Sual (21) : Salamun əleykum.İslam təfəkküründən ötrü ümumi və tam şəkildə nizamlanmış bir proqramın olması zəruriliyi nədən irəli gəlir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu vaxta qədər din alimləri və fəqihlər dünyanın hər bir sahəsinə aidiyyatı olan islam maarifi adlı bir xəzinədən onun yalnız, cüzi hissələrin bəyanı ilə məşğul olmuşlar. İslama bu baxış, bu vaxta qədər səbəb olub ki islam haqqındakı mübhisələr ümumi və nizamnamə şəkilində getməsin. Həmçinin, islamın gözəl və münəzzəm şəkildə olan ədəb və qanunları tənzimlənib yanaşı düzülməsin. İslam barəsində tam şəkildə bütün sahələrdə, istər iqtisadi, istərsə də başqa sahələrdə nizmlanmış proqramları teorik şəkildə cəmiyyətə təqdim etmək zəruridir.
Daha geniş cavab
İslam, Qiyamətə qədər bütün bəşəriyyəti hidayət etməkdən ötrü nazil olmuş bir dindir.[195]Peyğəmbərlərin sonuncusu olmaqlığın özü bunu tələb edir ki, gətirilən din vəhy imakınındən nə qədər qüdrətlənə bilirsə, həqiqi dindən bəhrələnərək ən kamil, ən münəzzəm və sonuncsu olsun.[196]
Digər tərəfdən, bu dinin xüsusi zaman və məkanda nazil oduğuna xatir və ilk xüsüsi müxatəbləri olduğuna görə bəzən dinin bəzi ünsürləri o müxatəblərə uyğun bəyan olunub. Bu növ məsələlələri xüsusilə məsum İmamların (əleyhimussalam) rəftar və sözlərində nəzərə almaq lazımdır. İslam maarifi, Peyğəmbərimizin (səlləlahu ələyhi və alihi və səlləm) göndərildiyi ilk gündən ta İmam Zamanımızın (Allah zuhrunu tezləşdirsin) zühuruna qədər ən zəngin, münəzzəm və dünyanın bütün sahələrinə aid olan qanun qaydaları ilə davam tapacaqdır. Bu vaxta qədər din alimləri və fəqihlər dünyanın hər bir sahəsinə aidiyyatı olan islam maarifi adlı bir xəzinədən onun yalnız, cüzi hissələrin bəyanı ilə məşğul olmuşlar. Hər vaxt sualla üzləşəndə yalnız sualın mövzusunu nəzərdə tuturaq ona cavab verməyə çalışıblar. Beləliklə də islamın hərtərəfli dünyəvi ünsürləri arasındakı əlaqələri və onların zaman və məkana uyğun olan mövqiyyətləri nəzərdə tutulmamışdır. Dindən hər nə ələ gətirmişlərsə onu bir növ dəyişməz va sabit kimi qələmə vermişlər. Yalnız, bu mövzunun əksinə bir şey ələ gətirsələr onda başqa nəzər verirdilər. Bundan sonra bu hökmün hansı səbəbə dəyişməsi haqqında dəqiq təhqiqat aparılmamışdır.
İslama bu baxış, bu vaxta qədər səbəb olub ki islam haqqındakı mübahisələr ümumi və nizamnamə şəkilində getməsin. Həmçinin, islamın gözəl və münəzzəm şəkildə olan ədəb və qanunları tənzimlənib yanaşı düzülməsin. Digər tərəfdən islam mətnində tapılan dəyişən hökümlərə o qədər də diqqət edliməmiş və bu da səbəb olmuşdur ki fəqihlərin rəfayətlərdən ələ gətirdikləri bütün hökmlər yalnız sabit və dəyişməz kimi qələmə verilsin. Əgər belə bir dəyişən mövzularla rastlaşsalar da onları ötəri bir sadə məsələ kimi qələmə verib heç bir sorğu-sualsız yanından ötmüşlər.
Bütün bu rəftarlar səbəb olur ki bizlərdə islam dinindən müxtəlif sahələrdə o cümlədən, iqtisadi və siyasi ....sahələrdə zəifləyək, həmçinin, islamın siyasi fəlsəfəsindən, islam iqtisadiyyatından, .. və ya islamın siyasi məktəbindən münəzzəm və toplu şəkildə cəmiyyət təqdim edə bilək.
Həmçinin, zaman və məkanın dini hökmlərdəki təsirləri nəzərə alınmamış və bu cəhətdən dinin hər bir zamanla ayaqlaşması məntiqi aydın şəkildə bəyan olunmamışdır.
Beləliklə, İslamda münəzzəm təfəkkür nəzəriyyəsi bizim bəhslərimizin əsas mövzularından biridir.[197]
Əlavə mütaliə üçün bax:
1. Mehdi Hadəvi Tehrani, “Vilayət və dəyanət”, “fərhəngiye xaneyi xirəd”, müəssisəsi, Qum. İkinci çap, 1380 şəmsi ili.
2. Mehdi Hadəvi Tehrani, «Məbani kəlami ictiha ”, müəssiseyi fərhəngiye xaneyi xirəd. Qum. İkinci çap, 1377 şəmsi ili.
3. Mehdi Hadəvi Tehrani, “Məktəb və nizami iqtisadi islam”, müəssiseyi fərhəngiye xaneyi xirəd. Qum. İkinci çap, 1378 şəmsi ili.


Allah sizə yar olsun.
Sual (22) : Salamun əleykum. İslamda irfan necə meydana gəlmişdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslam Peyğəmbərinin (s) səhabələri arasında yalnız Həzrət Əli ibni Əbitalib (ə)-ın yetərli və gözəl bəyan üslubu irfani həqiqətlərdən, mənəvi həyatın mərhələlərindən ibarət olan böyük və sonsuz ehtiyatlara malikdir. Sair səhabələrdən yadigar qalan əsərlərdə bu kimi məsələlər barədə əsla söhbət getmir. O həzrətin köməkçiləri və şagirdləri arasında Salman Farsi, Üveys Qərəni, Kumeyl ibni Ziyad, Rəşid Hicri və Meysəm Təmmar kimi şəxsiyyətli insanlar yetişmişdir ki, islam aləmində məşhur olan ariflərin hamısı Əli (ə)-dan sonra onları öz silsilələrinin başlanğıcı hesab etmişlər. Bu təbəqədən sonra ikinci hicri əsrində Tavus Yəmani, Malik ibni Dinar, İbrahim Ədhəm və Şəqiq Bəlxi kimi böyük şəxsiyyətlər də yaranmışlar ki, irfan və sufilik izhar etmədən zahidlər cərgəsində olmuş, xalq arasında haqq övliyalar, görkəmli şəxsiyyətlər kimi tanınmışlar. Amma onlar eyni halda özlərindən qabaq olan təbəqə ilə tərbiyəvi əlaqələrini də gizlətmirdilər.
