Sual (1) :
assalamu aleykum! sufiliyin batil olmasinin koku nedir, sebebi nedir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Şiə məzhəbində sufilik yoxdur, bəlkə sufilik Əhli-beyt məktəbinin qarşısında ortaya gəlmiş bir cərəyandır və sufiliyin əsası şiəliklə ziddiyyət təşkil edir. Səfəvilər dövlətindən öncə heç bir sufi qütbü yoxdur ki, şiə olsun. Hətta səfəvilərdə əvvəl sünnü olublar sonradan şiəliyi qəbul ediblər. Xacə Əbdullah Ənsaridən nəql edilir ki: Tanıdığım 2 min sufidən yalnız 2 si şiədir. İmamlarda həmişə sufilik cəryanı ilə mübarizə aparıblar. Səfəviyyə zamanında da şiənin Əllamə Məclisi kimi böyük alimləri sufiliklə mübarizə aparmışlar. Sufilər tarix boyu əqidə, fiqh və siyası baxımdan əhli-sünnədən təbəiyyət ediblər. Sufilikdə məsum imamın qarşısında öz rəhbərləri üçün qütb ünvanı təyin ediblər. Sufilik şəriət qanunlarına çoxda tabe olmurlar bəlkə özlərinin xürafi adət və qanunlarına müqəyyəddirlər.Geniş məlumatı saytın kitabxanasından ələ gətirin.
Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq Müəllif: Tədqiqat qrupu 6 cı fəsl 54-55 -56 57-58-59-60 cı dərslər
Allah sizə yar olsun.
Sual (2) :
din nedir
Bismillahir-rəhmanir-rəhim.
Din – itaət, cəza, mükafat və sair kimi mənaları ifadə edir. Dini termin kimi isə insan və dünyanın yaradanına etiqad bəsləməyə və bu əqidələrə mütənasib olan əməli göstərişlərə deyilir. Deməli, ümumiyyətlə Yaradana inanmayanlar, aləmdə mövcud olan hadisə və varlıqların təsadüfi olaraq yarandığını iddia edənlər, yaxud bunu maddi və təbii proseslərin nəticəsi hesab edənlər dinsiz adlandırılır. Amma kainatın bir yaradanı olduğuna inananlar, hətta əgər onların dini mərasimləri və əqidələri inhiraf və xurafatla yanaşı olsa belə dindar hesab olunurlar. Buna əsasən insanların arasında mövcud olan dinlər haqq və batil olaraq iki yerə bölünür. Haqq din real gerçəkliklə müvafiq və düzgün əqidəyə malik olan bir dindir. O, səhihlik və etibarlılıq üçün kifayət qədər zəmanət verən müəyyən davranış, rəftar və əməlləri tövsiyə və təkid edir.Allah sizə yar olsun.
Sual (3) :
Salam Allahın Rehmeti uzerınıze olsun.nece dene semavi din var?semavi dinlerin esaslari hansilardir?
Allah razi olsun
Salamun əleykum. Sualınızın cavabın saytın kitabxanasında olan kitabdan oxuya bilərsiz.
Kitabın adı: Dinlərlə tanışlıq
Seyid Əhməd Mahmudi
http://kitab.nur-az.com/az/lib/view/170
Allah sizə yar olsun.
Sual (4) :
Salamun əleykum.Cəmiyyətin dini dəyişdirilə bilərmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu sualın cavabında əvvəlcə gərək nəyin nəzərdə tutulduğu aydınlaşdırılsın. Bəzən “cəmiyyətdə dinin dəyişdirilməsi” dedikdə məqsəd hər hansı bir cəmiyyət tərəfindən qəbul olunan haqq və ilahi dinin əslini dəyişdirmək ola bilər. Bu fərzdə söhbət dini ünsür və mərifət məsələsinin dəyişdirilib-dəyişdirilməməsi, sabit qalıb-qalmaması, onun hüdudlarının genişləndirilməsi və ya məhdudlaşdırılması olacaqdır. Bəlkə də sual edən şəxsin hədəfi – din kəlməsinin cəmiyyətə əlavə etməsinə nəzər yetirməklə – belə bir məsələni irəli çəkməmək ola bilər ki, onun araşdırılması başqa bir vaxt tələb edir.
Bəzən də məqsəd cəmiyyətin ayrı-ayrı fərdlərinin inanc və etiqadlarında, meyllərində, görüş və nəzəriyyələrində dəyişikliyin edilməsidir. Bu fərzdə belə cavab vermək olar: Bəli, cəmiyyətin dini dəyişdirilə bilər. Çünki Quran və rəvayətlərdən, islami mənbələrdən, eləcə də tarixdəki mühüm hadisələrdən məlum olur ki, dinlə mübarizə aparanlar həmişə – bütün zamanlarda və hər bir bəşər cəmiyyətində iman əhlinə, haqq əhlinə zərbə endirmək, onların din, etiqad və hədəflərində sarsıntı yaratmaq əzmində olmuşlar. Onlar öz mənfur niyyətlərini həyata keçirmək və məqsədlərinə nail olmaq üçün hər bir vasitədən istifadə etmişlər. Buna görə də Qurani-kərim möminlərə daim xəbərdarlıq edib buyurur ki, öz din və etiqadlarınızı gücləndirin, batil əhlinin şübhə və məkrli planları qarşısında müqavimətli və hazırlıqlı olun, məğlubiyyətin acınacaqlı təsirlərini özünüzdən uzaqlaşdırın. Quranın göstərişlərinə diqqət yetirmədikdə dini dəyərlər yavaş-yavaş unudulur, dindarlar tədrici olaraq din
düşmənlərinin, Şeytanın və nəfsani istəklərin tələsinə düşür. Özləri də bilmədən batil cəbhəsində qərarlaşır. Nəticədə Allahın və Onun mütərəqqi göstərişlərinin müqabilində əks mövqe seçir. Bununla da öz ixtiyarı ilə Allahın vilayət dairəsindən, hidayət və səadət nurunun əhatəsindən xaric olaraq azğınlıq, zəlalət və bədbəxtlik qaranlıqlarında qərar tutur. Sonradan bu şərif ayənin əyani nümunəsinə çevrilir: “O kəslər ki, kafir oldular, onların başçıları tağutlardır ki, onları nurdan çıxarıb zülmətə doğru aparar...” “Bəqərə” surəsi, 257
Allah sizə yar olsun.
Sual (5) :
Salamun əleykum.Müsəlmanların bir-birinə qarşı haqları nədən ibarətdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Müqəddəs İslam dininin ən böyük və ən gözəl çağırışlarından biri müsəlmanların arasında, onların bütün sinfi və məqam fərqləri ilə belə, qardaşlığa çağırmasıdır. Keçmişdə və hal-hazırda müsəlmanların ən pis və yararsız işlərindən biri bu islami qardaşlığın tələbinə diqqət yetirməmələri, səhlənkarlığa, laqeydliyə yol vermələri olub.
Çünki bu qardaşlığın ən sadə tələblərindən biri İmam Sadiq (əleyhis-salam)-ın buyurduğu kimi, budur ki, “hər müsəlman öz müsəlman qardaşına özü üçün bəyəndiyi, razı olduğu şeyləri bəyənsin, özü üçün bəyənmədiyi şeyləri onun üçün də bəyənməsin.
