Sual (11) : Bir daha salamun aleykum. Üzr istəyirəm, əl-Bəyan təfsirinin tərcüməsi saytınızda var imiş. Diqqətsizlik etmişəm, amma, suallarım yenə də öz qüvvəsində qalır.
Əleykumus-salam.
Saytın hədəf və missiyası ümumi bölmədə sualları qısa və tez bir zamanda cavablandırmaqdır. Sayta gələn sualların sayı çox olduğundan və yalnız bir nəfər cavab verdiyi üçün ətraflı və tədqiqatla yazmaq imkanımız yoxdur. Bəzi sualları cavablandırmaq üçün geniş təhqiqə və daha çox vaxta ehtiyac var, sualınıza ətraflı cavab verə bilmədiyimiz üçün üzr istəyirik. Hər halda ilk fürsətdə sualınıza cavab veriləcək.

Allah sizə yar olsun.

Sual (12) : men her namazda secdeden sore tewehudu deyende dızlerımın usdunde qaranlıq ıkı el gorurem ve bu her namazda olur namazdan sora bır xeylı canamazın usdunde otururam beke o elı yene gorerem ama namazdan sora olmur bırdekı dunen gece yuxumda mene qurana el basdırıblar buların menasını bılmek ısdıyırem

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah təvəkkül edərək belə şeylərə fikir verməyin. Bizim şəri vəzifəmiz dinin buyurduqlarına əməl etməkdir, yuxu və gözə nəyinsə görünməsi insanın boynuna vəzifə gətirmir və höccət deyil. Yuxunu elə yuxu kimi qəbul edin.

Allah sizə yar olsun.

Sual (13) : salam qabaq size mektub yazmisdim ki o nedir ki geceden qara qardan aq kisiler gunde 3 defe qadinlar omrunde bir defe quranda adi gelib ve m herfi ile baslayir siz cavba yazmisiz ki mehrab indi zehmet olmasa bunun mehraba nece aid olmasini yazin yeni kisiler nece gunde 3 defe mehraba girir qadinlar omurlerinde bir defe? mehrab qardan aq geceden qaradirmi? cavabinizi sebirsizlikle gozleyirik

Əleykumus-salam.

Bu əsassız bir tapmacadır ki, cavabı ilə çoxda uyğunluğu yoxdur amma mehrabdan başqa bir cavaba da rast gəlməmişik. Hər halda hər kəs bunu özündən uydurubsa məharətsizcəsinədir.

Allah sizə yar olsun.

Sual (14) : Size bir sual verim.O nədir ki,deyilənə görə Qur`an-da onun haqqında verilmişdir,qadınlar ondan ömürlərində 1 dəfə,kişilərsə gündə 3 dəfə istifadə edirlər.Qardan ağırdır,adı 5 hərflidir."M" hərdfi ilə başlayır.Yardım etsəniz çox sevinərəm.ALLAH Razı olsun...

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu tapmacanın cavabı mehrabdır ki, Quranda mehrab kəlməsi 4 dəfə gəlib (Ali-İmran 38 və 39 Məryəm 11 Sad 21). Mehrab məsciddə pişnəmazın dayandığı yerə deyilir ki, gündə 3 dəfə namaz üçün dayanır qadın isə pişnəmaz dayana bilməz. Qadın dünyasını dəyişəndə isə qabaqda qalır kişi isə arxada ona namaz qılır. Bu kəlmə ərəbcə beş hərifdir محرا ب.
Bu tapmaca həqiqətdə səhf və dolaşıqdır.

Allah sizə yar olsun.

Sual (15) : Size.sual verim.zehmet olmasa cavablandirin Qurani Kerimde.bu barede var.qardan agirdi qadinlar omrunde 1 defe istifade edir kisiler 3 defe. 5herflidir ilk herfi m

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu tapmacanın cavabı mehrabdır ki, Quranda mehrab kəlməsi 4 dəfə gəlib (Ali-İmran 38 və 39 Məryəm 11 Sad 21). Mehrab məsciddə pişnəmazın dayandığı yerə deyilir ki, gündə 3 dəfə namaz üçün dayanır qadın isə pişnəmaz dayana bilməz. Qadın dünyasını dəyişəndə isə qabaqda qalır kişi isə arxada ona namaz qılır. Bu kəlmə ərəbcə beş hərifdir م حر اب.
Bu tapmaca həqiqətdə səhf və dolaşıqdır.

Allah sizə yar olsun.