Bu təbəqədən sonra ikinci əsrin axırlarında və üçüncü əsrin əvvəllərində digər bir təbəqə – Bayəzid Bəstami, Məruf Kərxi və Cüneyd Bağdadi və sair şəxsiyyətlər yarandı. Onlar seyri-süluk yolunu gedərək irfan və sufilik məsləkində zahir oldular, kəşf və şühud anlamını xatırladan bəzi sözlər deməyə başladılar; bu ifadələr zahirdə xoşagəlməz mənalara malik olduqlarına görə dövrün fəqih və mütəkəllimləri etiraz və qiyam edərək onlar üçün müəyyən çətinliklər yaratdılar. Onların çoxu ev dustağına çevrildi, yaxud işgəncə verilərək dar ağacından asıldı.
Bütün bunlara baxmayaraq, onlar öz yol və əqidələrinə müxalif olanlarla çox ciddi şəkildə rəftar edirdilər. Təriqət cərəyanı günbəgün genişlənərək yeddinci və səkkizinci hicri əsrində öz qüdrət və genişliyinin son həddinə çatdı. Bundan sonra da bəzən irəliləyişdə, bəzən isə tənəzzüldə olmaqla, indiki dövrə qədər öz varlığını davam etdirmişdir.
Adları “Təzkirə” kitablarında qeyd olunan irfani şəxsiyyətlər zahirdə sünnü məzhəbli idilər. Bu gün müşahidə olunan təriqətlər də onların yadigarlarıdır. Onların bəzi adət-ənənələri hətta şiələrə də sirayət etmişdir.
Qeyd olunduğu kimi, sünnülər inanırdılar ki, islamda irfani seyri-süluk üçün heç bir proqram və tədbir nəzərdə tutulmamışdır, nəfs barədə mərifət kəsb etmək yolunu müsəlmanların özləri dərk etmişlər və məhz bu da Haqqın nəzərində qəbul olunan yoldur; rahiblik də (tərki-dünyalıq) eynilə belədir. Belə ki, İsa (ə)-ın dəvətində belə bir məsələ və əqidənin olmamasına baxmayaraq, məsihilər onu özləri icad edərək məqbul hesab etmişlər. Buna görə də təriqət şeyxlərindən hər biri məsləhət gördükləri qayda-qanunları özlərinin seyri-süluk proqramlarında yerləşdirmiş, müridlərinə də bu göstərişləri vermiş, nəticədə tədrici olaraq geniş və müstəqil proqramlar yaranmışdır. O cümlədən, baş yellətmək mərasimi, zikrin təlqin olunması, xirqə, musiqidən istifadə olunması, ğina, zikr deyərkən vəcdə gəlmək və s.-ni qeyd etmək olar. Bu işlər bəzən elə bir həddə çatırdı ki, şəriət bir tərəfdə, təriqət isə digər bir tərəfdə qərar tuturdu. Bu üslubun tərəfdarları əməli olaraq batiniyyəyə qoşulmuşlar. Lakin şiəliyin nəzəri meyarlarını mülahizə etməklə aydın olur ki, islamın əsl mənbələrindən (kitab və sünnə) əldə olunanlar yuxarıdakıların tam əksinədir. Dini göstərişlərin insanı bu həqiqətlərə doğru sövq etməməsi, yaxud onun müəyyən proqramlarının bəyan edilib açıqlanmasında etinasızlığa yol verilməsi, yaxud da müəyyən bir şəxsin barəsində (kimliyindən asılı olmayaraq) öz vacib və haramlarını qüvvədən salması heç vaxt mümkün deyildir.

Allah sizə yar olsun.
Sual (23) : Salamun əleykum.İslam terrora icazə verirmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslamda insanın həyatı o qədər yüksək qiymətləndirilir ki, günahsız bir insanı öldürmək hamını öldürməyə, bir insana həyat vermək bütün xalqa həyat verməyə bərabər tutulur.[198]
Cəmiyyətin asayişini pozan qatı cinayətkarlar istisna olmaqla, kimsənin həyatını əlindən almaq yolverilməzdir. İnsanın həyatına son qoymaq yalnız Allahın səlahiyyəti daxilindədir.
Qərbdə terrora belə tərif verilir: Terror bir fərdin və ya qrupun öz siyasi məqsədinə çatması üçün digər fərdə və ya qrupa qarşı amansız və vəhşi metodlardan istifadə etməsidir. “Təəssüf ki, müasir dünyamızda terrorizm məfhumu bütöv xalqlara qarşı terror aləti kimi istifadə edilir. Məsələn, İsrail tərəfindən torpaqları işğal olunmuş fələstinlilər bu işğalla barışmadıqları üçün terrorist adlandırılırlar. Şübhə yoxdur ki, on ilə yaxın bir dövrdə beynəlxalq təşkilatların “sülh danışıqlarından” bir nəticə görməyən Azərbaycan xalqı da öz torpaqlarını hərb yolu ilə azad etmək istəsə, həmin ittihamlara düçar olacaq.
İslam ədəbiyyatında “terror” mənasını “fətək” sözü ifadə edir. İslam fiqhinə görə:
1. İstənilən firqədən, məzhəbdən olan günahsız insanı istənilən bir yerdə öldürmək haramdır. İslam dini 2002-ci il 11 sentyabr tarixində NYU-Yorkda və Vaşinqtonda günahsız insanların ölümü ilə nəticələnmiş terror hadisəsini pisləyir. İstər Fələstində, istər İraqda, istərsə də Vaşinqton və NYU-Yorkda günahsız insanların qırğını İslam prinsiplərinə ziddir.
2. Cinayətkar yalnız agah və adil əmr sahiblərinin hökmü ilə qətlə yetirilə bilər.
[198] “Maidə”, 32
Allah sizə yar olsun.
Sual (24) : Salamun əleykum.Doğrudanmı, İslam qılınc dinidir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
«İslam qılınc dinidir» atmacası ilə, yalnız Qurani-kərimdən xəbərsiz insanları aldatmaq olar. Allah-təala öz peyğəmbəri Məhəmmədə (s) belə buyurur: «Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!» «Yunis» surəsi, ayə 99.
Ayədən məlum olur ki, məcburi imanın heç bir faydası yoxdur. Bundan əlavə, insanlardan bir qrupunun iman gətirib, digər qrupunun iman gətirməməsi, onların iradə azadlığının sübutudur.
Bu gün məzlum kütlələrin qanını içib, başına mərmi yağdıran dünya zorluları, İslamı və müsəlmanları zorda ittiham edirlər. Müsəlman torpaqlarını işğal edənlər sülhsevər, vətənini müdafiə edənlər isə, terrorist adlandırılırlar. Bədənini satan qadın azad, örtüklü qadın isə, kölə kimi təqdim olunur. Bununla belə, İslam topsuz-tüfəngsiz Avropa və Amerikada anbaan genişlənir.
