Sual (21) : salam men burdan qurani oyrene bileremi

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əgər məqsədiniz sayt vasitəsi ilə Quranın oxunuşunu öyrənməkdirsə, saytın kitabxanasında Quran oxumağı öyrənmək üçün kitaba müraciət edə bilərsiz, amma yaxşı olar hüzuri şəkildə ustad vasitəsi ilə öyrənəsiniz.

Allah sizə yar olsun.


Sual (22) : Salam. Zehmet olmasa bu suali cavablandirin.Atam hakkin rehmetine gedib.gabaq tez tez yuxularima gelerdi,amma indi yuxularima gelmir.Mumkunse bunu acigliyin.
Ad: seide xanim, Ölkə: Azerbaijan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah atanıza rəhmət etsin. Təssüf ki, bunun səbəbini tam olaraq bilmirik, çünki bir növ qeybi məsələdir. Amma mümkündür qabaq tez-tez yuxuda görməyiniz sizin xəyal və bu haqda çox düşünməyinizin səbəbindən baş vermiş olsun, çünki bir çox yuxular insanın xəyallarından irəli gəlir. Bundan əlavə, diqqət etmək lazımdır ki, yuxu şəriət baxımından hüccət sayılmır və göstərişlərini yerinə yetirmək vacib deyil. Birdə çox yuxuların məxsus yozumu yoxdur. Amma hər halda həmişə öz savab işlərinizdə atanızıda şərik edin və xeyr əməllərin savabını hədiyyə edin, çünki rəhmətə getmiş valideyn həmişə övladlarının hədiyyələrini gözləyir.

Allah sizə yar olsun.

Sual (23) : assalamu aleykum! biz rusiyada yasayiriq burda ELI(e.s) movludun genis miqdarda restoranda qeyd etmek isteyirik ve insanlari ora devet edeceyik. buna da az olmayan bir vesait lazimdir. meclise gelecek insanlarin boyuk bir ekseriyyeti qeyri dindar ,serab icen, qumar oynayan insallardan ibaret olacaq. eger bu movluda cekilecek xercleri ehtiyaci olan insallra , momin baci ve qardaslara serf etmek HZ. ELI(E.S) UCUN DAHA GOZEL HEDIYYE OLMAZDIMI? cunki hami gelir yeyib icir derhal cixib gedir,hec bir ibadetde olunmur, hetta ruhani quran oxuyanda bir coxu hec qulaq da asmir oz isinde olur.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Sualınızın cavabı gecikdiyi üçün üzr istəyirik.
Hər iki iş yaxşıdır, amma gərək birini əsas tutub digərini tərk etməyək, əgər qərar olsa ki, biz ehtiyaclılara kömək niyyəti ilə dini mərasimləri və şüarları tərk edək nəticədə bütün dini münasibətlər aradan gedər. Amma daha yaxşı olar belə dini münasibətlərdə israfdan və lazımsız xərclərdən çəkinək və sadə amma ixlaslı məclislər təşkil olunsun. Allah-təala Quranda hər ikisini, həm ehtiyaclılara yardım etməyi və həmdə dini və ilahi şüarları əzəmətli tutmağı sifariş edir. Bəzən düşmən belə vəsvəsələrlə dini mərasimləri tərk etməyi insanların qulağına oxuyur. Bu mərasimlərin insanın eşqinin, mərifətinin və əqidəsinin möhkəm olmasında, təsiri şübhəsizdir. Hətta o qumar oynayan, şərab içən müsəlman belə məclislər vasitəsi ilə öz dini adət-ənənnələrini yaddan çıxartmır, az və tədricən olsada fitrətində oyanış yaranır. Belə məclislərdə gərək fürsətdən istifadə edib insanları qəflətdən oyadmağa cəhd olunsun.

Allah sizə yar olsun.