Əhli-beyt (əleyhimüs-salam)-ın bizlərə verdiyi bu sadə və qısa göstəriş barəsində dərindən fikirləşsək, ona əməl olunmasının müsəlmanlar üçün nə qədər çətin və müşkül, onların bu göstərişdən nə qədər uzaq olmaları aydınlaşar. Əgər onlar insaflı olub öz dinlərini layiqincə tanısaydılar və yalnız qeyd olunan göstərişə əməl etsəydilər, heç vaxt bir-birlərinə zülm etməzidilər, aralarında başqasının haqqına təcavüz, oğurluq, yalan, qeybət, sözgəzdirmək, töhmət vurmaq, abrını tökmək, nalayiq sözlər demək, şəxsiyyətini təhqir etmək, xudbinlim və s. kimi rəzil sifətlər baş alıb getməzdi.
Əgər müsəlmanlar öz aralarında qardaşlığın ən sadə xüsusiyyətlərindən agah olub ona əməl etsəydilər, zülm, düşmənçilik və ədavətin kökü yer üzündən kəsilər, bəşəriyyət tam xoşbəxtliklə, ictimai səadətin ən yüksək mərhələsində qardaş olar və öz həyatını bu minvalla davam etdirərdi. Həmçinin qədim fəlsəfələrdə deyilən “utopik (ideal) cəmiyyət gerçəkləşərdi. Dostluq və məhəbbətin hakim olduğu bu halda hökumət, məhkəmə, polis, zindan, cəza qanunları, hədd və qisas hökmlərinə artıq yer olmazdı, istismarçıların və zalımların qarşısında baş əyməzdilər, zalımlar da onlara hakim ola bilməzdi. Nəhayət yer üzü büsbütün dəyişilər, cənnətə dönərdi.
Qeyd etmək lazımdır ki, hərgah İslamın buyurduğu qardaşlıq və məhəbbət qanunu insanlar arasında hakim olsaydı, artıq indi “ədalət kəlməsi lüğətlərdən çıxmışdı. Başqa sözlə desək, bu surətdə “ədalət və “ədalətli qanunlar kimi terminlərə ehtiyac duyulmazdı ki, “ədalət kəlməsinə də ehtiyac duyulmuş olsun. Əksinə, məhəbbət və qardaşlıq qanunu gözəlliklərin, yaxşılıqların yayılmasına, əmin-amanlığın bərqərar olmasına, xoşbəxtlik və səadətə kifayət edərdi. Çünki, insan yalnız cəmiyyətdə məhəbbət olmadığı təqdirdə “ədalətli qanun axtarmağa başlayır. Amma, hər hansı cəmiyyətdə ata-oğul münasibəti, qardaşlıq məhəbbəti hakim olarsa, insan öz istəklərində güzəştə gedər, məhəbbət “qoruğunu tam razılıqla müdafiə edər, nəticədə bütün problemlər ədalət və məsləhət naminə deyil, qaşılıqlı məhəbbət sayəsində həll olar. Belə olan halda artıq hansısa ədalətə, məsləhətə ehtiyac qalmaz.
Səbəbi də budur ki, hər insan yalnız özü üçün və öz istədiyi şeyləri sevir. Öz vücudundan kənarda olan şeyləri yalnız o şeylərlə rabitə bərqərar etdikdən, xoşuna gələn şey olduğunu bildikdən sonra dost tutur.
Həmçinin, sevmədiyi, meylli olmadığı bir şeyin yolunda öz ixtiyarı ilə fədakarlıq edib canından keçməsi, onun xatirinə öz sevdiyi şeylərdən keçməsi mümkün deyildir. Amma, əgər bu barədə onun sevdiyi şeylərə olan məhəbbət qüvvəsindən güclü olan müəyyən əqidəyə malik olsa o əqidə yolunda fədakarlıq edəcəkdir. Məsələn, ədalət və ehsanın yaxşı əməl olmasına əqidəsi olsa, bu halda daha güclü təmayül səbəbi ilə nisbətən zəif təmayüllərdən əl çəkər. Qəlbə nüfuz edən bu güclü əqidə insanda yalnız böyük ruha malik olduğu halda vücuda gəlir.
Misal kimi gətirilən bu əqidə maddi və şərti işlər naminə heç vaxt maddiyyatın fövqündə dayanan mənəvi şeyləri kənara vurmayacaq, nəticədə isə ədalət başqalarına ehsanı yüksək, ali mərhələsini dərk edəcək. İnsanın bu ruhi və mənəvi proqramlara o vaxt ehtiyacı olar ki, özünün həqiqi məhəbbət və qardaşlıq hissini həyata keçirməkdə aciz olsun.
Hər bir müsəlmanın malik olması vacib olan birinci dərəcəli xüsusiyyət budur ki, sair müsəlmanlarla qardaşlıq hissini özündə vücuda gətirsin. Əgər nəfsani istəklərin, xudbinlik və təkəbbürün qələbə çalması səbəbi ilə özündə qardaşlıq hissini vücuda gətirməkdə aciz olsa (əksər hallarda da acizdir), islami göstərişlərə tabe olaraq ədalət və ehsançılıq əqidəsini öz nəfsində qüvvətləndirsin. Bu mərhələdə də aciz olan şəxsin isə yalnız adı müsəlmandır, batində isə ilahi vilayət dairəsindən kənara çıxmışdır və İmam (əleyhis-salam)-ın buyurduğu kimi, Allahın ona qarşı lütfü və diqqəti yoxdur.
Əksər hallarda inadkar nəfsani istəklər və ehtiras qüvvələri insanda tüğyan edib ona qələbə çalır, nəticədə nəinki kamil əqidə qüvvəsini öz vücudunda təkmilləşdirib inadkar nəfsani qüvvələrə üstün olması, hətta vicdanında ədalət istəmək əqidəsini tapmaq xeyli çətin olur.
Məhz bu səbəb görə insanda həqiqi qardaşlıq hissi olmadan, bu şüur formalaşmadan qardaşlıq hüququna riayət etməsi ən çətin dini təlimlərdəndir. Buna görə də İmam Sadiq (əleyhis-salam) Məli ibni Xənisin qardaşlıq hüququ barəsində verdiyi suala cavab verərkən onun halını nəzərə aldı, onun bu hüquqları biləndən sonra əməl edə bilməməsindən ehtiyat etdiyi üçün onun bacarığından artıq izahat vermədi.
Məli ibni Xəlnis deyir: “İmam Sadiq (əleyhis-salam)-dan, bir müsəlmanın başqa müsəlman üzərindəki haqqının nədən ibarət olduğunu soruşdum. İmam (əleyhis-salam) buyurdu: –Hər bir müsəlmanın başqa müsəlman üzərində yeddi vacib haqqı var ki, bunlardan hər biri həmin müsəlmanın özünə də vacibidir. Bu yeddi hüquqdan hər hansını tapdalasa, Allahın vilayət, hökumət və itaətindən çıxmışdır və Allah tərəfindən onun üçün heç bir nəsib yoxdur.
Məli: –Sənə fəda olum, o hüquqlar hasıdır?
İmam (əleyhis-salam): –Ey Məli! Mənim sənə ürəyim yanır, qorxuram ki, bu hüquqları zay edib hifz etməyəsən, öyrənib əməl etməyəsən!