Yuxarıda deyilənlərdən heç də bu nəticəni çıxarmaq olmaz ki, İslam özbaşınalıq tərəfdarıdır. İslam, əqidənin zorla qəbul edilməsinə tərəfdar olmadığı kimi, cəmiyyətdəki intizamsızlıqlara da tərəfdar deyil. Bir insanın əqidə seçməkdə azad olması o demək deyildir ki, o öz istədiyi əqidəni cəmiyyətə qəbul etdirə bilər. Bir insan gizlində şərab içə bilirsə, bu o demək deyildir ki, o sərxoş vəziyyətdə cəmiyyətə çıxıb, ictimai asayişi poza bilər.
Bəli, İslam azadlıq tərəfdarıdır. Amma elə bir azadlıq ki, bəşəriyyəti əbədi səadətə qovuşdura bilsin. İslam kişinin kişi, qadının qadınla evlənməsinə «xeyr» deyir və bunu azadlıq yox, cəhalət adlandırır.

Allah sizə yar olsun.
Sual (25) : Salamun əleykum.Dünya xoşbəxtliyində dinin rolu varmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəziləri elə düşünür ki, din yalnız axirət xoşbəxtliyi üçündür və insanın dindar olub-olmamasının, dünya xoşbəxtliyinə heç bir dəxli yoxdur.
Hansı ki, din, axirət evindən əvvəl dünya evini qorumaq üçündür. Peyğəmbər (ə) öz qövmünə xitabən deyir: «Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır. O, sizə göydən bol yağış göndərər. O, sizə mal-dövlət, oğul-uşaq əta edər. O, sizin üçün bağlar-bağçalar əmələ gətirər, çaylar axıdar» «Nuh» surəsi, ayə 10-12.
Yalanın, saxtakarlığın, oğurluğun, rüşvətxorluğun cəmiyyəti məhv etməsini kim inkar edə bilər?! Zülm və sitəmin bəşəriyyəti qara günə qoyduğunu kim inkar edə bilər?! Allaha etiqadlı, peyğəmbər göstərişlərinə əməl edən, insanpərvər bir cəmiyyətin xoşbəxtliyinə kimdə şübhə var?!
«Hud» surəsinin 3-cü ayəsindəki «Ona tövbə edin ki, müəyyən bir müddət yaxşı gün-güzəran versin» buyuruğu bir daha təsdiq edir ki, din insanın əvvəlcə dünya, daha sonra isə axirət həyatının tənzimlənməsini nəzərdə tutur.
Allah sizə yar olsun.
Sual (26) : Salamun əleykum.Cəmiyyətlərdəki dəyişikliklər qəti və inkarolunmaz bir həqiqətdir. Bəs dəyişkən cəmiyyəti sabit qanunlarla necə idarə etmək olar?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu sual ictimai elmlərlə müxtəsər şəkildə tanış olan, adət-ənənələrin, texnoloji proseslərin dəyişkənliyini yaxından izləyən insanların müzakirəsinə verilir. Bu sual həm də İslam Peyğəmbərinin xatəmiyyəti, sonuncu olması məsələsi ilə bağlı gündəmə gətirilmişdir. İslam alimləri bu mövzular ətrafında müfəssəl danışmış, “İslam məktəbi” jurnalının müxtəlif saylarında uyğun mövzunu açıqlamışlar.
Bu irad əslində məsihilər tərəfindən də bəyan olunmuşdur. Məsələn, professor Can Alder “Müqəddəs kitaba arxeoloji baxış” kitabının müqəddiməsində “nə üçün həzrət İsa (ə) bəşəriyyət üçün ictimai qanunlar gətirməmişdir” sualı ilə bağlı yazır: “Daimi dəyişikliklərə məhkum cəmiyyətləri bir toplum əbədi qanunlarla idarə etmək olmaz. Buna görə də həzrət İsa (ə) qanun məsələsində cəmiyyətləri azad buraxmışdır ki, zaman ötdükcə vəziyyətə uyğun qanunlar müəyyənləşdirilsin.” İctimai qanunlardan məhrum olan məsihiliyi müdafiə etmək məqsədi ilə həmin bu alim hərtərəfli ictimai qanunlara malik İslama etirazını bildirmişdir. Hansı ki, bu gün məsihiliyin ictimai qanunlar məcəlləsindən məhrum olması ciddi bir eybdir və bu eybi pərdələməyə çalışan məsihilər hələ də yetərli həll yolu tapa bilməmişlər.
Ünvanlanan suala cavab olaraq bunu deməliyik ki, İslamda iki növ qanunlar var: 1. Sabit və külli, başqa sözlə, əbədi qanunlar. Bu qanunlar dəyişməzdir; 2. Şərait dəyişdikcə dəyişən qanunlar. Bu qanunlar zamanın gedişatından asılı olaraq dəyişir.
İzah: Əsas məsələ sabit və dəyişkən qanunları bir-birlərindən fərqləndirmə meyarının aparılmasıdır. İnsanın sabit fitrətindən, təbii istəklərindən qaynaqlanan əxlaqi, ictimai, mədəni qanunlar bütün cəmiyyətlər üçün dəyişməzdir. Bu sayaq qanunlar İslamda da sabitdir. Onlar İslami fiqhdə əvvəlcədən son incəliklərinədək müəyyənləşdirilmişdir.
Amma zaman və şəraitdən asılı olan qanunlar İslam dinində yalnız külli şəkildə bəyan olunmuşdur. Onların tətbiqi zamanı müxtəlif cəmiyyətlərin şəraitləri nəzərə alınır və həmin şəraitlərə uyğun xırdalıqlar bəyan olunur. Uyğun məsələnin araşdırılması, sabit və dəyişkən qanunların ölçü meyarını aydınlaşdırmaq üçün diqqətinizi bir neçə məsələyə cəlb edirik:
Zaman və məkandan asılı olmayaraq, hər bir insan üçün xarakterik olan daxili istəklər, ruhiyyə mövcuddur. Bu xüsusiyyətlər onu heyvandan fərqləndirir. Əslində onlar insan vücudunun mahiyyətini təşkil edir və zaman ötdükcə dəyişmir. Məsələn, insan ictimai bir varlıqdır və toplum şəklində yaşamaq üçün xəlq olunmuşdur. O öz həyatında ailə qurmağa məcburdur və bu kiçik cəmiyyətsiz onun təbii həyatının davamı mümkünsüzdür. Demək, insanın böyük və kiçik ictimai həyatı onun mahiyyətinin tərkib hissəsidir. Cəmiyyətdə və ailədəki münasibətləri, vətəndaş hüquqlarını, qadın və kişi hüquqlarını tənzimləyəcək qanunlar sabit və əbədi olmalıdır. Yəni hər şey dəyişsə də, insanın ictimai varlıq olması məsələsi sabitdir. Məhz insanın ictimai varlığını hifz etmək üçün dəyişməz qanunlar labüddür.