Sual (24) : salamun aleykum.axir vaxtlar en cox sorusulan suallardan birinin cavabini sizden almag istiyerdim.oglan qiz haram munasibetde olublar yeni danisiblar gorusubler mesaj yaziblar yeni namehreme haram olan her seyi eliyibler.sorada oglan yada qiz ayilib.ve sonda ya oglan ya qiz diyirki haqqimi halal elemirem sen haqqima girmisen meni yarida qoydun umid verdin ve.s bele sozler diyib halal elemirem diyir bu ne derecede duzgundu.?yeni oglan soradan tovbe edib etdikleri haramlara.indide nisanlidi kebinlidi sevdiyi ile indi tezeden o qizdanda halalliq almasi lazimdi?bu cox vacibdi x eliyirem biraz etrafli yazin

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Xeyr, halallıq almaq lazım deyil, bəlkə halallıq almaqda başqa bir günahdır. Halallıq almaq nəyisə düzəltmir, mümkündür bu səbəb olsun yenidən haram ünsiyyətin davamına. Amma qız oğlanın onunla evlənməyini düşünürsə və bunu gözləyirsə yaxşı olar xəbər göndərib öz fikrindən dönməyini bildirsin. Əlbətdə oğlan gərək qızın abrını qorumaq üçün onunla olan ünsiyyətini heç kəsə bildirməsin. İstiğfar edin həm özünüz üçün və həmdə o qız üçün inşəllah Allah bağışlayan və mehribandır.

Allah sizə yar olsun.

Sual (25) : Bismillah,Salam.Zəhmət olmazsa bu sualımızı cavablandırardınız.İnsan öz zehnini məşğul edən,onun axirəti üçün faydalı olmayan,Allahdan başqa şeylər haqqında olan düşüncələrdən necə qorumalıdır.Bu hansı ruhi məşqlərdən sonra rahat olur.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Müxtəlif fikirlərin zehnə gəlməsi adi haldır, amma bunu tənzimləmək və çoxaldıb-azaldmaq bizim əlimizdədir. Adətən mənfi fikirlərin müxtəlif mənşəyi ola bilər, misal üçün gələcəyə olan nigarançılıq, uzun arzular, sui-zənn, kin-küdurət və s..
Hər fikrin mənşəyini tapəb qarşısını özümüzdə yaradaraq bu problemi həll edək. Misal üçün əgər mənfi və faidasız fikirlərin mənşəyi gələcəyə olan nigarançılıqdırsa Allaha təvəkkül etməklə və Allahın təqdirinə razı olmaqla bundan nicat tapaq. Əgər ixtiyarsız zehnə gəlirsə belə fikirlərə etina etməyin. Əlbətdə insanın əməlləri islah olsa fikirləridə islah olar. Hər halda bu duanıda dildə və qəlbinizdə çox oxuyun.
« بِسم الله و بِالله، تَوكَلتُ علي الله، اعوذُ بِالله السميعُ العليم مِن الشيطانِ الرجيم.»
Bismillahi və billah, təvəkkəltu ələllah, əuzu billahis-səmiil əlim minəş-şeytanir rəcim.

Allah sizə yar olsun.

Sual (26) : Salam.Bismillah men dini toy elemey isdirem onun ucun hansi ayin daha yaxsi olmasini bilmey isdirem.ve hemde sadliq sarayinda toyu etmey isdirem amma hemin sadliq saraylarinda sprtli icki verilib.ve orda adi toylarda olur orda toy ede bileremi.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Rəcəb və Şəban ayı toy və şadlıq etmək üçün münasibdir. Əlbətdə Rəcəb ayında bir neçə günü çıxmaqla ki, şəhadət günləridir, amma Şəban ayında şəhadət günü yoxdur.
Əsas budur ki, siz toyda şərab verməyəsiniz. Sizdən qabaq orda şərab verilməyinin sizin üçün eybi yoxdur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (27) : Salam. Sizden bir soz sorusmaq isterdim. Men her seher Azan sesin oyaniram. bunu dile getirmek ne derecede dodrudur bilmirem. Namaz ucun destamaza geedende mutleq yanimda kimise aparuram. Azan sesinden cox qorxuram. Icimdeki Allah qirxusudur, cehennem qirxusudur bilmirem. Yoxsa seytan emelidir bilmirem. Bu neden ola biler? Hetta namaz qilanda bele tek oldugum otagda namaz qila bilmirem. Cix qorxuram. Sizce men duzmu edirem. Yoxsa sehfmi? Xahis edirem sualimi cavablandirardiniz. Bu menim ucun cix vacibdir.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu sizin özünüzdə yaratdıqınız təsəvvür və xiyalların nətəcəsidir. Burda qorxulu bir şey yoxdur mümkündür uşaqlıqda sizdə Allah barədə yaranmış təsəvvür və sizə olan təlqinin nəticəsidir. Azan veriləndə sözlərinin sizdə təkrarlayın və öz-özünüzə təlqin edin ki, Allah məni çağırır bundan qorxmaq yox sevinmək lazımdır və şükr etmək lazımdır. Öz üzərinizdə çalışmaqla bu təsəvvürü aradan aparın. Əgər ümumiyyətlə qaranlıqdan, təklikdən və s. qorxursunuzsa psixoloqa müraciət edin

Allah sizə yar olsun.