Məli: –Allahın köməyi ilə, əməl edərəm.
Sonra İmam (əleyhis-salam) yeddi hüququ bəyan edib buyurdu: –Onların birincisi və ən sadəsidi budur ki, müsəlman qardaşın üçün özünə istədiyin şeyləri istəyəsən, özün üçün bəyənmədiklərini onun üçün də bəyənməyəsən.
Sübhanəllah! "örəsən bu ən kiçik və ən sadə haldırmı?! Onda biz müsəlmanların bugünkü halı necə olacaq? "örəsən bu haqqa riayət etmək bizim üçün doğrudan da sadə və asandırmı? Üzü qara olsun müsəlmanlıq iddiası edib İslamın ən sadə göstərişinə əməl etməyələr!
Üstəlik müsəlmanlara hakim olan bu geriliyin İslamın adına yazırlar! øHalbuki müsəlmanların bu nalayiq və yaramaz əməlləri bu geriliyə səbəb olmuşdur. İslamın zatında heç bir eyb, nöqsan yoxdur, hər nə eyb nöqsan varsa, bizim müsəlmançılığımın naqis olmasındadır.π Əlbəttə ki, bütün günahlar özlərini müsəlman adlandırıb ən sadə dini vaciblərinə əməl etməyə hazır olmayanların boynuna düşür.
Yalnız tarixdə yazılsın deyə, habelə özümüzü və öz laqeydliklərimizi tanımaq üçün İmam Sadiq (əleyhis-salam)-ın Məli ibni Xənisə buyurduqları yeddi hüququ qeyd edirik:
1) Özün üçün bəyəndiyini müsəlman qardaşın üçün də bəyənəsən, özünə rəva bilmədiklərini ona da rəva bilməyəsən;
2) Müsəlman qardaşını qəzəbləndirməkdən (onun qəzəbindən) uzaq olasan, razı olduğu işləri gör (razılğını qazan), əmrlərinə itaət edəsən;
3) Öz can, mal, dil, əl və ayaqlarınla ona kömək edəsən;
4) Onun gözü, yol göstərəni, güzgüsü olasan;
5) Belə olmasın ki, o ac olsun, sənsə tox, o susuz olsun sənsə sirab, o çılpaq olsun sənsə libaslı;
6) Belə olmasın ki, sənin xidmətçin olsun, onun isə olmasın; belə olarsa sənə vacibdir öz xidmətçini göndərəsən ki, onun paltarlarını yusun, xörək hazırlasın, yatağını hazırlasın;
547) Onu and içmək məsuliyyətindən azad edəsən, dəvətini qəbul edəsən, xəstələnəndə əyadətinə gedəsən, öləndə cənazəsinin yanında hazır olasan. Əgər bir şeyə ehtiyacı olduğunu bilsən, ehtiyacını təmin etmək üçün tələsəsən, o qədər təxirə salmayasan ki, o hacəti səndən istəsin. O istəməmiş sən onun istəyini yerinə yetirəsən.
Sonra İmam Sadiq (əleyhis-salam) kəlməsini bu cümlə ilə sona çatdırdı: “Elə ki, bu hüquqları yerinə yetirdin, özünün məhəbbət tellərini ona və onun məhəbbət tellərini özünə qovuşdurmuş olarsan.
Məsum İmamlardan bu mövzuda çoxlu rəvayətlər nəql olunub ki, onların mühüm hissəsi “Vəsailüş-şiə kitabının müxtəlif bölmələrində qeyd olunmuşdur.
Bəziləri belə güman edirlər ki, Əhli -beyt (əleyhimüs-salam)-ın hədislərində gələn “qardaşlıq dedikdə, məqsəd təkcə onların şiələri arasında olan qardaşlıq nəzərdə tutulur. İmamlarımız onlarla müxalif olanları, onların göstərişlərinə əməl etməyənləri başqa cəhətlərdən kəskin şəkildə inkar etmələrinə, baxmayaraq, bu barədə gələn bütün hədisləri araşdırdıqda bu anlaşılmazlıq dəf olunub aradan qaldırılır. Bunu isbat etmək üçün Müaviyət ibni Vəhəbin nəql etdiyi rəvayəti nəzərinizə çatdırmaq kifayətdir.
O deyir: İmam Sadiq (əleyhis-salam)-a ərz etdim ki, bizimlə gediş-gəlişləri olan, amma şiə olmayan sair müsəlman firqələri ilə necə rəftar etməliyik?
Həzrət buyurdu: –Tabe olduğunuz İmamlarınıza baxın. Onlar müxaliflərlə necə rəftar edirlərsə, siz də o cür rəftar edin. And olsun Allaha ki, sizin İmamlarınız onların (müxaliflərin) xəstələrinin əyadətinə gedir, dəfn mərasimlərində iştirak edir, qazinin yanında onların lehinə, yaxud əleyhinə şəhadət verməyə hazır olurlar (yəni şəhadət verməkdən boyun qaçırmırlar), onların əmanətlərinə xəyanət etmirlər.
Amma, İmamlarımızın öz şiələrindən istədikləri qardaşlıq qeyd olunan islami qardaşlıqdan daha da üstündür. Şiənin tərifi fəslindəki hədislər bu mətləbə dəlalət edir. Məsələn, Əban ibni Təğlibin İmam Sadiq (əleyhis-salam) ilə olan söhbətini burada qeyd etmək yerinə düşərdi.
Əban deyir: “İmam Sadiq (əleyhis-salam) ilə Allah Evində təvafa məşğul idik. Bu anda şiələrdən biri yanıma gəlib mənim bir iş görmək üçün getməyimi istədi. İmam (əleyhis-salam) bizi gördü və mənə buyurdu: –Bu şəxsin səninlə işi vardırmı?
Dedim: –Bəli!
İmam: –O da sənin əqidəndədirmi (şiədirmi)?
Dedim: –Bəli!
Buyurdu: –Təvafı dayandır və onun işini görmək üçün get!
Dedim: –Əgər təvaf vacibi təvaf olsa da dayandırım?
Buyurdu: –Bəli!
O şəxslə birlikdə getdim (onun işinə kömək etdikdən) sonra İmam (əleyhis-salam)-ın hüzuruna gəldim. Möminin haqqı barədə soruşdum.
Buyurdu: –Bu sualdan keç və bir daha təkrarlama!
Amma mən sualı təkrarladım, nəhayət buyurdu: –Ey Əban, öz sərvətini o kəslə bölərsənmi?
Sonra İmam (əleyhis-salam) mənə baxdı, onun sözlərinin təsirini üzümdə oxudu, sonra buyurdu: –Ey Əban, Allahın fədakarları (dost yolunda öz haqqından keçəni) yad etməsini bilirsənmi?
Dedim: –Bəli, bilirəm.
Buyurdu: –Əgər mal-dövlətini onunla yarı bölsən, isar (fədakarlıq) məqamına çatmazsan. O vaxt bu məqama çatarsan ki, mal-dövlətinin yarısını ona verəsən, sonra isə özün üçün qalan hissəni də ona verəsən.
Bizim həyatımızın necə də rüsvayçı, xəcalətlidir ki, özümüzü həqiqi mömin hesab etməyimiz belə rəva deyil. Biz bir vadidəyik, İmamlarımızın təlimləri isə tamamilə başqa vadidə. Əbanın İmam (əleyhis-salam)-ın mal bölüşdürmək təklifindən sonra üzünün rəng alıb rəng verməsi haləti bu hədisi oxuyan hər birimiz üçün də baş verə bilər.