Eləcə də, insan həyatı bal arısı, qarışqa kimi varlıqlardan fərqli olaraq toplum şəkilli deyil və təkamül qanunlarına əsaslanır. Buna görə də ictimai təkamül əsaslarına aid olan qanunlar həmişə sabit qalmalıdır.
Ata-ananın körpəyə məhəbbəti fitri və təbii bir məhəbbətdir. Bu fitri bağlılığa əsaslanan irs və tərbiyə kimi haqlar, əlbəttə ki, dəyişilməzdir.
Bu mövzuda başqa nümunələr də göstərmək olar. Çoxsaylı nümunələr sübut edir ki, İslam qanunları insanın sabit və möhkəm fitrətinə və təbiətinə əsaslanır. Fitri istəklər sabitdirsə, bu istəklərlə bağlı qanunlar da sabit olmalıdır. Qiyafələr, zahir dəyişsə də, iyirmi birinci əsrin insanı fitri və təbii meylləri baxımından elə altıncı əsrdəki insanla eynidir. Zaman dəyişsə də, müasir və qədim insanın təbii istəkləri arasında heç bir fərq yaranmamışdır.
Bütün bunları nəzərə alaraq, İslam dinində cəmiyyət, fərdlərin hüquq əsasları, xalqların ümumi rabitələri, ailə münasibətləri, nikah, ticarət, iqtisadi məsələlər üçün sabit qanunlar müəyyənləşdirilmişdir. Bundan əlavə, bir sıra ictimai və fərdi işlər var ki, zamanın ötməsi ilə həmin işlərin xarakteri dəyişmir. Məsələn, yalan, xəyanət, hərbə-zorba, iffətsizlik həmişə pis olmuşdur, bu gün də pisdir. Ona görə də bu kimi pis işlər daimi olaraq qadağan edilməlidir. Çünki ictimai forma dəyişsə də, sadalanan işlərin zərər-ziyanı dəyişmir. Nəfsin paklanması, əxlaqi fəzilətlərin qazanılması, insani səciyyələrin əldə olunması da bu kimi dəyişməz işlərdəndir. Ədalətə riayət edilməsi, insanların hüquqlarının qorunması həmişəlik bir vəzifədir. Demək, min dörd yüz il bundan qabaq insanların sabit fitrəti əsasında müəyyən edilmiş qanunlar bu gün də aktual və işləkdir. İnsanın mahiyyətini, onun fitri istəklərini düzgün qiymətləndirməklə tənzimlənmiş qanunlar bu günki və sabahki cəmiyyəti lazımınca idarə etmək gücündədir. Bura qədərki söhbətimiz yalnız sabit qanunlar haqqında idi.
İnsan üçün dəyişməz fitrətdən əlavə, zaman və məkandan asılı olan bir sıra şərtlər də mövcuddur. Həmin şərtlər dəyişdikcə vəziyyət də dəyişir. Ona görə də əvvəlki şərait üçün müəyyənləşdirilmiş qanunlar yeni yaranmış şəraitdə özünü doğrulda bilməz. İslam dinində uyğun məsələ ilə bağlı xüsusi külli qanunlar fəaliyyət göstərir. Bu qanunlar şəraitə tabedir. Və şərait dəyişdikcə onlarda islahat aparılır. Bu o demək deyil ki, şəraitlə bağlı tənzimlənən qaydaların əsası yoxdur. Ümumi şəkildə bəyan olunmuş qanunlar vardır və şəraitə uyğun hazırlanmış qaydalar həmin ümumi qanunlara əsaslanır. Məsələn, İslam hakimiyyəti əcnəbilərə münasibətdə qanun dəyişiklikləri nəzərdə tutur. Bəzən şərait tələb edir ki, münasibətlər dostluq əsasında qurulsun, iqtisadi əlaqələr möhkəmləndirilsin. Bəzən isə əlaqələri kəsmək, müqavilələri pozmaq zərurəti yaranır. Böyük İslam alimlərindən biri tərəfindən vaxtilə tütünün haram edilməsi böyük bir istismarçının ağzına daş vurdu. İranda tütünün haram edilməsi ilə İngilis müstəmləkəçilərinin dayaqları sarsıldı. İslam dinində müdafiə məsələləri, silah çeşidləri qəti hökmlərlə məhdudlaşdırılmamışdır. Bu sahələrdə qərar çıxarılarkən vəziyyət, eləcə də, İslami hədlər nəzərə alınmalıdır. Yalnız və yalnız ilahi hədəflərə aparan yol seçilməlidir.
Bu baxımdan İslam öz müdafiə qüdrətini gücləndirərkən külli, ümumi qanunlardan istifadə edir və cüzi məsələləri əvvəlcədən konkretləşdirmir.
Qurani-kərimdə buyurulur: “Düşmənləri qorxutmaq üçün bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin.”
Eləcə də, ölkənin mədəniyyəti, elmi tərəqqisi, əmin-əmanlığının qorunması məsələlərində sabit qanunlar fəaliyyət göstərmir. Uyğun sahələrdə fəaliyyət göstərən qanunlar zaman və məkandan asılı olan şəraitə uyğun müəyyənləşdirilir və bu iş İslam qanunlarını hifz edən hökumətin nəzarəti altında həyata keçirilir.
İslam yalnız faydalı elmlərin təhlilinə dəvət edir və İslami, bəşəri dəyərlərin genişlənməsinə rəvac verir. Şübhəsiz ki, zaman və məkandan asılı olaraq uyğun sahələrin genişlənmə vasitələri də dəyişir. Ölkədə asayişin qorunması da bu qəbildəndir.
Unutmamalıyıq ki, sabit hökmləri dəyişkən hökmlərdən fərqləndirmək şəriət başçılarının səlahiyyətidir və kimsənin haqqı yoxdur ki, həmin şəxslərə müraciət etmədən bu mövzuda mövqe bildirsin.

Allah sizə yar olsun.
Sual (27) : Salamun əleykum.İslam şəriətinin sahibi kimdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Biz inanırıq ki, İslam risalətinin sahibi Həzrət Mühəmməd ibni Əbdüllahdır. O peyğəmbərlərin sonuncusu, mürsəl peyğəmbərlərin ağası, istisnasız olaraq hamısından əfzəl (ən fəzilətli) və üstündür. Habelə, o, bütün bəşəriyyətin ağasıdır. Heç bir fəzilətli şəxs fəzldə ona bərabər ola bilməz. Kəramətdə bir kəs ona çata bilməz. Əqldə heç kəs Ona yaxın bir dərəcədə ola bilməz. "özəl əxlaqda heç kəs ona çata bilməz və O əzəmətli əxlaqdadır. Allah-Taala (Peyğəmbərə xitabən) buyurur:
“Həqiqətən sən əzəmətli əxlaqdasan!
Bu üstünlüklər bəşərin vücuda gəldiyi dövrdən Qiyamətə kimi ondan savayı heç kəsdə ola bilməz.

Allah sizə yar olsun.
