Sual (51) : İnsanların fəsada yuvarlandığı bir dövrdə islam hökuməti qurula bilərmi?
Allahın adı ilə.   
İslam hökuməti o demək deyil ki, cəmiyyətin bütün fərdləri ədalətli olsun. Başçıları İslam qanunlarını əsas götürən bir hökumət İslam hökumətidir. Səfər o zaman yaxşı hesab olunur ki, sürücü mahir, maşın isə saz olsun. Səfərin necəliyində müsafirlərin vəziyyəti əsas götürülmür. “Bəqərə” surəsinin 102-ci ayəsində oxuyuruq: ”Yəhudilər Süleymanın hakimiyyətinə dair şeytanların oxuduqlarına uydular.”
Bundan əlavə ədalət eyni münasibət demək deyil. Ədalətli həkim hər xəstəyə onun xəstəliyinə uyğun dərman yazır, ədalətli müəllim hər şagirdə onun biliyinə uyğun qiymət verir. Əgər bütün xəstələrə eyni dərman, bütün şagirdlərə eyni qiymət verilsəydi, bu ədalətsizlik olardı. Gözlə qulaq, dağla dəniz eyni deyil. Fərq yalnız ədalətsizlikdən doğmur. Bəzən ədalət özü fərq qoyulmasını tələb edir.
Zülmdən doğmuş ixtilaflar və bərabərsizliklərlə mübarizə aparmaq lazımdır. Təcavüzkarların zülm ilə topladıqları kapitallar onların gözündən tökülməlidir.
Amma görülən işə, istedada, ixtisasa, məsuliyyətə fərq qoyulmazsa cəmiyyətdə inkişaf dayanar, insanlarda təkamül həvəsi sönükər.

Allah sizə yar olsun.
Sual (52) : Xalq dini hakimiyyət istəmirsə, dini hakim nə etməlidir?
Allahın adı ilə.   
Dini hakimiyyət hakimin yox, xalqın ehtiyacıdır. Şübhəsiz ki, əxlaqsız həyat yaşayan şəhvətpərəst, şərabxor, kübar insanlar dini hakimiyyətə qarşı çıxasıdır. Bu etiraz kütləvi şəkil aldıqda cəmiyyət dini hakimiyyətdən məhrum olur. Çünki İslam dinində hakimiyyətin zorla qəbul etdirilməsinə icazə verilmir.
Ümumiyyətlə, hökumətə dörd münasibət mövcuddur:
−ilahi hökuməti xalqın qəbul etməsi (İslam peyğəmbərinin hökuməti)
−qeyri-dini hökuməti qəbul etməsi
−ilahi hökuməti xalqın qəbul etməməsi (imam Həsən (ə) məhz bu münasibətə görə hakimiyyətdən uzaqlaşdı)
−qeyri-dini hökuməti xalqın qəbul etməməsi
Bəli, əgər cəmiyyət kütləvi şəkildə dini rəhbərin səsinə səs vermirsə, zora əl atmaq caiz sayılmır.

Allah sizə yar olsun.
Sual (53) : Dini hakimin hökuməti ilə peyğəmbər və imam (ə) hökuməti arasında fərq varmı?
Allahın adı ilə.   
Məqsəd cəmiyyətin səadəti olduğundan, bu hökumətlər ixtiyar nöqteyi-nəzərincə fərqlənmirlər.
Bəs fərq nədədir? Məsələn, həzrət Peyğəmbər (s) insanların şəxsi işlərinə müdaxilə edə bilirdisə, dini rəhbərin (“vəliyyi fəqih”) belə bir səlahiyyəti yoxdur. Bəli, peyğəmbər və imamın mənəvi müqavimət haqqı var. Bu isə hökumətin vəzifəsi deyil.