Amma özümüzü elə unutqanlığa vurub hədisdən üz döndəririk ki, sanki hədis bizə xitabən deyilmir və öz nəfsimizi məsuliyyətli bir adam kimi heç vaxt hesab ayağına çəkmirik.
Allah sizə yar olsun.
Sual (6) :
Salamun əleykum.Cəmiyyət arasında insani xüsusiyyətlərə riayət etmək hansı həddədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bir neçə başlanğıca diqqət etmək bu sualın cavablandırmaqda bizim üçün yol açacaq:
1. İnsan ictimai yaşamağı sevən bir varlıqdır, dəqiq desək "təbiətində mədəniyyətdir" tarixin göstərdiyinə görə dəinsan qədim zamanlardan ictimai şəkildə yaşamışdır.
2. İnsanlara həyat bağışlayan islam məktəbi və Allahın son şəriəti olaraq kamil və tamam bir dindir. İnsan həyatının bir çox cəhətləri olduğu üçün, o cür ki, onların biri də ictimai yaşayış tərzidir, qanun və əxlaqa tövsiyə edir. Başqa sözlə desək, o cür ki, bir insanın Alahla rabitə yaratması üçün bir çox qanun və hökümlər vardır. İnsanların da bir- biriylə rabitə yaratması üçün çoxlu qanun və hökümlər qoymuşdur ki, hər bir müsəlman ictimai rəftarlarında onlara riayət etsin.
3. İslamın kamil olmasından məqsəd budur ki, islamda olan qanunlarla mümkündür fəlsəfə, din və islam qanunlarına yol tapmaq və bir çox qanunlar yazılsın.
4. Bunun üçün də bizim nəzərimiz budur ki, keçmiş zamanlarda xüsusilə də islamın əvvəllərində insanların şəhərlərdə yaşaması bu günkü kimi inkişaf etməmişdi və bu gün cəmiyətdə olan çətinliklər, misal üçün yollardakı profkalar, havanın çirklənməsi, çayların bağlanması və....yox idi.
Bu gün cəmiyyətdə yaşayan müsəlman vətəndaşlar üçün onları nümunə göstərmək olmaz, amma o kiçik şəhərlərdə az bir cəmiyyətin qədim və keçmiş adətləriylə yaşamasına baxmayaraq islam onlar üçün bir qanun yazmışdır ki, bütün dünyada istifadə olunur. Bu günkü şəhər və inkişaf etmiş cəmiyyətlər o qanunlardan istifadə etməsi lazımdır, yəni o qanunlara rəayət etməklə müsəlman bir vətəndaşlığa nail olmaq mümkündür.
Aşağıda qeyd olunanlar, müsəlman vətəndaşların lazım olan bir neçə xüsusiyyətləridir:
1. Camaatın haqqını payimal etməyib onların hüquqlarına ehtiram göstərmək:
İslam dininin nəzərində, ictimai həyatın həqiqəti insanların ictimai hüquqlara ehtiram qoymasıdır ki, aşağıda nümunə üçün onlara işarə edəcəyik:
İslam Peyğəmbəri (s) qonşunun haqqlarına riayət etmək mövzusunda buyurur: "Hər bir şəxs qonşusunu əziyyət etsə, Allah behiştin ərşini ona haram edər" və yaxud "hər bir şəxs qonşunun haqqını tapdalasa, bizdən deyil".
Bu günlərdə şəhərlərə gələn su mənbələrinin qarşısı alınır. Bu o cür məsələlərdən biridir ki, islam dini 1400 il bundan əvvəl buna diqqət yetirmiş və bu işi bəyənilməz bir iş saymışdır; öz davamçılarını da bu işdən çəkindirmişdir.
Peyğəmbər əkrəm (s) buyurur: "Yollarda oturmaqdan çəkinin" Və ya "müsəlmanların yollarında olan hər hansı bir maneə ki, onlara əziyyət edir aradan qaldırın".
İmam Əli (ə) buyurur: "Yollarda olan keçidlərdə oturmaqdan pəhriz edin".
İmam Sadiq (ə) buyurur: "Hər bir şey ki, müsəlmanların yolunda olub və onlara ziyan vursa, o əşyanın sahibi ona zamindir".
İmam Xumeyni (rh) bu cür rəvayətlərdən bəhrələnərək Təhrirul vəsilə kitabında yazır: Əgər bir şəxs dar bir küçədə dura və başqaları üçün yol olmaya, və bir şəxsin heç bir qəsdi olmadan oradan keçərkən ona dəysə və o şəxs ölsə və yaxud bu cür bir yolda otursa və bir şəxs bunun üzərindən sürüşüb ölsə, o şəxs ki, yolda oturmuşdur, o şəxsin qan bahasını verməlidir.
Buna əsasən hər bir müsəlman vətəndaş dinin göstərdikləri daxilində, başqalarının haqlarının tapdalanmasına yol vermir və onların hüquqlarını qoruyur.
2. Məsuliyyət hissi:
İslam cəmiyyətində daha çox lazımlı olan ismətlərdən biri də cəmiyyətdə məsuliyyət hissi daşımaqdır. Bu məsuliyyət hissi əvvəl ailənin daxilindən başlayaraq, qonşuya, şəhər və... çatır. İslam göstərişlərinə əsasən islam cəmiyyətində hər bir vətəndaş, cəmiyətdə baş verən hər bir hadisəyə nisbət, istər siyasi, mədəniyət, istinad bundan yuxarı təbiətdə baş verən hadisələr zamanı öz öhdəsində vəzifə hissi keçirməlidir. Öz imkanı daxilində bu cür çətinliklərin həllində səyini göstərməlidir.
Aşağıda qısa olaraq bu məsuliyyətlərin bir neçəsinə işarə edirik:
A). Başqalarına həmdəm olub kömək göstərmək. Qurani kərim başqalarına kömək etməyi hər bir müsəlmanın vəzifəsi bilir və buyurur: Əgər öz borclarını ödəməkdə sizdən kömək istəsələr lazımdır ki, onlara kömək edəsiniz" Və "möminlər bir- birinin qardaşlarıdır".
İslam cəmiyyətində müsəlmanlar bir- birinin aqibəti, gələcəyi və çətinlikləri qarşısında məsuliyyət daşıyır, əgər bir şəxs bu məsuliyyətdən boyun qaçırtsa, rəvayətlərdən bizə çatan dəlillərə əsasən müsəlmanlıqdan xaric olmuşdur:
"O şəxs ki, sübh edə və müsəlmanların işinə kömək etməyə, müsəlman deyil".
İmam Əli (ə) İslam cəmiyyətində hər bir vətəndaşı istər alim istər sərvətli və... olsun cəmiyətdə olan insanların qarşısında məsuliyyət daşıdığını bildirir:
Və həzrət buyurur: "Allah Taala savadsızların, savad öyrənməsi üçün təklif qoymamışdır əvvəl savadlıların öhdəsinə təklif qoyur ki, onlara elm öyrətsinlər". "Allah Taala fəqirlərin ruzisini sərvətli şəxslərin ixtiyarına qoyur... və Allah Taala onlardan tələb edəcək".