Sual (28) : Salamun əleykum.İslam barədəki əqidəmiz nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Biz inanırıq ki, “həqiqətən Allah yanında din yalnız İslam dinidir. Bu haqq ilahi şəriət, şəriətlərin sonuncusu və ən kamili olub, bəşərin səadəti ilə ən müvafiq, dünya və axirət mənafe və məsləhətlərini özündə ən çox cəm edən bir şəriətdir, dünya durduqca əbədi qalmağa səlahiyyəti var. Dəyişdirilə, başqası ilə əvəz edilə bilməz. Bəşərin ehtiyaclı olduğu fərdi, ictimai və siyasi qanunların hamısını özündə ehtiva edir.
İslam dini, ilahi şəriətlərin ən sonuncusudur və biz zülm və fəsada qurşanmış bugünkü bəşəriyyətin islahı üçün başqa bir dinin gəlişini gözləmirik. Deməli, hökmən bir gün gələcəkdir ki, İslam dini qüvvətlənib öz ədalətli qanunları ilə bütün cəmiyyətlərə hakim olacaq.
Əgər İslam şəriəti öz qanunları ilə yer üzündə kamil, səhih surətdə tətbiq olunlrsa, bəşəriyyət arasında ümumi, cahanşümul olar, onların səadətləri ktmilləşər. Hələlik yuxu kimi görünən rifah və izzət-şövkətdə, bolluq, rahatlıq və gözəl əxlaqda olar, dünyada zülmün kökü kəsilər, bütün insanlar arasında mehr-məhəbbət artar, dostluq, qardaşlıq bərqərar olar, yoxsulluq və fəqirlik vücud səhifələrindən məhv olub gedər.
Hal-hazırda isə biz, özlərini müsəlman adlandıranlar arasında acınacaqlı halları görürüksə, səbəbi budur ki, İslam dini yarandığı ilk zamandan indiyə qədər özünün həqiqi mənasında tətbiq olunmamış, onun həqiqi ruhu aşılanmamışdır. Müsəlmanları bu çirkin, acınacaqlı vəziyyətə salan şey İslam dininə arxalanmaq, ona tabe olmaq deyil, əksinə, müsəlmanların İslam təlimlərindən üz döndərmələri, onun qanunlarına hörmətsizlik göstərmələri, öz aralarında zülmün, düşmənçiliyin yayılması–istər padşahların, istər rəiyyətin, istər məxsus şəxslərin, istərsə də avam xalq tərəfindən–tərəqqi yolunda əngəllər törətmiş, qüvvələrini, mənəviyyatlarını həddindən artıq zəiflədərək tənəzzülə uğratmış, bəla və müsibətləri öz arxasınca çəkib gətirmişdir. Allah-Taala da onları, etdikləri günahlar səbəbi ilə həlakətə salmışdır:
“Bunun səbəbi budur ki, həqiqətən Allah hər hansı bir qövmə verdiyi bir neməti–onların özləri o neməti dəyişməyincə–dəyişən deyil.
Bu Allahın məxluqatdakı sünnəti-dəyişilməz qanunudur ki:
“Həqiqətən günahkarlar səadətə çatmazlar.
“Sənin Rəbbin bir yeri (qəryəni)–oranın əhalisi islahatçı olduğu halda–zülm ilə həlak etməz.
“Rəbbinin cəzalandırması bax belədir! Bir yeri cəzalandırsa–o yerin əhalisi də zalımlar olsa–cəzası çox dərdli və şiddətlidir.
Dinin yalnız vərəq üzərində yazılar olaraq əməl olunmadığı, onun ruhoxşayan təlimlərinə ən aşağı səviyyədə belə əməl olunmadığı halda onun bu ümməti hazırkı acınacaqlı haldan xilas etməsini necə gözləmək olar?
İman və əmanətdarlıq, sədaqət və ixlas, din qardaşı yolunda candan keçmək, gözəl rəftar, özün üçün sevdiklərini müsəlman qardaşın üçün də istəmək və s. kimi gözəl səciyyələr İslam dininin ən ilkin əsllərindəndir. Halbuki müsəlmanlar onları elə qədim zamanlardan bugünkü günə qədər boşlamışlar. Nə qədər vaxt keçirsə bir o qədər də çox pərakəndə firqələrə, dəstələrə parçalanır, dünya malı, maddiyyata görə bir-birinin canına düşür, puç xəyallara qapılaraq bir-birini əzişdirir, dərk etmədikləri fikir və rəylərə, yaxud ümumiyyətlə onlara aid olmayan işlərə görə bir-birini kafir hesab edirlər. Nəticədə dinin göhvərindən, özlərinin və cəmiyyətlərinin məsləhət və mənafelərindən yayınaraq Quranın əzəli, yaxud sonradan yaranan olması, əzab və rəcət, həmçinin cənnət və cəhənnəmin hal-hazırda yarandığı, yoxsa sonradan yaranacağı və s. kimi çox da mühüm olmayan məsələlər, aralarındakı anlaşılmazlığı daha da dərinləşdirmiş, bir-biri ilə çəkişməyə başlamış və bir-birini kafir hesab etmişlər. Bu çəkişmələrin hamısı onların, düzgün yoldan–sünnətdən azıb fəlakətə, fənaya doğru sürükləndiklərinə dəlalət edir.
Zamanın keçməsi ilə onların haqq yoldan sapmaları daha da dərinləşmiş, cəhalət və zəlalət onlara hakim olmuş, əsassız və lazımsız məsələlər, puç xəyallar, xurafat, müharibə, yersiz öyünməklə özlərini məşğul etmiş, nəticədə dibi görünməyən bir quyuya düşmüşlər. Bunların baş verdiyi bir vaxtda İslamla barışmaz düşmən və müsəlmanların qəflət dəryasına qərq olduqları bir vaxtda oyaq olan Qərb, müsəlmanların sakin olduqları bu ölkələri istila altına alıb öz müstəmləkəsinə çevirmişdir. Allahdan başqa heç kəs bu müsibətin müddətini və sonunu bilmir.
“Sənin Rəbbin bir yeri (qəryəni)–oranın əhalisi islahatçı olduğu halda–zülm ilə həlak etməz.
Bu gün müsəlmanların bu acınacaqlı vəziyyətdən xilas olmaqları üçün yeganə yol budur ki, özlərinə qayıdıb etdikləri süstlüklərin, səhlənkarlıqların hesabını etsinlər, dinin gözəl, qiymətli təlimləri ilə öz nəfslərini və gələcək nəsilləri paklaşdırmağa səy göstərsinlər, aralarındakı zülm və zorakılığı aradan qaldırsınlar, özlərinə bu böyük bəladan nicat versinlər. Məhz bundan sonra, yer üzü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolmalıdır. Necə ki, bunu Allah Öz Rəsuluna vədə vermişdir.
Bu da yalnız dinlərin sonuncusu olan İslam dinindən gözlənilir. Dünyaya sülh, səfa gəlməsi, islah olunması İslamsız mümkün deyil.