Sual (28) : Salam.Bu sualla maraqlanmağınızı xahiş edirik.Unniversitetdə müəllimiz bu sualla maraqlanmağımı istədi və mən də sizə ünvanlamağı məsləhət bildim.Müasir dövrümüzdə kiçik yaşlı uşaqları sürətli və asan yolla mürəkkəb hesablamaları aparmağı öyrədən kurslar mövcuddur.Səhv etmirəmsə arifmetika kimi adı olmalıdır bu sənətin.Deyilənlərə görə,bunun uşaq zehninə sonradan mənfi təsiri olur.Bu haqqda məlumatınız varmı?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Uşaqa 4 yaşına qədər öyrətmək münasib deyil amma 4 yaşından sonra 6-7 yaşına qədər ən münasib və nəticə verən uşağın başqa dillər öyrənməyidir. Amma mürəkkəb hesablamaları asan yollarla öyrətmək baxır uşağın istedad və götürmə qabiliyyətinə. Mümkündür uşaqlar müxtəlif istedadlı olduğu üçün hər uşaq üçün münasib olmasın. Hər halda uşağın əgər zehni yorulmayırsa və ya yorulmayana qədər öyrədilsə bunun mənfi təsiri olmaz və çoxda yaxşıdır. Uşaqlar adətən öz yorğunluqunu bildirir, yorulduqda artıq istirahətə ehtiyacı olur əks halda mənfi təsir qoya bilər.
Allah sizə yar olsun.
Sual (29) : Salam qardaş. 1. Baba Tahir kim olub, onun məzhəbi və mənəvi məqamı haqda məlumat verərdiniz. 2. Zəhmət olmazsa Şəmsi Təbrizi haqda da məlumat verərdiniz. Onun məzhəbi nə olub?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Baba Tahir Üryanın (Həmədani) həyatı barədə məlumat çox azdır. Onun doğum və vəfat tarixi məlum deyil amma 11 ci əsirdə yaşaması qeyd olunub. Səlcuqi şahı Soltan Toğrul 447 hicri ilində (1055 miladi) Həmədana gələndə Baba Tahirlə görüşür. Onun qəbri Həmədanın şimalında yerləşir və 85 il ömür sürüb. Baba Tahir şeirləri adətən lori dilində dübeytlərdir. Doğulduğu yer isə Həmədanla lotistan arasında qeyd edirlər. Baba Tahir zamanəsinin böyük şairi və arifi olub amma məzhəbi barədə qarşılaşmamışıq.
2. Şəms Təbrizi şafei məzhəb olub. Ətraflı məlumatı aşağıdakı adresdən oxuyun:
http://az.wikipedia.org/wiki/%C5%9E%C9%99ms_T%C9%99brizi

http://az.wikisource.org/wiki/M%C3%B6vlan%C9%99_C%C9%99lal%C9%99ddin_
Rumi_v%C9%99_%C5%9E%C9%99ms%C9%99ddin_T%C9%99brizi
Allah sizə yar olsun.
Sual (30) : salamun aleykum.bir sualimda olacagdi.bu il Eyyami Fatime gunleri martin 4 nen martin 24 ne kimi olacag yeqin ki.bu gunler de bayram gunlerine dusur.eger bu gunlerde qaynanamgil xonca getirseler bayrama gore hormetsizlik sayilar?yoxsa esas gunler son 3 gundu?yeni 22 23 24 mart?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hz. Fatimənin (s) şəhadəti 24 marta təsadüf edir, amma yaxşı olar martın 21- dən yəni cəmadius-sani ayının başlaması ilə əzadarlıq edək və bu günlərin hörmətini saxlayaq.
Allah sizə yar olsun.
Go to TOP