Bu arada buna da işarə edək ki, qonşulara kömək etmək də böyük əhəmiyyət daşıyır.
İmam Əmirəl möminin (ə) buyurur: Peyğəmbər (s) qonşu haqda o qədər sifariş etdi ki, hesab etdim qonşu qonşudan irs aparır".
İmam Səccad (ə) hüquq risaləsi adlı kitabında yazır: Qonşuya zülm edilən zaman, ona kömək etmək və onunla insafla davranmaq lazımdır.
B). Əmr be məruf və nəhy əz münkər (xeyir işlərə dəvət və çirkin işlərdən çəkindirmək).
Müsəlman vətəndaş islam cəmiyyətini irəliyə hərəkət edən kimi bilməlidir. Bu da təbiidir ki, çətinliklərə diqqət etməli və cəmiyyətdə olan hər bir nöqsanı nəzərdən qaçırmamalıdır. Bütün bunlara sadə lövhlüklə yanaşmır və bunu da bilir ki, onun bir hissəsində deşik yaradılarsa, yalnız o deşik açana zərər dəymir və hər bir şəxs ona giriftar olacaq, sonda gəminin qəzaya uğramasına səbəb olacaqdır.
Bu iş islamda əmr be məruf və nəhy əz münkərdə olan xüsusiyyətlərə malikdir.
İslamda başqa vacib olan hökümlərin yanında misal üçün; namaz, zəkat və ... əmr be məruf və nəhy əz münkər də vardır. Əlbəttə bu bir növ cihad hesab olur. kəmala çatmaq üçün amillərdən biri və cəmiyyətin mənəviyyatını yüksəldib xoşagəlməz işləri aradan qaldırır.
Allah Taala Qurani kərimdə buyurur: "İmanlı kişi və qadınlar bir- birinin vəlisidir, əmr be məruf və nəhy əz münkər edirlər.
Başqa bir ayədə gəlmişdir: Siz ümmətin ən yaxşısı idiniz ki, insanların xeyirxahlığı üçün yaradılmışsınız, əmr be məruf və nəhy əz münkər edirsiniz".
İmam Əli (ə) bu haqda bir müsəlmanın hər tərəfli ülgü olmasında buyurur: "Əmr be məruf və nəhy əz münkər" Allahın iki (sifət və xislət)- lərindəndir".
Həzrət başqa bir yerdə əmr be məruf və nəhy əz münkəri bütün ibadətlərdən, bundan üstün Allah yolunda cihad etməkdir daha yüksək olduğunu bildirir.
"Bu mövzuda ayrı dəstədirlər ki, dil, əl və qəlbləriylə əmr be məruf və nəhy əz münkəri gizlədirlər. bunlar hərəkətli ölüdürlər ki, həyatdan heç bir şey bəhrələnməzlər; çünki bütün savab əməllər (Allah yolunda cihad etsə də) əmr be məruf və nəhy əz münkərlə müqayisədə heç bir şey deyil"...
3. Cəmiyətdə islam əxlaqına riayət etmək:
Camaatla yaxşı rəftar və gözəl əxlaqa yiyələnmək, insanın həyatı üçün ən üstün əməllərdən sayılır. İnsanın istər cəmiyyətdə və yaxud başqa insanlar toplumunda ədalət və bərabərliyi qorumaq cəmiyyətdə öz təsirini göstərir.
Burada, islam cəmiyyətində olan əxlaq nümunələrinə işarə olunur:
A. Gözəl əxlaq, üzü açıq və xoşrəftarlıq.
Qurani kərim Peyğəmbər (s)- ə xitab edir:
"Və sən böyük və əzəmətli əxlaqa sahibsən". Və İlahi rəhmətinin bərəkətindən onların (camaatın) qarşısında mülayim və mehriban olmusan; əgər qəzəbli və ürəyi bərk olsaydın sənin ətrafından dağılardılar...
Bəs Quran gözəl əxlaqı, Peyğəmbərin insanları özünə cəzb etməsinin amili və onun müvəffəqiyyətini bilir.
Bu mövzuda din rəhbərlərindən (müsəlmanlardan) çoxlu rəvayətlər bizə çatmışdır ki, onlardan bir neçəsinə işarə etməklə kifayətlənirik:
Peyğəmbər (s) buyurdu: "Gözəl və bəyənilmiş əxlaq dinin yarısıdır".
İmam Sadiq (ə) Peyğəmbərdən rəvayət edir ki, o həzrət buyurmuşdur: "İman həmin gözəl əxlaqdır...
İmam Əli (ə) insanlarla gülərüz və xoş rəftar olmaq haqqında buyurur: İnsanları imanda kamil olanı o şəxsdir ki, onların ən gözəl əxlaqlısı olsun".51
İmam Sadiq (ə) buyurur: İnsanlara yaxşılıq edib, gözəl əxlaqa sahib olmaq şəhərlərin (cəmiyyətin) abadlığına səbəb olar".
Bəlkə bu cür də demək olar ki, cəmiyyətdə insanlarla və hər bir vətəndaşla doğru gözəl rəftarla davranmaq, xüsusiylədə böyük şəxsiyyətləri gülər üzlə qarşılamaq, o cür ki, cəmiyyətdə münasibətlərin yaxşılaşmasına və cəmiyyətdə olan çətinliklərin həll olmasına səbəb olur; bununla belə hal- hazırda texnikanın inkişaf etdiyi bir zamanda insanların ruh və psixoloji çətinliklərinin qarşısı alınır.
İslam dinində gözəl əxlaqa sifariş olmasının sirri də bundan ibarətdir.
B. Təvazökarlıq.
Təvazö yəni insanlar qarşısında ədəbə riayət edib özünü başqalarından üstün saymamaq və təkəbbür olmaqdan çəkinməkdir. Təvazö insanın daxilində olan bir sifətlərindəndir ki, onu hərəkətlərindən aşkar və məlum olur.
Şübhəsiz insanların hər bir vətəndaş qarşısında mülayim olmaq, dünyada insanların məhəbbətini, axirətdə isə Allahın razılığını qazanmışdır. Bu mövzu mühüm məsələlərdən biridir ki, Allah övliyaları insanları həmişə ona dəvət etmişdir. İmam Əli (ə) buyurur: "Təvazö və mülayimlik məqama çatdıqda, qüdrətə çatdıqda bağışlanmaq kimidir" "Nemətin azalması zamanı onu çoxaldar".
"Təvazö kimi heç bir şey insan üçün məqam və fəzilət gətirməz, bəs təvazökar olun Allah sizə rəhm eləsin". Qurani kərimdə təvazö Allahın saleh bəndələrinin nişanələrindən qərar verilmişdir: Rəhman (Allah) bəndələri onlardır ki, yer üzündə təkəbbürcəsinə yol getməzlər..."
C. Sevimli və gözəl davranış.
Gözəl davranış yəni insanlarla mülayim və sakit rəftar etmək.
Çünki insanlar ictimai həyat sürdükləri üçün, həmişə başqa insanlarla rabitəsi vardır və onun hüquqları başqa insanların hüquqlarıyla bağlıdır. Bəs insanlarla mülayim olmaq o məsələlərdəndir ki, islam dini ona diqqət yetirmişdir.