Həmçinin bir İmamın varlığı da labüd və zəruridir ki, O İslama daxil olan xurafatları, ona artırılan bidət, zəlalət və s.-ni dindən paklasın, bəşərə nicat versin, onları düşdükləri ümumi fəsaddan, daimi zülümdən və düşmənçilikdən, qiymətli əxlaqiyyatın, ruhun təhqirindən xilas etsin.
Allah Onun zühurunu tezləşdirib, bizim üçün asan etsin!

Allah sizə yar olsun.
Sual (29) : Salamun əleykum.Dinin siyasətlə uyğunluğu varmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İlahi tərəfindən göndərilən din dünyanın sonuna qədər bəşəriyyətə səadət yolunu zəmanət verir. Bu o deməkdir ki, onun cəmiyyətin əsasını təşkil edən dövlət və quruluşa biganə yanaşması qeyri-mümkündür. İmam Rza (ə) islami dövlətin zəruriliyi haqda buyurur: “Biz tarixdə elə bir kütlə və ya millət tanımırıq ki, başçı və rəhbərsiz həyat sürmüş olsun. Şübhəsiz, insanların din və dünya işlərinin idarəsində də tədbirli rəhbərə ehtiyacı var və onları rəhbər və başçısız buraxmaq Allah-taalaya rəva deyil. Bir də ki, Öz yaratdıqlarının belə zərurətə ehtiyacı olması Ona tam məlum məsələdir. Deməli, dövlət cəmiyyəti hər hansı təcavüzə qarşı hazır edir, ümumi hüquqlarını bölüşdürür, kütləvi ibadət və namazları bərpa edir, zülmkarlığın qarşısını alır.”[64]
Daha geniş cavab
İslamın qanun-qaydalarının əhatəliyi onların yalnız dövlət formasında mümkünlüyünü tələb edir. Demək olar, hakimiyyətdən kənarlaşdırıldığı surətdə onların əksəriyyəti məna kəsb etməyib, fəaliyyətdən düşür. İmam Rza (ə) cümə namazının təşkili ilə əlaqədar bir hədisdə cəmiyyətin mütəşəkkilliyi barədə buyurur: “Əgər Allah-taala insanlara imanlı,
 etibarlı və əmanatdar hakim müəyyən etməsəydi, din aradan gedər, ilahi qayda-qanunlar dəyişilər, bidətlər artar, dinsizlər hüdudları pozub-azaldar və beləcə şübhələr müsəlmanlar arasında rəvac tapardı.”[65]
Deməliyik ki, İslam dini öz nizamlı qanunauyğunluqları ilə elə ilkin dövrlərdən müsəlmanlar və qeyri-müsəlmanlar tərəfindən xüsusi rəğbətlə qarşılanmış, Peyğəmbərin (s) o zaman Mədinə şəhərində qurduğu dini dövlət forması çoxlarının diqqətini cəlb etmişdir. Belə ki, 1343-cü hicri-qəməri ilində Misirdə Əli Əbdürrəzzaq adlı bir yazıçının “Əl-İslam və üsulil-hikəm”[66]kitabında Peyğəmbərin (s) yalnız bir elçi olub, heç bir hökumət işlərinə qarışmadığını iddia etdiyi zaman əlhi-sünnənin əksər alimləri tərəfindən şiddətli etirazla qarşılanmış və günahkar qələmə verilmişdir.[67] Onun kimilərinin o zaman Kamal Atatürkün Osmanlı xilafətini devirib, Türkiyədə dinsiz quruluşu bərpa etdiyi tarixlə eyni vaxta düşməsi heç də təsadüfi deyil. O zaman Misirdə də Məlik Fuadı müsəlmanların xəlifəsi kimi taxta çıxarılması gözdən yayınmamalıdır. Dinə tam zidd olan belə fikir və hadisələrin İslam dünyasında baş verməsi o zaman qərbin dinsiz-sekulyar təfəkküründən, siyasi-imperialist missiyalarından mənşələnirdi.
Əslində o şəxs, iki mühüm məsələni iddia edirmiş:
1. Peyğəmbərin (s) Mədinədə qurduğu sistem hökumət sayılmır.
2. Mədinədə baş verənlərin din ilə əlaqəsi yoxdur.
O, birinci müddəanı belə əsaslandırmışdır ki, Peyğəmbərin (s) Mədinədə apardığı quruculuq işləri bir dövləti təmsil edən ölçülərlə uyğun deyil. İkinci müddəada isə Peyğəmbər (s) və onun şənini siyasət və hökumət işlərindən qəti uzaq görür.
Onun birinci iddiasına cavab olaraq qeyd edirik ki, əgər biz o dövrün quruluşunu müəyyən bir sistemlə müqayisə etməli olsaq, o zaman tarixdəki ibtidai icma formalarından tutmuş ta böyük imperiyalara qədər hər hansı cəmiyyəti onunla uyğunlaşdırmaq çətin məsələdir. Deməli, hökuməti mənalandıran elə bir ifadə seçmək lazımdır ki, onların hamısını əhatə edə bilsin. Məsələn, belə demək olar:
“Hökumət, cəmiyyətin işlərini idarə edən bir iqtidardır.”
Bu primitiv tərif, demək olar, bütün quruluş formalarını əhatə edir və qanun, məhkəmə, icra və s. orqanlara özündə yer verir.[68] Tərifdəki “iqtidar” və ya qüdrət ifadəsi isə hökumətin əsasını müəyyənləşdirən ölçüdür.
Bu tərifə əsasən, Peyğəmbərin (s) Mədinədəki hakimiyyəti tam bir hökumət sayılır və həmin quruluş haqda bir çox kitablar yazılmışdır.[69]
Amma Peyğəmbərin (s) hakimiyyətinin dinə əsaslanması isə neçə məsələ ilə aydın olur:
1. İslam qanunlarının əksəriyyətinin icrası dövlətsiz mümkün deyil. Məslən, cəza hökmləri, məhkəmə və ya maliyyə məsəlləri.
2. Peyğəmbər (s) özü bu işlərə bir hakim və vali kimi rəhbərlik edirmiş.[70]
3. Bir də ki, əgər peyğəmbərlik və risalət hökumət və siyasət işləri ilə uyğun gəlmirdisə, nə üçün Peyğəmbər (ə) şəxsən vaxtını belə işlərə sərf edirdi? Bəs, bunlar onu (s) öz əsl vazifəsindən uzaqlaşdırmırdımı? Hətta Peyğəmbər (s) yalnız dini vəzifəsini yerinə yetirirmiş kimi cavab verildiyi surətdə, o zaman dinin siyasətlə geniş əlaqələri olduğu məlum olacaq.Burada daha bir sual diqqəti cəlb edir və o da budur ki, nə üçün Peyğəmbər (s) özü şəxsən bu işlərə qarışırmış və onları məsələn, yaxın səhabələrinə tapşırmırmış?...