Allah sizə yar olsun.
Sual (54) : Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?
Allahın adı ilə.   
Orta əsrlərin kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında əsaslı fərqlər vardır. Kilsə təfəkkürünə əsasən, din siyasətdən ayrıdır. Əslində xristianlıq təlimində cəmiyyətin ictimai-siyasi həyatını tənzimləyəcək qanunlar mövcud deyil.
Həzrət İsanın dilindən deyilən bir çox kəlamlar dinin dünyəvi hakimiyyətini rədd edir. Məsələn, İncildə Həzrət İsanın adından deyilir: “Mənim rəhbərliyim bu dünyaya aid deyil”; “Padşahın malını özünə, Allahın malını özünə verin”… Bəli, dini siyasətdən ayrı hesab edən bu günkü sekulyarizmin kökləri xristianlıq təlimindən rişələnir. Qeyd etməliyik ki, söhbət həqiqi İncildən yox, bu günkü təhrif olunmuş məsihilikdən gedir.
Kilsə hakimiyyətinin əsas müddəalarından biri budur ki, hakim xalqın yox, yalnız Allahın qarşısında məsuldur. “Hakimə qarşı çıxmağa, ona iradını bildirməyə heç kəsin ixtiyarı yoxdur”, deyilir.
İslam hökuməti isə öz ilahi təliminə əsasən, cəmiyyətin dünya və axirət səadəti üçün çalışır. Bu hökumət üçün əsas və nümunə İslam Peyğəmbərinin (s) qurduğu hökumətdir. İslamın hakimiyyətlə bağlı bütün sferaları əhatə edən konkret proqramları mövcuddur. O cümlədən:
−hakimin şərtləri (xüsusiyyətləri);
−daxili və xarixi siyasətin tənzimi;
−cəmiyyət və hökumətin hüquq və vəzifələri;
−iş yerlərinin təşkili, fəsadla mübarizə;
20−ictimai fəallığın təmini;
−ilahi dəyərlərin aktuallığı;
−ictimai qüdrətin qorunması və istiqamətləndiril-məsi.

Allah sizə yar olsun.
Sual (55) : Dini hökumətə qarşı çıxan ruhaninin dəlili nədir?
Allahın adı ilə.   
Müasirimiz olan Mehdi Hairi dini hökuməti mənasız hesab etmişdir. Bu şəxs yalnız dövrümüzdəki dini hökumətləri inkar etməklə kifayətlənməyib, hətta İslam Peyğəmbərinin (s) qurduğu hökumətin də dini olmadığını iddia edir. O, öz “hikmət və hökumət” kitabında yazır:
“İnsan azad yaşaya biləcəyi bir məkana ehtiyaclı və bağlıdır. Bu bağlılıq təbii şəkildə insanın həmin fəzaya sahib olmasını tələb edir. İnsan müştərək yaşayış üçün daha böyük fəzaya müştərək sahiblik hissinə malikdir. Bu sahiblik təbiidir və heç bir razılaşmaya ehtiyac yoxdur. Cəmiyyətin bütün fərdləri yer üzünün müştərək sahibləridir.
Bir ərazidə hökumət qurmaq daha yaxşı yaşayışın təmini üçün vəkil seçməkdir. Əgər cəmiyyətdəki fərdlər bir şəxsin vəkilliyinə razı deyillərsə, çoxluğun seçimi əsas götürülməlidir.”
Bu baxışlar təkcə din tərəfindən yox, bütün siyasi və hüquqi məktəblər tərəfindən inkar olunur. Məsələn, insan, Mehdi Hairinin iddiasının əksinə olaraq, sahibsiz torpaqdan başqa heç nəyi mülkiyyəti hesab edə bilməz. İddiaçı “müştərək yaşayış fəzası” dedikdə qeyri-müəyyən bir ərazi haqqında danışır. Bu fəzanın məhəllə, kənd, şəhər və ya bütün yer üzü olduğu bilinmir. Bu fəza hüquqi gücə malik deyil.
Mehdi Hairi hökumət başçısını müştərək vəkil hesab edir. Hansı ki, insan istədiyi vaxt vəkildən imtina edə bilər. Belə bir hökuməti etibarlı hesab etmək olmaz.
Alimin bütün iddialarının əsassızlığını sübut etmək, təəssüf ki, kitabın imkanlarından xaricdir.