İmam Sadiq (ə) Peyğəmbərdən (s) rəvayət edir ki, o həzrət buyurmuşdur:
O cür ki, Allah məni vacib işlərin (əmrlərin) icrasına əmr etmişdir, insanlarla mülayim rəftar etməyə də əmr etmişdir". Yenə buyurur:
"İnsanlarla mülayim davranmaq imanın yarısıdır və onlara məhəbbət həyatın yarısıdır".
İslam dini insanlarla mülayim rəftar etməyi sifariş edərkən düşmənləri də nəzərdən qaçırmamışdır.
Qurani kərimdə Allah Taala həzrəti Musa və Haruna tapşırır: "Hər vaxt Fironun yanına getdiniz onunla yumşaq və mülayim söhbət edin, bəlkə Firon qorxsun və yaxud hidayət olsun".
İmam Əli (ə) öz söhbətlərində mömin insanların xüsusiyyətlərini vəsf edərək buyurur: "Mömin...xoşəxlaq və etdiyi söhbətləri qəbul edəndir, o halda ki, cismi daşdan möhkəm və quldan da (Allah qarşısında) təvazökardır"
D. Helm və səbr.
Helm ibarətdir; həyatın çətinlikləri qarşısında möhkəm və payidar olmaqdan. İctimai həyat, müxtəlif insanlarla yaşamaq deməkdir. Müxtəlif ruhiyələrlə üzləşmək, fərqli nəzəriyyə və dəyişik fikir və xasiyyətlərlə qarşılaşmaqdır. Bunun üçün də, qiyamətdə yaşamağın ilk şəraiti helmli və səbirli olmaqdır.
Bu ilahi Peyğəmbərlərin, müşriklərin və müxaliflərin etdiyi əzab- əziyyətin qarşısındakı sifətlərindən biridir.
İmam Əli (ə) helm və səbri Allahın sifətlərindən olduğunu açıqlayaraq buyurur: Həmd olsun o Allaha ki, ...helmi o qədər böyükdür ki, insanların xətalarını bağışlayır"
O həzrət başqa bir yerdə buyurur: "Hər kəs mətanətli və səbirli olsa, işlərinin həllində yolundan çıxmaz və insanlar arasında hörmətlə həyat sürər." Helm və səbirli şəxsin ilk ldə etdiyi şey odur ki, insanlar nadan qarşısında ondan himayət edərlər".
52İslam cəmiyyətindəki insan, cəmiyyətdə olan aramsızlıqların qarşısında səbirli olur və imam Əli (ə) bu sözlərindən ilhamalır. "Təqvalı insanlar, narahat və aramsız günlərini səbrlə keçirər".
Bu açıqlananlar islam cəmiyətində olan insanların sifətlərindən bir neçə nümunə idi.
Son nöqtə budur ki, cəmiyyətdə qanunun qurulması, insanların həyatını siğortalamaq, vətəndaşın hüquqlarını qorumaq və o birliyin nabud omasının qarşısını almaqdır. Cəmiyyətdə əxlaq qanunlarının bərpası üçün qiyamət və insanların başı uca olması və onların izzətlərinin qorunmasına görə əxlaq mövzusunda olan məsələlərə diqqət yetirmək lazımdır.
Hər bir vətəndaşı ayrı- ayrılıqda davamlı maarifləndirmək və əxlaq fəzilətlərini bir mədəniyyət olaraq tanıtdırmaq lazımdır. Bu xüsusiyyətləri öyrətmək və adət etməklə, cəmiyyətdə təmiz ruhiyyə və sağlam fikrin inkişafında şirkət etsinlər.
Bütün insanların, mədəniyyətin qurulmasında və islam əxlaqının cəmiyyətdə yer tutmasında iştirak etmək, İslamın istədiyi insan kimi bir cəmiyyətdə yaşamaq tərzini insanlara göstərəcəkdir.
Allah sizə yar olsun.
Sual (7) :
Salamun əleykum.İslam cəmiyyətində bir vətəndaşın daha çox lazımlı xüsusiyyətləri nədir? İslamın bu mövzuda nəzəriyyəsi nədir, insanlara yol göstərirmi? Xahiş edirik bu mövzuda islamın nəzəriyyəsini açıqlayasınız.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İnsanlara həyat bəxş edən islam məktəbi və Allahın son şəriəti, kamil və tamam bir dindir. Bunun üçün də islamda ictimai qanun və hökümlər bir şəxs üçün təyin olunmuş hökm kimi məsuliyyət daşıyır. İslam nəzərində ictimai həyat və cəmiyyətdə hər bir insanın bir- biriylə olan rabitəsi və hər bir vətəndaşın vəzifəsi insanların və cəmiyyətin qarşısında qorunmasıdır ki, o cəmiyyətdə yaşayır. O qanun- qaydalara hər bir müsəlmanın vəzifəsidir ki, rəayət etsin.
İslam cəmiyyətində hər bir vətəndaşın öhdəsinə düşən vəzifələrdən bir neçəsi də ibarətdir:
1. Camaatın haqlarını tapdalamamaq və vətəndaşların hüquqlarını qorumaq. Bu qanunun nümunələrini islamın qonşular və küçələrdən keçən piyadaların haqlarının tapdalanmamasına olan təkidlərindən başa düşürük.
2. İnsanlara kömək və onlara qarşı məsuliyyət hissi keçirmək o zaman ki, təbiət və yaxud başqa yollarla insanlar o bəlalara düçar olurlar.
İslam təlimlərinə görə islam cəmiyyətində və... çətinliklərin həllində öz səyini göstərməli təbiətdə olan bəlalarla əxlaq və tərbiyə baxımından olan bəlalar arasında fərq qoymamalıdır.
3. Cəmiyyətdə əxlaqa riayət etmək bunun kimi; gülər üzlü və gözəl əxlaqa sahib olmaq, təvazökar və aram, insanlarla cəmiyyətdə ağır başlı və mülayim olmaq.
Allah sizə yar olsun.
Sual (8) :
Nəyə görə üsuliddində təqlid yoxdur?
Allahın adı ilə. Â Â
Din alimlərinin yalnız, “füruiddin” -də təqlid olunması və “üsuliddin”-də təqlidə icazə verməmələrinin, həmçinin, bu məsələdə “icma” iddia etmələrinin əsas səbəbi budur ki: Təqlid, yəni yəqinlik hasil olmasa da müctehidin göstərişlərinə əməl etməkdir. (bəzilərinə görə, başqasının sözünə dəlilsiz əməl etməkdir). Əgər ayə və rəvayətlərdə dinin əsaslarının iman, mərifət və yəqinliklə ələ gətirilməsi vurğulanırsa, iman qəlbin arxayınlığı və batini yəqinlik sayılırsa, bu məna təqlidlə hasil olmur.
Başqa sözlə desək, insanı dünya və axirətdə səadətə çatdırıb onu əzab və həlakətdən xilas edən, yalnız, qəlbi etiqad və möhkəm imandır. Həmçinin, insanı dini faydalardan bəhrələndirən təkcə, batini inam və yəqinlikdir. Bütün bunlar isə təqlid və əməldən ayrı olub, başqasının deməyi ilə ələ gəlmir. Ona görə də belə məsələlərdə təqlidə yer yoxdur.