Bunu da qeyd edirik ki, Əbdürrəzzaq kimilərinin atdığı şübhələr müasir dövrdə daha artıq rəngarəngləşib. Belə şübhələri düzgün cavablandırmaq üçün isə onların əsl vətəni olan qərb təfəkkür tərzinə varmaq lazımdır. Bir də ki, müasir qərb fəlsəfəsi ilə tanışlıq üçün, ötəri də olsa, həmin mədəniyyətin əsasını təşkil edən xristianlığın tarixi ilə maraqlanmalıyıq.[71]
[64]  Əllamə Məclisi, “Biharul-ənvar”, c. 60, səh. 60
[65]  Həmin.
[66]  “İslam və hökumət əsasları”
[67]  Əbdürrəzzaq, “Əl-İslam və üsulil-hikəm”
[68]  Burada hökumətdən məqsəd “government”dir.
[69]  Məsələn, Cəhişyari, “Əl-vüzəra vəl-küttab” (331 hq.); Hilal Əs-Sabinin (448 hq.) əsəri; Mavərdi (450 hq.) və Əbu Yəla (458 hq.), “Əl-əhkamus-sultaniyyə” kitabı; İbn Qəyyum Cuziyyə (751 hq.), “Əs-siyasətüş-şəriyyə” kitabı; Əli ibn Mühəmməd ibn Məsud Xəzai (789 hq.), “Təxricid-dəlalilis-səmiyyə əla ma kanə fi əhdi-Rəsulillah (s) ...” kitabı; Rəfaət Təhtavi, “Nihayətül-icaz fi siyrəti sakinil-Hicaz” kitabı və İbn İdris Kəttani, “Ət-təratibil-idariyyə” kitabı.
[70]  Mövzu: “Məsumların (ə) rəhbərliyi dəlilləri”
[71]  Mövzu: “Din və xristianlıq”, 212-ci sual

Allah sizə yar olsun.
Sual (30) : Salamun əleykum.Sekulyarizm tərəfdarlarının əsas müddəaları hansılardır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Dini siyasətdən ayıran sekulyar fikirlər əsasən, iki qismə bölünür:
Din və məzhəbindən asılı olmayaraq hər bir sekulyar fikirli insanın əsaslandığı müddəalar.
Yalnız müsəlman dünyasına xass sekulyar təfəkkür tərzi və burada xüsusi olaraq İranda formalaşan sekulyar dünyagörüşü əsasları.
Daha geniş cavab
Əsas terminlər: din, sekulyarizm, siyasət
Mövzu: Sekulyarizmin əsasları
Sekulyarizm tərəfdarlarının əsas müddəaları hansılardır?
Qısa baxış:
Dini siyasətdən ayıran sekulyar fikirlər əsasən, iki qismə bölünür:
Din və məzhəbindən asılı olmayaraq hər bir sekulyar fikirli insanın əsaslandığı müddəalar.
Yalnız müsəlman dünyasına xass sekulyar təfəkkür tərzi və burada xüsusi olaraq İranda formalaşan sekulyar dünyagörüşü əsasları.
İzah:
Sekulyarizm təfəkkürünün tarixin müəyyən dönəmi və elmi-mədəni şəraitlə əlaqədar yaranmasına baxmayaraq, onun öz tərəfdarlarının bir sıra fəlsəfi iddia və etiqadi dəlilləri vardır. Onların dini siyasətdən ayıran əsas dəlilləri iki qismə bölünür:
1. Din və məzhəbindən asılı olmayaraq hər bir sekulyar fikirli insanın əsaslandığı müddəalar.
2. Yalnız müsəlman dünyasına xass sekulyar təfəkkür tərzi və burada xüsusi olaraq İranda formalaşan sekulyar dünyagörüşü əsasları.
Birinci qismə aid olanlar neçə əsas şöbəyə ayrılır: 1) Din zatən siyasətlə uyğun deyil. 2) Dinin özünəməxsus qanunları və şəraitə uyğun tələbləri var. 3) Din sabit, dünya isə dəyişəndir.
İkinci qisim isə bir əsas üzərində durur: Şəriət ictimai idarəçiliyə qadir deyil.
Burada hər iki tərəfin dəlil və əsaslarını, qısa da olsa, dəyərləndirəcəyik.
Birinci qismin müddəa və cavabları:
1. Din zatən siyasətlə uyğun deyil.
Onlar[56] belə iddia edirlər ki, hər bir şeyin özünə xass mahiyyət və zatı vardır və o cümlədən, din də zatən siyasətlə fərqlənir. Bu baxımdan “dini siyasət” süni ağac kimi təravətsizdir.
Cavab:
Siyasət mahiyyətcə cəmiyyətin idarəsi yönümündə xarakterizə olunur və din isə Allah-taala tərəfindən bəşəriyyəti əbədi səadətə yetirmək üçün nəzərdə tutulub. Buna əsasən, “dini siyasət” cəmiyyəti öz çərçivəsində əbədi səadətə yönəldən idarə sistemidir və burada dini siyasətdən ayıran heç bir uyğunsuzluq görünmür.
2. Dinin özünəməxsus qanun və şəraitə uyğun tələbləri var.
24Bəziləri deyir ki, dini dəyərlər bir sıra özünəməxsus tələblərə tabedir və onların vastəsi ilə istənilən ideyanı həyata keçirmək olmaz. Halbuki siyasət və cəmiyyətin idarəsində belə hallar təbiidir. Belə isə din siyasət almində əsas seçilə bilməz. [57]
Cavab:
Hər şeydən əvvəl burada dini-şəri tələblərin nə olduğu aydınlaşmalıdır. Hökm və qanunlar hər sahə üzrə, o cümlədən, dində də üç qismə bölünür:
1) Sabit hökmlər: O hökmələrə deyilir ki, hər bir halda dəyişməzdir. Məsələn, zülm haram və ədaləti qorumaq vacibdir və onları pozmağa icazə verilmir.
2) Asılı hökmlər: O hökmlərə deyilir ki, hər hansı bir mane ilə üzləşməyincə, qüvvədən düşmür. Məsələn, səbəbsiz yalan danışmaq olmaz, amma kiminsə (müsəlman şəxs) canını bu yolla qorumaq mümkün olduğu surətdə ona icazə verilir.
3) Şəraitlə əlaqədar hökmlər: O qanunlara şamildir ki, şəraitlə əlaqədar qüvvəyə minir. Məsələn, cəza növləri müəyyən qanunsuzluqlara yol verildiyi zaman icra olunur.