Allah sizə yar olsun.
Sual (56) : Din ideoloji baxışdırmı? Bu məsələyə doktor Şəriətinin münasibəti necədir?
Allahın adı ilə.   
“İdeologiya” kəlməsi əsasən iki mənada işlədilir. Bəzi müasir dindar ziyalılar ideologiyaya belə tərif verirlər: “İdeologiya, əsasları tam müəyyənləşdirilmiş bir məktəbdir. Onun dəyərləri və məqsədləri var. İdeologiya insana öz siyasi, ictimai və əxlaqi baxışlarını öyrədir.”
Digər bir qrup alimin nəzərincə, ideologiya insanın varlığını öz qəlibinə salan qanunlar toplusu yox, onu konkret məqsədlərə doğru çağıran əqidədir.
Bu vaxtadək dinin ideologiya olub-olmaması barədə müxtəlif fikirlər səslənsə də, yuxarıdakı təriflərə əsasən, dini ideologiya hesab etmək zəruri görünmür. Amma ikinci baxışa əsasən, dini ideologiya saymaq olar.
Doktor Şəriəti ideologiya məfhumunu dünyagörüşü məfhumu ilə qarşı-qarşıya qoyur. O, islamın tövhid dünyagörüşünün bünövrə, islam ideologiyasını bina hesab edir. Şəriəti məhz bu baxışına əsasən, islamın tövhid dünyagörüşü üzərində müsbət bir ideoloji sistem hazırlamaq istəmişdir.

Allah sizə yar olsun.
Sual (57) : Dinlə mədəniyyətin əlaqəsi nədir?
Allahın adı ilə.   
“Din” lüğətdə “itaət etmək”, “tabe olmaq”, “təslim olmaq” və “cəza” mənasınadır. Termində isə, “cəmiyyəti idarə etmək və insanlara təlim-tərbiyə vermək üçün mövcud olan əqidə, əxlaq və qanunlar məcmusu”ndan ibarətdir. Din bəzən haqq, bəzən batil, bəzən də haqq ilə batilin qarışığından ibarət ola bilər.
Mədəniyyət mənasına olan farsca “fərhəng” kəlməsi iki hissədən: “fər” və “həng”dən təşkil olunmuşdur. “Fər” əzəmət və şövkət mənasınadır, əgər şəkilçi kimi işlədilərsə, “irəli” və “çöl” mənasınadır. “Həng” isə Avesta kökündə “çəkmək”, “ağırlıq” və “vüqar” mənasınadır. Mürəkkəb “fərhəng” kəlməsi “yuxarı qaldırmaq” və “irəli çəkmək” mənasınadır.
“Fərhəng” (mədəniyyət) kəlməsinin termində müxtəlif mənaları vardır. Belə ki, onun dəqiq şəkildə araşdırılması çox çətindir. “Fərhəng” məfhumu özünün tarixi inkişafında müxtəlif mənalar kəsb etmişdir. O cümlədən: ədəb, tərbiyə, mərifət, adət-ənənə, təlim-tərbiyə məcmusu, məktəb və ideologiya.
Sosioloqların bəzisi inanır ki, mədəniyyət cəmiyyətin kütləvi şəkildə olan təfəkkür tərzidir ki, ictimai hadisələrdə və rəftarlarda cilvələnir, bütün iqtisadi, ictimai, siyasi, hərbi, maddi və mənəvi işləri öz təsiri altına alır.
Dinlə mədəniyyətin mənasına, eləcə də bu ikisinin əsaslarına və hədəflərinə diqqət yetirməklə, habelə dinlə mədəniyyətin ifa etdiyi rola, təsirlərə, bu ikisinin arasında mövcud olan müştərək cəhətlərə diqqət yetirməklə belə nəticə almaq olar ki, bu ikisinin arasında daim sıx və qırılmaz əlaqə olmuş, din insanın mədəniyyət və sivilizasiyasında təsirli rol ifa etmiş, mədəniyyət də insanların maddi və mənəvi həyat fəaliyyətlərindən layiqincə bəhrələnməsinə səbəb olmuşdur. Bu da düzgün dərk tərzinə və ali hisslərə istinad etməklə əql yönlü həyatda insana yardım edir və insanın təkamül amili olur. Həmçinin, din və mədəniyyət özünün üç hədəfli sistemini təqdim edir və onlardan istifadə edildiyi təqdirdə insan üçün inkişaf və təkamül yolunda çox böyük dəyişikliklərin amili ola bilər.