Sual (16) : Bismillah. Salam.Cümə günü cümə namazının vacib olmadığı haqqında məsumlardan hədis var?Bir sünni var deyir ki cümə günü cümə namazı qılmamaq haramdı.Cümə surəsi 9cu ayəni göstərir

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Biz şəriət hökümlərini hədislərdən götürüb əməl edə bilmərik, bəlkə bu müctehidin vəzifəsidir ki, hökümləri Quran və hədislərdən ələ gətirib bizim ixtiyarımızda qoysunlar. Bizim vəzifəmiz müctehiddən təqlid etməkdir. Müctehidlər İmam Zamanin (ə) qeybət dövründə cümə namazında iştirak etməyi vacib bilmirlər. Bu hədislər Peyğəmbər (s) və imamların hüzur zamanına aiddir.

Allah sizə yar olsun.

Sual (17) : Bismillah. Salam.Men namaza teze başlamışam.Deyirlər ki,15 yaşımdan yuxarı başlayaraq namazlarımı və oruclarımı qəza etməliyəm.14 Məsumdan qəza namazları və orucları haqqında hədis var? Varsa dəqiq yazında

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Müsəlmanın 15 yaşından sonra boynuna təklif gəlir ki, Allahın buyurduqlarını yerinə yetirsin və əgər etməsə gərək qəzasını əncam versin. Bizim bu günkü dini vəzifələrimiz müctehidlərin ələ gətirdiyi hökmlərə əsasən olmalıdır. Hədislərdən hökm çıxartmaq üçün məxsus məharət lazımdır ki hədisləri biri birinin kənarında cəm edib məna etmək lazımdır ki bu da müctehidlərin işidir necəki, başqa işlərimizdə mütəxəssisə müraciət edirik misal üçün xəstələndikdə dərmanların adını və xüsusiyyətlərini bilsəkdə həkimə müraciət edirik.
Allah sizə yar olsun.
Sual (18) : salam aleykum. menim uste Allah sozu yazilmiw klonum var. bogazima taxmiwam/. onunla men ayaq yoluna . hamama gede bilerem? ve destnamazsiz onu bogazima herliye bilerem?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Boyuna o cür (Quran ayəsi ya Allah sözü yazılan) boyunbağı salmağın işkalı yoxdur. Amma dəstəmazsız halda belə yazılara toxunmaq haramdır və o yazı bədənə toxunmamalıdır bunun üçün onun üstünə bir plastik çkmək lazımdır. Əgər ehtiramsızlıq olmasa ayaqyoluna aparmağın eybi yoxdur.

Allah sizə yar olsun.

Sual (19) : Salam..Nə üçün İmam Hüseynə (ələyhissalam) 3, 7, 40 və il saxlnılır və qeyd edilir, lakin başqa Peyğəmbər və İmamlar üçün saxlanılmır?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İmam Hüseynə (ə) ya dünyasın dəyişmiş insana 3, 7 qeyd etməyin dini əsası və səbəbi ilə qarşılaşmamışıq və bu el adət ənənəsidir və hər millətdə də bu adət yoxdur, amma İmam Hüseynə (ə) 40 mərasiminin dini əsası var. Dua, hədis və tarixdə Ərbəin xüsusi yer alır. Məsumlardan ərbəin (40 cı gün) ziyarəti nəql olub və İmam Hüseynin (ə) 40-ı günü əsirlər karivanı və Peyğəmbərin (ə) səhabəsi Cabir Kərbəlaya yetişdilər. Hədisdə nəql olub ki, yer göy 40 gün İmam Hüseynə (ə) qan ağladı. Həmçinin Peyğəmbər (ə) Əbuzərə belə buyurur: Eləki mömin dünyasını dəyişir, onun ayrılığından yer 40 gün ona ağlayıb əza saxlayır.

Allah sizə yar olsun.

Sual (20) : Essalamu aleykum insan anadan olduqda onun alin yazisidami onunla birlikde olrmu? Yoxsa insanin emellerine gore onun alin yazisi mueyenlesir

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Alın yazısından məqsəd Allahın qəza və qədərdir. Alın yazısı ki, əvvəlcədən ondan xəbərsiz Allah tərəfindən təyin ola və insanda onları icra etməyə məcburdur və naçar başına gələcək bu mənada alın yazısı doğru deyil.
 Mütəal Allah insana doğru yolu göstərmiş, həm doğru yolun, həm də pis yolun aqibətini anlatmışdır. Hər kəs öz əməlində ixtiyarlıdır.

Allah sizə yar olsun.

Go to TOP