Bütün bunların İslamda müxtəlifliyinə baxmayaraq, əsasən, sabit qanunlar əksəriyyət təşkil edir. Onu da bilməliyik ki, sabit və şəraitlə əlaqədar dəyişən bütün bu hökmlər dinin yalnız siyasi şöbəsində yox, bütün sahələrdə özünü göstərir. Yəni, əksəriyyət tələb olunan hökmlər cəmiyyətdə tətbiq olunur. Hər halda bütün qanunlar əsasını qoruyaraq şəraitələ əlaqədar dəyişə və ya biri digərinə üstün tutula bilər. Maneələr özləri də müxtəlif formalarda zahir olur və onların ən mühümü iki hökmün eyni vaxtda qarşı-qarşıya durmasıdır. Belə məsələlər fiqhin “təzahümi-əhkam” bölməsində araşdırılır və bir hökmün digəri üzərində üstünlüyü və ya əhəmiyyəti nəzərə alınaraq hər hansı mane aradan qaldırılır. Hətta şəriətdə çıxış yolları üçün hökm və məsləhətlər də təbəqələrə bölünür. Məsələn, eyni vaxtda bir fərdin canı və ya malının təhlükəsi zamanı onun canının qorunması məsələsi əhəmiyyət kəsb edir.
Qısası, şəriətin şəraitə uyğun hökm və qanunları bütün sahələri, o cümlədən, siyasi məsələləri də əhatə edir. Məsələn, hər kəsin hər hansı vəziyyətdə seçdiyi vəzifəsinə uyğun meyarlar təyin olunub və burada siyasi sahə də müstəsna deyil.
3. Din sabit, dünya isə dəyişəndir.
Sekulyarizmdə dini siyasətdən ayıran ən mühüm müddəa dinin sabit, dünyanın isə dəyişkənliyidir ki, onu xülasə şəkildə belə izah etmək olar: Dinin müqəddəsliyi onun sabit və dəyişməzliyinə zəmanət verir. Dünya isə daim dəyişəndir və onun varlıqları da dəyişir. Buna əsasən, dini dünya işlərində bünövrə seçmək olmaz.
Cavab:
Qabaqda qeyd olunanlara əsasən, sekulyarizm tərəfdarlarının müddəalarında iki mühüm qüsur vardır ki, hər ikisi əsassız mühakimələrə söykənir.
Əvvəla, deyilən müddəanı elə ümumi yürüdürlər ki, guya, dində dəyişə bilən heç bir ölçü yoxdur. Halbuki biz yuxarıdakı qeydlərimizdə dində dəyişən ölçülərə toxunduq və belə nəticə aldıq ki, din insanın mahiyyəti ilə əlaqədar sabit, asılı və dəyişən ölçülər götürür.
İkinci qüsur odur ki, dünya dəyişəndir və guya, dünyada sabit bir şey yoxdur. Halbuki, kainat və dünyanın nizam-intizamı dəyişməz qanunauyğunluqlara əsaslanır və onda nisbi və zahiri dəyişikliklər də mövcuddur. Dünyanın sabit və dəyişən nizamına uyğun dinin də sabit və dəyişən qanun-qaydaları vardır.
İkinci qismin müddəa və cavabları:
Şəriət ictimai idarəçiliyə qadir deyil.
Bəziləri dinin sosioloji qanun kasadlığını iddia edərək onun müasir dövrə cavab vermədiyini irəli sürür. Belə bir iddia, guya, şəriətlə elmin uyğunsuzluğundan əmələ gəlib. Belə ki, irtica dövrü təlim formasının müasir zamanda bir rola malik olması sadəlövlük sayılır. Məsələn, bu fikrə mötəqid olan ziyalılardan birinin nəzərinə diqqət yetirək: “Şəriətin qanun-qayda və ölçüləri o zamanın ibtidai həyat tərzi sürən tayfa və qəbilələri üçün nəzərdə tutulub... O dövrün ictimai quruluşu, bazar, ailə-məişət məsələləri, elm-sənət, quruculuq işləri və hökumət üsul-idarəsi bugünkü kimi deyildi. Soltan və ya fəqihin hökmü 25elmi kəşf və nailiyyətlərin yerini tutumuşdu, harada bir müşkül məsələ qarşıya çıxsaydı, o sahə üzrə fiqh üçün təzə mövzu açılırdı. Məsələn, möhtəkirlik, zinakarlıq, oğurluq, fitnə-fəsad və s. halları üçün şəriətdə təyin olunan eyni hökmlər tətbiq olunurdu və elə güman edirdilər ki, cinayətkarlığın kökünün kəsilmə yolları məhz bunlardır. Ən normal müdiriyyət və idarə üsulları fəqihin hökmləri ilə məhdudlaşırdı və o dövr cəmiyyətin müasir elmi təlim-tərbiyə qaydaları və yeni müdiriyyət üsullarından tamamilə uzaq idi. Heç təsəvvür etmək olarmı ki, elm və sənətin bu qədər inkişaf etdiyi, ticarət və siyasətin bütün dünyanı başına aldığı bir zamanda bu gün fəqih üsul-idarə qaydaları normal bir sistem kimi irəli sürülsün?!...”[58]
Cavab: Adətən, belə yanlış təsəvvürlər İslamın xristianlıqla müqayisəsindən irəli gəlir və belələri fəqihin elmi əhatəsindən və İslamın elmə baxışından xəbərsizdirlər. İslam şəriəti insan və ictimaiyyətlə əlaqədar hər hansı məsələyə dair müəyyən sabit və dəyişən ölçülər irəli sürür, həmçinin onun fərd və kütlənin idarəsində özünəməxsus qanunları vardır. Bir də ki, yeni
 məsələlərin həlli yolunda “ictihad” üsulu həmişə fəqihin üzünə açıqdır. Bu üsul daim dinin insan və cəmiyyətlə rabitəsini qoruyur, şəriətdə stabillik yaradır və hər hansı tərəqqi və inkişafla əlaqədar yeni məsələləri cavablandırmaq inmkanı yaradır.
Amma fəqihin hökm yürütmə dairəsinə gəldikdə isə bütün elmi və qeyri-elmi sahələrin ona aidiyyatı nəzərdə tutulmur, hər sahə üzrə mütəxəssisin kəşf və nəzərləri onun üçün bir mənbəyə çevrilir və çox vaxt şəriətin dəyişən hökmləri bunlara əsasən müəyyənləşdirilir.[59]
Deməli, nə fəqihin dövranı qurtarıbdır demək olar, nə də fəqihə müraciət müasir dövrlə vidalaşmaq deməkdir. Əslində, fəqih üsul-idarəsi elmi inkişaf sayəsində dinin əsas hədəfi olan səadətə doğru tərəqqi deməkdir.
[56]  Essentialism—təməlçilik
[57]  Adil Zahir, “Əl-üsusul-fəlsəfiyyə lil-elmaniyyə”, səh. 178; Əhməd Vaizi, “Hokuməte dini”, səh. 70.
[58]  Əbdülkərim Suruş, “Qisəsi ərbabi mərifət”, səh. 54-55
[59]  Məhdi Hadəvi Tehrani, “Məbaniye kəlamiye ictihad”, səh. 403-404, “Vilayəte-fəqih”, səh. 61-64
Allah sizə yar olsun.
Go to TOP