Allah sizə yar olsun.
Sual (58) : Həqiqi dinin (yəni, Allah yanında lövhi məhfuzda olan dinin) şəraitinin əsasları həmişə dünyəvi, mütləq, hər zamana və hər yerə aiddirmi?
Allahın adı ilə.   
Həqiqi din (yəni, Allah yanında lövhi məhfuzda olan din) hər bir zaman və əsrdə bütün insanlara aid olur və onun əsaslarında dəyişikliyə yol yoxdur.
İnsanın zatı və cövhəri dəyişməz və vahid olduğuna görə həqiqi din (yəni, Allah yanında lövhi məhfuzda olan din) həmişə insanda olan bütün əsaslı ünsürlərə aiddir. Belə ki, din həmişə zatı cəhətdən dünyəvi və sabitdir. Dinin həqiqətində və köklərində dəyişiklik yoxdur. Yəni, din öz-özlüyündə vahid bir xətlə bütün insanlara, bütün əsrə və bütün yerlərə aid olur.

Allah sizə yar olsun.
Sual (59) : Həqiqi dini necə əldə etmək və o həyatbəxş proqramından agah olmaq olar?
Allahın adı ilə.   
Bu işdə üç yol təsəvvür olunur:
1) Vəhy
2) Nəql
3) Əql
Adi insanlar yalnız, nəqli və əqli yolla dinin həqiqətinə vara bilərlər. Xüsusi insanlardan ötrü vəhy yolu da açıqdır.
Bu işdə üç yol təsəvvür olunur:
A) Allah-taala dinin həqiqətinin bir qismini izhar edər. Peyğəmbərlər bu yolla dinin həqiqətini əldə edir və vəhy yolu ilə bəyan olunmuş hər şey onlara aydın olar.
B) Vəhy yolu ilə bəyan olunmuşlar bizə nəqli yolla çatır və biz də bu yolla dinin həqiqətini ələ gətiririk.
V) İnsanın əqli bəzi əqli dəlil və nişanələr vasitəsi ilə həqiqi dinin bəzi ünsürlərini ələ gətirir və ona agah olur.
Beləliklə, adi insanlar yalnız nəqli və əqli yolla dinin həqiqətinə vara bilərlər. Xüsusi insanlardan ötrü vəhy yolu da açıqdır. Şübhəsiz ki, nəqli və əqli yolla ələ gələn məlumatda xəta ola bilər. Amma, məsum (günahsız) şəxsə olunan vəhy xətadan uzaqdır.
Əlavə mütaliə üçün bax:
1. Mehdi Hadəvi Tehrani, “Vilayət və dəyanət”, müəssiseyi fərhəngiye xaneyi xirəd. Qum. İkinci çap, 1380 şəmsi ili.

