oxuyandan deyir benim partlayir ve basdiyiram qisqirmaga..ona gorede ona Quran oxumagi qoymurlar....deyir qabag qonsumuzda bir qadin var cadunu o edir...sam yandiri nese edir bas eyir tez tez ve bizim eve baxir...deyir hetta qardasimi bele itirdim...34 yasi var helem evlenmeyib,ozude gurcustanda qalir....deyir gele bilerem azerbayacan...ozude gelib butun azerbaycani gezib onun bu derdine derman olmayib...heta tanidigimiz alimlere bele deyib ,hec biri cavab vermeyib...indi qardas hemin o insan lenet oxuyur hemin alimlere.....hetta bunu kimlerse cadunun yanina gonderibler.....qardas men onun ozu ile danisim cox sebirsizdi cox....cin gire bilermi onun icine....qardaslar xayis edirem bunun usutne ciddi dusun ona komek edeyin......yuksek exlaq alimlerine sizde deyin..eger lazim olsa onun nomresinide vere bilerem ozune deyenden sonra....inanki ozum onla danisim dehsete geldim....

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Sehr və cadunun vaqeiyyəti və həqiqəti var və təcrübə bunu sabit edib. İslamda cadunun təsirin və qarşısın almaq üçün sifarişlərdə qeyd olunub. Müəvvəzətəyn”  Fələq və Nas surələrin, Ayətul-kürsini və s. oxumaq cadunu təsirdən salar, amma diqqət yetirmək lazımdır ki, camaatın sehr təsəvvür etdiyi şeylərin əksəriyyəti bir dəstə adamın xurafata və xəyali şeylərə həddindən artıq diqqət yetirməsi və bir dəstə adamın hazırkı şəraitdən sui-istifadə etməsindən irəli gəlir. Halbuki onların sehr barəsində məlumatı yoxdur. Bundan əlavə, sehrin müəyyən hissəsi insanın xəyal qüvvəsində təsərrüf etməklə bağlıdır – həzrət Musanın (əleyhis-salam) sehrkarlarla qarşılaşdığı zaman baş verən hadisələrdə olduğu kimi. Camaatın elm və agahlıq səviyyəsinin yüksəlməsi ilə bu kimi işlər təsirdən düşəcəkdir. Hər bir halda əgər doğrudan da sehr baş vermiş olsa, ondan xilas olmaq üçün rəvayətlərdə qeyd olunan dualardan istifadə etmək lazımdır. Əgər sehrdən qurtarmaq yalnız sehr edən şəxsə müraciət etməklə mümkün olarsa, sehri batil etmək üçün sehrin özündən istifadə etmək caizdir.

Alimlərin vəzifəsi yol göstərməkdir, möcüzə göstərmək yox, mümkündür alimin göstərdiyi yol nəticə versin və ola bilərki, nəticə verməsin, necəki doktorun yazdığı nüsxə nəticə verməyə bilər. Əlbəttə alim sifətinə girmişlərdə var ki, başqalarına düz yol göstərməkdənsə azdırırlar.

Allah sizə yar olsun.

Sual (37) : Salam.Həssaslıqdan əziyyət çəkən insan nə etməlidir?Həmçinin əgər həssaslıq zamanı oxuduğu nədəsə də şəkk-şübhə yaranarsa,məsələn şəri məsələ oxuyarkən belə onu tətbiq etmək istəyəndə özünə inamsızlıq yarandığından çəknirsə ki,birdən səhv edərəm.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həssaslıqdan əziyyət çəkən insan gərək öz həssasiyyətinə əhəmiyyət verməsin, yoxsa bu sizi vasvaslığa gətirib çıxardar. Vəsvəsənin ən böyük dərmanı vəsvəsəyə diqqət yetirməmək və əhəmiyyətsiz yanaşmaqdır. Vəsvəsə və çox şəkk edənin şəri vezifeside budur.

Bu, şeytani vəsvəsələrdir və arxayın olun ki, həmin sözləri qəlbinizdə səsləndirən siz deyilsiniz. Buna görə heç bir cəza və qınaq yoxdur. İnsan qəlbindəki yox, qəlbən dilə gətirdiyi sözlərə görə məsuiliyyət daşıyır. Sadəcə, həmin vəsvəsələr zamanı Nas və Fələq surələrini zikr edin. 

Abdullah ibn Sənan nəql edir ki, İmam sadiqin (ə) yanında dəsnamaz və namazda vasvaslıq edən bir şəxs haqqında söz açdım və onun ağıllı biri olmasını bəyan etdim. İmam (ə) isə buyurdu: “Necə ağıllıdır ki, şeytana uyur?” Dedim, “şeytana necə uymuşdur?” İmam buyurdu: “Ondan bu vəsvaslığın səbəbini soruş. O sənə deyəcək ki, səbəbi şeytandır.”” (“Kafi”, “Əql və Cəhl” kitabı, səh. 10)

İmam Əli: “Əmin olmadığım halda mənə suyun və yaxud sidiyin səpilməsinə əhəmiyyət vermirəm”. (“Vəsail əl-Şiə”, c. 3, səh. 467).

İşnizi Allahın adı ilə başlayın və bu zikri çox deyin: «La hövlə və la quvvətə illa-billahil-əliyyil-əzim». Yadınıza düşən, və ilk zehninizə gələnə etimad edin və əməllərdə asan yolu seçin. Əgər belə etməsəniz və vasvaslığa düçar olsanız bilinki, bütün əməlləriniz batil və zəhmətləriniz hədər olur.