Beləliklə, qeyd olunmalıdır ki, dinin əsaslarına inam, yəqinlik və elm əldə etmək nəfsani fəzilətlərdəndir. Allaha etiqad, mərifət, İlahi sifətlərə inam, peyğəmbərləri və imamları tanımaq, feyz vasitələrini ələ gətirmək, qiyamətə və Allaha tərəf qayıdışa əqidə insanın kamal xüsusiyyətlərindən olub, nəfsin nadanlıq rəzilətindən xaric olmasına səbəb olur. Ağılın hökmünə əsasən, bütün bunların təqlidsiz ələ gətirilməsi lazımdır.
Tək Allaha etiqad
“Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?”
Allahın vücuduna iqrar və zatına etiraf aydın məsələlərdəndir. Kafirlər də buna etiraf edirlər. Belə ki, Allah-təala buyurur:
“Həqiqətən, əgər, göyləri və yeri kim yaratmış, günəş və ayı kim tabe etmişdir–deyə soruşsan, onlar mütləq: Allah–deyə cavab verəcəklər. Elə isə onlara de ki: Niyə yalandan üz döndərirlər?”
Ona görə də İslam Peyğəmbəri (s) Allahın vücudunun iqrarından ötrü yox, bəlkə də, insanları tövhid və yeganəpərəstliyə dəvət etməkdən ötrü göndərilmişdir.
Bu iqrar və etirafın mənşəyi, həmçinin, anlayış və meyllər, Allahın insanın fitrətində qərar verdiyi dərk və anlayışdan irəli gəlir. Allah-təala buyurur:
“Üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut.”
Bəli, Allah-təala bu həqiqəti hamının təbiətində qərar vermişdir. Ona görə də insan özünün əsl yaranış və zatında hiss edir ki, özbaşına olmayıb yaradana bağlıdır. Yaradan onu qoruyub ona köməklik etməklə yanaşı fikr və əməllərini nəzarətdə saxlayır. Həmin yaradan ki, bütün aləmə hökm edir və mövcudatın varlığı ona bağlıdır.
Hər bir mütəfəkkir təsdiq edir ki, bütün aləm müəyyən nəzm və qanuna tabedir. İnsan özü bu qanun və nəzmlərin sayəsində aləmin bütün zərrələrindən bəhrələnir. Havadan nəfəs alır, sudan içir, bitkilərdən yeyir və günəşin şüasından istifadə edir. Anlayır ki, bütün aləm bir qüvvədən sərçeşmə alıb bir iradə altında qərar tutmuşdur. Həmin fitrət, anlayış və dərkə görədir ki, insan möhtac olanda o qüvvəyə əl açır. Çətinlikdə ona pənah aparır və nemət istəyərkən ona ümidvar olur. Aydındır ki, belə bir hiss və dərk insanın cahil və zəif olması ilə bağlı deyil. Çünki, hər hansı dəstə və təbəqədən olmasına baxmayaraq, insan hər vaxt özünü bütün elm, etiqad, adət və ənənələrdən kənara çəksə və özünü təzə dünyaya gəlmiş bir mövcud kimi təsəvvür edib, heç kəsi görməyən və heç bir şey eşitməyən şəxs kimi fərz olunsa, bu dünyaya nəzər salıb nə fikirləşər və nə görər?
Özünü elə bir mövcud kimi tanıyar ki, gözləri, qulağı və şüuru olan halda bu sonsuz kainatın kiçik bir guşəsində tapılıb. Hansı tərəfə baxırsa, gözləri dünyanın axırını görmür. Cahanı çox-çox böyük və özünü çox-çox kiçik hiss edir. Ayağının altını müxtəlif qəribəliklərlə dolu, başının üstündə fəzanı təəcüblü görür. Dünyaya gəlir, olur və hərəkət müşahidə edir. Günəşin və ayın çıxıb-batmasını görür. Gecə-gündüz ardıcıl olaraq tərtiblə gəlib-gedir. Aylar və fəsillər növbə və nəzmlə dövr edirlər. Gecə vaxtı başının üstündəki fəzanı gözəl parlayan ulduzlarla dolu müşahidə edir. Yer üzündə elə bitkilər və ağaclar görür ki, bəzilərinin toxumu xırdalıqdan dırnağının da üstündə görünmürdü. Bir müddət sonra isə bu toxumlar böyük cüssəli iri şaxəli müxtəlif rəngli və yarpaqlı ağaclara çevrilirlər. Bu meyvələrin dadı-tamı insanı cana gətirir. Təbiətdə müxtəlif şəkilli, təbiətli və ölçülü heyvanlar görür. Elə mövcudları müşahidə edir ki, bir anda tapılır və yenidən aradan gedir. Dirilir və təzədən ölür. Həyat cərəyanını bitkidən tutmuş insana qədər hamısında müşahidə edir.
Öz xilqətindəki əzəmət və xırdalıqlara nəzər salır. Bədəni, sümükləri, bədənindəki damarlar, başının qəribə sümükləri, göz, qulaq, üz, hiss üzləri, qan dövranı, qəlbin vurması, əllərinin xilqəti, barmaqlar, bədən əzalarının tərkibcə birləşmə quruluşu, bədənin lazım olan maddələrlə qidalanması, övlad dünyaya gətirmək mexanizmi, ağılın qüvvəsi, şəhvət, xəyal, vahimə və bədənindəki görünməyən yüzlərlə başqa mövcudları nəzərə alaraq, ixtiyarsız olaraq yaradana etiraf edir.
Bəli! Belə olan halda insan öz qəlb gözü ilə bir iradə, bir elm, bir həyat, bütün bu sifətlərə malik bir varlıq həqiqəti və kainatın ruhunu aydınca görür. Onu, bütün mövcudatı əhatə edən, onlara agah, qüdrətli və hər şeyə hərəkət verən kimi
 tanıyır. Özünü bütün vücudu ilə o varlığa bağlı bilir. Doğrudur ki, onun zatına elmi olmur, kainatın və özünün yaranış sirlərinə tam agah ola bilmir, amma bu qədər anlayır ki, bütün bunların yaradanı var. O, Allahdır. Başa düşür ki, bütün mövcudların fitrətində belə bir anlayış var. Hər şey özünü bütün vücudu ilə Onun varlığına iqrar edir və Ona bağlıdır. Təbii ki, əzəməti müqabilində baş əyib təslim olur və ona səcdə edir. Quran buyurur:
“Həqiqətən, göylərin və yerin yaradılması, gecə ilə gündüzün bir-birini əvəz etməsi ağıl sahibləri üçün qəti dəlildir.”
Bəli! Ağıl və idrak sahibi azacıq diqqət etsə hiss edər ki, bütün varlıq aləmi, həyat, şüur, görünüş və eşitməklə doludur. Mövcudatın hər birisi öz batini dili ilə Yaradanı ilə raz-niyaz edir. Onun vücuduna iqrar edib, ona təsbih və təriflər söyləyir.
“Göylərdə və yerdə olanların hamısı (bütün məxluqatın) sahibi, müqəddəs və pak olan yenilməz qüvvət və hikmət sahibi Allahı təsdiq edib Onun şəninə təriflər deyər.”
Belə olan halda insan öz yaradanı barədə fikirləşir və Onu axtarır. Belə olmaya da bilməz. Bu halda insanda itaət və bəndəlik əmələ gəlir. Həmin halda insan nə qədər bədbəxt və zülmkar olsa da yenə də Allahın dərgahına üz tutub yalvarır. Bu vəziyyətdə insanların zahirini yox, batinlərini görmək lazımdır. Nə qədər pis və tüğyançı olsa da insanların batini əsasında hökm etmək lazımdır.