Allah sizə yar olsun.
Sual (60) : Allah tərəfindən göndərilmiş dinin xüsusiyyətləri nədir?
Allahın adı ilə.   
1- Göndərilmiş din ilahi elçilərin sayı qədərdir.
2- Göndərilmiş din bəşəriyyətin ilahi fərman və göstərişlərə ehtiyaclı olmasını göstərir.
3- Göndərilmiş dinin tanınması yolu mötəbər nəqldir. Əgər əqli yolla bir şey əldə edilərsə və bu məsələ nəqli yolun dəlillərinə oxşar olarsa, onu da qəbul etmək olar. Belə dəlili, əslində nəqli dəlilin müqəddiməsi kimi hesab etmək olar.
4- Göndərilmiş dinin peyğamı, peyğəmbərlər vasitəsilə insanlara çatdırıldığından, onda ilahi elçilərin mənəvi məqamlarının səciyyəvi xüsusiyyətləri, o dövrün insanlarının xüsusiyyətləri və imkanları, həmçinin, zaman və məkan şəraitinə bağlıdır.
İzahlı cavab:
1) Dinlərin həqiqi tarixi, Quran və onda olan tarixi faktlar və dəlillər həqiqətdə Allah tərəfindən göndərilmiş dinlərin sayının ilahi elçilərin sayı ilə birbaşa bağlı olduğuna şahiddir. Bu bəhsdə ilahi elçidən məqsəd “şəriət sahibi və təbliğə məmur olunan peyğəmbər” nəzərdə tutulur.[38]
2) Allah tərəfindən göndərilmiş din bəşəriyyətin ilahi göstərişlərə ehtiyacı olmasını göstərir. Məhz buna görə də müxtəlif zaman və məkanların tələblərinə uyğun olaraq bu ilahi peyğəmbər təzələnir.[39] Doğrudur ki, göndərilmaiş dinin kökü və əsli özlüyündə fitrətdən gələn dindir və din öz-özlüyündə zaman və məkana tabe deyildir, amma Allah tərəfindən göndərilmiş din hər bir əsr, zaman və məkana uyğun olaraq yeni insan nəsillərini nəzərə alır və xüsusi məfhumlarla bütün dünyaya şamil olur. Başqa tərəfdən, göndərilmiş dinin öz-özlüyündə olan dinin bir qismini və ya hamısını özündə nümayiş etdirməsi də mümkündür.
3) Allah tərəfindən göndərilmiş dinin tanınması yolu - mötəbər nəqldir. Əgər hər hansı bir şey əqli yolla ələ gələrsə və bu məsələ nəqli yolun dəlillərinə oxşar olsa onu da qəbul etmək olar. Belə dəlili, əslində nəqli dəlilin müqəddiməsi kimi qələmə vermək olar. Əlbəttə, əqlin təklikdə, öz-özlüyündə naəqli dəlilin mətləblərini aşkarlamış olması çox uzaq nəzərə gəlir. Yəni, əql öz-özlüyündə ilahi elçiyə nəyin həvalə edilməsi və insanlara nə çatdırmasını sonradan bəzi amillərin nəticəsində o göstərişin bizə yetişməməsini kəşf etməsi çox uzaq nəzər gəlir.
Hər halda əgər belə bir hadisə baş vermiş olsa, onda bu da əqlin aşkarladığı məsələni Allah tərəfindən göndərilmiş dinin dəlili ilə münasib olmasını tutuşdurub nəqli dəlilin ətrafında istifadə etmək olar.
4) Allah tərəfindən göndərilmiş dinin peyğamı, peyğəmbərlər vasitəsilə insanlara çatdırıldığından, onda, ilahi elçilərin mənəvi məqamlarının xüsusiyyətləri, o dövrün insanlarının göstəriciləri və imkanları, həmçinin, zaman və məkan şəraitinə bağlılığı var. Peyğəmbərin mənəvi məqamı nə qədər yüksək səviyyədə olsa, həqiqi dindən (yəni, Allah yanında lövhi məhfuzda olan dindən) vəhy yolu ilə ona daha çox hidayət yolları almaq da bir o qədər münasib olar. Həmçinin, o peyğəmbərin dinləyiciləri olan insanların mədəni-maarif səviyyəsi və istedadları nə qədər yüksək olsa zaman və məkan baxımından onlar da həqiqi dindən (yəni, Allah yanında lövhi məhfuzda olan dindən) daha çox bəhrələnəcəklər.
Əlavə mütaliə üçün bax:
1. Mehdi Hadəvi Tehrani, “Vilayət və dəyanət”, Müəssiseyi fərhəngiye xaneyi xirəd”. Qum, İkinci çap, 1380-ci şəmsi ili.
[38]  Şəhid Mütəhhəri belə peyağəmbərliyi “təşrii nübuvvət” adlandırır. (Ş.Mütəhhəri, “Xətmi nübuvvət”, səh.34)
[39]  Həmin mənbə.

Allah sizə yar olsun.
Go to TOP