Allah sizə yar olsun.

Sual (38) : salam! sizdən çox xaiş edirəm mənə kömək edin! mənim anam 2010-cü ildə rəhmətə gedib (Allah rəhmət eləsin) məndə onda Qazaxıstanda oxuyurdum. 17 yaşında getmişdim oxumağa. sonra 18 yaşında məni Azərbaycana əsgərliyə çağırdılar. Mənim anam 2-3 dəfə saxlatırmışdı ki, oxumağa görə. sonra mənim 20 yaşım tamam oldu. mənim anam ciddi xəstələndi. Bizdə atamnan hazırlaşırdıq gəlməyə Bakıya, elə oldu ki, səhərə yaxın mənim anam rəhmətə getdi (Allah rəhmət eləsin) bizdə həmin gün getdik bilet almaga. Sonra getdik areporta. Elə oldu ki, atam gili, əmim gili buraxdılar sərhəddən amma məni buraxmadılar, məndə sənədlər duz deyil dir, yani miqrasiyanin vaxtı qutarmışdı! Pul verirdik ki, məni buraxsınlar sərhəddən ollarda buraxmadılar. Dedilər ki, get cəriməni ödə sonra buraxarıq. Axrı buraxmadılar məni, 30 deq qaldmışdı samaleta uçmaqa atam gil dedi sen onda qayıt biz özümüz gedərik, məndə elə pis oldum ki, geri qayıttım. Səhər getdim ödədim cəriməni. Sonra atam gilə Bakıya zəng vurdum ki, mən indi yenə bilet alıb gəlirəm olarda dedi gəlmə sən gəlsən sonra geri buraxmayacaqlar səni əsgərliyə aparacaqlar.mənim də 1-ilim qalmışdı qutarmağa oxumağa. Anam həmişə deyirdi oğul oxu sonra gedərsən əsgərliyə. Mən anamnan yalnız mənim oxumağa görə biz birinci dəfə gəldik Qazaxıstana. mən basıran günü olmamışdlm birdə 40-gun da gəlməmişdim. Amma ilində gəlmişdim yani uje oxuyub qutarmişdım. Indi mən uje artıq 4 ildir özümə pis başa düşerəm ki, niyə mən basıran günü gəlmədim. Atam, dayım gil deyirdi gəlmə biz sənin yerinə iştrak edərik. Bilirəm Allah yagin ki, məni bağışdamaz. Mən axı olmamışdım anamı basıran günü. Mənim üçün çox böyük günahdır??? Indi mən neynəyim?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.
Allah ananıza rəhmət etsin, ruhu şad olsun və sizədə baş sağlığı veririk. Sizin Allah yanında heç bir günahınız yoxdur çünki, siz ananıza ehtiramsızlıq etməmisiniz və gəlməməyinizdə öz istəyinizlə olmayıb. Hər halda ananızın dəfnində olmağınızda ananıza bir kömək etməyəckdi təkcə sizin vicdanınız rahat olacaqdı, amma siz ananıza belə kömək edə bilərsiz ki, onun əvəzindən xeyr əməllər edib savabında şərik edəsiz xüsusilə cümə günündə sədəqə vermək, salavat göndərmək, namaz qılmaq və Quran oxumaqla, bağışlanmağı üçün dua edəsiz xüsusi ilə çümə axşamları və s...

Allah sizə yar olsun.


Sual (39) : İslam dinində materialzmə,ateizmə,dinsizliyə qarşı yazılmış ən məsləhətli kitablar hansılardır,əldə edib oxumaq üçün?
Bismillahir-rəhmanir-rəhim.
Saytın kitabxanasında olan bəzi kitablarda pərakəndə bu mövzularda söhbət açılıb, amma təəssüf ki, bu barədə müstəqil kitablar tərcümə olmayıb və yazılmayıb.
1. Kitabın adı: Allahı tanımaq
Seyid Məhəmmədbaqir Sədr
2. Kitabın adı: Suallar və cavablar
Məhəmmədrza Kaşifi
3. Dini suаllаrа cаvаblаr
Аyәtullаh Cәfәr Sübhаni

Allah sizə yar olsun.

Sual (40) : Salam men hicaba kecmek isterdim amma lazimsiz insanlari gorurem eseblesirem men onlari gorende qanim qaralir yoldasimla dalasiram geyimlerini bilmeyen qadinlara gore mene nece komek ede bilersiniz mene meslehetiniz ne ola biler sizden xayisim budur ki yazdigim suali cavabsiz qoymayin cavabinizi gozleyirem sizce men hicaba kecim kecmeyim ne dusunursunuz. Allah amaninda olun helelik
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hicab bağlamaq Allahın əmridir, hicaba keçmək müsəlmana vacibdir və hicabsızlıq böyük günahlardandır. Allahı qəbul edən və itaət etmək istəyən hicabdan uzaq ola bilməz. Hicaba keçmək üçün başqalarını özünüzə nümunə və örnək qərar verməyin, örnəyiniz Hz. Zəhra (s) və Hz. Zeynəb (s) olsun. Hicaba hicablılara baxıb qiymət verməyin bəlkə Allahın Quranda göstərişi kimi qiymətləndirin.
Allah sizə yar olsun.
Go to TOP