Həmin halda insan Allahın elçisi və göstərişləri ardınca gəzir. Onun bəndəliyi və itaətini peyğəmbərinin dilindən öyrənmək istəyir. Ona yaxınlaşır və ondan kömək istəyir. Onun müqabilində vəzifəsini yerinə yetirib müxalifətdən pərhiz etmək istəyir. İmam Sadiq (əleyhəssəlam) buyurur:
Bütün insanların biliyi dörd sözdədir:
Allahı tanımaq;
Özünü tanımaq;
Vəzifəsini tanımaq;
Azğınlığı tanımaq.
Əmirəlmöminin Əli (əleyhəssəlam) buyurur:
30“Allah-təala peyğəmbərləri göndərir ki, insanlara öz fitrətlərinin istəyinə uyğun olaraq İlahi nemətləri, onun höccətlərini (dəlillərini) tanıtdırsın və nəfslərində olan sirlərini açıb onlara göstərsin. Onlar yer üzündəki İlahi nişanələri insanlara göstərir.”
Allah sizə yar olsun.
Sual (9) :
Dinin insana müsbət yol göstərə biləcəyi barədə daha ətraflı məlumat vermənizi rica edirəm.
Allahın adı ilə. Â Â
Din kəlməsi geniş bir məna daşıyır ki, bütün dinlərə, istər səmavi istərsə də səmavi olmasın, təhrif olunmuş, istərsə də təhrif olunmamış (İslam) olsun şamil olur. Bizim əqidəmiz budur ki, İslam dini tək bir dindir ki, bütün əsrlər boyu üstün və müsbət yol göstərmək qabiliyyətinə malikdir. Başqa dinlər isə buna qadir deyildirlər; çünki yalnız İslam bütün dinlərin sonuncusu və ən kamil dindir ki, Allah tərəfindən göndərilmişdir.
Dinin əsas və əsl yol göstərməsi elm və texnologiyayla tamamıyla fərqlidir.
Bir insanın dinə olan ehtiyacının dəlilin isə, bir çox işlərin olmasıdır ki, insan öz ağıl, elm və təcrübəsiylə onları həll etməyə qüvvəsi çatmır.
Bu məsələyə; yəni bizim dərk etmə qabiliyyətimizin müəyyən həddə olması fəlsaəfədə ağıl nəzərindən qəbul edilmiş və Quranda buna işarə etmişdir:
«... علّمكم ما لم تكونوا تعلمون»
Sizə o şeylər ki, bilmirdiniz (deyə) öyrətdik. Bu vəsflə, insan dinə ehtiyaclı olmadan heç bir zaman müəyyən bir nöqtəyə çatmağa malik deyildir.
Din üç bölümdə insan üçün proqram hazırlayaraq yol göstərir və həmişə çalışır ki, bu üç növ yolu düzgün olaraq həyata keçirsin.
A: İnsanın özüylə rabitəsi:
B: İnsanın başqalarıyla rabitəsi (təbiət və cəmiyyət).
C: İnsanın Allahla rabitəsi:
Bunun üçün də dünya və axirətin hər ikisinə diqqət yetirir. İslam o dünyanın abadlığını istəyir ki, onun axirəti də abad olsun və bu böyük vəzifə isə dünya əxlaqı öhdəsindən kənardır.
Din ürəyə diqqət etməklə birlikdə ağıla da diqqət yetirir.Elm buna necəmalikdir ki, onun vücudunun həqiqətini dərk etməyən insan üçün ətraflı proqram hazırlasın və onu səadətə çatdırsın. Baxmayaraq ki, insan elmi yol göstərəndir, amma bu yollar hər vaxt insana kömək etməyə malik deyil və hər hansı kamil bir din, qanun və fəlsəfəni insanlara çatdırmaqdan acizdir, insan isə hər bir şeydən əvvəl bir yol və proqrama ehtiyacı vardır ki, ona yol göstərsin. İslamda insanın özünə münasib olan yollar, onun ixtiyarına qoyulmuşdur ki, elm onu öz öhdəsinə götürməkdən acizdir. Texnologiyanın inkişaf etməsiylə dinin qanun və hökm əhatəsi də böyüyür. Yeni mövzuların yaranmasıyla İslamın böyük alimləri, yeni hökümləri İslamın fiqh mənbələrindən əldə edirlər və ictihadın böyüməsi nəticəsində modern dünyada insanlar üçün heç bir şəri hökmü cavabsız qalmır. Başqa bir tərəfdən isə, əgər təsəvvür edək ki, texnologiyanın inkişaf etməsi dinə ehtiyac olmamağa səbəb olur, gərək insan əsrlər keçdikdən sonra, özünün daha dinə ehtiyacı olmadığını bildirirdi və öz ağlıyla bir yol özünə tapardı.
Müasir tarix bunun düzgün olmadığını da təsdiqləyir. Nəinki insan dinə ehtiyaclı olmadığını bildirmir. Bəlkə Resansdan sonrakı, dinin əleyhinə tuğyan etmiş və bir çox acılıqları din yolunda çəkdikdən sonra, bu gün hər an dinə yaxınlaşır və özünün dinə daha çox ehtiyaclı olduğunu hiss edir.
Mütaliə üçün əlavə mənbələr:
Göstərici: İslam dininin sonuncu olmasının sirri, sual 386.
Göstərici: Din və dəyişiklik, sual 8.
Göstərici: İslam və qanunun zəruri olması, sual 160.
Göstərici: İslam və yeni nəzəriyyə, sual 170.
Göstərici: Elm və dinin arasındakı müqayisə, sual 210.
Hadəvi Tehrani, Məhdi, Vilayət və diyanət, səh 13- 56, Fərhənge xaneye xerəd müəssisəsi.
Hadəvi Tehrani, Məhdi, Bavərha və porseşha, Məcmue kitab, fərhənge xaneye xerəd müəssisisəsi.
Hadəvi Tehrani, Məhdi, Məbnayi kəlamiye ictihad, Mcmue kitab, fərhənge xaneye xerəd müəssisəsi.
Allah sizə yar olsun.
Sual (10) :
Həqiqi dinin (yəni, Allah yanında lövhi məhfuzda olan dinin) şəraitinin əsasları həmişə dünyəvi, mütləq, hər zamana və hər yerə aiddirmi?
Allahın adı ilə. Â Â
Həqiqi din (yəni, Allah yanında lövhi məhfuzda olan din) hər bir zaman və əsrdə bütün insanlara aid olur və onun əsaslarında dəyişikliyə yol yoxdur.
İnsanın zatı və cövhəri dəyişməz və vahid olduğuna görə həqiqi din (yəni, Allah yanında lövhi məhfuzda olan din) həmişə insanda olan bütün əsaslı ünsürlərə aiddir. Belə ki, din həmişə zatı cəhətdən dünyəvi və sabitdir. Dinin həqiqətində və köklərində dəyişiklik yoxdur. Yəni, din öz-özlüyündə vahid bir xətlə bütün insanlara, bütün əsrə və bütün yerlərə aid olur.
Allah sizə yar olsun.